Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1296/2024 15.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, Üçüncü şəxs Qərənfil-95 X17 nümayəndəsi X9 iştirakı ilə, İddiaçı X7 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X26 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “xx.xx.2023-cü il tarixli, RX **********72 seriyalı çıxarışın verilməsinə əsas olmuş torpaq sahəsinin planı və ölçü sənədində göstərilən 10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının 10 may 2001-ci il tarixli, 127 nömrəli sərəncamına əsasən tərtib edilmiş torpaq sahəsinin planında "xxxx" kiçik müəssisəsinə ayrılmış Cəlilabad rayon ərazisində yerləşən 10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı Bənövşə” X7 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X26 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “xx.xx.2023-cü il tarixli, RX **********72 seiyalı çıxarışın verilməsinə əsas olmuş torpaq sahəsinin planı və ölçü sənədinin ona aid olan hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Cəlilabad rayon İcra Hakimiyyəti və Qərənfil-95 X27 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək və iddianın dəyişdirilərək “xx.xx.2023-cü il tarixli, RX **********72 seriyalı çıxarışın verilməsinə əsas olmuş torpaq sahəsinin planı və ölçü sənədində göstərilən 10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının 10 may 2001-ci il tarixli, 127 nömrəli sərəncamına əsasən tərtib edilmiş torpaq sahəsinin planında "xxxx" kiçik müəssisəsinə ayrılmış Cəlilabad rayon ərazisində yerləşən 10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cəlilabad rayon İcra Hakimiyyəti başçısının 10 may 2001-ci il tarixli, 127 nömrəli sərəncamına əsasən "xxxx" FKM-nin mülkiyyətinə 10 ha torpaq sahəsi verilmiş və bu barədə torpaq sahəsinin icarəyə verilməsi haqqında 07 may 2007-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Eyni zamanda torpaq sahəsinin yerləşmə yerinə uyğun olaraq cizgi planı tərtib edilmişdir. Sonradan "xxxx" FKM-nin mülkiyyətinə verilmiş 10 ha torpaq sahəsinə dair 08 dekabr 2022-ci il tarixində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilərək Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Lakin torpaq sahəsinin planı və ölçü sənədinin elektron xəritəsi ilə ilkin torpaq ayrıma sənədlərinin cizgi planında göstərilən koordinatlar arasında uyğunsuzluq olmuşdur. Yəni torpaq sahəsinin faktiki yerləşmə mövqeyi verilən xəritəyə uyğun olmamışdır. Torpaq sahəsinin planı və ölçü sənədinə əsasən "xxxx" FKM-ə məxsus torpaq sahəsinin koordinatları tamam fərqli əraziyə düşmüşdür. Bununla bağlı cavabdehin orqana müraciət edərək yanlışlığın aradan qaldırılması barədə müraciət etsə də, oradan ona imtina verilərək məhkəməyə müraciət etməyi izah olunmuşdur. Buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alaraq xx.xx.2023-cü il tarixli, RX **********72 seriyalı çıxarışın verilməsinə əsas olmuş torpaq sahəsinin planı və ölçü sənədində göstərilən 10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının 10 may 2001-ci il tarixli, 127 nömrəli sərəncamına əsasən tərtib edilmiş torpaq sahəsinin planında "xxxx" kiçik müəssisəsinə ayrılmış Cəlilabad rayon ərazisində yerləşən 10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi sərəncama münasibət barədə məktubla bildirmişdir ki, Cəlilabad rayon İcra Hakimiyyətinin 07 dekabr 2022-ci il tarixli 332 saylı sərəncamı, torpaq sahəsinin 08 dekabr 2022-ci il tarixli 44 saylı icarə müqaviləsi əsasında Cəlilabad rayonu ərazisində yerləşən 10 ha X34 torpaq sahəsinə "xxxx" X36 Müəssisəsinə 27 fevral 2023-ci il tarixdə **********72 reyestr nömrəli çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. İddiaçı X7 İdarəyə çıxarışın ləğvi ilə bağli 2023-ci il tarixdə rəsmi müraciəti aşkar edilməmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləs və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının inzibati Prosessual Məcəllənin 48.2-ci maddəsini rəhbər tutaraq İddiaçı X7 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X26 8 saylı Cəlilabad Ərazi idarəsinə qarşı iddia tələbinin təmin edilməməsini xahiş edirik. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin və üçüncü şəxs Cəlilabad rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X14 iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X18 iddianı qəbul etmədiyini bildirərək, iddianın təmin olunmamasını xahiş etdi. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri, həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. İddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, İddiaçı kəndli fermer təsərrüfatı xx.xx.2023-cü il tarixli, RX **********72 seriyalı çıxarışın verilməsinə əsas olmuş torpaq sahəsinin planı və ölçü sənədində göstərilən 10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının 10 may 2001-ci il tarixli, 127 nömrəli sərəncamına əsasən tərtib edilmiş torpaq sahəsinin planında "xxxx" kiçik müəssisəsinə ayrılmış Cəlilabad rayon ərazisində yerləşən 10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuna ziddir. Cavabdeh inzibati orqanın bu hərəkəti iddiaçının hüquqlarını pozur (İPM-in 34.1-ci maddəsi). Bu səbəbdən də iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan torpağa mülkiyyət, sahibkarlıq və daimi istifadə hüququna dair A-004863 saylı dövlət aktının təsdiq olunmuş surətindən görünür ki, Cəlilabad rayon XDS-nin xx.xx.1994-cü il tarixli, 03 nömrəli qərarı ilə 30 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün İddiaçı kommersiya kiçik müəssisəsinə torpaq sahəsi verilmişdir. İşdə olan Cəlilabad rayonu İcra Hakimiyyətinin başçısının 10 may 2001-ci il tarixli, 127 saylı sərəncamın surətindən görünür ki, rayon torpaq şöbəsinin 8 may 2001-ci il tarixli 262 №-li vəsatəti nəzərə alınaraq respublika Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1 ci bəndinin 2-ci abzasına əsasən İddiaçı kəndli (fermer) təsərrüfatına Korlar dövlət ehtiyat fond torpağından verilmiş torpağın 10,0 hektarından istifadə hüququna xitam verilmişdir. İşdə olan Cəlilabad rayonu İcra Hakimiyyətinin başçısının 07 dekabr 2022-ci il tarixli, 332 saylı sərəncamın surətindən görünür ki, "xxxx" X17 direktoru X9 müraciəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 2022-ci il 28 noyabr tarixli **********68 nömrəli məktubu nəzərə alınaraq rayonun dövlət mülkiyyətinə aid torpaqlarından 10,0 hektar torpaq sahəsi əkinçiliyin inkişafı məqsədilə "xxxx" X19 verilsin və müəssisənin direktoru X18 ilə 2022-ci il 8 dekabr tarixdən 2037-ci il 8 dekabr tarixədək icarə müqaviləsi bağlanılmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli, 44 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı ilə "xxxx" X17 direktoru X18 arasında xx.xx.2022-ci il tarixli, 332 saylı sərəncamı əsasında 10 hektar torpaq sahəsinə qısa müddətə icarə müqaviləsi bağlanmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********168600 nömrəli dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı kəndli fermer təsərrüfatı xx.xx.2000-ci il tarixdə (VÖEN) ********** nömrə ilə qeydiyyata alınmışdır. ünvan 1 ünvanı, nizamnamə kapitalının miqdarı 9.00 manatdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********168600 nömrəli dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı kəndli fermer təsərrüfatı (VÖEN) **********, təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı (əvvəlki) X15-1 pay, X16-1 pay və X4-1 pay. Təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı hazırda X15-1.1666 pay, X16 1.1666 pay, X5-0.1667 pay, X23-0.1666 pay, X6-0.1666 pay və X14-0.1666 pay, qanuni təmsilçisi X10r. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Cəlilabad rayonu, DEF torpaq sahəsindən Cəlilabad rayonu İcra Hakimiyyətinin başçısının 07 dekabr 2022-ci il tarixli, 332 saylı sərəncamı, xx.xx.20224-ci il tarixli, 44 nömrəli icarə müqaviləsinə əsasən "xxxx" X17 olan 10 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 250 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, **********718900 nömrəli məktubunda qeyd edilmişdir ki, arvix və uçot məlumatlarına əsasən İddiaçı X8 xx.xx.1995-ci il tarixdə Ədliyyə Nazirliyində 25525 nömrə ilə dövlət qeydiyyatına alınması, xx.xx.2000-ci ildə İddiaçı X11 çevrilməsi, xx.xx.2005-ci ildə tarixdə 10 rəqəmli VÖEN (**********) alması, fəaliyyətinin aktiv vəziyyətdə olması, rəhbərlərinin X4 və xx.xx.2021-ci il tarixdən X14 (FİN: 45CJMM0) olması barədə məlumatlar mövcuddur. Vergi ödəyicilərinin dövlət reyestrində "xxxx" X36 Müəssisəsi adında hüquqi şəxsin dövlət qeydiyyatına alınması barədə məlumat mövcud deyildir. Əlavə olaraq bildirik ki, "xxxx" X27 (VÖEN: **********) adında hüquqi şəxsin xx.xx.1996-cı il tarixdə Ədliyyə Nazirliyində 27456 nömrə ilə dövlət qeydiyyatına alınması, xx.xx.2005-ci ildə tarixdə 10 rəqəmli VÖEN alması, fəaliyyətinin aktiv vəziyyətdə olması, rəhbərlərinin X13 və xx.xx.2022-ci il tarixdən X18 (FİN: 6HR2JNQ) olması barədə məlumatlar mövcuddur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/1266 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 08 saylı Cəlilabad Ərazi İdarəsinin 15 aprel 2024-cü il tarixli, 3-21-3-43/2-1829/2024 №-li mütəxəssis rəyinə əsasən, Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının 10 may 2001-ci il tarixli 127 nömrəli sərəncamına əsasən ləğv edilmiş DTXK-nin Cəlilabad rayon şöbəsi tətərfindən tərtib edilmiş torpaq sahəsinin planında "xxxx" kiçik müəssisəsinə ayrılmış Cəlilabad rayon ərazisində yerləşən 10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Sxem və koordinatlar mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 08 saylı Cəlilabad Ərazi İdarəsinin 15 aprel 2024-cü il tarixli, 3-21-3-43/2-1829/2024 №-li mütəxəssis rəyinə əsasən, Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının 10 may 2001-ci il tarixli 127 nömrəli sərəncamına əsasən “Qərənfıl-95" kiçik müəssisəsinə ayrılmış Cəlilabad rayon ərazisində yerləşən 10 ha torpaq sahəsinin ləğv edilmiş DTXK-nin Cəlilabad rayon şöbəsi tərəfındən tərtib edilmiş torpaq sahəsinin planında düzgün qeyd edilməsi müəyyən edilmişdir. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 08 saylı Cəlilabad Ərazi İdarəsinin 15 aprel 2024-cü il tarixli, 3-21-3-43/2-1829/2024 №-li mütəxəssis rəyinə əsasən, Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 332 nömrəli sərəncamı və sərəncama əsasən verilmiş icarə hüquqların dövlət qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********72 reyestr nömrəli çıxarışı və plan ölçüsü əsasında “Qərənfıl-95" kiçik müəssisəsinin icarə hüquqları qeydə alınmış 10 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri, döngə nöqtələri və koordinatları müəyyən edilmişdir. Sxem və koordinatlar mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Qərardadın dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 08 saylı Cəlilabad Ərazi İdarəsinin 15 aprel 2024-cü il tarixli, 3-21-3-43/2-1829/2024 №-li mütəxəssis rəyinə əsasən, Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 332 nömrəli sərəncamı və sərəncama əsasən verilmiş icarə hüquqların dövlət qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********72 reyestr nömrəli çıxarışı və plan ölçüsü, naturada “Qərənfıl-95" kiçik müəssisəsinin nümayəndəsi tərəfindən komissiyanın iştirakı ilə göstərilmiş və naturada göstərilən 10.0 ha torpaq sahəsinə uyğun hazırlanırmış yerquruluşu planındaki döngə nöqtələrinin koordinatlarına əsasən hazırlanmışıdır. Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 332 nömrəli sərəncamı və sərəncama əsasən verilmiş icarə hüquqların dövlət qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********72 reyestr nömrəli çıxarışı əsasında “Qərənfil- 95" kiçik müəssisəsinin icarə hüquqları qeydə alınmış 10 ha torpaq sahəsi, Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının 10 may 2001-ci il tarixli 127 nömrəli sərəncamına əsasən ləğv edilmiş DTXK-nin Cəlilabad rayon şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planında “Qərənfıl-95" kiçik müəssisəsinə ayrılmış 10 ha torpaq sahəsində fəqli işlənmişdir. Sxem və koordinatlar mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Qərardadın beşinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 08 saylı Cəlilabad Ərazi İdarəsinin 15 aprel 2024-cü il tarixli, 3-21-3-43/2-1829/2024 №-li mütəxəssis rəyinə əsasən, Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 127 nömrəli sərəncamına əsasən ləğv edilmiş DTXK-nin Cəlilabad rayon şöbəsi tərəfındən tərtib edilmiş torpaq sahəsinin planında “Qərənfıl-95” kiçik müəssisəsinə ayrılmış Cəlilabad rayon ərazisində yerləşən 10 ha torpaq sahəsi ilə Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 332 nömrəli sərəncamı və sərəncama əsasən verilmiş icarə hüquqların dövlət qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********72 reyestr nömrəli çıxarışı və plan ölçüsü əsasında “Qərənfıl-95" kiçik müəssisəsinin icarə hüquqları qeydə alınmış 10 ha torpaq sahəsinin eyni ərazini əhatə etmədiyi müəyyən edilmişdir. Mübahisəli ərazidə “Qərənfıl-95” kiçik müəssisəsi tərəfindən 30.0 ha torpaq sahəsinin istifadə edilməsi müəyyən edilmişdir. Qərardadın altıncı və yeddinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 08 saylı Cəlilabad Ərazi İdarəsinin 15 aprel 2024-cü il tarixli, 3-21-3-43/2-1829/2024 №-li mütəxəssis rəyinə əsasən, Qeyd edilən mübahisəli torpaq sahələrinin faktiki olaraq "xxxx" kiçik müəssisəsinə istifadəsində olması, və həmin ərazidə "xxxx" kiçik müəssisəsi tərəfindən 30.0 ha torpaq sahəsində əkin işləri aparılması müəyyən edilmişdir. Qərardadın səkkizinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 08 saylı Cəlilabad Ərazi İdarəsinin 15 aprel 2024-cü il tarixli, 3-21-3-43/2-1829/2024 №-li mütəxəssis rəyinə əsasən, torpaq sahələrinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatları faktiki istifadəyə uyğunlaşdırılacağı təqdirdə üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqlarının pozulmayacağı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X12 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-ci il tarixli qararında göstərilir ki, Azarbaycan Respublikası «İnsan Hüquqlarının və X12 Haqqında» Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmis dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasınin məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «İnsan Hüquqlarının və X2 haqqında» Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmis dövlətlər üçün məcburidir. «İnsan Hüquqlarının və X2 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, oz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin umumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata kecirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. «X24rşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə konpensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə susmaq razılıq əlamətidir ki, dövlət bu halda susmaqla, Önər Yıldıza heç bir icazə almadan parkda tikinti inşa edərək ailəsi ilə 4 ildən artıq yaşadığı evə mülkiyyət hüququnu faktiki tanımışdır. «X25rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. «Payn Velli developments Ltd şirkəti İrlandiyaya qarşı» işdə Avropa Məhkəməsi qərara almışdır ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun gözləmə 1 saylı protokolun 1-ci maddəsinin müdafiə etdiyi hüquq, yəni mülkiyyət hüququ sayıla bilər. Həmin işdə ərizəçi torpaq sahəsi almış və orada tikinti həyata keçirməyi planlaşdırmışdı. Avropa Məhkəməsi tikintini həyata keçirilməsinə maneəni 1 saylı protokolun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Mübahisə İddiaçı kommersiya kiçik müəssisəsinə ayrılan torpaq sahəsi ilə Cəlilabad rayonu İcra Hakimiyyətinin başçısının 07 dekabr 2022-ci il tarixli, 332 saylı sərəncamı ilə "xxxx" X19 ayrılan 10 hektar torpaq sahəsinin üst-ütə düşməsi ilə bağlı olmuşdur. Belə ki, iş materiallarına əlavə edilən sənədlərə əsasən Cəlilabad rayon XDS-nin xx.xx.1994-cü il tarixli, 03 nömrəli qərarı ilə İddiaçı kommersiya kiçik müəssisəsinə 30 ha torpaq sahəsi verilmiş, sonradan Cəlilabad rayonu İcra Hakimiyyətinin başçısının 10 may 2001-ci il tarixli, 127 saylı sərəncamı ilə Bənövşə” kəndli (fermer) təsərrüfatına Korlar dövlət ehtiyat fond torpağından verilmiş torpağın 10,0 hektarından istifadə hüququna xitam verilmiş, qeyd edilən torpaq sahəsi "xxxx" X19 verilmişdir. Torpaq sahələrinin üst-üstə düşməsi ilə bağlı inzibati orqanın imtinası hissəsində məhkəmə araşdırma aparan zaman Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 332 nömrəli sərəncamı və sərəncama əsasən verilmiş icarə hüquqların dövlət qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********72 reyestr nömrəli çıxarışı əsasında “Qərənfil- 95" kiçik müəssisəsinin icarə hüquqları qeydə alınmış 10 ha torpaq sahəsinin koordinatlarının Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının 10 may 2001-ci il tarixli 127 nömrəli sərəncamına əsasən ləğv edilmiş DTXK-nin Cəlilabad rayon şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planında “Qərənfıl-95" kiçik müəssisəsinə ayrılmış 10 ha torpaq sahəsindən fərqli qeyd edildiyi müəyyən edilmişdir. Başqa sözlə, Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 127 nömrəli sərəncamına əsasən ləğv edilmiş DTXK-nin Cəlilabad rayon şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planında “Qərənfıl-95” kiçik müəssisəsinə ayrılmış Cəlilabad rayon ərazisində yerləşən 10 ha torpaq sahəsi ilə Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 332 nömrəli sərəncamı və sərəncama əsasən verilmiş icarə hüquqların dövlət qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən **********72 reyestr nömrəli çıxarışı və plan ölçüsü əsasında “Qərənfıl-95" kiçik müəssisəsinin icarə hüquqları qeydə alınmış 10 ha torpaq sahəsinin eyni ərazini əhatə etmədiyi, koordinatlarda uyğunsuzluqların olduğu müəyyən edilir. İmtina məktubunda qeyd edilən halların əsassız olduğu iş materiallarına əlavə edilmiş sübutlarla, eləcə də ekspert rəyi ilə sübuta yetirilir və məhkəmə hesab edir ki, qeyd olunan hallar iddiaçının mülkiyyət hüququ məhdudlaşdırılması ilə nəticələnmişdir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabd Ərazi İdarəsinin etiraz məktubunda qeyd edilən əsasların araşdırılması məqsədilə xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/1266 nömrəli ekspert rəyi təqdim edilmişdir ki, məhkəmə qeyd edilən rəyi mötəbər sübut kimi qəbul edir. Məhkəməyə təqdim edilən ekspert rəyinə və mütəxəssis tərəfindən təqdim edilən yerquruluşu planına qarşılıqlı nəzər yetirilən zaman Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 332 nömrəli sərəncamı ilə “Qərənfıl-95" kiçik müəssisəsinə ayrılmış 10 ha torpaq sahəsinin koordinatlarının 2001-ci ildə ayrıldığı zamandan fərqli koordinatlar üzərində işləndiyi, müvafiq uyğunsuzluqların olduğu bir daha müəyyən edilir. Eləcə də, torpaq sahələrinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatları torpaq sahəsi ayrılan zaman qeyd edilən koordinatlara uyğunlaşdırılacağı təqdirdə üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqlarının pozulmayacağı müəyyən edilir. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə, məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının 10 may 2001-ci il tarixli 127 nömrəli sərəncamına əsasən “Qərənfıl-95" kiçik müəssisəsinə ayrılmış Cəlilabad rayon ərazisində yerləşən 10 ha torpaq sahəsinin ləğv edilmiş DTXK-nin Cəlilabad rayon şöbəsi tərəfındən tərtib edilmiş torpaq sahəsinin planında düzgün qeyd edilməsi müəyyən edilmişdir. Cəlilabad rayon İcra Hakimiyyətinin 07 dekabr 2022-ci il tarixli 332 saylı sərəncamı, torpaq sahəsinin 08 dekabr 2022-ci il tarixli 44 saylı icarə müqaviləsi əsasında Cəlilabad rayonu ərazisində yerləşən 10 ha X34 torpaq sahəsinə "xxxx" X36 Müəssisəsinə 27 fevral 2023-ci il tarixdə **********72 reyestr nömrəli çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Cavabdeh DƏDRX 8 saylı Cəlilabad Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının iddiasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, xx.xx.2023-cü il tarixli, RX **********72 seriyalı çıxarışın verilməsinə əsas olmuş torpaq sahəsinin planı və ölçü sənədində göstərilən 10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının 10 may 2001-ci il tarixli, 127 nömrəli sərəncamına əsasən tərtib edilmiş torpaq sahəsinin planında "xxxx" kiçik müəssisəsinə ayrılmış Cəlilabad rayon ərazisində yerləşən 10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına uyğunlaşdırılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, prosessual xərclər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsindən tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı X7 iddiası təmin edilsin. xx.xx.2023-cü il tarixli, RX **********72 seriyalı çıxarışın verilməsinə əsas olmuş torpaq sahəsinin planı və ölçü sənədində göstərilən 10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının 10 may 2001-ci il tarixli, 127 nömrəli sərəncamına əsasən tərtib edilmiş torpaq sahəsinin planında "xxxx" kiçik müəssisəsinə ayrılmış Cəlilabad rayon ərazisində yerləşən 10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına uyğunlaşdırılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1296/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1296/2024
15.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver