Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1304/2023 14.08.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 14 avqust 2023-cü il tarixdə, məhkəmənin binasında (ünvan: ünvan 1 N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1990-cı il tarixdən xx.xx.1994-cü il tarixədək “Zodiak” kooperativində işləməyini onun əmək stajına daxil edilərək, həmin illərin onun əmək stajına əlavə edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “işlədiyi illər sığorta stajı kimi nəzərə alınmaqla ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 1959-cu ildə Cəlilabad rayonu, Seyidbazar kəndində anadan olmuş, ilk əmək fəaliyyətinə 04 aprel 1974-cü il tarixdən başlamışdır. Ümumi xəstəlikdən İİ qrup əlildir. 01 aprel 1974-cü ildən 01 mart 1988-ci il tarixədək Cəlilabad rayon Nizami adına sovxozda, 04 dekabr 1990-cı il tarixdən 27 aprel 1994-cü ilədək “Zodiak” kooperativində, 02 may 1997-ci il tarixdən 27 dekabr 2005-ci il tarixədək “Zodiak-3” müstəqil kiçik müəssisəsində işləmişdir. Hazırda ona yaşa görə əmək pensiyası təyin edilsə də, əmək stajının illəri düzgün hesablanmamışdır. Belə ki, onun hal-hazırda əmək stajı 22 il 6 ay müəyyən edilsə də, ümumi əmək stajı 25 ildən yuxarıdır. Ona görə ki, o, 04 dekabr 1990-cı il tarixindən 27 aprel 1994-cü il tarixinədək “Zodiak” kooperativində işləsə də, həmin illər onun əmək stajına daxil edilməmişdir. Halbuki, həmin iş illəri onun əmək kitabçasında öz təsdiqini tapmışdır. Həmin illərin onun əmək stajına daxil edilməsindən ötrü o, Azərbaycan respublikasının Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafıə Fondıına müraciət etmiş, lakin cavab olaraq ona bildirmişlər ki, əlavə sənədlər təqdim ediləcəyi təqdirdə sizin sığorta stajınızın qanunvericiliklə tələb olunan 25 il müddətə tamamlanarsa əmək fəaliyyəti dövrlərinizə müvafıq qaydada araşdırılmaqla yenidən baxıla bilər. Bunun üçün də məhkəməyə müraciət edilməlidir. Halbuki, onun 04 dekabr 1990-cı il tarixdən 27 aprel 1994-cü tarixədək “Zodiak” kooperativində işləməyi ona məxsus əmək kitabçası ilə yanaşı, həmçinin də “Zodiak” kooperativinin iclas protokolu ilə də təsdiq olunur ki, o da müəssisənin iclasında iştirak etmişdir. Bundan başqa, qeyd edilən tarixlərdə işləməyini onunla həmin vaxt həmin müəssisədə işləmiş şahidlər də təsdiq edə bilərlər. Ona görə də onun xx.xx.1990-cı il tarixdən xx.xx.1994-cü il tarixədək “Zodiak” kooperativində işləməyinin əmək stajına daxil edilərək həmin illərin onun əmək stajına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması zərurəti yaranmışdır. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı cavabdeh Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialma müraciət edərək, ona yaşa görə əmək pensiyası təyin edilməsini tələb etmişdir. Lakin İddiaçı təqdim etdiyi sənədlərə əsasən, qanunvericiliklə müəyyən edilmiş sosial sığorta stajı və ya pensiya kapitalı toplanlmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Belə ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 19 may 2017-ci il tarixli qərarına əsasən iddiaçının xx.xx.1974-cü il tarixdən xx.xx.1988-ci il tarixədək Cəlilabad rayon Nizami adına sovxozda, xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “Zodiak-3” müstəqil kiçik müəssisəsində işlədiyi müddətin sığorta stajı kimi müəyyən edilərək ona əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsinin üzərinə qoyulmuşdur. Məhkəmə qərarında 1974-1988-ci illərdə İddiaçı Cəlilabad rayon “Nizami” sovxozunda (159 nömrəli arxiv arayışına əsasən) və 1997-2005-ci illərdə “Zodiak-3” müstəqil müəssisəsində işlədiyi qeyd olunmuşdur (əmək kitabçasının surətinə əsasən). Lakin vətəndaş Mərkəzi Filiala ümumiyyətlə əmək kitabçası təqdim etməmiş, yalnız məhkəmə iclasında 1990-1994-cü illərdə “Zodiak” kooperativində işlədiyi qeyd olunan əmək kitabçasından bir hissə təqdim etmişdir. Mərkəzi Filiala təqdim edilən iş yerindən arayışa əsasən İddiaçı 1988-1997-ci illərdə “Zodiak” kooperativində işləməsi qeyd olunmuşdur. Göründüyü kimi, təqdim edilmiş sənədlərdə ziddiyyətli hal vardır. İddiaçının əmək kitabçasında 1990-1994-cü illərdə, iş yerindən arayışda isə 1988-1997-ci illərdə eyni müəssisədə işlədiyi qeyd olunmuşdur. Belə olan halda iddiaçının 1988, 1989, 1995-ci illərdə olan fəaliyyətinin əmək kitabçasında öz əksini tapmadığı əmək kitabçasının mötəbərliyinə şübhə doğurur. Bundan əlavə, iddiaçının inzibati icraat materiallarına əlavə edilmiş əlilliyə görə pensiya işində ona xx.xx.2008-ci il tarixdən ikinci dərəcə əlilliyə görə pensiya təyin edildiyi öz əksini tapmışdır. Fondun Cəlilabad rayon şöbəsi tərəfindən İddiaçı 1974-1987-ci illərdə “Nizami” rayon sovxozunda işlədiyi illər əməkhaqqı cədvəllərinə əsasən staj olaraq hesablanmış və sonuncu iş yerinin “Nizami” sovxozu olduğu qeyd olunmuş, iddiaçı tərəfindən məhkəməyə “Zodiak” kooperativi barədə hər hansı sənəd təqdim edilməmişdir. Məhkəmənin 19 may 2017-ci il tarixli qərarında iddiaçının xx.xx.2008-ci il tarixdən əlilliyə görə pensiya alması, “Nizami” sovxozunda olan 1974-1987-ci illərin staj kimi tanınması qeyd edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Eyni zamanda Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni pensiyanın təyin olunması üçün kifayət edəcək sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. Həmin Qanunun - 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 22-1-ci maddəsinə əsasən İddiaçınm xx.xx.2006-ci il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığı üçün avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilməsi mümkün olmamışdır. Lakin İddiaçı xx.xx.2022 tarixdən yaşa görə sosial müavinət təyin olunmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi X2 gəlmiş, İddiaçı isə gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarına əlavə edilmiş Şirvan İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş 19 may 2017-ci il tarixli, 2-1(086)-1945/2017 nömrəli qərarından görünür ki, iddiaçının xx.xx.1974-cü il tarixdən xx.xx.1988-ci il tarixədək Cəlilabad rayon Nizami adına sovxozda, xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “Zodiak-3” müstəqil kiçik müəssisəsində işlədiyi 22 il 6 ay 25 gün müddətin sığorta stajı kimi müəyyən edilərək ona əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsinin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Cavabdeh inzibati orqan iddiaçının xx.xx.1974-cü il tarixdən xx.xx.1988-ci il tarixədək Cəlilabad rayon Nizami adına sovxozda, xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “Zodiak-3” müstəqil kiçik müəssisəsində işlədiyi 22 il 6 ay 25 gün sığorta stajını mübahisələndirməmişdir. İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1994-cü il tarixədək “Zodiak” kooperativində işlədiyi müddətin əmək stajına daxil edilərək, həmin illərin onun əmək stajına əlavə edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı 15 sentyabr 2022-ci il tarixli **********3 nömrəli “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubunda bildirilmişdir ki, təqdim etdiyiniz əmək kitabçanızın surətinə əsasən sığorta stajınız 22 il 6 ay 25 gün təşkil edir. Sizin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildiririk ki, əmək kitabçanızın surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1988-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Fondun Sosial Ödənişlərin Təynatı üzrə Mərkəzi Filialının keçirdiyi monitorinqin nəticəsinə əsasən “Zodiak” kooperativinin xx.xx.1988-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək olan dövrlərinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum deyildir. Bu səbəblə sözügedən müəssisədən əmək haqqı alıb-almadığınızı müəyyən etmək mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçanızın surətində göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə sənədlər təgdim ediləcəyi təqdirdə sizin sığorta stajınız qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinizə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə mııavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən sizə xx.xx.2022-ci il tarixindən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Məhkəməyə təqdim olunmuş iddiaçıya məxsus 04 dekabr 1990-cı il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasının “Zodiak" kooperativinin sədri Ə.Quliyevin imzası ilə təsdiq olunmuş səhifəsində onun xx.xx.1990-xx.xx.1994-cü illərdə “Zodiak” kooperativində işlədiyi qeyd olunmuşdur. Lakin iş materiallarında olan “Zodiak” kooperativinin sədri Ə.Quliyevin imzası ilə təsdiq olunmuş xx.xx.1997-ci il tarixli 123 nömrəli arayışda isə İddiaçı “Zodiak” kooperativində 12 mart 1988-ci ildən 27 aprel 1997-ci il tarixədək işlədiyi qeyd olunmuşdur. Qeyd olunan ziddiyyətli hallar, həmçinin Şirvan İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş 19 may 2017-ci il tarixli, 2-1(086)-1945/2017 nömrəli qərarına əsasən əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün sığorta stajı kimi iddiaçının xx.xx.1974-cü il tarixdən xx.xx.1988-ci il tarixədək Cəlilabad rayon Nizami adına sovxozda, xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “Zodiak-3” müstəqil kiçik müəssisəsində işlədiyi müddətin nəzərə alınmasını tələb etməsi, bu zaman həmin müddətlər arasında olan iş dövrünün, yəni xx.xx.1990-xx.xx.1994-cü və ya xx.xx.1988xx.xx.1997-ci il illərdə “Zodiak” kooperativində işlədiyi illərin nəzərə alınmasını tələb etməməsi, habelə cavabdeh inzibati orqanın keçirdiyi monitorinqin nəticəsinə əsasən “Zodiak” kooperativinin xx.xx.1988-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək olan dövrlərinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanın məlum olmaması məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, İddiaçı xx.xx.1990-xx.xx.1994-cü və ya xx.xx.1988xx.xx.1997-ci il illərdə “Zodiak" kooperativində işləməsi barədə sənədlər mötəbər sübutlar kimi qəbul edilə bilməz. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı müraciət etdiyi inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Həmçinin, iddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmasını təsdiq edən hər hansı bir dəlil-sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialı İddiaçı xx.xx.1990-xx.xx.1994-cü illərdə “Zodiak” kooperativində işlədiyi illərin əmək stajına əlavə edilməklə ona yaşa görə əmək pensiyasının təyinatından imtina etməkdə haqlıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya pensiya təyin edilməsindən imtina dəlilləri, yəni iddiaçının 25 il sosial sığorta stajına malik olmamasına dair dəlilləri əsaslı, iddia tələbi isə əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1304/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1304/2023
14.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver