Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-1299/2022 18.08.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi XX katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “xx.xx.2020-ci il tarixli, **********207500 nömrəli, xx.xx.2021-ci il tarixli, **********473200 nömrəli, xx.xx.2021-ci il tarixli, **********307600 nömrəli, xx.xx.2021-ci il tarixli, **********894600 nömrəli, xx.xx.2021-ci il tarixli, **********915400 nömrəli və xx.xx.2021-ci il tarixli, **********905700 nömrəli qərarların ləğv edilməsi və onlara əsasən hesablanmış cəmi 21.640,24 manat vergi borcunun iddiaçının şəxsi hesabından silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx.xx.2020-ci il tarixli, **********207500 nömrəli, xx.xx.2021-ci il tarixli, **********473200 nömrəli, xx.xx.2021-ci il tarixli, **********307600 nömrəli, xx.xx.2021-ci il tarixli, **********894600 nömrəli, xx.xx.2021-ci il tarixli, **********915400 nömrəli və xx.xx.2021-ci il tarixli, **********905700 nömrəli qərarların ləğv edilməsi və onlara əsasən hesablanmış cəmi 21.640,24 manat vergi borcunun iddiaçının şəxsi hesabından silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə İddiaçı nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X2 izahat verərək bildirdi ki, 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli, **********207500 nömrəli, xx.xx.2021-ci il tarixli, **********473200 nömrəli, xx.xx.2021-ci il tarixli, **********307600 nömrəli, xx.xx.2021-ci il tarixli, **********894600 nömrəli, xx.xx.2021-ci il tarixli, **********915400 nömrəli və xx.xx.2021-ci il tarixli, **********905700 nömrəli qərarları barədə iddia tələbi üzrə qanunvericiliklə müəyyən edilmiş prosessual müddətlər ötürülmüşdür. “Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat”lardan da göründüyü kimi iddiaçının ləğvini istədiyi xx.xx.2020-ci il tarixli, **********207500 nömrəli qərar xx.xx.2020ci il tarixdə, xx.xx.2021-ci il tarixli, **********473200 nömrəli qərar xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixli, **********307600 nömrəli qərar xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixli, **********894600 nömrəli qərar xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixli, **********915400 nömrəli qərar xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixli, **********905700 nömrəli qərar xx.xx.2021-ci il tarixdə vergi ödəyicisinə elektron üsulla göndərilmiş və vergi ödəyicisi tərəfindən müvafiq olaraq xx.xx.2021-ci il, xx.xx.2021-ci il xx.xx.2021-ci il tarixlərdə oxunmuşdur. İddiaçı isə qanunvericiliklə müəyyən olunmuş iddia müddətini ötürərək mübahisə predmeti ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatlarından görünür ki, xx.xx.2020-ci il tarixli, **********207500 nömrəli qərar xx.xx.2020-ci il tarixdə göndərilmiş, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixli, **********473200 nömrəli qərar xx.xx.2021-ci il tarixdə göndərilmiş, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixli, **********307600 nömrəli qərar xx.xx.2021-ci il tarixdə göndərilmiş, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixli, **********894600 nömrəli qərar xx.xx.2021-ci il tarixdə göndərilmiş, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixli, **********915400 nömrəli qərar xx.xx.2021-ci il tarixdə göndərilmiş, xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixli, **********905700 nömrəli qərar xx.xx.2021-ci il tarixdə göndərilmiş, xx.xx.2021-ci il tarixdə iddiaçı tərəfindən elektron üsulla oxunmuşdur. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materialını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 70.2-1.3-cü məddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi qərarlardan məlumatı olmuşdur. İddia ərizəsi isə xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisə üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, qanunla müəyyən edilmiş prosessual müddəti ötürüldüyündən İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “xx.xx.2020-ci il tarixli, **********207500 nömrəli, xx.xx.2021-ci il tarixli, **********473200 nömrəli, xx.xx.2021-ci il tarixli, **********307600 nömrəli, xx.xx.2021-ci il tarixli, **********894600 nömrəli, xx.xx.2021-ci il tarixli, **********915400 nömrəli və xx.xx.2021-ci il tarixli, **********905700 nömrəli qərarların ləğv edilməsi və onlara əsasən hesablanmış cəmi 21.640,24 manat vergi borcunun iddiaçının şəxsi hesabından silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmamalıdır. İş üzrə prosessual xərclər yoxdur. Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35, 80, 83, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “xx.xx.2020-ci il tarixli, **********207500 nömrəli, xx.xx.2021-ci il tarixli, **********473200 nömrəli, xx.xx.2021-ci il tarixli, **********307600 nömrəli, xx.xx.2021-ci il tarixli, **********894600 nömrəli, xx.xx.2021-ci il tarixli, **********915400 nömrəli və xx.xx.2021-ci il tarixli, **********905700 nömrəli qərarların ləğv edilməsi və onlara əsasən hesablanmış cəmi 21.640,24 manat vergi borcunun iddiaçının şəxsi hesabından silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1299/2022
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1299/2022
18.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver