Məhkəmə qərarları › İş №2-1(120)-1318/2020

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1318/2020

10.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-1318/2020 10.09.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 X5 İdarəsinin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Xüsusi X1rşı «dövlət qulluqçusu pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə iş materiallarına xx xxxxxxxx 2020-ci il tarixdə məhkəmənin binasında (ünvan: Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 10) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Lerik rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1989-2003cü illərin istifadə olunmamış əmək məzuniyyətlərinə görə ona ödənilmiş 1756,80 manat kompensasiya kənd ərazi icra nümayəndəliyinin baş mühasib-baş məsləhətçisinin xx.xx.2008-ci il tarixədək qüvvədə olmuş və həmin kompensasiya hesablanarkən əsas götürülmüş 91 manat aylıq vəzifə maaşına faiz nisbətində əmsallaşdırılmaqla onun dövlət qulluqçusu pensiyasının xx.xx.2015-ci il tarixdən yenidən hesablanması və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. xx xxxxx 2019-cu il tarixdə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə daxil olmuş ərizəsində İddiaçı iddia tələbinə 1989-2003-cü illərin istifadə olunmamış məzuniyyətlərinə görə ona ödənilmiş 1756,80 manat kompensasiya nəzərə alınmaqla xx.xx.2015-ci il tarixdən dövlət qulluqçusu pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdeh Dövlət X6 Lerik rayon şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılması kimi baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin (hakim Samir Həsənov) xx xxxxx 2019-cu il tarixli, 2-1(086)-589/2019 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi, İddiaçı 1989- 2003-cü illərin istifadə olunmamış əmək məzuniyyətlərinə görə ödənilmiş 1756,80 manat kompensasiya xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək kənd ərazi icra nümayəndəliyinin baş mühasib-baş məsləhətçisinin 91 manat təşkil etmiş aylıq vəzifə maaşına faiz nisbətində əmsallaşdırılmaqla onun dövlət qulluqçusu pensiyasının xx.xx.2015-ci il tarixdən yenidən hesablanması və yaranmış fərqin birdəfəyə ödənilməsi haqqında öhdəliyin cavabdeh Dövlət X6 Lerik rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh Dövlət X6 Lerik rayon şöbəsi tərəfindən apelyasiya şikayəti verilmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(086)- 589/2019 nömrəli qərarının ləğv edilməsi xahiş edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (sədrlik edən Nüsrət Mirzəyev, hakimlər Qəzənfər Kərimov və Zəki Babayevdən ibarət tərkibdə) xx xxxxxxx 2019-cu il tarixli, 2-1(106)-526/2019 nömrəli qərarı ilə cavabdeh Dövlət X6 Lerik rayon şöbəsinin apelyasiya şikayətinin təmin edilməməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(086)-589/2019 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərardan cavabdeh Dövlət X6 Lerik rayon şöbəsi tərəfindən kasasiya şikayəti verilmiş, Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019cu il tarixli, 2-1(106)-526/2019 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən Rahib Nəbizadə, hakimlər İlqar Dadaşov və İlqar Hüseynovdan ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli, 2-1(102)-417/2020 nömrəli qərarı ilə cavabdeh Dövlət X6 Lerik rayon şöbəsinin kasasiya şikayətinin qismən təmin edilməsi, Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(106)-526/2019 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən M.K.Həsənov, hakimlər İ.Q.Əsədov və Z.A.Zeynalovdan ibarət tərkibdə) xx xxxx 2020-ci il tarixli, 2-1(106)-342/2020 nömrəli qərarı ilə cavabdeh Dövlət X6 Lerik rayon şöbəsinin apelyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(086)-589/2019 nömrəli qərarının ləğv edilərək, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati işin Şirvan İnzibati Məhkəməsinə qaytarılması qərara alınmışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək mübahisənin ərazi aidiyyəti məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı işin aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Dövlət X6 X5 İdarəsinin nümayəndəsi və vəkili X3 bildirdi ki, iş üzrə cavabdeh DSMF Lerik rayon şöbəsi DSMF X5 İdarəsi ilə əvəz olunduğundan, cavabdeh inzibati orqan isə Bakı şəhərinin ərazisində yerləşdiyindən, hazırkı inzibati işə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 xx.xx.2019-cu il tarixli əmri ilə 2019-cu ilin 10 may tarixindən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu və 20-ci maddələrinə əsasən pensiya hüququ qazanmış şəxslərə pensiya təyinatının Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 X5 İdarəsi tərəfindən aparılması ilə əlaqədar Fondun rayon (şəhər) şöbələri tərəfindən belə təyinatların həyata keçirilməsi həmin tarixdən dayandırılmışdır. Bu səbəbdən təkrar apellyasiya baxışı zamanı Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən M.K.Həsənov, hakimlər İ.Q.Əsədov və Z.A.Zeynalovdan ibarət tərkibdə) xx xxx 2020-ci il tarixli, 2-1(106)-342/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Lerik rayon şöbəsinə qarşı «dövlət qulluqçusu pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbinə dair inzibati iş üzrə Dövlət X6 X5 İdarəsinin cavabdeh qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Göründüyü kimi, Fondun rayon (şəhər) şöbələri tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu və 20-ci maddələrinə əsasən pensiya hüququ qazanmış şəxslərə pensiya təyinatı Dövlət X6 xx.xx.2019-cu il tarixli əmri ilə 2019-cu ilin 10 may tarixindən etibarən dayandırıldığından, adı çəkilən DSMF-nun X5 İdarəsiFondun rayon (şəhər) şöbələrinin prosessual hüquq varisi qismində tanındığından və apelyasiya instansiya məhkəməsinin müvafiq qərardadı ilə Dövlət X6 Lerik rayon şöbəsi DSMF-nun X5 İdarəsi ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 8.1.3-cü maddəsinə görə inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 8.1.3-1-ci maddəsinə görə Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnamənin təsdiqi ilə əlaqədar hərəkəti və ya hərəkətsizliyi, yaxud onu təsdiq etməkdən imtina etməsi ilə bağlı iddialara həmin gəminin qeydiyyat limanınınyerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 8.1.4-cü maddəsinin tələblərinə görə digər (maddə 8.1.1-8.1.3-1-də nəzərdə tutulan hallardan başqa) hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə iş materialarına əsasən belə nəticəyə gəlir ki, iddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddialara aid edilir. Ona görə də işin ərazi aidiyyəti həll edilərkən nəzərə alınmalıdır ki, mübahisənin bu xüsusatına İPM-in 8.1.4-cü maddəsi tətbiq edilməlidir. İPMin 8.1.1-ci, 8.1.2-ci, 8.1.3-cü, 8.1.3-1-ci maddələrində təsbit edilmiş müstəsna aidiyyət normaları hazırkı işlə əlaqədar deyil. İş materiallarından görünür ki, cavabdeh DSMF X5 İdarəsinin hüquqi ünvanı Bakı şəhəri, Ziya Bünyadov prospekti 43-dür. Belə olan halda məhkəmənin qənaətinə görə, cavabdeh inzibati orqan Bakı şəhərinin ərazisində (Z.Bünyadov prospekti, 43) yerləşdiyindən, İPM-in 8.1.4-cü maddəsinin tələblərinə görə hazırkı inzibati işə cavabdeh inzibati orqanın yerləşdiyi inzibati məhkəmədə baxımalıdır. İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2 – 8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 8-ci, 23.1-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Xüsusi X1rşı «dövlət qulluqçusu pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbinə dair iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar