Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1307/2022 14.10.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “övladına ümumi xəstəlik səbəbi ilə təyin edilmiş 2-ci dərəcəli əlilliyin təyinat tarixinin xx.xx.2021-ci il tarixdən deyil, xx.xx.2020-ci il tarixdən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 12 oktyabr 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, övladına, yəni X6 ümumi xəstəlik səbəbi ilə təyin edilmiş 2-ci dərəcəli əliliyin təyinat tarixinin xx.xx.2021-ci il tarixdən deyil, xx.xx.2020-ci il tarixdən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Ekspertiza və Rebilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi iddiaçının qeydiyyat ünvanının Füzuli rayonu olduğunu, Füzuli rayonu isə Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşdiyindən, hazırki mübahisəyə həmin məhkəmə tərəfindən baxılmalı olması qənaətinə gələrək xx.xx.2022-ci il tarixli, 2-1(112)-4746/2022 nömrəli qərardadı ilə işi baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun xx.xx.2006-cı il təvəllüdlü oğlu X7 anadangəlmə qüsurludur. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi əlilliyə görə müavinət təyin olunmuşdur. 16 yanvar 2020-ci il tarixdə 1-ci forma 88 göndərilmişdir, təqribən 1 ay sonra ona cavab gəlmişdir ki, yenidən müayinə-müalicə olunsun. Bundan sonra oğlu 2 dəfə xəstəxanada yataraq müalicə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi sağlamlıq” mərkəzində olan komissiyadan Elektroensefalografıya müayinəsindən, DOST 1 Mərkəzində canlı müayinədən keçərək, diaqnoz F068 orta dərəcəli əqli gerilik epilepsiya və epileptik aktiv ocaq, piylənmə, ciddi qulluq və müalicə tələb edən davranış pozuntusu, tez-tez təkrarlanan qıcolma tutmaları mart ayında yenidən Forma 88 ilə göndərilmişdir. Lakin təqribən 10 aydan sonra DOST 1 Mərkəzində ona dedilər ki, onlar cavab verib ki, yenidən Forma 88 göndərilməlidir. Əvvəlki və sonrakı Forma 88-lər hər ikisi eynidir, bir dənə tarix dəyişdirilmişdir. Özlərinin səhvini ört-basdır etmək üçün yeni Forma 88 istənilmişdir (Tarixin yeni olmasına görə). Lakin əvvəlki Forma 88 ilə əlillik pensiyası təyin edilə bilərdi. 2021-ci ilin yanvar ayında yenidən eyni Forma 88 göndərilmiş və 05 fevral 2021-ci il tarixdən əlilliyə görə müavinət təyin edilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçının övladı X3 əlillik vəziyyətinə Bakı 39 nömrəli Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G40 - Epilepsiya => G40.8 - Epilepsiyanın digər dəqiqləşdirilmiş formaları; Diaqnozun mətni: Epilepsiya.qıcolma tutmalarla, psixi inkişafın geri qalması; Meyar: 2. İki il müddətinə: => 2.1. sinir sisteminin xəstəlikləri və ruhi pozulmalar: => 2.1.4. epilepsiya və davamlı, terapevtik rezistent epilepsiyaya oxşar hallar (ayda 1 və ya daha çox böyük tutmalarla)...” səbəbi ilə 2 il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; X1: Vİ Sinif- Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G40 - Epilepsiya => G40.8 - Epilepsiyanın digər dəqiqləşdirilmiş formaları; Diaqnozun mətni: Epilepsiya.qıcolma tutmalarla.psixi inkişafın geri qalması; Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.5. epilepsiya və davamlı, terapevtik rezistent epilepsiyaya oxşar hallar (ayda 1 və ya daha çox böyük tutmalarla) və ya tez-tez təkrarlanan (həft...” səbəbi ilə 3 il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 39 nömrəli Şəhər Poliklinikasının xx.xx.2020-ci il tarixli göndərişi əsasında baxılmış və X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G40 - Epilepsiya => G40.3 - Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar; Diaqnozun mətni: Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar. Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, Eplepsiya nəticəsində demensiya. Orta dərəcəli əqli gerilik, Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Piylənmə.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: xəstənin diaqnozu və yanaşı xəstəliklərini dəqiqləşdirmək ücün əlavə müalicəyə ehtiyacı var” səbəbi ilə imtina verilmişdir. Bakı 39 nömrəli Şəhər Poliklinikasının xx.xx.2020-ci il tarixli göndərişi əsasında baxılmış və X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F70-F79 - Əqli gerilik => F71 - Orta dərəcəli əqli gerilik; Diaqnozun mətni: Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, Eplepsiya nəticəsində. Orta dərəcəli əqli gerilik, Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: tsek-ə göndərilən zaman xəstənin hazırki vəziyyəti funksional pozğunluq dinamika dəqiqləşdirilsin.” səbəbi ilə imtina verilmişdir. Bakı 39 nömrəli Şəhər Poliklinikasının xx.xx.2020-ci il tarixli göndərişi əsasında baxılmış və X1: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Tez-tez təkrarlanan qıcolmalar.Eplepsiya nəticəsində Demensiya. Orta dərəcəli əqli gerilik; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Uzun müddətdir ki, xəstə olmasına baxmayaraq, stasionar müalicələri qısa müddətlidir. Tutmaların sayını dəqiqləşdirmək üçün 1 ay ixtisaslaşmış müəssədə stasionar müalicə tələb olunur” səbəbi ilə imtina verilmişdir. Bakı 39 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F70-F79 - Əqli gerilik => F71 - Orta dərəcəli əqli gerilik; Diaqnozun mətni: Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu., Orta dərəcəli əqli gerilik Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, Epilepsiya nəticəsində Nitq artikulyasiyasının spesifik pozğunluğu, Özünə xidmət zamanı köməyə ehtiyac, Kənar şəxsin köməyi olmadan gündəlik fəaliyyəti mümkünsüzdür. Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Həftədə 2- 3 dəfə qıcolama tutmaları olur.; Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.6. dayanıqlı psixotik hallar (6 ay və daha artıq davam edən hallar) (F00-F98);” səbəbi ilə 3 il müddətinə əlillik dərəcəsi verilmişdir. Göründüyü kimi İddiaçı Əbil oğlunın övladı X3 Bakı 39 nömrəli Şəhər Poliklinikasının xx.xx.2020-ci il tarixli göndərişi əsasında əlilliyinin qiymətləndirilməsi zamanı ona “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: xəstənin diaqnozu və yanaşı xəstəliklərini dəqiqləşdirmək ücün əlavə müalicəyə ehtiyacı var” səbəbi ilə imtina verilmişdir, yəni həmin vaxt üçün göstərilən səbəbə görə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Göstərilən səbəblər aradan qalxdıqdan sonra isə ona Bakı 39 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında 3 il müddətinə əlillik dərəcəsi verilmişdir. Odur ki, iddiaçının övladı X6 xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə qeyd edilən səbəblərə görə əlillik dərəcəsi təyin etmək mümkün olmamış, xx.xx.2021-ci il tarixdən imtina səbəbləri aradan qalxdığı üçün əlillik təyinatı aparılmışdır. Qeyd edilən səbəblərə görə iddiaçının tələbi əsassız və qanunsuzdur. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əiilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X6 əlilliyin təyin olunması üçün Bakı 39 nömrəli Şəhər Poliklinikasının xx.xx.2020-ci il tarixli göndərişi əsasında baxılmış və X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G40 - Epilepsiya => G40.3 - Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar; Diaqnozun mətni: Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar. Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, Eplepsiya nəticəsində demensiya. Orta dərəcəli əqli gerilik, Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Piylənmə.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: xəstənin diaqnozu və yanaşı xəstəliklərini dəqiqləşdirmək ücün əlavə müalicəyə ehtiyacı var” səbəbi ilə imtina verilmişdir. Bakı 39 nömrəli Şəhər Poliklinikasının xx.xx.2020-ci il tarixli göndərişi əsasında baxılmış və X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F70-F79 - Əqli gerilik => F71 - Orta dərəcəli əqli gerilik; Diaqnozun mətni: Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, Eplepsiya nəticəsində. Orta dərəcəli əqli gerilik, Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: tsek-ə göndərilən zaman xəstənin hazırki vəziyyəti funksional pozğunluq dinamika dəqiqləşdirilsin.” səbəbi ilə imtina verilmişdir. Bakı 39 nömrəli Şəhər Poliklinikasının xx.xx.2020-ci il tarixli göndərişi əsasında baxılmış və X1: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Tez-tez təkrarlanan qıcolmalar. Eplepsiya nəticəsində Demensiya. Orta dərəcəli əqli gerilik; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Uzun müddətdir ki, xəstə olmasına baxmayaraq, stasionar müalicələri qısa müddətlidir. Tutmaların sayını dəqiqləşdirmək üçün 1 ay ixtisaslaşmış müəssədə stasionar müalicə tələb olunur” səbəbi ilə imtina verilmişdir. Bakı 39 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F70-F79 - Əqli gerilik => F71 - Orta dərəcəli əqli gerilik; Diaqnozun mətni: Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu., Orta dərəcəli əqli gerilik Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, Epilepsiya nəticəsində Nitq artikulyasiyasının spesifik pozğunluğu, Özünə xidmət zamanı köməyə ehtiyac, Kənar şəxsin köməyi olmadan gündəlik fəaliyyəti mümkünsüzdür. Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Həftədə 2- 3 dəfə qıcolama tutmaları olur.; Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.6. dayanıqlı psixotik hallar (6 ay və daha artıq davam edən hallar) (F00-F98);” səbəbi ilə 3 il müddətinə əlillik dərəcəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X8 xx.xx.2020-ci il tarixli “Elektroensefalorafiya müayinə”sindən görünür ki, X4 rezidual orqanik tipli eeq irritasya ləğngdir, hər iki yarımkürədə əsasən sağda yayılmış ocaqlı epileptik fəaliyyət aşkarlandı, ocaq aktivdir, sönmə yoxdur, təyinat davam etdirilsin. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X8 xx.xx.2020-ci il tarixli, 3655 nömrəli arayışından görünür ki, xx.xx.2006-cı il təvllüdlü X7 xx.xx.2020-ci il tarixdə tibb üzrə fəlsəfə doktrou Gülnarə Musabəyova tərəfindən müayinə olunub. Diaqnoz: Baş beynin xəstəliyi (epilepsiya) nəticəsində əqli gerililik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları, tez-tez təkrarlanan qıcolma tutulmaları ilə. F 02.8. İş materiallarında olan Bakı Şəhər Baş Səhiyyə İdarəsi 13 nömrəli Uşaq Poliklinikasının xx.xx.2020-ci il tarixli, 05 nönmrəli arayışından görünür ki, ünvan 4 ünvanında pasport qeydiyyatında olan, ünvan 4 ünvanında yaşayan xx.xx.2006-cı il təvəllüdlü X7 həqiqətən Yasamal rayonu 13 nömrəli Uşaq Poliklinikasının psixatriya kabinetində müayinədən keçib və qeydiyyata götürülmüşdür. Hazırda iddiaçı övladına, yəni xx.xx.2006-cı il təvəllüdlü X6 ümumi xəstəlik səbəbi ilə təyin edilmiş 2-ci dərəcəli əliliyin təyinat tarixinin xx.xx.2021-ci il tarixdən deyil, xx.xx.2020-ci il tarixdən hesablanmasını istəyir. İş materiallarında olan Bakı 39 nömrəli Şəhər Poliklinikası R.İddiaçı adına göndərdiyi xx.xx.2020-ci il tarixli, 4326003AABG5 saylı və xx.xx.2021-ci il tarixli, 4326003AABP4 saylı göndərişlərdə, №: 88 saylı arayışlarda qeyd edilən xəstəliklərlə əlaqədar əlillik vəziyyətinin Tibbi Sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilərək dərəcə verilməsi üçün şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrin nəticələri, müalicə tədbirləri və onların səmərəliliyi əsaslandırılmış formada göstərilmişdir. İş materiallarında Bakı 39 nömrəli Şəhər Poliklinikası R.İddiaçı adına əlillik vəziyyətinin təyini üçün Tibbi sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün doldurulmuş №:88 saylı arayışlarda qeyd edilən xəstəliklər aparılmış müayinələr əsasında bir daha öz təsdiqini tapmışdır. İşin qeyd olunan hallarını nəzərə alaraq aşağıda qeyd olunan əsaslara görə məhkəmə cavabdeh inzibati orqanın imtinasını əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”də (iddiaçının əlilliklə bağlı inzibati orqana müraciət etdiyi zaman qüvvədə olmuş redaksiyada) aşağıdakılar müəyyən olunmuşdur: - 1.4-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK (tibbi-sosial ekspert komissiyaları) və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir; - 4.1-cü bəndinə əsasən, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; - 4.3-cü bəndinə əsasən, göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; - 4.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə və “Vətəndaşın Elektron Sağlamlıq Kartı Sistemi”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışı təmin edilir. - 4.9-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 Sosial Ekspertiza və X5 (bundan sonra — TSERAS) ötürülür; - 4.23-ci bəndinə əsasən, mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEK-in çıxaracağı qərarla konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları, Xidmət tərəfindən müayinənin keçirilməsini zəruri edən səbəbləri qeyd etməklə, TSERAS-a daxil edir. TSERAS tərəfindən bu məlumatlar həmin gün Xidmətə ötürülür; - 4.24-ci bəndinə əsasən, Xidmət bu Əsasnamənin 4.23-cü bəndində göstərilən hallar üzrə TSEK-in müraciəti əsasında növbəti iş günü araşdırma aparmaqla, qərar qəbul edir, bu barədə məlumatı dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək TSERAS-a daxil edir. Göstərilmiş tələblərin ümumiləşdirilmiş nəticəsinə görə, şəxsin əlillik dərəcəsi TSEK və müəyyən edilmiş hallarda TSEK-in funksiyalarını həyata keçirən Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidməti müəyyən edir. İlk əvvəl şəxsin əlilliyin qiymətləndirilməsi üçün müvafi dövlət səhiyyə müəssisəsi göndəriş tərtib etməli və onu “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil etməlidir. - 4.25-ci bəndinə əsasən araşdırma şəxsin iştirakı ilə müayinə aparılması zərurəti yaradarsa, Xidmət TSERAS-dan müraciət daxil olduğu gün şəxsin əks əlaqə vasitələrinin birinə TSERAS vasitəsilə müayinə vaxtı və yeri barədə məlumat göndərir və ya bildirir. Şəxs Xidmətə gəldiyi gün müayinə olunur, müvafiq qərar qəbul edilir və bu barədə məlumat dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək şəxsə bildirilərək TSERAS-a daxil edilir. - 4.26-cı bəndinə əsasən əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.5-ci bəndində göstərilmişdir ki, Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Qaydaların 2.2-ci bəndinə göstərilmişdir ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarına uyğun olaraq əlilliyin müddətsiz təyin edilməsinə əsas verə bilən tibbi göstərişlərin olduğu hallarda göndərişlər sadələşdirilmiş qaydada (əlavə müayinələr, xəstəlik tarixindən çıxarışlar (epikrizlər), funksional diaqnostik müayinələr tələb edilmədən) verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının övladının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı övladına, yəni xx.xx.2006-cı il təvəllüdlü X6 ümumi xəstəlik səbəbi ilə təyin edilmiş 2-ci dərəcəli əliliyin təyinat tarixinin xx.xx.2021-ci il tarixdən deyil, xx.xx.2020-ci il tarixdən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Ekspertiza və Rebilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçı övladına, yəni xx.xx.2006-cı il təvəllüdlü X6 ümumi xəstəlik səbəbi ilə təyin edilmiş 2-ci dərəcəli əliliyin təyinat tarixinin xx.xx.2021-ci il tarixdən deyil, xx.xx.2020-ci il tarixdən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Ekspertiza və Rebilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1307/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1307/2022
14.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver