Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1312/2023 05.04.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi X16 оğlunun katibliyi ilə, İddiaçı cavabdeh Laçın rayon Qeydiyyat Şöbəsinə qarşı “mərhum bacısı X3 barəsində Laçın rayon Şəlvə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş xx.xx.1963-cü il tarixli, 60 saylı doğum haqqında akt qeydinin uşaq qrafasında soyadının “Sadıqova” dan “Hüseynova” ya, həmin doğum akt qeydində ana qrafasında isə anasının soyadının “Sadıqova” dan Hüseynova ya düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Laçın rayon Qeydiyyat Şöbəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “mərhum bacısı X3 barəsində Laçın rayon Şəlvə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş xx.xx.1963-cü il tarixli, 60 saylı doğum haqqında akt qeydinin uşaq qrafasında soyadının “Sadıqova” dan “Hüseynova” ya, həmin doğum akt qeydində ana qrafasında isə anasının soyadının “Sadıqova” dan Hüseynova ya düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçının mərhum bacısı X3 barəsində Laçın rayon Şəlvə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş xx.xx.1963-cü il tarixli, 60 saylı doğum haqqında akt qeydinin uşaq qrafasında soyadı “Sadıqova”, həmin doğum akt qeydində ana qrafasında isə anasının soyadının “Sadıqova” qeyd edilmiş, lakin iddiaçının mərhum bacısı barəsində tərtib edilmiş bütün digər sənədlərdə uşaq qrafasında soyadı “Hüseynova”, ana qrafasında isə “Hüseynova” kimi yazılmışdır. İddiaçı müvafiq sənədlər əsasında doğum haqqında akt qeydində düzəliş edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı və cаvаbdеh Laçın rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. İddiaçı və cavabdeh məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1954-cü il təvəllüdlü İddiaçı Laçın rayonu, Dambulaq kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. - Laçın rayon İcra Hakimiyyəti Başçısının Şəlvə kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı bacısı X7 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir, vəfat etdiyi tarixə qədər qardaşı İddiaçı ilə birgə bir evdə yaşamış və onun himayəsində olmuşdur. - Laçın rayon İcra Hakimiyyəti Başçısının Şəlvə kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 262 nömrəli arayışdan görünür ki, Laçın rayonu, Dambulaq kənd sakini Hüseynov X8 rayonu, Muğanlı kəndi ərazisində müvəqqəti yaşayır, X7 ilə qardaş-bacıdır. - Laçın rayon İcra Hakimiyyəti Başçısının Şəlvə kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 263 nömrəli arayışdan görünür ki, Laçın rayonu, Dambulaq kənd sakini X7 1992-ci ilin May ayından məcburi köçkün düşmüş, ona aid sənədlər işğal zonasında qalmışdır. - Laçın rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 05/70-121/69 nömrəli arayışından görünür ki, X9 10 dekabr 1963-cü il tarixdə Laçın rayonu, Dambulaq kəndində anadan olmuşdur. Bu barədə xx.xx.1963-cü il tarixdə Laçın rayonu, Dambulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 60 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Ana qrafasında X2 adı qeyd edilmişdir. Ata haqqında məlumatlar anasının deməsinə görə yazılmışdır. xx.xx.2022-ci ildə vəfat etmiş H.G.Cürə qızının xx.xx.2022-ci ildə 51 nömrəli akt qeydi ilə ölümü Laçın rayon Qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. - xx.xx.2022-ci il tarixli, AZ-İV 749625 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1954-cü il tarixdə anadan olmuşdur. Ata qrafasında X11, ana qrafasında X1 adı qeyd edilmişdir. - xx.xx.2022-ci il tarixli, AZ-İİ 261663 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə ürək çatışmazlığı səbəbindən vəfat etmişdir. - xx.xx.2022-ci il tarixli, AZ-İİ 261681 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2015-ci il tarixdə beyinə qansızma səbəbindən vəfat etmişdir. - xx.xx.2022-ci il tarixli, AZ-İİ 261682 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.1990-cı il tarixdə ürək qan damar çatmamazlığı səbəbindən vəfat etmişdir. - xx.xx.1963-cü il tarixli, 60 saylı doğum haqqında akt qeydindən görünür ki, X5 xx.xx.1963-cü ildə doğulması barədə qeydiyyat aparılmış, ana qrafasında X6 qeyd edilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının mərhum bacısı X3 barəsində Laçın rayon Şəlvə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş xx.xx.1963-cü il tarixli, 60 saylı doğum haqqında akt qeydində soyadının “Sadıqova” və ana qrafasında soyadının “Sadıqova” qeyd edilməsinə baxmayaraq, digər sənədlərdə soyadları “Hüseynova” qeyd edilmişdir. İddiaçının mərhum bacısının və anasının ölüm haqqında şəhadətnamələrində soyadlarının “Hüseynova” qeyd edilməsi onu deməyə əsas verir ki, iddiaçının mərhum bacısının və anasının soyadı “Hüseynova” olmuş, iddiaçı isə uzun illər ərzində müvafiq sənədlərdə mərhum bacısının və anasının soyadının “Hüseynova” olaraq qeyd edilməsi ilə bağlı həmin sənədlərin məzmununa və icra edilmiş qeydlərin düzgünlüyünə etimad göstərmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının mərhum bacısı X3 barəsində Laçın rayon Şəlvə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş xx.xx.1963-cü il tarixli, 60 saylı doğum haqqında akt qeydində uşaq qrafasında soyadının “Sadıqova” dan “Hüseynova” ya, həmin doğum akt qeydində ana qrafasında isə anasının soyadının “Sadıqova” dan Hüseynova ya düzəliş edilməsi üçün kifayət qədər əsaslar olmuşdur və cavabdeh orqan, müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçının mərhum bacısı X3 barəsində Laçın rayon Şəlvə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş xx.xx.1963-cü il tarixli, 60 saylı doğum haqqında akt qeydinin uşaq qrafasında soyadının “Sadıqova” dan “Hüseynova” ya, həmin doğum akt qeydində ana qrafasında isə anasının soyadının “Sadıqova” dan Hüseynova ya düzəliş edilməsi öhdəliyi cavabdeh Laçın rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulur. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-1312/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1312/2023
05.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver