Məhkəmə qərarları › İş №2-1(120)-1320/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1320/2020

12.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1320/2020 12.11.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı (Cəlilabad rayonu, Cəfərxanlı kəndində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinə qarşı «şəhid adının və şəhid statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinə qarşı Şirvan İnzibati Məhkəməsində iddia qaldıraraq, mərhum övladı X2 şəhid adının və şəhid statusunun verilməsi öhdəliyinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş məhkəmənin dəftərxanasında inzibati iş kimi qeydə alınaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş hesab edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(120)-1320/2020 saylı qərardadı ilə Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun mərhum oğlu X4 xx.xx.2017ci ildə Cəlilabad rayon Cəfərxanlı kəndində kəndində anadan olmuşdur. 2014-2019-cu illərdə Lənkəran Dövlət Universitetində təhsil almışdır. xx.xx.2019-cu ildə SHXÇDX-nin Cəlilabad rayon şöbəsindən hərbi həkim komissiyasından keçərək müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. DİN-nin X5 N saylı hərbi hissəsinə xidmətini davam etdirilməsi üçün göndərilmişdir. Hərbi hissədə xəstələnmiş və Daxili Qoşunların Hərbi Hospitalına göndərilmiş hərbi hospitalda əməliyyat olunmuş, daha sonra sağalmamış xidmət etdiyi hərbi hissəyə göndərilmişdir. Xəstəliyi ilə əlaqədar olaraq 15 (on beş) günlük məzuniyyətə göndərilmişdir. Məzuniyyətə gəldikdən sonra xx xxxxxx 2019-cu il tarixində “ağ ciyər ürək çatışmazlığı” xəstəliyindən vəfat etmişdir. Şəhid statusunun verilməsi ilə bağlı SHXÇDXnin Cəlilabad rayon şöbəsinə müraciət etmiş, lakin şəhid statusunun verilməsindən imtina edilmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmiş, lakin cavabdeh iddia ərizəsinə münasibət bildirməmişdir. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinə və üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materialını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iddia təmin edilməməlidir. Belə ki, iş materialında olan Cəlilabad RPŞ tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş Seriya AZE 14160645 nömrəli şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən olunur ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Cəlilabad rayonu, Cəfərxanlı kəndində anadan olmuş və Cəlilabad rayonu, Cəfərxanlı kəndində qeydiyyatdadır. İş materialında olan xx xxxxxx 2019-cu il tarixdə verilmiş AZ-İİ 041218 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2019-cu il tarixdə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 38 № ilə qeyd edilmişdir. İş matariallarında olan Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsi tərəfindən ünvan 1 İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli 740 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinə daxil olmuş ərizənizə baxılmışdır. Bildiririk ki, «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 saylı qərarının 1.2.6-cı yarımbəndinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Bu qərarın 4.1-ci bəndinə əsasən şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Belə ki, Daxili İşlər Nazirliyi Daxili Qoşunların xx.xx.2019-cu il tarixli məlumatına və xx.xx.2019-cu il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən əsgər X4 xx.xx.2019-cu il tarixdə ağ ciyər ürək çatışmamazlığı xəstəliyindən vəfat etmişdir. Yuxarıda göstərilən qanunvericilikdə hərbi xidmət dövrü müxtəlif səbəblərdən vəfat etmiş şəxslərin şəhid hesab edilməsi nəzərdə tutulmadığı üçün mərhum X2 şəhid statusunun verilməsi mümkün deyil. İş materialında olan Azərbaycan Respublikasının Prokurorluğu Cəlilabad Rayon Prokurorluğunun xx xxxxxx 2020-ci il tarixli 314 xid-20 nömrəli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin əsgəri olmuş X1 xx xxxxxx 2019-cu il tarixdə yaşadığı Cəlilabad rayonu, Cəfərxanlı kəndində yerləşən evdə ölməsi faktı üzrə Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılmış, araşdırma zamanı X1 ölümündə hər hansı şəxsin qəsd və ehtiyatsızlığı müəyyən edilmədiyinə, yəni hər hansı cinayət hadisəsi olmadığına görə toplanmış 151 C-19 nömrəli material üzrə xx xxxx 2020-ci tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilmiş və qeyd olunan qərarın surəti X3 ünvanına göndərilərək qərardan yuxarı prokurora və ya Cəlilabad Rayon Məhkəməsinə şikayət vermək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Qanunvericiliyinə əsasən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul olunduğu tarixdən qanuni qüvvəyə malikdir. İş materialında olan Cəlilabad Rayon Prokurorluğu tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli 151 C-19 nömrəli qərarı ilə müəyyən olunur ki, araşdırma zamanı N nömrəli hərbi hissənin əsgəri olmuş xx xxxxxx 1997-ci il təvəllüdlü X1 xx xxxxxx 2019-cu il tarixdə hərbi hissə komandirinin əmri ilə xəstəliyə görə məzuniyyətə buraxıldıqdan sonra yaşadığı Cəlilabad rayonu, Cəfərxanlı kəndinə gəldiyi, məzuniyyətdə olarkən xx xxxxxx 2019-cu il tarixdə, saat 03 radələrində yaşadığı evdə ağciyər arteriyasının orta şaxəsinin tormbozundan inkişaf edən hemorragik infarkt ocaqlarından yaranmış kəskin ağciyər-ürək çatışmazlığı səbəbindən öldüyü müəyyən edildiyinə və onun ölümündə hər hansı şəxsin qəsd və ehtiyatsızlığı müəyyən edilmədiyinə, yəni hər hansı cinayət hadisəsi olmadığına görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən 151C-19 nömrəli araşdırma materialı üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X4 xx.xx.2019-cu il tarixdə ağ ciyər ürək çatışmazlığı xəstəliyindən vəfat etmişdir. Cəlilabad Rayon Prokurorluğu tərəfindən aparılmış araşdırma zamanı N nömrəli hərbi hissənin əsgəri olmuş xx xxxxxx 1997-ci il təvəllüdlü X1 xx xxxxxx 2019-cu il tarixdə hərbi hissə komandirinin əmri ilə xəstəliyə görə məzuniyyətə buraxıldıqdan sonra yaşadığı Cəlilabad rayonu, Cəfərxanlı kəndinə gəldiyi, məzuniyyətdə olarkən xx xxxxxx 2019-cu il tarixdə, saat 03 radələrində yaşadığı evdə ağciyər arteriyasının orta şaxəsinin tormbozundan inkişaf edən hemorragik infarkt ocaqlarından yaranmış kəskin ağciyər-ürək çatışmazlığı səbəbindən öldüyü müəyyən edildiyinə və onun ölümündə hər hansı şəxsin qəsd və ehtiyatsızlığı müəyyən edilmədiyinə, yəni hər hansı cinayət hadisəsi olmadığına görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən xx xxxx 2020-ci il tarixli qərarla 151C-19 nömrəli araşdırma materialı üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Hazırda iddiaçı mərhum X2 şəhid adının və şəhid statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Məhkəmə, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin hərəkətlərinin qanuna əsaslanmasını yoxlayarkən belə qənaətə gəlir ki, inzibati orqan tərəfindən iddiaçının hüquqlarına müdaxilə edilməmişdir. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» xx xxxxxxxx 1993-cü il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğurunda həlak olan, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxs şəhid hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq olunmuş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1994-cü il tarixli 10 №-li qərarı ilə təsdiq olunmuş «Şəhid adının əbədləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Həmin Qaydaların 4.1-ci maddəsinə əsasən şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin Kadrlar İdarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) İcra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının xx xxxxxxxx 1993-cü il tarixli Qanunun 1-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı bəndinin, «о cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının xx xxxxxxxx 1993-cü il tarixli Qanunun 1-ci maddəsinin tətbiq edilməli olduğu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı bəndinin «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının xx xxxxxxxx 1993-cü il tarixli Qanunun tələblərinə müvafiq təkmilləşdirilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə tövsiyə edilməsi qərara alınmışdır. İddiaçı mərhum X1 hərbi hissədə xəstələndiyini, xəstəliyi ilə əlaqədar məzuniyyətə göndərildiyini və məzuniyyətə gəldikdən sonra ağ ciyər ürək çatışmazlığı xəstəliyindən vəfat etdiyini qeyd edərək, X2 şəhid statusu verilməli olan şəxslər kateqoriyasına aid olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1994-cü il tarixli 10 №-li qərarı ilə təsdiq olunmuş «Şəhid adının əbədləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq hesab edir ki, mərhum X4 döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmadığından iddiaçı X2 şəhid adının və şəhid statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə işin yuxarda qeyd olunan hallarına və sadalanan hüquq normalarına məcmu halda qiymət verərək hesab edir ki, qanuni əsası olmadığından İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinə qarşı «şəhid adının və şəhid statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddiası təmin edilməməlidir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinə qarşı «şəhid adının və şəhid statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddiası təmin edilməsin. Qərаrdаn, оnun tаm fоrmаdа təqdim оlunduğu gündən 30 (оtuz) gün müddətində Şirvаn İnzibаti Məhkəməsi vаsitəsi ilə Şirvаn Аpеlyаsiyа Məhkəməsinə (Şirvаn şəhəri, Nахçıvаn küçəsi 3) şikаyət vеrilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar