Məhkəmə qərarları › İş №2-1(120)-1293/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1293/2021

03.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-1293/2021 03.11.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X9 iştirakı ilə, İddiaçı cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinə qarşı “X7, X10, X14, X8, X4, X5, X11, X15, X12, X1, X2, X3, X6 iddiaçıya məxsus ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları” barədə iddia tələbinə dair inzibati işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinə qarşı “X7, X10, X14, X8, X4, X5, X11, X15, X12, X1, X2, X3, X6 iddiaçıya məxsus ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2-1(120)-1293/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinə qarşı “X7, X10, X14, X8, X4, X5, X11, X15, X12, X1, X2, X3, X6 iddiaçıya məxsus ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları” barədə iddiası üzrə X7, X10, X14, X8, X4, X5, X11, X15, X12, X1, X2, X3, X6, X16, X20 və X13 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Lənkəran rayon Qeydiyyat şöbəsinin 28.10.2021-ci il tarixli, 1141 nömrəli məktubundan görünür ki, İddiaçı 12.10.2021-ci il tarixdə Lənkəran rayonu, Şilavar kəndində vəfat etmişdir. Onun ölümü haqqında akt qeydi Lənkəran rayon qeydiyyat şöbəsində 28.10.2021-ci il tarixdə 886 saylı aktla qeydə alınmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-ci maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bir qayda olaraq mübahisəli hüquq münasibəti o halda hüquq varisliyinə yol vermir ki, həmin münasibət ölmüş fiziki şəxsin bilavasitə özünə məxsus olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.4-cü maddəsinəəsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə qeyd edir ki, hazırda sözü gedən fərdi yaşayış evi İddiaçı mülkiyətində olduğundan və yuxarıda qeyd edilən hüquq normalarının tələbinə görə həmin mənzilin hüquqi müqəddəratını təyin etmək mülkiyyətçiyə məxsus hüquq olduğundan və hazırki halda iddiaçı (mülkiyyətçi) vəfat etdiyindən bu hüququn prosessual hüquq varisliyi ilə məhkəmə qaydasında mübahisələndirilməsinə yol verilə bilməz. Beləliklə də məhkəmə hesab edir ki, iddiaçı öldüyündən və mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən İddiaçı cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinə qarşı “X7, X10, X14, X8, X4, X5, X11, X15, X12, X1, X2, X3, X6 iddiaçıya məxsus ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları” barədə iddia tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci, 80-ci, 81-ci, 85-ci və Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci, 261- 262, 263-264-cü maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinə qarşı “X7, X10, X14, X8, X4, X5, X11, X15, X12, X1, X2, X3, X6 iddiaçıya məxsus ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları” barədə iddia tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar