Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1299/2024 08.05.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı “Ləman” kiçik müəssisəsinin nümayəndəsi İddiaçı iştirakı ilə, İddiaçı “Ləman” kiçik müəssisəsinin Cavabdehnə qarşı “Cavabdeh 30 iyul 2015-ci il tarixli, 11 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına 08 may 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 28 iyul 2015-ci il tarixli, 04 saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim etmiş və iş üzrə İddiaçı əsl iddiaçı “Ləman” kiçik müəssisəsi ilə əvəz olunmasını, eləcə də iddia tələbinin dəyişdirilərək “Cavabdeh 30 iyul 2015-ci il tarixli, 11 saylı qərarının ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 25 oktyabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı əsl iddiaçı “Ləman” kiçik müəssisəsi ilə əvəz olunmuş, eləcə də iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona məxsus “Ləman” kiçik müəssisəsinə Əli Bayramlı XDS-nin qərarına əsasən Şirvan şəhəri elektrik şəbəkəsinin şərq hissəsində olan 0,5 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsini mülkiyyətinə daxil etmək məqsədilə müvafıq sənədləşmə işlərinin aparılmasından ötrü ərizə ilə Şirvan şəhər Bələdiyyəsinə müraciət etmişdir. Şirvan şəhər Bələdiyyəsindən ona bildirilmişdir ki, bələdiyyənin 28 iyul 2015-ci il tarixli iclası keçirilmiş və həmin iclasın 05 saylı protokoluna əsasən ayrılmış 0,5 ha torpaq sahəsindən guya onun imtina etməyi müzakirə olunmuş və həmin torpaq sahəsinin bələdiyyənin ehtiyat fonduna daxil edilməsi qərara alınmışdır. O, bundan xəbər tutduqdan sonra “Ləman” kiçik müəssisəsinə ayrılmış 0,5 ha torpaq sahəsinin Cavabdeh xx.xx.2015-ci il tarixli, 05 saylı Qərarının ləğv edilməsi barədə xx.xx.2017-ci il tarixli ərizə ilə poçt vasitəsilə Şirvan şəhər bələdiyyəsinə müraciət etmişdir. Həmin müraciətinə yazılı cavab verilmədiyi üçün xx.xx.2017-ci il tarixli təkrar ərizə ilə Şirvan şəhər Bələdiyyəsinə müraciət etmişdir. Lakin həmin ərizəsinədə hal-hazıra qədər Bələdiyyə tərəfındən heç bir rəsmi münasibət bildirilməmişdir. Bundan başqa guya o, “Ləman” kiçik müəssisəsinə ayrılmış 0,5 ha torpaq sahəsindən imtina etmiş, bununla bağlı 28 iyul 2015-ci il tarixli, 05 saylı qərar qəbul edilmiş və onun ərizəsi olduğu üçün 0,5 ha torpaq sahəsi onun əlindən alınmışdır. Halbuki o, “Ləman” kiçik müəssisəsinə ayrılmış 0,5 ha torpaq sahəsindən imtina etməmiş və belə bir ərizə nə yazmış, nə də imza etmişdir. Onun heç bir şeydən xəbəri yoxdur. Araşdırılsın, imza xətt numunələri götürülsun, həm yazılan yazıdan, həmdə imzadan. Cavabdeh tərəfındən qeyd edilən hərəkətlə konstitutsion hüququ pozulmuşdur. Buna görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarından görünür ki, iddiaçının nümayəndəsi İddiaçı məhkəməyə “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə təqdim etmişdir. Ərizədə 2015-ci ildə Cavabdeh tərəfindən ona torpaqla bağlı sənədlərin yenilənəcəyinin bildirildiyi və bu məqsədlə bələdiyyə əməkdaşı Məlik Məmmədov tərəfindən ərizə hazırlandığını və o qeyd edilən ərizəni imzaladığını, o, gözdən ikinci qrup əlil olduğu və şəkər xəstəliyindən əziyyət çəkdiyi üçün ərizəni oxumadan imza etdiyini, bir müddət sonra ona Cavabdeh tərəfindən məktub ünvanlanaraq ona məxsus 0,5 ha torpaq sahəsinin Cavabdeh balansına keçdiyini, o, uzun müddət Cavabdehnə, Şirvan Şəhər İcra Hakimiyyətinə və müxtəlif dövlət orqanlarına müraciətlər edərək, Cavabdeh saxtakarlıqla, onun xəstəliyindən sui-istifadə edərək, mülkiyyətində olan 0,5 ha torpaq sahəsini öz balansına keçirdiyini bildirmiş və hazırda qeyd edilən məsələ ilə bağlı məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd etdiyi səbəblərdən Cavabdeh xx.xx.2015-ci il tarixli, 04 saylı qərarının mübahisələndirilməsi ilə bağlı buraxılmış prosessual müddəti öturməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, iddiaçının nümayəndəsinin “buraxılmış prosessual müddətin bərpası barədə” vəsatətinin və iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi İddiaçı “buraxılmış prosessual müddətin bərpası barədə” ərizənin təmin edilməsini və iddianın mümkün sayılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının nümayəndəsinin “buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə isə, inzibati-orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldıra bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda müvafiq müddətlərə riayət olunması iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Ləman” kiçik müəssisəsi Əli Bayramlı Şəhər İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 37 saylı Sərancamı ilə qeydə alınmışdır. “Ləman” kiçik müəssisəsinin xx.xx.1993-cü il tarixli, 01 saylı məktubu nəzərə alınaraq Əli Bayramlı şəhər XDS Rəyasət Heyətinin xx.xx.1993-cü il tarixli, 05 saylı qərarına əsasən müəssisənin fəaliyyət göstərməsi üçün şəhər elektrik şəbəkəsinin yardımçı təsərrüfatının şərq hissəsindən 0,5 hektar torpaq sahəsi ayrılmışdır. Şəhərdə icarəyə götürülmüş böyük torpaq sahələrindən istifadə edilməməsi hallarına qarşı tədbirlərin gücələndirilməsinin nəticəsi olaraq torpaq icarəçisi “Ləman” kiçik müəssisəsinin direktoru Elektrik şəbəkəsinin şərq hissəsində yerləşən müəssisənin icarəsində olan 0,5 ha torpaq sahəsinin ondan könüllü geri alıması barədə xx.xx.2015-ci il tarixli, 03 saylı məktubla Bələdiyyəyə müraciət etmişdir. Həmin torpaq sahəsinin uzun müddət istifadəsiz qalması, icarəçi tərəfindən onun münbitliyinin qorunub saxlanılması və ekoloji şəraitinin yaxşılaşdırılması üçün Nizamnaməsinə uyğun üzərinə götürdüyü öhdəliyi yerinə yetirilməməsi nəzərə alınaraq, Cavabdeh xx.xx.2015-ci il tarixli, 11 saylı qərarına əsasən “Ləman” kiçik müəssisəsinin könüllü imtina etdiyi 0,5 ha torpaq sahəsi bələdiyyənin ehtiyyat fonduna daxil edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, 2015-ci ildə Cavabdehndə ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində işləmişdir. “Ləman” kiçik müəssisəsinin direktoru İddiaçı bələdiyyəyə müraciət edərək, “Ləman” kiçik müəssisəsinin icarəsində olan 0,5 ha torpaq sahəsinin ondan könüllü geri alınmasını xahiş etmişdir. Bunun üçün ərizə ilə müraciət etməli olduğu onun diqqətinə çatdırılmış, onun isə ərizənin yazılmasında ona köməklik edilməsi barədə xahişi nəzərə alınaraq ərizə onun tərəfindən tərtib olunmuşdur. Ərizə tərtib olunduqdan sonra İddiaçı həmin ərizənin məzmunu ilə tanış olmuş və ərizəni imza etmişdir. Bundan sonra İddiaçı müraciəti bələdiyyənin Yerli iqtisadi inkişaf məsələləri daimi komissiyasının 28 iyul 2015-ci il tarixli, 05 saylı iclasında müzakirəyə çıxarılmış və İddiaçı müraciəti məqbul sayılmış və bundan sonra bələdiyyənin 30 iyul 2015-ci il tarixli iclasında həmin məsələyə baxılaraq “Ləman” kiçik müəssisəsinin könüllü imtina etdiyi 0,5 ha torpaq sahəsinin bələdiyyənin ehtiyyat fonduna daxil edilməsi qərara alınmışdır. İddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, iddiaçının məhkəmə müdafiəsindən faydalanması üçün qanunvericiklə müəyyənləşdirilmiş müddətlərin (iddia müddəti) üzrsüz səbəblərdən çox uzun müddət ötürülmüş olması mübahisələndirilən qərarın qanuniliyi məsələsinin araşdırma predmetinə çevrilməsinə ciddi maneə törədir. Belə ki, iş materiallarında görünür ki, iddiaçının hazırkı iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı cavabdeh inzibati orqana qarşı iddianı sözügedən qərarı aldıqdan (təqdim olunduqdan) 8 ilə yaxın vaxt keçdikdən sonra qaldırmışdır. Halbuki, İPMin 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Məhkəmə buraxılmış müddətinin üzrlü hesab edilməsinə dair ərizəyə münasibətdə qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaların mənasına əsasən, iddianın verilməsi üçün nəzərdə tutulmuş müddət prosessual müddətlər anlayışına aid olunmaqla, onun buraxıldığı təqdirdə bərpa edilməsi nəzərdə tutulmuşdur. Lakin müddəti buraxmış şəxs onun təqsiri olmadan buraxılması halları barədə bildirməli və bu halları əsaslandırmalıdır. Bu isə o anlamı yaradır ki, müddətə riayət etməmiş şəxs sübut etməlidir ki, müəyyən edilmiş müddətin ötürülməsi üzürlü səbəbdən baş vermiş və bilavasitə onun iradəsindən asılı olmamışdır. Buraxılan prosessual müddətin onun təqsiri olmadan buraxılmasını əsaslandırarkən, iddiaçının nümayəndəsi ərizəsində 2015-ci ildə Cavabdeh tətəfindən ona torpaqla bağlı sənədlərin yenilənəcəyini, bu məqsədlə bələdiyyə əməkdaşı Məlikağa Məmmədov tərəfindən ərizə hazırlandığını və o qeyd edilən ərizəni imzaladığını, o, gözdən ikinci qrup əlil olduğu və şəkər xəstəliyindən əziyyət çəkdiyi üçün ərizəni oxumadan imza etdiyini, bir müddət sonra ona Cavabdeh tətəfindən məktub ünvanlandığını və ona məxsus 0,5 ha torpaq sahəsinin Cavabdeh balasına keçirildiyi bildirildiyi, bundan sonra o, uzun müddət Cavabdehnə, Şirvan Şəhər İcra Hakimiyyətinə və müxtəlif dövlət orqanlarına müraciətlər edərək, Cavabdeh saxtakarlıqla, onun xəstəliyindən sui-istifadə edərək, mülkiyyətində olan 0,5 ha torpaq sahəsini öz balansına keçirdiyini bildirsə də, heç bir nəticə olmadığından, hazırda iddia tələbi ilə məhkəməyə müraciət etdiyini qeyd etsə də, məhkəmə iddia tərəfinin həmin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, İnzibati-Prosessual Məcəllədə iddia müddətinin axımının dayandırılmasına səbəb olan hallar konkret olaraq göstərilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.3-cü maddəsinə əsasən inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: 38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); 38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Göründüyü kimi, mövcud qanunvericilikdə iddiaçının irəli sürdüyü dəlillər iddia müddətlərinin axımının dayandırılmasına əsas kimi göstərilməmişdir. Bu qənaətə gələrkən məhkəmə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq qeyd edir ki, E.Həkimovun şikayəti üzrə 03 noyabr 2008-ci il tarixli qərarında həmin Məhkəmə, iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə onların heç də hər zaman üst-üstə düşməməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Göründüyü kimi, iddiaçı bir təqvim ayı ərzində müraciət etməmiş və bu cür iddialar üzrə müəyyən edilən iddia müddətini ötürmüşdür. Beləliklə, məhkəmə hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş iddia müddəti üzrsüz səbəbdən ötürüldüyündən, iddiaçı “Ləman” kiçik müəssisəsinin Cavabdehnə qarşı “Cavabdeh 30 iyul 2015-ci il tarixli, 11 saylı qərarının ləğv edilməsi” barədə iddiası üzrə “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməməli və iddiaçı “Ləman” kiçik müəssisəsinin Cavabdehnə qarşı “Cavabdeh 30 iyul 2015-ci il tarixli, 11 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 13-cü, 23.1-ci, 33-cü, 24-cü, 35-ci və 38.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı “Ləman” kiçik müəssisəsinin Cavabdehnə qarşı “Cavabdeh 30 iyul 2015-ci il tarixli, 11 saylı qərarının ləğv edilməsi” barədə iddiası üzrə “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməsin. İddiaçı “Ləman” kiçik müəssisəsinin Cavabdehnə qarşı “Cavabdeh 30 iyul 2015-ci il tarixli, 11 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1299/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1299/2024
08.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver