Məhkəmə qərarları › İş №2-1(120)-1300/2020

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1300/2020

02.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-1300/2020 02.11.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı «Azərbkolxozlararasısağlamlıq» Respublika Birliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı «Azərbkolxozlararasısağlamlıq» Respublika Birliyinin cavabdeh Saatlı Rayon İcra Hakimiyyətinə qarşı «qərarının ləğv edilməsi və mülkiyyət hüquqlarının bərpa olunması» tələbinə dair iddia ərizəsi üzrə inzibati işə hazırlıq icraatı üzrə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «Azərbkolxozlararasısağlamlıq» Respublika Birliyinin cavabdeh Saatlı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «Azərbkolxozlararasısağlamlıq» Respublika Birliyinin balansındakı Saatlı şəhər Ş.Yusif küçəsi-1 ünvanında 0,89 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1255,9 kv.metr olan iki mərtəbəli digər təyinatlı qeyri-yaşayış sahəsindən ibarət “Pioner düşərgəsi” yarımçıq tikilisinin torpaq sahəsi ilə birlikdə Saatlı bələdiyyəsinin mülkiyyətinə verilməsinə dair Saatlı rayon X6 xx.xx.2000-ci il tarixli 02/1 №-li qərarının ləğv edilməsi və «Azərbkolxozlararasısağlamlıq» Respublika Birliyinin həmin obyekt üzərində mülkiyyət hüquqlarının bərpa olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Saatlı rayon Kolxozlar Şurasının xx xxxx 1987-ci il tarixli və Saatlı rayon Aqrar-Sənaye Birliyi şurasının xx xxxx 1987-ci il tarixli qərarları əsasında qəbul edilmiş Saatlı rayon XDS İcraiyyə Komitəsinin xx xxxxxx 1987-ci il tarixli 16 saylı qərarı ilə təsərrüfatlararası pioner düşərgəsinin salınması üçün Saatlı şəhərinin 61-ci kvartalında 4.6 ha torpaq sahəsi ayrılmış və obyektin tikintisinin sifarişçisi səlahiyyətləri Azərbaycan SSR Kolxozlar Şurası və X17 X8 Respublika Komitəsi Rəyasət Heyətinin xx.xx.1988-ci il tarixli 1/17 saylı qərarı ilə «Azərbkolxozlararasısağlamlıq» Respublika Birliyinə həvalə edilmişdir. Bununla bərabər, Azərbaycan SSR Nazirlər Kabinetinin 1988-ci ildə təsdiq etdiyi “Sağlamlıq” proqramında «Azərbkolxozlararasısağlamlıq» Respublika Birliyinə həvalə edilmiş siyahıda Saatlı rayonunda 240 yerlik pioner düşərgəsinin tikintisi nəzərdə tutulmuşdur. 1988-ci ildə sahədə tikinti işlərinə başlanılaraq 240 yerlik uşaq istirahət müəssisəsi inşa olunub, həmin dövrün qiymətləri ilə 542000 rubl və sonradan 2000-ci ilin yenidən qiymətləndirilməsi ilə 28000 manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmiş və maliyyə çatışmamazlığı üzündən 1994-cü ildən obyekt konservasiya edilmişdir. Bu zaman, yəni 2007-ci ilə kimi obyektdə qaçqın və məcburi köçkün ailəsinin məskunlaşdığını nəzərə alaraq yarımçıq tikinti yerləşən torpaq sahəsinin qanunauyğun sənədləşdirilməsi məsələsinə toxunulmamış və Saatlı bələdiyyəsinin bu barədə müraciətləri olmamışdır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunu xx xxxx 1996-cı ildə qəbul olunmuş və qanunun 7-ci maddəsinə əsasən sovxozların, kolxozların və digər kənd təsərrüfatı müəssisələrinin daimi istifadəsində olan torpaqlardan islahat zamanı bələdiyyə mülkiyyətinə verilən torpaqlar bələdiyyə ehtiyat fondu torpaqları sayılır. Qanunun 21-ci maddəsinə görə də yerqurluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilərək həmin sənədlər müvafiq şəxslərə verilir. Saatlı rayon Aqrar Sənaye Komitəsi, İcra hakimiyyəti və digər yerqurluşu orqanları Saatlı şəhəri 61-ci kvartalında yerləşən uşaq istirahət müəssisəsinin sifarişçisi «Azərbkolxozlararasısağlamlıq» Respublika Birliyi tərəfindən tikildiyini bilərək Qanunun 21-ci maddəsinin tələblərinə riayət etməmişdir. Belə ki, Saatlı rayon Aqrar Sənaye Komitəsinin, XDS İcraiyyə Komitəsinin xx xxxx 1987-ci il tarixli torpaq ayırma barədə qərarı ləğv edilməmiş və hazırda da qüvvədədir. «Azərbkolxozlararasısağlamlıq» Respublika Birliyi hazırda Azərbaycan Həmkarlaq İttifaqları Konfederasiyasının tərkibində fəaliyyət göstərən müəssisədir və mülki qanunvericiliyin tələblərinə əsasən müəssisənin torpaq və mülkiyyət sənədlərinin səhmana salınması üçün müvafiq tədbirlər həyata keçirilməlidir. Bununla əlaqədar Saatlı rayonunda tikintisi yarımçıq qalmış həmin 240 yerlik uşaq istirahət müəssisəsinin ərazisinin dəqiqləşdirilməsi və qeydiyyata alınmasından ötrü tərəflərindən dəfələrlə Saatlı rayon İcra hakimiyyətinə və Saatlı şəhər bələdiyyəsinə müraciətlər edilmişdir. Saatlı rayon İcra hakimiyyəti və Saatlı şəhər bələdiyyəsinin cavab məktublarından görünür ki, aparılmış torpaq islahatı ilə əlaqədar qeyd olunan 4,6 ha torpaq sahəsinin bir hissəsi bələdiyyə mülkiyyətinə verilmiş, bir hissəsi də kolxozun qərarı ilə fərdi yaşayış evləri tikilməsindən ötrü gənc ailələrə paylanmışdır. Halbuki onlarda olan məlumata görə həmin ərazidə fərdi evlər mövcud deyil, əksinə ərazinin bir hissəsində ictimai iaşə obyekti, “Muğan” adlı istirahət yeri tikilərək istifadə olunur. xx.xx.1988-ci il tarixdə mübahisə predmeti olan, Saatlı rayonundakı həmin uşaq istirahət müəssisəsinin Respublika Birliyinə təhvil-təslimi barədə Saatlı rayon XDS İcraiyyə Komitəsinin sədr müavini Z.Ö.Əliyevin sədrlik etdiyi komissiya tərəfindən akt da tərtib edilmişdir. Həmin aktda obyektin layihə smeta sənədlərinə görə “Bakıaqrolayihə” institutuna olan 62088 rubl borc, podratçı təşkilat olan MPMK 143-ə görülmüş tikinti işlərinə görə olan 215000 rubl dəyərində borc vəsaitlər «Azərbkolxozlararasısağlamlıq» Respublika Birliyi tərəfindən qəbul olunmuş və yaranmış borclar ödənilərək tikinti davam etdirilmişdir. Obyektin qəbulu başa çatdıqdan sonra 1988, 1989 və 1990-cı illərdə tikintisi davam etdirilərək «Azərbkolxozlararasısağlamlıq» Respublika Birliyi tərəfindən 720,5 min rubl vəsait xərclənmişdir. Belə bir vəziyyətdə Saatlı rayonunun nə kolxozu, nə də aqrar sənaye komitəsi bu obyektin tikintisində iştirak etməmiş və vəsait köçürməmişdir. xx.xx.2000-ci il tarixdə də “Bələdiyyə torpaqlarının təhvil verilməsi haqqında” protokol tərtib olunmuş və yaradılmış komissiya tərəfindən Saatlı bələdiyyəsinin nümayəndəsi Z.Ö.Əliyevin iştirakı ilə torpaqlar bələdiyyəyə təhvil verilmişdir. Halbuki vaxtı ilə Saatlı rayon XDS İcraiyyə Komitəsinin sədr müavini, sonra da Saatlı bələdiyyəsinin nümayəndəsi olan Z.Ö.Əliyev məlumatlı idi ki, həmin torpaq sahəsi və üstündəki yarımçıq tikili «Azərbkolxozlararasısağlamlıq» Respublika Birliyinin balansındadır və tikinti işləri də Birlik tərəfindən aparılmaqla maliyyələşdirilmişdir. Son nəticədə həmin əmlak hüquqların qanunauyğun qaydada sənədləşdirilməsi məqsədilə Birlik tərəfindən obyektdə məskunlaşdırılmış qaçqın ailələri oradan çıxarıldıqdan sonra xx xxxxxx 2007-ci il tarixli 51/19-66 saylı məktubla Saatlı rayon İcra hakimiyyəti Başçısı V.Hüseynova müraciət olunaraq rayonun müvafiq təşkilatlarının sənədləşdirmə üçün Birliyə yardım göstərmələrinə göstəriş verməsi xahiş edilmişdir. Saatlı rayon İcra Hakimiyyəti tərəfindən həmin məktuba 75 gündən sonra, yəni xx.xx.2008-ci il tarixdə yanlış cavab verilməklə həmin 4,6 ha torpaq sahəsinin Saatlı bələdiyyəsinə verildiyini qeyd etmiş və həmçinin “əlavə olaraq bildirilmişdir ki, pioner təşkilatı ləğv olunduğu üçün AXCP hakimiyyəti dövründə ərazinin böyük bir hissəsi ayrı-ayrı vətəndaşlara həyətyanı sahə kimi verilmişdir. Obyektin «Azərbkolxozlararasısağlamlıq» Respublika Birliyinə mənsub olduğunun nəzərlərinə çatdırılmasına və adı çəkilən bələdiyyə sədri Z.Ö.Əliyevin obyekt barədə ətraflı məlumatı olmasına baxmayaraq, Saatlı şəhər bələdiyyəsi hələ xx.xx.2008-ci il tarixdə öz Protokolu ilə 8700 kv.m torpaq sahəsini və ərazidə olan guya bələdiyyə mülkiyyətinə aid ikimərtəbəli binanı Saatlı şəhər sakini X1, burada da iclasın sədrinin Z.Ö.Əliyev olması göstərilir. Çox saylı yazışmalardan sonra Saatlı bələdiyyəsi xx.xx.2009cu ildə iclasın 02/05 nəmrəli protokolu ilə xx.xx.2008-ci il tarixli qərarını qüvvədən düşmüş hesab etmişdir. Ona görə də həmin dövrdə bələdiyyələrin torpaq satma səlahiyyətləri ləğv edilmişdir. Bu qərardan sonra Saatlı bələdiyyəsi xx xxxxxx 2008-ci il tarixli, X13 ilə bağlanmış alqı-satqı müqaviləsini ləğv etməli və alınmış ödənişi alıcıya qaytararaq ilkin vəziyyəti bərpa etməli olduğu halda bunu etməmiş və obyektin qanunsuz satışına imkan yaratmışdır. Bələdiyyə ilə yazışmalar və məhkəmə prosesləri gedişatı zamanı onlara məlum olmayan bir sıra sənədləşmələr üzə çıxmışdır. Beləki bələdiyyə onlara yazdığı düzgün olamayan cavablara baxmayaraq, obyekti xx xxxxxx 2011-ci ildə Dövlət reyestrində bələdiyyənin adına qeydiyyata aldırmış və 5 gündən sonra, yəni xx.xx.2011-ci il tarixdə AN-İ 025938 nömrəli alqı-satqı müqaviləsi ilə Saatlı şəhər sakini Adəm Əliyevə satmışdır. Sual olunur, bəs Saatlı bələdiyyəsi obyekti xx.xx.2008-ci ildən 3 il sonra yenidən necə satır. Bu barədə dəfələrlə ƏMDK, onun yanında DƏDRX-nin Şirvan şəhəri üzrə Ərazi idarəsinə müraciət etsələr də, heç bir nəticəsi olmamış, yalnız son vaxtlarda öyrənmişlər ki, həmin 4,6 ha torpaq sahəsində yerləşən və vəsaitləri hesabına inşa olunmuş 240 yerlik uşaq istirahət müəssisəsi, eləcə də onun yerləşdiyi torpaq sahəsi ƏMDK yanında DƏDRX-nin X21 tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş seriya MA ******* nömrəli çıxarışla xüsusi mülkiyyət hüququ ilə ünvan 2 ünvanında 0,87 ha torpaq sahəsində yerləşməklə 1255,9 kv.m ümumi sahəsi olan ikimərtəbəli, digər təyinatı qeyriyaşayış sahəsi kimi ********** nömrə ilə X11 adına dövlət qeydiyyatına alınmışdır. Həmin qeyri-yaşayış və torpaq sahələrinin hansı hüquq müəyyənedici sənədlər əsasında X11 adına dövlət qeydiyyatına alınması barədə onlarda heç bir məlumat olmamış və yalnız həmin çıxarışın kserosurətini əldə edə bilmişlər. Saatlı rayon Aqrar-İslahat Komissiyası, sonradan da onun hüquqi varisi olan Saatlı rayon İcra hakimiyyətinin və eləcə də Saatlı şəhər bələdiyyəsinin bilavasitə iştirakı olmadan həmin obyekt və onun yerləşdiyi torpaq sahəsinin sənədləşdirilməsi mümkün deyildir. Ona görə də tərəflərindən cavabdehlər X16, Saatlı rayon İcra Hakimiyyəti, Saatlı şəhər bələdiyyəsi və DƏDRX-nin Şirvan şəhəri üzrə Ərazi idarəsinə qarşı xüsusi mülkiyyət hüququ ilə ünvan 3 ünvanında 0,89 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1255,9 kv.m olan iki mərtəbəli digər təyinatlı qeyriyaşayış sahəsinin ********** nömrə ilə X11 dövlət qeydiyyatına alınmasına dair Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X21nin xx.xx.2012-ci il tarixli Seriya MA ******* nömrəli çıxarışının ləğv olunaraq «Azərbkolxozlararasısağlamlıq» Respublika Birliyinin həmin obyekt üzərində mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət olunmuş və məhkəmənin xx xxxxxx 2018-ci il tarixli 2(055)-1357/2018-nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Yalnız məhkəmə qətnaməsini aldıqdan sonra məlum olmuşdur ki, mübahisə predmeti olan və onlara məxus “pioner düşərgəsi” yarımçıq tikilisi torpaq sahəsi ilə birlikdə Saatlı rayon X6 xx xxxxxx 2000-ci il tarixli 02/1 nömrəli qərarı ilə Saatlı bələdiyyəsinin mülkiyyətinə verilmiş və hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestr xidmətinin xx.xx.2011-ci il tarixli Seriya MA ******* nömrəli çıxarışla Saatlı bələdiyyəsinin adına qeydiyyata alınmışdır. Sonra da həmin qeyri-yaşayış sahəsi Saatlı bələdiyyəsi tərəfindən xx.xx.2011-ci il tarixli AN-İ 025939 nömrəli alqı-satqı müqaviləsi əsasında Saatlı şəhər sakini X9 satılmış və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il tarixli seriya MA ******* nömrəli çıxarışla X7 adına qeydiyyata alınmışdır. X13 da həmin qeyriyaşayış sahəsini xx xxxxxx 2011-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi əsasında Bakı şəhər sakini X5 və Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012-ci il tarixli Seriya MA ******* nömrəli çıxarışla X11 adına qeydiyyata alınmışdır. Göründüyü kimi, Saatlı rayon X12 və Saatlı bələdiyyəsi tərəfindən müraciətlərinə heç bir məhəl qoyulmayaraq mülkiyyətlərində olan həmin qeyriyaşayış binası və onun yerləşdiyi torpaq sahəsi qanunsuz olaraq başqa şəxslərin adlarına sənədləşdirilmiş və bu barədə də onlara heç bir məlumat verməmişlər. Bütün bunlardan da yuxarıda qeyd edildiyi kimi, Saatlı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(055)-1357/2018 nömrəli qətnaməsini aldıqdan sonra xəbər tutmuşlar və bununla əlaqədar olaraq da məhkəmə araşdırmaları zamanı iddia tələblərini dəqiqləşdirə bilməmişlər. Bundan sonra iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı Apelyasiya Məhkəməsinə ərizə versələr də, tələbləri dəqiqləşdirilməmiş və xx xxxxxxx 2019-cu il tarixli 2(106)-3106/19 nömrəli qətnaməsi ilə Saatlı Rayon Məhkəməsinin xx xxxxxx 2018ci il tarixli 2(055)-1357/2018 saylı qətnaməsini dəyişdirilmədən saxlamışdır. Bundan sonra qeyd olunan qətnamədən kassasiya şikayəti verilsə də, Ali Məhkəmənin xx xxxx 2020-ci il tarixli 2(102)-1886/2020 nömrəli qərarı ilə şikayətləri təmin edilməmiş və apelyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bunun üçün də Saatlı rayon X6 yuxarıda qeyd olunan xx.xx.2000-ci il 02/1 nömrəli qərarının mülki mühakimə icraatı qaydasında yox, inzibati qaydada mübahisələndirilməli olması əsas götürülmüşdür. Ona görə də Şirvan İnzibati Məhkəməsinə müraciət etməyə məcbur olmuş və bir daha bildirilir ki, Saatlı rayon X6 xx.xx.2000-ci il tarixli qərarı ilə Saatlı rayonu, B.Məmmədov adına kolxozun təsərrüfatının ərazisində yerləşən “Pioner düşərgəsi” kimi tikintisi nəzərdə tutulan və 1992-ci ildən tikintisi yarımçıq qalmış sahəsinin və tikintisinin Saatlı bələdiyyəsinə təhvil verilməsi razılaşdırılmış və qərarın 1-ci bəndində qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1999-cu il tarixli 237 saylı Bələdiyyə torpaqlarının təhvil verilməsi barədə” və xx xxxxxx 2000-ci il tarixli 253 saylı “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” Fərmanlarını rəhbər tutaraq Saatlı rayon X3 Şurasının təşəbbüsü ilə öz vəsaiti hesabına tikilmiş “Pioner düşərgəsi” kimi nəzərdə tutulan yarımçıq tikilinin Saatlı bələdiyyəsinin mülkiyyətinə verilməsi barədə rəy nəzərə alınsın və “Pioner düşərgəsi” yarımçıq tikili torpaq sahəsi ilə birlikdə Saatlı bələdiyyəsinin mülkiyyətinə verilsin. Bununla da Saatlı rayon X12 həmin obyektin faktiki sahibinin kim olduğunu bilə-bilə saxtakarlığa yol verərək, özlərinə aid olmayan özgə əmlakının qanunsuz satılmasına şərait yaratmışdır. Halbuki həmin tikilinin Saatlı rayon X3 Şurasına heç bir aidiyyəti yoxdur və iş materiallarına bunu təsdiq edəcək heç bir sənəd əlavə olunmamışdır. Azərbaycan Respublikasının “Aqrar islahatın əsasları haqqında” Qanununun (xx.xx.1995-ci il, № 976) 4-cü maddəsinə əsasən Aqrar bölmənin dövlət mülkiyyətində olan yerli əhəmiyyətli obyektləri bələdiyyə mülkiyyətinə verilə bilər. Digər əmlaklar isə bələdiyyə mülkiyyətinə yalnız mülkiyyətçilərin qərarı ilə verilə bilər. Qanunun 8-ci maddəsinə görə sosial infrastrukturda mülkiyyət məsələləri əmlak payı almaq hüququ olan şəxslərin qərarı ilə həll edilir, həmin obyektlərin əsas təyinatının dəyişdirilməsinə yol verilmir. Qanunun 10-cu maddəsinə görə də müxtəlif yönlü təsərrüfatlar kimi torpaq və əmlak üzərində xüsusi mülkiyyətə əsaslanan birgə təsərrüfatlar yaradıla bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən, müvafiq icra orqanlarının (Saatlı rayon XDS İK) qərarları torpaq sahəsi üzərində hüquqların yaranmasına əsasdır və qərarlar qüvvəsini saxlayır. Həmin Məcəllənin 70-ci maddəsinin tələbinə görə, torpaq sahələri istifadəçilərin razılığı ilə İcra hakimiyyəti orqanları (yerli icra hakimiyyəti orqanları) və ya bələdiyyələrin qərarı ilə geri alına bilər. İstifadədə olan torpaqların məcburi geri alınması müvafiq İcra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti əsasında məhkəmənin qərarı ilə həyata keçirilir. Məcəllənin 84-cü maddəsinə görə də torpaq istifadəçilərinin hüquqları qanunla qorunur və istifadəçilərin hüquqları pozulması nəticəsində onlara dəyən zərər bələdiyyə tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 6-cı maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı, müqavilələr azadlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, mülki hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin əsas prinsiplərindəndir. MM-nin 16cı maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formada sui-istifadə edilməsinə yol verilmir. MM-nin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-nin 164-cü maddəsinə görə də sahibin iradəsi olmadan sahiblikdən məhrum etmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək hüququ vardır. Sahiblikdən məhrum olan onun üçün, qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. MM-nin 207-ci maddəsinə əsasən torpaq sahəsində olan binalara, qurğulara və ya digər daşınmaz əmlaka mülkiyyət hüququn xitam verilmədən həmin sahənin dövlət ehtiyacları və digər ictimai ehtiyaclar üçün alınmasının mümkün olmadığı hallarda dövlət bu əmlakı satınalma yolu ilə ala bilər. Məcəllənin 211-ci maddəsinə görə də mülkiyyət hüququna da xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. İPM-nin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Lakin yuxarıda qeyd olunduğu kimi mübahisə predmeti olan, balansdakı Saatlı şəhər Ş.Yusif küçəsi-1 ünvanında 0,89 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1255,9 kv.m olan ikimərtəbəli digər təyinatlı qeyri-yaşayış sahəsindən ibarət “Pioner düşərgəsi” yarımçıq tikilisinin torpaq sahəsi ilə birlikdə Saatlı bələdiyyəsinin mülkiyyətinə verilməsi barədə Saatlı rayon X6 xx.xx.2020-ci il tarixli 02/1 nömrəli qərarından, onun hansı əsasla qəbul edilməsindən xəbərləri olmamış, bu fakt Saatlı rayon X12, sonra da onun hüquqi varisi olan Saatlı Rayon İcra Hakimiyyəti və Saatlı şəhər bələdiyyəsi tərəfindən qəsdən onlardan gizlədilmişdir. Bundan da Saatlı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(055)- 1357/2018 nömrəli qətnamənin surətini aldıqdan sonra xəbər tutaraq qərarın surətini məhkəmədən götürmüşlər və mülki məhkəmə icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət etmişlər. Yəni bu günə kimi Saatlı rayon X6 xx.xx.2000-ci il tarixli 02/1 nömrəli qərarının surəti rəsmi qaydada onlara təqdim olunmamışdır. Odur ki, iddianın təmin olunması xahiş olunur. İddiaçının nümayəndəsi məhkəmə hazırlıq iclasında iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Saatlı bələdiyyəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X21, X13 və X16 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşlar. Cavabdeh Saatlı Rayon İcra Hakimiyyətinə, üçüncü şəxslər Saatlı bələdiyyəsinə, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 13 saylı X18, X9 və X14 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materialını araşdıraraq hesab edir ki, iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Beləki, iş materialında olan Saatlı rayon XDS İcraiyyə Komitəsinin xx xxxxxx 1987ci il tarixli 16 nömrəli iclas protokolundan çıxarışın surəti ilə müəyyən olunur ki, Saatlı şəhərinin 61-ci kvartalından təsərrüfatlararası pioner düşərgəsinin tikintisi altına torpaq sahəsinin ayrılması barədə rayon XDS İcraiyyə Komitəsi qərara almışdır: 1.Şəhərin 61-ci kvartalında tikiləcək pioner düşərgəsinin tikintisi altına torpaq sahəsinin ayrılması rayon aqrar-sənaye birliyi həmkarlar ittifaqının xx xxxx 1987-ci il tarixli 79-nömrəli məktubu və rayon XDS İcraiyyə Komitəsinin xx xxxxxx 1987-ci il tarixli aktı nəzərə alınsın. 2.Yeni tikiləcək pioner düşərgəsinin tikintisi altına ölçüləri 200 x 230 metr olmaqla 4,6 hektar torpaq sahəsi ayrılsın, həmin torpaq sahəsi Şimaldan və Qərbdən M.B.Qasımov adına kolxozun əkin sahəsi ilə, Cənubdan meşə idarəsi ilə və Şərqdən meşə zolağı ilə həmsərhəddir. 3.Meşə irriqasiya idarəsinə məxsus olan 4 hektar meyvə dekorativ ağaclar pioner düşərgəsinə verilsin. 4. 4,6 hektar torpaq sahəsi M.B.Qasımov adına kolxozun əkin planından çıxarılmasını təmin etmək rayon aqrar-sənaye birliyinə tapşırılsın. 5. Bu qərarın təsdiqi Azərbaycan SSR Dövlət Tikinti İşləri Komitəsindən xahiş edilsin. İş materialında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X21 tərəfindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışın surəti ilə müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən 0,87 ha torpaq sahəsində iki mərtəbəli 1255,9 kv. metr sahəsi olan qeyri-yaşayış binası Saatlı rayonu, Saatlı bələdiyyəsinin adına ********** qeydiyyat nömrəsi ilə xx xxxxxx 2011-ci il tarixdə qeydə alınmışdır. İş materialında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X21 tərəfindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışın surəti ilə müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən 0,87 ha torpaq sahəsində ikimərtəbəli 1255,9 kv. metr sahəsi olan qeyri-yaşayış binası X7 adına ********** qeydiyyat nömrəsi ilə xx xxxxxx 2011-ci il tarixdə qeydə alınmışdır. İş materialında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X21 tərəfindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışın surəti ilə müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən 0,87 ha torpaq sahəsində ikimərtəbəli 1255,9 kv. metr sahəsi olan qeyri-yaşayış binası X11 adına ********** qeydiyyat nömrəsi ilə xx xxxxxx 2012-ci il tarixdə qeydə alınmışdır. İş materialında olan Saatlı bələdiyyəsinin «Azərbkolxozlararasısağlamlıq» Respublika Birliyinin sədri, cənab İ.Rzayevə ünvanlanmış xx.xx.2009-cu il tarixli, 72 nömrəli məktubunda göstərilmişdir ki, məsələ ilə bağlı Sizin xx xxxx 2008-ci il tarixli 51/19- 21 saylı məktubunuza lazımi cavab verilmişdir. Lakin buna baxmayaraq xx xxxxxxx 2008ci il tarixli 51/19-41 saylı iddia ərizəsi ilə X22 Məhkəməsinə sizin tərəfinizdən müraciət olunmuşdur. Məhkəmə araşdırmaları zamanı Saatlı şəhərinin 61-ci kvartalında Sizin təşkilata 4,6 ha torpaq sahəsi ayrılması zamanı heç bir hüquqi sənəd olmadığı üçün Azərbaycan Respublikası X22 Məhkəməsində xx xxxxxx 2009-cu il tarixdə qərar qəbul olunmuş və surəti Sizə göndərilmişdir. Məlumat üçün bildiririk ki, qeyd olunmuş torpaq sahəsindən 3.8 hektar M.B.Qasımov adına kolxozun xx xxxxxxx 1995-ci il tarixli 8 saylı qərarı ilə kolxozun ərazisində yaşayan gənc ailələrə fərdi yaşayış evi tikmək üçün paylanmışdır. 1996-1999-cu ildə rayonun kolxozlarında aparılan torpaq islahatı zamanı xx xxxx 1996-cı il tarixli «Torpaq islahatı haqqında» Qanunun 7-ci maddəsinə, x xxxxxx 1999cu il tarixli “Bələdiyyə əraziləri və torpaqları haqqında” Qanunun 2-ci maddəsinə və kolxozun hüquqi varisi olan yerli islahat komissiyasının qərarına əsasən DT və XK-nin mütəxəssisləri rayon icra Hakimiyyətinin əməkdaşları ilə birlikdə yuxarıda qeyd olunan ərazini və digər təyinatlı torpaqların müvafiq yerqurluşlu sənədləri tərtib edilmiş və rayon X6 qərarı ilə bələdiyyə mülkiyyətinə verilmişdir. Nəzərinizə çatdırırıq ki, mülki qanunvericiliyə və torpaq məcəlləsinin tələblərinə uyğun olaraq daşınmaz əmlak barədə hüquqi sənədlər varsa o, zaman əmlak sahibinin razılığı olmadan daimi istifadədə olan torpağın kimlərəsə verilməsi qadağandır. Lakin həmin torpaq sahəsinin Sizin daimi istifadənizdə olması barədə bizdə heç bir hüquqi sənəd yoxdur. Odur ki, xahiş edirik qeyd olunanları nəzərə alasınız. İş materialında olan Azərbaycan Respublikası Saatlı rayon X6 xx xxxxxx 2000-ci il tarixli, 02/1 saylı iclas protokolundan 02/1 nömrəli çıxarışın surəti ilə müəyyən olunur ki, Saatlı rayonu, B.Məmmədov adına təsərrüfatın ərazisində yerləşən, torpaq islahatı zamanı tərtib edilmiş baş sxemə əsasən ictimai tikili kimi qeyd olunmuş “Pioner düşərgəsi” yarımçıq tikilisi torpaq sahəsi ilə birlikdə Saatlı bələdiyyəsinin mülkiyyətinə verilmişdir. İş materialında olan üçüncü şəxs X11 iddia ərizəsinə etirazında qeyd olunmuşdur ki, iddia tələbi tamamilə qanunsuz və əsassızdır. Belə ki, iddiaçı «Azərbkolxozlararasısağlamlıq» Respublika Birliyi cavabdeh Saatlı rayon İcra Hakimiyyətinə, üçüncü şəxslər mən Anar Həsənov və qeyrilərinə qarşı eyni iddia tələbi ilə əvvəllər də Şirvan İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışdır və onun iddiası Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)-136/2018 saylı, xx xxx 2018-ci il tarixli qərarı ilə qeyri-mümkün hesab edilmişdir. Bundan başqa, iddiaçı «Azərbkolxozlararasısağlamlıq» Respublika Birliyi cavabdeh Saatlı rayon İcra Hakimiyyətinə, üçüncü şəxslər mən Anar Həsənov və qeyrilərinə qarşı eyni iddia tələbi ilə yenə də Saatlı Rayon Məhkəməsində iddia qaldırmışdır və onun iddiası Saatlı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Saatlı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya və kassasiya şikayətləri müvafiq məhkəmə qərarları ilə təmin edilməmişdir. Bundan başqa iddiaçının həmin iddianı vermək üçün iddia müddəti də ötürülmüşdür. Həmçinin qeyd olunan torpaq sahəsinin iddiaçıya məxsusluğuna dair heç bir sübutu da yoxdur. Torpaq sahəsinin tikinti üçün ayrılması hələ həmin torpağın iddiaçıya məxsusluğu demək deyil. Belə ki, islahat zamanı torpaq sahələrinin statusu barədə qərar qəbul etmək səlahiyyəti dövlətin adından çıxış edən yerli aqrar islahat komissiyalarının səlahiyyətlərinə verilmişdir. Onların qəbul etdiyi qərarların qanunsuz olmasına dair iddiaçının heç bir sübutu yoxdur. Göstərilən halları və nəzərə alaraq, iddiaçı «Azərbkolxozlararasısağlamlıq» Respublika Birliyinin cavabdeh Saatlı rayon İcra Hakimiyyətinə, üçüncü şəxslər Anar Həsənov və qeyrilərinə qarşı “qərarın ləğv edilməsi və əmlak üzərində mülkiyyət hüquqlarının bərpa olunması tələbinə dair” iddia ərizəsinin təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materialında olan Saatlı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(055)- 1357/2018 nömrəli qətnaməsinin surəti ilə müəyyən olunur ki, «Azərbkolxozlararasısağlamlıq» Respublika X4, Saatlı Rayon İcra Hakimiyyətinə, Saatlı şəhər bələdiyyəsinə və X15rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı şəhər Ş.Yusif küçəsi-1 ünvanında 0,89 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1255,9 kv.metr olan ikimərtəbəli digər təyinatlı qeyri-yaşayış sahəsinin X11 adına dövlət qeydiyyatına alınmasına dair çıxarışın ləğv edilməsini xahiş etmiş, iddia təmin edilməmişdir. İş materialında olan Şirvan Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(106)-3106/19 nömrəli qətnaməsinin surəti ilə müəyyən olunur ki, Saatlı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(055)-1357/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materialında olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(086)-136/2018 nömrəli qərarının surəti ilə müəyyən olunur ki, iddiaçı «Azərbkolxozlararasısağlamlıq» Respublika Birliyinin cavabdehlər 13 saylı Ərazi İdarəsinə, Saatlı Rayon İcra Hakimiyyətinə, Saatlı şəhər bələdiyyəsinə və X15rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Pioner düşərgəsi” yarımçıq tikilisinin torpaq sahəsi ilə birlikdə Saatlı bələdiyyəsinin mülkiyyətinə verilməsinə dair Saatlı rayon X6 xx.xx.2000-ci il tarixli 02/1 №-li qərarının və eləcə də Saatlı şəhər Ş.Yusif küçəsi-1 ünvanında 0,89 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1255,9 kv.metr olan ikimərtəbəli digər təyinatlı qeyri-yaşayış sahəsinin X11 adına dövlət qeydiyyatına alınmasına dair çıxarışın ləğv edilməsi və «Azərbkolxozlararasısağlamlıq» Respublika Birliyinin həmin obyekt üzərində mülkiyyət hüququnun bərpa edilməsini xahiş etmiş, iddia mümkün sayılmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Saatlı rayon X6 xx xxxxxx 2000-ci il tarixli, 02/1 saylı qərarı ilə Saatlı rayonu, B.Məmmədov adına təsərrüfatın ərazisində yerləşən, torpaq islahatı zamanı tərtib edilmiş baş sxemə əsasən ictimai tikili kimi qeyd olunmuş “Pioner düşərgəsi” yarımçıq tikilisi torpaq sahəsi ilə birlikdə Saatlı bələdiyyəsinin mülkiyyətinə verilmişdir. Hazırda iddiaçı həmin qərarın ləğvini tələb edir. İddiaçı 2018-ci ildə də mübahisələndirilən inzibati aktın ləğvi və digər tələblər üzrə Şirvan İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmış və «Azərbkolxozlararasısağlamlıq» Respublika Birliyi sözügedən qərarın mübahisələndirilməsi üçün subyektiv hüquqa malik olmadığından, o cümlədən iddia müddətini ötürdüyündən iddia mümkün sayılmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxxxx 2014cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2015-ci il tarixli qərarında göstərilmişdir: “Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır». İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı Saatlı rayon X6 xx xxxxxx 2000-ci il tarixli, 02/1 saylı qərarı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin qərarı mübahisələndirmişdir. Məhkəmə hesab edir ki, mübahisələndirmə haqqında iddia növü üçün xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə görə, torpaq islahatını Azərbaycan Respublikası Dövlət X12, Naxçıvan Muxtar Respublikası X12, rayon və yerli Aqrar İslahat komissiyaları aparır. Aqrar İslahat komissiyalarının yaradılması və fəaliyyəti «Sovxoz və kolxozların islahatı haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 22-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli X6 qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon X12na şikayət edə bilərlər. Rayon X12 şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Fiziki və ya hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası X6 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası X12na şikayət edə bilərlər. Azərbaycan Respublikası X12 daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası X6 qərarından Azərbaycan Respublikasının qanunvericiliiyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçı Saatlı rayon X6 xx xxxxxx 2000-ci il tarixli, 02/1 saylı qərarından qanunda nəzərdə tutulmuş qaydada və müddətlərdə şikayət verməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» xx xxxxxx 2001-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində göstərilən iddia müddətləri 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblərə tətbiq edilir. 2000-ci ilin sentyabr ayının 1-dək yaranan hüquq münasibətlərindən irəli gələn tələblərə isə 2000-ci ilin sentyabrın 1-dək qüvvədə olmuş Mülki Məcəllənin 73-cü maddəsi tətbiq edilir. Münasibətlərinin əmələ gəldiyi zaman qüvvədə olmuş 1964-cü il Mülki Məcəlləsinin 73-cü maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası onun hüquqlarını müdafiə etmək üçün ümumi iddia müddəti 3 il müəyyən edilmişdir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. Bu Məcəllənin 78-ci maddəsinə əsasən, iddia müddətinin axını iddia hüququ əmələ gələn gündən başlanır. İddia hüququ şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Qeyd olunan Məcəllənin 82-ci maddəsinə əsasən iddia qaldırana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 24.1-24.2-ci maddələrinə görə, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəf inzibati prosessual qanunvericiliklə, o cümlədən mübahisələndirilən qərar qəbul edilən zaman qüvvədə olmuş hüquq normaları ilə müəyyən edilmiş iddianın verilmə müddətini buraxmışdır. İddiaçı iddia ərizəsinin 23-cü bəndində göstərmişdir ki, Saatlı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(055)-1357/2018 nömrəli qətnaməsinin surətini aldıqdan sonra mübahisələndirilən Saatlı rayon X6 xx xxxxxx 2000-ci il tarixli, 02/1 saylı qərarından məlumatlı olmuşdur. Məhkəmə iddiaçının bu dəlilini qəbul etmir. Belə ki, iddia ərizəsinin 2-ci bəndinə əsasən, 2007-ci ilə kimi obyektdə qaçqın və məcburi köçkün ailəsinin məskunlaşdığını nəzərə alaraq yarımçıq tikinti yerləşən torpaq sahəsinin qanunauyğun sənədləşdirilməsi məsələsinə toxunulmamış və Saatlı bələdiyyəsinin bu barədə müraciətləri olmamışdır. 6-cı bəndə əsasən, Saatlı rayonunda tikintisi yarımçıq qalmış həmin 240 yerlik uşaq istirahət müəssisəsinin ərazisinin dəqiqləşdirilməsi və qeydiyyata alınmasından ötrü tərəflərindən dəfələrlə Saatlı Rayon İcra hakimiyyətinə və Saatlı şəhər bələdiyyəsinə müraciətlər edilmişdir. 11-ci bəndə əsasən, xx.xx.2000-ci il tarixdə də «Bələdiyyə torpaqlarının təhvil verilməsi haqqında» protokol tərtib olunmuş və yaradılmış komissiya tərəfindən Saatlı bələdiyyəsinin nümayəndəsi Z.Ö.Əliyevin iştirakı ilə torpaqlar bələdiyyəyə təhvil verilmişdir. 13-cü bəndə əsasən, son nəticədə həmin əmlak hüquqların qanunauyğun qaydada sənədləşdirilməsi məqsədilə Birlik tərəfindən obyektdə məskunlaşdırılmış qaçqın ailələri oradan çıxarıldıqdan sonra xx xxxxxx 2007-ci il tarixli 51/19-66 saylı məktubla Saatlı Rayon İcra hakimiyyəti Başçısı V.Hüseynova müraciət olunaraq rayonun müvafiq təşkilatlarının sənədləşdirmə üçün Birliyə yardım göstərmələrinə göstəriş verməsi xahiş edilmişdir. 14-cü bəndə əsasən, Saatlı Rayon İcra Hakimiyyəti tərəfindən həmin məktuba 75 gündən sonra, yəni xx.xx.2008-ci il tarixdə yanlış cavab verilməklə həmin 4,6 ha torpaq sahəsinin Saatlı bələdiyyəsinə verildiyini qeyd etmiş və həmçinin “əlavə olaraq bildirilmişdir ki, pioner təşkilatı ləğv olunduğu üçün AXCP hakimiyyəti dövründə ərazinin böyük bir hissəsi ayrı-ayrı vətəndaşlara həyətyanı sahə kimi verilmişdir.İddia ərizəsinin sadalanan bəndlərindən belə nəticəyə gəlmək olur ki, iddiaçının 2000-2008-ci illərdə yarımçıq tikili yerləşən torpaq sahəsinin aqrar islahat zamanı Saatlı şəhər bələdiyyəsinin mülkiyyətinə keçməsindən məlumatlı olmuş və müraciətləri də əsasən həmin orqana olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin qüvvəyə mindiyi xx.xx.2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunvericiliklə müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti ötürülmüşdürsə, həmin aktlar inzibati prosessual qanunvericiliyə istinadən mübahisələndirilə bilməzlər. Ona görə ki, İnzibati Prosessual Məcəllə əvvəlki qanunvericiliklə müəyyən edilmiş, lakin istifadə müddəti buraxılmış müdafiə imkanını təzələmir. İddiaçı mübahisələndirilən inzibati aktın qəbul edilməsindən 20 (iyirmi) ildən artıq müddət keçdikdən sonra təkrarən məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli qərarında iddia müddətinin tətbiqinin əhəmiyyəti barədə aşağıdakilar göstərilmişdir: “Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, mülki işin qanuna uyğun həlli baxımından əvvəlki Mülki Məcəllənin iddia müddətinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Konstitusiya Məhkəməsinin Plenumu özünün «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» xx xxxxxx 2001-ci il tarixli qərarında əksıni tapan hüquqi mövqeyini təkrarlayaraq qeyd edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: Birinci o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir. İkinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Üçüncü, iddia müddətləri tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.” İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə xx xxxx 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). X19 Məhkəməsi analoji hüquqi mövqedən çıxış edərək «Miraqali Eskolano və digərləri İspaniyaya qarşı» iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Ona görə də qeyd edilənləri nəzərə alaraq məhkəmə, hesab edir ki, iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş iddia müddəti üzürsüz səbəbdən buraxılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarındakı mövqeyinə görə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaranmır. Belə ki, qərarda qeyd olunmuşdur ki, inzibati orqanların xx.xx.2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 9cu maddəsində qeyd olunur ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddiaçının qeyd olunan obyekt üzərində mülkiyyət hüququnun qeydə alınması tələbi ilə bağlı da qeyd edir ki, mübahisələndirilən əmlak üzərində qeydə alınmış mülkiyyət sənədi məhkəmədə mübahisələndirilmiş və iddia tələbi təmin edilməmişdir. Həmçinin Saatlı Rayon İcra Hakimiyyəti mülkiyyətin qeydə alınması tələbinə cavab verən inzibati orqan deyildir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 1.3-cü bəndində qeyd olunur ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmçinin həmin Qərarın 1.4-cü bəndində qeyd olunur ki, ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Yuxarıda qeyd olunan Qərarın 2.3-cü bəndində qeyd olunur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 3.4-cü maddəsində qeyd olunmuşdur ki, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Məhkəmə tərəfindən iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı yardım olunsa da, məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə, yuxarıda sadalananlara əsasən hesab edir ki, iddiaçı «Azərbkolxozlararasısağlamlıq» Respublika Birliyinin cavabdeh Saatlı Rayon İcra Hakimiyyətinə qarşı «qərarının ləğv edilməsi və mülkiyyət hüquqlarının bərpa olunması» tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş üzrə prosessual xərclər yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 83, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı «Azərbkolxozlararasısağlamlıq» Respublika Birliyinin cavabdeh Saatlı Rayon İcra Hakimiyyətinə qarşı «qərarının ləğv edilməsi və mülkiyyət hüquqlarının bərpa olunması» tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar