Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1300/2023 31.07.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalıоğlunun sədrliyi, X14 оğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Hacıqabul rayon Qeydiyyat şöbəsinə qarşı “1994-cü ilə aid ölüm akt qeydləri kitabında dəyişiklik edilərək, xx.xx.1993-cü il təvəllüdü xx.xx.1993-cü il təvəllüd kimi, doğum yeri Hacıqabul rayonu Udulu kəndini Hacıqabul rayon İ Paşalı kəndi kimi, soyadı, adı və cinsi X5 X2 dəyişdirilməsi və həmin dəyişikliyə uyğun ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq Təsviri hissə: İddiaçı cavabdeh Hacıqabul rayon Qeydiyyat şöbəsinə qarşı “1994-cü ilə aid ölüm akt qeydləri kitabında dəyişiklik edilərək, xx.xx.1993-cü il təvəllüdü xx.xx.1993-cü il təvəllüd kimi, doğum yeri Hacıqabul rayonu Udulu kəndini Hacıqabul rayon İ Paşalı kəndi kimi, soyadı, adı və cinsi X5 X2 dəyişdirilməsi və həmin dəyişikliyə uyğun ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2022-ci il tarixdə Hacıqabul rayon Qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək bildirmişdim ki, oğlu xx.xx.1993-cü il təvəllüdlü X10 1994-cü ildə vəfat etmişdir. Həmin ərizəyə cavab olaraq bildirilmişdir ki, yoxlama zamanı Hacıqabul rayon Qeydiyyat şöbəsinin 1994-cü ilə aid ölüm akt qeydləri kitabında doğum ili xx.xx.1993-cü il, doğum yeri Hacıqabul rayonu, Udulu kəndi göstərilmiş X3 ölümü haqqında akt qeydi aşkar edilmişdir. Lakin həmin akt qeydi arasında uşağın adı, doğum tarixi, doğum yeri və uşağın cisində zidiyyətlər mövcuddur. Bildirdi ki, ərizəyə əlavə etdiyi sənədlərdən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü X7 verilmiş doğum haqqında şəhadətnamədə onun soyadı - Əsgərov, adı - Güləzim və ata atı isə - Fərhad oğlu 24 oktyabr 1993-cü ildə Hacıqabul rayonunun İ Paşalı kəndində anadan olmuşdur. Bundan başqa foto şəkildən görünür ki, onun qəbri üzərində olan baş daşında qeydlər var və həmin qeydlər doğum şəhadətnaməsinə uyğun gəlir. Odur ki, xx.xx.1993cü il təvəllüdlü X6 ölüm haqqında şəhadətnaməsinə düzəliş edilərək, soyadı - Əsgərov, adı - Güləzim, ata adı isə - Fərhad oğlu, cinsi - kişi və ölüm tarixi isə xx.xx.1994-cü il kimi qeyd edilməsi barədə Hacıqabul rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Hacıqabul rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 36 nömrəli məktubla ona bildirilmişdir ki, aidiyyəti üzrə məhkəməyə müraciə edə bilər. Hal-hazırda ona və ailə üzvlərinə Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 11 oktyabr 2001 -ci il tarixli, 10 saylı qərarı ilə Hacıqabul rayonunun Paşalı kədində yerləşən 2,24 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin üzərində sərəncam vermək istəsədə mərhum oğlunun ölüm sənədində olan bu səhv ona mane olur. Hesab edir ki, Hacıqabul rayon Qeydiyyat şöbəsi ölüm haqqında şəhadətnaməyə düzəliş edərək təkrar şəhadətnamənin verilməsində imtinası onun qanunvericilikdə müəyyən olunmuş hüquqlarının məhdudlaşdırması ilə yanaşı qanunu kobut şəkildə pozmuşdur. Odur ki, iddianın təmin olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Hacıqabul rayon Qeydiyyat şöbəsi məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, iddiaçı xx.xx.1993-cü ildə Hacıqabul rayonu 1-ci Paşalı kəndində doğulduğu və 1994-cü ildə vəfat etdiyini bildirdiyi oğlu X6 ölümü haqqında akt qeydinin aşkar edilməsi məqsədilə Hacıqabul rayon qeydiyyat şöbəsinə müraciət etmiş, aparılan yoxlama nəticəsində ölüm akt qeydi aşkar edilməmişdir. Lakin, yoxlama zamanı Hacıqabul rayon qeydiyyat şöbəsinin 1994-cü ilə aid ölüm akt qeydləri kitabında doğum ili xx.xx.1993-cü il, doğum yeri Hacıqabul rayonu Udulu kəndi göstərilmiş, cinsi qadın olan X4 ölümü haqqında akt qeydi aşkar edilmişdir. Doğum və ölüm akt qeydlərində ziddiyyətlər (ad, cins, doğum tarixi və doğulduğu yer) mövcud olduğu və ölüm akt qeydinin həmin şəxsə məxsus olmasını müəyyən etmək üçün kifayət qədər əsaslar olmadığı üçün akt qeydinə düzəliş edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Qeyd olunanlara əsasən doğum haqqında akt qeydinə düzəliş edilməsi barədə vətəndaşın tələbinin icrasından imtina olunmuşdur. Məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа iddiaçı və cavabdehə məlumаt vеrilmiş, İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: İş materiallarında olan Hacıqabul rayonu Şorbaçı kənd İƏD üzrə İcra Nümayəndəsi və digər məhsul şəxslər tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, aktdan görünür ki, xx.xx.1993-cü ildə Hacıqabul rayonunun 1-ci Paşalı kəndində anadan olmuş X6 xx.xx.1994-cü il tarixdə vəfat etdiyi və Paşalı kənd qəbristanlığında dəfn olunduğu qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna Dair JN-0058, KOD 91008058 nömrəli dövlət aktında İddiaçı və ailə üzvlərinin (X10 daxil olmaqla) adına Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 12 oktyabr 2001-ci il tarixlo 10 saylı qərarı ilə kənd təsərüfatı məhsulları istehsalı üçün torpaqğın verilməsi qeyd edilmişdir. İş materiallarında olan Hacıqabul rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanış xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş xx.xx.1993-cü il tarixli doğum akt qeydindən görünür ki, X10 xx.xx.1993-cü il tarixdə Hacıqabul rayonu 1-ci Paşalı kəndində anadan olmuş, atası İddiaçı, anası X8r. İş materiallarında olan Hacıqabul rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanış xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş xx.xx.1994-cü il tarixli ölüm haqqında akt qeydindən görünür ki, X10 xx.xx.1994-cü il tarixdə ölmüşdür. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1993-cü il təvəllüdü xx.xx.1993-cü il təvəllüd kimi, doğum yeri Hacıqabul rayonu Udulu kəndini Hacıqabul rayon İ Paşalı kəndi kimi, soyadı, adı və cinsi X5 X2 dəyişdirilməsi və həmin dəyişikliyə uyğun ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Qaydanın 1.14-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Qaydanın 9.2-ci bəndinə görə təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. Həmin qaydaların 8.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Həmin qaydaların 8.14-cü maddəsinə əsasən ölüm haqqında məlumatlar akt kitablarında qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə yazılır. Ölüm haqqında şəhadətnamənin tarixi və nömrəsi barədə məlumatlar ölüm haqqında akt qeydinin 16-cı qrafasına əlavə edilir. Həmin 8.15-ci maddəsinə görə ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur. Həmin qaydaların 10.2-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında şəhadətnamədə göstərilən məlumatlar vətəndaşlıq vəziyyəti akt qeydlərində göstərilən məlumatlara uyğun olmalıdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2016-cı il 12 fevral tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının tərtibatı qaydalarına dair 9.0 və 9.1-ci bəndinə əsasən ölüm haqqında akt qeydi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş 8 nömrəli əlavə) tərtib edilərkən 1-5.2-ci qrafalarda ölən şəxs haqqında məlumatlar tibbi sənədə, ölüm faktı məhkəmə qaydasında müəyyən edildikdə məhkəmə qətnaməsinə və şəxsiyyətini təsdiq edən sənədə uyğun olaraq 1-3-cü qrafalarda soyadı, adı, ata adı yazılır. Həmin qaydaların 3.22 və 3.23-cü bənlərinə əsasən şəhadətnamələr vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələrinin blanklarının istifadə olunması haqqında mədaxil və məxaric qeydiyyat kitabında qeydə alınır (13-14 №-li əlavələr). Qeydiyyat kitabları dəqiq və aydın doldurulur, buraxılmış səhvlər müvafiq qeydlərdə düzəldilir. Vətəndaşlara təqdim olunması üçün göndərilmiş və 6 ay ərzində onlar tərəfindən alınmamış, vətəndaşlıq vəziyyəti aktlarının qeydlərində düzəlişlər edilməsi ilə əlaqədar dəyişdirilmək üçün təhvil verilmiş, həmçinin korlanmış şəhadətnamələr məhv edilməlidir. İcra hakimiyyətinin nümayəndəliyində bu məqsədlə yaradılmış komissiya məhv etməni qeydiyyat şöbəsinin rəisinin iştirakı ilə ildə bir dəfədən az olmayaraq akt bağlamaqla yandırmaq yolu ilə həyata keçirir. Hazırki işdə cavabdeh inzibati orqan ölüm haqqında şəhadətnamədə 1994-cü ilə aid ölüm akt qeydləri kitabında dəyişiklik edilərək, xx.xx.1993-cü il təvəllüdü xx.xx.1993-cü il təvəllüd kimi, doğum yeri Hacıqabul rayonu Udulu kəndini Hacıqabul rayon İ Paşalı kəndi kimi, soyadı, adı və cinsi X5 X2 dəyişdirilməsi və həmin dəyişikliyə uyğun ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etsə də, həmin şəhadətnamədə ölən şəxsin adının hansı sənəddəki qeydə əsasən və hansı əsasla təvəllüdünün xx.xx.1993-cü il kimi, doğum yerinin Hacıqabul rayonu Udulu kəndi kimi, adı və cinsinin X1 yazılmasının səbəbini göstərməmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iddiaya qarşı yazılı münasibətində də qeyd olunan məsələyə dair hər hansı bir münasibət bildirməmişdir. Əksinə məhkəməyə ünvanladığı xx.xx.1993-cü il tarixli doğum akt qeydində soyadının və cinsinin X2, doğum tarixinin xx.xx.1993cü il kimi, doğulduğu yerin Hacıqabul rayonu 1-ci Paşalı kəndi kimi qeyd olunmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh Hacıqabul rayon Qeydiyyat şöbəsinin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 1994-cü ilə aid ölüm akt qeydləri kitabında dəyişiklik edilərək, xx.xx.1993-cü il təvəllüdü xx.xx.1993-cü il təvəllüd kimi, doğum yeri Hacıqabul rayonu Udulu kəndini Hacıqabul rayon İ Paşalı kəndi kimi, soyadı, adı və cinsi X5 X2 dəyişdirilməsi və həmin dəyişikliyə uyğun ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Hacıqabul rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulması” qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. 1994-cü ilə aid ölüm akt qeydləri kitabında dəyişiklik edilərək, xx.xx.1993-cü il təvəllüdü xx.xx.1993-cü il təvəllüd kimi, doğum yeri Hacıqabul rayonu Udulu kəndini Hacıqabul rayon İ Paşalı kəndi kimi, soyadı, adı və cinsi X5 X2 dəyişdirilməsi və həmin dəyişikliyə uyğun ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Hacıqabul rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1300/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1300/2023
31.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver