Məhkəmə qərarları › İş №2-1(120)-1304/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1304/2025

12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1304/2025 12.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X5, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı xx.xx.2018-ci il tarixindən, 52 yaşdan Əmək pensiyaları haqqında qanunun 9.8-ci maddəsinin tələblərinə uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və müraciət tarixindən əvvəlki 36 ay üçün yaranmış pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı xx.xx.2018-ci il tarixindən, 52 yaşdan Əmək pensiyaları haqqında qanunun 9.8-ci maddəsinin tələblərinə uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və müraciət tarixindən əvvəlki 36 ay üçün yaranmış pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, onunla cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı arasında arasında pensiya hüququmun yarandığı tarixdən„Əmək pensiyaları haqqında” Qanunun 9.8ci maddəsinin əsasən güzəştli pensiya təyin edilməsi və müraciət tarixindən əvvəlki son 36 ay üçün yaranmış pensiya məbləği fərqinin hesablanaraq ödənilməsi məsələsi ilə əlaqədar mübahisə yaranmışdır. 52 yaşımın tamam olduğu 16 yanvar 2018-ci il tarixinə kimi 20 ildən çox ümumi, 10 ildən çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün qeyd edilən tarixə kimi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən mənə güzəştli şərtlərlə pensiya təyin edilməsi və müraciət tarixindən əvvəlki son 36 ay üçün yaranmış pensiya məbləğinin hesablanaraq ödənilməsi xahişi ilə cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına rəsmi müraciət etmiş, lakin cavabdeh 21 may 2024-cü il tarixli, 3-17-1/2-B-119248/2024 saylı məktubu ilə xahişini yerinə yetirməkdən imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, “ştamplayıcı vəzifəsində işlədiyi sahə və vəzifənin güzəştli şərtlə pensiya hüququ verən iş olması barədə arayışda məlumat göstərilməyib”. Xahişi cavabdeh tərəfindən rədd edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 31-ci maddəsinin 31.1-ci bəndinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Cavabdehin imtina məktubunu 28 may 2024-cü il tarixində poçtamt vasitəsilə konvertdə almış, bu fakt Azərpoçt MMC-nin rəsmi saytında yerləşdirilmiş çatdırılma barədə raportla təsdiq edilir. xx xxxxxx 1966-cı ildə Əli-Bayramlı şəhərində doğulmuş, hal-hazırda ünvan 1 ünvanında yaşayır. 16 dekabr 1985-ci ildə X4 X18 plastik kütlə məmulatların təmizləyicisi vəzifəsinə işə qəbul olunmuş, 21 dekabr 1994-cü il tarixində həmin sexdə presləyicİ vəzifəsinə keçirilmiş, 01 aprel 1998-ci il tarixində ştamplayıcı vəzifəsinə keçirilmiş və hal-hazıradək həmin vəzifədə əmək fəaliyyətini davam etdirmişdir. Əmək fəaliyyəti dövründə 52 yaşının tamam olduğu 16 yanvar 2018-ci il tarixinə qədər 32 ildən çox ümumi, 23 ildən çox güzəştli iş stajı toplamış ki, güzəştli iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən İstehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına” (sonradan-Siyahı) uyğun olaraq, 09 avqust 1983-18 mart 2019-cu il tarixlərində X4 ştamplayıcı, dəzgahçı, laklayıcı, qalvançı peşələrində topladığı iş stajıdır. Həmin peşələrin hamısı Siyahıda 9. Partlayıcı, tezpartlayan maddələr, barıt və döyüş sursatının istehsalı bölməsində nəzərdə tutulan fəhlələr kateqoriyasına uyğundur. Həmin bənddə göstərilmiş istehsalatda çalışan bütün rəhbərlər, mütəxəssislər və fəhlələrin güzəstli is stajı hüququ vəzifə, peşə adından asılı olmayaraq tanınır. Cavabdeh iddiaçının ümumi iş stajını hesablayarkən 16 dekabr 1985-01 yanvar 2006-cı illərdə topladığı 20 il 16 günlük iş stajını aydın olmayan səbəblərdən 17 il 7 ay 12 gün hesablamışdır. Halbuki, iş stajının yerində yoxlanılması zamanı tərtib edilmiş akta əsasən, bütün bu dövr ərzində fasiləsiz əmək stajının olması sübuta yetirmişdir. Cavabdeh ştamplayıcı vəzifəsində işlədiyi iş stajının güzəştli pensiya hüququ verib-vermədiyinin güzəştli iş stajı barədə arayışda məlumatın olmadığı bildirmişdir. Halbuki, işəgötürənim olan Telemexanika MMC-nin 08 yanvar 2024-cü il tarixli, 100/02-08 nömrəli güzəştli iş stajı barədə arayışın 4-cü abzasında açıq şəkildə bildirilir ki, “01 aprel 1998-ci il tarixindən hal-hazıra kimi çalışdığı bütün peşələrin əmək vəzifələri və pesə xüsusiyyətləri.. Siyahının 9. Partlayıcı, tezpartlayan maddələr, barıt və döyüş sursatının istehsalı bölməsində pesə adından asılı olmayaraq bütün fəhlələrin süzəstli pensiya hüququ olması səbəbilə .. yasa sörə əmək pensiyası hüququ verir”. 01 aprel 1998-01 yanvar 2006-cı il tarixləri arasındakı dövr 7 il 9 ay təşkil edir. 21 dekabr 1994-01 aprel 1998-ci il arasındakı dövr isə presləyici vəzifəsində topladığı stajıdır ki, bu da 3 il 3 ay 11 günə (cavabdeh bu staj dövrünü mübahisəsiz qəbul edir və hazırki iddiada bu hal, hesab edir ki, mübahisələndirilməyən hal kimi qəbul edilməlidir) bəraəbərdir. Üst-üstə güzəştli əmək stajının 11 il 11 gün olması sübuta yetirilir. 16 dekabr 1985-01 yanvar 2006-cı il tarixləri arasındakı əmək fəaliyyəti dövrü isə 20 il 16 gündür. Beləliklə, 01 yanvar 2006-cı il tarixinə kimi topladığı ümumi və güzəştli iş stajının iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verməsi göz qabağındadır. Qeyd edilənlərə əsasən hüququnun yarandığı xx.xx.2018-ci il tarixindən, 52 yaşdan Əmək pensiyaları haqqında qanunun 9.8-ci maddəsinin tələblərinə uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və müraciət tarixindən əvvəlki 36 ay üçün yaranmış pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, iddiaçı 52 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə müraciət etmiş və həmin ərizəyə cavabdeh Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialında baxılmışdır. Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 3-17-1/2-B-119248/2024 nömrəli məktuba əsasən İddiaçı tələb olunan ümumi və güzəştli iş stajının tamamlanmaması səbəbindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasınının təyin edilməsinin müsbət həllinin mümkün olmayacağı bildirilmişdir. Beləliklə, iddiaçı iddia ərizəsində cavabdehin imtinasının əsassız hesab olunması, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 63 yaş 6 ayına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərörli və ağır işlərdə çalışan 52 yaşı, 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən isə azı 20 il sığorta stajına malik olan və bu müddətin azı 10 ilini yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə 55 yaşı tamam olmuş qadınların əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi; hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq,iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğuz vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən, İddiaçı 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 20 ildən az (17 il 7 ay 12 gün (xx.xx.1985xx.xx.1999-cu il, xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Eyni zamanda bildiririk ki, "xxxx" MMC-nin 8 yanvar 2024-cü il tarixli 100/02-08 nömrəli arayışda qeyd olunan məlumatların dəqiqləşdirilməsi məqsədilə aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğuya cavab olaraq göndərilmiş adıçəkilən müəssisənin 8 yanvar 2024-cü il tarixli 100/02-110 nömrəli arayışında xx.xx.1985-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə təmizləyici, xx.xx.1998-ci il tarixdən bugünədək isə 3 saylı patronların yığma sexində ştamplayıcı vəzifələrində işlədiyi qeyd olunub. İddiaçının işlədiyi təmizləyici vəzifəsi sözügedən arayışda istinad olunan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr (35) bölməsində nəzərdə tutulmamışdır. Həmçinin, sözügedən arayışda ştamplayıcı vəzifəsində işlədiyi sahə və vəzifənin güzəştli şərtlə əmək pensiyası hüququ verən iş olması və yuxarıda qeyd olunan qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hər hansı sahə və vəzifəyə aid olması barədə məlumat göstərilməyib. Göstərilən səbəblərdən də, İddiaçı güzəştli iş stajı 10 ildən az (3 il 3 ay 10 gün (xx.xx.1994-xx.xx.1998-ci il tarixləri arasındakı dövr) təşkil edir. Bundan başqa, Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçının 55 yaşının tamamlandığı xx.xx.2021-ci il tarixə münasibətdə 45600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23986,84 manat təşkil edirdi. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Beləliklə, İddiaçı öz iddiasını müvafiq sənədlərlə sübuta yetirə bilmədiyindən qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir. İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi X13 etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətə qiymət verilən zaman, cavabdeh imtina üçün bir halı əsas götürmüşdür: - Ümumi iş stajının toplanmaması; - Güzəştli iş stajının toplanmaması; Belə ki, iddiaçı xx xxxxxx 1966-cı il tarixdə doğulmuşdur. 16 yanvar 2018-ci il tarixdə 52 yaşı tamam olmuşdur. İddiaçı hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə anadan olmuş, ünvan 2 ünvanda qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus xx.xx.2012-ci il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci ildə X4 X18 plastik kütlə məmulatların təmizləyicisi vəzifəsinə işə qəbul olunmuş, 21 dekabr 1994-cü il tarixində həmin sexdə presləyicİ vəzifəsinə keçirilmiş, 01 aprel 1998-ci il tarixində ştamplayıcı vəzifəsinə keçirilmiş və hal-hazıradək həmin vəzifədə əmək fəaliyyətini davam etdirmişdir. İşdə olan Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 100/02-08 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən Əli Bayramlı “Cihazlar” zavodunun (hal hazırda Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti. Qeyd: Əli Bayramlı “Cihazlar” zavodu Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komtəsinin balansında olmuşdur. Azərbaycan Respublikası Prezidentinin imzaladığı 1181 nömrəli 16 dekabr 2005-ci il tarixli Fərmanına əsasən Dövlət Xüsusi Maşınqayırma Konversiya Komitəsi ləğv edilərək onun yerində Müdafizə Sənayesi Nazirliyi yaranmışdır. Bundan sonra həmin tarixdə Əli Bayramlı “Cihazlar zavodunun adı dəyişdirilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olmuş və Müdafiə Sənayesi Nazirliyinin balansına verilmişdir) xx.xx.1985-xx.xx.1994-cü illərdə (əmr № 392) X18 plastik məmulatların təmizləyicisi peşəsində, xx.xx.1994-xx.xx.1998-ci il (əmr № 296) plastik kütlə məmulatların presləyicisi peşəsində, xx.xx.1998-ci il (əmr № 20) tarixdən bugünədək 3 saylı patronların yığma sexində 4-cü dərəcəli ştamplayıcı peşəsində işləyir. İddiaçı Niyatalı qızının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində əmək staji 37 il 02 aydır və onunda tələb olunan 12 il 03 ay güzəştli şərtlərlə pensiya hüququ verən stajdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35. Ümumi peşələr bölməsinə əsasən formalaşır. Bu yarımbölmədə qeyd edildiyi kimi işçi tam iş günü ərzində metal hissələrinin və plastik məmulatlarının təmizlənməsi ilə məşqul olan təmizləyicilər (ftoroplast, fenoplast və plastik məmulatları), isti vəziyyətdə hidravlik preslərdə preslənmə ilə məşğul olan plastik məmulatların presləyiciləri fəhlə sinifinə aiddir. Bu da öz növbəsində mövcud qanunvericilimin tələblərinə əsasən İddiaçı güzəştli şərtlərlə pensiya təyin edilməsi istiqamətində hüquqi müstəvidə zəmin yaradır. İddiaçı Niyatalı qızının 21 dekabr 1994-01 aprel 1998-ci ildə işiədiyi X18 prəsləyici peşəsinin əmək vəzifələri və peşə xüsusiyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinir 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35. Umumi peşələr bölməsində qeyd edilmiş plastik kütlədən məmulatların presləviciləri peşəsinin əmək vəzifələri və peşə xüsusiyyətləri ilə, 01 aprel 1998-ci il hal-hazıra kimi çalışdığı bütün peşələrin əmək vəzifələri və peşə xüsusiyyətləri çalışdığı müəssisənin Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin strukturuna aid olması ilə yanaşı, döyüş sursatları və partlayıcı tərkibli digər məmulatların istehsalında məşğul olduğu qeyd edilən Siyahının 9. Partlayıcı, tezpartlayan maddələr, barıt və döyüş sursatının istehsalı bölməsində peşə adından asılı olmayaraq bütün fəhlələrin güzəştli pensiya hüququ olması səbəblə həmin vəzifələrdə topladığı staj şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. İşçi əmək fəaliyyətini partlayış təhlükəli obyektdə yerinə yetirir. İddiaçı Niyatalı qızının qeyd edilən vəzifələrdə güzəştli pensiya hüququ verən iş stajı 28 il 11 ay 10 gün təşkil edir. İşçi İddiaçı Niyatalı qızına işlədiyi müddət ərzində zərərli işə görə 8% miqdarında əlavə əməkhaqqı ödənilmiş, ƏM-nin 115-ci maddəsinin tələbinə uyğun olaraq əmək məzuniyyətinin üzərinə 6 təqvim günü müddətində əlavə məzuniyyət verilmiş və həmçinin tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələri (respirator, xüsusi eynək və əlcək) ilə təmin edilmişdir. Bunlarla yanaşı zərərli işə görə süd və ona bərabər tutulan məhsullar verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi 1 saylı X2 mütəxəssisi X10, "xxxx" zavodu MMC-nin baş mühəndisi direktorun 1-ci müavini X6, kadrlar şçöbəsinin müdiri Şəfiqə Əliyevanın iştirakı ilə tərtib edilmiş xx.xx.2024-ci il tarixli aktdan görünür ki, İddiaçı xx.xx.1992-xx.xx.2005-ci illərə daxil olan əmək stajı yerində yoxlanılmış, müəyyən edilmişdir ki, Əli Bayramlı “Cihazlar” zavodu indiki "xxxx" zavodu MMC-də vətəndaş İddiaçı iş stajı yoxlanılmış, onun xx.xx.1985-ci il tarixli, 398 nömrəli əmrlə xx.xx.1985-ci il tarixdən xx.xx.1994-cü il tarixədək plastmas sexində 2-ci dərəcəli təmizləyici (plastik məmulatların və hissələrin təmizləyici) işləmişdir. xx.xx.1994-cü il tarixli, 296 nömrəli əmrlə xx.xx.1994xx.xx.1998-ci il tarixədək plastmas sexində 4-cü dərəcəli plastik kütlə məmulatlarının presləyicisi peşəsində işləmişdir. xx.xx.1998-ci il 20 saylı əmrlə hal-hazıradək 3 saylı sexdə (patron yığma sahəsi) 4-cü dərəcəli ştamplayıcı peşəsində işləyir. İddiaçı xx.xx.1985-ci ildə müəssisədə işləməsini təsdiq edən sənədləri əmək haqqı cədvəllərindən çıxarışı işçilərin şəxsi vərəqəsi Forma-T-2 kitabından çıxarışı akta əlavə edilmişdir. İşdə olan “Azərsilah” X14” Qapalı Səhmdar Cəmiyyəti "xxxx" X12 Məhdud Məsuliyyətli Cəmiyyəti "xxxx" zavodunun məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 100/02-412 nömrəli məktubunda qeyd edilmişdir ki, Bədirova X7 Bayramlı “Cihazlar” zavodunun (Azərsilah” X14” Qapalı Səhmdar Cəmiyyəti "xxxx" X12 Məhdud Məsuliyyətli Cəmiyyəti "xxxx") xx.xx.1985-xx.xx.1994-cü illərdə (əmr № 392) X18 plastik məmulatların təmizləyicisi peşəsində, xx.xx.1994-xx.xx.1998-ci il (əmr № 296) plastik kütlə məmulatların presləyicisi peşəsində, xx.xx.1998-ci il (əmr № 20) tarixdən bugünədək 3 saylı patronların yığma sexində 4-cü dərəcəli ştamplayıcı peşəsində işləyir. İddiaçı Niyatalı qızının Telemexanika zavodunda əmək staji 38 il 07 ay 03 gün və onunda tələb olunan 26 il 03 ay 18 gün güzəştli şərtlərlə pensiya hüququ verən stajdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35. Ümumi peşələr bölməsinə əsasən formalaşır. Bu yarımbölmədə qeyd edildiyi kimi işçi tam iş günü ərzində metal hissələrinin və plastik məmulatlarının təmizlənməsi ilə məşqul olan təmizləyicilər (ftoroplast, fenoplast və plastik məmulatları), isti vəziyyətdə hidravlik preslərdə preslənmə ilə məşğul olan plastik məmulatların presləyiciləri fəhlə sinifinə aiddir. Bu da öz növbəsində mövcud qanunvericiliyin tələblərinə əsasən İddiaçı güzəştli şərtlərlə pensiya təyin edilməsi istiqamətində hüquqi müstəvidə zəmin yaradır. İddiaçı Niyatalı qızının 21 dekabr 1994-01 aprel 1998-ci ildə işlədiyi X18 presləyici peşəsinin əmək vəzifələri və peşə xüsusiyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı”nın 35.Umumi peşələr bölməsində qeyd edilmiş plastik kütlədən məmulatların presləyiciləri peşəsinin əmək vəzifələri və peşə xüsusiyyətləri ilə, 01 aprel 1998-ci il hal-hazıra kimi çalışdığı bütün peşələrin əmək vəzifələri və peşə xüsusiyyətləri çalışdığı müəssisənin Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin strukturuna aid olması ilə yanaşı, döyüş sursatları və partlayıcı tərkibli digər məmulatların istehsalında məşğul olduğu qeyd edilən Siyahının 9. Partlayıcı, tezpartlayan maddələr, barıt və döyüş sursatının istehsalı bölməsində peşə adından asılı olmayaraq bütün fəhlələrin güzəştli pensiya hüququ olması səbəblə həmin vəzifələrdə topladığı staj şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. İşçi əmək fəaliyyətini partlayış təhlükəli obyektdə yerinə yetirir. İddiaçı Niyatalı qızının qeyd edilən vəzifələrdə güzəştli pensiya hüququ verən iş stajı 26 il 03 ay 18 gün təşkil edir. İşçi İddiaçı Niyatalı qızına işlədiyi müddət ərzində zərərli işə görə 8% miqdarında əlavə əməkhaqqı ödənilmiş, ƏM-nin 115-ci maddəsinin tələbinə uyğun olaraq əmək məzuniyyətinin üzərinə 6 təqvim günü müddətində əlavə məzuniyyət verilmiş və həmçinin tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələri (respirator, xüsusi eynək və əlcək) ilə təmin edilmişdir. Bunlarla yanaşı zərərli işə görə süd və ona bərabər tutulan məhsullar verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-246798/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı oian şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahəiərinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyə etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 64 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. X1 Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az (17 il 7 ay 12 gün (xx.xx.1985xx.xx.1999-cu il, xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), güzəştli iş stajı isə 10 ildən az (3 il 3 ay 10 gün (xx.xx.1994-xx.xx.1998-ci il tarixləri arasındakı dövr) təşkil edir. Belə ki, adıçəkilən şəxsə 52 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Eyni zamanda, Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, adıçəkilən şəxsin 55 yaşının tamamlandığı xx.xx.2021 -ci il tarixinə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 45600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23986,84 manat təşkil edirdi. Bundan başqa, Qanunun hazırda qüvvədə olan 9.1 -ci maddəsinə əsasən qadınlara münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə (hazırda 59 yaş) çatdıqdan sonra İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması məsələsinə baxıla bilər. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İddiaçının tələbindən imtinanın əsaslarından biri iddiaçının ümumi iş stajı ilə ilə bağlı olmuşdur. Ümumi stajla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Аzərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının müxtəlif vəzifələrdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün məhkəmə əmək kitabçasında olan qeydlərə istinad edir. Yuxarıda da göstərildiyi kimi, vətəndaşın xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. Belə ki, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Diqqətəlayiq hal kimi qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin "Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə" 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. «Əmək pensiyaları haqqında» Аzərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin tələbinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə görə yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Yenə həmin Qanunun 37-ci maddəsinin 37.7-ci bəndinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. İşin faktiki hallarından və xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanununun yuxarıda qeyd olunan müddəalarından göründüyü kimi iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanunu ilə müəyyən olunmuş yaş həddinə çatmaqla tələb olunan sosial sığorta stajını toplamışdır. Hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanununun müddəalarının iddiaçıya aid edilməsi onun vəziyyətini ağırlaşdırdığından qanunun geriyə qüvvəsi şamil oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğun olaraq normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, qanunlar Konstitusiyaya zidd olmamalıdır. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunmur. Göründüyü kimi, yalnız fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilə bilər. Bununla yanaşı, qeyd edildiyi kimi qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmçinin məhkəmə qeyd edir ki, mübahisənin yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (əmək kitabçsını) təqdim etmişdir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının işlədiyi dövrə aid güzəştli iş stajı barədə arayışının olunmaması iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Şərh olunan qanunvericiliyin müddəalarının təhlilindən görünür ki, həm “Əmək pensiyaları haqqında” Qanunun, həmçinin də “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa görə qadınlara 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi iş stajının 20 il, güzəştli iş stajının 10 ildən çox olmasını şərtləndirmişdir. Sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajı olmalı və bundan 10 ildən çoxunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. Məhkəmə qeyd edir ki, hazırki mübahisənin əsasını təşkil edən və iddiaçının pensiya hüququnun yaranmasının əsasında duran arqumentlər, onun Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-də (əvvəlki adla Əli Bayramlı “Cihazlar” zavodu) işlədiyi müddət ilə bağlıdır. Qeyd olunmalıdır ki, iddiaçının sözügedən müəssisədə işləməsini təsdiq edən sənəd qismində əmək kitabçası təşkil edir. xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Məhkəmə xüsusi ilə bir məqama da toxunmaq istəyir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında olan qeydlər şübhə doğurmur. Belə ki, inzibati orqan iddiaçının tələbindən imtina etdiyi zaman onun xx.xx.2006-cı il tarixinədək ümumi iş stajının 20 ildən az (17 il 7 ay 12 gün (xx.xx.1985-xx.xx.1999-cu il, xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) olduğunu qeyd etmişdir. Əmək kitabçasına və Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC tərəfindən təqdim edilən sənədlərə baxılan iddiaçının iş dövrünün xx.xx.1985-ci il tarixdən xx.xx.2006-cı il tarixə kimi fasiləsiz olduğu müəyyən edilir. İş materiallarına əlavə edilən şəxsi vərəqəyə baxılan zaman illər ərzində müvafiq məzuniyyət haqqlarındanda istifadə etdiyi, mübahisəli dövr üzrə son məzuniyyətinin xx.xx.2005-ci ildən xx.xx.2005-ci ilə kimi olduğu müəyyn edilir. Məhkəmə qeyd edir ki, işlədiyini dövrün bir qismi barəsində müvafiq sənədlərin olmaması və ya tam tərtib edilməməsi iddiaçının səhvinə görə olmamışdır. Yuxarıda şərh olunan qanunvericiliyin müddəalarını hazırki işin faktiki hallarına tətbiq etdikdə, məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, iddiaçının təsdiq olunan iş dövrü onun sığorta stajı kimi nəzərə alınmalıdır. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçının Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-də (əvvəlki adla Əli Bayramlı “Cihazlar” zavodu) işləməsi ilə bağlı dövrdə müəssisənin fəaliyəti ilə bağlı qeydlərin tam olmaması, sənədlərin arxivə təhvil verilməməsi onun iradə ifadəsindən asılı olan hal deyil və onun ziyanına şərh olunmamalıdır. Belə ki, məhkəmə icraatı zamanı təqdim olunmuş sənədlər toplusundan görünür ki, iddiaçı həqiqətən də müəssisədə işləmiş və qeyd edilən dövrdə müəssisə fəaliyyət göstərmişdir. Göstərilən sənədlərin mötəbərliyi hər hansı şübhə doğurmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının xx.xx.2000-xx.xx.2001-ci il, xx.xx.2005xx.xx.2006-cı il tarixə kimi işlədiyi dövrlə bağlı imtinası əsassız olmuşdur və qeyd edilən dövr iş stajına daxil edilməlidir. Məhkəmə qanunvericiliyin müddəalarını əmək kitabçasında olan qeydlər ilə birgə qiymətləndirdikdə müəyyən etdi ki, iddiaçının xx.xx.2006-cı il tarixə ümumi iş stajı 20 ildən çox təşkil edir. İddiaçının tələbindən imtinanın əsaslarından digər halı iddiaçının güzəştli iş stajı ilə ilə bağlı olmuşdur. Güzəştli stajla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan iddiaçının işlədiyi 10 il güzəştli iş stajının olmadığını bildirmişdir. Məhkəmə iddiaçının güzəştli iş stajına münasibət bildirərək qeyd edir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş güzəştli iş stajını toplamışdır. İddiaçının güzəştli iş stajı barədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlkin olaraq qeyd olunmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı xx.xx.1985-xx.xx.1994-cü illərdə X18 plastik məmulatların təmizləyicisi peşəsində, xx.xx.1998-ci il tarixdən halhazıradək 3 saylı patronların yığma sexində 4-cü dərəcəli ştamplayıcı peşəsində işləyir. Məhkəmə iddiaçının qanunla tələb olunan güzəştli iş stajına malik olması ilə bağlı qeyd edir ki, həmin güzəştli iş illəri onun (iddiaçının) işlədiyi peşənin zamana görə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 100/02-08 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən Əli Bayramlı “Cihazlar” zavodunun (hal hazırda Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti. Qeyd: Əli Bayramlı “Cihazlar” zavodu Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komtəsinin balansında olmuşdur. Azərbaycan Respublikası Prezidentinin imzaladığı 1181 nömrəli 16 dekabr 2005-ci il tarixli Fərmanına əsasən Dövlət Xüsusi Maşınqayırma Konversiya Komitəsi ləğv edilərək onun yerində Müdafizə Sənayesi Nazirliyi yaranmışdır. Bundan sonra həmin tarixdə Əli Bayramlı “Cihazlar zavodunun adı dəyişdirilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olmuş və Müdafiə Sənayesi Nazirliyinin balansına verilmişdir) xx.xx.1985-xx.xx.1994-cü illərdə (əmr № 392) X18 plastik məmulatların təmizləyicisi peşəsində, xx.xx.1994-xx.xx.1998-ci il (əmr № 296) plastik kütlə məmulatların presləyicisi peşəsində, xx.xx.1998-ci il (əmr № 20) tarixdən bugünədək 3 saylı patronların yığma sexində 4-cü dərəcəli ştamplayıcı peşəsində işləyir. İddiaçı Niyatalı qızının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində əmək staji 37 il 02 aydır və onunda tələb olunan 12 il 03 ay güzəştli şərtlərlə pensiya hüququ verən stajdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35. Ümumi peşələr bölməsinə əsasən formalaşır. Bu yarımbölmədə qeyd edildiyi kimi işçi tam iş günü ərzində metal hissələrinin və plastik məmulatlarının təmizlənməsi ilə məşqul olan təmizləyicilər (ftoroplast, fenoplast və plastik məmulatları), isti vəziyyətdə hidravlik preslərdə preslənmə ilə məşğul olan plastik məmulatların presləyiciləri fəhlə sinifinə aiddir. Bu da öz növbəsində mövcud qanunvericilimin tələblərinə əsasən İddiaçı güzəştli şərtlərlə pensiya təyin edilməsi istiqamətində hüquqi müstəvidə zəmin yaradır. İddiaçı Niyatalı qızının 21 dekabr 1994-01 aprel 1998-ci ildə işiədiyi X18 prəsləyici peşəsinin əmək vəzifələri və peşə xüsusiyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinir 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35. Umumi peşələr bölməsində qeyd edilmiş plastik kütlədən məmulatların presləviciləri peşəsinin əmək vəzifələri və peşə xüsusiyyətləri ilə, 01 aprel 1998-ci il hal-hazıra kimi çalışdığı bütün peşələrin əmək vəzifələri və peşə xüsusiyyətləri çalışdığı müəssisənin Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin strukturuna aid olması ilə yanaşı, döyüş sursatları və partlayıcı tərkibli digər məmulatların istehsalında məşğul olduğu qeyd edilən Siyahının 9. Partlayıcı, tezpartlayan maddələr, barıt və döyüş sursatının istehsalı bölməsində peşə adından asılı olmayaraq bütün fəhlələrin güzəştli pensiya hüququ olması səbəblə həmin vəzifələrdə topladığı staj şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. İşçi əmək fəaliyyətini partlayış təhlükəli obyektdə yerinə yetirir. İddiaçı Niyatalı qızının qeyd edilən vəzifələrdə güzəştli pensiya hüququ verən iş stajı 28 il 11 ay 10 gün təşkil edir. İşçi İddiaçı Niyatalı qızına işlədiyi müddət ərzində zərərli işə görə 8% miqdarında əlavə əməkhaqqı ödənilmiş, ƏM-nin 115-ci maddəsinin tələbinə uyğun olaraq əmək məzuniyyətinin üzərinə 6 təqvim günü müddətində əlavə məzuniyyət verilmiş və həmçinin tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələri (respirator, xüsusi eynək və əlcək) ilə təmin edilmişdir. Bunlarla yanaşı zərərli işə görə süd və ona bərabər tutulan məhsullar verilmişdir. Belə ki, İddiaçı işlədiyi peşə ilə bağlı məhkəməyə təqdim edilən güzəştli arayışlara, sübutlardan və digər materiallara əsasən müəssisə tərəfindən qeyd edilən dövrlərin güzəştli iş kimi qəbul olunduğu qeyd edilir. Arayışlarında həmçinin işlədiyi müddət ərzində zərərli işə görə 8% miqdarında əlavə əməkhaqqı ödənildiyini, ƏM-nin 115-ci maddəsinin tələbinə uyğun olaraq əmək məzuniyyətinin üzərinə 6 təqvim günü müddətində əlavə məzuniyyət verildiyini və həmçinin tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələri (respirator, xüsusi eynək və əlcək) ilə təmin edildiyini və zərərli işə görə süd və ona bərabər tutulan məhsullar verildiyini də qeyd edirlər. Məhkəmə hüquqi mövqeyini daha aydın ifadə edərək qeyd edir ki, iddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını (20 il ümumi, o cümlədən 10 il güzəştli iş stajını) topladığından o, 52 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələb etməkdə haqlıdır. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı 16 yanvar 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı tələbində həmçinin, müraciət tarixindən əvvəlki 36 ay üçün ödənilməmiş pensiya məbləğinin hesablanıb ona ödənilməsinin cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş edir. Məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə ilk dəfə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Belə olan halda iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün yəni xx.xx.2020-ci il tarixdən pensiya məbləği hesablanaraq ödənilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Beləliklə, iddia təmin edilməli, İddiaçı hüququnun yarandığı xx.xx.2018-ci il tarixindən, 52 yaşdan Əmək pensiyaları haqqında qanunun 9.8-ci maddəsinin tələblərinə uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və müraciət tarixindən əvvəlki 36 ay üçün yaranmış pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı xx.xx.2018-ci il tarixindən, 52 yaşdan Əmək pensiyaları haqqında qanunun 9.8-ci maddəsinin tələblərinə uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və müraciət tarixindən əvvəlki 36 ay üçün, yəni xx.xx.2020-ci il tarixdən yaranmış pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar