Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1301/2025 12.08.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı, Üçüncü şəxsin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Cəbrayıl rayon İcra Hakimiyyətinə qarşı “Cəbrayıl rayon İcra Hakimiyyəti tərəfindən öncədən ilkin sənədlərlə İddiaçı həmin rayondan olan məcburi köçkünlərə Biləsuvar rayon ərazisində inşa edilmiş 3 saylı qəsəbədə yerləşən qəbirstanlığa gedən yolun cənub, qəsəbələrə gedən asfalt örtüklü yolun qərb tərəfindəki boş sahədən 66 kv.m torpaq sahəsini aptek binasının tikintisi üçün sahibliyinə və istifadəsinə verildikdən sonra həmin torpaq sahəsini və üzərində aptek binasının tikintisi üçün cavabdeh X5 Cəbrayıl rayon İcra Hakimiyyəti tərəfindən ilkin sənədlərin ayrılması qanunsuz olduğuna görə cavabdehə təqdim edilmiş həmin inzibati akt və ona təqdim edilmiş imtina məktubu ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Cəbrayıl rayon İcra Hakimiyyətinə qarşı “Cəbrayıl rayon İcra Hakimiyyəti tərəfindən öncədən ilkin sənədlərlə İddiaçı həmin rayondan olan məcburi köçkünlərə Biləsuvar rayon ərazisində inşa edilmiş 3 saylı qəsəbədə yerləşən qəbirstanlığa gedən yolun cənub, qəsəbələrə gedən asfalt örtüklü yolun qərb tərəfindəki boş sahədən 66 kv.m torpaq sahəsini aptek binasının tikintisi üçün sahibliyinə və istifadəsinə verildikdən sonra həmin torpaq sahəsini və üzərində aptek binasının tikintisi üçün cavabdeh X5 Cəbrayıl rayon İcra Hakimiyyəti tərəfindən ilkin sənədlərin ayrılması qanunsuz olduğuna görə cavabdehə təqdim edilmiş həmin inzibati akt və ona təqdim edilmiş imtina məktubu ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə cavabdeh X7 əsl cavabdeh Cəbrayıl rayon İcra Hakimiyyəti ilə əvəz edilmiş, X7 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cəbrayıl rayon İcra Hakimiyyəti ilkin sənədlərlə (inzibati akt) Cəbrayıl rayonundan məcburi köçkün qismində mənə həmin rayondan olan məcburi köçkünlərə Biləsuvar rayon ərazisində inşa edilmiş 3 saylı qəsəbədə yerləşən qəbirstanlığa gedən yolun cənub, qəsəbələrə gedən asfalt örtüklü yolun qərb tərəfindəki boş sahədən 66 kv.m (12.00x5.50 metr ölçüdə) torpaq sahəsini aptek binasının tikintisi üçün sahibliyinə və istifadəsinə vermişdir. Yuxarıda qeyd edilən, sahibliyinə və istifadəsinə verilmiş torpaq sahəsi üzərində aptek binasını öz maddi vəsaiti ilə tikərək həmin binanı 2014-cü ildən 2022-ci ilin dekabr ayına kimi Cəbrayıl rayonundan məcburi köçkün olan X5 aralarında əldə edilmiş şifahi razılığa əsasən hər ay 80 manat olmaqla icarəyə vermişdir. Elxan Mehrəliyev bu müddət ərzində icarə haqqını vaxtlı- vaxtında ona ödəmişdir. 2023-cü ilin əvvəlindən başlayaraq Elxan Mehrəliyev icarə haqqını ona naməlum səbəblərdən ödəməməyə başlamış və 6 aydan sonra isə həmin aptek binası üçün Cəbrayıl rayon İcra hakimiyyəti tərəfindən ilkin sənədlər əldə etmişdir. Həmin torpaq sahəsi üzərində aptek binasının tikintisi üçün ona 2014-cü ildə Cəbrayıl rayon İcra Hakimiyyəti tərəfindən ilin sənədlər təqdim edilmişdir. Ona bir neçə dəfə Elxan Mehrəliyevə icarə haqqını ödəməyi, ödəməyəcəyi təqdirdə həmin aptek binasını təhvil verilməsini xahiş və tələb etsə də o, bu xahiş və təlbələri yerinə yetirməmişdir. Cavabdeh Elxan Mehrəliyev qanuni əsaslarla əldə etdiyi, yuxarıda qeyd etdiyi torpaq sahəsi üzərində öz maddi vəsaiti ilə tiktirdiyi aptek binasını qanunsuz saxladığına görə pozulmuş hüquqlarının bərpa edilməsi üçün Cəbrayıl Rayon Məhkəməsinə iddia əərizəsi ilə müraciət etmişdir. Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixdə keçirilən hazırlıq iclasında cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi, Cəbrayıl rayon İcra hakimiyyəti tərəfindən ona verilən ilkin sənədlərdən (inzibati akt) məlum olmuşdur ki, mübahisəli torpaq sahəsi üzərində aptek binasının inşa edilməsi üçün onun da istifadəsinə verilmişdir. İddiaçı ilə cavabdeh arasında yaranana mübahisə inzibati xarakater daşıdığına görə Cəbrayıl Rayon Məhkəməsi tərəfindən iş baxılmamış saxlanılmış və iddiaçının hüquqları inzibati aktla pozulduğuna görə bu hüquqlarının müdafiəsi üçüm müvafiq inzibati məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Cavabdeh X4 adına Cəbrayıl rayon İcra Hakimiyyəti tərəfindən verilmiş inzibati aktla (ilkin sənədlər) yuxarıda qeyd edilən mübahisəli torpaq sahəsi üzrəində mənim hüquqlarım kobud şəkildə pozulduğu görə həmin inzibati aktın ləğv edilməsi üçün xx.xx.2024-cü il tarixdə Cəbrayıl rayon İcra hakimiyyətinə ərizə ilə müraciət etmişdir. Cəbrayıl rayon İcra Hakimiyyəti tərəfindən ona ünvanlanmış xx.xx.2024-cü il tarixli imtina məktubunda bildirilir ki, hər iki tərəfə (iddaçı və cavabdeh) anbar, mağaza və aptek tikintisi üçün ayrılan mübahisli torpaq sahəsinə dair ilkin sənədlər (inzibati akt) ixtisalaşdırılımış memarlıq şirkətləri tərəfindən vətəndaşın müraciəti əsasənda hazırlanan torpaq sahəsinin yerləşmə çizgisi sənədidir. İddiaçı və cavabdehə eyni mübahisəli torpaq sahəsinin ayrılması barədə ikin sənədlər hər hansı memarlıq şirkəti tərəfndən hazırlanan torpaq sahəsinin yerləşmə çizgisi sənədi deyil, əksinə Cəbrayıl rayon İcra Hakimiyyətinin möhürü ilə təsdiq edilmiş və icra hakimiyyətinin baş memarı tərəfindən imzanmış inzibati aktdırlar. Cəbrayıl rayon İcra Hakimiyyəti tərəfindən ona ünvanlanmış xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd edilir ki, mübahisəli torpaq sahəsində yerləşən aptek binası Elxan Mehrəliyevin, mağaza və anbar isə İddiaçı istifadəsindədir. Lakin Cəbrayıl rayon İcra Hakimiyyəti tərəfindən ona təqdim edilən ilkin sənəddə (inzibati aktda) həmin mübahisəli torpaq sahəsində aptek binası üçün ayrıldığı qeyd edilir, Elxan Mehreliyevə isə həmin torpaq sahəsində mağaza binasının tikilməsi üçün ayrıldığı göstərilir. Cəbrayıl rayon İcra Hakimiyyəti tərəfindən ona və Elxan Mehrəliyevə vedrilmiş ilkin sənədlərdə və ona təqdim edilmiş imtina məktubunda qeyd edilən məlumatlar bir birinə uyğun deyildir. Qeyd edilənlərə əsasən iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Cəbrayıl Rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələblərini müdafiə etdiyini və qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili Vəkil İddiaçı iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialında olan Biləsuvar rayon ərazisində Cəbrayıl rayon məcburi köçkünləri üçün inşa edilmiş 3 saylı qəsəbədə İddiaçı mağaza binası üçün ayrılmış torpaq sahəsinin ilkin sənədinin surətindən görünür ki, Biləsuvar rayon ərazisində Cəbrayıl rayon məcburi köçkünləri üçün inşa edilmiş 3 saylı qəsəbədə qəbirstanlığa gedən yolun cənub, qəsəbələrə gedən asfalt örtüklü yolun qərb tərəfindəki boş sahədən İddiaçı aptek binası üçün 66 kv.m ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi və əlaqədar təşkilatların razılaşdırılması üçün verilmişdir. İş materialında olan Biləsuvar rayon ərazisində Cəbrayıl rayon məcburi köçkünləri üçün inşa edilmiş 3 saylı qəsəbədə X5 mağaza binası üçün ayrılmış torpaq sahəsinin ilkin sənədinin surətindən görünür ki, Biləsuvar rayon ərazisində Cəbrayıl rayon məcburi köçkünləri üçün inşa edilmiş 3 saylı qəsəbədə qəsəbələrə gedən asfalt örtüklü yolun qərb, qəbirstanlığa gedən yolun cənub tərəfindəki boş sahədən X5 mağaza binası üçün 0,015 ha ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi və əlaqədar təşkilatların razılaşdırılması üçün verilmişdir. İş materialında olan Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavininin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-40/2-H-17/2024 nömrəli məktubundan görünür ki, məcburi köçkünlər üçün 2003-cü ildə salınmış sözügedən qəsəbələrin yerləşdiyi ərazi Biləsuvar rayonunun inzibati ərazi bölgüsünə daxil olduğundan burada hər hansı obyekin tikilntisi üçün torpaq sahəsi ayrılması, tikintiyə icazəyə dair sərəncam verilməsi Biləsuvar Rayon icra Hakimiyyətinin səlahiyyətindədir. Bu səbəblə də Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən Biləsuvar rayonu ərasində salınmış həmin qəsəbələrin ərazisində obyekt üçün torpaq sahəsi ayrılması və ya tikintiyə icazə verilməsi barədə İddiaçı və X1 verilməmişdir, 3 və 4 saylı qəsəbələrin kəsişməsində dairəvi yolun kənarındakı adı çəkilən mövcud tikililər - mağaza və anbar binaları İddiaçı, aptek binası isə Elxan Mehrəliyevin istifadəsindədir. Lakin, həmin ərazidəki torpaq sahəsinin və tikililərin hüquqi əsasda kimə məxsus olması barədə rayon icra hakimiyyəti məlumata malik deyildir. Müraciətdə qeyd edilən “torpaq sahəsini aptek binasının tikintisi üçün sahibliyə və istifadəyə verilməsi barədə ilkin sənəd” vətəndaşın müraciəti və ərazi baxımından istəyinə uyğun olaraq ixtisaslaşmış memar və ya memarlıq şirkətləri tərəfindən hazırlanan torpaq sahəsinin yerləşmə çizgisi sənədidir. Bu sənəd torpaq sahəsi və tikinti aparılmasına icazə almaq üçün vətəndaşın qanunvericiliyə uyğun qaydada müvafiq icra orqanına təqdim edilən sənədlər toplusuna daxil olmaqla torpaq sahəsinin tikinti üçün sahibliyə və istifadəyə verilməsinə heç bir hüquqi əsas vermir. İş materialında olan Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-36-5/2- 53/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Biləsuvar rayonu, 3 saylı qəsəbədə yerləşən ərazidə aptek binası üçün Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən vətəndaş İddiaçı hər hansı bir sənədin verilməsi qevdə alınmamışdır. İş materialında olan Cəbrayıl rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-40/2-640/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Cəbrayıl Rayon İcra Hakimiyyəti İddiaçı iddiası ilə əlaqədar bildirir ki, məcburi köçkünlər üçün 2003-cü ildə salınmış sözügedən qəsəbələrin yerləşdiyi ərazi Biləsuvar rayonunun inzibati ərazi bölgüsünə daxil olduğundan burada hər hansı obyekin tikilntisi üçün torpaq sahəsi ayrılması, tikintiyə icazəyə dair sərəncam verilməsi Biləsuvar Rayon İcra Hakimiyyətinin səlahiyyətindədir. Bu səbəblə də Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən Biləsuvar rayonu ərasində salınmış həmin qəsəbələrin ərazisində obyekt üçün torpaq sahəsi ayrılması və ya tikintiyə icazə verilməsi barədə İddiaçı və X1 verilməmişdir. 3 və 4 saylı qəsəbələrin kəsişməsində dairəvi yolun kənarındakı adı çəkilən mövcud tikililər - mağaza və anbar binaları İddiaçı, aptek binası isə Elxan Mehrəliyevin istifadəsindədir. Lakin, həmin ərazidəki torpaq sahəsinin və tikililərin hüquqi əsasda kimə məxsus olması barədə Cəbrayıl rayon icra hakimiyyəti məlumata malik deyildir. İddiaçının inzibati akt kimi qeyd etdiyi sənəd vətəndaşın müraciəti və ərazi baxımından istəyinə uyğun olaraq ixtisaslaşmış memar və ya memarlıq şirkətləri tərəfindən hazırlanan torpaq sahəsinin, tikintinin yerləşmə yerini və dəqiq ölçülərini müəyyən edən torpaq sahəsinin yerləşmə çizgisi sənədidir. Bu sənəd torpaq sahəsi və tikinti aparılmasına icazə almaq üçün vətəndaşın qanunvericiliyə uyğun qaydada müvafiq icra orqanına təqdim edilən sənədlər toplusuna daxil olmaqla torpaq sahəsinin tikinti üçün sahibliyə və istifadəyə verilməsinə heç bir hüquqi əsas vermir. Memar bu sənədin onun tərəfindən hazırlanmasını möhür və imzası ilə təsdiq edir. Sözügedən sənddə olan imza və möhür də məhz bu sənədin yalnız ixtisaslaşmış memar tərəfindən hazırlanmasını təsdiq edir. Qeyd olunan sənəd vətəndaş tərəfindən həmin əraziyə xidmət göstərən enerji, su, qaz, rabitə, kommunal və s. qurumlara təqdim edilərək möhür və imzaları ilə təsdiq edilmiş razılıqları alındıqdan sonda torpaq sahəsi ayrılması və tikinti aparılmasına icazə verilməsi üçün müvafiq icra hakimiyyəti orqanına təqdim olunur. Müvafiq icra hakimiyyəti orqanı qeyd edilən ərazinin ayrılmasının mümkünlüyünü müəyyənləşdirərkən eyni zamanda bu sənəddə olan məlumatlardan istifadə edir. Göründüyü kimi bu sənəd inzibati akt deyil, vətəndaşın bilavasitə təşəbbüsü və istəyinə əsasən hazırlanan məlumat xarekterli bir sənəddir. Həmçinin iddiaçının "inzibati akt” kimi təqdim etdiyi İddiaçı adına olan ilkin sənəd tam hazırlanmamış, əlaqədar qurumlar tərəfindən təsdiq edilməmiş, tarixi məlum olmayan natamam bir sənəddir. Sənəddəki imza və möhür yalnız bu sənədin memar tərəfindən hazırlandığını göstərir. İddiaçının qeyd olunan sənəddə Cəbrayıl Rayon İcra Hakimiyyətinin möhürü kimi təqdim etdiyi möhür tikinti-memarlıq şöbəsinə - baş memara məxsus olan, yuxarıda qeyd edilmiş məqsədlər üçün istifadə edilən möhürdür (möhürün üzərində tikinti - memarlıq şöbəsinin adı qeyd olunub). Rayon İcra Hakimiyyətinin inzibati aktları (əmr, sərəncam, qərar və s.) yalnız İcra hakimiyyətinə məxsus olan möhür və səlahiyyətli şəxslərin (RİH başçısı və onun müavinləri) imzası ilə təsdiq edilir. Memar tərəfindən hazırlanmış və təsdiq olunmuş hər hansı layihə və onun tərkib hissəsi olan digər sənəd (cizgi) icra hakimiyyətinin inzibati aktı hesab edilə bilməz. Odur ki, qeyd olunan sənədin inzibati akt olmadığı nəzərə alınaraq iddiaçının tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materialında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-21-3/2- 2693/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Biləsuvar rayonu ərazisində Cəbrayıl rayon məcburi köçkünləri üçün inşa edilmiş 3 saylı qəsəbədə qəsəbələrə gedən asfalt örtüklü yolun qərb, qəbirstanlığa gedən yolun cənub tərəfindəki boş sahədən X5 mağaza binası tikilməsi üçün və həmin hissədə İddiaçı aptek binası üçün torpaq sahələrinin ayrılmasına dair 2 ayrı-ayrı sənəd üzrə Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən torpaq sahələrinə dair razılığın olub-olmaması barədə müraciətinizə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar bildiririk ki, müraciətdə göstərilən məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat və sənəd aşkar edilməmişdir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Qeyd edilən normaların tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır.» İddia ərizəsindən müəyyən olunur ki, İddiaçı məcburi köçkünlərə Biləsuvar rayon ərazisində inşa edilmiş 3 saylı qəsəbədə yerləşən qəbirstanlığa gedən yolun cənub, qəsəbələrə gedən asfalt örtüklü yolun qərb tərəfindəki boş sahədən 66 kv.m torpaq sahəsini aptek binasının tikintisi üçün sahibliyinə və istifadəsinə verildikdən sonra həmin torpaq sahəsini və üzərində aptek binasının tikintisi üçün cavabdeh X5 Cəbrayıl rayon İcra Hakimiyyəti tərəfindən ilkin sənədlərin ayrılması qanunsuz olduğuna görə cavabdehə təqdim edilmiş həmin inzibati akt və ona təqdim edilmiş imtina məktubu ləğv edilməsini xahiş edir. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmənin qənaətinə görə iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı ilə onların hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın inzibati aktı ilə (qərarı) iddiaçının mülkiyyət və ya digər hüquqlarına birbaşa müdaxilə edilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarı). Məhkəmə iş materiallaarına araşdıraraq qeyd edir ki, iddiaçı mübahisəli daşınmaz əmlakın, yəni 66 kv.m torpaq sahəsində yerləşən aptek binasının həm ona, həmdə digər şəxs olan X5 icarəyə verildiyini, bu halın isə onun hüquqlarını kobud şəkildə pozuduğunu iddia edir. İş materiallarına İddiaçı və üçüncü şəxs X5 məxsus ayrılmış torpaq sahəsinin ilkin sənədləri əlavə edilmişdir. Qeyd edilən sənədlərə əsasən:
1. Cəbrayıl rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-40/2- 640/2024 nömrəli məktubuna əsasən 3 və 4 saylı qəsəbələrin kəsişməsində dairəvi yolun kənarındakı adı çəkilən mövcud tikililər - mağaza və anbar binaları İddiaçı, aptek binası isə Elxan Mehrəliyevin istifadəsində olduğu müəyyən edilir.
2. İddiaçı məxsus sənədlərə baxış keçirilən zaman əmlakın icarəsi məqsədilə hüquqmüəyyənedici hesab edilən sənədlərin Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti və digər razılıqda adları qeyd edilən inzibati orqanlar tərəfindən imzalanmadığı və təsdiqlənmədiyi müəyyən edilir. X2 məxsus məhkəməyə təqdim edilən sənədlərdə razılığın əldə edildiyi və razılığın adları qeyd edilən digər inzibati orqanlar tərəfindən təsdiqləndiyi öz əksini tapmışdır.
3. İddiaçı məxsus sənədlərə memarlıq rəyi əlavə edilməmişdir. X5 məxsus sənədlərə isə əlavə edilmişdir.
4. Mübahisəli aptek binasının yerləşdiyi torpaq sahəsi ilə bağlı X7 ilə Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti arasında sonuncu dəfə xx.xx.2023-cü ildə icarə müqaviləsi bağlanmışdır ki, qeyd edilən hal İddiaçı məxsus iş materiallarında öz əksini tapmamışdır. Yuxarıda qeyd edilən əsaslar üzrə məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən mübahisəli daşınmaz əmlakın ona qanuni əsaslarla ayrıldığını sübut edə bilmir. Həmçinin üçüncü şəxsə məxsus sənədlərin şübhəli olması və ya mötəbər hesab edilməməsi ilə bağlı əsaslı dəlillər təqdim edə bilmir. Belə olan halda məhkəmə hesab edir ki, üçüncü şəxs X7 və digər inzibati orqanlar tərəfindən iddiaçının hüquqları pozulmamış və təqdim edilən imtinalar əsaslı olmuşdur. Məhkəmə tam araşdırma nəticəsində iddiaçının hal-hazırki iddianı qaldarmaqda subyektiv hüququnun olmadığı qənaətinə gəlir. Həmçinin məhkəmə qeyde edir ki, hər bir halda iddiaçı tələbində dəqiqləşmələr aparsa belə nəticə hissəsində dəyişiklik edilməyəcəyi üçün, məhkəmə iddiaçının tələbində hər hansı düzəlişlərin edilməsi ilə bağlı hüquqi yardım göstərilməsini zəruri hesab etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 02 iyul 2024-cü il tarixli, 2-1(120)-4032/2024 nömrəli və 01 iyul 2025-ci il tarixli, 2-1(120)-1301/2025 nömrəli hüquqi yardım məktubları ünvanlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarının 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Həmin Qərarın 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Həmin Qərarın 8.5-ci bəndinə əsasən iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmə hesab edir ki, hal-hazırki iddiada mümkünlük şərtlərinə əməl edilməməsi əsasından çıxış edərək iddia mümkün sayılmamalıdır. İddiaçının gələcəkdə yuxarıda qeyd edilən halların aradan qaldıran müvafiq sübutları əldə etdiyi təqdirdə yenidən məhkəmədə iddia qaldırmaq hüququ vardır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.
Hakim: Hilal Nəcəfov