Məhkəmə qərarları › İş №2-1(120)-1316/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1316/2024

10.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1316/2024 10.06.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı və digər İddiaçı2 nümayəndəsi İddiaçı1, İddiaçı və digər İddiaçı3 nümayəndəsi İddiaçı4 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “0,46 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri, döngə nöqtələri və koordinatlarının müəyyən edilməsi” barədə iddia ərizəsi üzrə inzibati işəaçıq məhkəmə baxışı iclasında baxaraq, Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 0,46 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri, döngə nöqtələri və koordinatlarının müəyyən edilməsi, vərəsəlik şəhadətnaməsinə əsasən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş hesab edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-4044/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək, “0,46 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri, döngə nöqtələri və koordinatlarının müəyyən edilməsi” kimi dəqiqləşmə aparılaraq baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, ailə üzvləri Astara rayonun Ərçivan qəsəbəsində yaşayırlar. Ailə başçısı X5 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Astara rayonun Ərçivan qəsəbəsində yerləşən 0.46 hektar sahəsi ailə başçısı X5 olmaqla Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya MA. ******* olan 20.11.-2010 qeydiyyat tarixli çıxarış verilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında 25 fevral 2023-cii il tarixli şəhadətnaməyə görə miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2010 tarixdə verilmiş **********64 reyestr nömrəli, **********8 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Astara rayonu, Ərçivan qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.46 ha olan torpaq sahəsindən mərhuma çatası torpaq payından ibarətdir. X1 və vərəsələrin torpaq payına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış verilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 19 may 2023-cii il tarixli, 3-21-3-43/2-1433/2023 saylı məktubla “Plan və ölçü sənədinin tərtib olunmasından imtina edilməsi haqqında” bildiriş verilmişdir.Bildirişdə imtinanın əsası kimi daşınmaz əmlakın dövlət reyestrində onların və ailə üzvlərinin adına verilmiş yuxarıda barəsində qeyd olunan xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli “Çıxarış”ın verilməsinə əsas olmuş JN-1110 nömrəli ”Dövlət Aktı” DWG (xəritə) baza məlumatlarına uyğun tərtib olunduğundan,yeni elektron uçot xəritə məlumatları üzrə uyğunsuzluq yaranmışdır. Qanun iizrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə görə xx.xx.2014-cü il tarixdə vəfat etmiş X3 vərəsələri Astara rayonun Ərçivan qəsəbəsində qeydiyyatda olan İddiaçı2 Məmmədrahim qızı, İddiaçı1, İddiaçı4, İddiaçı3 və onların hər biri miras əmlakdan bərabər hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2010 tarixdə verilmiş **********64 reyestr nömrəli,********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Astara rayonu,Ərçivan qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.46 ha olan torpaq sahəsindən mərhuma çatası torpaq payından ibarətdir. İddiaçı və digər İddiaçı2 nümayəndəsi İddiaçı1 və iddiaçı və digər İddiaçı3 nümayəndəsi İddiaçı4 şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İnzibati Prosessual Məcəllənin 2.2-2.2.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»ndan görünür ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran ərazi İdarəsi inzibati orqan kimi təsnif olunmuşlar. - İş materialında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı3 xx.xx.1984-cü il tarixdə anadan olmuş, Astara rayonu, Ərçivan kəndində qeydiyyatdadır. - İş materialında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı4 xx.xx.1986-cı il tarixdə anadan olmuş, Astara rayonu, Ərçivan kəndində qeydiyyatdadır. - İş materialında olan AZE0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı2 xx.xx.1960-cı il tarixdə anadan olmuş, Astara rayonu, Ərçivan kəndində qeydiyyatdadır. - İş materialında olan AZE******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı1 xx.xx.1992-ci il tarixdə anadan olmuş, Astara rayonu, Ərçivan kəndində qeydiyyatdadır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli çıxarışın surətindən görünür ki, Astara rayonu, Ərçivan kəndində yerləşən 0.46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququq üzrə İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - İş materialında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran ərazi İdarəsinin İddiaçı1 ünvanladığı xx.xx.2023-cü il tarixli, 3- 21-3-43/2-Ə-00xx-xx/2023 nömrəli məktubunda göstərilmişdir ki, Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində yerləşən mülkiyyətdə olan torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki vəziyyətə uyğun olaraq düzəliş edilməsinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə daxil olmuş məktubunuza aidiyyəti üzrə baxılmışdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanına uyğun olaraq, Astara rayonu ərazisində mövcud olan mülkiyyətçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri vasitəsilə (GPS) ölçülərək həmin sahələrin faktiki ölçülərinin koordinatları müəyyənləşdirilmiş və Astara rayonu, Ərçivan qəsəbəsinə aid tərtib edilmiş rəqəmsal kadastr xəritəsində torpaq sahələri faktiki istifadə vəziyyətinə uyğun təsvir edilmişdir. Müraciətdə qeyd olunan düzəlişin aparılması ilə bağlı bildirilir ki, yerdə (naturada) iddiaçının, bələdiyyənin və qonşu torpaq sahələrinin mülkiyyətçilərinin iştirakı ilə çöl-ölçmə işlərinin aparılması, eləcə də ölçmə işlərinin nəticəsinin aktlaşdırılması zəruridir. Bu səbəbdən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərlə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət ediləcəyi təqdirdə məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. İş materialında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran ərazi İdarəsinin İddiaçı1 ünvanladığı xx.xx.2023-cü il tarixli, 3- 21-3-43/2-1433/2023 nömrəli məktubunda göstərilmişdir ki, Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində yerləşən, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2010cu il tarixli, ********** qeydiyyat nömrəli “Çıxarış” əsasında ümumbirgə mülkiyyətdə olan 0.46 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinə dair texniki sənəd olaraq xx.xx.2010-cu il tarixli plan və ölçü sənədinə cari dəyişiklilər edilməklə təkrarən tərtib olunması proseduru ilə əlaqədar təqdim edilən hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqliyi araşdırılarkən məlum olmuşdur ki, təqdim olunan sənədlər əsasında Astara rayonu, ərçivan qəsəbəsi ərazisində yerləşən həmin 0.46 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinə dair plan və ölçü sənədinin cari dəyişikliklər edilməklə yenidən tərtib olunması xahiş edilir. Təqdim olunmuş sənədlər üzrə aparılan ekspertizanın, habelə faktiki yerində keçirilən müayinənin (çöl ölçmə işləri) nəticəsi olaraq məlum olmuşdur ki, istifadə olunan torpaq sahəsi yuxarıda barəsində qeyd olunan hüquqmüəyyənedici və texniki sənədlərə uyğun deyildir, habelə tərəflər arasında mübahisə mövcuddur. Daşınmaz əmlakın dövlət reyestrindən iddiaçının və ailə üzvlərinin adına verilmiş yuxarıda barəsində qeyd olunan xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli “Çıxarış”ın verilməsinə əsas olmuş JN-1110 nömrəli “Dövlət Aktı” DWG (xəritə) baza məlumatlarına uyğun tərtib olunduğundan, yeni elektron uçot xəritə məlumatları üzrə uyğunsuzluq yaranmışdır. Yuxarıda barəsində qeyd olunan ilkin hüquqmüəyyənedici sənəd üzrə ayrılmış həmin 0.46 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinə dair sənəd üzrə məlumatlarla elektron baza məlumatları arasında yaranmış uyğunsuzluğa münasibətdə bildiririk ki, sözü gedən ərazidə ayrı-ayrı torpaq sahələri ilə bağlı yaranmış uyğunsuzluqların hissə-hissə tənzimlənməsi məqsədilə dürüstləşdirmə işləri başa çatdırıldıqdan, habelə tərəflər arasında yaranmış mübahisəli məqamlar aradan qaldırıldığı təqdirdə, gələcəkdə hazırki müraciətinə təkrarən baxıla bilər. Qeyd olunan səbəblərdən sözü gedən “Çıxarış”la ümumbirgə mülkiyyətində olan həmin 0.46 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinə dair texniki sənəd olaraq plan və ölçü sənədinin cari dəyişikliklər edilməklə yenidən tərtib olunması barədə hazırki ərizənin icrası təmin olunmamışdır. Bu səbəbdən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlaka dair plan və ölçü sənədinin dəyişiklik edilməklə yenidən tərtib olunması prosedurundan imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. İş materialında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran ərazi İdarəsinin İddiaçı1 ünvanladığı xx.xx.2022-ci il tarixli, **********90 nömrəli məktubunda göstərilmişdir ki, Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində yerləşən atası X5 və ailə üzvlərinin mülkiyyətlərində olan pay torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki vəziyyətə uyğun olaraq düzəliş edilməsinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə daxil olmuş 25 oktyabr 2022-ci il tarixli, ********** nömrəli müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 1455 nömrəli Fərmanına uyğun olaraq Astara rayonunda torpaq islahatı nəticəsində pay torpaq sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması işlərinə başlanılmışdır. Astara rayonu, Ərçivan qəsəbəsində bu məqsədlə elektron uçot işlərinin dürüstləşməsi işləri davam edir. Elektron uçot işlərinin Ərçivan qəsəbəsində durustləşməsı başa çatdıqdan sonra işin icrasına qanunamüvafıq qaydada baxılacaqdır. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN -1110 (kod ********) nömrəli dövlət aktının surətindən görünür ki, Astara rayonu Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli, 18 nömrəli qərarı ilə X5 və onun ailə üzvlərinə (X7, İddiaçı3, İddiaçı1, İddiaçı4) 0.67 hektar torpaq sahəsi verilmişdir. İş materialında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3370/2023 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış 24 avqust 2023-cü il tarixli sərəncamın icrası olaraq bildirilir ki, həmin sərəncama münasibətin bildirilməsi ilə əlaqədar həmin əmlaka dair arxiv və baza məlumatları aidiyyəti hissədə araşdırıldı. Hazırki iş üzrə iddiaçılardan biri olan İddiaçı1 tərəfindən Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində yerləşən 0.46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı “Torpaq sahəsinin planı və ölçüsü sənədi nin cari dəyişikliklər edilməklə yenidən tərtib olunması proseduru ilə əlaqədar həmin şəxsin 10 saylı Lənkəran Ərazi idarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli müraciəti əsasında təqdim olunmuş ilkin hüquqmüəyyənedici sənədlər icraata qəbul edilmişdir. Təqdim olunmuş sənədlər üzrə aparılan ekspertizanın nəticəsi olaraq məlum olmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrindən onun və ailə üzvlərinin adına verilmiş xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli “Çıxarışın” verilməsinə əsas olmuş JN-1110 nömrəli “Dövlət Aktı” xəritə baza məlumatlarına uyğun tərtib olunduğundan, yeni elektron uçot xəritə məlumatları üzrə uyğunsuzluq yaranmışdır. Eyni zamanda, faktiki yerində keçirilən müayinənin nəticəsi olaraq məlum olmuşdur ki, istifadə olunan torpaq sahəsi hüquqmüəyyənedici və texniki sənədlərə uyğun deyil, həmçinin tərəflər arasında mübahisə mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə ki, 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunan səbəbdən hazırki sərəncamın aidiyyəti hissədə icrasına münasibətdə isə bildirilir ki, faktiki yerində ekspertiza keçirilməsi şərtilə və tərəflərin iştirakı ilə iddia tələbinin qanuniliyi və əsaslılığı baxımından tam araşdırılmaqla qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materialında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3424/2023 nömrəli məktubunda göstərilmişdir ki, MA ******* nömrəli çıxarışın və digər sənədlərinin arxiv nüsxələrinin təsdiq olunmuş ksero surətlərinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanladığınız 06 noyabr 2023cü il tarixli, 2-1 (120)-4044/2023 qeydiyyat nömrəli məktuba tərəfimizdən baxılmışdır.Məlumat üçün bildiririk ki, eyni qeydiyyat nömrəli sorğu məktubu “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin İdarə Heyyətinə daxil olmuş və həmin sorğu icra üçün aidiyyəti üzrə 10 saylı Lənkəran Ərazi İdarəsinə göndərilmişdir. Həmin sorğunun icrası təmin edilmiş və bu barədə cavab məktubu “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə ünvanlanmışdır. İş materialında olan Astara rayonu Dövlət Arxivinin məhkəməyə ünvanladığı 29 noyabr 2023-cü il tarixli, 110 nömrəli məktubunda göstərilmişdir ki, Astara rayon Dövlət Arxivində xx.xx.2010-cu il tarixli, MA seriyalı, ******* nömrəli çıxarış, xx.xx.2010-cu il tarixli, AA008087 nömrəli plan və ölçü sənədi və həmin sənədin verilməsinə əsas olan sənədlər mühafizə olunmadığından bu məqsədlə hər hansı bir sənədin göndərilməsi imkan xaricindədir. İş materialında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin məhkəməyə ünvanladığı 15 dekabr 2023-cü il tarixli, 3-21-3-02/2- 14709/2023 nömrəli məktubunda göstərilmişdir ki, yaranmış zərurətlə əlaqədar, 20 noyabr 2010-cu il tarixli, MA seriyalı, ******* nömrəli çıxarışın, AA008087 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin və onun verilməsinə əsas olmuş sənədlərin surətinin təqdim edilməsi barədə məktuba aidiyyəti üzrə baxılmışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin və "xxxx" MMC-nin arxivində aşkar edilmiş MA seriyalı, ******* nömrəli çıxarışın, AA008087 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin və onun verilməsinə əsas olmuş sənədlərin, eləcə də Astara rayon Aqrar İslahat Komissiyasının 2 iyul 1999-cu il tarixli 18 nömrəli iclas protokolundan çıxarışın təsdiq olunmuş surətini təqdim edir. İddiaçıların hazırki iddia tələbinin mahiyyəti ondan ibarətdir ki, xx.xx.2010-cu il tarixli, MA seriyalı, ******* saylı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında X5 və onun ailə üzvlərinə (İddiaçı2, İddiaçı3, İddiaçı1, İddiaçı4) Astara rayonu, Ərçivan kəndində yerləşən ümumbirgə mülkiyyətdə olan 0.46 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış torpaq sahəsi üzrə mərzçəkmə işlərinin aparılması (naturada tanıdılması, sərhədlərinin müəyyənləşdirilməsi, mərz nişanlarının qoyulması və s.) göstərilməsi və torpaq sahəsinin yerləşdiyi ərazinin iddiaçılara göstərilməsidir. Cavabdeh orqan tərəfindən xx.xx.2024-cü il tarixli məktubla iddiaçının tələbindən imtina edilərək, adıçəkilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının naturada müəyyən edilməsi üçün hüquqmüəyyənedici sənədlər təqdim olunacağı və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx.xx.2023-cü il tarixli, 5 nömrəli Qərarı ilə təsdiq edilmiş tariflərə uyğun olaraq müvafiq xidmət haqqını ödəyəcəyi təqdirdə məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçılar Astara rayonu, Ərçivan kəndində yerləşən 0.46 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış torpaq sahəsinin mülkiyyətçiləridir. Torpağın mülkiyyətçisi qismində iddiaçılar torpaq sahəsinin yerində müəyyən edilməsı, mərzçəkmə işlərinin aparılması məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 10 saylı Lənkəran ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 10 saylı Lənkəran ərazi İdarəsi bundan imtina etmişdir. Məhkəmə hesab edir ki, mərz nişanlarının qoyulmasının tələb edilməsi isə torpaq mülkiyyətçinin müstəsna hüququdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələri). Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X2rşı iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.31-ci bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2010-cu il tarixli 171 saylı qərarı ilə təsdiq edilmiş «Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri»nin 2.1-ci bəndinə görə, mərzçəkmə işləri - kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Göründüyü kimi, mərzçəkmə işləri kompleks iş olmaqla özündə yuxarıda göstərilən işlərin görülməsini ehtiva edir. Qeyd edilən normativ sənədin 2.2-ci bəndinə görə mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. Qeyd edilən normativ sənədin 2.3.4-cü bəndinə əsasən hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda mərzçəkmə işləri aparılır. Qeyd edilən normativ sənədin 2.3.5-ci bəndinə əsasən torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə də mərzçəkmə işləri aparılır. Sözügedən normativ sənədin 2.4.8-ci bəndinə görə mərzçəkmə işlərində həmçinin torpaq sahəsinin sərhədinin plan-ölçüsünə və ya kadastr xəritələrinə istinad edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci bəndinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Belə ki, İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra — inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 1.2-ci maddəsinə müvafiq olaraq bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinin tələblərinə görə, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində mərzçəkmə işlərinin aparılmasını tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-414/2020 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbinin qanuni əsası olduğundan təmin edilməli, xx.xx.2010-cu il tarixli, MA seriyalı, ******* saylı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında İddiaçı1 və onun ailə üzvlərinə (İddiaçı2, İddiaçı3, X5, İddiaçı4) Astara rayonu, Ərçivan kəndində yerləşən ümumbirgə mülkiyyətdə olan 0.46 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış torpaq sahəsi üzrə mərzçəkmə işlərinin aparılması (naturada tanıdılması, sərhədlərinin müəyyənləşdirilməsi, mərz nişanlarının qoyulması və s.) göstərilməsi və torpaq sahəsinin yerləşdiyi ərazinin göstərilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 10 saylı Lənkəran ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 2.2.3, 4, 68-69, 75, 81, 85 və 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia ərizəsi təmin edilsin. xx.xx.2010-cu il tarixli, MA seriyalı, ******* saylı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında İddiaçı1 və onun ailə üzvlərinə (İddiaçı2, İddiaçı3, X5, İddiaçı4) Astara rayonu, Ərçivan kəndində yerləşən ümumbirgə mülkiyyətdə olan 0.46 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış torpaq sahəsi üzrə mərzçəkmə işlərinin aparılması (naturada tanıdılması, sərhədlərinin müəyyənləşdirilməsi, mərz nişanlarının qoyulması və s.) göstərilməsi və torpaq sahəsinin yerləşdiyi ərazinin göstərilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar