Məhkəmə qərarları › İş №2-1(120)-132/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-132/2020

18.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-132/2020 18.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı“xxxxxxxxxxx” x1 nümayəndəsi x2, Cavabdeh 8 saylı x8 nümayəndəsi x6 iştirakları ilə, İddiaçı “xxxxxxxxxxx” x1 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 8 saylı x7rşı “2997,03 manat məbləğində borc və peniya üzrə 121,03 manat pulun ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı “xxxxxxxxxxx” x4 cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2997,03 manat məbləğində borc və peniya üzrə 121,03 manat pulun ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı “xxxxxxxxxxx” x4 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Vergilər Nazirliynin 8 saylı x16 “xxxxxxxxxxxxx” MMC-dən əsassız olaraq 2997.03 manat məbləğində borc və peniya üzrə 121.03. manat pul tutulmasını müəyyən etmişdir. Azərbaycan Respublikasının Vergilər Nazirliynin 8 saylı x8 27.09.2019-cu il tarixli məktubunda “xxxxxxxxxxxxx” MMC-yə 2997.03 manat məbləğində borc və peniya üzrə 121.03 manat pul tutulması əks olunur. “xxxxxxxxxxxxx” MMC-nin təsis edildiyi gündən bir gün də olsun ki, fəaliyyəti olmamışdır. 2011-ci ildə mən özüm ərizə verərək “xxxxxxxxxxxxx” MMC-nin hesabını beş il müddətinə bağlatdırmışam. Sonradan 2016-cı ildə yenə də ərizə verərək “xxxxxxxxxxxxx” MMC-nin hesabını beş il müddətinə bağlatdırmışam. “xxxxxxxxxxxxx” MMC-nin heç bir fəaliyyəti olmadığı halda və hesabı bağlı olduğu halda cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliynin 8 saylı x16 tərəfindən “xxxxxxxxxxxxx” MMC-yə 2997.03 manat məbləğində borc və peniya üzrə 121.03 manat pulun hesablanması qanunsuz və əsassızdır. Bu isə vergi qanunvericiliyinin, vergilər məcəlləsinin və digər aidiyatı normativ hüquqi aktlarının tələblərinin pozulması deməkdir. Qeyd olunanların nəzərə alınaraq cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliynin 8 saylı x16 tərəfindən “xxxxxxxxxxx” MMC-yə 2997.03 manat məbləğində borc və peniya üzrə 121.03. manat pulun ləğv edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. İddiaçı “xxxxxxxxxxx” x1 nümayəndəsi x5 şifahi məhkəmə baxışı iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh 8 saylı x8 nümayəndəsi x13 şifahi məhkəmə baxışı iclasında iddianı qəbul etməyərək, iddia ərizəsinin rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarında olan sübutları obyektiv, hərtərəfli, tam tətqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin 8 saylı x8 məhkəməyə ünvanladığı 15.11.2019-cu il tarixli, **********3332800 saylı etirazında qeyd edilmişdir ki, iddiaçı “xxxxxxxxxxx” x4 (VÖEN **********) cavabdeh 8 saylı x16 tərəfindən 2997,03 manat məcburi dövlət sosial sığorta haqları və bu məbləğə hesablanmış 121,09 manat peniya məbləği üzrə borcun silinməsi barədə iddia ərizəsi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Cavabdeh 8 saylı x16 aşağıda göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edir: “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinə əsasən Sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi 01.01.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası Vergilər Nazirliyinə həvalə edilmişdir. Sosial sığorta haqları üzrə yaranmış borc barədə DSMF tərəfindən Vergilər Nazirliyinə rəsmi qaydada təqdim edilmiş məlumatlarda 01.10.2018-ci il tarixə “xxxxxxxxxxx” x3 “İşəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər” vərəqə üzrə 2997,03 manat (2006-cı il üzrə 695,1 manat, 2007-ci il üzrə 981,0 manat və 2008-ci il üzrə isə 1370,93 manat) və bu məbləğə hesablanmış 121,09 manat peniya məbləği nəticəsində borcunun yarandığı bildirilmişdir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən “esablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış /enidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü eurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmçinin, Vergi Məcəlləsinin 85.5-1 maddəsinə əsasən 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına münasibətdə tətbiq edilmir. Göründüyü kimi, Vergi Məcəlləsində yalnız vergilər üzrə borcların tələbetmə müddəti müəyyən edilmiş, məcburi dövlət sosial sığorta haqqı üzrə borcların silinməsi nəzərdə tutulmamışdır. Vergi Məcəlləsinin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1 -ci maddəsinə əsasən isə vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub- olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə borc məbləğinin silinməsi qanunvericilikdə nəzərdə tutulmamışdır buna görə də borc qısa müddət ərzində dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edirəm. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin 8 saylı x8 05.11.2019-cu il tarixli, **********571400 saylı arayışında qeyd edilmişdir ki, “xxxxxxxxxxx” x1 (VÖEN **********) vergi və sosial sığorta haqları üzrə borclarının olub olmaması, olduğu təqdirdə yaranmasının əsasları barədə məhkəməyə məlumat verilməsinə dair müraciətinizə 8 saylı x9 baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi 01.01.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası Vergilər Nazirliyinə həvalə edilmişdir. Sosial sığorta haqları üzrə yaranmış borc barədə DSMF tərəfindən Vergilər Nazirliyinə rəsmi qaydada təqdim edilmiş məlumatlarda 01.10.2018-ci il tarixə cəmiyyətin İşəgötürənlər-muzdlaişləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər” vərəqə üzrə 2997,03 manat (2006-cı il üzrə 695,1 manat, 2007-ci il üzrə 981,0 manat və 2008-ci il üzrə isə 1370,93 manat) və bu məbləğə hesablanmış 121,09 manat peniya məbləği nəticəsində borcunun yarandığı bildirilmişdir. Qeyd olunan məlumatları 15.10.2019-cu il tarixli müraciətinizlə əlaqədar olaraq Sizə təqdim edirik. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və x10 Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət x14 16.08.2019-cu il tarixli, **********3 saylı məktubunda qeyd edilmişdir ki, “xxxxxxxxxxx” MMC-nin məcburi dövlət sosial sığorta sahəsində yaranmış borcunun tərkibinin müəyyən edilməsi ilə bağlı daxil oimuş müraciətinizə Azərbaycan Respublikasının və x10 Nazirliyi (Nazirlik) yanında Dövlət x15 baxılmışdır. Nazirlik yanında Dövlət x14 elektron məlumat bazasında olan məlumatlara əsasən '‘xxxxxxxxxxx" MMC-nin (VÖEN:**********) 2018-ci il 1 oktyabr tarixinə məcburi dövlət sosial sığorta haqqı üzrə 2997 manat 03 qəpik, maliyyə sanksiyası (o cümlədən penya) üzrə isə 121 manat 09 qəpik, ümumilikdə 3118 manat 12 qəpik borcu yaranmışdır. Həmin borcun açıqlaması qoşmada öz əksini tapmışdır. Həmçinin nəzərinizə çatdırırıq ki, Cəmiyyətin 2008-ci ilin sonuna məcburi dövlət sosial sığorta haqqı üzrə 2705 manat 60 qəpik, maliyyə sanksiyası (o cümlədən penya) üzrə isə 376 manat 43 qəpik borcu olduğu haqda, 2009-cu ilin əvvəlinə borcun cəmi eyni olmaqla məcburi dövlət sosial sığorta haqqı üzrə 3006 manat 03 qəpik, maliyyə sanksiyası (ocümlədən penya) üzrə 76 manat məbləğində göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin 8 saylı x8 27.09.2019-cu il tarixli, **********288800 saylı arayışında qeyd edilmişdir ki, Vergi borcu barədə müraciətinizə 8 saylı x9 baxılmışdır. Bildiririk ki, 2012-ci il tarixdən hal-hazırkı dövrədək sahibkarlıq fəaliyyəti göstərilməsi barədə Vergi orqanına tərəfinizdən hesabat təqdim olunmamışdır. Hal-hazırkı dövrə Cəmiyyətin vergilər üzrə təqdim olunmuş bəyannamə hesabatlarına əsasən borcu yoxdur. “xxxxxxxxxxx" x1 (VÖEN **********) Azərbaycan Respublikası Əmək və x10 Nazirliyinin Dövlət x14 11.10.2018-ci il tarixə Vergilər Nazirliyinə verdiyi baza məlumatına əsasən MDSS üzrə 2997.03 manat və penya üzrə 121.03 manat borcu olduğu müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10.09.2019-cu il tarixli, **********079800 saylı məktubunda qeyd edilmişdir ki, “xxxxxxxxxxx" x1 (VÖEN **********) mövcud sosial sığorta haqları üzrə borclarının silinməsi barədə müraciətinizə Vergilər Nazirliyində baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “işsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi 01.01.2018-ci il tarixdən etibarən Azərbaycan Respublikası Vergilər Nazirliyinə həvalə edilmişdir. Sosial sığorta haqları üzrə yaranmış borc barədə DSMF tərəfindən Vergilər Nazirliyinə rəsmi qaydada təqdim edilmiş məlumatlarda 01.10.2018-ci il tarixə cəmiyyətin “işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər” vərəqə üzrə 2997,03 manat (2006-cı il üzrə 695,1 manat, 2007-ci il üzrə 981,0 manat və 2008-ci il üzrə isə 1370,93 manat) və bu məbləğə hesablanmış 121,09 manat peniya məbləği nəticəsində borcunun yarandığı bildirilmişdir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin vəmaliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmçinin, Vergi Məcəlləsinin 85.5-1 maddəsinə əsasən 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına münasibətdə tətbiq edilmir. Göründüyü kimi, Vergi Məcəlləsində yalnız vergilər üzrə borcların tələbetmə müddəti müəyyən edilmiş, məcburi dövlət sosial sığorta haqqı üzrə borcların silinməsi nəzərdə tutulmamışdır. Vergi Məcəlləsinin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1 -ci maddəsinə əsasən isə vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Yuxarıda qeyd edilənləri nəzərə alararaq borc qısa müddət ərzində dövlət büdcəsinə ödənilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin 8 saylı x8 19.12.2019-cu il tarixli, **********807900 saylı arayışında qeyd edilmişdir ki, 8 saylı x16 məktubunuzla əlaqədar olaraq bildirir ki, “YOL- TİKİNTİ” x4 (VÖEN **********) 05.11.2001ci il tarixdədövlət qeydiyyatına, 06.11.2001-ci il tarixdə vergi uçotuna alınmışdır və 01.01.2005-ci ii tarixdən hal-hazıradək vergi ödəyicisidir. Cəmiyyət tərəfindən 2006-ci il üzrə vergi hesabatları təqdim edilməmiş, 2007-2008- ci illər üzrə vergi öhdəliklərin yaranmaması haqqında arayışlar (boş vergi bəyannamələri) təqdim edilmişdir.Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarətin Vergilər Nazirliyinin səlahiyyətlərinə aid edildiyi 01.01.2019-cu il tarixdən cəmiyyət tərəfindən sosial sığorta haqları üzrə hesabatlar təqdim ediməmişdir. Əvvəlki dövrlərdə vergi ödəyicisi tərəfindən sosial sığorta haqları üzrə hesabatlar təqdim edilməsi barədə məlumatlar Azərbaycan Respublikası Dövlət x14 İmişli rayon şəbəsi tərəfindən verilə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və x10 Nazirliyi yanında Dövlət x14 İmişli rayon şöbəsinin məhkəməyə ünvanladığı 28.02.2020-ci il tarixli, **********2 saylı məktubunda qeyd edilmişdir ki, nazirlik yanında DSMF-nin İmişli rayon şöbəsi Sizin 18 fevral 2020-ci il tarixli 2-1(120)-132/2020 saylı məktubunuza cavab olaraq bildirir ki,”xxxxxxxxxxx” MMC-nin (VÖEN **********, SUN **********0) 01.01.2012-ci il tarixə əsas borcu 3006,03 manat maliyyə sanksiyası (peniya) 76,00 manat cəmi 3082,03 manat, İV rüb 2012-ci ildə 45,09 manat maliyyə sanksiyası (peniya) hesablanmış 01.01.2013-cü il tarixə əsas borcu 3006,03 manat maliyyə sanksiyası (peniya) 121,09 manat cəmi 3127,12 manat, 01.01.2014-cü il tarixə əsas borcu 3006,03 manat maliyyə sanksiyası (peniya) 121,09 manat cəmi 3127,12 manat, 01.01.2015-ci il tarixə əsas borcu 3006,03 manat maliyyə sanksiyası (peniya) 121,09 manat cəmi 3127,12 manat, 01.01.2016-ci il tarixə əsas borcu 3006,03 manat maliyyə sanksiyası (peniya) 121,09 manat cəmi 3127,12 manat, 01.01.2017-ci il tarixə əsas borcu 3006,03 manat maliyyə sanksiyası (peniya) 121,09 manat cəmi 3127,12 manat və 10.07.2018-ci il tarixdə 9.00 manat sosial sığorta haqqı ödənilmiş 01.10.2018-ci il tarixə əsas borcu 2997,03 manat, maliyyə sanksiyası (peniya) 121,09 manat cəmi 3118,12 manat olmuşdur. Sığortaedənlərə göndərilən bildirişlər şöbədə olmadığına görə bildirişlərin sürətini Sizə təqdim edə bilmirik. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və x10 Nazirliyi yanında Dövlət x14 İmişli rayon şöbəsinin məhkəməyə ünvanladığı 06.03.2020-ci il tarixli, **********7 saylı məktubunda qeyd edilmişdir ki, iddiaçı “xxxxxxxxxxx” x1 2997.03 manat məbləğində borc və pensiya üzrə 112.03 manat pulun ləğv edilməsi tələbinə dair məktuba Əmək və x10 Nazirliyi yanında Dövlət x15 (Fond) baxılmışdır. Qeyd edilən məsələ ilə əlaqədar bildiririk ki, “xxxxxxxxxxx” x1 (VÖEN: **********, SUN: **********0) məcburi dövlət sosial sığorta haqları üzrə 2018-ci ilin 1 oktyabr tarixinə 0111 fəaliyyət kodu üzrə (işəgötürənlər muzdla işləyənləri əmək müqaviləsi ilə işəgötürən hüquqi şəxslər, büdcədən maliyyələşən təşkilatlar istisna olmaqla) ümumilikdə 3118 manat 12 qəpik (məcburi dövlət sosial sığorta haqqı üzrə borcu 2997 manat 3 qəpik, maliyyə sanksiyası (o cümlədən penya) üzrə borcu 121 manaı 9 qəpik) borcu yaranmışdır (cədvəl əlavə olunur). İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin 8 saylı x8 06.03.2020-ci il tarixli, **********7 saylı arayışında qeyd edilmişdir ki, Vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən bildiririk ki, x5 “xxxxxxxxxxx" x1 (VÖEN **********) rəhbəridi (təsis edildiyi 05.11.2001-ci il tarixdən hal-hazırıdək). x17 Məhkəməsinə təqdim etmək üçün veilir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanunlarında edilmiş dəyişiklərə uyğun olaraq sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi 01.01.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikasının Vergilər Nazirliyinə həvalə edilmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Əmək və x10 Nazirliyi tərəfindən müvafiq məlumatlar Vergilər Nazirliyinə təqdim edilmişdir. Həmin məlumatlara əsasən iddiaçı “xxxxxxxxxxx" x1 2018-ci il 1 oktyabr tarixinə məcburi dövlət sosial sığorta haqqı üzrə 2997 manat 03 qəpik, maliyyə sanksiyası (o cümlədən penya) üzrə isə 121 manat 09 qəpik, ümumilikdə 3118 manat 12 qəpik borcu yaranmışdır. İddiaçı həmin borcun silinməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh inzibati orqan iddiaçının ilkin müraciətindən imtina etmişdir. Hazırda iddiaçı bu borcun əsassız hesablandığını hesab edərək onun silinməsini (ləğv edilməsini) xahiş edir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən vergi ödəyicisinin hüquqları və qanuni maraqları qanunvericilik normaları ilə təmin edilir. Vergi ödəyicisinin hüquqlarının və qanuni maraqlarının müdafiəsi qaydası bu Məcəllə və digər qanunlarla müəyyən edilir. Həmin Məcəllənin85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir Həmin Məcəllənin 85.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına, işsizlikdən sığorta haqqına və icbari tibbi sığorta haqqına münasibətdə tətbiq edilmir. Həmin Məcəllənin 93.1-ci maddəsinə əsasən Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda (maddə 93.1.1); bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə (maddə 93.1.2) qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə (maddə 93.1.3) “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu sahədə qanunverici “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dövlət sosial sığortasının məcburiliyi prinsipini qəbul etmiş, sığortaedənin üzərinə uçota durmaqla, dövlət sosial sığorta haqqını ödəməklə, sığortaçıya müvafiq hesabatları, arayışları təqdim etməklə bağlı vəzifələr qoymuş, qarşı tərəfin (məcburi dövlət sosial sığortası sahəsində dövlət idarəetməsini həyata keçirən orqanın) isə bununla bağlı səlahiyyətlərini dəqiq şəkildə müəyyən etmişdir. Məhkəmə arşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının silinməsini tələb etdiyi pul, müəssisənin fəaliyyəti ərzində 2006-cı il tarixindən sonrakı illər üçün yaranmış (hesablanmış) məcburi dövlət sosial sığorta haqqları üzrə borclardır. Yuxarıda qeyd olunan hüquq normalarını hazırkı işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərkən məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 93-cü maddəsinə əsaslanıb, sözügedən borcların silinməsinin tələb edilməsi yolverilməzdir. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçı borcunun yarandığı dövrdə müəssisənin fəaliyyətinin olmaması və yaxud borcunun düzgün hesablanmamasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Hansı ki, yuxarıda qeyd edilən hüquq normalarının tələbinə görə sübutetmə yükü iddiaçının üzərinə düşür. Odur ki, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, qanuni əsası olmadığından iddiaçı “xxxxxxxxxxx” x1 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 8 saylı x7rşı “2997,03 manat məbləğində borc və peniya üzrə 121,03 manat pulun ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

1. İddiaçı “xxxxxxxxxxx” x1 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 8 saylı x7rşı “2997,03 manat məbləğində borc və peniya üzrə 121,03 manat pulun ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin.

2. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər.

3. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar