Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1304/2024 23.09.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçılar "xxxx" KFT Məhdud Məsuliyyətli Cəmiyyətinin, İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə "xxxx" X7 MMC-yə 17138 manat, İddiaçı1 13700 manat və İddiaçı2 7920 manat olmaqla, ümumilikdə (otuz səkkiz min yeddi yüz əlli səkkiz) manat məbləğində əkin məhsuluna görə subsidiyanın İddiaçı1, İddiaçı2 və iddiaçı "xxxx" X7 MMC-nin hesabına köçürülməsi” tələbinə dair işə Şirvan şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: MÜƏYYƏN ETDİ: Mübahisəli hüquqi məsələnin qısa xülasəsi: İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “subsidiya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-1304/2024 nömrəli qərardadı ilə İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “subsidiya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə iddia ərizəsi üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 olduğu kimi saxlanılması, "xxxx" KFT MMC-nin iddiaçı qismində cəlb edilməsi, iddia tələbinə “cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə "xxxx" X7 MMC-yə 17138 manat, İddiaçı1 13700 manat və İddiaçı2 7920 manat olmaqla, ümumilikdə (otuz səkkiz min yeddi yüz əlli səkkiz) manat məbləğində əkin məhsuluna görə subsidiyanın İddiaçı1, İddiaçı2 və iddiaçı "xxxx" X7 MMC-nin hesabına köçürülməsi” kimi baxılması qərara alınmışdır. Tələb onunla əsaslandırılmışdır ki, biz iddiaçılar İddiaçı1 tərəfindən istifadə edilən kənd təsərüffat təyinatlı 70,5 ha torpaqlar (Əkin) olaraq və İddiaçı2 tərəfindən istifadə edilən kənd təsərüfatı təyinatlı 36,5 ha torpaqlar (Əkin) olaraq, həmçinin ümumilikdə "xxxx" X8 MMC-nin 77,9 ha torpaq sahəsi olaraq Hacıqabul rayonu, Qarasu kənd ərazisində Hacıqabul rayonu Qarasu kənd Bələdiyyəsi tərəfindən icarəyə verilmişdir. Həmin torpaqlarda hər il müxtəlif bitki növləri üzrə əkin həyata keçirilməklə biçin nəticəsində məhsul götürülür. Həmin torpaqlarda bitki növləri üzrə əkinin həyata keçirilməsi cavabdeh Azərbaycan Respublikası Kənd Təsərüffatı Nazirliyi yanında Aqrar Kredit İnkişaf Agentliyi tərəfindən ayrılmış subsidiyalar əsasında müəyyən edilməklə həyata keçirilməsi baş verir. Lakin biz iddiaçılar tərəfindən cavabdehə subsidiyanın ödənilməsi ilə bağlı əraziyə dair payızlıq əkin sahəsi üzrə 2022-ci ilin dekabrında bəyan verilmişdir, amma payızlıq əkinlər üzrə sığorta müqavilələrinin rəsmiləşdirilməsi üçün ödənişlər dekabr ayında, ən əsası cavabdehin məktubda qeyd etdiyi kimi xx.xx.2023-cü il tarixə kimi ödənilməsi deyil, müəyyən səbəblərdən (səhhətimdə yaranmış problemlərlə bağlı olmuşdur) 2023-cü ilin yanvar ayının sonlarında ödənişlər həyata keçirilmişdir. Bununla əlaqədar iddiaçılar tərəfindən 2023-cü ilin may ayında ərizə ilə cavabdehə müraciət edilmişdir, lakin cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, 12-9-1/2-Kol-l20-21- 34/2023 saylı məktubla biz iddiaçılara cavab verilərək, ünvanlanmış müraciətinizə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxıldığı, bəyan etdiyiniz əraziyə payızlıq əkin sahəsi mövcud olduğunu, lakin sahələrin sığortalanması ilə bağlı payızlıq əkinlər üzrə sığorta müqavilələrinin rəsmiləşdirilməsi üçün ödənişlər xx.xx.2023-cü il tarxinə qədər nəzərdə tutulduğunu bildirmişlər. Bu hal o anlama gətirir ki, cavabdeh subsidiyanın ödənilməsinin imtina olunmasına səbəb kimi iddiaçılar tərəfindən sığorta ödənişlərinin xx.xx.2023-cü il tarixədək həyata keçirilmədiyindən, subsidiyanın ödənilməsi mümkünsüzdür. Bu səbəbdən də iddiaçılar subsidiyanın ödənilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 2022-ci il tarixdə "xxxx" X8 MMC tərəfindən bitki növü olaraq buğda və taxıl istehsal edilib satılmasına dair X9 Sisteminə (EKTİS) yerləşdirilmişdir. Həmin məlumatlar əsasında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 759 №-li Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”-nın 3.6-cı bəndinə uyğun olaraq toxum subsidiyası X10 müəyyən etdiyi bitki növləri üzrə ölkədə istehsal edilib satılmış 1-ci və 2-ci reproduksiyalı toxumların hər kiloqramına, tinglərin isə hər ədədinə görə baza məbləğinə əmsallar tətbiq edilməklə müəyyənləşdirilir. Yuxarıda göstərilən Qaydaya əsasən 2020-ci ilin 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi X9 Sistemi (EKTİS) üzərindən həyata keçirilir. Belə ki, 2022-ci il tarixdə "xxxx" X8 MMC tərəfindən bitki növü olaraq buğda və taxıl istehsal edilib satılmasına dair X9 Sisteminə (EKTİS) 2022-ci il tarixdə "xxxx" X8 MMC tərəfindən məlumatlar yerləşdirilmişdir. Həmin məlumatlar əsasında sözügedən “Qayda”-nın 3.7-ci bəndinin və X10 müvafiq qərarı, habelə subsidiyaya təqdim edilən məbləğin miqdarı nəzərə alınmaqla "xxxx" X8 MMC-yə 14498 və 2600 manat, mən İddiaçı1 8250 və 5060 manat və mən İddiaçı2 4290 və 3740 manat, ümumilikdə 38438 (otuz səkkiz min dörd yüz otuz səkkiz) manat məbləğində toxum subsidiyası hesablanmışdır. Lakin buna baxmayaraq cavabdeh Azərbaycan Respublikası Kənd Təsərüffatı Nazirliyi yanında Aqrar Kredit İnkişaf Agentliyi iddiaçılara hesablanmış 38438 (otuz səkkiz min dörd yüz otuz səkkiz) manat məbləğində toxum subsidiyasını "xxxx" X8 MMC-nin bank hesabına köçürməkdən imtina etməsini sahələrin sığortalanması ilə bağlı payızlıq əkinlər üzrə sığorta müqavilələrinin rəsmiləşdirilməsi üçün ödənişlər xx.xx.2023-cü il tarixinə qədər ödənilməməsi ilə əlaqələndirmişdir. Cavabdehin istinad etdiyi hal Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 759 №-li Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”-nın 3.17-ci bəndinə əsasəndir ki, buda təqvim ili ərzində istifadə edilməyən subsidiya məbləği büdcəyə qaytarılır anlamını verir. Qeyd olunanlardan göründüyü kimi yuxarıda göstərilən “Qayda”-nın 3.17-ci bəndində yalnız təqvim ili ərzində istifadə edilməyən subsidiya məbləğinin büdcəyə qaytarılması nəzərdə tutmuşdur. Möhtərəm məhkəmə faktiki hallara əsasən təqvim ili hər ilin yanvar ayının 01-dən dekabr ayının 31-dək olan dövrdür. Odur ki, cavabdehin 2022-ci ilin oktyabr ayından bu günədək olan imtinası qətiyyən qanuni deyil və göründüyü kimi cavabdehin bu hərəkəti nəticəsində cəmiyyət, ona dövlət tərəfindən qanuni olaraq hesablanaraq ayrılmış subsidiyadan tamamilə əsassız olaraq məhrum edilmişdir. Möhtərəm məhkəmə təqvim ilinin sonu yaxınlaşdığına görə hesab edirik ki, iddia tələbinə təcili sürətdə baxılaraq cavabdeh Azərbaycan Respublikası Kənd Təsərüffatı Nazirliyi yanında Aqrar Kredit İnkişaf Agentliyinin üzərinə biz iddiaçılara və "xxxx" X8 MMCyə ümumilikdə 38438 (otuz səkkiz min dörd yüz otuz səkkiz) manat məbləğində toxum subsidiyasının iddiaçıların və "xxxx" X8 MMC-nin bank hesabına köçürülməsi, üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üzərinə isə həmin vəsaitin başqa təyinat üzrə yönəldilməməsi öhdəliyinin qoyulması barədə müvafiq qərar qəbul edilməlidir. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etirazda bildirilir ki, iddiaçılar X5 və X6 cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və inkişaf Agentliyinə qarşı Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və inkişaf Agentliyinin üzərinə "xxxx" X7 MMC-yə 14498 və 2600 manat, X2 8250 və 5060 manat, X4 4290 və 3740 manat, ümumilikdə 38438 manat məbləğində toxum subsidiyasının iddiaçılar X1, X3 və "xxxx" X7 MMC-nin hesabına köçürülməsi öhdəliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üzərinə isə həmin vəsaitin başqa təyinat üzrə yönəldilməməsi öhdəliyinin qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bildiririk ki, iddiaçının iddiası əsassız və qanunsuz olduğu üçün təmin edilə bilməz. Belə ki, X1 2022-2023-cü əkin ilində X11 İnformasiya Sisteminə (bundan sonra EKTİS) daxil etdiyi məlumatlara əsasən, istifadəsində olan 70.5 hektar torpaq sahəsinin 10 hektarında həyata keçirdiyi yonca əkininə görə hesablanmış 500 AZN subsidiya məbləği onun kart hesabına ödənilmişdir. Lakin həmin sahənin digər 60.5 hektarında həyata keçirilən payızlıq buğda və arpa əkinləri qanunvericiliklə müəyyən edilmiş qaydada sığorta edilmədiyi üçün fermerə subsidiya ödənilməsi mümkün olmamışdır. Belə ki, "xxxx" ASC-nin 24 iyun 2023-cü il tarixli, 12-9-1/2-Kol-120-xx-xx/2023 nömrəli məktubuna əsasən, payızlıq əkinlər üzrə sığorta müqavilələrinin rəsmiləşdirilməsi üçün ödənişlər xx.xx.2023-cü il tarixinə qədər nəzərdə tutulmuşdur. Lakin həmin ödənişlər qeyd olunan tarixə qədər iddiaçılar tərəfindən ödənilməmişdir. Buna görə də fermerə subsidiya ödənilməsi qanunvericiliklə mümkün deyildir. İddiaçılar məhkəməyə müraciət edərkən ödənişlərin gecikmə səbəbinin səhhətində yaranmış problemlərlə bağlı olduğunu qeyd etmişlər. Lakin diqqətinizə çatdırmaq istəyirik ki, qeyd olunan “problemlərlə” bağlı iddiaçılar tərəfindən heç bir mötəbər sənəd(xəstəlik vərəqəsi) təqdim edilməmişdir, habelə X1 təqdim etdiyi sənəd onun ambulator müalicə olunduğunu göstərir. Bu hal isə şəxsin tibb müəssisəsindən kənar müalicə edildiyini təsdiq edir və bu da şəxsin sığorta ödənişinin həyata keçirməsinə maneçilik törədə bilməz. Beləliklə onların sığorta ödənişlərini həyata keçirmək üçün kifayət qədər vaxt və imkanı olduğu halda ödənişləri müqavilədə göstərilən müddəti ötürdükdən sonra həyata keçirmişlər. 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması QaydasTna uyğun olaraq EKTİS üzərindən həyata keçirilir. Həmin Qaydanın 3.1-1-ci bəndinə əsasən fermerə istifadəsində olan 10 hektar və daha çox torpaq sahəsində (sahələrində) bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq yaradılan X10 təsdiq etdiyi siyahıya daxil edilmiş sığortalanmalı olan bitkinin becərilməsinə görə əkin subsidiyası bu Qaydanın tələblərinə əsasən, sığorta müqaviləsi bağlandıqdan sonra verilir. Qaydanın 2.4-cü bəndinə müvafiq olaraq X10 2022-ci il 8 dekabr tarixli Qərarına əsasən 2023-cü ildə əkin subsidiyasının verilməsi üçün “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq sığortalanmalı olan bitkilərə buğda, arpa, qarğıdalı, çəltik, çay, limon və fındıq bitkiləri aid edilmişdir. Həmçinin “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 6.5-ci maddəsinə əsasən, Aqrar sığorta məhsulunun aqrar sığortalıya tətbiqi sığorta qaydalarına əməl etməklə onunla bağlanan aqrar sığorta müqaviləsi əsasında həyata keçirilir. Qeyd olunan maddənin məzmunundan da aydın olur ki, sığortanın tətbiqi sığorta müqaviləsinin rəsmiləşdirilməsi ilə həyata keçirilir. İddiaçılar isə müqavilənin şərtlərinə əmə! etmədikləri üçün həmin müqavilə qüvvəyə minməmişdir və nəticədə subsidiya ödənilməsi qeyri-mümkün olmuşdur. Beləliklə, iddiaçıların 60,5 hektar torpaq sahəsində həyata keçirdiyi payızlıq buğda və payızlıq arpa əkinləri qanunvericiliklə müəyyən edilmiş qaydada sığorta edilmədiyi üçün onlara subsidiya ödənilməmişdir. Nəzərinizə çatdırırıq ki, iddiaçılar öz ərizələrində subsidiyadan “əsassız olaraq məhrum edildiklərini” qeyd edərək istinad etdiyimiz və qanunvericiliyin imperativ formada müəyyən etdiyi normaları nəzərə almamışdır. Hazırkı iddia tələbinin təmin olunması subsidiya alınması üçün müraciət edən digər fermerləri sənədlərin vaxtında sistemə əlavə edilməsi və ödənişlərin həyata keçirilməsində lazımi məsuliyyət göstərməkdən yayınmağa sövq etməklə yanaşı, subsidiya verilməsinin mexanizmini tənzimləyən qanunvericilik normalarının faktiki işləkliyinin və əhəmiyyətinin itirilməsinə gətirib çıxaracaqdır. Buna görə hesab edirik ki irəli sürülən iddia əsassız və qanunsuz olduğuna görə təmin olunmamalıdır. İddiaçılar "xxxx" KFT Məhdud Məsuliyyətli Cəmiyyətinə, İddiaçı1, İddiaçı2 və cаvаbdеh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, iddiaçılar və cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. İddiaçılar məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə iddiaçıların və cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü İddianın növü öhdəliyin icrasına dair iddiadır. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 10. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 11. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 73.1-ci maddəsi tətbiq oluna bilər. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən: 1.2. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.2.1. subsidiya – dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaiti; 1.2.2. “Subsidiya” informasiya sistemi (bundan sonra – SİS) – kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinə dair müraciətlərin elektron qaydada qəbulunu, emalını və cavablandırılmasını təmin edən “X11” informasiya sisteminin (bundan sonra – EKTİS) altsistemi; 1.2.3. X14 (bundan sonra – Şura) – bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq yaradılan və aqrar sahədə subsidiyaların tətbiqi ilə bağlı qərar qəbul edən kollegial orqan; 1.2.4. baza məbləği – bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə edilən sabit maliyyə vəsaiti; 1.2.6. fermer – kənd təsərrüfatı məhsullarının istehsalçısı olan və SİS-də qeydiyyata alınan (bitkiçilik və heyvandarlıq sahələri üzrə) fiziki və ya hüquqi şəxs; 2.6. Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin dövlət aqrar inkişaf mərkəzlərinin (bundan sonra-DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra-Agentlik) həyata keçirir. 15. İddiaçı qeyd edilən Qaydaların məqsədləri üçün SİS-də qeydiyyata alınan hüquqi şəxs kimi fermer hesab olunur. İddia mümkündür. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Aqrar Sığorta müştərək sığorta şirkətinin iddiaçılara ünvanladığı xx.xx.2023-cü il tarixli, 12-9-1/2-Kol-120-xx-xx/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Aqrar Sığorta Fonduna ünvanlanmış müraciətinizə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmışdır. Bəyan etdiyiniz əraziyə dair payızlıq əkin sahəsi mövcuddur. Sahələrin sığortalanması ilə bağlı bildiririk ki, payızlıq əkinlər üzrə sığorta müqavilələrinin rəsmiləşdirilməsi üçün ödənişlər xx.xx.2023-cü il tarixinə qədər nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ******* nömrəli kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə sığorta şəhadətnaməsindən görünür ki, Aqrar Sığorta Müştərək Sığorta Şirkəti ASC ilə İddiaçı1 arasında kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığorta müqaviləsi bağlanmış və sığorta müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2024-xx.xx.2024-cü illər qeyd edilmiş, ümumi sığorta məbləği 49875 AZN, ümumi sığorta haqqı 942,64 AZN müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ******* nömrəli kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə sığorta şəhadətnaməsindən görünür ki, Aqrar Sığorta Müştərək Sığorta Şirkəti ASC ilə İddiaçı2 arasında kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığorta müqaviləsi bağlanmış və sığorta müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2024-xx.xx.2024-cü illər qeyd edilmiş, ümumi sığorta məbləği 34839 AZN, ümumi sığorta haqqı 515,62 AZN müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ******* nömrəli kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə sığorta şəhadətnaməsindən görünür ki, Aqrar Sığorta Müştərək Sığorta Şirkəti ASC ilə "xxxx" KFT Məhdud Məsuliyyətli Cəmiyyəti arasında kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığorta müqaviləsi bağlanmış və sığorta müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2024-xx.xx.2024-cü illər qeyd edilmiş, ümumi sığorta məbləği 81291 AZN, ümumi sığorta haqqı 1203,12 AZN müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ******* nömrəli kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə sığorta şəhadətnaməsindən görünür ki, Aqrar Sığorta Müştərək Sığorta Şirkəti ASC ilə İddiaçı1 arasında kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığorta müqaviləsi bağlanmış və sığorta müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2024-xx.xx.2024-cü illər qeyd edilmiş, ümumi sığorta məbləği 48387,5 AZN, ümumi sığorta haqqı 716,14 AZN müəyyən edilmişdir. İş materiallarında olan ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli, **********47 reyestr nömrəli çıxarışdan görünür ki, kənd təsərrüfatı təyinatlı 70.5 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixli, 3M-33 nömrəli icarə müqaviləsi əsasında xx.xx.2021-ci il tarixdən xx.xx.2070-ci il tarixədək icarə hüququ dövlət qeydiyyatına alınaraq İddiaçı1 adına rəsmiləşdirilmişdir. İş materiallarında olan ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli, **********45 reyestr nömrəli çıxarışdan görünür ki, kənd təsərrüfatı təyinatlı 77.9 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixli, 3M-38 nömrəli icarə müqaviləsi əsasında xx.xx.2021-ci il tarixdən xx.xx.2070-ci il tarixədək icarə hüququ dövlət qeydiyyatına alınaraq "xxxx" KFT Məhdud Məsuliyyətli Cəmiyyətinin adına rəsmiləşdirilmişdir. İş materiallarında olan ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli, **********46 reyestr nömrəli çıxarışdan görünür ki, kənd təsərrüfatı təyinatlı 25 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixli, 3M-35 nömrəli icarə müqaviləsi əsasında xx.xx.2021-ci il tarixdən xx.xx.2070-ci il tarixədək icarə hüququ dövlət qeydiyyatına alınaraq İddiaçı2 adına rəsmiləşdirilmişdir. İş materiallarında olan ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli, **********44 reyestr nömrəli çıxarışdan görünür ki, kənd təsərrüfatı təyinatlı 36,5 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixli, 3M-34 nömrəli icarə müqaviləsi əsasında xx.xx.2021-ci il tarixdən xx.xx.2070-ci il tarixədək icarə hüququ dövlət qeydiyyatına alınaraq İddiaçı2 adına rəsmiləşdirilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 931 nömrəli arayışından görünür ki, Hacıqabul rayonu, Qarasu kəndində İddiaçı2 adına 36,5 ha, 25 ha və 2.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydə alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 932 nömrəli arayışından görünür ki, Hacıqabul rayonu, Qarasu kəndində İddiaçı1 adına 70,5 ha və 2.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydə alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 933 nömrəli arayışından görünür ki, Hacıqabul rayonu, Qarasu kəndində "xxxx" KFT Məhdud Məsuliyyətli Cəmiyyətinin adına 77,9 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydə alınmışdır. İş materiallarında olan elektron sistemdən çıxarışdan görünür ki, İddiaçı1 2022- 2023-cü illər üzrə 37.5 ha torpaq sahəsində payızlıq arpa, 23 ha torpaq sahəsində payızlıq buğda, 10 ha torpaq sahəsində yonca əkilməsi barədə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə elektron qaydada bəyannamə göndərmişdir. İş materiallarında olan elektron sistemdən çıxarışdan görünür ki, "xxxx" KFT Məhdud Məsuliyyətli Cəmiyyəti 2022-2023-cü illər üzrə 65.9 ha torpaq sahəsində payızlıq buğda, 12 ha torpaq sahəsində payızlıq arpa əkilməsi barədə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə elektron qaydada bəyannamə göndərmişdir. İş materiallarında olan elektron sistemdən çıxarışdan görünür ki, İddiaçı2 2022- 2023-cü illər üzrə 19.5 ha torpaq sahəsində payızlıq buğda, 17 ha torpaq sahəsində payızlıq arpa əkilməsi barədə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə elektron qaydada bəyannamə göndərmişdir. İş materiallarında olan elektron sistemdən çıxarışdan görünür ki, İddiaçı2 2022- 2023-cü illər üzrə 15 ha torpaq sahəsində payızlıq arpa əkilməsi barədə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə elektron qaydada bəyannamə göndərmişdir. İş materiallarında olan Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının Qarasu kənd inzibati ərazi dairə üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli, 330 nömrəli arayışından görünür ki, İddiaçı1 Azərbaycan Respublikası kənd təsərrüfatı sistemində qeydiyyatdan keçmişdir. 2022-2023-cü əkin ilində İddiaçı1 tərəfindən 37.5 ha arpa, 23 ha buğda, 10 ha yonca bəyan edilmişdir. İş materiallarında olan Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının Qarasu kənd inzibati ərazi dairə üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli, 331 nömrəli arayışından görünür ki, İddiaçı2 Azərbaycan Respublikası kənd təsərrüfatı sistemində qeydiyyatdan keçmişdir. 2022-2023-cü əkin ilində İddiaçı2 tərəfindən 19.5 ha buğda, 17 ha arpa, 15 ha arpa bəyan edilmişdir. İş materiallarında olan Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının Qarasu kənd inzibati ərazi dairə üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli, 332 nömrəli arayışından görünür ki, "xxxx" KFT Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi İddiaçı2 Azərbaycan Respublikası kənd təsərrüfatı sistemində qeydiyyatdan keçmişdir. 2022-2023-cü əkin ilində "xxxx" KFT Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi İddiaçı2 tərəfindən 12 ha arpa, 65,9 ha buğda bəyan edilmişdir. İş materiallarında olan Hacıqabul rayon dövlət natarus kontoru tərəfindən verilmiş, blank nömrəsi 289898 olan, xx.xx.2015-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı2, İddiaçı1 10 il müddətinə etibarnamə vermişdir. İş materiallarında olan Sabirabad rayon Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı1 xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə Sabirabad RMX Qəzli kəndi həkim məntəqəsində xroniki bronxitin kəskinləşməsi diaqnozu ilə ambulator müalicə almışdır. İş materiallarında olan Sabirabad rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Qəzli kənd həkim məntəqəsinin xx.xx.2024-cü il tarixli, 52 nömrəli ambulator, stasionar xəstənin tibbi kartasından çıxarışından və Qəzli kəndi həkim məntəqəsi üzrə 2023-cü il üçün ambulator jurnalından görünür ki, İddiaçı1 xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə Sabirabad RMX Qəzli kəndi həkim məntəqəsində ambulator müalicə almışdır. Xəstəyə ilk yardım olunduqdan sonra təyinat verilmişdir. Müalicəsi ambulator olaraq həkim nəzarəti altında həyata keçirilmiş, xəstə kafi vəziyyətdə evə buraxılmışdır. Xəstənin vəziyyəti daxil olarkən orta ağır olaraq qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-22- 2/2-160/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" X7 MMC-yə subsidiyanın verilib-verilməməsi və sığorta müqavilələrinin bağlanması tarixləri barədə məlumatların, habelə subsidiyanın alınması üçün təqdim edilmiş sənədlərin təsdiq olunmuş surətlərinin göndərilməsi barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ünvanladığınız müraciətə aidiyyəti üzrə baxılmışdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 3.1-1-ci bəndinə əsasən fermerə istifadəsində olan 10 hektar və daha çox torpaq sahəsində (sahələrində) bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq yaradılan X10 təsdiq etdiyi siyahıya daxil edilmiş sığortalanmalı olan bitkinin becərilməsinə görə əkin subsidiyası bu Qaydanın tələblərinə əsasən, sığorta müqaviləsi bağlandıqdan sonra verilir. Habelə, Qaydanın 2.4-cü bəndinə müvafiq olaraq X10 2022-ci il 8 dekabr tarixli Qərarına əsasən 2023-cü ildə əkin subsidiyasının verilməsi üçün “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq sığortalanmalı olan bitkilərə buğda, arpa, qarğıdalı, çəltik, çay, limon və fındıq bitkiləri aid edilmişdir. 2022-2023-cü əkin ili üzrə əkin subsidiyasının ödənilməsi üçün müəyyən edilən bəyan dövründə "xxxx" KFT MMC-nin EKTİS-ə daxil edilən 77,9 hektar payızlıq buğda və arpa əkinləri qanunvericiliklə müəyyən edilmiş qaydada sığortalanmadığı üçün əkin subsidiyasının ödənilməsi mümkün olmamışdır. Əlavə olaraq bildiririk ki, "SƏMA-İL” KFT MMC-nin EKTİS-ə daxil etdiyi məlumatlara əsasən 2021-ci ildə 16680,18 (on altı min altı yüz səksən manat on səkkiz qəpik) manat, 2022-ci ildə 16359 (on altı min üç yüz əlli doqquz) manat subsidiya onun kart hesabına ödənilmişdir. "xxxx" KFT MMC-nin EKTİS-ə daxil edilmiş 77,9 hektar torpaq sahəsinə dair təqdim etdiyi sənədlərin surətləri əlavə olunur (EKTİS-ə daxil edilmiş nüsxələrlə eynidir). İddiaçılarla payızlıq əkinlər üzrə bağlanılan sığorta müqavilələrinin tarixləri barədə məlumat əldə edilməsi üçün Aqrar Sığorta Fonduna müraciət olunması tövsiyə olunur. Nəzərə alınmasını xahiş edirik. İş materiallarında olan Aqrar Sığorta Fondunun məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 12-9/2-434/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, məlumat və sənədlərin təqdim olunması ilə əlaqədar Şirvan inzibati Məhkəməsi tərəfindən göndərilmiş 2024-cü il 23 aprel tarixli, 2-1 (120)-1304/2024 nömrəli sorğunuza Aqrar Sığorta Fondunda (bundan sonra - Fond) aidiyyəti qaydada baxılmışdır. Məlumat üçün bildiririk ki, payızlıq əkinlər üzrə Fondun adından idarəedici qurum olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) ilə "xxxx" X7 MMC arasında xx.xx.2024-cü il (xx.xx.2024-cü il tarixinədək qüvvədə olan) BS-**********-MS, X6 arasında xx.xx.2024-cü il (xx.xx.2024-cü il tarixinədək qüvvədə olan) BS- **********-MS, X5 isə xx.xx.2024-cü il tarixində (xx.xx.2024-cü il tarixinədək qüvvədə olan) BS-**********-MS və xx.xx.2024-cü il tarixində (xx.xx.2024-cü il tarixinədək qüvvədə olan) BS-**********-MS nömrəli sığorta şəhadətnamələri bağlanmışdır. Həmçinin əlavə olaraq qeyd etmək istəyirik ki, sözügedən şəxslərlə əvvəlki illərin əkinləri üzrə sığorta müqavilələrinin bağlanmasına dair sms bildirişlərin göndərilməsinə baxmayaraq hər hansı sığorta müqaviləsi bağlanmamışdır (sms bildirişlərin surətləri əlavə olunur). Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “X11’’ informasiya sistemi haqqında Əsasnamə”nin 3.2.1 -ci yarımbəndinə əsasən, kənd təsərrüfatı subyektlərinin, eləcə də fermerlərin qeydiyyatı “X11” informasiya sistemi (EKTİS) təərfindən həyata keçirilir. Həmin Əsasnamənin 1.2-ci bəndinə uyğun olaraq EKTİS- in fəaliyyətinin təşkilini, idarə olunmasını və təkmilləşdirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi təmin edir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydasının 2.6-cı bəndinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli, 571 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar subsidiyaların verilməsi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin səlahiyyətindədir. Məktubda qeyd edilmiş digər sualların cavablandırılması məqsədilə aidiyyəti üzrə müraciət etməyiniz xahiş edilir. Nəzərə almağınızı xahiş edirik. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar "xxxx" X7 MMC-nin nümayəndəsi və İddiaçı2 kənd təsərüfatı sahəsində sənədləşdirmə işlərini İddiaçı1 etibarnamə verməklə həvalə etmiş, onun səhhətində yaranmış problemlər səsəbindən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərizdə əkin məhsullarını sığorta edə bilməmişdir. İş materialları ilə tam sübuta yetirilir ki, iddiaçılar İddiaçı1 tərəfindən istifadə edilən kənd təsərüffat təyinatlı 70,5 ha torpaqlar (Əkin) olaraq və İddiaçı2 tərəfindən istifadə edilən kənd təsərüfatı təyinatlı 36,5 ha torpaqlar (Əkin) olaraq, həmçinin ümumilikdə "xxxx" X8 MMC-nin 77,9 ha torpaq sahəsi olaraq Hacıqabul rayonu, Qarasu kənd ərazisində Hacıqabul rayonu Qarasu kənd Bələdiyyəsi tərəfindən icarəyə verilmiş, həmin torpaqlarda hər il müxtəlif bitki növləri üzrə əkin həyata keçirilməklə biçin nəticəsində məhsul götürülür. İddiaçılar tərəfindən cavabdehə subsidiyanın ödənilməsi ilə bağlı əraziyə dair payızlıq əkin sahəsi üzrə 2022-ci ilin dekabrında subsidiyanın alınması üçün rəsmi olaraq elektron formada müraciət edərək, subsidiya ilə bağlı sənədləri SİS-ə daxil etmiş və subsidiya almaq məqsədilə göndərdiyi elektron ərizədə torpaq sahələri və əkilmiş məhsulları bəyan etmiş, lakin iddiaçılar "xxxx" X7 MMC-nin nümayəndəsi və İddiaçı2 digər İddiaçı1 etibarnamə vermiş, onun səhhətində yaranmış bronxitin kəskinləşməsi səbəbi ilə əkin sahələrinin sığortalanması qanun vericilikdə nəzərədə tutulmuş müddət yox, gec sığortalanması ilə nəticələnmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçılar İddiaçı1 tərəfindən istifadə edilən kənd təsərüffat təyinatlı 70,5 ha torpaq sahəsininin 37.5 ha torpaq sahəsində payızlıq arpa, 23 ha torpaq sahəsində payızlıq buğda, 10 ha torpaq sahəsində yonca, İddiaçı2 tərəfindən istifadə edilən kənd təsərüfatı təyinatlı 36,5 ha torpaq sahəsinin 19.5 ha torpaq sahəsində payızlıq buğda, 17 ha torpaq sahəsində payızlıq arpa və "xxxx" X8 MMC-nin 77,9 ha torpaq sahəsinin 65.9 ha torpaq sahəsində payızlıq buğda, 12 ha torpaq sahəsində payızlıq arpa əkilmişdir. Belə olan halda sahibkarlıq sübuyekti olan iddiaçıların subsidiya ödənişindən məhrum olması onun sahibkarlıq subyekti kimi hüquqi maraqlarına ziddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Belə ki, «İnzibati iсraat haqqında» AR Qanununun: 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.6-cı bəndinə əsasən Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin dövlət aqrar inkişaf mərkəzlərinin (DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirir. "Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.8ci bəndinə əsasən Nazirliyin dövlət aqrar inkişaf mərkəzləri (DAİM) subsidiyaların verilməsi ilə bağlı aşağıdakı xidmətləri həyata keçirir: 2.8.1. bu Qaydada müəyyən edilmiş hallarda fermerlərin, tədarükçülərin və təchizatçıların SİS-də qeydiyyatını aparır; 2.8.2. subsidiya almaq üçün müraciət etmiş fermerlərin sənədlərinin yoxlanılmasını və müraciətlərinin subsidiya informasiya sisteminə (SİS) daxil edilməsini həyata keçirir; 2.8.3. subsidiyaların verilməsi və SİS-in istifadəsi ilə bağlı məlumatlandırmanı həyata keçirir; 2.8.4. subsidiyaların verilməsi prosesində yerlərdə yaranan problemləri araşdırır və onların həlli barədə Agentliyə təkliflər verir. Lakin, sözügedən "Qayda”nın 2.8.3-cü və 2.8.4-cü bəndlərində nəzərdə tutulmuş subsidiyaların verilməsinin və SİS-in istifadəsi ilə bağlı məlumatlandırmanın həyata keçirilməsini, habelə subsidiyaların verilməsi prosesində yerlərdə yaranan problemlərin araşdırılmasını və onların həlli barədə Agentliyə təkliflərin verilməsini təsdiq edən hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.6-cı bəndinə əsasən Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin dövlət aqrar inkişaf mərkəzlərinin (DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirir. Qaydaların 6.2-ci bəndinə əsasən bu Qaydanın həyata keçirilməsi ilə bağlı yaranan mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 5.1-ci maddəsinə görə subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə subsidiya alınması üçün müraciət daxil olduqda və ya əldə edilmə mənbəyi bəlli olan hər hansı məlumat əsasında fermerin bəyannaməsində göstəriləndən fərqli hallar aşkar edildikdə, Agentlik tərəfindən aşağıdakı ardıcıllıqla monitorinqlər aparılır. Həmin Qanunun 5.1.1-ci maddəsinə görə çarpaz – elektron bəyannamə məlumatlarının SİS-də olan digər məlumatlarla üzləşdirilməsi; Həmin Qanunun 5.1.2-ci maddəsinə görə yerüstü müşahidə – peyk ilə və digər texniki imkanlarla əkinlərin və çoxillik əkmələrin müəyyən edilərək, elektron bəyannamə məlumatları ilə üzləşdirilməsi; Həmin Qanunun 5.1.3-cü maddəsinə görə yerində müşahidə – seçmə üsulu ilə əkinlərin aparıldığı yerlərdə, yaxud heyvandarlıq təsərrüfatlarında DAİM mütəxəssislərinin nəzarət və qiymətləndirmə tədbirlərini həyata keçirməsi. Həmin Qanunun 5.2-ci maddəsinə görə bəyan edilmiş əkin sahəsinə və çoxillik əkmələrə görə hesablanan məbləğ monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğdən çox olduqda əkin subsidiyası aşağıdakı qaydada verilir: 5.2.1. fərq 5 faizdən çox olmadıqda, subsidiya monitorinq nəticəsində müəyyən edilmiş sahəyə görə verilir; 5.2.2. fərq 5 faizdən çox, 20 faizdən az olduqda, veriləcək subsidiyanın məbləği 30 faiz azaldılır; 5.2.3. fərq 20–50 faiz olduqda, cari il ərzində həmin fermerə subsidiya ödənilmir; 5.2.4. fərq 50 faizdən çox olduqda, cari il və sonrakı il ərzində həmin fermerə subsidiya ödənilmir. 5.4. Monitorinq nəticəsində fermerin bəyannaməsində göstəriləndən fərqli hallar müəyyən edildikdə, fermerə bununla əlaqədar SMS və elektron poçt vasitəsilə bildiriş göndərilir. Bildiriş təqdim edildikdən sonra fermer 15 (on beş) gün müddətində bildirişə etiraz etmədikdə, ona münasibətdə, müvafiq olaraq, bu Qaydanın 5.2-ci və 5.3-cü bəndlərinin tələbləri tətbiq edilir. Bildirişə etiraz fermerin iştirakı ilə DAİM-in mütəxəssisi tərəfindən yerində müşahidə aparmaqla qiymətləndirilir, nəticə aktlaşdırılaraq SİS-ə daxil edilir. Agentlik nəticəyə uyğun olaraq yekun qərar qəbul edir və fermerə bu barədə məlumat verir. 5.5. Fermerin cari ildə istifadə etdiyi subsidiyanın məbləği monitorinq əsasında bu Qaydanın 5.2–5.3-cü bəndlərinə uyğun olaraq müəyyən edilmiş məbləğdən artıq olarsa, həmin vəsaiti fermer Agentliyə geri qaytarır. Bu vəsait geri qaytarılmadıqda, növbəti illərdə ödəniləcək subsidiyaların məbləği həmin vəsaitin məbləği qədər azaldılır. 5.6. Agentlik subsidiyalarla bağlı göstərilən xidmətlərin kənd təsərrüfatı məhsullarının istehsalına təsirinə dair qiymətləndirmələrin aparılmasını təmin edir. 5.7. Agentlik subsidiya mexanizminin tətbiqinə dair apardığı monitorinqin və qiymətləndirmənin nəticələrinə uyğun olaraq ildə bir dəfə mövcud vəziyyət barədə hesabatını və təkmilləşdirici təkliflərini, o cümlədən növbəti il üçün kvota və bitkilər üzrə əmsalları Nazirliyə və Şuraya təqdim edir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1 -ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Cavabdeh orqanın imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, SƏMA-İL” X7 Məhdud Məsuliyyətli Cəmiyyətinə 17138 manat, İddiaçı1 13700 manat və İddiaçı2 7920 manat olmaqla ümumilikdə (otuz səkkiz min yeddi yüz əlli səkkiz) manat məbləğində əkin məhsuluna görə subsidiyanın iddiaçı "xxxx" X7 Məhdud Məsuliyyətli Cəmiyyətin, İddiaçı1 və İddiaçı2 hesabına köçürülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1 -ci, 23.1 -ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81 -ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. 2022-2023-cü ilin əkin mövsümü üçün "xxxx" X7 Məhdud Məsuliyyətli Cəmiyyətinə 17138 manat, İddiaçı1 13700 manat və İddiaçı2 7920 manat olmaqla əkin məhsuluna görə subsidiya məbləğinin iddiaçı "xxxx" X7 Məhdud Məsuliyyətli Cəmiyyətinin, İddiaçı1 və İddiaçı2 hesabına köçürülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-1304/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1304/2024
23.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver