Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1300/2025 16.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı, vəkili və nümayəndəsi Vəkil Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0003 nömrəli qərarın ləğv olunması və xx.xx.2024-cü il tarixindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə təqdim edilmiş D00184063CAE nömrəli göndəriş əsasında orqanizmin funksiyalarının pozulması faiz dərəcəsinə uyğun olaraq Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmış hərbi travma səbəbi ilə müvafiq əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “sağlamlıq imkanlarının məhdud olması səbəbindən əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə “Salyan rayon Mərkəzi Xəstəxanası” X12, Salyan rayonlararası Psixiatriya Xəsətəxanası və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublikası Psixiatriya Xəstəxanası” X12 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdirlər. İddiaçı məhkəməyə ərizə təqdim edərək və iddia tələbinin dəyişdirilərək “Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0003 nömrəli qərarın ləğv olunması və xx.xx.2024-cü il tarixindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə təqdim edilmiş D00184063CAE nömrəli göndəriş əsasında orqanizmin funksiyalarının pozulması faiz dərəcəsinə uyğun olaraq Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmış hərbi travma səbəbi ilə müvafiq əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Vətən müharibəsində iştirak etmiş, 14 oktyabr 2020-ci ildə Azərbaycan Respublikasının müdafiəsi zamanı döyüş tapşırığını yerinə yetirərkən Füzuli rayonu ərazisində düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində “Partlayış zədələnməsi, başın ənsə nahiyəsinin kor qəlpə yarası” xəsarəti almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 09 iyun 2023-cü il tarixli, 6275 saylı Qərarı ilə ona “Hərbi Travmadır Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır” rəyi verilmişdir. 4 (dörd) ildir ki, xəstədir, hal-hazırda 29 yaşı var və ona “Üzvi mənşəli şəxsiyyət pozuntusu”, “Tez-tez təkrarlanan dekompensasiyalar”, “Koqnitiv funksiyaların enməsi”, “Tiklər”, “Özünü kəsmələr və intihar cəhdləri ilə”, “Partlayış travması”, “Keçirilmiş qapalı kəlləbeyin travması”, “Baş-beyin sirkələnməsinin nəticələri”, “Postravmatik ensefalopatiya” və “Vegetativ damar davamsızlığı” diaqnozları qoyulmuşdur. Ağırlaşma formasında digər xəstəlikləri də mövcuddur. Mütəmadi olaraq müxtəlif xəstəxanalarda ambulator və stasionar müalicə kursları keçmişdir. Özünü idarə edə bilmir, səhhəti günü-gündən ağırlaşır və artıq müalicəyə tabe olmur. Səhhətində heç bir irəliləyiş yoxdur. Müalicə və xəstəlikləri barədə müvafiq sənədləri iddia ərizəsinə əlavə etmişdir. Tibb müəssisəsi tərəfindən, Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verilmişdir. Lakin Tibbi-Sosial Ekspertiza və Komissiyasının həkimləri tərəfindən qərəzli olaraq ona əlillik dərəcəsi təyin edilmir. Ona qarşı haqqsızlıq olur, 6 aydır ki, döymədiyi qapı qalmamışdır. Lakin müraciətləri heç bir nəticə vermir. “Tibbi-Sosial Ekspert Komissiyasında müayinəyə dair məlumatın verilməsi” elektron xidmətindən məlum olur ki, əlillik vəziyyəti səhiyyə müəssisəsinin D00184063CAE saylı göndərişi əsasında “TSERAS” üzərindən qiymətləndirilmiş və “Diaqnozun əlillik əlaməti təyin etməməsi” səbəbindən ona əlillik dərəcəsi verilməsindən imtina qərarı verilmişdir. Qeydiyyatda olduğu səhiyyə müəssisəsində xəstəlikləri barədə bütün məlumatlar vardır. TSERAS-a göndərişdə (forma 88) xəstəlikləri barədə tam və dolğun məlumat verilsədə, hansı səbəbdən ona əlillik dərəcəsinin təyin edilməməsi müəmmalıdır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilmiəsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi sərəncama münasibət barədə məktubla bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntu, tez-tez təkrarlanan dekompensasiyalar. koqnitiv funksiyaların enməsi və tiklər,özünü kəsmələr intihar cəhdlərilə. Partlayış travması. Keçirilmiş qapalı kəllə beyin travması, başbeyin silkələnməsinin nəticələri. Postravmatik ensefalopatiya, vegetativ damar davamsızlığı. Mərkəzə göndərilmənin/lmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir, səbəbi ilə imtina verilmişdir. Sabirabad rayon sakini xx.xx.1995-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdrılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixi 6275 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, teztez təkrarlanan dekompensasiyalar, koqnitiv funksiyaların enməsi və tiklər. özünü kəsmələr, intihar cəhdləri ilə. Partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması. baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Başın ənsə nahiyəsinin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı. Partlayış travması (xx.xx.2020). İkitərəfli xroniki koxlear nevrit. Tinnitus. İkitərəfli neyrosensor tip ağıreşitmə. Pıçıltı nitqini sol qulaqda 4 (dörd) metr, sağ qulaqda 5 (beş) metr məsafədən eşitməsi ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 11649740 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 2605 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu tez-tez təkrarlanan dekompensasiyalar, koqnitiv funksiyaların enməsi və tiklər, özünü kəsmələr, intihar cəhdləri ilə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir) Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, əsəbilikdən, yuxunun və yaddaşın pozulmasından şikayətlənmişdir. Müayinəyə nümayişkar şəkildə daxil olmuş, tiklər göstərməyə çalışmış, lakin müayinənin gedişatında tikləri unutmuşdur. Baş ağrılarından sonra qıcolmasının olduğunu söyləmiş, sağ saiddə bır ədəd çapıq izlənilmişdir. Yalnız yuxu dərmanı qəbul etdiyini, Depakinin təsiq etmədiyini söyləmişdir. Konfliktlərin spesifikliyini izah edə bilməmişdir. Müayinə zamanı koqnitiv funksiyalarda geriləmə müşahidə olunmamışdır. Emosional-iradi sfera qüsursuz, nümayişkar olmuşdur. Mühakimə və analiz qabiliyyəti adaptiv, maraqlarına uyğun olmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli isterik tip şəxsiyyət pozuntusu, nümayişkar davranış” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydən çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının. İV mərhələ onkoloji xəstəliklərin. V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial eksoertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial eksoertiza müayinəsinə göndərişlərin reyestri"nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul etməyi xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, vəkili və nümayəndəsi Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və iddiaçı Sabirabad rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Eləcə də, iddiaçı tərəfindən ləğv edilməsini xahiş etdiyi Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0003 nömrəli qərarı xx.xx.2024-ci il tarixdə sistemə daxil edilmiş, iddiaçı tərəfindən isə qanunvericilikdə nəzərdə tutulan müddətlərə riayət etməklə (30 gün keçmədən) xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə məhkəməyə iddia ərizəsini göndərmiş və xx.xx.2024-cü il tarixdə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan xx.xx.2013-cü il tarixli, SX ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı N nömrəli hərbi hissənin tərkibində xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixədək Füzuli rayon istiqamətində döyüşdə iştirak etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2021-ci il tarixli, N nömrəli travma haqqında arayışın surətindən görünür ki, əsgər İddiaçı xx.xx.2020-ci il tarixdə Qarabağ vətən müharibəsi zamanı “Partlayış zədələnməsi, başın ənsə nahiyəsinin kor qəlpə yarası” xəsarətini almışdır. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 Sabirabad rayon X5 Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli, PHŞ-6-70/3-68/2023 nömrəli tibbi arayışından görünür ki, Sabirabad rayon Nizamı kənd sakini İİ Qarabağ müharibə qazisi İddiaçı həqiqətən xx.xx.2023-cü il tarixində “Sol, sağ qolun bazu nahiyyəsinin və boyunun çox saylı kəsilmiş yarası” diaqnozu ilə Sabirabad RMX-nın Təcili yardım bölməsinə müraciət etmişdir. Xəstəyə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır. Xəstənin deməsinə görə Sterik vəziyyətdə olduğu üçün özünə intihara cəhd etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X9 xx.xx.2023-cü il tarixli, 317 nömrəli həkim psixiatr komissiyasının rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq İbişov X1 Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli, 6275 nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, ehtiyatda olan əsgər xx.xx.1995-ci il təvəllüdlü əsgər İddiaçı Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yaralıdır. Orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalar, koqnitiv funksiyaların enməsi və tiklər, özünü kəsmələr, intihar cəhdləri ilə. Partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Başın ənsə nahiyəsinin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı. Partlayış travması (xx.xx.2020). İkitərəfli xroniki koxlear nevrit. Tinnitus. ikitərəfli neyrosensor tip ağıreşitmə. Pıçıltı nitqini sol qulaqda 4 (dörd) metr, sağ qulaqda 5 (beş) metr məsafədən eşitməsi diaqnozu qoyulmuş və diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 Sabirabad rayon X5 Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli, PHŞ-6-70/3-136/2023 nömrəli tibbi arayışından görünür ki, həqiqətən xx.xx.2023-cü il tarixdə, saat 22:32 radələrində Sabirabad RMX-nın TTTYS-na xx.xx.1995-ci il təvəllüdlü, Sabirabad rayon Nizami kənd sakini İddiaçı üçün çağırış verilmişdir. Xəstəyə “Miqren” diaqnozu (qəlpə yarası) əsasında tibbi yardım göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının qərarından görünür ki, İddiaçı əlillik verilməsindən imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 Sabirabad rayon X5 Hüquqi Şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 18-1- 70/2-694/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Sabirabad rayon Nəsimikənd sakini xx.xx.1995-ci il təvəllüdlü İbişov X4 rayon Mərkəzi Xəstəxanasında xx.xx.2023-cü il tarixdən “Başın ənsə nahiyyəsinin kor qəlpə yarası” diaqnozu ilə dispanser qeydiyyatdadır. Tahir Müslümov adına tərtib edilmiş forma 88 TSEK-ə göndərilmiş və xx.xx.2024-ci il tarixdə TSEK tərəfindən qiymətləndirildikdən sonra, TSEK-in qərarı “Diaqnozu əlillik əlaməti təyin etmir” olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X9 xx.xx.2024-cü il tarixli, 348 nömrəli həkim psixiatr komissiyasının rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq İbişov X1 Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-4/2-21066/2024 nömrəli məktubundan görünür ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının P00060738MAS, L00119578TTK, D00184063CAE nömrəli göndərişləri və müraciəti əsasında müvafiq olaraq xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq bütün hallarda diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 253 nömrəli məktubunda qeyd edilmişdir ki, Sabirabad rayon sakini İddiaçı əlilliyin təyini ilə bağlı tibbi sənədləri (anketi) Sabirabad rayon Mərkəzi xəstəxanasının HMK- tərəfindən xx.xx.2022, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının HMK-na təqdim edilmişdir. Müvafiq olaraq tibbi sənədlər əsasında P00060737MAS, S00102466VZL, L00119578TTK saylı elektron göndərişlər (forma-88) tərtib edilərək TSEK-nın elektron altsisteminə ötürülmüşdür. Hər üç göndərişə TSEK tərəfindən imtina verilmişdir. Sonuncu dəfə xəstənin tibbi sənədləri xx.xx.2024-cü ildə Sabirabad RMX HMK tərəfindən "Üzvi mənşəli şəxsiyyət pozuntu,tez-tez təkrarlanan dekompensasiyalar, koqnitiv funksiyaların enməsi və tiklər,özünü kəsmələr intihar cəhdlərilə. Partlayış travması. Keçirilmiş qapalı kəllə beyin travması, başbeyin silkələnməsinin nəticələri. Postravmatik ensefalopatiya, vegetativ damar davamsızlığı” diaqnozları ilə protokollaşdırılaraq Salyan RPX HMK-na təqdim edilmişdir.Həmən tarixdə eyni diaqnozla D00184063CAE saylı elektron göndəriş (forma-88) tərtib edilərək TSEK-nın elektron altsisteminə ötürülmüşdür.Həmən göndərişə xx.xx.2024-cü ildə “Diaqnoz əlillik əlaməti təyin etməməsi. Ətraflı: Diaqnoz əlillik əlaməti təyin etmir" səbəbli imtina verilmişdir.Göndərişə əsas olan tibbi sənədlər (anket), elektron göndəriş yazıldıqdan sonra Sabirabad RMX-na geri qaytarıldığından, məhkəməyə lazım olan tibbi sənədləri əldə etmək üçün Sahirabad RMX-na müraciət etmək zəruridir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X9 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 12026 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası PHŞ bildirir ki, xx.xx.1995-ci il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixdə döyüş tapşırığını yerinə yetirərkən “ Partlayış zədələnməsi, başın ənsə nahiyəsinin kor qəlpə yarası” şəklində xəsarət almışdır. (Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən verilmiş N saylı arayış) İddiaçı həmin kəllə-beyin travmasından sonra dəfələrlə müxtəlif xəstəxanalarda stasionar müalicə alıb. xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə “Üzvi (baş beyin zədələnməsi) şəxsiyyət pozuntusu, yaddaşın enməsi” xx.xx.2023-xx.xx.2023-cü ildə “üzvi şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalar, koqnitiv funksiyaların enməsi, tiklər, özünü kəsmələr və intihar cəhdləri ilə”, xx.xx.2023- xx.xx.2023-cü il tarixdə “Üzvi şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalar, koqnitiv funksiyaların enməsi, tiklər, özünü kəsmələr və intihar cəhdləri ilə”, xx.xx.2023-xx.xx.2023-cü il tarixdə “Üzvi mənşəli şəxsiyyət pozuntusu, xx.xx.2023xx.xx.2023-cü il tarixdə “Üzvi (baş beyin zədələnməsi) şəxsiyyət pozuntusu, yaddaşın enməsi, tiklərlə” xx.xx.2023-xx.xx.2023-cü il tarixdə “ Üzvi (2-ci Qarabağ Müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalarla, koqnitiv funksiyaların enməsi və özünü kəsmələr, intihar cəhdləri ilə” diaqnozları ilə müalicədə olub. Bir neçə dəfə tibb elmləri doktoru, professor Rİsmayılov tərəfindən müayinə edilib. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə prof.F.İsmayılov tərəfindən “Üzvi (2-ci Qarabağ Müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində ) şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalar, koqnitiv funksiyaların enməsi və tiklər, özünü kəsmələr, intihar cəhdləri ilə” diaqnozu müəyyən edilib. Qoyulmuş suallara cavab olaraq bildiririk ki, İddiaçı “Üzvi (2-ci Qarabağ Müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalar, koqnitiv funksiyaların enməsi və tiklər, özünü kəsmələr, intihar cəhdləri ilə” xəstəliyi aşkar edilir. 1-ci sualın 2-ci hissəsi və 2-ci suala cavab olaraq bildiririk ki, xəstəyə əlillik təyini məsələsi Əmək və Əhalinin Sosial Müdafiəsi tabeliyində olan Tibbi Sosial Ekspert Komissiyasının səlahiyyətlərinə aiddir , xəstəxanada yalnız diaqnostika və müalicə məsələləri həyata keçirilir. 3-cü suala cavab olaraq bildiririk ki, İddiaçı təyin olunmuş diaqnoz tibb müəssisələri tərəfindən verilmiş göndəriş və aparılmış müayinələrin nəticələrinə uyğundur. Aparılmış müayinələrin (elektroensefaloqrafıya, MRT müayinə, psixi vəziyyətinin dəfələrlə müxtəlif psixiatrlar və digər ixtisas həkimləri tərəfindən aparılmış əyani müayinələri) nəticələri İddiaçı müvafiq diaqnozun qoyulması üçün kifayət edir. 4cü suala cavab olaraq bildiririk ki, İddiaçı təyin edilmiş diaqnozda X7 üzvi xəstəliyinə xarakterik olan əlamətlər, onların dinamikası xronoloji ardıcıllıqla verilmiş diaqnozlarda öz əksini tapmışdır, bu diaqnozların get-gedə daha ağır olması mümkün olan müalicə tədbirlərinin aparılmasına baxmayaraq xəstəliyin proqressivləşməsini göstərir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X12 xx.xx.2025-ci il tarixli, T 78/2025 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 1-4. Səhiyyə Nazirliyi “MTE və PA Birliyin” phş müalicə müəssisəsi olmadığından dəqiq olaraq onun hal-hazırda hansı xəstəlikdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin, İddiaçı iş materiallarında olan tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin tibbisosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi sonuncu müayinəyə dair məlumatın verilməsi məlumatlarında qeyd edilmiş xx.xx.2024-cü il tarixli H00197143İUZ Forma 88 nömrəli göndərişində qeyd edilmiş “F07.8-Baş beyinin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları. Baş beyinin travmatik mənşəli üzvi xəstəliyi nəticəsində yaranan kəskin ifadəli şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalarla. Posttravmatik psixotik vəziyyət. Ağırlaşma:F91-Davranış pozğunluğu. Dayanıqlı uzunmüddətli psixotik əlamətlərin təzahürü ilə gedən generəlizə olunmuş psixopatabənzər kobud davranış pozuntusu. Özünə qəsdetmə fikir və cəhdləri” diaqnoz ona stasionarda müalicəsi zamanı anamnestik, kliniki, diaqnostik müayinələrinin nəticələri əsasında müəyyən edilmiş, |nüalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların səmərəliliyi, klinik proqnozu qənaətbəxş olmuş, əmək qabiliyyətinin itirilməsi TSEK-in ekspertləri tərəfindən qeyd edilməmişdir. -Diaqnoz nəzərə alınmaqla əlilliyin təyini zamanı onda olan əsas xəstəlik və ağırlaşmaları şəxs xx.xx.2024-cü il tarixdə DTSERA-da əyani müayinədən keçirilərkən müayinəyə nümayişkar şəkildə daxil olmuş, tiklər göstərməyə çalışsa da, tikləri unutmuş, konfliktlərin spesifikliyini izah edə bilməmiş, emosional-iradi sfera qüsursuz, nümayişkar olmuş, mühakimə və analiz qabiliyyəti adaptiv maraqlarına uyğun olmuş, hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli isterik tip şəxsiyyət pozuntusu, nümayişkar davranış” kimi müəyyənləşdirilmiş, belə ki, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamşdır.-Xəstəliklərin XBT 10 kodları ilə qeyd edilməsi hər bir ixtisas sahəsi üzrə mütəxəssis həkimlərin səlahiyyətlərinə aiddir. -Əlilliyin təyini ilə əlaqədar olan sualın həlli isə məhkəmə-tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nm 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyalarının səlahiyyətlərinə aiddir. 5.6. Aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnozla əlaqədar hazırda əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət yoxdur, xəstəliklər tam reablitasiya olunmurlar. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə işin materiallarını araşdıraraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Konstitusiyanın 16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə- “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra –Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. “Əlilliyin müəyyən olunması meyarları”na əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında - 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında - 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında - 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 - xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış: Hazırkı işin hallarından müəyyən edillir ki, iddiaçının müraciətinə əsasən Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntu” diaqnozu qoyulmuşdur. Cavabdeh həmin göndəriş əsasında iddiaçının əyani müayinəsini aparmış və “diaqnozun əlillik əlaməti təyin etməməsi” əsası ilə iddiaçıya əlillik təyin edilməsindən imtina etmişdir. İddiaçı həmin qərarla razı olmamış və məhkəmədə həmin qərarı mübahisələndirmişdir. Məhkəmə cavabdehin imtinasını əsaslı hesab etmir və hesab edir ki, iddiaçının barəsində olan sonuncu göndəriş əsasında ididaçıya əlillik təyin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, əlillik meyarının müəyyən edilməsi cavabdeh inzibati orqanın diskression səlahiyyətinə aiddir. Diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Cavabdehin dəlili ilə bağlı məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün iddiaçıda həmin xəstəliklərin və diaqnozun mövcud olub-olmamasını təsdiq etmək üçün xüsusi bilik tələb olunduğundan iş üzrə Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(120)-4030/2024 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə tapşırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X12 xx.xx.2025-ci il tarixli, T 78/2025 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, - Səhiyyə Nazirliyi “MTE və PA Birliyin” PHŞ müalicə müəssisəsi olmadığından dəqiq olaraq onun hal-hazırda hansı xəstəlikdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. İddiaçı iş materiallarında olan tibbi sənədlərinin təhlilinə əsasən Diaqnoz nəzərə alınmaqla əlilliyin təyini zamanı onda olan əsas xəstəlik və ağırlaşmaları şəxs xx.xx.2024-cü il tarixdə DTSERA-da əyani müayinədən keçirilərkən müayinəyə nümayişkar şəkildə daxil olmuş, tiklər göstərməyə çalışsa da, tikləri unutmuş, konfliktlərin spesifikliyini izah edə bilməmiş, emosional-iradi sfera qüsursuz, nümayişkar olmuş, mühakimə və analiz qabiliyyəti adaptiv maraqlarına uyğun olmuş, hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli isterik tip şəxsiyyət pozuntusu, nümayişkar davranış” kimi müəyyənləşdirilmişdir. - Aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnozla əlaqədar hazırda əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət yoxdur, xəstəliklər tam reablitasiya olunmurlar. Qeyd edilən rəylə bağlı məhkəmə qeyd edir ki, rəyin nəticə hissəsində əsasən Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən iddiaçının əlilliyinin qiymətləndirilməsi məqsədi ilə keçirilmiş əyani müayinənin nəticəsinə dair qəbul edilmiş qərardakı imtina əsasları təkrarlanmış və iddiaçıda olan xəstəliklərin mövcudluğu hissəsində səthi cavablar verilmişdir. Bu səbəbdən qeyd edilən rəy qismən mötəbər hesab edilir. Ekspert rəyinin tam qənaətbəxş olmadığı nəzərə alınaraq məhkəmə digər sübutlarıda qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 Sabirabad rayon X5 Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli, PHŞ-6-70/3-68/2023 nömrəli tibbi arayışından görünür ki, Sabirabad rayon Nizamı kənd sakini İİ Qarabağ müharibə qazisi İddiaçı həqiqətən xx.xx.2023-cü il tarixində “Sol, sağ qolun bazu nahiyyəsinin və boyunun çox saylı kəsilmiş yarası” diaqnozu ilə Sabirabad RMX-nın Təcili yardım bölməsinə müraciət etmişdir. Xəstəyə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır. Xəstənin deməsinə görə Sterik vəziyyətdə olduğu üçün özünə intihara cəhd etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X9 xx.xx.2024-cü il tarixli, 348 nömrəli həkim psixiatr komissiyasının rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq İbişov X1 Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuşdur. Tam araşdırılma aparılaraq iddiaçıda olan xəstəliklər üzrə diaqnozun və əlillik verilməsi üçün nəzərdə tutulan ağırlaşmaların dəqiqləşdirilməsi məqsədilə mütəxəssis rəyi ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X10 məktub göndərilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X9 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 12026 nömrəli məktubuna əsasən aşağıdakılar müəyyən edilmişdir: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası PHŞ bildirir ki, xx.xx.1995-ci il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixdə döyüş tapşırığını yerinə yetirərkən “ Partlayış zədələnməsi, başın ənsə nahiyəsinin kor qəlpə yarası” şəklində xəsarət almışdır. (Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən verilmiş N saylı arayış) İddiaçı həmin kəllə-beyin travmasından sonra dəfələrlə müxtəlif xəstəxanalarda stasionar müalicə alıb. - xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə “Üzvi (baş beyin zədələnməsi) şəxsiyyət pozuntusu, yaddaşın enməsi” xx.xx.2023-xx.xx.2023-cü ildə “üzvi şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalar, koqnitiv funksiyaların enməsi, tiklər, özünü kəsmələr və intihar cəhdləri ilə”, xx.xx.2023- xx.xx.2023-cü il tarixdə “Üzvi şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalar, koqnitiv funksiyaların enməsi, tiklər, özünü kəsmələr və intihar cəhdləri ilə”, xx.xx.2023-xx.xx.2023-cü il tarixdə “Üzvi mənşəli şəxsiyyət pozuntusu, xx.xx.2023-xx.xx.2023-cü il tarixdə “Üzvi (baş beyin zədələnməsi) şəxsiyyət pozuntusu, yaddaşın enməsi, tiklərlə” xx.xx.2023-xx.xx.2023-cü il tarixdə “ Üzvi (2-ci Qarabağ Müharibəsi zamanı alınmış qapalı kəlləbeyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalarla, koqnitiv funksiyaların enməsi və özünü kəsmələr, intihar cəhdləri ilə” diaqnozları ilə müalicədə olub. Bir neçə dəfə tibb elmləri doktoru, professor Rİsmayılov tərəfindən müayinə edilib. - Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə prof.F.İsmayılov tərəfindən “Üzvi (2-ci Qarabağ Müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində ) şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalar, koqnitiv funksiyaların enməsi və tiklər, özünü kəsmələr, intihar cəhdləri ilə” diaqnozu müəyyən edilib. - Qoyulmuş suallara cavab olaraq bildiririk ki, İddiaçı “Üzvi (2-ci Qarabağ Müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalar, koqnitiv funksiyaların enməsi və tiklər, özünü kəsmələr, intihar cəhdləri ilə” xəstəliyi aşkar edilir. - 1-ci sualın 2-ci hissəsi və 2-ci suala cavab olaraq bildiririk ki, xəstəyə əlillik təyini məsələsi Əmək və Əhalinin Sosial Müdafiəsi tabeliyində olan Tibbi Sosial Ekspert Komissiyasının səlahiyyətlərinə aiddir , xəstəxanada yalnız diaqnostika və müalicə məsələləri həyata keçirilir. - 3-cü suala cavab olaraq bildiririk ki, İddiaçı təyin olunmuş diaqnoz tibb müəssisələri tərəfindən verilmiş göndəriş və aparılmış müayinələrin nəticələrinə uyğundur. - Aparılmış müayinələrin (elektroensefaloqrafıya, MRT müayinə, psixi vəziyyətinin dəfələrlə müxtəlif psixiatrlar və digər ixtisas həkimləri tərəfindən aparılmış əyani müayinələri) nəticələri İddiaçı müvafiq diaqnozun qoyulması üçün kifayət edir. - 4-cü suala cavab olaraq bildiririk ki, İddiaçı təyin edilmiş diaqnozda X7 üzvi xəstəliyinə xarakterik olan əlamətlər, onların dinamikası xronoloji ardıcıllıqla verilmiş diaqnozlarda öz əksini tapmışdır, bu diaqnozların get-gedə daha ağır olması mümkün olan müalicə tədbirlərinin aparılmasına baxmayaraq xəstəliyin proqressivləşməsini göstərir. Göründüyü kimi, cavabdehin imtinası əsassızdır. Mübahisə üzrə digər bir hal əlilliyin səbəbli əlaqəsədir ki, qeyd edilən hal üzrə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2021-ci il tarixli, N nömrəli travma haqqında arayışın surətindən görünür ki, əsgər İddiaçı xx.xx.2020-ci il tarixdə Qarabağ vətən müharibəsi zamanı “Partlayış zədələnməsi, başın ənsə nahiyəsinin kor qəlpə yarası” xəsarəti alındığı müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli, 6275 nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, ehtiyatda olan əsgər xx.xx.1995-ci il təvəllüdlü əsgər İddiaçı Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yaralıdır. Orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalar, koqnitiv funksiyaların enməsi və tiklər, özünü kəsmələr, intihar cəhdləri ilə. Partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Başın ənsə nahiyəsinin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı. Partlayış travması (xx.xx.2020). İkitərəfli xroniki koxlear nevrit. Tinnitus. ikitərəfli neyrosensor tip ağıreşitmə. Pıçıltı nitqini sol qulaqda 4 (dörd) metr, sağ qulaqda 5 (beş) metr məsafədən eşitməsi diaqnozu qoyulmuş və diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, qeyd edilənlərə əsasən əlilliyini səbəbli əlaqəsi “Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmış hərbi travma” səbəbi kimi qeyd edilməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçıda mövcud olan xəstəlik iş materiallarında olan iddiaçıya dair tibbi sənədlərdə, keçirilmiş ekspertiza və mütəxəssis rəyi ilə öz təsdiqini tapır. Həmçinin həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”nda əks olunmuşdur. Oxşar İşlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1882/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün sayılmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, "... kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-522/2024 nömrəli, 2-1(102)- 1428/2024 nömrəli 2-1(102)-1148/2024 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102)- 2378/2023 nömrəli, qərarları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bundan əlavə, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2500/2023 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102) 2378/2023 nömrəli qərarları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi (məhkəmə tibbi ekspertizası vasitəsi ilə) və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməmdə və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. İddiaçının hüquqi marağı ona xx.xx.2024-cü il tarixdən əlilliyin müəyyən olunmasına yönəlmişdir. Belə ki, iddiaçı onunla bağlı əvvəllər verilən imtinalarda qeyd edilən halların aradan qaldırılması barədə dəfələrlə müvafiq Xəstəxanalara müraciət etmiş və sonuncu dəfə D00184063CAE nömrəli göndəriş əsasında Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0003 nömrəli qərarı qəbul edilmişdir ki, iddiaçı qeyd edilən qərarın ləğvini və ona orqanizmin funksiyalarının pozulması faiz dərəcəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə müvafiq əlillik dərəcəsinin müəyyən edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən hissədə də, yəni ona xx.xx.2024-cü il tarixdən əlilliyin məhz “müəyyən edilməsini” xahiş etmək hissəsində də haqlı olmuşdur. Cavabdehin şikayətinin digər dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz. Qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Qeyd edilir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada kassasiya şikayətinin cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri əsassız sayılmalıdır və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Oxşar İşlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-54/2025 nömrəli iş üzrə, xx.xx.2025-cü il tarixli qərarı ilə yuxarıda qeyd edilən mövqedən çıxış etmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. İnzibati Prosessual Məcəllənin: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı barəsində Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0003 nömrəli qərarın ləğv olunması və xx.xx.2024-cü il tarixindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə təqdim edilmiş D00184063CAE nömrəli göndəriş əsasında orqanizmin funksiyalarının pozulması faiz dərəcəsinə uyğun olaraq Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmış hərbi travma səbəbi ilə müvafiq əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1300/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1300/2025
16.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver