Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1306/2025 17.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər idarəsinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********0541 saylı və xx.xx.2023-cü il tarixli **********1391 saylı qərarların ləğv edilməsi” tələbinə dair işə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,müəyyən etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X16 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Baki şəhəri X16 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixdə İddiaçı obyektində hərəkətlərinin qanunsuz hesab edilməsi və DVX032486 saylı xx.xx.2023-cü il tarixli aktı etibarsız hesab edilərək ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6488/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə, İddiaçı nun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X16 üzrə Baş İdarəsinə qarşı “aktın etibarsız hesab edilməsi” tələbi üzrə iddiaçı və cavabdeh olduğu kimi saxlanılmaqla iddia tələbinə “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********541 saylı və xx.xx.2023-cü il tarixli **********1391 saylı qərarların ləğv edilməsi” kimi baxılması davam etdirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6488/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X14 və Uçotun Təşkili Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiasına üzrə dair 2- 1(112)-6488/2024 №li iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X14 və Uçotun Təşkili Baş İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi ilə əvəz edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair 2- 1(112)-6488/2022 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı icarə əsasında ünvan 1 ünvanda fəaliyyət göstərdiyi "BUFFEDO" dönərxanasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Baki şəhəri X16 üzrə Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə X14 tədbiri həyata keçirilmişdir. Həmin X14 tədbiri nəticəsində İddiaçı müştəriyə kassa çeki verilmədiyi barədə DVX032486 saylı xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. Cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Baki şəhəri X16 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixdə İddiaçı obyektində hərəkətlərini və DVX032486 saylı xx.xx.2023-cü il tarixli aktı qanunsuz hesab edir. Belə ki, İddiaçı ünvan 1 ünvanda yerləşən "BUFFEDO" dönərxanasını xx.xx.2023-cü il tarixdə X12 ilə müqavilə bağlayaraq icarəyə götürmüşdür. İddiaçı ünvan 1 ünvanda yerləşən "BUFFEDO" dönərxanasında istifadə etmək üçün nəzarət kassa apparatının qeydiyyatı və quraşdırılması barədə xx.xx.2023-cü ildə müqavilə bağlamışdır. xx.xx.2023 və xx.xx.2023-cü il tarixlər iş günü olmayan şənbə və bazar günlərlmışdır.Nəzarət kassa apparatı yalnız xx.xx.2023-cü ildə gətirilib quraşdırılmışdır. Bununla bağlı cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Baki şəhəri X16 üzrə Baş İdarəsinin əməkdaşlarına izahat versəm də, onlar mənim izahatımı qəbul etmədilər və qanunsuz olaraq DVX032486 saylı xx.xx.2023-cü il tarixli akt tərtib etdilər. Şifahi məhkəmə baxışı iclasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X13 iddia ərizəsinə qarşı verilmiş etiraza uyğun izahat verərək iddia tələbini qəbul etmədiyini bildirib, iddia ərizəsinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddianın mümkünlüyü : İlk öncə məhkəmə qeyd edir ki, hazırkı iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş və ona münasibətdə əlverişsiz olan inzibati aktın (sərəncamın) ləğv edilməsini tələb edir. İPM-in 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İPM-in 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Cavabdeh orqan tərəfindən daxil edilmiş inzibati aktlar iddiaçı tərəfindən xx.xx.2024cü il tarixdə oxunmuşdur. Bundan sonra xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi daxil olmuşdur. Məhkəmə hesab edir ki, mübahisələndirmə haqqında iddia bu iddia növü üçün qanunla nəzərdə tutulmuş müddətdə verilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materialını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmamalıdır. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən, X10, X11 ilə İddiaçı arasında müqavilə bağlanaraq ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 1302.5 kv.m qeyri-yaşayış binası İddiaçı xx.xx.2025-ci ilədək müddətə 400 manat aylıq icarə haqqı ödəmək şərtilə icarəyə verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, seriya DVX № 032486 nömrəli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 13.15-də İddiaçı məxsus “Bufedo” dönərxanasında müştəri tərəfindən dönər və ayran, pepsi üçün 6.50 manat ödənildi, lakin ödənişin müqabilində həmin məbləğ üçün NKA-dan çek vurulmadı və təqdim edilmədi. Keçirilmiş operativ veri nəzarəti tədbiri zamanı müəyyən olundu ki, NKA xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmasına baxmayaraq xx.xx.2023-cü il tarixdə saat 13:15-də obyektdə mövcud deyil. NK obyetkdə olmaması səbəbindən həmin məbləği bərpa etmək olmadı. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, seriya DVX № 000872 nömrəli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 13.30-da İddiaçı məxsus “Bufedo” dönərxanasında 2 nəfər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir.İddiaçı tərəfindən akta imza edildi, bir nüsxəsi götürüldü, lakin aktdan imtina etdi, qərar, çıxarışla tanış oldu, lakin imza etmədi. xx.xx.2023-cü il tarixli, seriya DVX № 000872 nömrəli akta əlavədə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin siyahısı təqdim edilmişdir: X5, X4. İş materiallarında olan X14 tədbiri nəticəsində izahatı alınmış 1 nəfər fiziki şəxsin (işçinin) - X3 yazılı izahatından görünür ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə qutabçı vəzifəsinə işə götürülmüşdür, işəgötürənlə aralarında əmək müqaviləsi bağlanmamışdır. Günlük 10 manat nağd pul Fariz tərəfindən ödənilir. Heç bir sənədə imza atmırlar. Vergi ödəyicisi kimi vergi orqanından keçməmişdir. İş materiallarında olan X14 tədbiri nəticəsində izahatı alınmış 1 nəfər fiziki şəxsin (işçinin) - X2 yazılı izahatından görünür ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə dönərçi vəzifəsinə işə götürülmüşdür, işəgötürənlə aralarında əmək müqaviləsi bağlanmamışdır, 20 m gündəlik pul Fariz tərəfindən nağd formada ödənilir. Heç bir sənədə imza atmırlar. Vergi ödəyicisi kimi vergi orqanından keçməmişdir. İş materiallarında olan X14 tədbiri nəticəsində izahatı alınmış İddiaçı xx.xx.2023-cü il tarixli izahatından görünür ki, xx.xx.2023-cü il tarixdən icarə müqaviləsi bağlanmışdır, kassa aparatı ilə əlaqədar müraciət müvafiq STXM-nə müraciət olunub və xx.xx.2023-cü il tarixdən qeydiyyata düşmüşdür. Lakin STXM nümayəndəsi kassa aparatının quraşdırılmasını təmin etməmişdir. X1, X2 əmək müqaviləsini təmin edəcəkdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı əmək müqaviləsnin rəsmiləşdirilməsi barədə bildiriş göndərilmişdir. İddiaçı tərəfindən iltizam təqdim edilmişdir. İşdə olan “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********0541 saylı qərarına əsasən, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ilə ərzində birinci dəfə yol verdiyiniə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İşdə olan “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********1391 saylı qərarına əsasən, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İşdə olan şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1987-ci il təvəllüdlü İddiaçı Saatlı rayonu, A.Abuzərov 12 ünvanında qeydiyyatdadır. İş materiallarında olan “X14nin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********4397 nömrəli qərardan görünür ki, İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən mağazada Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək X14nin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan KY232059061 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışdan görünür ki, X14nin həyata keçirilməsi barədə məlumat xx.xx.2023-cü il tarixində reyestrdə qeydiyyata alınmışdır. İş materiallarında olan “vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrn ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması” barədə **********1392 nömrəli və **********80542 tələbnamə göndərilmişdir. Məhkəmə araşdırması zamanı tərəflərin verdiyi izahatlardan və iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, İddiaçı (VÖEN:**********) məxsus ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 1302.5 kv.m qeyri-yaşayış binasında Bakı şəhəri X16 üzrə Baş İdarəsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 41-ci və 50-ci maddələrinə əsasən xx.xx.2023-cü il tarixli **********4397 nömrəli Qərarı ilə X14 keçirilmişdir. X14 tədbiri nəticəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 (iki) nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə xx.xx.2023-cü il tarixli, seriya DVX № 000872 nömrəli akt tərtib olunmuşdur. Həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 (iki) nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə xx.xx.2023-cü il tarixli, seriya DVX № 000872 nömrəli akt tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixdə saat 13.15-də İddiaçı məxsus “Bufedo” dönərxanasında müştəri tərəfindən dönər və ayran, pepsi üçün 6.50 manat ödənildi, lakin ödənişin müqabilində həmin məbləğ üçün NKA-dan çek vurulmadı və təqdim edilməyi üçün xx.xx.2023-cü il tarixli, seriya DVX № 032486 nömrəli akt tərtib edilmişdir. Tərtib olunmuş aktlar əsasında 5 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, **********0541 saylı və xx.xx.2023-cü il tarixli **********1391 saylı ‘‘Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarlar qəbul edilmişdir. Hazırda iddiaçı həmin qərarlarla razılaşmayaraq onun ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını, iddiaçının dəlillərini və cavabdehin etirazının əsaslarını və tədqiq olunan sübutları aşağıdakı hüquq normaları əsasında qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-ci bəndinə görə işçi işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Həmin Məcəllənin 3-cü maddəsinin 3-cü bəndinə görə işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Həmin Məcəllənin 3-cü madəsinin 5-ci əndinə görə əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 3-cü maddəsinin 5-1-ci bəndinə görəəmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Həmin Məcəllənin 3-cü maddəsinin 8-ci bəndinə görə iş yeri — işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yerdir. Həmin Məcəllənin 7-cimaddəsinin 2-ci bəndinə əsasən 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 12-ci maddənin 1-ci bəndinin “h” yarım bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla)əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifəsidir. Həmin Məcəllənin 43-cü maddəsinin 1-ci bəndinə görə əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Həmin Məcəllənin 43-cü maddəsinin 2-ci bəndinə görə əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: a) işçinin soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, onun seriya və nömrəsi, pin kodu, verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı;b) işəgötürən hüquqi şəxs olduqda onun adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), hüquqi ünvanı, fiziki şəxs olduqda onun adı, soyadı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN), ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, pin kodu və ya fərdi identifikasiya nömrəsi (FİN), verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı; c) işçinin iş yeri, vəzifəsi (peşəsi); ç) əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün; d) əmək müqaviləsinin müddəti; e) işçinin əmək funksiyası; ə) işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması; f) tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri; g) işçiyə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şəraitin yaradılması; ğ) ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, işçinin dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN); h) işçinin iş yerinin əsas və ya əlavə iş yeri olması barədə qeyd. x) tərəflərin müəyyən etdiyi əlavə şərtlər barədə məlumatlar. Həmin Məcəllənin 47-ci maddəsinin “b” bəndinə əsasən təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə görə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 49-cu maddəsinin 1-2-ci bəndinə görə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 49-cu maddəsinin 2-ci bəndinə görə elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Həmin Məcəllənin 49-cu maddəsinin 2-2-ci bəndinə görə bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir. Həmin Məcəllənin 49-cu maddəsinin 3-cü bəndinə görə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Həmin Məcəllənin 49-cu maddəsinin 4-cü bəndinə görə əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeyd edilən hüquq normalarının təbiətindən görünür ki, işçi ilə işəgötürən arasında əmək münasibətləri tərəflər (işçi ilə işəgötürən) arasında bağlanmış əmək müqaviləsi ilə tənzimlənir. Eyni zamanda müəyyən olunur ki, əmək müqaviləsi bu barədə bildirişin qeydiyyata alındığı andan hüquqi qüvvəyə malik olur. Həmçinin qeyd olunan hüquq normaları ilə müəyyən olunur ki, işçinin əmək funksiyalarının icrasına başlanması və qurtarması anı, o cümlədən əmək funksiyalarının icrası yeri əmək müqaviləsi ilə tənzimlənir. İddiaçı tərəfindən iş materiallarına X5, X4 arasında bağlanmış əmək müqaviləsi təqdim edilməmişdir. İş materiallarında olan iddiaçı tərəfindən cəlb olunmuş və X14 tədbiri nəticəsində izahatı alınmış 2 nəfər fiziki şəxsin (işçinin) yazılı izahatlar təqdim edilmişdir. Təqdim edilmiş izahatlardan görünür ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə dönərçi vəzifəsinə işə götürülmüşlər, işəgötürənlə aralarında əmək müqavilələri bağlanmamışdır, gündəlik olaraq pul məbləği Fariz tərəfindən nağd formada ödənilir. Heç bir sənədə imza atmırlar. Vergi ödəyicisi kimi vergi orqanından keçməmişdir. Məhkəmə tərəfindən nəzərə çatdırılır ki, işçinin işə başlamalı olduğu ana kimi iddiaçı (işəgötürən) sözügedən əmək müqavilələrini qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyata alınmasını təmin etməli idi. Bu hal həmçinin işçinin əmək hüquqlarının (əmək haqqının hesablanması, məzuniyyət hüququnun yaranması və s.) və gələcəkdə pensiya təminatının təmin olunmasına xidmət etmiş olur. Göründüyü kimi, əmək müqaviləsinin qeydiyyatının aparılması (elektron informasiya sisteminə yerləşdirilməsi) işəgötürən kimi iddiaçının bir başa vəzifəsi olmasına baxmayaraq, iddiaçı öz vəziəfəsini icra etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin 1-ci bəndinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X14ni keçirmək Vergi orqanlarının hüquqlarına daxildir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən X14 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi ilə bağlı məsələləri (50.1.7-ci bəndi) əhatə edən vergi nəzarəti formasıdır. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən X14nin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. X14 tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.2-ci maddəsinə əsasən, X14nin həyata keçirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1 -ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.1. X14 vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə X14 ilə əhatə olunmalı olan məsələ (məsələlər), X14nin müddəti və X14ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.2. X14 vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. X14ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir 50.6. X14nin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. X14 tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49- cu maddələrinin müddəaları tətbiq edilir. Maddə 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında uçota alınmamış və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: Maddə 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən X14 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır. Həmin məcəllənin 58.7 və 58.7.2-ci maddələrinə əsasən 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında uçota alınmamış və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Məhkəmə yuxarıda qeyd olunan hüquq normalarını hazırkı işə tətbiqi baxımdan qeyd edir ki,X14 tədbiri zamanı vergi ödəyicisinə (iddiaçıya) maliyyə sanksiyası o halda tətbiq oluna bilər ki, iddiaçı (işəgötürən) tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri (2 nəfər işçini) hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş olsun. İşin müəyyən edilən hallarından görünür ki, xx.xx.2023-cü il tarixdə yəni, X14 tədbirinin həyata keçirlidiyi vaxt iddiaçı ilə əmək müqaviləsi bağlayan işçilər (2 nəfər) əmək funksiyalarının icrası üçün nəzərdə tutulmuş iş yerində olmuşdur, işçinin əmək funksiyasının icrasına başlanma tarixinin və vaxtının xx.xx.2023-cü il saat 08:00 olduğunu nəzərə alsaq həmin vaxt üçün əmək müqaviləsi bildirişi qeydiyyatdan keçməmiş, yəni işçinin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minməmişdir. Başqa sözlə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı işəgötürən kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 nəfər işçini işə cəlb etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş X14 tədbiri nəticəsində qeyd edilən faktlar aşkar edilmiş və bu barədə xx.xx.2023-cü il tarixli, seriya DVX № 000872 nömrəli akt tərtib edilmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixli, seriya DVX № 032486 nömrəli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 13.15-də İddiaçı məxsus “Bufedo” dönərxanasında müştəri tərəfindən dönər və ayran, pepsi üçün 6.50 manat ödənildi, lakin ödənişin müqabilində həmin məbləğ üçün NKA-dan çek vurulmadı və təqdim edilmədi. Keçirilmiş operativ veri nəzarəti tədbiri zamanı müəyyən olundu ki, NKA xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmasına baxmayaraq xx.xx.2023-cü il tarixdə saat 13:15-də obyektdə mövcud deyil. NK obyetkdə olmaması səbəbindən həmin məbləği bərpa etmək olmadı. X14 tədbiri nəticəsində İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə izahat verilərək göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdən icarə müqaviləsi bağlanmışdır, kassa aparatı ilə əlaqədar müraciət müvafiq STXM-nə müraciət olunub və xx.xx.2023-cü il tarixdən qeydiyyata düşmüşdür. Lakin STXM nümayəndəsi kassa aparatının quraşdırılmasını təmin etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 338 nömrəli "Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın təsdiq edilməsi barədə qərarının 8.3.7-ci bəndinə əsasən vergi orqanlarında qeydiyyatdan keçmiş NKA-dan istifadə etmək, texniki xidmət jurnalını və əməliyyatların uçotu kitabını Operatordan tələb etmək və NKA işləmədiyi dövrdə əməliyyatların uçotu kitabında müvafiq qeydlər aparmaq istifadəçinin vəzifəsi kimi müəyyən edilmişdir. Məhz yuxarıda qeyd edilən hüquq normalarına əsasən iddiaçı barəsində vergi orqanı tərəfindən X14 tədbiri keçirilmiş və keçirilmiş X14 tədbiri zamanı vergi ödəyicisi tərəfindən həqiqətən də Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada nəzarət kassaaparatından istifadə edilmədiyi müəyyən edilərək müvafiq aktlarla rəsmiləşdirilmiş və buna dair qərar qəbul edilmişdir. Vergi orqanı tərəfindən vergi ödəyicisinə məxsus obyektdə X14 tədbirlərinin həyata keçirilməsinin zəruri edən faktiki şərtlər mövcud olmuş və həmin faktlar keçirilmiş X14 tədbirləri nəticəsində aşkar olunaraq nəticələri qanunauyğun şəkildə rəsmiləşdirilmişdir. Məhz bu aktlara əsasən maliyyə sanksiyasının tətbiqi ilə bağlı xx.xx.2023-cü il tarixli, **********0541 saylı və xx.xx.2023-cü il tarixli **********1391 saylı ‘‘Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarlar qəbul edilmişdir. İşin faktiki haları onu deməyə imkan verir ki,iddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsi cəlb etmişdir. Lakin vergi nəzarətinin həyata keçirildiyini görən iddiaçı vergi məsuliyyətindən yayınmaq məqsədi ilə həmin işçinin yoxlama keçirilən zaman, yəni artıq vergi məsuliyyətinə cəlb edilməsi üçün əsas olan faktlar aşkar olunduqdan sonra sözügedən işçinin elektron informasiya sistemində qeydiyyata alınmasını təmin etmişdir. Bununla da məhkəmə yuxarıda qeyd edilən əsaslara görə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********0541 saylı və xx.xx.2023-cü il tarixli **********1391 saylı qərarları qanunidir və ləğv edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra– Azərbaycan Respublikasının İPM) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 2.0.11-ci maddəsinə görə, əlverişsiz (yükləyici) inzibati akt- maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. AzərbaycanRespublikasının İPM-nin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunda nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən inzibati icraatın başlanması üçün əsaslardan biri də fiziki və ya hüquqi şəxsin inzibati orqana ünvanlanmış ərizəsidir. İnzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmçinin, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməlidir. İnzibati orqan yazılı inzibati aktı yazılı şəkildə əsaslandırılmalı və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. (Qeyd edilən Qanunun 28.1, 21.2, 24.1, 45.1, 52.1, 61.1-ci mad.) «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.1-ci maddələrinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1955/2021 nömrəli qərarda hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur (maddə 70.1). AzərbaycanRespublikasının İPM-nin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. AzərbaycanRespublikasının İPM-nin 4.1-ci maddəsinə görə, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********0541 saylı və xx.xx.2023-cü il tarixli **********1391 saylı qərarların ləğv edilməsi” barədə iddia tələbi təmin edilməməlidir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********0541 saylı və xx.xx.2023-cü il tarixli **********1391 saylı qərarların ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-1306/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1306/2025
17.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver