Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1319/2020 04.11.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı (ünvan 2, mənzil 37 ünvanda yaşayan) iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «pasport qeydiyyatından çıxarılma öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh Qeydiyyat və X1rşı məhkəmədə iddia qaldıraraq, üçüncü şəxs X2 onun mülkiyyətində olan ünvan 2, 37 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi məhkəməyə daxil olduğu gündən qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. Daha sonra xx xxxxxx 2020-ci il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçı olduğu kimi saxlanılmaqla, Cavabdeh Qeydiyyat və X3 cavabdehlər sırasından çıxarılmasını, cavabdeh kimi Cavabdeh qəbul edilməsini, iddia tələbinə isə X2 pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(120)-1319/2020 saylı qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmə tərəfindən qəbul edilmiş və X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2013-cü il tarixdə ona məxsus ünvan 2, 37 saylı mənzili Şirvan şəhər 1 saylı Notariat Kontorunda alqı-satqı müqaviləsi bağlamaqla almışdır. Mənzili xx.xx.2017-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində adına mülkiyyət hüququ əsasında qeydiyyata aldırmışdır. Belə ki, alqı-satqı müqaviləsinə əsasən üçüncü şəxs X5 mülkiyyət hüququ əsasında adına qeydiyyata aldırdığı mənzildən pasport qeydiyyatından çıxmaq öhdəliyini götürsə də, lakin bu günə kimi qeydiyyatdan çıxmamışdır və çıxmaqdan yayınır. Belə ki, üçüncü şəxs mənzildən pasport qeydiyyatından çıxmadığına görə onun iddiaçıya məxsus mənzildən istifadə hüququna xitam verilməsinə dair məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. O, hal-hazırda ona məxsus olan mənzili 2013-cü il tarixdən, yəni əldə etməmişdən öncə üçüncü şəxs adı çəkilən mənzili digər şəxsdən aldığı vaxtdan, yəni 2009-cu il tarixdən qeydiyyatda olmuşdur. Lakin adı çəkilən mənzil 2013-cü il tarixdən onun tərəfindən əldə edildikdən sonra üçüncü şəxs formal olaraq mülkiyyətində olan mənzildə qeydiyyatda qalmışdır. Üçüncü şəxs 2009-cu il tarixdən adı çəkilən mənzildə qeydiyyatda olmasına baxmayaraq həmin tarixdən həmin mənzildə yaşamır. Bunu üçüncü şəxsin valideynləri tərəfindən iddiaçıya 2013-cü il tarixdən adı çəkilən mənzili alqı-satqı yolu ilə əldə edən zaman bildirilmişdir. İddiaçı tərəfindən üçüncü şəxsin valideynlərinin yaşadığı ünvana məlumat göndərsə də, onun valideynləri tərəfindən cavabdehin Türkiyə Respublikasına köçdüyü və hal-hazırda da yaşadığını bildirmişlər. Belə ki, üçüncü şəxsin həmin mənzildə qeydiyyatda qalması onun mülkiyyət hüququnu pozur. Bu səbəbdən də o cavabdehə ona məxsus mənzildən üçüncü şəxsin pasport qeydiyyatından çıxarılmasını xahiş etmişdir. Lakin cavabdeh xx.xx.2020-ci il tarixli məktubla müraciətindən imtina etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş edir. Cavabdeh xx.xx.2020-ci il tarixli 305-19412-1220 saylı münasibət məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı Şirvan şəhər PŞ-nə ərizə ilə müraciət edərək yaşadığı ünvan 2, mənzil 37 saylı ünvanında qeydiyyatda olan şəxsin qeydiyyatdan çıxarılmasını bildirmişdir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, şəxsiyyət vəsiqəsi xidməti aşağıdakı hallarda vətəndaşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarır: yaşayış yerini dəyişdikdə-yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin məlumatına əsasən, başqa ölkədə yaşayış yeri seçdikdə AR Dövlət Miqrasiya Xidmətinin və Xarici İşlər Nazirliyinin məlumatına əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında şəxs yalnız ömürlük azadlıqdan məhrum edildikdə, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə. Digər hallarda vətəndaşın yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması qanuna ziddir. Odur ki, bu barədə vətəndaş İddiaçı məktub vasitəsi ilə məhkəmə orqanına müraciət etməsi bildirilmişdir. Məktubda adı göstərilən şəxshəmin ünvana qeydiyyata düşməsinə əsas olan sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edilmişdir. X8 şəhəri, 28 May küçəsi, ev 6, mənzil 37 ünvanında 2008-ci il tarixdən qeydiyyatdadırlar. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia tələbini müdafiə edərək, təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehnə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Üçüncü şəxsə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə məktubla bildiriş göndərilsə də, məktub «köçüb» qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsi üçün Şirvan şəhər Mənzil İstismar Sahəsinə və Şirvan Bələdiyyəsinə rəsmi qaydada məlumat verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx xxxxx 2013-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, X6 ilə İddiaçı arasında Şirvan şəhəri, 28 May küçəsi, 6 saylı binada yerləşən 37 saylı, 3 otaqlı, yaşayış sahəsi 46,4 kv.m, yardımçı sahəsi 18,74 kv.m, ümumi sahəsi 65,14 kv.m-dən ibarət mənzilə dair alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX ******* saylı Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 2, mənzil 37 (ümumi sahəsi 68,7 kv/metr) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 138 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı X9 xx xxxxxx 2020-ci il tarixli **********60 saylı məktubunda qeyd edilmişdir ki, X6 ilə aralarında bağlanmış xx.xx.2013-cü il tarixli 4Ə-1/132 nömrəli alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanda yerləşən 37 nömrəli mənzilə dair İddiaçı mülkiyyət hüququ Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Eyni zamanda X2 ünvan 2 ünvanda yerləşən 37 nömrəli mənzilə dair istifadə hüquqlarının qeydiyyata alınıb-alınmaması Ərazi İdarəsində saxlanılan arxiv materiallarına əsasən araşdırılmış və bu barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan Cavabdeh İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, X2 qızının ünvan 2, mənzil 37 ünvanından qeydiyyatdan çıxarılmasından imtina edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Yenə həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, azadlıqdan məhrum edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında, qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında çıxarılır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X6 ilə İddiaçı arasında Şirvan şəhəri, 28 May küçəsi, 6 saylı binada yerləşən 37 saylı, 3 otaqlı, yaşayış sahəsi 46,4 kv.m, yardımçı sahəsi 18,74 kv.m., ümumi sahəsi 65,14 kv.m olan mənzilə dair xx xxxxx 2013-cü il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi bağlanmış və həmin mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Bununla da X6 hazırda iddiaçının mülkiyyətində olan mənzili satmaqla həmin evə olan özünün və digər şəxslərin mülkiyyət hüququnu, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan istifadə hüququnu da itirmiş hesab olunur. Lakin həmin mənzildə, yəni hazırda iddiaçıya məxsus olan mənzildə X2 pasport qeydiyyatında qalması müəyyən olunmuşdur. X2 iddiaçıya məxsus mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradır. Eyni zamanda həmin şəxsin hal-hazıra qədər mənzildən istifadə etməməsi, orada yaşamaması, mülkiyyətçinin hüquqlarının həyata keçirilməsinə maneələr yaratmaları onun mənzildən qeydiyyatdan çıxarılmasına əsas verir. Buna görə də Cavabdeh X2 iddiaçıya məxsus olan mənzildən qeydiyyatdan çıxarılmasından imtinası əsassızdır. Bununla bağlı məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»ndan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan ünvan 2, 37 saylı mənzildən X2 pasport qeydiyyatından çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-79 və, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 2, 37 saylı mənzildən X2 pasport qeydiyyatından çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə ondan Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2-1(120)-1319/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1319/2020
04.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver