Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1313/2023 29.08.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsinə qarşı “fərari” qeydi etibarsız hesab edilməklə, ona məxsus NZ seriyalı ******* saylı hərbi biletin 4-cü səhifəsində yazılmış “özbaşına tərk etdiyi üçün fərari-N saylı Hərbi Hissə; xx.xx.N996-cı il tarixli, №92” qeydinin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binаsındа аçıq məhkəmə iclаsında bахаrаq, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, “hərbi biletində yazılmış «fərari» qeydinin etibarsız hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-N(N20)-N3N3/2023 nömrəli qərardadı ilə inzibati iş üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-N(N20)-N3N3/2023 nömrəli qərardadı ilə inzibati iş üzrə iddiaçı və iddia tələbi olduğu kimi saxlanılmış, cavabdeh qismində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsi tanınmış və Azərbaycan Respublikası Müdafiə Nazirliyi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-N(N20)-N3N3/2023 nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşdirlərək, İddiaçı hərbi biletindəki “fərari” qeydi etibarsız hesab edilməklə, ona məxsus NZ seriyalı ******* saylı hərbi biletin 4-cü səhifəsində yazılmış “özbaşına tərk etdiyi üçün fərari-N saylı Hərbi Hissə; xx.xx.N996-cı il tarixli, №92” qeydinin silinməsi öhdəliyi cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsinin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, İddiaçı hərbi biletində xidmət etdiyi hərbi hissənin komandiri tərəfindən “FƏRARİ” qeydi aparılmışdır. Həmin “fərari” qeydi etibarsız hesab edilməlidir. İddiaçı N7 oktyabr N993-cü il tarixindən (əmr № 23N) xx.xx.N994-cü ilədək (əmr № N7) N saylı hərbi hissənin və xx.xx.N994-cü ildən iyun-iyul N994-cü ilədək N saylı hərbi hissənin tərkibində və xx.xx.N994-cü ildən xx.xx.N997-ci ilədək N saylı hərbi hissənin tərkibində hərbi xidmət keçmişdir. Döyüş əməliyyatlarında ön cəbhədə döyüşmüş N994-cü ilin fevral ayında yaralanaraq əvvəlcə səhra qospitalına, daha sonra isə Bakı şəhərində hərbi qospitala yerləşdirilmişdir. Uzun müddət ayağından aldığı güllə yarasından müalicə aldıqdan sonra ayağındakı (güllə topuğunu dağıtmışdır) travma bərpa edildikdən sonra yenidən hərbi xidmətini davam etdirmək üçün hərbi hissəyə qayıtmışdır. N nömrəli hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş İddiaçı N nömrəli hərbi hissə komandirinin 2N yanvar N994-cü il tarixli N nömrəli əmri ilə “T” tipli VTİ MAT-ın şəxsi heyətinin siyahısına, bütün növ təminatlarla təmin salınaraq, radio-telefonçu vəzifəsinə təyin olunmuşdur. Şəxsi heyətin qəbul məntəqəsindən xidmətini davam etdirmək üçün gəlmiş İddiaçı N8N nömrəli hərbi hissə komandirinin N7 dekabr N994-cü il tarixli 3N8 nömrəli əmrinə əsasən şəxsi heyətin siyahısına, bütün növ təminatlarla təmin salınaraq zenit artilleriya divizionunda vəzifəyə təmin olunmuş və Azərbaycan Respublikası “Hərbi xidmət haqqında' qanunun N8-ci maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) ehtiyata tərxis olunmuş, komandirin 07 avqust N997-ci il tarixli N nömrəli əmri ilə şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Beyləqan RHK-na göndərilmişdir.Bütün göstərilən faktlar Müdafiə Nazirliyinin arxiv materialları ilə sübuta yetirilir. Lakin N saylı hərbi hissənin komandirinin xx.xx.N996-cı il tarixli, 92 nömrəli əmrinə əsasən İddiaçı “fərari” hesab edilmiş və bu barədə hərbi biletində müvafiq qeyd aparılmişdir. Çox maraqlıdır ki, İddiaçı hərbi xidmət keçdiyi müddətdə “fərari” sayılır və bu barədə müvafiq quruma, hərbi prokurorluğa məlumat verilmir. Təəssüflər olsun ki, Müdafiə Nazirliyi İddiaçı hərbi xidmət keçməyini, döyüş bölgələrində döyüşlərdə iştirakını, həmin döyüşlərdə ağır yaralandığını təsdiq etsə də ona veteran adı və vəsiqəsi verilməsindən imtina edir. Səbəb kimi isə əsası olmayan guya fərari olmağını göstərir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə prosesində iddianı müdafiə etdiyini və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsinin nümayəndəsi X3 məhkəmə prosesində bildirmişdir ki, 25.N0 N974-cu il təvəllüdlü, İddiaçı məxsus H3 N° ******* saylı hərbi biletin 4-cü səhifəsinin N5-ci bəndində N saylı hərbi hissənin N N998-cı il tarixdə hərbi hissəni özbaşına tərk etdiyi ucun fərari qeydinin aparılması Müdafiə Nazirliyinin tabeçiliyində oları N saylı hərbi hissə tərəfindən edilmiş, “fərari" sözünün yazılmasına səbəb olan sənədlər SHXÇÜX-nin Beyləqan rayon şöbəsinə (keçmiş Beyləqan RHK-na) göndərilməmişdir və bu barədə SHXÇDX nin Beyləqan rayon şöbəsində məlumat aşkar edilməmişdir. İddiaçı məxsus H3 Nv ******* saylı hərbi bilet əsasında SHXÇDX-nin Beyləqan rayon şöbəsi (keçmiş Beyləqan RHK-ı) tərəfindən onun adına Qeydiyyat (Uçot)” kartası yazılmışdır və həmin Qeydiyyat /Uçot) kartasının təsdiq edilmiş kserosurəti məhkəməyə göndərilmişdir. Əlavə olaraq bildirilir kı, iddiaya cavabdeh Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi olduğu uçun, SHXÇDX-nin Beyləqan rayon şöbəsinin cavabdeh qismində məhkəməyə cəlb edilməsinin ləğv edilməsini xahiş etmişdir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin N.N, 2.N, 3.N və 8.N.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli N36 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.N.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.N.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının N4 noyabr 20N9-cu il tarixli, 4 nömrəli qərarına əsasən Beyləqan rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Əsaslandırma hissəsi Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.N974-cü il tarixdə Beyləqan rayonu, Gödəklər kəndində anadan olmuş, həmin ünvanda da pasport qeydiyyatındadır. - İş materiallarında olan İddiaçı məxsus НЗ № ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.N993-cü il tarixdə hərbi xidmətə çağırılmışdır. Xüsusi qeyd olan hissədə isə, onun N saylı hərbi hissənin komandirinin xx.xx.N996-cı il tarixli, 92 nömrəli əmrinə əsasən İddiaçı “fərari” hesab edilməsi qeyd edilmişdir. - İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin xx.xx.20N6-cı il tarixli, 9/2-935 nömrəli məktubunda qeyd edilmişdir ki, verilir, Beyləqan RHK-dan çağırılmış N974-cü il təvəllüdlü İddiaçı ondan ötrü ki, N №-li hərbi hissə komandirin N7 oktyabr N993-cü il tarixli 23N №-li əmrilə (əsas: səh- 28,§N, sıra-28) şəxsi heyətinin siyahısına salınaraq, bütün növ təminatlarla təmin olunmuş və 20 yanvar N994-cü il tarixli N7 №-li əmrilə (əsas: səh- N4,§7,sıra-N32) 2N yanvar N994-cü il tarixdən xidmətini davam etdirmək üçün N72 №-li hərbi hissəyə göndərilərək şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarılmışdır.N №-li hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş A.M. Hacıyev N72 №-li hərbi hissə komandirinin 2N yanvar N994-cü il tarixli N №-li əmrilə (əsas: səh- 26,§7,sıra-N2) “T” tipli Vİİ MAT-ın şəxsi heyətinin siyahısına, bütün növ təminatlarla təmin salınaraq, radio-telefonçu vəzifəsinə təyin olunmuşdur.Şəxsi heyətin qəbul məntəqəsindən xidmətini davam etdirmək üçün gəlmiş İddiaçı N8N №-li hərbi hissə komandirinin N7 dekabr N994-cü il tarixli 3N8 №-li əmrilə (əsas: səh-N8,§4,sıra-N3) şəxsi heyətinin siyahısına, bütün növ təminatlarla təmin salınaraq, zenit artilleriya divizionunda vəzifəyə təyin olunmuş, və Azərbaycan Respublikası “Hərbi xidmət haqqında qanunun” N8 maddənin V bəndinə əsasən (xəstəliyə görə) ehtiyata tərxis olunmuş komandirin 07 avqust N997-cı il tarixli 224 №-li əmrilə (əsas: səh-2N6,§5,sıra-N9) şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Beyiaqan RHK-na göndərilmişdir.Qeyd edirik ki, N72 №-li hərbi hissə komandirinin iyun-iyul N994-cü il tarixli əmrlərində A.M. Hacıyevin xidməti barədə məlumat aşkar edilməmişdir. - İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.20N5ci il tarixli H-N2596 nömrəli arayışından görünür ki, xx xxxxxxx N974-cü il tarixdə Beyləqan rayonunda anadan olmuş İddiaçı məhkumluğu barədə məlumat yoxdur. - İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 4/3-3552 saylı məktuba əsasən, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.20N8-ci il tarixli iclasında baxılmış və iddiaçı barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. - İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı 27 dekabr 2022-ci il tarixli 4/2-8808 nömrəli məktubunda qeyd edilmişdir ki, Beyləqan RHK-dan çağırılmış, N974-cü il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 23N №-li əmrilə (əsas: §-N, səh-28, sıra-28) şəxsi heyətin siyahısına və bütün növ təminatlara salınaraq “sıravi” hərbi rütbəsi verilmiş və “kursant” vəzifəsinə təyin olunmuşdur.N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N7 №-li əmrilə (əsas: §-7, sıra-N32) İddiaçı şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N72 №-li hərbi hissəyə göndərilmişdir.N72 Nq-İİ hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N №-li əmrində (əsas: §-7, səh-26, sıra-N2, əmrdə adı və atasının adı tam yazılmamışdır) N №-li hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş, sıravi İddiaçı şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınması və radiotelefonçu vəzifəsinə təyin olunması barədə məlumat vardır. Beyləqan RHK-nın çağırışçısı, N974-cü il təvəllüdlü İddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N996-cı il tarixli müvafiq əmrinə əsasən, N72 №-li hərbi hissə komandirinin xx.xx.N996- cı il tarixli 92 №-li əmrilə (əsas: §-N0, səh-42, sıra-794) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. Şəxsi XN xidmətini davam etdirmək üçün gəlmiş, Beyləqan RHK-nın çağırışçısı İddiaçı N8N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 3N8 №-li əmrilə (əsas: §-3, səh-N8, sıra-N3) ZRD-nun şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir.N8N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 327 №-li əmrilə sıravi İddiaçı (əsas: §-2, səh-34, sıra-N) ZRD-nun qazan təminatından çıxarılaraq OBMO-nun qazan təminatına daxil edilmişdir.“Hərbi xidmət haqqında Qanunun” N8-ci maddəsinin “v” bəndinə (xəstəliyinə görə) uyğun olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah Rəisinin xx.xx.N997-ci il tarixli müvafiq sərəncamına əsasən, 2 MAT-ın ştatdan kənar hərbi qulluqçusu, N974-cü il təvəllüdlü sıravi İddiaçı Silahlı Qüvvələrdən tərxis olunduğu üçün N8N №-li hərbi hissə komandirinin xx.xx.N997-ci il tarixli 224 №-li əmrilə (əsas: §-5, səh-2N6, sıra-9) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Beyləqan RHK-na göndərilmişdir. N72 №-li hərbi hissə komandirinin xx.xx.N994-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir.NN0 №-li hərbi hissədən Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinə daxil olmuş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmamışdır. - İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Saatlı rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli N78-33850 nömrəli məktubunda göstərilmişdir ki, xx xxxxxxx N974-cü il təvəllüdlü İddiaçı, barəsində Saatlı RPŞ-də hər hansı təqsirləndirici material qeydə alınmamışdır. - İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-43-NN/2-NN- 2023 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatından daxil olmuş xx.xx.2023-cü il tarixli ƏN/3043 nömrəli göstərişə əsasən, Şirvan İnzibati Məhkəməsinin 2-N(N20)-3062/2022 nömrəli 22.NN,2022-ci il tarixli məktubunda adı qeyd olunmuş xx.xx.N974-cü il təvəllüdlü İddiaçı adına yazılmış “Uçot kartasında- xx.xx.N993-cü il tarixdə Beyləqan RHK-nın HHKsı tərəfindən hərbi xidmətə yararlı sayılması, hərbi rütbəsi ehtiyatda olan əsgər, xx.xx.N994-cü il tarixdən xx.xx.N997-ci il tarixədək Müdafiə Nazirliyinin tabeçiliyində olan N8N nömrəli hərbi hissənin tərkibində hərbi xidmət keçməsi, xx.xx.N997-ci il tarixdə BQRnin xx.xx.N997-ci il tarixli 3/4-248N nömrəli göstərişi ilə N8N nömrəli hərbi hissə komandirinin N nömrəli əmri ilə ehtiyata tərxis edilməsi, xx.xx.N994-cü il tarixdən xx.xx.N997-ci i! tarixə kimi döyüş bölgəsində yerləşən N8N nömrəli hərbi hissədə qulluq etməsi, xx.xx.N997-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin MHH-nın HHK-sı tərəfindən keçmiş SSRİ MN-nin 260 nömrəli N987-ci il tarixli əmrinin xəstəliklər cədvəlinin İİ qrafasının 22b maddəsi ilə sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə qeyri nizami xidmətə yararlı sayılması, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin arxivinə N saylı hərbi hissədən sənədlə daxil olmaması (Daxil N8- xx.xx.N998), xx.xx.N997-ci il tarixdə Silahlı Qüvvələr sıralarından gəldiyi üçün Beyləqan RHK-da hərbi vəzifələrin qeydiyyatına qəbul edilməsi yazılmışdır. Əlavə olaraq İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin ksrosurətləri ünvanına göndərilir. Məhkəmənin yekun qərarının SHXÇDX-nsn Aparatına təqdim edilməsi üçün Xidmətin Beyləqan rayon şöbəsinin ünvanına göndərilməsinə aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. - İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 25 yanvar 20N9-cu il tarixli N/7N-843 nömrəli məktubunda qeyd edilmişdir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.20N6-cı il və təkrar xx.xx.20N8-ci il tarixli iclasında baxılmış və iddiaçı barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Döyüş əməliyyatları aparılan dövrdə xx.xx.N994-cü il tarixdə müalicə olunduğu 3 nömrəli şəhəri kliniki xəstəxanasından hərbi hissəyə qayıtmadığına görə yəni hərbi hissəni özbaşına tərk etdiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi mümkün olmamışdır. - İşdə olan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli HPxx/xx-N38N7 nömrəli arayışdan görünür ki, vətəndaş İddiaçı barəsində 22 noyabr 2022-ci il tarixli 2-N(N20)-3062/2022 nömrəli sorğunuz xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Hərbi Prokurorluğuna daxil olmuş və baxılmışdır.Eyni məzmunlu N4 noyabr 2022-ci il tarixli 2-N (N20)-N585/2022 nömrəli müraciətiniz xx.xx.2022-ci il tarixdə Respublika Hərbi Prokurorluğuna daxil olmuş və tərəfimizdən baxılaraq xx.xx.2023-cü il tarixdə HP-xx/xx-N2984 nömrəli məktubla ətraflı cavab verilmişdir. Vətəndaş İddiaçı xx.xx.N993-cü il tarixdən xx.xx.N994-cü il tarixədək N nömrəli, xx.xx.N994-cü il tarixdən N994-cü ilin iyul ayına kimi N nömrəli, xx.xx.N994-cü il tarixdən xx.xx.N997-ci il tarixədək N8N nömrəli hərbi hissədə xidmət etməsi ilə bağlı barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işinin və ya təqsirləndirici materialın olmasına dair məlumat aşkar edilməmişdir. - İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-N3-N2/2- 38339/2023 nömrəli məktubunda göstərilmişdir ki,xx.xx.N974-cü il tarixdə Beyləqan rayonunda doğulmuş İddiaçı Azərbaycan Respublikası ərazisində cinayət təqibi və ya məhkumluğu barədə DİN-in müvafiq uçotlarında məlumat yoxdur. - İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı ünvanladığı 20 dekabr 2022-ci il tarixli NN/528N nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə nazirinə ünvanlanmış hərbi biletdə “fərari” qeydinin etibarsız hesab edilməsi ilə bağlı ərizəyə baxılmışdır. Müraciətdə xx.xx.N993-cü il tarixdən 20.0N,N994-cü il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.N994-cü il tarixdən iyun-iyul N994-cü il tarixədək N nömrəli hərbi hissədə və xx.xx.N994-cü il tarixdən xx.xx.N997-ci il tarixədək N8N nömrəli hərbi hissənin tərkibində hərbi xidmətdə olduğunu, N994-cü ilin fevral ayında yaralanaraq səhra hospitalına, daha sonra isə Baş Klinik Hospitala stasionar müayinə və müalicəyə göndərildiyini və oradan hərbi hissəyə qayıtdığını qeyd etmişdir. Göstərilən xüsusatların araşdırılması məqsədilə, Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinə və Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına sorğu ünvanlanmış və alınmış cavablardan müəyyən olunmuşdur ki, Beyləqan RHK-dan çağırılaraq, N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 23N nömrəli əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək “sıravi" hərbi rütbəsi verilməklə kursant vəzifəsinə təyin olunmuş, xx.xx.N994-cü il tarixli N7 nömrəli əmrilə şəxsi heyətin siyahısından çıxarılaraq xidmətini davam etmək üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. Həmin hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N nömrəli əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilməklə radiotelefonçu vəzifəsinə təyin olunmuş, hərbi hissəni özbaşına tərk etdiyi üçün Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N996cı il tarixli müvafiq əmrinə əsasən, hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 92 nömrəli əmrilə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. Təkrarən, X5 Məntəqəsindən xidmətini davam etdirmək üçün gələrək N8N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 3N8 nömrəli əmrilə ZRD-nun şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilib, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah Rəisinin xx.xx.N997-ci il tarixli müvafiq sərəncamına uyğun olaraq 2 MAT-un ştatdan kənar hərbi qulluqçusu kimi, xx.xx.N997-ci il tarixli N nömrəli əmri ilə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Beyləqan RHK-na göndərilmişdir. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında N994cü ildə stasionar müayinə və müalicədə olmağınız barədə məlumatlar aşkar edilməmişdir. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyanın xx.xx.20N9-cu il tarixli N/7N-843 nömrəli cavab məktubunda, döyüş əməliyyatları aparılan dövrdə xx.xx.N994-cü il tarixdə müalicədə olduğunuz 3 nömrəli şəhər kliniki xəstəxanasından hərbi hissəyə qayıtmadığınız göstərilmişdir.Həmin dövrdə qüvvədə olan “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun N4-cü maddəsinə əsasən çağırışçılar üçün hərbi hissəyə göndərilməkdən ötrü hərbi komissarlığa gəldikləri gün, həqiqi hərbi xidmətin başlanğıcı, hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün isə onun həqiqi hərbi xidmətinin sonu sayılır.Sənədlərdən görünür ki, Siz xx.xx.N994-cü il tarixdən hərbi hisəni özbaşına tərk edərək, 9 aydan artıq müddət keçdikdən, yəni “Bişkek protokolu”na əsasən xx.xx.N994-cü il tarixdən cəbhə bölgəsində atəşkəslə bağlı razılaşma əldə edildikdən sonra, xx.xx.N994-cü il tarixdə, X5 Məntəqəsindən xidmətini davam etdirmək üçün hərbi hissəyə göndərilmişdir. Bu səbəbdən, atəşkəs dövrünə kimi həqiqi hərbi xidmət keçməsini təsdiq olunmur. Mövcud qanunvericiliyinin tələblərinə və sənədlərdə qeyd olunan məlumatlara istinadən, hərbi biletdə “fərari” qeydinin etibarsız hesab edilməsi üçün əsasların müəyyən edilmədiyi nəzərə çatdırılır. - İş materiallarında olan Beyləqan rayon Prokurorluğunun məhkəməyə ünvanladığı 27 mart 2023-cü il tarixli 339-23 nömrəli məktubunda göstərilmişdir ki, Beyləqan rayonu, Gödəklər kənd sakini İddiaçı barəsində Beyləqan rayon polis şöbəsində və Beyləqan rayon prokurorluğunda hər hansı sadələşdirilmiş icraat materialı və ya cinayət işi olmamışdır. - İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissənin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli N035 nömrəli məktubunda qeyd edilmişdir ki, 27 mart N996-cı il tarixdə İddiaçı, N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş “fərarilik”lə bağlı sənədlər hal-hazırda hərbi hissənin arxivində mövcud deyildir. İddiaçı aid olan sənədlər Azərbaycan Respublikasının Mərkəzi Arxiv İdarəsinə verilmişdir. - İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-43-NN/2- 422/2023 nömrəli məktubunda göstərilmişdir ki, SHXÇDX-nin Beyləqan rayon şöbəsində hərbi vəzifəlilərin qeydiyyatında olan əsgər, xx.xx.N974-cü il təvəllüdlü, İddiaçı məxsus H3 № ******* saylı hərbi biletin 4-cü səhifəsinin N5-ci bəndində N saylı hərbi hissənin xx.xx.N996-cı il tarixdə “hərbi hissəni özbaşına tərk etdiyi üçün “fərari" qeydinin aparılması Müdafiə Nazirliyinin tabeçiliyində olan N saylı hərbi hissə tərəfindən edilmiş, "fərari" sözünün yazılmasına səbəb olan sənədlər SHXÇDX-nin Beyləqan rayon şöbəsinə ( keçmiş Beyləqan RHK-na) göndərilməmişdir və bu barədə SHXÇDX-nin Beyləqan rayon şöbəsində məlumat aşkar edilməmişdir. İddiaçı məxsus H3 № ******* saylı hərbi bilet əsasında SHXÇDX-nin Beyləqan rayon şöbəsi (keçmiş Beyləqan RHK-ı) tərəfindən onun adına “Qeydiyyat (Uçot)" kartası yazılmışdır və həmin “Qeydiyyat (Uçot)” kartasımn təsdiq edilmiş ksrosurəti Sizin ünvanınıza göndərilir. iddiaya cavabdeh Müdafiə Nazirliyi olduğu üçün iddiaya qarşı münasibət (etiraz) bildirilməsi SHXÇDX-nin Beyləqan rayon şöbəsinin səlahiyyəti xaricindədir. - İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 3-43-NN/2- 5N4/2023 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı məxsus H3 № ******* saylı hərbi biletin 4-cü səhifəsinin N5-ci bəndində N saylı hərbi hissənin xx.xx.N996-cı il tarixdə “hərbi hissəni özbaşına tərk etdiyi üçün “fərari" qeydinin aparılması Müdafiə Nazirliyinin tabeçiliyində olan N saylı hərbi hissə tərəfindən edilmiş, "fərari" sözünün yazılmasına səbəb olan sənədlər SHXÇDX-nin Beyləqan rayon şöbəsinə (keçmiş Beyləqan RHK-na) göndərilməmişdir və bu barədə SHXÇDX-nin Beyləqan rayon şöbəsində məlumat aşkar edilməmişdir. - İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 565 nömrəli məktubunda göstərilmişdir ki, XN xidmətini davam etdirmək üçün gəlmiş, Beyləqan RHK-nın çağırışçısı İddiaçı N8N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 3N8 №-li əmrilə (əsas: §-3, səh-N8, sıra-N3) ZRD-nun şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. N8N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 327 №-li əmrilə (əsas: §-2, səh-34, sıra-N) sıravi İddiaçı ZRD-nun qazan təminatından çıxarılaraq OBMO-nun qazan təminatına daxil edilmişdir.N8N №-li hərbi hissə komandirinin xx.xx.N996-ci il tarixli 230 №-li əmrində (əsas: §-7, səh-N78, sıra-27, əmrdə adı “Arim” yazılmışdır) sıravi X4 Tank Əleyhinə batareyanın baş tuşlayıcısı vəzifəsindən azad edilərək 2-ci motoatıcı tabora təyin olunması barədə məlumat vardır.“Hərbi xidmət haqqında Qanunun” N8-ci maddəsinin “V” bəndinə (xəstəliyinə görə) uyğun olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah Rəisinin xx.xx.N997-ci il tarixli müvafiq sərəncamına əsasən. 2-ci MAT-ın ştatdan kənar hərbi qulluqçusu, N974-cü il təvəllüdlü, sıravi İddiaçı Silahlı Qüvvələrdən tərxis olunduğu üçün N8N №-li hərbi hissə komandirinin 07 08.N997-ci il tarixli 224 №-li əmrilə (əsas: §-5, səh-2N6, sıra-9) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Beyləqan RHK-na göndərilmişdir.N8N №-li hərbi hissə komandirinin yanvar-iyul, sentyabr-dekabr N996-cı il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar olunmamışdır. Məhkəmə yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına da nəzər yetirməyi zəruri hesab edir. Belə ki, «Hərbi Qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” xx.xx.20NN-ci il tarixli Azərbaycan Respublikasının Qanunun 28.6-cı maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına, çağırış komissiyasının qərarı ilə çağırışdan azad edilib ehtiyata keçirilmiş, həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlara, öz razılığı ilə hərbi qeydiyyata götürülmüş N9 yaşdan 40 yaşadək qadınlara və ehtiyatda olan zabitlərə hərbi bilet verilir. Müvafiq icra hakimiyyəti orqanından ehtiyata keçirilmiş zabitlərə hərbi biletin verilməsi həmin orqan tərəfindən həyata keçirilir. Hərbi biletlərin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 37.2-ci maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Haqqında” xx.xx.20N2-ci il tarixli Əsasnamənin 5.6.5-ci maddəsinə əsasən, qərarlar formasında normativ hüquqi aktlar, əmr və sərəncamlar formasında isə qeyri-normativ hüquqi aktlar qəbul edir, onların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir. Əsasnamənin 5.6.N2-ci maddəsinə əsasən, xidmət rəisi vətəndaşları Xidmətə həqiqi hərbi xidmətə və işə qəbul edir, onları işdən azad edir, ali zabit heyəti istisna olmaqla, hərbi qulluqçuları vəzifəyə təyin və vəzifədən azad edir, onları həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxır. «Hərbi xidmətkeçmə haqqında» xx.xx.N997-ci il tarixli Əsasnamənin N30-cu maddəsinə əsasən, müalicədə və xəstəliyə görə məzuniyyətdə olmaq üçün müəyyən edilmiş müddət bitdikdən sonra hərbi qulluqçuların hərbi-həkim komissiyasında yenidən müayinədən keçməsi barədə qərar qəbul edilibsə və onlar dinc dövrdə hərbi xidmətə yararsız və ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılıblarsa, onları ehtiyata və ya istefaya buraxmaq olar. Qüvvədən düşmüş Azərbaycan SSR Cinayət Məcəlləsinin 242-ci maddəsinə görə, fərarilik, yəni hissədən boyun qaçırmaq məqsədilə əskəri hissəni və ya xidmət yerini qoyub getmək, eləcə də başqa başqa yerə təyin edildikdə, başqa hissəyə keçirildikdə, ezamiyyətdən, məzuniyyətdən və ya müalicədəxanadan qayıdarkən müddətli xidmətdə olan hərbi qulluqçunun hərbi xidmətdən boyun qaçırmaq məqsilə ilə öz hissəsinə və ya xidmət yerinə gəlməməsi-3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasaı ilə cəzalandırılır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.N-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun və ya hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantının hərbi hissəni (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsini) və ya xidmət yerini özbaşına tərk etməsi və ya üzrlü səbəblər olmadan hərbi hissəyə (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinə) və ya xidmət yerinə vaxtında gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə -bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 334.N-ci maddəsinə əsasən, fərarilik, yəni hərbi qulluqçunun xidmətdən üç aydan artıq müddətə hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi və ya xidmət yerinə qayıtmaması (gəlməməsi), yaxud müddətindən asılı olmayaraq hərbi xidmətdən boyun qaçırmaq məqsədi ilə hərbi hissəni və ya xidmət yerini özbaşına buraxıb getməsi və ya xidmət yerinə qayıtmaması -üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, İddiaçı Beyləqan RHK-dan çağırılaraq, N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 23N nömrəli əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək “sıravi" hərbi rütbəsi verilməklə kursant vəzifəsinə təyin olunmuş, xx.xx.N994-cü il tarixli N7 nömrəli əmrilə şəxsi heyətin siyahısından çıxarılaraq xidmətini davam etmək üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. Həmin hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N nömrəli əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilməklə radiotelefonçu vəzifəsinə təyin olunmuşdur. 3 saylı şəhər Klinik Xəstəxanası tərəfindən verilmiş 20N5-ci il tarixli məktuba əsasən, İddiaçı sol baldrının toxunub keçən güllə yarası- diaqnozu ilə xəstəxanaya xx.xx.N994-cü il tarixdə daxil olmuş, xx.xx.N994-cü il tarixdə isə evə yazılmışdır. Təkrarən, X5 Məntəqəsindən xidmətini davam etdirmək üçün gələrək N8N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 3N8 nömrəli əmri ilə ZRD-nun şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah Rəisinin xx.xx.N997-ci il tarixli müvafiq sərəncamına uyğun olaraq 2 MAT-un ştatdan kənar hərbi qulluqçusu kimi, xx.xx.N997-ci il tarixli N nömrəli əmri ilə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Beyləqan RHK-na göndərilmişdir. Lakin iş materiallarına nəzər yetirilərkən müəyyən edilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N996-cı il tarixli müvafiq əmri ilə, Beyləqan RHK-nın çağırışçısı, N974-cü il təvəllüdlü İddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə, N72 №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 92 №-li əmrilə (əsas: §-N0, səh-42, sıra- 794) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. Yəni, N994-N997-ci illərdə İddiaçı N8N nömrəli hərbi hissədə hərbi xidmətdə olan dövrdə və ZRD-nun şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilən zamanlarda, N72 №-li hərbi hissə komandirinin xx.xx.N996- cı il tarixli 92 №-li əmri ilə (əsas: §-N0, səh-42, sıra-794) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış və ona məxsus NZ seriyalı ******* saylı hərbi biletin 4-cü səhifəsində yazılmış “özbaşına tərk etdiyi üçün fərari-N saylı Hərbi Hissə; xx.xx.N996-cı il tarixli, №92” qeydi yazılmışdır. Hərbi xidmət keçmə dedikdə isə şəxsin (hərbi qulluqçunun) hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. İş materiallarından İddiaçı barəsində xx.xx.N996- cı il tarixli 92 №-li əmri ilə (əsas: §-N0, səh-42, sıra-794) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılması və ona məxsus NZ seriyalı ******* saylı hərbi biletin 4-cü səhifəsində “özbaşına tərk etdiyi üçün fərari-N saylı Hərbi Hissə; xx.xx.N996-cı il tarixli, №92” qeyd yazılmış, həmin ərəfələrdə (N996-cı il tarixdə) isə iddiaçının N8N nömrəli hərbi hissənin ZRD-nun şəxsi heyətin siyahısında hərbi xidmətini davam etdirməsi müəyyən olunmuşdur. Həmçinin məhkəmə araşdırması zamanı iddiaçı A.Haıcyev barəsində hər hansı cinayət işi, sadələşdirilmiş icraat materialı aşkar edilmədiyi üçün, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsindən daxil olmuş xx.xx.N974-cü il təvəllüdlü İddiaçı adına yazılmış “Uçot kartasında- N saylı Hərbi Hissədə hərbi xidmət keçməsi və hərbi hissəni özbaşına tərk etdiyi üçün fərari hesab edilməsi barədə hər hansı məlumat aşkar edilməmişdir. Bəhs olunanlara əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə N7). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə N9.N). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə N9.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı İddiaçı hərbi biletindəki “fərari” qeydi etibarsız hesab edilməklə, ona məxsus NZ seriyalı ******* saylı hərbi biletin 4-cü səhifəsində yazılmış “özbaşına tərk etdiyi üçün fərari-N saylı Hərbi Hissə; xx.xx.N996-cı il tarixli, №92” qeydinin silinməsi ilə bağlı cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi və qeydlərin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.N-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4-cü, 68-69-cu və 85.N-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia ərizəsi təmin edilsin. İddiaçı hərbi biletindəki “fərari” qeydi etibarsız hesab edilməklə, ona məxsus NZ seriyalı ******* saylı hərbi biletin 4-cü səhifəsində yazılmış “özbaşına tərk etdiyi üçün fərari-N saylı Hərbi Hissə; xx.xx.N996-cı il tarixli, №92” qeydinin silinməsi öhdəliyi cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. 30 (otuz) gün müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-1313/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1313/2023
29.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver