Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1305/2020 29.10.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X10 (Goranboy rayonu, Qızılhacılı qəsəbəsində qeydiyyatda olan, ünvan 1 ünvanda faktiki yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinə qarşı «pasport qeydiyyatından çıxarılma öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinə qarşı məhkəmədə iddia qaldıraraq, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MH, № ******* saylı çıxarışa əsasən mülkiyyətində olan Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 46/8, mənzil 6 saylı evdən X1, X3 və X6, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MH № ******* saylı çıxarışa əsasən mülkiyyətində olan Lənkəran şəhəri, Ak. Zərifə Əliyeva küçəsi (əvvəlki Heydər Əliyev küçəsi) 78/9, mənzil 19 saylı evdən X7, X13, X8 və X4 qeydiyyatdan çıxarılmaları öhdəliyinin Lənkəran şəhər-rayon Polis şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi məhkəməyə daxil olduğu gündən qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(120)-1305/2020 saylı qərardadı ilə X2, X11, X16, X17, X22 və X18 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2020-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, iddia tələbində seriya MH № ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən mülkiyyətində olan Lənkəran şəhəri, Ak. Z.Əliyeva (əvvəlki Heydər Əliyev küçəsi) küçəsi 78/9, mənzil 19 saylı evdən X4 qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Lakin Lənkəran rayon Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli, 726 saylı məktubunda Natiq Qasumovun xx.xx.2017-ci il tarixli Bakı şəhərində vəfat etdiyi göstərilmişdir. Odur ki, iddianın həmin hissəsindən əlavə digər hissələrinin təmin edilməsini məhkəmədən xahiş etdi. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(120)-1305/2020 saylı qərardadı ilə iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o xx.xx.1955-ci il tarixdə Lənkəran rayonunun Kirov qəsəbəsində anadan olmuşdur. Hazırda ailə üzvləri ilə birlikdə Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 46/8, mənzil 6-da yaşayır. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MH, № ******* saylı və seriya MH № ******* saylı çıxarışlara əsasən Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 46/8, mənzil 6 və Lənkəran şəhəri, Heydər Əliyev (indiki Ak. Zərifə Əliyeva küçəsi) küçəsi 78/9, mənzil 19 saylı yaşayış evləri onun xüsusi mülkiyyətinə verilmişdir. O sözügedən mənzilləri əldə etdikdən sonra həmin evlərin birində o və ailəsi, digərində isə oğlu öz ailəsi ilə birlikdə yaşamağa başlamışdır. Bu yaxınlarda mülkiyyətində olan hər iki evin oğlunun adına sənədləşdirilməsi üçün xx.xx.2020-ci il tarixdə Lənkəran rayon X24 müraciət etmiş, lakin orada əməliyyata başlamazdan əvvəl “Elektron notariat” AİS-də həmin mənzillərdə kimlərin qeydiyyatda olmaları yoxlanılmışdır. Həmin vaxt ona məlum olmuşdur ki, hər iki mənzili aldığı şəxslər və onların ailə üzvləri sözügedən mənzillərdə qeydiyyatdan çıxmamışlar. Seriya MH, № ******* saylı çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətində olan Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 46/8, mənzil 6 saylı evdə X2, X11 və X16 qeydiyyatdadırlar. Seriya MH № ******* saylı çıxarışa əsasən mülkiyyətində olan Lənkəran şəhəri, Heydər Əliyev küçəsi 78/9, mənzil 19 saylı evdə isə X17, X22 və X18 qeydiyyatdadırlar. Adı çəkilən şəxslərin heç biri hal-hazırda onun mülkiyyətində olan evlərdə yaşamırlar. xx.xx.2020-ci il tarixdə Lənkəran rayon X24 müraciəti ilə əlaqədar “Elektron notariat” AİS-də mülkiyyətində olan mənzillərdə kənar şəxslərin qeydiyyatdan çıxmadıqlarını öyrəndikdən sonra xx.xx.2020-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək ona məxsus həmin evlərdə qeydiyyatda olan kənar şəxslərin qeydiyyatdan çıxarılmalarını xahiş etsə də, buna cavab olaraq verilmiş məktubda bunun mümkün olmadığı və eləcə də bu barədə məhkəməyə müraciət etməyi bildirilmişdir. Adı çəkilən şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilməsini xahiş edir. İddiaçının nümayəndəsi və vəkili X20 şifahi məhkəmə baxışı iclasında iddia tələbini müdafiə edərək, təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinə məhkəməyə xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə göndərərək, məhkəmə baxışı iclasının onların iştirakı olmadan keçirilməsinə etirazlarının olmadıqlarını bildirmişlər. Üçüncü şəxslərə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə məktubla bildiriş göndərilsə də, məktub «bu ünvanda yaşamır» qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Üçüncü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsi üçün Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsinə və Lənkəran şəhər Bələdiyyəsinə rəsmi qaydada məlumat verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx xxxx 2008-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X14 ilə İddiaçı arasında Lənkəran şəhəri, Heydər Əliyev küçəsi, 78/9 saylı binada yerləşən 19 saylı, 4 otaqlı, yaşayış sahəsi 59,2 kv.m., köməkçi sahəsi 21,3 kv.m., ümumi sahəsi 80,5 kv.metrdən ibarət mənzilə dair alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya MH ******* saylı Çıxarışın surətindən görünür ki, Lənkəran şəhəri, Heydər Əliyev küçəsində istifadədə olan 0,1252 ha torpaq sahəsində yerləşən 78/9 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 5-ci mərtəbəsində, 80,5 kv.m ümumi, 59.2 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 19 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş xx xxx 2006-cı il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X21 ilə İddiaçı arasında Lənkəran şəhəri, Heydər Əliyev küçəsi, 46/8 saylı binada yerləşən 6 saylı, 3 otaqlı, yaşayış sahəsi 46,7 kv.m., ümumi sahəsi 69,2 kv.metrdən ibarət mənzilə dair alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya MH ******* saylı Çıxarışın surətindən görünür ki, Lənkəran şəhəri, Şəhidlər Xiyabanında istifadədə olan 0,062 ha torpaq sahəsində yerləşən 46/8 nömrəli, 4 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində yerləşən, 69,2 kv.m ümumi, 46.7 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 6 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı X19 xx xxxxxx 2020-ci il tarixli **********48 saylı məktubunda qeyd edilmişdir ki, ünvan 2 ünvanında yerləşən 6 saylı mənzildə qeydiyyatda olan şəxslərin (X2, X11 və X6) həmin ünvana, habelə Lənkəran şəhəri, X25 (keçmiş H.Əliyev) küçəsi, 78/9 ünvanında yerləşən 19 saylı mənzildə qeydiyyatda olan şəxslərin (X17, X22, X18 və X5) həmin ünvana istifadə hüquqlarının qeydiyyata alınıb-alınmaması proseduru ilə əlaqədar daşınmaz əmlakın dövlət reyestrində mövcud məlumatların verilməsinə münasibətdə, tərəflərindən həmin əmlaklara dair aidiyyəti hissədə arxiv və baza məlumatları araşdırılmış və araşdırma nəticəsində məlum olmuşdur ki, hazırki iş üzrə qeyd olunan ünvan 2 ünvanında yerləşən 6 saylı mənzil tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli çıxarış əsasında vətəndaş İddiaçı məxsusdur. Həmçinin, sorğuda barəsində qeyd olunan Lənkəran şəhəri, X25 (keçmiş H.Əliyev) küçəsi, 78/9 ünvanında yerləşən 19 saylı mənzil tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2008-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarış əsasında vətəndaş X9 məxsusdur. Milli Qeydiyyat Sisteminin mövcud baza məlumatlarında barəsində qeyd olunan əmlakların yerləşdiyi ünvanlara adları çəkilən şəxslərin istifadə hüququnun olub-olmamasına dair hər-hansı bir məlumat yoxdur. İş materiallarında olan Lənkəran şəhər-rayon Polis şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli, 154-21854A-1220 və xx.xx.2020-ci il tarixli, 154-21855A-1220 saylı məktublardan görünür ki, iddiaçıya məxsus ünvan 5 mənzil 6 ünvanında qeydiyyatda olan xx.xx.1969-cu il təvəllüdlü X1, xx.xx.1997-ci il təvəllüdlü X3, xx.xx.1964-cü il təvəllüdlü X6 və ünvan 6 ünvanında qeydiyyatda olan xx.xx.1982-ci il təvəllüdlü X7, xx.xx.1984-cü il təvəllüdlü X13, xx.xx.1981-ci il təvəllüdlü X8, xx.xx.1955-ci il təvəllüdlü X5 həmin ünvandan qeydiyyatdan çıxarılmasından imtina edilmişdir. İş materiallarında olan Lənkəran şəhər-rayon Polis şöbəsinin xx.xx.2020-ci il tarixli 154-24388-1220 saylı məktubunda qeyd edilmişdir ki, X1, X3, X6 ünvan 5 mənzil 6 ünvanına, X7, X13, X8, X5 ünvan 8 ünvanına qeydiyyata düşmələrinə əsas verən sənədlərin saxlama müddətləri bitdiyindən məhv edilmişdir. İş materiallarında olan Lənkəran rayon Qeydiyyat şöbəsinin məhkəməyə göndərdiyi xx.xx.2020-ci il tarixli, 726 saylı məktubundan görünür ki, X15 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun ölümü haqqında akt qeydi xx.xx.2017-ci il tarixdə Lənkəran rayon Qeydiyyat şöbəsində 128 saylı aktla qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ********* nömrəli qəbzlə müəyyən olunur ki, iddiaçı məhkəmədə iddia qaldırılması ilə bağlı on manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Yenə həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, azadlıqdan məhrum edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında, qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında çıxarılır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X14 ilə İddiaçı arasında Lənkəran şəhəri, Heydər Əliyev küçəsi, 78/9 saylı binada yerləşən 19 saylı, 4 otaqlı, yaşayış sahəsi 59,2 kv.m., köməkçi sahəsi 21,3 kv.m., ümumi sahəsi 80,5 kv.metrdən ibarət mənzilə dair xx xxxx 2008-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi bağlanmış və həmin mənzil tam mülkiyyət hüququ üzrə ilə İddiaçı adına qeydiyyata alınmışdır. Həmçinin, X21 ilə İddiaçı arasında Lənkəran şəhəri, Heydər Əliyev küçəsi, 46/8 saylı binada yerləşən 6 saylı, 3 otaqlı, yaşayış sahəsi 46,7 kv.m., ümumi sahəsi 69,2 kv.metrdən ibarət mənzilə dair xx xxx 2006-cı il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi bağlanmış və həmin mənzil tam mülkiyyət hüququ üzrə ilə İddiaçı adına qeydiyyata alınmışdır. Bununla da X14 və X21 hazırda iddiaçının mülkiyyətində olan mənzili satmaqla həmin evə olan özünün və digər şəxslərin mülkiyyət hüququnu, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan istifadə hüququnu da itirmiş hesab olunur. Lakin həmin mənzildə, yəni hazırda iddiaçıya məxsus olan mənzillərdə X1, X3 və X6, X7, X13 və X8 qeydiyyatda qalmaları iddiaçının mülkiyyət hüquqlarınun tam həyata keçirilməsinə maneələr yaradır. Eyni zamanda həmin şəxslərin hal-hazıra qədər mənzildən istifadə etməmələri, orada yaşamamaları, mülkiyyətçinin hüquqlarının həyata keçirilməsinə maneələr yaratmaları onların mənzildən qeydiyyatdan çıxarılmalarına əsas verir. Buna görə də cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinin X1, X3 və X6, X7, X13 və X8 iddiaçıya məxsus olan mənzillərdən qeydiyyatdan çıxarılmasından imtinası əsassızdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarında olan Lənkəran rayon Qeydiyyat şöbəsinin məhkəməyə göndərdiyi xx.xx.2020-ci il tarixli, 726 saylı məktubunda X4 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində vəfat etməsi və onun ölümü haqqında akt qeydinin isə xx.xx.2017-ci il tarixdə Lənkəran rayon Qeydiyyat şöbəsində 128 saylı aktla qeydə alındığı bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»ndan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MH, № ******* saylı çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 46/8, mənzil 6 saylı evdən X1, X3, X6, və Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MH № ******* saylı çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Lənkəran şəhəri, Ak. Zərifə Əliyeva küçəsi (əvvəlki Heydər Əliyev küçəsi) 78/9, mənzil 19 saylı evdən X7, X13 və X8 pasport qeydiyyatından çıxarılması öhdəliyi cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinin üzərinə qoyulmalıdır. Həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinin tələbinə görə məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci) – yəni hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının ərizəsinə əsasən iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-79 və, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MH, № ******* saylı çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 46/8, mənzil 6 saylı evdən X1, X3, X6, və Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MH № ******* saylı çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Lənkəran şəhəri, Ak. Zərifə Əliyeva küçəsi (əvvəlki Heydər Əliyev küçəsi) 78/9, mənzil 19 saylı evdən X7, X13 və X8 pasport qeydiyyatından çıxarılması öhdəliyi cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinin üzərinə qoyulsun. Prosessual xərc iddiaçıya aid edilsin. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə ondan Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2-1(120)-1305/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1305/2020
29.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver