Məhkəmə qərarları › İş №2-1(120)-1302/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1302/2025

31.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1302/2025 31.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “işdən azad olunması ilə əlaqədar istifadə etmədiyi 242 gün məzuniyyət günlərinə görə son haqq hesabının, onun vəzifə maaşına edilən əlavələr nəzərə alınmaqla, əmək haqqının tam məbləğindən yenidən hesablanmaqla yaranmış fərqin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Şirvan İnzibati Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 10), inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, «işdən çıxma müavinətin, istifadə olunmamış 242 gün məzuniyyət günlərinə görə son haqq-hesabın əmək haqqı və ona edilən əlavələr nəzərə alınmaqla yenidən hesablanması və ödənilməsi» barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmənin 2-1(120)-4034/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddia tələbinə İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinə qarşı «son haqq-hesabın yenidən hesablanması və istifadə edilmmiş 242 günə görə ödənilməmiş 13930,23 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi» kimi baxılması qərara alınmışdır. Daha sonra məhkəmənin 2-1(120)-1302/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddia tələbinə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “işdən azad olunması ilə əlaqədar istifadə etmədiyi 242 gün məzuniyyət günlərinə görə son haqq hesabının, onun vəzifə maaşına edilən əlavələr nəzərə alınmaqla, əmək haqqının tam məbləğindən yenidən hesablanmaqla yaranmış fərqin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 11 ildən çoxdur ki, Vergi sistemində müxtəlif vəzifələrdə çalışmışdır. Son illərdə Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsində dövlət vergi müfəttişi vəzifəsində işləmişdir. Bu illər ərzində öz işini tam layiqincə, qüsursuz yerinə yetirmişdir. Hətta bu 11 il ərzində bir dəfə olsun məzuniyyətə buraxılmamışdır. xx.xx.2020-ci ildə COVİD 19 xəstəliyinə yoluxmuş və belə bir vaxtda işlədiyi idarədən onun sərəncama götürülməyi barədə məlumat verdilər. Qanunvericiliyin tələbinə görə əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövrdə işçi haqqında hər hansı tədbir görülməsi qadağandır. Onun hansı əsasla sərəncama çıxarılmağı məsələsinə aydınlıq gətirilməsi və müvafiq tədbirin görülməsi barədə yazılı surətdə Dövlət Vergi Xidmətinə müraciət etmişdir. Dövlət Vergi Xidmətinin xx.xx.2021ci il tarixli, **********586500 saylı məktubu ilə onun ərizəsinə formal olaraq cavab verilmişdir. Nə sərəncama çıxarılmağı barədə əmrdə, nə də ona göndərilən cavab məktubda sərəncama çıxarılmağı barədə heç bir əsaslandırıcı fikir yoxdur. Məktubda formal - olaraq göstərilir ki, onun sərəncamda olma müddəti xx.xx.2021-ci il tarixinədək uzadılır. Bundan sonra yenə də sərəncamda olma müddətini qanunsuz və əsassız olaraq uzatdılar. 02 iyun 2022-ci ildə maaş kartına daxil olan pul məbləği ilə maraqlandıqda şifahi olaraq ona bildirmişlər ki, işdən azad olunmusan. Müraciət etməsinə baxmayaraq əmrin surətini ona verməmişlər. Bu günə kimi nə əmək kitabçası, nə də əmrin surəti ona təqdim olunmayıb. Şirvan İnzibati Məhkəməsinin sorğusuna Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli, **********047400 saylı məktubda göstərilir k,. İddiaçı xx.xx.2010-cu il tarixindən xx.xx.2021-ci tarixinədək olan dövr üçün istifadə etmədiyi 242 təqvim gününə görə 5641,02 manat son haqq-hesab hesablanmış və 4031,39 manat vəsait heşabına köçürülmüşdür. Son hesab zamanı mükafatlar (əmək haqqına əlavə) nəzərə alınmamışdır. Bütün bunları digər iddia üzrə Şirvan İnzibati Məhkəməsində xx.xx.2024-cü il tarixdə keçirilən proses zamanı öyrənmişdir. xx.xx.2024-cü ildə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edərək, ona ödənilən son haqq-hesabın yenidən, düzgün hesablanması və ona ödənilməsini xahiş etmişdir. Lakin öz ənənəsinə sadiq qalan Vergi orqanı onunh|m müraciətinə cavab vermədi. Əmək Məcəlləsinin 83.2-maddəsində deyilir: Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Lakin yuxarıda qeyd etdiyi kimi ona son haqq-hesab hesablanarkən təkcə əmək haqqı nəzərə alınıb, digər əlavələr nəzərə alınmayıb. Əmək Məcəlləsinin və Nazirlər Kabinetinin 5 avqust 1999-cü il tarixli, 137 saylı əsasən əmək haqqına daimi olan əlavələr, məzumiyyət pulu ödənildiyi halda birbaşa nəzərə alınması və hesablahmalıdır. Vürgi orqanının məzuniyyətə əmək haqqına edilmiş əlavələrin nəzərə alınmaması istinad etdiyi və həmin orqanın özü tərəfindən qəbul edilmiş "Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydalarını" Əmək Məcəlləsindən və Nazirlər Kabinetinin qərarlarından üstün tutması tamamilə qanunsuzdur. Əmək Məcəlləsinin 5.2-ci maddəsində deyilir: Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə prosesində iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət idarəsinin Ticarət sahəsi üzrə şöbəsinin Topdan ticarət sahələri bölməsinin böyük dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır. Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli **********025100 nömrəli əmri ilə “Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnamənin 38-ci maddəsinə əsasən İddiaçı tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüşdür. Xidmətin xx.xx.2022-ci il tarixli **********095500 nömrəli əmri ilə İddiaçı “Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnamənin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsinə xitam verilərək Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmışdır. İddiaçı ilə xx.xx.2021-ci il tarixli **********025100 nömrəli əmrin icrası ilə əlaqədar olaraq xx.xx.2021-ci il tarixdə təhvil-təslim işləri aparılmış və müvafiq akt əlavəsi ilə birlikdə iddiaçı tərəfindən imzalanmışdır. Həmin təhvil-təslim aktına əsəsən sabiq əməkdaş İddiaçı tərəfindən xidməti vəsiqə təhvil verilmiş və iddiaçı onun tutduğu vəzifədən azad edilməsi və sərəncama götürülməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixli **********025100 nömrəli əmrlə tanış edilmiş və əmrin bir nüsxəsi ona təqdim edilmişdir. Həmçinin xx.xx.2022-ci il tarixdə son haqq hesab aparılmış və sabiq əməkdaşın istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr həyata keçirilmişdir. Buna baxmayaraq, iddiaçı iddia tələbini onunla əsaslandırmağa çalışmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin xx.xx.2023-cü il tarixli **********047400 nömrəli məktubunda İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2021-ci il tarixinədək olan dövr üçün istifadə etmədiyi 242 təqvim gününə görə 5.641,02 manat son haqq-hesab hesablanmış və 4.031,39 manat vəsait hesabına köçürülmüşdür. Son haqq-hesab zamanı mükafatların (əmək haqqına əlavələrin) nəzərə alınmadığını və bu barədə məlumatı guya Şirvan inzibati Məhkəməsində keçirilən proses zamanı öyrəndiyini bildirmişdir. Lakin yuxarıda qeyd olunduğu kimi iddiaçı ilə son haqq hesab xx.xx.2022ci il tarixdə aparılmış və bundan sonra iddiaçı Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi iiə Bakı İnzibati Məhkəməsinə müraciət edərək işdən azad olunma əmrinin ləğv edilməsini, əvvəlki vəzifəsinə bərpa edilməsini, işdən çıxdığı gündən etibarən məcburi işburaxma dövrünə görə ona ödənilməli olan əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Həmin iddia tələbi ilə iddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmiş və iddia ərizəsində xx.xx.2022-ci il tarixdə onun hesab kartına pul məbləğinin daxil olduğunu, həmin məbləğin ona şifahi olaraq son haqq-hesab ödənişi olduğunu, lakin sərəncamdan çıxarılması barədə əmrin surətinin ona verilmədiyini bildirmişdir. Buradan görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə onunla son haqq hesabın aparıldığını bilmiş, işdən azad olunma əmrinin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, lakin pul tələbi ilə bağlı məhkəmədə hər hansı bir iddia qaldırmamışdır. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 İl ərzində məhkəməyə müraciət ədə bilər. Məmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), emək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin emək müqaviləsinin həmin Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədleşdirilmədən bilə- bilə qəsdən pozulduğu gündür. Qeyd etməliyik ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin analoji inzibati işlər üzrə qəbul edilmiş xx.xx.2021-ci il tarixli 2-1(102)-478/2021 Ns-li və xx.xx.2024-cü il tarixli 2- 1(102)- 896/2024 N-li qərarlarında Əmək Məcəlləsinin 296-cı maddəsi ilə bağlı hüquqi mövqeyinə əsasən inzibati orqanlara qarşı həmin iddialar üzrə tələblər pul tələbi olduğundan və inzibati mübahisə üzrə iddia müddəti buraxıldığına görə iddianın mümkünlük şərtləri yerinə yetirilməmiş hesab edilmişdir. Həmçinin, Mülki Məcəllənin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Yuxarıda qeyd olunduğu kimi İddiaçı ilə xx.xx.2021-ci il tarixli **********025100 nömrəli əmrin icrası ilə əlaqədar olaraq xx.xx.2021-ci il tarixdə təhvil-təslim işləri aparılmış, müvafiq akt əlavəsi ilə birlikdə iddiaçı tərəfindən imzalanmış, xx.xx.2022-ci il tarixdə isə son haqqhesab işləri aparılmışdır. Lakin İddiaçı buna baxmayaraq pul tələbi ilə bağlı olan iddia ərizəsini məhkəməyə xx.xx.2024-cü tarixdə, yəni iki İlə yaxın müddət keçdikdən sonra təqdim etmişdir. Qeyd olunan hal isə iddia tələbinin mümkün hesab edilməməsinə əsas verir. Hazırkı haida tələb hüququnun axımı iddiaçı ilə son haqq-hesab işlərinin aparıldığı gündən başlandığından o, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini pozmuşdur. Başqa sözlə, iddiaçı qanunvericiliklə ona verilmiş prosessual hüququn həyata keçirilməsi üçün müəyyən olunmuş müddət bitdikdən sonra məhkəmədə iddia qaldırmışdır. Nəticədə, bütün yuxarıda qeyd olunanlar iddia tələbi əsassız olduğundan və prosessual müddətlər ötürüldüyündən iddianın mümkünsüz hesab edilməli olduğunu göstərir. Məlum olduğu kimi, İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X3 iddia ərizəsini qəbul etməyərək, iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallaraAzərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “xidmətə xitam verilmə və sərəncamdan çıxarılma” barədə olan xx.xx.2022ci il tarixli, **********095500 nömrəli əmrin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********047400 nömrəli “məlumatların təqdim olunması” haqqında məktubun, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ünvanladığı “son haqq-hesabın yenidən hesablanıb ödənilməsi” barədə ərizəsinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən İddiaçı ünvanlanmış “müraciətə baxılması” haqqında xx.xx.2024-cü il tarixli, **********354200 nömrəli məktubunun surətləri, cavabdehin etirazı və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İddianın mümkünlüyü: Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə hər hansı inzibati akt qəbul etmədiyindən iddia tələbi öhdəliyin icrası haqqında iddia növü hesab edilir. Bu növ iddiaların mümkün sayılması ilə bağlı inzibati prosessual qanunvericilikdə müəyyən edilən yeganə şərt məhkəməyə müraciət edilməzdən əvvəl müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilməsidir. Yəni, inzibati prosessual qanunvericilik öhdəliyin icrası haqqında iddia növü ilə əlaqədar iddia tələbinin irəli sürülməsi üçün hər hansı müddət müəyyən etməmişdir Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “xidmətə xitam verilmə və sərəncamdan çıxarılma” barədə olan xx.xx.2022-ci il tarixli, **********095500 nömrəli əmrindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətininxx.xx.2021-ci il tarixli, **********025100 nömrəli əmri ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüş İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmış hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********047400 nömrəli “məlumatların təqdim olunması” haqqında məktubunda qeyd edilmişdir ki, sabiq vergi orqanı əməkdaşı İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2021ci il tarixədək vergi orqanlarında işləmiş, istifadə edilməmiş əmək məzuniyyətinin 242 təqvim gününü nəzərə alaraq 5641,02 AZN son haqq - hesab hesablanmış və xx.xx.2022-ci ıl tarixində 4031,39 AZN vəsait hesabına köçürülmüşdür. Eyni zamanda İddiaçı istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiya hesablanması zamanı “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası” nın 2.7-ci bəndinə əsasən mükafatlar (əmək haqqına əlavə) nəzərə alınmamışdır. İş materiallarında olan İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ünvanladığı “son haqq-hesabın yenidən hesablanıb ödənilməsi” barədə ərizəsindən görünür ki, işdən çıxma müavənətinin, istifadə olunmamış məzuniyyət günlərinə son haqq-hesabın əmək haqqı və ona edilən əlavələr nəzərə alınmaqla yenidən hesablanmasını və ödənilməmiş məbləğin ödənilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən İddiaçı ünvanlanmış “müraciətə baxılması” haqqında xx.xx.2024-cü il tarixli, **********354200 nömrəli məktubunda qeyd edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “işdən azad edilmə və sərəncama götürülmə haqqında” 22 yanvar 2021-ci il tarixli **********025100 nömrəli əmri ilə “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə əsasən 12 yanvar, İ 2021-ci il tarixindən vəzifənizdən azad edilməklə 3 (üç) ay müddətinə Xidmətin sərəncamına götürülmüşdür. Eyni zamanda, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Xidmətə xitam verilmə və sərəncamdan çıxarılma barədə” 10 may 2022-ci il tarixli **********095500 nömrəli əmri ilə “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsinə 12 yanvar 2022-ci il tarixindən xitam verilmiş və əmrin tələblərinə uyğun olaraq son haqq-hesab aparılmışdır. İşdən azad olunmuş vergi orqanı əməkdaşı ilə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) aparılarkən vəzifə maaşına əlavələrin nəzərə alınması ilə bağlı norma Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********563200 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası”na əlavə edilmiş və həmin tarixdən etibarən qüvvəyə minmişdir. Qeyd olunan Qaydaların qüvvəyə mindiyi tarixdən əvvəlki dövrdə işdən azad olunduğu üçün büdcədənkənar vəsait hesabına verilən vəzifə maaşına əlavələr son haqq-hesabın hesablanmasında nəzərə alınmamışdır. İşdə olan Dövlət Vergi Xidmətinin “işdən azad edilmə və sərəncama götürülmə haqqında” xx.xx.2021-ci il tarixli, **********025100 nömrəli əmrindən çıxarışa əsasən, İddiaçı-1-ci dərəcəli müfəttiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İqtisadi təhlil və bedcə proqnozunun icrasına nəzarət idarəsinin Ticarət sahəsi üzrə şöbəsinin Topdan ticarət sahələri üzrə bölməsinin böyük dövlət vergi müfəttişi xx.xx.2021-ci il tarixdən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə əsasən tutduğu vəzifədən azad olunmuş hesab edilsin və 3 ay müddətinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüşdür. İşdə olan Dövlət Vergi Xidmətinin “Xidmətə xitam verilmə və sərəncamdan çıxarılma barədə” xx.xx.2022-ci il tarixli, **********095500 nömrəli əmrindən çıxarışa əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli, **********025100 nömrəli əmri ilə Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüş İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmış hesab edilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı bank hesabına 3212.82 manat pul məbləği xx.xx.2022-ci il tarixdə ödənilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, Dövlət Vergi Xidmətinin “işdən azad edilmə və sərəncama götürülmə haqqında” xx.xx.2021-ci il tarixli, **********025100 nömrəli əmrinin icrası ilə əlaqədar akta əlavə olunmuş siyahıda qeyd olunan sənədlər inventar, avadanlıq və ofis ləvazimatı bu akta sabiq əməkdaş qismində qeyd olunan şəxsdən təhvil alınmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, 3-21-2- 3/2-575168/2025 saylı məktubuna əsasən, Sabiq vergi orqanı əməkdaşı İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2021-ci il tarixədək vergi orqanlarında işləmiş və onun əmək məzuniyyətindən istifadə vəziyyəti aşağıdakı kimi olmuşdur: xx.xx.2010xx.xx.2011-ci iş ilinə görə əmək məzuniyyətindən tam istifadə etmişdir, xx.xx.2011xx.xx.2012-ci iş ilinə görə əmək məzuniyyətindən 5 gün istifadə etməmişdir, xx.xx.2012-xx.xx.2013-cü iş ilinə görə əmək məzuniyyətindən istifadə etməmişdir, xx.xx.2013-xx.xx.2014-cü iş ilinə görə əmək məzuniyyətindən 24 gün istifadə etməmişdir, xx.xx.2014-xx.xx.2015-ci iş ilinə görə əmək məzuniyyətindən istifadə etməmişdir, xx.xx.2015-xx.xx.2016-cı iş ilinə görə əmək məzuniyyətindən 25 gün istifadə etməmişdir, xx.xx.2016- xx.xx.2017-ci iş ilinə görə əmək məzuniyyətindən istifadə etməmişdir, xx.xx.2017-xx.xx.2018-ci iş ilinə görə əmək məzuniyyətindən istifadə etməmişdir, xx.xx.2018-xx.xx.2019-cu iş ilinə görə əmək məzuniyyətindən istifadə etməmişdir. xx.xx.2020-xx.xx.2021-ci il tarixədək olan dövrə (9 ay 6 gün) düşən əmək məzuniyyətindən 22 gün istifadə etməmişdir. İstifadə edilməmiş əmək məzuniyyətinin 242 təqvim gününü nəzərə alaraq 5641,02 AZN son haqq - hesab hesablanmış və xx.xx.2022-ci il tarixində 4031,39 AZN vəsait hesabına köçürülmüşdür. Cari tarixdə hesablama aparılarkan Azərbaycan Respublikasının Vergilər Nazirliyinin xx.xx.2017-cü il tarixli **********739700 nömrəli "Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası”nın 2.7. bəndin nəzərə alaraq bu qayda ilə müəyyən edilmiş vəzifə maaşına əlavələr məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmır. İşdə olan İddiaçı ilə istifadə etmədiyi məzuniyyət günləri hesabına aparılmış son haqq-hesab barədə məlumata əsasən, 03/21-ci il üçün 666,00 manat əmək haqqı üzrə 666.00 manat pul məbləği nəzərə alınmış, 02/21-ci il üçün 666,00 manat əmək haqqı üzrə 666.00 manat pul məbləği nəzərə alınmış, 01/21-ci il üçün 666,00 manat əmək haqqı üzrə 666.00 manat pul məbləği nəzərə alınmış, 12/20-ci il üçün 4617.54 manat əmək haqqı üzrə 823.50 manat pul məbləği nəzərə alınmış, 11/20-ci il üçün 2897.00 manat əmək haqqı üzrə 666.0 manat pul məbləği nəzərə alınmış, 10/20-ci il üçün 2411.00 manat əmək haqqı üzrə 666.00 manat pul məbləği nəzərə alınmış, 09/20-ci il üçün 2371.00 manat əmək haqqı üzrə 660.00 manat pul məbləği nəzərə alınmış, 08/20-ci il üçün 2372.00 manat əmək haqqı üzrə 660.00 manat pul məbləği nəzərə alınmış, 07/20-ci il üçün 2498.00 manat əmək haqqı üzrə 876.00 manat pul məbləği nəzərə alınmış, 06/20-ci il üçün 2640.57 manat əmək haqqı üzrə 660.82 manat pul məbləği və 10.08 MHF nəzərə alınmış, 05/20-ci il üçün 2490.50 manat əmək haqqı üzrə 823.50 manat pul məbləği nəzərə alınmış, 04/20-ci il üçün 2332.59 manat əmək haqqı üzrə 658.84 manat pul məbləği, yekun olaraq 26628.20 manat əmək haqqı üzrə 8504.66 manat pul məbləği və 10.08 MHF nəzərə alınmışdır. Orta aylıq = 708,72 AZN o cümlədən MHF = 0.84 AZN, orta gündəlik = 23,31 o cümlədən MHF = 0.03, cəmi : günlər = 242 məbləğ = 5641,02 AZN o cüml MHF = 7.26 AZN. Qeyd: Büdcədənkənar vəsaitdən 2020-ci ilin aprel-dekabr ayları üzrə verilən aylıq vəzifə maaşına əlavələr məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınmır. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”: Ümumi müddəalar

1. Vergi orqanlarında xidmət – Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları sisteminə daxil olan vergi orqanlarının funksiya və məqsədlərini öz peşəkar fəaliyyətləri ilə həyata keçirilən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra «vətəndaşlar» adlanacaq) dövlət qulluğunun xüsusi növüdür.

2. Vergi orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunundan, bu Əsasnamədən və vergi orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. 2-1. Əmək münasibətlərinə dair bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər Əmək Məcəlləsinin və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq normaları ilə tənzimlənir. Vergi orqanları vəzifələri şəxslərinin hüquqları və vəzifələri (xx.xx.2024-cü il tarixədək olan redaksiya)

38. Təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Bu müddətə vergi orqanının vəzifəli şəxsinin xəstə olduğu, əsas və əlavə məzuniyyətlərdə olduğu müddət daxil edilmir. Vergi orqanlarının vəzifəli şəxslərinin vergi orqanlarında xidmətə və vəzifəyə bərpa edilməsi

79. Vergi orqanlarında xidmətinə xitam verilməsi və ya başqa vəzifəyə keçirilməsi barədə qərarla razı olmayan vergi orqanının vəzifəli şəxsinin həmin qərardan müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət hüququ vardır.

80. Vergi orqanlarında vəzifəyə bərpa olunmaq üçün əsas müvafiq icra hakimiyyəti orqanının əmri və ya qüvvəyə minmiş məhkəmə qərarıdır. Vergi orqanlarının vəzifəli şəxslərinin vəzifəyə bərpası onların əvvəllər tutduqları vəzifəyə bərabər olan vəzifəyə və ya onların razılığı ilə digər vəzifəyə təyin olunmaq yolu ilə həyata keçirilir.

81. Xidmətinə xitam verildiyi gündən bərpa olunma gününə kimi keçmiş müddət vergi orqanlarında xidmətə bərpa edilmiş vergi orqanının vəzifəli şəxsinin xidmət illərinə daxil edilir və bu müddət üçün ona çatası əmək haqqı ödənilir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu: Maddə 1 istifadə olunan əsas anlayışlar 1.0 istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. normativ hüquqi akt – tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd; Maddə 10. Normativ hüquqi aktların kolliziyasının həlli qaydaları 10.1. Normativ hüquqi aktların kolliziyası həll edilərkən X2 2-ci maddəsinin tələbləri nəzərə alınır. 10.2. Normativ hüquqi aktı qəbul edən dövlət orqanına ictimai münasibətlərin müəyyən sahəsinin tənzimlənməsində xüsusi səlahiyyət verilirsə, həmin dövlət orqanının qəbul etdiyi normativ hüquqi akt eyni kateqoriyalı dövlət orqanının həmin sahə üzrə qəbul etdiyi normativ hüquqi aktına münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. 10.3. Ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. 10.4. Eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. ... Maddə 78. Hüquqi aktların Azərbaycan Respublikasının X4 Reyestrinə daxil edilməsi qaydası 78.1. Hüquqi aktlar aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilən Azərbaycan Respublikasının X4 Reyestrinə (bundan sonra – X4 Reyestri) daxil edilməlidir. 78.2. Hüquqi aktlar onları qəbul etmiş dövlət orqanı tərəfindən X4 Reyestrinə daxil edilmək məqsədi ilə həmin aktların qəbul edildiyi gündən üç gün keçənədək göndərilir. 78.3. X4 Reyestrinə daxil edilmək məqsədi ilə hüquqi aktlar kağız daşıyıcısında onların əslinin həqiqi surəti formasında və eyni zamanda elektron daşıyıcılarında mətn faylları formasında təqdim edilir. 78.4. X4 Reyestrinə daxil edilmiş hüquqi aktlara Dövlət Reyestrinin qeydiyyat nömrəsi verilir. 78.5. X4 Reyestrinə daxil edilməsi məqsədi ilə təqdim edilən mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına və normativ xarakterli aktlara müvafiq hüquqi ekspertizanın rəyi əlavə olunur. ... Maddə 85. Normativ hüquqi aktların qüvvəyə minməsi 85.1. Qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. 85.2. X2 85.1-ci maddəsində göstərilən aktlar istisna olmaqla, digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda X4 Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. 85.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə daha artıq müddət müəyyən edilməyibsə, xarici ticarət fəaliyyətini tənzimləyən normativ hüquqi aktda onun dərc edildiyi gündən ən azı 30 gün sonra qüvvəyə mindiyi göstərilməlidir. Müstəsna hallarda, beynəlxalq təşkilatların dərhal məlumatlandırılması şərti ilə, xarici ticarət fəaliyyətini tənzimləyən normativ hüquqi akt onda nəzərdə tutulmuş müddətdə qüvvəyə minə bilər. ... “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət; 1.1.2. dövlət qulluğunun xüsusi növü – xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmə; 1.1.3. dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisi; 1.1.4. dövlət orqanı – Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatı; Maddə 2. Qanunun tətbiq dairəsi ... 2.3. Dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir. ... Maddə 22. Dövlət məvacibi 22.1. Dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, qulluq stajından asılıdır. 22.2. Dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. ... Maddə 34. Dövlət qulluğu keçmənin digər məsələləri Bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 137 nömrəli qərarı ilə təsdiq edilmiş “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin Geniş Siyahısı”: Nəzərə alınan ödənişlər: faktiki işlənmiş vaxtı üzrə tarif (vəzifə) maaşı; müəssisə, idarə və təşkilatlarda qüvvədə olan əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar **, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”də nəzərdə tutulan kollektiv və fərdi mükafatlar; ... Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 5. Bu Məcəllənin tətbiq edildiyi digər iş yerləri və qulluqçular

1. Azərbaycan Respublikasının xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla bağladığı müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa, bu Məcəllə müvafiq xarici dövlətlərin, onların fiziki və hüquqi şəxslərinin, beynəlxalq təşkilatların, eləcə də vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınıb, fəaliyyət göstərən iş yerlərində heç bir şərt qoyulmadan tətbiq edilir.

2. Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquqmühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Maddə 6. Bu Məcəllənin şamil edilmədiyi şəxslər Aşağıdakı şəxslərə bu Məcəllə şamil edilmir: a) hərbi qulluqçulara; b) məhkəmə hakimlərinə; c) Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarına və bələdiyyələrə seçilmiş şəxslərə; ç) xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə) yerinə yetirən əcnəbilərə; d) podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə. Maddə 287. Fərdi əmək mübahisələri anlayışı Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Maddə 288. Fərdi əmək mübahisələrinin predmeti Bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: a) əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; b) əmək normalarının, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsi; c) əmək müqaviləsində nəzərdə tutulan iş yerinin dəyişdirilməsi; ç) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; d) əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi; e) əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması; Maddə 289. Fərdi əmək mübahisələrində tərəflər Fərdi əmək mübahisələrinin bir tərəfi işəgötürən, digər tərəfi isə öz əmək hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu iddia edən işçi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun müvəkkil etdiyi şəxsdir. Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.

6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər Maddə 139. Məzuniyyət haqqı ödənilərkən nəzərə alınan əmək haqqı növləri

1. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır.

2. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı, habelə məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: ... 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 8. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: ... 8.1.3. inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; ... Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. ... Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən vergi orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunundan, bu Əsasnamədən və vergi orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.2-ci maddəsinə əsasən xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmə dövlət qulluğunun xüsusi növü hesab olunur. Həmin Qanunun 1.1.3-cü maddəsində isə dövlət qulluqçusunun anlayışı verilmiş və göstərilmişdir ki, dövlət qulluqçusu yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir. Dövlət orqanı isə Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatıdır (1.1.4-cü maddə). “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun 2.3-cü maddəsinə əsasən dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Məhkəmə tərəfindən iş materialları araşdırılaraq müəyyən edilmişdir ki, İddiaçı- 1-ci dərəcəli müfəttiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İqtisadi təhlil və bedcə proqnozunun icrasına nəzarət idarəsinin Ticarət sahəsi üzrə şöbəsinin Topdan ticarət sahələri üzrə bölməsinin böyük dövlət vergi müfəttişi xx.xx.2021-ci il tarixdən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə əsasən tutduğu vəzifədən azad olunmuş hesab edilsin və 3 ay müddətinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüşdür. Bundan sonra xx.xx.2022-ci il tarixli, **********095500 nömrəli əmrə əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli, **********025100 nömrəli əmri ilə Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüş İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmış hesab edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı bank hesabına 3212.82 manat pul məbləği xx.xx.2022-ci il tarixdə ödənilmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək, İddiaçıişdən azad olunması ilə əlaqədar istifadə etmədiyi 242 gün məzuniyyət günlərinə görə son haqq hesabının, onun vəzifə maaşına edilən əlavələr nəzərə alınmaqla, əmək haqqının tam məbləğindən yenidən hesablanmaqla yaranmış fərqin ona ödənilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən imtina edilmişdir. İddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı vergi orqanının keçmiş əməkdaşı olmaqla dövlət qulluğunun xüsusi növündə çalışmışdır. Bu hal cavabdeh tərəfindən də mübahisələndirilmir. Vergi orqanında işlədiyi müddət ərzində iddiaçının fəaliyyəti “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə” və “Dövlət qulluğu haqqında” Qanunun müddəaları ilə tənzimlənmişdir. Cavabdehin də istinad etdiyi və hazırkı işə tətbiqi mübahisə doğurmayan “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin tələbinə görə vergi orqanlarında xidmət haqqında qanunvericiliyə hazırkı qərarın 25-ci bəndində sadalanan digər normalarla yanaşı “Dövlət qulluğu haqqında” Qanun və vergi orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktları daxildir. Azərbaycan Respublikası vergilər nazirinin 04 dekabr 2017-ci il tarixli, **********739700 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası” reyestrində qeydiyyata alınmadığından normativ hüquqi akt statusuna malik olmamışdır. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin yuxarıda qeyd edilən tələbi baxımından “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası”nın hazırkı işə tətbiqinə dair cavabdeh orqanın dəlilləri əsassızdır. Dövlət vergi orqanlarında xidmət dövlət qulluğunun xüsusi növüdür və dövlət qulluğunun ümumi prinsipləri həmin xidmətdə (xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmədə) də tətbiq olunmalıdır. Bununla bağlı hazırkı qərarın 25 və 27-ci bəndlərində qeyd edilən normalarda həmin xüsusatlar öz əksini tapmışdır. “Dövlət qulluğu haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Müəssisə, idarə və təşkilatlarda qüvvədə olan əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”də nəzərdə tutulan kollektiv və fərdi mükafatlar məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan ödənişlərə daxildir. Son haqq-hesabın və yaxud istifadə edilməmiş məzuniyyət günlərinin hesablanması ilə bağlı “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamədə hər hansı norma nəzərdə tutulmadığından Əmək Məcəlləsinin 139.2-ci maddəsinə istinad edilməlidir. Cavabdeh vergi orqanı tərəfindən təqdim edilmiş iddiaçı ilə aparılmış son haqq hesab sənədlərindən görünür ki, iddiaçıya yalnız işlədiyi dövrlər üzrə əmək haqqı və məzuniyyət günlərinin məbləği ödənilmişdir. Avropa İnsan hüquqları məhkəməsinin hüquqi mövqeyi baxımından, gözlənilən mülkiyyət hüququna müdaxilə “İnsan hüquqları və əsas azadlıqları haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. İstinad olunan normaya görə, hər bir fiziki və ya hüquqi şəxs onun mülkiyyətinə hörmət hüququna malikdir. Heç kəs ictimai maraqlardan və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlələrdən kənar əmlakından məhrum edilə bilməz. Konvensiyanın bu müddəası mahiyyətcə mülkiyyət hüququnun təminat altına alınması məqsədlərinə xidmət edir (Avropa İnsan hüquqları Məhkəməsinin “Belane Macarıstana qarşı” iş üzrə qərarı, 53080/131nömrəli şikayət, ECHR 2016, “Иатридис Yunanıstana qarşı” iş üzrə və “Veçerok Polşaya qarşı” iş üzrə qərarları) Bundan başqa, cavabdeh tərəfindən iddiaçının əmək haqqı ödənişinin dayandırılması real akt, yəni faktiki xarakterli hərəkət kimi qiymətləndirilməlidir. Belə ki, şəxsin işdən azad olunması ilə əlaqədar istifadə etmədiyi 242 gün məzuniyyət günlərinə görə son haqq hesabının, onun vəzifə maaşına edilən əlavələr nəzərə alınmaqla, əmək haqqının tam məbləğindən yenidən hesablanmaqla yaranmış fərqin ona ödənilməsi ilə bağlı tələb hüququ yuxarıda istinad olunan normalarda təsbit edilmiş hüquqi tənzimləmədən irəli gəlir, yəni əmək haqqının ödənilməsi ilə bağlı hüquqi əsasın mövcud olduğu halda, ödənişin dayandırılması əmək haqqının ödənilməsi üzrə öhdəliyinin faktiki pozuntusu kimi qiymətləndirilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********983000 nömrəli əsassız olduğundan ləğv edilməlidir. Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı işdən azad olunması ilə əlaqədar istifadə etmədiyi 242 gün məzuniyyət günlərinə görə son haqq hesabının, onun vəzifə maaşına edilən əlavələr nəzərə alınmaqla, əmək haqqının tam məbləğindən yenidən hesablanmaqla yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar