Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1308/2024 18.04.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsı barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-11459/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsinə dair işin ərazi aidiyyatı üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 1992-ci ildə Kürdəmir RMK-dan hərbi xidmətə getmiş və 701 saylı h/h komandirinin xx.xx.1992-ci il tarixli, 53 nömrəli əmrinə əsasən hərbi xidmətə başlamışdır. 701 saylı h/h komandirinin xx.xx.1992-ci il tarixli 100 nömrəli əmrinə əsasən döyüş tapşırıqlarını yerinə yetirmək üçün Kəlbəcər rayonuna ezam olunmuşdur. 1993-cü ildə ağır yaralandığı üçün hospitala göndərilmişdir. Qayıtdıqdan sonra 701 saylı h/h komandirinin xx.xx.1993-cü il tarixli, 201 saylı əmrinə əsasən döyüş tapşırıqlarını yerinə yetirmək üçün Murovdağ döyüş mövqeyinə ezam olunmuşdur. 701 saylı h/h komandirinin xx.xx.1994-cü il tarixli 47 nömrəli əmrinə əsasən mülicə (ayaqlarını don vurduğu) üçün hospitala göndərilmişdir. Sonra 706 saylı h/h komandirinin xx.xx.1996-cı il tarixli, 231 nömrəli əmrinə əsasən ordu sıralarından təxris olunmuşdur. Xidmət etdiyi dövrdə Qarabağ Müharibəsində iştirak etmişdir. 2-dəfə ağır yaralanaraq 3-cü qrup Qarabağ Müharibəsi əlili olmuşdur. Uzun illər idi ki, 3-cü qrup Qarabağ Müharibəsi əlili kimi Prezident təqaüdü və pensiya alırdı. Axırıncı dəfə xx.xx.2021-ci il tarixdə növbəti komissiyadan keçən zaman ona əlillik təyin olunmuşdur. Bundan sonra 2023-cü ildə müharibə veteranı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdehə müraciət etsə də cavabeh tərəfindən veteran vəsiqəsinin və vəsiqəsinin verilməsindən əsassız olaraq imtina edilmişdir. Ərizə ilə Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna müraciət edərək barəsində cinayət işinin olub-olmaması barədə arayış verilməsi ilə bağlı müraciətinə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli, 3-3-12-L-688/23 nömrəli məktubunda göstərilmişdir ki, barənizdə cinayət işinin olub-ollmamasına dair müraciətiniz 12 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna daxil olmuş və müraciətinə cavab olaraq 12/1-1-688/23 nömrəli arayışında göstərilmişdir ki, sizin barənizdə cinayət işinin olub-olmamasına dair müraciətiniz 12/1-1-688/23 nömrəsi ilə qeydə alınmaqla baxılmışdır. Bildirir ki, N və N nömrəli hərbi hissələrdə xidmət etdiyiniz müddət ərzində barənizdə Respublika Hərbi Prokurorluğunda hər hansı bir cinayət işi və ya təqsirləndirici materialın olması müəyyən edilməmişdir. Yuxarıda göstərdikləri Kürdəmir Asan Xidmət mərkəzi tərəfindən verilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 3-13-12-1/2-L-115 1xx/xx/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, məhkumluğumun olmaması ilə bağlı arayışı ilə də tam təsdiqini tapmışdır. Lakin cavabdeh tərəfindən əsassız olaraq xx.xx.2023-cü il tarixli məktubu ilə ona “Müharibə veteranı” adının və vəsiqənin verilməsindən imtina edilmişdir. Həmin məktubu poçt vasitəsi ilə xx.xx.2023-cü il tarixdə almış (zərfin arxasında olan tarix:xx.xx.2023). Veteranlar haqqında Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin 2-ci abzasında göstərilir ki, Azərbaycan Respublikası Ərazi Bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrə ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bölməsində göstərilir ki, müharibə veteranı adı Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda 1991-ci ilin oktyabrın 9-dan 1994-cü ilin may ayının 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi qulluqçulara, 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələri və xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər. Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizəsi Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi isə onun döyüş bölgələrində erməni təcavüzkarlarına qarşı vuruşduğunu təsdiq edən müvafiq sənədlər olmasına baxmayaraq ona müharibə veteranı adı və vəsiqəsi verməkdən əsassız olaraq imtina etmişdir. Bu barədə sənədi başqa qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müarciət etməyə məcbur olmuşdur. Beləliklə, yuxarıda göstərilən hallara əsaslanaraq onun xx.xx.1992-ci il tarixdən hərbi xidmətə başlamağını və 701 saylı h/h komandirinin xx.xx.1992-ci il tarixli, 100 nömrəli əmrinə əsasən döyüş tapşırıqlarını yerinə yetirmək üçün Kəlbəcər rayonuna ezam olunmağı, 1993-cü ildə ağır yaralandığını, müalicədən qayıtdıqdan sonra 701 saylı h/h komandirinin xx.xx.1993-cü il tarixli, 201 saylı əmrinə əsasən döyüş tapşırıqlarını yerinə yetirmək üçün yenidən Murovdağ döyüş mövqeyinə ezam olunmağını, 701 saylı h/h komandirinin xx.xx.1994-cü il tarixli, 47 nömrəli əmrinə əsasən müalicə (ayaqlarını don vurduğu) üçün hospitala göndərilməyini, bütün bunlardan sonra 706 saylı h/h komandirinin xx.xx.1996-cı il tarixli, 231 nömrəli əmrinə əsasən təxris olunmağını və ən əsası Respublikanın Ərazi Bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edərək 3-cü qrup Qarabağ müharibəsi əlili olmağını nəzərə alaraq ona müharibə veteranı adı və vəsiqəsi verilməsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməlidir. Ali Məhkəmənin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2007-ci il tarixli qərarına əsasən, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar llziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur, fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Bundan əlavə, İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası MPM-nin müddəaları tətbiq oluna bilər. Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikası İPM-nin 45 və 46-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmədən 1992- 1996-cı illərdə erməni işğalçılarına qarşı Respublikanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etməyini nəzərə alaraq İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsinə dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Şifahi məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Yardımlı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Yardımlı rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdə Kürdəmir rayonu, Şilyan kəndində anadan olmuş, Kürdəmir rayonu, Şilyan kəndində qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli, 512 nömrəli qərarında qeyd edilmişdir ki, Kürdəmir RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu travma-diaqnoz: «Sağ sağrı və sol baldırın yumşaq toxumalarının əzilməsi. Baş beynin silkələnməsi, qabarıq təzahür edən kliniki əlamətlərlə» (Kürdəmir RHK-nın xx.xx.2009-cu il tarixli, 13 nömrəli arayışı, N nömrəli hərbi-hissədən verilmiş xx.xx.1993-cü il tarixli çıxarış epikrizi ilə təsdiq edilir), «HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR. ƏSAS: - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.2. maddəsinin a) bəndi. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 4/3 4785 nömrəli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli, 4/2-1268 nömrəli arayışına əsasən dəfələrlə hərbi hissəni özbaşına tərk etmə faktı olduğuna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. İşdə olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-3-12/2-L-688/23 nömrəli məktubunda qeyd edilmişdir ki, sizin barənizdə cinayət işinin olub-olmamasına dair müraciətiniz 12 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Hərbi Prokurorluğuna daxil olmuş və 12/1 -L-688/23 nömrəsi ilə qeydə alınmaqla baxılmışdır. Bildirirəm ki, N və N nömrəli hərbi hissələrdə xidmət etdiyiniz müddət ərzində barənizdə Respublika Hərbi Prokurorluğunda hər hansı bir cinayət işi və ya təqsirləndirici materialın olması müəyyən edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-13-12- 1/2-L-1151xx/xx/2023 nömrəli arayışında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx xxxx 1973-cü il tarixdə Azərbaycan Respublikası, Kürdəmir rayonunda anadan olmuş İddiaçı məhkumluğu yoxdur. Məhkumluq barədə məlumat Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81- 83-cü və 92-ci maddələrinin müddəaları nəzərə alınmaqla verilir. İşdə olan N nömrəli hərbi hissənin N nömrəli arayışından görünür ki, N nömrəli hərbi hissənin sıravi əsgəri İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək N nömrəli hərbi hissənin cərrahiyyə şöbəsində sağ sağrı və sol baldırın yumşaq toxumalarının əzilməsi, baş-beyin silkələnməsi, qabarıq təzahür edən klinik əlamətlərlə diaqnozuyla müalicə olunub xx.xx.1993-cü il tarixdə Kəlbəcər rayonunun ərazisində kedən döyüşlər zamanı travma almışdır. Kəlbəcər rayon xəstəxanasına gətirilmiş və müvafiq yardım göstərildikdən sonra xx.xx.1993-cü il tarixdə vertalyotla N nömrəli hərbi hissəyə gətirilib. Konservativ müalicə aparılmışdır. İşdə olan AO ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş hərbi biletin surətindən görünür ki, Lətifov X2 RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə göndərilmiş, 1992-1994-cü illərdə Laçın, Kəlbəcər, Ağdərə və Murov uğrunda gedən döyüşlərdə iştirak etmiş, baş-beyin travması kliniki əlamətləri ilə yumşaq toxumaları və sağ ayaq mili zədələnmiş, xx.xx.1996-cı il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.1996-cı il tarixli, 141 saylı əmri ilə təxris olunmuşdur. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinə görə 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən Kürdəmir RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmışdır. Döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu travmadiaqnoz: «Sağ sağrı və sol baldırın yumşaq toxumalarının əzilməsi. Baş beynin silkələnməsi, qabarıq təzahür edən kliniki əlamətlərlə» (Kürdəmir RHK-nın xx.xx.2009-cu il tarixli, 13 nömrəli arayışı, N nömrəli hərbi-hissədən verilmiş xx.xx.1993-cü il tarixli çıxarış epikrizi ilə təsdiq edilir), «HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR. Həmçinin hərbi xidmət dövründə 1992-1994-cü illərdə Laçın, Kəlbəcər, Ağdərə və Murov uğrunda gedən döyüşlərdə iştirak etmiş, baş-beyin travması kliniki əlamətləri ilə yumşaq toxumaları və sağ ayaq mili zədələnmiş, xx.xx.1996cı il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.1996-cı il tarixli, 141 saylı əmri ilə təxris olunmuşdur. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsindən ötrü Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş lakin cavabdeh inzibati orqan onun müraciətindən imtina etmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin “imtinasın”da və iddiaya qarşı verilən etirazın dəlillərində iddiaçının xidməti barədə məlumatın olmaması qeyd olunsa da, iş materiallarında iddiaçıya məxsus sənədlərdə iddiaçının xidməti və yaralanması barədə məlumatlar mövcuddur. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, İnzibati icraat haqqında” Qanunun : 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-1308/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1308/2024
18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver