Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-130/2023 03.05.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «2020-ci il noyabr ayının axırına qədər olan dövr üçün subsidiya vəsaitinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə Masallı şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bəyannamə əsasında 2019-2020-ci illər üzrə subsidiya vəsaitinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. ŞirvanİnzibatiMəhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)-1679/2021 nömrəli qərardadından görünür ki, X9 və Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-324/2022 nömrəli qərardadından görünür ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-324/2022 nömrəli qərardadından görünür ki, iddia tələbi dəqiqləşdirilərək, İddiaçı Cavabdehnə qarşı “2020ci il noyabr ayının axırına qədər olan dövr üçün subsidiya vəsaitinin ödənilməsi öhdəliyinin cavabdehin üzrərinə qoyulması kimi baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxx 1954-cü il tarixdə Cəlilabad şəhərində anadan olmuşdur və hal-hazırda Cəlilabad şəhərində göstərdiyi ünvanda yaşayır. Uzun müddətdir ki, xırda sahibkar kimi fəaliyyət göstərməklə yanaşı dövlətinin qarşıya qoyduğu məqsədlərin həyata keçməsində israrlı olmuşdur. Bir vergi ödəyicisi kimi təsərrüfatını inkişaf etdirmiş, dövlətinin danılmaz qayğısı ilə onun inkişafına çalışmışdır. Bəyan etmək istəyir ki, səhhəti ilə əlaqədar olaraq ona məxsus 4,0038 ha və 2,6685 ha torpaq əkin sahələrini 26 noyabr 2020-ci il tarixdə 3-cii şəxsə, yəni X7 notarial vasitəsi ilə satmışdır. 2019-2020-ci illər üçün subsidiya almaqdan ötəri 2020-ci ilin avqust ayında cavabdehə ərizə ilə müraciət edərək bəyannamə vermişdir. 3-cü şəxs alğı-satqı etdikdən sonra 2020-ci ilin dekabr ayında göstərilən illər üçün, yəni 2019-2020-ci illər üçün bəyannamə vermiş cavabdeh iddiaçıya aid olan bəyannaməni onunla əlaqələndirərək iddiaçıya çatası pul məbləğini 3-cü şəxsə vermişdir. Bu da qanunlarla tənzimlənə bilməz, çünki 2019-2020-ci ilin noyabr ayının 26-na qədər təsərrüfatı İddiaçı sahibliyimdə olmuş, subsidiya ilə əlaqədar bütün göstərdiyi məbləğlər bəyannamə üzrə İddiaçı çatmalıdır. Bu onun haqqıdır. 3-cü şəxsə verilmiş subsidiya düzgün təyinatı üzrə yönəldilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli etiraz məktubunda göstərilmişdir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsində göstərilən halları və bu halların təsdiqinə yönəlmiş hüquqi şərhi tamamilə əsassız hesab edilir. “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən 2020-ci il 1 yanvar tarixindən etibarən fermerlərə subsidiyaların verilməsi X19 İnformasiya Sistemi (EKTİS) üzərindən həyata keçirilir. Həmin Qaydanın 1.2.9-cu bəndinə görə əkin subsidiyası fermerlərə əkin və çoxillik əkmələrin altında olan torpaqlarda həmin torpaqların məqsədli təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına, torpaqların aqrokimyəvi analizinin aparılmasına, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınmasına, habelə qurulmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilir. Həmin Qaydanın 3.8-ci bəndinə əsasən fermerlər proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti) EKTİS-ə daxil etməlidirlər. Qaydanın 2.2-ci bəndinə uyğun olaraq yaradılan X20 2021- ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə Qərarına əsasən 2021-ci ildə fındıq bağının salınmasına görə birdəfəlik əkin subsidiyası verilir. Həmin qərara əsasən birdəfəyə məxsus əkin subsidiyası məqsədli təyinatı əkin, dinc, çoxillik əkmə olan, habelə meşə fondu boş torpaqlarda, dəniz səviyyəsindən ***-**** m hündürlükdə dağlıq və dağətəyi torpaqlarda 2021-ci ildə salınan intensiv fındıq bağlarına şamil edilir, 1 hektar intensiv fındıq bağının salınması üçün (bir dəfəyə məxsus) dövlət büdcəsinin vəsaiti hesabına 4400 AZN (dörd min dörd yüz manat) məbləğində subsidiya ödənilir və digər torpaq sahələrində salınan intensiv fındıq bağına görə bir dəfəyə məxsus nəzərdə tutulan əkin subsidiyası üçün əkin əmsalı 0-a bərabər qəbul edilir.Göründüyü kimi, əkin üzrə subsidiyalar hər mövsüm ili üçün hesablanaraq verilir. İddiaçı iddia etdiyi 2019 -2020-ci illə üzrə subsidiya vəsaiti 2.6685 ha çoxillik əkin sahəsi üzrə 640.44 manat və 4.0038 ha çoxillik əkin sahəsi üzrə 960.91 manat olmaqla hesablanmışdır. Həmin puldan toplam olaraq 25 faizi, yəni 400.34 manatı nağdlaşdırılaraq, qalanm 75 faizi, yəni 1201.01 manatı isə istehsalın təşkili məqsədi ilə nağdsız qaydada xərclənmək üçün İddiaçı bank hesabına ödənilmişdir.İddiaçı göstərilən torpaq sahələrini 26 noyabr 2020-ci il tarixdə X1 2020-2021-ci mövsüm ili üzrə subsidiya AKİA tərəfindən hesablanaraq Süleyman Süleymanova ödənilmişdir.Yuxarıda şərh edilənləri nəzərə alaraq, İddiaçı Cavabdehnə qarşı “2019-2020-ci illə üzrə subsidiya vəsaitinin ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması” tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X16 iddia tələbini qəbul etməyərək, iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə ünvanlanmışdır. Etirazda qeyd olunmuşdur ki, fermerlərə əkin subsidiyası hər il mövsüm ili üçün hesablanılaraq verilir. İddiaçı iddia etdiyi 2020-ci ili üzrə 2.6685 ha çoxillik əkin sahəsi və 4.0038 ha çoxillik əkin sahəsi üçün hesablanılmış subsidiya vəsaiti fermer İddiaçı Kapital Bank tərəfindən verilmiş xx.xx.2021 -ci il tarixli “Ödəniş kartı üzrə çıxarış”-da göstərildiyi kimi Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən xx.xx.2020-ci il tarixdə fermerin Kapitalbankda olan hesabına (fermer kartına) nəqdi qaydada 400.34 manat və nəqdsiz qaydada isə 1201.01 manat olmaqla yüklənilmiş və fermer tərəfindən istifadə edilmişdir.Vətəndaş İddiaçı 06 noyabr 2020-ci il tarixdə 2021-ci ili üzrə bəyan vermiş,lakin bəyan verdiyi 2.6685 ha və 4.0038 ha çoxillik əkin sahəsini özünün də iddia ərizəsində qeyd etdiyi kimi 26 noyabr 2020-ci il tarixdə X4na notarial qaydada alqı-satqı etmişdir.Qaydalara uyğun olaraq fermerlərin 2021-ci ili üzrə əkin bəyan məlumatları yoxlanılarkən məlum olmuşdur ki,vətəndaş İddiaçı mülkiyyətində olan 2.6685 ha və 4.0038 ha çoxillik əkin sahəsini X4na alqı-satqı qaydasında satmışdır.Ona görə də İddiaçı 2021-ci ili üçün çoxillik əkin bəyanı üzrə məlumatlarının hüquqi əsası olmadığına görə ona subsidiya hesablanılmamışdır. X4 xx.xx.2020-ci il tarixli **********59 və **********149 reyestr nömrəli çıxarışla mülkiyyətində olan həmin 2.688531 ha və 4.008 ha çoxillik əkin sahəsi barədə xx.xx.2020-ci il tarixdə EKTİS üzərindən bəyan vermiş və həmin bəyan üzrə subsidiya hesablanılaraq AKİA tərəfindən qanunamüvafiq qaydada ona ödənilmişdir.Məlumat üçün bildiririk ki, vətəndaş İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdehnə daxil olmuş müraciətdə məsələnin araşdırılması xahiş edilmişdir. Cavabdeh mütəxəssisləri tərəfindən məsələ araşdırılmış və 2021 -ci il üzrə hesablanılan subsidiya vəsaitinin qanunamüvafiq qaydada fermer X7 verildiyi müəyyən edilmişdir.Bu barədə vətəndaş İddiaçı xx.xx.2021-ci il tarixdə rəsmi cavab verilmişdir.Odur ki, vətəndaş İddiaçı iddiasının əsassız olduğunu hesab edərək,onun iddiasına qarşı öz etirazını bildirmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak edən X9 iddia tələbini qəbul etməmiş və iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdir və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş **********49 reyestr nömrəli, xx.xx.2009-cu il tarixli çıxarışın surətindən görünür ki, Cəlilabad şəhərində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasından 4.0038 ha torpaq sahəsini xüsusi mülkiyyət hüququ üzrə əkin məqsədli istifadə üçün İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş **********59 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışın surətindən görünür ki, Cəlilabad şəhərində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasından 2.6685 ha torpaq sahəsini İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan “Elektron notariat” X5 vasitəsi ilə Cəlilabad rayon 1 saylı notariat ofisi, X22 tərəfindən çap edilmiş və təsdiq edilmiş sənədlərdən görünür ki, Cəlilabad şəhəri ünvanında yerləşən, ümumi sahəsi 4.0038 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə İddiaçı X7 80000 manat qiymətinə satmışdır. -İş materiallarında olan “Elektron notariat” X5 vasitəsi ilə Cəlilabad rayon 1 saylı notariat ofisi, X17 tərəfindən çap edilmiş və təsdiq edilmiş sənədlərdən görünür ki, Cəlilabad şəhəri ünvanında yerləşən, ümumi sahəsi 2.6685 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə İddiaçı X7 60000 manat qiymətinə satmışdır. - İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş **********59 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Cəlilabad şəhərində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasından 2.668531 ha torpaq sahəsini X6 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş **********49 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Cəlilabad şəhərində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasından 4.0038 ha torpaq sahəsini xüsusi mülkiyyət hüququ üzrə əkin məqsədli istifadə üçün X6 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Cavabdeh məhkəməyə ünvanladığı 04 noyabr 2021-ci il tarixli 198 nömrəli məktubunda göstərilmişdir ki,İddiaçı Cavabdehnə qarşı “bəyənnamə əsasında 2019-2020-ci illər üzrə subsidiya vəsaitinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibatı mübahisə ilə əlaqədar olaraq bildiririk ki, əkin subsidiyası hər il mövsüm ili üçün hesablanılaraq verilir. İddiaçı iddia etdiyi 2019-2020-ci mövsüm ili üzrə ona çatası subsidiya vəsaiti 2.6685 ha çoxillik əkin sahəsi üzrə 640.44 manat və 4.0038 ha çoxillik əkin sahəsi üzrə 960.91 manat olmaqla 04 noyabr 2020-ci il tarixdə AKİA tərəfindən vətəndaşın fermer kartına yüklənilmişdir.2020-2021-ci mövsüm ili üzrə isə vətəndaş İddiaçı 06 noyabr 2020-ci il tarixdə bəyan vermiş, lakin bəyan verdiyi 2.6685 ha və 4.0038 ha çoxillik əkin sahəsini özünün də iddia ərizəsində qeyd etdiyi kimi 26 noyabr 2020-ci il tarixdə X4 ilə notarial qaydada alqı-satqı etmişdir.Qaydalara uyğun olaraq fermerlərin 2020-2021-ci mövsüm ili üzrə əkin bəyan məlumatları yoxlanılarkən məlum olmuşdur ki,vətəndaş İddiaçı mülkiyyətində olan 2.6685 ha və 4.0038 ha çoxillik əkin sahəsini X4na alqı-satqı qaydasında satmışdır. Ona görə də İddiaçı 2020-2021-ci mövsüm ili üçün çoxillik əkin bəyanı üzrə məlumatlarının hüquqi əsası olmadığına görə ona subsidiya hesablanılmamışdır. X4 xx.xx.2020-ci il tarixli **********59 və **********149 reyestr nömrəli çıxarışla mülkiyyətində olan həmin 2.688531 ha və 4.008 ha çoxillik əkin sahəsi barədə xx.xx.2020-ci il tarixdə EKTİS üzərindən bəyan vermiş və həmin bəyan üzrə subsidiya hesablanılaraq AKİA tərəfindən ona ödənilmişdir.Məlumat üçün bildiririk ki, 2020-ci il yanvar ayının 1-dən etibarən subsidiyaların verilməsi “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019 cu il tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırıİması Qaydası”na uyğun olaraq X19 informasiya Sistemi (EKTİS) üzərindən həyata keçirilir. Qaydalara uyğun olaraq fermerlərə subsidiyaların ödənilməsi üçün sənədlər elektron sistem üzərindən yığılaraq, subsidiyaların maneəsiz, kənar müdaxilələr olmadan, sürətli və şəffaf şəkildə verilməsi təmin edilir.“Qaydalara” əsasən fermerlərə subsidiyaların verilməsini (benefisarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin X27 mərkəzlərinin bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirir.Fermerlər, tədarükçülər və təhcizatçılar SİS-də aşağıdakıları həyata keçirirlər:1 .qeydiyyatdan keçməni;2.kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin təyinatı üzrə istifadə vəziyyəti və istehsal etdikləri kənd təsərrüfatı məhsulları, kənd təsərrüfatı istehsal vasitələri ilə bağlı apardıqları əməliyyatlar barədə məlumatların verilməsini; 3.subsidiyaların alınması üçün müraciətlərin edilməsi və ərizələrin elektron formada tərtibi,subsidiya ilə bağlı sənədlərin SİS-ə daxil edilməsini;4.subsidiyalarla bağlı məlumatların əldə edilməsini;DAİM subsidiyaların verilməsi ilə bağlı aşağıdakıları həyata keçirir: Bu Qaydada müəyyən edilmiş hallarda fermerlərin, tədarükçülərin və təhcizatçılarin SİS-də qeydiyyatını aparır; Subsidiya almaq üçün müraciət etmiş fermerlərin sənədlərinin yoxlanılmasını və müraciətlərinin SİS-ə daxil edilməsini həyata keçirir; Subsidiyaların verilməsi və SİS-in istifadəsi ilə bağlı məlumatlandırmanı həyata keçirir; Subsidiyaların verilməsi prosesində yerlərdə yaranan problemləri araşdırır və onların həlli barədə Agentliyə təkliflər verir. Fermerlər bitkiçilik sahəsi üzrə subsudiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə aşağıdakı sənədləri və məlumatları SİS-ə daxil edirlər: Proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti)
1. Torpaq sahəsi üzərində istifadə hüququnu təsdiq edən sənədi;
2. Əkin subsidiyası üçün istifadə edilən kənd təsərrüfatı istehsal vasitələrinin həcmi barədə məlumatı və satınalınmasına dair sənədləri;
3. Məhsul subsidiyası üçün kənd təsərrüfatı məhsullarının tədarükçülərə təhvil verilməsini, toxum subsidiyası üçün toxum və tingin satışını təsdiq edən sənədləri;
4. Kənd təsərrüfatı kooperativlərinin fəaliyyətini tənzimləyən sənədləri. Fermerlərdən əlavə sənədlər yalnız “inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsində nəzərdə tutulmuş hallarda və qaydada tələb edilə bilər.Fermerlər bu Qaydada müəyyənləşdirilən sənədlərin və məlumatların SİS-ə daxil edilməsini bilavasitə (elektron qaydada), yaxud DAİM vasitəsi ilə həyata keçirir.Əkin subsidiyası ilə bağlı fermer təqvim ili ərzində apardığı əkin barədə informasiyanı SİS-ə daxil edərək avtomatlaşdırılmış qaydada formalaşan elektron bəyənnaməni təsdiq edir və subsidiya almaq üçün müraciət edir. Agentlik müraciəti 30 (otuz) iş günü müddətində təsdiq etdikdən sonra müvafiq ödəniş xətti barədə fermerə məlumat (SMS.elektron poçt və ya bilavasitə SİS vasitəsilə) verir. Fermer müvafiq ödəniş xətti üzrə kart hesabında olan əkin subsidiyası balansından kənd təsərrüfatı istehsal vasitələrinin satın alınması üçün istifadə etdikcə, bu barədə SİS vasitəsilə ona göndərilən məlumatı (bildirişi) təsdiq edir. Kart hesabında olan və müvafiq xərcləməyə uyğun məbləğ avtomatlaşdırılmış qaydada təhcizatçının hesabına köçürülür.Əkin subsidiya məbləğinin 25 faizindən nağdlaşdıraraq, 75 faizindən isə bu Qaydaya uyğun formada istehsalın təşkili məqsədilə istifadə olunur.SİS-də qeydiyyatdan keçməyən fermerə subsidiya verilmir. Subsidiya almaq hüququ başqa şəxsə ötürülmür.Bu Qaydalarda müəyyən edilən şərtlərə uyğun məlumatlar Nazirliyin təsdiq etdiyi reqlamentlərə əsasən SİS-də təsdiqləndikdən sonra bitkiçilik sahəsi üzrə fermerin subsidiya ödənişi həmin ayın sonunda onun hesabına köçürülür. -İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Cavabdeh məhkəməyə ünvanladığı 09 fevral 2022-ci il tarixli MİHO/1-2-29-1-2-2022-20 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı Cavabdehnə qarşı “bəyənnamə əsasında 2019-2020-ci illər üzrə subsidiya vəsaitinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibatı iş ilə əlaqədar olaraq bildiririk ki, fermerlərə əkin subsidiyası hər il mövsüm ili üçün hesablanılaraq verilir, İddiaçı iddia etdiyi 2020-ci mövsüm ili üzrə 2.6685 ha çoxillik əkin sahəsi və 4.0038 ha çoxillik əkin sahəsi üçün hesablanılmış subsidiya vəsaiti AKİA tərəfindən xx.xx.2020-ci il tarixdə fermerin Kapital Bankda olan hesabına (fermer kartına) nəqdi qaydada 400.34 manat və nəqdsiz qaydada isə 1201.01 manat subsidiya vəsaiti yüklənilmişdir.2020-2021-ci mövsüm ili üzrə isə vətəndaş İddiaçı 06 noyabr 2020-ci il tarixdə bəyan vermiş,lakin bəyan verdiyi 2.6685 ha və 4.0038 ha çoxillik əkin sahəsini özünün də iddia ərizəsində qeyd etdiyi kimi 26 noyabr 2020-ci il tarixdə X4 ilə notarial qaydada alqı-satqı etmişdir.Qaydalara uyğun olaraq fermerlərin 2020-2021-ci mövsüm ili üzrə əkin bəyan məlumatları yoxlanılarkən məlum olmuşdur ki,vətəndaş İddiaçı mülkiyyətində olan 2.6685 ha və 4.0038 ha çoxillik əkin sahəsini X4na alqı-satqı qaydasında satmışdır.Ona görə də İddiaçı 2020-2021-ci mövsüm ili üçün çoxillik əkin bəyanı üzrə məlumatlarının hüquqi əsası olmadığına görə ona subsidiya hesablanılmamışdır. X4 xx.xx.2020-ci il tarixli **********59 və **********149 reyestr nömrəli çıxarışla mülkiyyətində olan həmin 2.688531 ha və 4.008 ha çoxillik əkin sahəsi barədə xx.xx.2020-ci il tarixdə EKTİS üzərindən bəyan vermiş və həmin bəyan üzrə subsidiya hesablanılaraq AKİA tərəfindən ona ödənilmişdir. Vətəndaş İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdehnə daxil olmuş müraciətdə məsələnin araşdırılması xahiş edilmişdir. Cavabdeh mütəxəssisləri tərəfindən məsələ araşdırılmış və 2021-ci il üzrə hesablanılan subsidiya vəsaitinin qanunamüvafiq qaydada fermer X7 verildiyi müəyyən edilmişdir. Bu barədə vətəndaş İddiaçı xx.xx.2021-ci il tarixdə rəsmi cavab verilmişdir.Odur ki, vətəndaş İddiaçı iddiasının əsassız olduğunu hesab edərək, onun iddiasına qarşı öz etirazı bildirmişdir. -İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Ağentliyinin məhkəməyə ünvanladığı 16 may 2022-ci il tarixli MİHO/1.2.2-2-2022-1567 nömrəli məktubunda göstərilmişdir ki,2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq X19 informasiya Sistemi (EKTİS) üzərindən həyata keçirilir. Həmin Qaydanın 3.8-ci bəndinə əsasən fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə torpaqdan istifadə hüququnu təsdiq edən sənədi, proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti) EKTİS-ə daxil etməlidirlər. Qaydanın 2.2-ci bəndinə uyğun olaraq yaradılan X20 2020-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə Qərarının 1-ci bəndinə əsasən üzüm bağının salındığı ilk 4 il ərzində əkin əmsalı 3-ə bərabər olmaqla, 600 manat, 4 ildən sonrakı illər üzrə əmsal 1,2-ə bərabər olmaqla, 240 manat müəyyən edilmişdir. Bu qərarın birinci bəndində üzüm bağları üzrə onların salındığı ildən ilk 4 il ərzində tətbiq edilən əkin əmsalı 2019-cu ildən başlayaraq salınmış bağlara şamil edilir, 2019-cu ildən əvvəl salınmış üzüm bağları üzrə əkin əmsalı 1,2-yə bərabər qəbul edilir. 2019-2020-ci əkin ilində İddiaçı 6,6723 hektar torpaq sahəsində 2010-cu ildə salınan üzüm bağına dair EKTİS-ə daxil etdiyi məlumatlara əsasən 1601,35 manat subsidiya hesablanaraq onun kart hesabına ödənilmişdir. -İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Ağentliyinin məhkəməyə ünvanladığı 14 iyun 2022-ci il tarixli MİHO/1.2.2-2-2022-2005 nömrəli məktubunda göstərilmişdir ki, 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydasf'na uyğun olaraq X19 İnformasiya Sistemi (EKTİS) üzərindən həyata keçirilir. Həmin Qaydanın 3.8-ci bəndinə əsasən fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə torpaqdan istifadə hüququnu təsdiq edən sənədi, proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti) EKTİS-ə daxil etməlidirlər.Qaydanın 2.2-ci bəndinə uyğun olaraq yaradılan X20 2020-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə Qərarının 1-ci bəndinə əsasən üzüm bağının salındığı ilk 4 il ərzində əkin əmsalı 3-ə bərabər olmaqla, 600 manat, 4 ildən sonrakı i11or üzrə əmsal 1,2-ə bərabər olmaqla, 240 manat müəyyən edilmişdir. Bu qərarın birinci bəndində üzüm bağları üzrə onların salındığı ildən ilk 4 il ərzində tətbiq edilən əkin əmsalı 2019-cu ildən başlayaraq salınmış bağlara şamil edilir, 2019-cu ildən əvvəl salınmış üzüm baqları üzrə əkin əmsalı 1,2-yə bərabər qəbul edilir. - İddiaçı məxsus ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı banki hesabına xx.xx.2020-ci il tarixdə 1.201.0 manat və 400 manat subsidiya pul məbləği köçürülmüşdür. -İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Cavabdeh məhkəməyə ünvanladığı 07 sentyabr 2021-ci il tarixli 26/V nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu i! tarixli “Aqrar sahədə yem subsidiya mexanizminin yaradılması haqqında” Fərmanı ilə “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” təsdiqlənib. Fermerlər əkin sahələrinin bəyanını EKTİS (X21! informasiya Sistemi) yolu ilə aparır. Əvəllər mülkiyyətdə olan ********** qeydiyyat nömrəli, **********49 reyestr nömrəli 4.0038 ha və ********** qeydiyyat nömrəli, **********59 reyestr nömrəli 2.6685 ha əkin sahələrinə 9 apıel 2019-cu ildə iddiaçı tərəfindən üzüm əkin bəyanı verilmişdir.Üzüm çoxillik əkin olduğu üçun avtomatik olaraq bəyan ildən ilə X19 informasiya sistem tərəfindən həyata keçirilir.2020- 2021-cı il üçün əkin bəyan müddəti bitməmiş mülkiyyətdə olan ********** qeydiyyat nömrəli, **********49 reyestr nömrəli 4 0038 na və ********** qeydiyyat nömrəli, **********359 reyestr nömrəli 2.6685 ha əkin sahələrini X4na notarial qayda alqı-satqı etdiyi üçün həmin torpaq sahələri üzərində mülkiyyət hüququ vətəndaş X2. Ona görə də yuxarıda qeyd edilən əkin sahələrinə görə məlum səbəbdən 2020-2021-cı il üzrə əkin subsidiyası hesablanması mümkün olmamışdır. X4 çoxillik əkin bəyan müddəti bitməmiş notarial qaydada alqı-satqı qaydasında aldığı çoxillik üzüm əkin bəyanı vermiş və ona məxsus 4.0038 ha və 2.6685 ha üzüm əkininə görə qanunamüvafıq olaraq subsidiya vəsaitını almışdır. - İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Cavabdeh Cəlilabad rayon sakini İddiaçı ünvanladığı 27 fevral 2023-cü il tarixli 3-22-3- 15/2-M-3-16-9 nömrəli məktubunda göstərilmişdir ki, əvvələr mülkiyyətdə olmuş 2.6885531 və 4.008 ha çoxillik əkin sahəsi üzrə 2020-ci il üçün subsidiyanın ödənilməməsi ilə bağlı müraciətə Cavabdehndə baxılmışdır. 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilmə “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublika Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kər təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydasf’na və Fərmanın 3.3-cü bəndinə əsasən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 2019-cu il 30 deka tarixli 05Q nömrəli Qərarı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalçının subsidiyaların verilməsinin təşkili üçün xidmət reqlamentləri”nə uyğun olaraq X19 informasiya Sistemi (EKTİS) vasitəsi ilə həyata keçirilir. Əvəllər mülkiyyətdə olmuş ********** qeydiyyat nömrəli, **********49 reyestr nömrəli 4.0038 ha və ********** qeydiyyat nömrəli, **********59 reyestr nömrəli 2.688553 ha əkin sahələri üzrə verilmiş üzüm bəyanı əsasında xx.xx.2021-ci il tarixli Kapit bankdan aldığı “ödəniş kartı üzrə çıxarış” məlumatlarından göründüyü kimi xx.xx.2020-ci tarixdə iddiaçının fermer kart hesabına 1201.01 manat və 400.34 manat olmaqla cəmi 1601.35 manat subsidiya vəsaiti daxil olmuşdur. Daxil olmuş subsidiya vəsaitinin 25 faizini, yəni 400 manat vəsait nağd qaydada, qalan 75 faizini isə ayrı-ayrı şirkətlərdən mineral gübrələrin alınmasında istifadə etmişdir. Odur ki, Kapital bankdan verilmiş xx.xx.2021 -ci il tarixli “ödəniş kartı üzrə çıxarı məlumatlarından göründüyü kimi müraciətdə qeyd etdiyi il üzrə dövlət büdcəsində ayrılmış subsidiya vəsaitindən yararlanmışdır. - İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin məhkəməyə ünvanladığı 20 aprel 2023-cü il tarixli 3-22/2-1099/2023 nömrəli məktubunda göstərilmişdir ki, 2019-2020-ci əkin ilində İddiaçı, həmçinin X8 əkin subsidiyasının ödənilib-ödənilməməsi ilə bağlı ətraflı məlumatın təqdim edilməsi barədə müraciətə Kənd Təsərrüfatı Nazirliyində baxılmışdır. 2020-ci il 1 yanvar tarixindən subsidiyalar “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq “X19” informasiya sistemi (EKTİS) üzərindən həyata keçirilir.Həmin Qaydanın 3.8-ci bəndinə əsasən fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə torpaqdan istifadə hüququnu təsdiq edən sənədi, proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti) EKTİS-ə daxil etməlidirlər.2019-2020-ci əkin ilində İddiaçı **********49 reyestr nömrəli çıxarış üzrə 4,0038 hektar torpaq sahəsində və **********59 reyestr nömrəli çıxarış üzrə 2,6685 hektar torpaq sahəsində 2010-cu ildə salınmış üzüm bağına dair EKTİS-ə daxil etdiyi məlumatlara əsasən 1601,35 manat subsidiya hesablanaraq onun kart hesabına ödənilmişdir.2019-2020-ci əkin ilində S.N.Süleymanovun həmin torpaq sahələrindən istifadə hüququna dair sənədləri EKTİS-ə daxil edilməmiş və həmin torpaq sahələrində salınmış üzüm bağına görə ona subsidiya hesablanmamışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı səhhəti ilə əlaqədar olaraq ona məxsus 4,0038 ha və 2,6685 ha torpaq əkin sahələrini 26 noyabr 2020-ci il tarixdə 3-cü şəxsə, yəni X7 alqı-satqı qaydasında notarial qaydada satmışdır. 2019-2020-ci illər üçün subsidiya almaq üçün 2020-cı ilin avqust ayında cavabdehə ərizə ilə müraciət edərək bəyannamə vermişdir. X9 alqı-satqı etdikdən sonra 2020-ci ilin dekabr ayında bəyannamə vermiş, Cavabdeh bəyannamə üzrə subsidiya qaydasında hesablanmış pul məbləğini S.Süleymanova vermişdir. İddiaçı hesab edir ki, 2019-2020-ci ilin noyabr ayının 26-na qədər təsərrüfatı onun sahibliyində olmuşdur, buna görə də subsidiya ilə əlaqədar bütün göstərdiyi məbləğlər bəyannamə üzrə ona çatmalıdır. Buna görə də məhkəmədən 2020-ci ilin noyabr ayının axırına qədər olan dövr üçün subsidiya vəsaitinin ödənilməsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, əkin üzrə subsidiyalar hər mövsüm ili üçün hesablanaraq verilir. İddiaçı iddia etdiyi 2019-2020-ci illə üzrə subsidiya vəsaiti 2.6685 ha çoxillik əkin sahəsi üzrə 640.44 manat və 4.0038 ha çoxillik əkin sahəsi üzrə 960.91 manat olmaqla hesablanmışdır. Həmin puldan toplam olaraq 25 faizi, yəni 400.34 manatı nağdlaşdırılaraq, qalan 75 faizi, yəni 1201.01 manatı isə istehsalın təşkili məqsədi ilə nağdsız qaydada xərclənmək üçün İddiaçı bank hesabına ödənilmişdir. İddiaçı göstərilən torpaq sahələrini 26 noyabr 2020-ci il tarixdə X1 2020-2021-ci mövsüm ili üzrə subsidiya AKİA tərəfindən hesablanaraq Süleyman Süleymanova ödənilmişdir. Üçüncü şəxs qismində çıxış edən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyi xx.xx.2022-ci ıl tarixli məktubla 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi aqrar sahədə yem subsidiya mexanizminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydasına uyğun olaraq X19 İnformasiya Sistemi (EKTİS) üzərindən həyata keçirildiyini, 2019-cu ildən əvvəl salınmış üzüm bağları üzrə əkin əmsalı 1,2-yə bərabər qəbul edildiyini, 2019-2020-ci əkin ilində İddiaçı 6,6723 hektar torpaq sahəsində 2010-cu ildə salınan üzüm bağına dair EKTİS-ə daxıl etdiyi məlumatlara əsasən 1601.35 manat subsidiya onun kart hesabına ödənildiyini, fermerlərə hesablanmış subsidiya ödənişləri fermerlərin umumı siyahılarına uyğun olaraq hazırlanmış ödəniş tapşırıqları əsasında icra edildiyi üçün fərdi ödəniş tapşırığının təqdim edilməsi mümkün olmadığını bildirmişdir. Məhkəmə tərəfindən qeyd olunur ki, İddiaçı **********49 reyestr nömrəli çıxarış üzrə 4008 ha torpaq sahəsi üçün ilk bəyanın qeydiyyat tarixi xx.xx.2019-cu il, bəyanın son redaktə tarixi xx.xx.2020-ci il, bəyan nömrəsi 2975929; **********59 saylı çıxarış üzrə 2.6685 ha torpaq sahəsi üçün ilk bəyan qeydiyyat tarixi xx.xx.2019-cu il, bəyanda qismən dəyişmə tarixi xx.xx.2020-ci il edilmişdir. X10 tərəfindən isə **********49 reyestr nömrəli çıxarış üzrə 4008 ha torpaq sahəsi üçün ilk bəyanın qeydiyyat tarixi xx.xx.2020-ci il, bəyanın tarixi xx.xx.2021 -ci il, bitkinin əkin tarixi 2019-cu ilin noyabr ayı; **********59 saylı çıxarış üzrə 2.6685 ha torpaq sahəsi üçün ilk bəyan qeydiyyat tarixi xx.xx.2020-ci il, bəyan tarixi xx.xx.2021-ci il tarixdə edilmişdir. Məhsul subsidiyası ilə bağlı fermerlər hər il iyun ayının 1-dək bu Qaydanın 3.8.1-ci yarımbəndində nəzərdə tutulan elektron bəyannaməni (müraciəti), dekabrın 15-dək məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzlərini), tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları SİS-ə daxil etməlidirlər. Dekabrın 15-dən sonra təqdim edilən sənədlərlə bağlı ödənişlər növbəti ilin 2-ci rübündə aparılır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, 2019-2020-ci əkin ilində İddiaçı **********49 reyestr nömrəli çıxarış üzrə 4,0038 hektar torpaq sahəsində və **********59 reyestr nömrəli çıxarış üzrə 2,6685 hektar torpaq sahəsində 2010-cu ildə salınmış üzüm bağına dair EKTİS-ə daxil etdiyi məlumatlara əsasən 1601,35 manat subsidiya hesablanaraq İddiaçı kart hesabına ödənilmişdir. Bundan sonra iddiaçı 2020- 2021-cı il üçün əkin bəyan müddəti bitməmiş mülkiyyətdə olan ********** qeydiyyat nömrəli, **********49 reyestr nömrəli 4 0038 na və ********** qeydiyyat nömrəli, **********359 reyestr nömrəli 2.6685 ha əkin sahələrini X4na notarial qayda alqı-satqı etdiyi üçün həmin torpaq sahələri üzərində mülkiyyət hüququ vətəndaş X2. 2019-2020-ci əkin ilində iddiaçının iddia ərizəsi üzrə iddia etdiyi X6 bank hesabına subsidiya ödənişi edilməmişdir, çünki S.N.Süleymanovun həmin torpaq sahələrindən istifadə hüququna dair sənədləri EKTİS-ə daxil edilməmiş və həmin torpaq sahələrində salınmış üzüm bağına görə ona subsidiya hesablanmamışdır. Yuxarıda qeyd edilən əkin sahələrinə görə notarial qayda alqı-satqı etdiyi üçün həmin torpaq sahələri üzərində mülkiyyət hüququ X3 üçün iddiaçının xeyrinə 2020-2021-cı il üzrə əkin subsidiyası hesablanması mümkün olmamışdır. X4 xx.xx.2020-ci il tarixli **********59 və **********149 reyestr nömrəli çıxarışla mülkiyyətində olan həmin 2.688531 ha və 4.008 ha çoxillik əkin sahəsi barədə xx.xx.2020-ci il tarixdə EKTİS üzərindən bəyan vermiş və həmin bəyan üzrə subsidiya hesablanılaraq ona məxsus 4.0038 ha və 2.6685 ha üzüm əkininə görə qanunamüvafıq olaraq subsidiya vəsaiti verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.6-cı bəndinə əsasən Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin X27 mərkəzlərinin (DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirir. Qaydaların 6.2-ci bəndinə əsasən bu Qaydanın həyata keçirilməsi ilə bağlı yaranan mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. "Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.8ci bəndinə əsasən Nazirliyin X27 mərkəzləri (DAİM) subsidiyaların verilməsi ilə bağlı aşağıdakı xidmətləri həyata keçirir: 2.8.1. bu Qaydada müəyyən edilmiş hallarda fermerlərin, tədarükçülərin və təchizatçıların SİS-də qeydiyyatını aparır; 2.8.2. subsidiya almaq üçün müraciət etmiş fermerlərin sənədlərinin yoxlanılmasını və müraciətlərinin subsidiya informasiya sisteminə (SİS) daxil edilməsini həyata keçirir; 2.8.3. subsidiyaların verilməsi və SİS-in istifadəsi ilə bağlı məlumatlandırmanı həyata keçirir; 2.8.4. subsidiyaların verilməsi prosesində yerlərdə yaranan problemləri araşdırır və onların həlli barədə Agentliyə təkliflər verir. "Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.8ci bəndinə əsasən 2.9-cu bəndinə əsasən, Fermerlər, tədarükçülər və təchizatçılar SİS-də aşağıdakıları həyata keçirirlər: qeydiyyatdan keçməni; kənd təsərrüfatı təyinatlı, habelə digər kateqoriya torpaqlarda məqsədli təyinatı əkin və çoxillik əkmələrin altında olan torpaq sahələrinin təyinatı üzrə istifadə vəziyyəti və istehsal etdikləri kənd təsərrüfatı məhsulları, kənd təsərrüfatı istehsal vasitələri ilə bağlı apardıqları əməliyyatlar barədə məlumatların verilməsini; subsidiyanın alınması üçün müraciətlərin edilməsi və ərizələrin elektron formada tərtibi, subsidiya ilə bağlı sənədlərin SİS-ə daxil edilməsini; subsidiyalarla bağlı məlumatların əldə edilməsini. Həmin Qaydanın 2.10-cu bəndinə əsasən, SİS-də qeydiyyatdan keçməyən fermerə subsidiya verilmir. Subsidiya almaq hüququ başqa şəxsə ötürülmür. Həmin Qaydanın 2.11-ci bəndinə əsasən, SİS-in digər dövlət informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası, habelə məlumat mübadiləsinin təşkili Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilir. Həmin Qaydanın 3.8-ci bəndinə əsasən, fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə aşağıdakı sənədləri və məlumatları SİS-ə daxil edirlər:proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti); “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən EKTİS ilə inteqrasiya edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və fermerin istifadə hüququnu təsdiq edən sənədi (2025-ci il yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı); kənd təsərrüfatı təyinatlı, habelə digər kateqoriya torpaqlarda məqsədli təyinatı əkin və çoxillik əkmələrin altında olan torpaqların aqrokimyəvi analizinin nəticələrinə dair sənədləri; əkin subsidiyası üçün istifadə edilən kənd təsərrüfatı istehsal vasitələrinin həcmi barədə məlumatı və satınalınmasına dair sənədləri, sığortalanmalı olan bitkilərə münasibətdə isə həmçinin sığorta müqaviləsinin nömrəsini; məhsul subsidiyası üçün kənd təsərrüfatı məhsullarının tədarükçülərə təhvil verilməsini, toxum subsidiyası üçün toxum və tingin satışını təsdiq edən sənədləri; kənd təsərrüfatı kooperativlərinin fəaliyyətini tənzimləyən sənədləri. Fermer bu Qaydanın 3.8-ci bəndi ilə müəyyənləşdirilən sənədlərin və məlumatların SİS-ə daxil edilməsini bilavasitə (elektron qaydada), yaxud DAİM vasitəsilə həyata keçirir. "Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”nın 3.12ci bəndinə əsasən, əkin subsidiyası ilə bağlı fermer hər il apardığı əkin, o cümlədən mövcud və yeni salınacaq çoxillik əkmələr barədə informasiyanı SİS-ə daxil edərək, avtomatlaşdırılmış qaydada formalaşan elektron bəyannaməni təsdiq edir və subsidiya almaq üçün müraciət edir. Bu Qaydanın 2.1-ci bəndi ilə müəyyən edilən xidmət reqlamentlərinə və 5-ci hissəsinə uyğun olaraq 30 (otuz) iş günü müddətində aparılan monitorinqin nəticələri nəzərə alınmaqla təsdiq edilən subsidiyanın məbləği 30 (otuz) iş günü müddətində fermerin kart hesabına köçürülür və bu barədə fermerə məlumat (SMS, elektron poçt və ya bilavasitə SİS vasitəsilə) verilir. Fermer müvafiq ödəniş xətti üzrə kart hesabında olan əkin subsidiyası balansından bu Qaydanın 3.13-cü bəndinə uyğun olaraq istifadə etdikcə həmin vəsait kart hesabından avtomatlaşdırılmış qaydada təchizatçıların, aqrokimya laboratoriyalarının və ya müvəkkil kredit təşkilatlarının hesabına köçürülür. [21] Həmin Qaydanın 3.13-cü bəndinə əsasən, əkin subsidiyası məbləğinin 25 faizindən nağdlaşdırılaraq, 75 faizindən isə bu Qaydanın 3.12-ci bəndində müəyyən edilən formada əkin üçün kənd təsərrüfatı istehsal vasitələrinin satın alınması, torpaqların aqrokimyəvi analizinin aparılması, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınması, habelə qurulması üçün istifadə olunur. 3.14. Məhsul subsidiyası ilə bağlı fermerlər hər il iyun ayının 1-dək bu Qaydanın 3.8.1-ci yarımbəndində nəzərdə tutulan elektron bəyannaməni (müraciəti), dekabrın 15dək məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzlərini), tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları SİS-ə daxil etməlidirlər. Dekabrın 15-dən sonra təqdim edilən sənədlərlə bağlı ödənişlər növbəti ilin 2-ci rübündə aparılır. 3.15. Fermerlər toxum subsidiyası ilə bağlı bu Qaydanın 3.8.1-ci bəndində nəzərdə tutulan proqnozları cari il iyun ayının 1-dək, toxum və tingin satışı ilə bağlı məlumatları və sənədləri dekabr ayının 10-dək SİS-ə daxil edirlər və Agentlik bunları təsdiqləyir. 3.16. Bu Qaydanın 3.8-ci bəndində müəyyən edilən şərtlərə uyğun məlumatlar Nazirliyin təsdiq etdiyi reqlamentlərə əsasən SİS-də təsdiqləndikdən sonra bitkiçilik sahəsi üzrə fermerin subsidiya ödənişi həmin ayın sonunda onun hesabına köçürülür. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1 -ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1 -ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə qeyd edir ki, inzibati orqan tərəfindən maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edilməsi və ya tam araşdırılmaması onların konstitusion hüquqlarının, eləcə də bərabərlik və ayrı-seçkiliyin qadağan edilməsi prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cavabdeh orqanın imtinası əsaslı olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdehnə qarşı «2020-ci il noyabr ayının axırına qədər olan dövr üçün subsidiya vəsaitinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1 -ci, 23.1 -ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81 -ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı «2020-ci il noyabr ayının axırına qədər olan dövr üçün subsidiya vəsaitinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia ərizəsi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər.
Hakim Amilya Hüseynova