Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1308/2022 29.09.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı Xanhüseyn qızının, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Xanhüseyn qızının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 29 sentyabr 2022-ci il tarixdə, məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı Xanhüseyn qızı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1981-ci ildən xx.xx.1994-cü ilədək X6 Avadanlıqları zavodunda materialların ştamplanması ilə məşğul olan ştamplayıcı vəzifəsində işlədiyi təsdiq edilməklə ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi iddiaçının qeydiyyat ünvanının Salyan rayonu olduğunu, Salyan rayonu isə Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşdiyindən, hazırki mübahisəyə həmin məhkəmə tərəfindən baxılmalı olması qənaətinə gələrək xx.xx.2022-ci il tarixli, 2-1(112)-5256/2022 nömrəli qərardadı ilə işi baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddia tələbinin dəyişdirilərək “işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınmaqla ona xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx.xx.1976-cı ildən xx.xx.2014-cü il tarixədək müxtəlif vəzifələrdə, o cümlədən xx.xx.1981-ci ildən xx.xx.1994cü ilədək X6 Avadanlıqları zavodunda materialların ştamplanması ilə məşğul olan ştamplayıcı vəzifəsində işləmişdir. Əmək kitabçasında bu əmək stajı qeyd olunmuşdur. Ağır işdə işlədiyini müəssisə də arayışla və güzəştli aktla təsdiq etmişdir. Həmin müddətdə işlədiyi əmək stajı əmək kitabçasına işlənilmişdir. Beləliklə, güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır. Bununla əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin ona pensiya təyin edilməsindən imtina edilmişdir. Mərkəzi Filiala təqdim etdiyi xx.xx.1979-cu il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasından göründüyü kimi, güzəştli iş stajı xx.xx.1981-ci ildən xx.xx.1994-ci ilədək X6 Avadanlıqları zavodunda materialların ştamplanması ilə məşğul olan ştamplayıcı vəzifəsi üzrə 13 il təşkil edir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2021-ci il tarixli, **********2 saylı məktubunda xx.xx.1981-ci ildən xx.xx.1994-cü ilədək X6 Avadanlıqları zavodunda materialların ştamplanması ilə məşğul olan ştamplayıcı vəzifəsində işlədiyi halda, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının verilməsindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda həmin vəzifənin ümumi peşələr bölməsində nəzərdə tutulmadığını göstərməklə imtina etmişdir. İşlədiyi vəzifə araşdırılmadan imtina edilmişdir. Onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 12-ci “Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri” bölməsində qeyd olunan “izolyasiya materiallarının ştamplanması ilə məşğul olan ştamplayıcı” vəzifəsidir. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfındən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabırı sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İşlədiyi vəzifə birbaşa olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 12-ci “Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri” bölməsində izolyasiya materiallarının ştamplanması ilə məşğul olan ştamplayıcı, yəni güzəşt kateqoriyalı işçilər kateqoriyasına aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, qadınlar 55 vasına çatdıqda, azı 20 il sıqorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin islərdə çalısmışlarsa və fərdi hesabın sıqorta hissəsində qeydə alınmıs pensiya kapitalı əmək pensiyasının minimum məbləqindən az olmavan pensiva təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli, **********2 nömrəli cavab məktubunda göstərilmişdir ki, İddiaçı Xanhüseyn qızının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.1979- xx.xx.1981-ci il tarixləri arasındakı dövrdə “X6 Avadanlıqları” zavodunda işlədiyi məftilçəkən, xx.xx.1981-xx.xx.1994-cü il tarixləri arasındakı dövrdə işlədiyi ştamplayıcı vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Ümumi peşələr bölməsində nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Bildirilir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə X2 uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X7 qərarlarını, X7 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. İddiaçı isə müvafiq güzəştli iş stajına malik deyil. Onun işləmiş olduğu ştamplayıcı vəzifəsi izolyasiya istehsalatı və elektrotexniki avadanlığın təmiri bölməsində izolyasiya materiallarının ştamplanması ilə məşğul olan ştamplayıcı vəzifəsi ilə uyğunluq təşkil etmir. Bundan əlavə, iddiaçı güzəştli iş stajını təsdiq edən mötəbər arayış da təqdim etməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 2.4.1ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı olmalıdır. Həmin Qaydaların 3.2-ci bəndində görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının hansı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilməli olması sadalanmış və həmin sənədlərə əmək kitabçası ilə yanaşı sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər də daxil edilmişdir. Bundan əlavə, məlum olduğu kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfındən Azərbaycan Respublikasının digər məhkəmələrinə 28 noyabr 2020-ci il tarixli məktub göndərilmiş, tövsiyə edilmişdir ki, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı Xanhüseyn qızı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus 20 aprel 1979-cu il tarixli, İT-İ № ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Xanhüseyn qızı xx.xx.1976-cı il tarixli, 88/4 nömrəli əmrlə xx.xx.1976-cı il tarixdən Salyan rayon Əhaliyə Məişət Xidməti Kombinatına fərdi tikiş sexinə dərzi vəzifəsinə qəbul edilmiş, xx.xx.1979-cu il tarixli, 56/1 nömrəli əmrlə xx.xx.1979-cu il tarixdən ərizəsinə əsasən işdən azad edilmiş, xx.xx.1979-cu il tarixli, 24/k saylı əmrlə xx.xx.1979-cu il tarixdən X6 Avadanlıqları zavodunda isti metalın düzəldilməsi-hamarlanması (volsovşitsa) şagirdi vəzifəsinə qəbul edilmiş, xx.xx.1979-cu il tarixli, 35/k nömrəli əmrlə xx.xx.1979-cu il tarixdən həmin sahədə ona 1-ci dərəcə verilmiş, xx.xx.1981-ci il tarixli 99/ok nömrəli əmrlə xx.xx.1981-ci il tarixdən 1-ci dərəcəli ştamplayıcı (izolyasiya materiallarının ştamplanması ilə məşğul olan) vəzifəsinə qəbul edilmiş, xx.xx.1984-cü il tarixli 150/pr nömrəli əmrlə xx.xx.1984-cü il tarixdən həmin sahədə ona 2-ci dərəcə verilmiş, xx.xx.1990-cı il tarixli 101/pr nömrəli əmrlə xx.xx.1990-cı il tarixdən həmin sahədə ona 3-cü dərəcə verilmiş, xx.xx.1994-cü il tarxili, 51/k saylı əmrlə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1994-cü il tarxili, 53 saylı əmrlə xx.xx.1994-cü il tarixdən X1 İdarəsində məzənnə qoyan vəzifəsinə işə qəbul edilmiş, “Azneft” İB-nin xx.xx.2003-cü il tarixli 08 saylı əmrinə əsasən X1 İdarəsi xx.xx.2003-cü il tarixdən Nəqliyyat sexi kimi X8 İdarəsinin tərkibinə verilmiş, X8 İdarəsinin xx.xx.2003-cü il tarixli, 28/k nömrəli əmrinə əsasən xx.xx.2003-cü il tarixdən Nəqliyyat sexində yol vərəqəsinə qiymət qoyan işinə keçirilmiş, “Azneft” İB-nin xx.xx.2005-ci il tarixli, 25 nömrəli əmrinə əsasən X8 İdarəsi qazma sahəsi kimi X4 İşləri İdarəsinin tərkibinə verilmiş, xx.xx.2005-ci il tarixli 43 nömrəli əmrlə xx.xx.2005-ci il tarixdən Kürsəngi qazma sahəsində yol vərəqəsinə qiymət qoyan vəzifəsinə qəbul edilmiş, Azərbaycan Respublikası Prezidentinin 07 mart 2007-ci il tarixli, 539 nömrəli Fərmanına uyğun olaraq ARDNŞ-nin 12 mart 2007-ci il tarixli 51 nömrəli və 14 mart 2007-ci il tarixli 60 nömrəli əmrlərinə əsasən Qobustan KQİİ-si yenidən təşkil edilərək “X9” Trestinin tabeliyinə verilmiş, iddiaçı xx.xx.2007-ci il tarixli, 156 nömrəli əmrlə xx.xx.2007-ci il tarixdən “Qobustan” İxtisaslaşdırılmış Xüsusi Texnika İdarəsinin yaradılması ilə əlaqədar olaraq öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2007-ci il tarixli, 3/k nömrəli əmrlə xx.xx.2007-ci il tarixdən “Qobustan” İxtisaslaşdırılmış Xüsusi Texnika İdarəsinin qaraj sahəsinə 6-cı dərəcəli kargüzar vəzifəsinə qəbul edilmiş, xx.xx.2008-ci il tarixli, 12/k nömrəli əmrlə xx.xx.2008-ci il tarixdən 8-ci dərəcəli kompüter operatoru vəzifəsinə təyin edilmiş, İdarənin adının dəyişdirilməsi ilə əlaqədar xx.xx.2009-cu il tarixli, 3/k nömrəli əmrlə xx.xx.2009-cu il tarixdən yenidən 8-ci dərəcəli kompüter operatoru vəzifəsinə təyin edilmiş, xx.xx.2014-cü il tarixli, 86/k nömrəli əmrə əsasən xx.xx.2014-cü il tarixdən ştatların ixtisar edilməsi ilə əlaqədar işdən azad olunmuş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Qeyd olunan əmək kitabçasına əsasən İddiaçı Xanhüseyn qızının xx.xx.2014-cü il tarixinə ümumi əmək stajının 37 il 07 ay 06 gün təşkil etdiyi müəyyən olunur. İddiaçı əmək kitabçasında qeyd olunan ümumi iş stajının və X6 Avadanlıqları zavodunda əmək şəraiti xüsusilə zərərli və ağır olan ştamplayıcı vəzifəsində işlədiyi xx.xx.1981-ci il tarixdən xx.xx.1994-cü il tarxədək olan dövr üzrə topladığı 13 il 04 ay 16 gün əmək stajınin ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi hüququ verdiyini iddia edir. İş materiallarında olan cavabdeh təşkilatın iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli **********2 nömrəli “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubunda, habelə məhkəməyə təqdim olunmuş iddiaya qarşı etirazında bildirilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərinizdə xx.xx.1979-xx.xx.1981-ci il tarixləri arasındakı dövrdə “X6 Avadanlıqları zavodunda işlədiyiniz məftilçəkən, xx.xx.1981-xx.xx.1994-cü il tarixləri arasındakı dövrdə işlədiyiniz ştamplayıcı vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının “ümumi peşələr” bölməsində nəzərdə tutulmamışdır. Bu səbəbdən sizin güzəştli iş stajınız yoxdur. Həmçinin, bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı olmalıdır. Qeyd olunanlar nəzərə alınaraq cavabdeh təşkilat tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə cavabdeh təşkilatın bu dəlillərini əsassız hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, qadınlar 55 vasına çatdıqda, azı 20 il sıqorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin islərdə çalısmışlarsa və fərdi hesabın sıqorta hissəsində qeydə alınmıs pensiya kapitalı əmək pensiyasının minimum məbləqindən az olmavan pensiva təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının həm imtina məktubundan, həm də iddiaya qarşı etirazından göründüyü kimi, cavabdeh iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi hüququnu yaradan, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən tələb olunan ümumi stajını və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalnın aşağı həddini mübahisələndirməmiş, yalnız İddiaçı Xanhüseyn qızının “X6 Avadanlıqları zavodunda xx.xx.1981-xx.xx.1994-cü il tarixləri arasındakı dövrdə işlədiyi ştamplayıcı vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “ümumi peşələr” bölməsində nəzərdə tutulmadığını və bu səbəbdən güzəştli iş stajına malik olmadığını, beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərinin iddiaçıya münasibətdə tam ödənilmədiyini əsas gətirilərək ona güzəştli şərtlərlə pensiya təyinatından imtina etmişdir. İş materiallarında olan “X6 Avadanlıqları” Açıq Səhmdar Cəmiyyətinin 29 oktyabr 2021-ci il tarixli, 01 saylı arayışında bildirilir ki, İddiaçı Xanhüseyn qızının əmək kitabçasının 5-ci qeydində ştamplayıcı peşəsi haqqında qeyd “fəhlələrin iş və peşələrinə dair Vahid Tarif ixtisas məlumat Kitabçası”nda göstərilmiş peşə adlarına uyğun olaraq “izolyasiya materiallarının ştamplanması ilə məşğul olan ştamplayıcı” kimi qeyd olunmalıdır. Bu arayış əmək kitabçasının 5-ci qeydində düzəliş aparmaq üçün əmək kitabçasına əlavə olunur. “X6 Avadanlıqları” zavodu xx.xx.2001-ci ildən Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. İş materiallarında olan “X6 Avadanlıqları” Açıq Səhmdar Cəmiyyətinin 29 oktyabr 2021-ci il tarixli 02 saylı arayışında bildirilir ki, İddiaçı Xanhüseyn qızı xx.xx.1981-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının 12-ci bəndində nəzərdə tutulan və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən “izolyasiya materiallarının ştamplanması ilə məşğul olan ştamplayıcı” vəzifəsində işləmişdir. Arayış Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına təqdim edilməsi üçün verilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı Xanhüseyn qızının əmək kitabçasının 5-ci qeydində vəzifəsinin “fəhlələrin iş və peşələrinə dair Vahid Tarif ixtisas məlumat Kitabçası”nda göstərilmiş peşə adlarına uyğun olaraq “izolyasiya materiallarının ştamplanması ilə məşğul olan ştamplayıcı” kimi deyil, qısa şəkildə “ştamplayıcı” kimi qeyd olunmasınin məsuliyyəti iddiaçının üzərinə qoyula bilməz. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdeh təşkilatın iddiaya qarşı etirazında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışının olmaması” dəlili əsassızdır (“X6 Avadanlıqları” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh təşkilata təqdim etmək üçün verdiyi 29 oktyabr 2021-ci il tarixli 02 saylı arayış). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri” sahəsini əhatə edən 12-ci bölməsinin a) fəhlələr bəndinin 47-ci sətrində “izolyasiya materiallarının ştamplanması ilə məşğul olan ştamplayıcılar”ın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə aid olduğu təsbit olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınmaqla ona xx.xx.2021-ci tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir. İddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci və 9.8-ci maddələrsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün onun 55 yaşı tamam olmalı, azı 20 il ümumi iş stajına malik olmalı və bunun azı 10 ili güzəştli iş stajı olmalı, habelə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi tələb olunan məbləğdə olmalıdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün yuxarıda istinad olunan normalarla tələb olunan dispozisiya şərtləri iddiaçıya münasibətdə tam ödənilmişdir. Belə ki, iddiaçının 20 ildən az olmayan ümumi və azı 10 il güzəştli iş stajı mövcuddur. Ona pensiyanın təyin olunması üçün müraciət etdiyi tarixə iddiaçı tələb olunan yaş həddinə çatmışdır. Bu baxımdan, iddiaçı xx.xx.2021-ci tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır. Belə ki, cavabdeh iddiaçının ümumi iş stajının və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı hədd məbləğinin mövcudluğunu mübahisələndirməməklə qəbul etmiş, cavabdehin yeganə mübahisələndirdiyi iddiaçının güzəştli iş stajının mövcudluğu isə iş üzrə təqdim və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərlə tam təsdiq olunmuşdur. Beləliklə, məhkəmə tərəfindən aparılmış araşdırmalar nəticəsində və iş materiallarında olan, mötəbərliyi mübahisələndirilməyən sübutlarla müəyyən edilmişdir ki, iddiaçının iş illəri nəzərə alınmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan güzəştli iş stajı vardır. Məhkəmə baxışı zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuş, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ 55 yaşdan, yəni xx.xx.2015-ci ildə yaranmış olsa da, iddiaçıya xx.xx.2014-cü il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilmiş və xx.xx.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası almışdır. Odur ki, məhkəmə hesab edir ki, ona yaşa görə əmək pensiyası xx.xx.2021-ci il tarixindən təyin edilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı Xanhüseyn qızının işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla ona xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Xanhüseyn qızının işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla ona xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1308/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1308/2022
29.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver