Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1312/2024 18.03.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Ağcabədi X1rşı “xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Ağcabədi X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağcabədi Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli, 2(017)-155/2019 saylı qətnaməsi ilə iddiaçının cavabdeh İddiaçı qarşı “dəymiş maddi zərərə görə 6.335, 40 manat pul tələbinə dair” iddiası qismən təmin edilərək cavabdehin iddiaçıya məxsus 4,0 ha torpaq sahəsinin boşaldılaraq iddiaçıya qaytarılması və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Tərəflər ayrı-ayrılıqda qətnamədən apellyasiya şikayəti vermişlər. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 iyul 2020-ci il tarixli, 2(106)-657/2020 saylı qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli, 2(017)- 155/2019 saylı qətnaməsi ləğv edilmiş, iddiaçının cavabdehə qarşı “dəymiş maddi zərərə görə 6.335, 40 manat iddiasına dair” mülki iş üzrə icaraata xitam verilmiş və iddiaçının apellyasiya şikayəti təmin edilmədən saxlanılmışdır. Məhkəmə öz qəradadında izah etmişdir ki, “’’İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82.2-ci maddəsinin tələbi uyğun olaraq dəymiş ziyana görə pul tələbinin icraya yönəldilməsi haqqında qərar qəbul edib, həmin qərarı məcburi qaydada icra edilməsi üçünmüvafıq rayon icra şöbəsinə göndərilməlidir”. Məhkəmənin gəldiyi mticəyə əsasən X6 Təsərrüfatı Mərkəzi inzibati orqandır və “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinin 2-ci bəndində göstərilən müddəalara əsaslanaraq təbiətə dəymiş ziyana görə idarə tərəfindən inzibati akt qəbul edilməli və icra olunması üçün icra şöbəsinə göndərilməlidir. iddiaçı qərardaddan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-5061/2020 saylı Qərarı ilə iddiaçı Ağcabədi Regional X4 kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 iyul 2020-ci il tarixli, 2(106)-657/2020 saylı qərardadı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.Bundan sonra cavabdeh tərəfindən 19 sentyabr 2022-ci il tarixli mübahisəli qərar qəbul edilmişdir. Qərara əsasən cavabdeh: xx.xx.1973-cü il tarixdə Laçın rayonu Mişni kəndində anadan olmuş, hazırda Laçın rayonu Mişni kəndində qeydiyyatda olmaqla, Ağcabədi rayonu, Taxta Körpü qəsəbəsində məskunlaşmış İddiaçı qarşı 6335,40 manat alınaraq Ağcabədi Tegional X4 hasabına ödənilməlidir. Mübahisəli qərarın qərara aldım hissəsinin özü qeri-müəyyəndir. Belə ki, maddi ziyan olaraq müəəyən edilmiş 6335,40 manat məbləğində pulun İddiaçı deyil, İddiaçı qarşı (kimdənsə?) 6335,40 manatın alınaraq Ağcabədi Tegional X4n hasabına ödənilməsi qərara alınmışdır. Bundan əlavə mübahisəli ərazi 1932-ci ildən Laçın rayonu, Mişni kolxozunun qış yatağı olmuşdur. 1992-ci may ayından İddiaçı kolxoza məxsus ərazidə 4,0 ha sahədə əkin-biçin iləri aparıb davamlı olaraq tərpaqdan səmərəli istifadə etmişdir. Cavabdeh Ağcabədi Tegional X4 iddiası əsassızdır. Mübahisəli ərazi 1978-ci ilin xəritəsinə əsasən Laçın rayonu, Mişni kənd qış yatağına məxsus ərazidir. Qeyd edilən hal həmkəndliləri tərəfindən tərtib edilmiş və Laçın rayonu Mişni kənd inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsini müvəqqəti icra edən Günel Həsənova tərəfindən təsdiq edilmiş 24 yanvar 2019-cu il tarixli aktla da təsdiq olunur. Qeyd edilənlərlə yanaşı Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2004-cü il tarixli Sərəncamının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən aslı olmayaraq 1992-98-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. Buna baxmayaraq cavabdeh təşkilatın direktoru Cahid Məmmədov qeyd edilən sərəncamın tələblərinə riayət etmir. Qeyd edilənlərə əsasən hesab edir ki, Ağcabədi Tegional X4 19 sentyabr 2022-ci il tarixli qərarı əsassızdır və ləğv edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı və cavabdeh X6 Təsərrüfatı Mərkəzi lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Ağcabədi Regional X4 xx.xx.2022-ci il tarixli qərarından görünür ki,xx.xx.1973-cü il tarixdə Laçın rayonu,Mişni kəndində anadan olmuş hazırda Laçın rayon Mişni kəndində qeydiyyatda olmaqla, Ağcabədi rayon “Taxta Körpü” qəsəbəsində məskunlaşmış X5 qarşı 6335.40 manat alınaraq Ağcabədi Regional X4 hesabına ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Ağcabədi rayon Məhkəməsinin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı 25 yanvar 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, iddiaçı X6 TM-nin cavabdeh İddiaçı qarşı qanunsuz zəbt edilmiş ərazinin boşaldılması, ərazinin əvəlki vəziyyətə qaytarılması və X8 dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Ağcabədi rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli. 2(017)-155/2019 saylı qətnaməsi, Şirvan Apellyasiya Məhkəməsinin 08 iyul 2020-ci il tarixli, 2(106)-657/2020 saylı qərardadı və Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2(102)-5061/2020 saylı qərarı göndərilmişdir. Əlavə olaraq bildirilir ki, Şirvan Apellyasiya Məhkəməsinin 08 iyul 2020-ci il tarixli. 2(106)-657/2020 saylı qərardadı 08 yanvar 2021-ci il tarixdə qanuni qüvvəyə mindiyinə görə icra olunması üçün Ağcabədi rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İş materiallarında olan Ağcabədi rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli. 2(017)-155/2019 saylı qətnaməsində göstərilmişdir ki, iddiaçı X6 TM-nin cavabdeh İddiaçı qarşı “dəymiş maddi zərərə görə 6.335,40 manat pul tələbinə dair” iddiası qismən təmin edilərək, cavabdehin iddiaçıya məxsus olan 4.0 ha torpaq sahəsinin boşaldılaraq iddiaçıya qaytarılması və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 08 iyul 2020-ci il tarixli, 2(106)-657/2020 saylı qərardadında göstərilmişdir ki, iddiaçı Ağcabədi Regional X4 apelyasiya şikayəti təmin edilməmiş, cavabdeh İddiaçı apelyasiya şikayəti qismən təmin edilərək, Ağcabədi rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli. 2(017)-155/2019 saylı qətnaməsi ləğv edilmiş, iddiaçının cavabdehə qarşı “dəymiş maddi zərərə görə 6.335,40 manat iddiasına dair” mülki iş üzrə icraata xitam verilmiş və iddiaçının apelyasiya şikayəti təmin edilmədən saxlanılmışdır. İddiaçı qərardaddan kasasiya şikayəti vermişdir İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2(102)-5061/2020 saylı qərarı ilə, Ağcabədi Regional X4 kasasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin 08 iyul 2020-ci il tarixli, 2(106)- 657/2020 saylı qərardadı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı 02 fevral 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 iyul 2020-ci il tarixli 2(106)-657/2020 saylı qərardadı qanuni qüvvəsini almışdır və həmin məhkəmə aktının təsdiq olunmuş surəti göndərilmişdir. Məhkəmə ilk növbədə qeyd etmək istəyir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görəməhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddia tələbindən aydın göründüyü kimi, iddiaçı Ağcabədi Regional X4 xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, qərarındakı hüquqi mövqelərə görə 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Bununla bağlı, Məhkəmə qeyd edir ki, qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. Yuxarıda istinad edilən normaların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız İPM ilə müəyyən edilmiş qayda və şərtlərə uyğun verilmiş iddianın inzibati məhkəmə icraatı mümkündür Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə hüquqi yardım edərək qeyd etmişdir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı tərəfindən hüquqi yardım məktubuna heç bir münasibət bildirilməmişdir. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İş materiallarında olan Ağcabədi Regional X4 xx.xx.2022-ci il tarixli qərarına əsasən, cavabdeh: xx.xx.1973-cü il tarixdə Laçın rayon Mişni kəndində anadan olmuş, hazırda Laçın rayon Mişni kəndinə qeydiyyatda olmaqla, Ağcabədi rayonu "Taxta Körpü” qəsəbəsində məskunlaşmış İddiaçı qarşı 6335,40 (altı min üç otuz beş manat qırx qəpik) manat alınaraq, X2, VOEN **********, Kod : 210005, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTRAZ22, X6 Təsərrüfatı Mərkəzi, Hesablaşma hesabı: AZ13CTRE********************, VÖEN: **********, büdcə səviyyəsinin kodu fond : 1, Büdcə təsnifatının kodu : 142330 hesaba ödənilməsi qərara alınmışdır. İşdə olan qəbzdən və poçt göndərişinin verilməsi barədə xəbərnamədən görünür ki, X6 Təsərrüfatı Mərkəzi tərəfindən Ağcabədi rayonu "Taxta Körpü” qəsəbəsində məskunlaşmış İddiaçı qərar göndərilmiş və İddiaçı tərəfindən xəbərnaməyə xx.xx.2022-ci il tarixdə imza edilərək götürülmüşdür. İşdə olan X6 Təsərrüfatı Mərkəzi tərəfindən Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 27/1/74 saylı məktuba əsasən, Ağcabədi Regional X4 xx.xx.2022-ci il tarixli qərarı məcburi icra edilməsi üçün göndərilmişdir. Qeyd olunmalıdır ki, ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır. Ağcabədi Regional X4 xx.xx.2022-ci il tarixli qərarı inzibati akt hesab olunur və həmin əmrin mübahisələndirilməsinə dair iddialar xüsusi mümkünlük şərtinə - iddia verilməsi müddətinə əməl edilmədən verildikdə mümkün sayıla bilməz. Hazırkı iddia, iddia verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia verilməsi müddəti ötürülməklə verilmişdir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarına və işin hallarına istinad edərək hesab edir ki, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti ötürdüyündən iddia müddətə dair mümkünlük şərti ödənilməməsi səbəbi ilə mümkünsüz sayılmalıdır. İşin hallarından müəyyən olunur ki, Hal-hazırda İddiaçı məhkəməyə müraciət edərək Ağcabədi Regional X4 xx.xx.2022-ci il tarixli qərarını xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək mübahisələndirmiş, bununla da qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, iddiaçının hazırki iddia tələbi ilə mübahisələndirdiyi Ağcabədi Regional X4 qərarı xx.xx.2022-ci ilə aiddir. Həmin mübahisələndirilən qərarın iddiaçıya hansı tarixdə rəsmi qaydada təqdim olunması ilə bağlı cavabdeh tərəfindən məhkəməyə sübut olaraq qəbzdən və poçt göndərişinin verilməsi barədə xəbərnamə təqdim olunmuşdur. Hazırda İddiaçı mübahisələndirilən qərarı qəbul edildikdən sonra 1 ildən çox müddət ərzində mübahisələndirməmişdir. Belə olan halda, kifayət qədər uzun müddət ərzində iddiaçının həmin qərar barədə məlumatlı olmaması əsaslı şübhə doğurur və inandırıcılıq baxımından ağlabatan mühakimə hesab edilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır.Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim(elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi qərardan, yəni Ağcabədi Regional X4 xx.xx.2022-ci il tarixli qərarını ən geci xx.xx.2022-ci il tarixdən (qəbzdən və İddiaçı özü tərəfindən imzalanmış poçt göndərişinin verilməsi barədə xəbərnamədən) məlumatlı olduğundan və prosessual müddətin axımı həmin qərardan məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş olur. Belə ki, hazırkı iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Başqa sözlə İddiaçı inzibati icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi Ağcabədi Regional X4 xx.xx.2022-ci il tarixli qərarından məlumatlı olduğu vaxtdan 1 (bir) ildən çox vaxt keçdikdən sonra müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hüquqmüdadafiə vasitələri göstərilməyən hazırda mübahisələndirilən əmrlərin istər rəmi qaydada (poçt vasitəsi ilə) istərsə də elan edilmə yolu ilə təqdim edilməsinin və yaxud həmin əmrin ümumiyyətlə iddiaçıya verilməməsinin heç bir əhəmiyyəti yoxdur. Belə ki, həmin əmrin iddiaçıya təqdim edilməsinin mahiyyəti həmin əmrlərin məzmunu və nəticələri haqqında iddiaçının məlumatlı olması məqsədi daşıyır. Yəni iddiaçının onun üçün əlverişsiz olan inzibati aktın məzmunu və nəticələri ilə razılaşmadıqda həmin inzibati aktı qəbul edən orqana qarşı hüquqmüdafiə vasitələrindən istifadə edərək mübahisələndirə bilməsi üçündür. İşin faktiki hallarından görünür ki, həmin əmrlərdən (inzibati aktdan) irəli gələn bütün nəticələr faktiki olaraq baş vermiş, icra edilmişdir və ən əsası inzibati aktın bütün nəticələrindən (iddiaçının iş yerinə gəlməməsi və bu dövrlər ərzində əmək haqqı almaması, əvvəllər işə bərpa edilməsi üçün məhkəməyə müraciət etməsi) iddiaçı bilavasitə məlumatlı olmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Ağcabədi X1rşı “xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Ağcabədi X1rşı “xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-1312/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1312/2024
18.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver