Məhkəmə qərarları › İş №2-1(120)-1305/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1305/2025

08.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1305/2025 08.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı xx.xx.2023-cü il tarixindən, 63 yaşdan Əmək pensiyaları haqqında qanunun 7-ci maddəsinin tələblərinə uyğun olaraq əmək pensiyası təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı xx.xx.2023-cü il tarixindən, 63 yaşdan Əmək pensiyaları haqqında qanunun 7-ci maddəsinin tələblərinə uyğun olaraq əmək pensiyası təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4-cü, 47-ci, 49-cu maddələrinin tələblərinə müvafiq olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb edilmişdir. İddia tələblərini onunla əsaslandırmışdır ki, 25 yanvar 1983-cü ildə X11 zavodunda əmək fəaliyyətinə başlamış və 22 dekabr 2006-cı ildə işdən çıxmışdır. Bundan əvvəl isə Sabirabad rayonunda kolxozda iki ildən artıq əmək stajı olmuşdur. Üst-üstə ümumi əmək stajı 25 ildən çox eolmuşdur. Bu səbəblə cavabdehə müraciət etmiş, ona yaşa görə əmək pensiyanın təyin edilməsini və ötən aylar üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsini xahiş etmişdir. Cavabdeh isə onun ümumi iş stajının 25 ildən az olması tələbinin yerinə yetirməkdən imtina etmişdir. Sabirabad rayon Dövlət Arxivi tərəfindən verilmiş 07 noyabr 2023-cü il tarixli, 5-70-39/2B-xx-xx/2023 nömrəli arxiv arayışı cavabdeh tərəfindən saxlanıldığı üçün hazırda həmin illər üçün əmək stajı barədə məlumat verə bilmədiyini, lakin məhkəmə sorğu verərək həmin iş stajı barədə arxivdən məlumat əldə olunacağını bildirmişdir. Digər tərəfdən, cavabdeh bildirmişdir ki, guya X11 zavodunda işlədiyi müəyyən aylarda əməkhaqqı almamağı qeyd edilmişdir. Onun müəyyən dövrdə öz hesabına məzuniyyətdə olmağı səbəbilə əməkhaqqı hesablanmamışdır. Qeyd edilənləri nəzərə alaraq hüququnun yarandığı xx.xx.2023-cü il tarixindən, 63 yaşdan Əmək pensiyaları haqqında qanunun 7-ci maddəsinin tələblərinə uyğun olaraq əmək pensiyası təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə cavabdeh orqana müraciət etmiş və iddiaçıya ünvanlanmış 10 may 2024-cü il tarixli 3-17-1/2-B-110068/2024 nömrəli cavab məktubu ilə ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtinanın əsasları kimi onun ümumi stajının 25 ildən az olduğu qeyd edilmişdir. Bundan narazı qalan İddiaçı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək pensiya yaş həddi qadınlar üçün 63 yaş müəyyən edilib. İddiaçı xx.xx.2023-cü il tarixdə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Sözügedən Qanunun 21.1-ci maddəsinin tələblərinə görə isə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Həmin Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalan”nın 3.2-ci bəndinə əsasən işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Bildiririk ki, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabinin sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının 1978-ci il tarixdən 1982-ci il tarixədək “Bakı” kolxozunda əmək fəaliyyəti dövrü və Əli Bayramlı (Şirvan) “Araz” zavodunda xx.xx.1983-cü il tarixdən xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti dövrü (iddiaçının adına əməkhaqqı hesablanmış aylar nəzərə alınmaqla) daxil edilməklə onun mübahisəsiz sosial sığorta stajı 11 il 4 ay təşkil edir. Fondun 1 saylı X3 ilə Dövlət X6 birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta əsasən 1984-cü il tarixdə 9 ay, 1985-ci il tarixdə 9 ay, 1986-cı il tarixdə 2 ay, 1987-ci il tarixdə 6 ay, 1988-ci il tarixdə 2 ay, 1990-cı il tarixdə 11 ay, 1991-ci il tarixdə 4 ay, 1992-ci il tarixdə 9 ay, 1993-cü il tarixdə 3 ay, 1994-cü il tarixdə 7 ay, 1995-ci il tarixdə 12 ay, 1996-cı il tarixdə 8 ay, 1997-ci il tarixdə 11 ay, 1998-2005-ci il tarixlərində isə il ərzində ümumiyyətlə S.Ə.Baqırovanın adına əməkhaqqı hesablanmamışdir. Bununla bağlı qeyd etmək istərdik ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cii maddələrinin şərh edilməsinə dair Qərarında qeyd olunduğu kimi, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunamn əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki ‘əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Qeyd olunan səbəblərdən məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlərin onun sığorta stajına daxil edilməsi mümkün deyil. Həmçinin iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı xx.xx.2023-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. İddiaçıya verilən imtina qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi yuxarıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuş, Şirvan şəhəri, Nizami küçəsi, ev 42-də yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus АТ-İİİ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.2006-cı il tarixədək əmək fəaliyyətində olmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-B-110068/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək qadınların pensiya yaşı 63 yaş müəyyən edilmişdir. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyi sənədlərin surətlərinə əsasən ümumi sığorta stajı (1978-1982-ci illər ərzində kolxozda əmək fəaliyyəti dövrləri və xx.xx.1983-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək adına əməkhaqqı hesablanan aylar da nəzərə alınmaqla) 11 il 4 ay təşkil edir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildiririk ki, əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1983cü il tarixindən xx.xx.2006-cı il tarixinədək dövrün araşdırılması zərurəti yaranmışdır. Fondun 1 saylı X3 ilə Dövlət X6 birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta əsasən 1984cü il tarixində 9 ay, 1985-ci il tarixində 9 ay, 1986-cı il tarixində 2 ay, 1987-ci il tarixində 6 ay, 1988-ci il tarixində 2 ay, 1990-cı il tarixində 11 ay, 1991 -ci il tarixində 4 ay, 1992-oi il tarixində 9 ay, 1993-cü il tarixində 3 ay, 1994-cü il tarixində 7 ay, 1995-ci il tarixində 12 ay, 1996-cı il tarixində 8 ay, 1997-ci il tarixində 11 ay, 1998-2005-ci il tarixlərində il ərzində adına əməkhaqqı hesablanmamışdır. Bu səbəbdən adına əməkhaqqı hesablanmayan dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, sığorta az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən sizə xx.xx.2023cü il tarixindən proaktiy qaydada yaşa görə sosial müavinət təyin edilmiş, hazırda ödənişi 220 manat olmaqla davam etdirilir. Məlumat üçün bildiririk ki, əlavə sənddlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüquqununa yenidən baxıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qət ul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-174498/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixində yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. İddiaçının 1978-ci il tarixindən 1982-ci il tarixinədək “Bakı” kolxozunda əmək fəaliyyəti dövrü, Əli Bayramlı (Şirvan) “Araz” zavodunda xx.xx.1983-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrü (iddiaçının adına əməkhaqqı hesablanmış aylar nəzərə alınmaqla) daxil edilməklə mübahisəsiz sosial sığorta stajı 11 il 4 ay təşkil edir. Fondun 1 saylı X3 ilə Dövlət X6 birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta əsasən 1984-cü il tarixində 9 ay, 1985-ci il tarixində 9 ay, 1986-cı il tarixində 2 ay, 1987-ci il tarixində 6 ay, 1988-ci il tarixində 2 ay, 1990-cı il tarixində 11 ay, 1991-ci il tarixində 4 ay, 1992-ci il tarixində 9 ay, 1993-cü il tarixində 3 ay, 1994-cü il tarixində 7 ay, 1995-ci il tarixində 12 ay, 1996-cı il tarixində 8 ay, 1997-ci il tarixində 11 ay, 1998-2005-ci il tarixlərində isə il ərzində ümumiyyətlə İddiaçı adına əməkhaqqı hesablanmamışdır. Həmçinin bildiririk ki, vətəndaşın xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət X6 xx.xx.2024-cü il tarixli, 3-48-DA-14F/2- 316/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Dövlət Sosial Müdafiə Fondu 1 saylı X3 tərəfindən tərtib edilən xx.xx.2024-cü il tarixli aktda vətəndaş Bağırova (İsmayılova) Səbirə Əliövsət qızının işlədiyi illər üzrə əmək haqqı cədvəlindən çıxarışda bəzi aylar üzrə əmək haqqı məbləğinin göstərilməməsinin səbəbi həmin vaxtlarda vətəndaşa əmək haqqı hesablanmaması olmuşdur. Belə ki, cavabdeh tərəfindən verilmiş imtina məktubundan və yazılı etirazın surətindən görünür ki, cavabdeh imtina üçün 3 halı əsas götürmüşdür: - müəyyən dövrlərdə əmək haqqı almaması; - xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması; - İddiaçının 25 il ümumi iş stajının toplamaması. Məhkəmə cavabdehin imtina məktubunda göstərilən əsaslara münasibət bildirməzdən əvvəl, ümumiyyətlə vətəndaşların yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin nədən ibarət olmasına aydınlıq gətirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 01 iyul 2022-ci il tarixdən 30 iyun 2023-cü il tarixədək qadınların pensiya yaşı 63 yaş müyyən edilmişdir. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: -şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1960-cı il tarixdə doğulması və xx.xx.2023-cü il tarixində, yəni 63 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi istiqamətində qiymətləndirmənin aparılması üçün məhkəmə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: -3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar “Əmək pensiyaları haqqında” Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı təqdim etdiyi əmək kitabçasına əsasən mübahisəsiz sosial sığorta stajı 11 il 4 ay təşkil edir. Qeyd olunmalıdır ki, iddiaçının yaşa görə əmək pensiya hüququnun ümumi iş stajı əsasında yaranması istisna olunur. Məhkəmə iddiaçının fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı əsasında yaşa görə əmək pensiya hüququnun yaranıb-yaranmamasını müəyyən etmək zərurətinin yarandığını bildirir və bu hissədə qiymətləndirməni aşağıda göstərilən qanunvericiliyin və normativ hüquqi aktların tələbləri əsasında həyata keçirir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsinə əsasən Bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 240 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Həmin Qanunun 6-1-ci maddəsinin 24 dekabr 2021-ci il tarixədək olan redaksiyasında deyilirdi ki, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 06 mart 2006-cı il tarixli, 377 nömrəli Fərmanın 2.11-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. Məhkəmə tərəfindən aparılan araşdırma zamanı müəyyən olunur ki, iddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən ümumi sığorta stajı (1978-1982-ci illər ərzində kolxozda əmək fəaliyyəti dövrləri və xx.xx.1983-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək adına əməkhaqqı hesablanan aylar da nəzərə alınmaqla) 11 il 4 ay təşkil edir. Həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçinin ümumiyyətlə işlədiyi dövrdə topladığı pensiya kapitalının müəyyən edilməsi üçün isə məhkəmə, aşağıda göstərilən qanunvericiliyin müddəalarına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun: -1.0.10-cu maddəsinə əsasən, müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlər məbləği pensiya kapitalıdır. -10.4-cü maddəsinə əsasən, yaşa görə əmək pensiyasının məbləği P=SH+YH düstürü ilə müəyyən edilir ki, burada P- pensiya kapitalı, SH-yaşa görə əmək pensiyasının sığorta hissəsi, YH –yaşa görə əmək pensiyasının yığım hissəsidir. -27.1-ci maddəsinə görə, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006- cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Qanunun qeyd olunan 27.1-ci maddəsinin tələbindən göründüyü kimi, 1 iyul 2017-ci il tarixdə bu Qanuna edilən dəyişiklikdən sonra, fərdi hesabında pensiya kapitalı kimi aşağıdakılar qeyd alınır 1) 2006-cı ilə qədər ümumi stajın hər ili üçün 306 manatdan hesablanaraq şəxsin fərdi hesabında nəzərə alınır. 2) xx.xx.2006-01.2017-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı 80 faiz artırılmaqla fərdi hesabda qeydə alınır. Məhkəmə xüsusi ilə bir məqama da toxunmaq istəyir ki, təkzib olunmazdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Qanunvericiliyin normalarının və formalaşmış məhkəmə təcrübəsinə əsasən əgər şəxsin 1 iyul 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı toplanarsa, bu zaman şəxsin stajından asılı olmayaraq ona yaşa görə əmək pensiyası təyin etmək hüquq olur. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə iddiaçı bu hüquqa da malik olmamışdır. Belə ki, məhkəmə sorğusuna cavab məktubundan görünür ki, X2 xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tətbiqi istisna olunur. İddiaçının ümumi iş stajına gəldikdə isə nəzərə alınmalıdır ki, baxmayaraq 63 yaşı tamam olduğu, yəni xx.xx.2023-cü il tarixə iddiaçının yaşı ilə bağlı şərt ödənilsə də, həmin anda iddiaçının ümumi iş stajı ilə bağlı şərti ödənilməmişdir. Belə ki, qüvvədə olan qanunvericiliyin tələbinə əsasən şəxsin yaşa görə əmək pensiya hüququnun yaranması üçün o, qanunla müəyyən edilmiş pensiya yaşına çatmalı, bununla yanaşı fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olmalı və ya pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmalıdır. Göründüyü kimi pensiya kapitalı və ümumi sığorta stajı ilə bağlı şərtlərin bir anda mövcudluğu zəruri deyildir, qanunvericilik bunu vətəndaşın pensiya hüququndan məhrum etməmək üçün seçim olaraq vermişdir. Göründüyü kimi hər iki şərtin, eyni vaxtda mövcudluğu iddia tələbində göstərilən formada pensiya təyini üçün hesab edilir və qeyd olunan şərtlərdən hər-hansı birinin mövcud olmaması yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia tələbinin təmin edilməsini istisna edir. Lakin, hal-hazırki iş üzrə iddiaçının tələb olunan 25 il ümumi iş stajıda tamam olmamışdır. Qeyd olunan şərtin, yəni pensiya yaşına çatma və ümumi iş stajı ilə bağlı şərtin eyni vaxtda ödənilməsi ilə bağlı isə qanunvericiliyinin tələbinin mövcudluğu konkret olmaqla birgə, həmçinin məntiqlidir. Hal-hazırki iş üzrə məhkəmə araşdırması zamanı iddiaçının 25 il ümumi stajının olmadığı müəyyən edilir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2- 174498/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixində yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. İddiaçının 1978-ci il tarixindən 1982-ci il tarixinədək “Bakı” kolxozunda əmək fəaliyyəti dövrü, Əli Bayramlı (Şirvan) “Araz” zavodunda xx.xx.1983-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrü (iddiaçının adına əməkhaqqı hesablanmış aylar nəzərə alınmaqla) daxil edilməklə mübahisəsiz sosial sığorta stajı 11 il 4 ay təşkil edir. Fondun 1 saylı X3 ilə Dövlət X6 birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta əsasən 1984-cü il tarixində 9 ay, 1985-ci il tarixində 9 ay, 1986-cı il tarixində 2 ay, 1987-ci il tarixində 6 ay, 1988-ci il tarixində 2 ay, 1990-cı il tarixində 11 ay, 1991-ci il tarixində 4 ay, 1992-ci il tarixində 9 ay, 1993-cü il tarixində 3 ay, 1994-cü il tarixində 7 ay, 1995-ci il tarixində 12 ay, 1996-cı il tarixində 8 ay, 1997-ci il tarixində 11 ay, 1998-2005-ci il tarixlərində isə il ərzində ümumiyyətlə İddiaçı adına əməkhaqqı hesablanmamışdır. Həmçinin bildiririk ki, vətəndaşın xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Məhkəmə tərəfindən aparılan araşdırma nəticəsində İddiaçı müəyyən dövrlərdə əmək haqqı almadığını müəyyən edir. Eləcə də, iddiaçı məhkəmə iclasında verdiyi izahatda bəzi dövrlərdə öz hesabına məzuniyyətdə olduğu və əmək haqqı almadığını bildirmişdir. əmək haqqı almadığı və işləmədiyi dövrlərdə isə digər işçilər tərəfindən əmək haqqı alma halıda müəyyən edilir. Belə ki, qeyd edilən dövrdə müəssisənin fəaliyyətdə olması və digər işçilərin əmək haqqı alması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Dövlət X6 xx.xx.2024-cü il tarixli, 3-48-DA-14F/2-316/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Dövlət Sosial Müdafiə Fondu 1 saylı X3 tərəfindən tərtib edilən xx.xx.2024-cü il tarixli aktda vətəndaş Bağırova (İsmayılova) Səbirə Əliövsət qızının işlədiyi illər üzrə əmək haqqı cədvəlindən çıxarışda bəzi aylar üzrə əmək haqqı məbləğinin göstərilməməsinin səbəbi həmin vaxtlarda vətəndaşa əmək haqqı hesablanmaması olmuşdur. Belə olan halda isə iddiaçının təqdim etdiyi arayışa və əmək kitabçasının surətinə əsasən 1978-ci il tarixindən 1982-ci il tarixinədək “Bakı” kolxozunda əmək fəaliyyəti dövrü, Əli Bayramlı (Şirvan) “Araz” zavodunda xx.xx.1983-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrü (iddiaçının adına əməkhaqqı hesablanmış aylar nəzərə alınmaqla) daxil edilməklə müəyyən edilən sığorta stajı tələb olunan müddətdən (25 ildən) azdır. Odur ki, məhkəmənin gəldiyi nəticəyə görə, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının imtinası qanuna zidd qiymətləndirilə bilməz. Bu səbəbdən də iddia tələbini əsassız, cavabdehin imtina dəlillərini əsaslı sayan məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməldir. Azərbaycan Respublikasının İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı xx.xx.2023-cü il tarixindən, 63 yaşdan Əmək pensiyaları haqqında qanunun 7-ci maddəsinin tələblərinə uyğun olaraq əmək pensiyası təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 33.1-ci, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı xx.xx.2023-cü il tarixindən, 63 yaşdan Əmək pensiyaları haqqında qanunun 7-ci maddəsinin tələblərinə uyğun olaraq əmək pensiyası təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar