Məhkəmə qərarları › İş №2-1(120)-1320/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1320/2025

13.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1320/2025 13.08.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisəyə görə ödənc əvəzinə müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X7, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi XXX Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisəyə görə ödənc əvəzinə müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 13 avqust 2025-ci il tarixdə, məhkəmənin binasında (ünvan: ünvan 1asında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri Hissə İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “xx.xx.2022-ci ildə xidməti vəzifəsini icra edərkən istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində, yəni elektrik cərəyanının vurması ilə mərhum həyat yoldaşı X8 ölümü ilə nəticələndiyi üçün ailə başçısını itirməyə görə müavinətin təyin olunması və hüququn yarandığı tarixdən müavinətin hesablanaraq birdəfəlik qaydada cavabdeh tərəfindən ödənilməsi” tələbi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək, Yardımlı rayon Yaşıllaşdırma İdarəsini iş üzrə zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. Daha sonra yenidən iddiaçı İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, iddiaçının olduğu kimi saxlanılmasını, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının qəbul edilməsini, Cavabdeh1 cavabdeh sırasından çıxarılmasını, iddia tələbinə “xx.xx.2022-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisəyə görə ödənc əvəzinə müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 2-1(120)-1320/2025 nömrəli qərardadı ilə iddiaçının olduğu kimi saxlanılması, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının qəbul edilməsi, Cavabdeh1 cavabdeh sırasından çıxarılması, iddia tələbinə “xx.xx.2022-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisəyə görə ödənc əvəzinə müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X13 ilə xx.xx.2005-ci ildə rəsmi ailə həyatı quraraq evlənmiş və birgə nikahlarından 3 uşaqları dünyaya gəlmişdir. Uşaqlar hazırda onun himayəsində yaşayırlar. Mərhum həyat yoldaşı X3 Rayon Yaşıllaşdırma İdarəsində gözətçi işləmiş, xx.xx.2022-ci ildə xidməti vəzifəsini icra edərkən istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində, yəni elektrik cərəyanının vurması nəticəsində ölmüşdür (sənədlər əlavə olunur). Yardımlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(038)-18/2022 saylı hökmü ilə baş vermiş hadisəyə görə Yardımlı Rayon Yaşıllaşdırma İdarəsinin vəzifəli şəxsi X26 Azərbaycan Respublikası CM-nin 162.2ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən 02 (iki) il müddətinə sınaq müddəti tətbiq olunmaqla şərti cəzaya məhkum edilmişdir (sənədlər əlavə olunur). Bundan başqa, Yardımlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(038)-395/2023 saylı qətnaməsi ilə cavabdeh Yardımlı Rayon Yaşıllaşdırma İdarəsindən vurduğu maddi ziyana görə 5000 (beş min) manat məbləğində pulun alınaraq ona verilməsi qət edilmişdir (sənədlər əlavə olunur). Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən göstərilir: "İstehsalatda baş verən hadisənin təhqiqi və uçota alınması" Qaydalarına uyğun olaraq hadisə ilə bağlı İZ formalı Akt tərtib olunmalı və uçota alınmalıdır. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən "İZ formalı aktın bir nüsxəsi zərərçəkmiş şəxsin ailə üzvlərinə təqdim olunmalıdır. Lakin Yardımlı Rayon Yaşıllaşdırma İdarəsi bu Aktı tərtib etməmiş və bir nüsxəsi qanunvericiliyə əsasən ona təqdim olunmalı halda edilməmişdir. Bundan sonra məsələ ilə bağlı X17 müraciət etmiş və müvafiq olaraq təhqiqat aparılmış, akt tərtib olunaraq iddiaçıya göndərilmişdir. Bundan sonra, Yardımlı Rayon Yaşıllaşdırma İdarəsi üzərinə düşən öhdəlyi yerinə yetirmədiyi üçün barəsində inzibati xəta haqqında protokollar qəbul olunmuş, inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilərək inzibati qaydada cərimə olunmuşdur (sənədlər əlavə olunur). Bundan sonra, məsələ ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək ailə başçısını itirməyə görə müavinətin təyin olunmasını xahiş etsə də, müvafiq imtina məktubu ilə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibəti (etiraz): Cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2025-ci il tarixdə təqdim olunmuş iddia tələbinə dair yazılı münasibət (etirazda) göstərilmişdir ki, ilkin olaraq məhkəmənin diqqətinə çatdırırlar ki, hazırki iş üzrə cavabdeh olan Fond əsl cavabdeh olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (bundan sonra - Mərkəzi Filial) ilə əvəz edilməsi zərurəti mövcuddur. İddiaçı Fonddan və Fondun 2 saylı Lənkəran-Astara regional filialından daxil olmuş müraciətlərinə və onlara əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmış və müraciətlərinin müsbət həlli mümkün olmamışdır. Belə ki, "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı"na və "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na uyğun olaraq özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi Qaydaları"nın 5.1-ci, 5.2-ci və 5.3-cü yarımbəndlərinə uyğun olaraq özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrində, eləcə də idarəetməyə verilən dövlət müəssisələrində istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsi onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 1 oktyabr 2003-cü il tarixindən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanmış müqavilə qüvvəyə minənədək olan dövr üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya "DOST" mərkəzləri tərəfindən həyata keçirilir. Həmin Qaydaların 5.6-cı bəndinə əsasən dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən, eləcə də onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdən sonra istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilir. Sözügedən Qaydalar dövlət müəssisələrinin "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur. Beləliklə, mərhum X13 istehsalat qəzası nəticəsində xx.xx.2022-ci il tarixində (İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi xx.xx.2010-cu il tarixindən sonra) vəfat etdiyi üçün İddiaçı aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmamışdır. Həmçinin "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa (bundan sonra Qanun) əsasən sığorta olunan dedikdə xeyrinə icbari sığorta müqaviləsi bağlanılan və bu Qanunla müəyyən olunmuş hallarda sığorta ödənişi verilməli olan bu Qanunun 3-cü maddəsində göstərilən şəxslər; sığortalı dedikdə sığorta olunanın xeyrinə icbari sığorta müqaviləsi bağlayan Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi və fiziki şəxslər, dövlət orqanları; sığortaçı dedikdə Azərbaycan Respublikasında həyat sığortası sahəsi üzrə sığorta fəaliyyətini həyata keçirmək üçün lisenziyaya malik olan və İcbari Sığorta Bürosunun iştirakçısı olmaqla istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növünü aparmağa, həmçinin "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda annuitet sığortası aparmağa müvafiq icazə almış yerli hüquqi şəxs; faydalanan şəxs dedikdə bu Qanuna uyğun olaraq sığorta müqaviləsindən faydalanan (sığorta ödənişi verilməli olan) şəxs; sığorta ödənişi dedikdə sığorta hadisəsi baş verdikdə, sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı maddi itkilərin bərpası məqsədilə faydalanan şəxsə verilən pul təzminatı başa düşülür. Qanunun 9.2.2-ci maddəsinə əsasən sığortaçının vəzifələrindən biri də sığorta ödənişinin bu Qanunla müəyyən edilmiş qaydada və müddətdə verilməsini təmin etməkdir. Qeyd olunan maddi normalara istinad edərək belə nəticəyə gəlmək olar ki, İddiaçı istehsalatda baş vermiş bədbəxt hadisəyə görə ödənc əvəzinə aylıq müavinət ödənilməsi mümkün olmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X18 iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi XXX Nümayəndə tərəflərindən təqdim olunmuş etiraza uyğun izahat verərək, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, üçüncü şəxsin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü: “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Yardımlı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. xx.xx.1984-cü il təvəllüdlü iddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırkı tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallatında olan: AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü ildə anadan olmuşdur. AZ-İ seriyalı, 186478 nömrəli, 17 oktyabr 2005-ci il tarixli Nikah haqqında Şəhadətnamənin surətindən görünür ki, X13 ilə İddiaçı arasında rəsmi nikah bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 2005-ci ilin oktyabr ayının 17-ci günündə 171 nömrə ilə qeyd edilmişdir. AZ-İ seriyalı, 667020 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X27 xx.xx.2005-ci ildə Yardımlı rayonunda anadan olmuş, barədə doğum haqqında akt qeydləri kitabında 2005-ci ilin oktyabr ayının 17-ci günündə 336 nömrə ilə qeyd edilmişdir. AZ-İİİ seriyalı, 114073 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2013-cü ildə Yardımlı rayonunda anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 2013-cü ilin may ayının 27-ci günündə 225 nömrə ilə qeyd edilmişdir. Yardımlı rayon Qeydiyyat şöbəsinin AZ-İİ seriyalı, 258259 nömrəli, xx.xx.2022-ci il tarixli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2022-ci ildə Elektrik cərəyanının təsiri səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2022-ci ilin avqust ayının 02 günündə 151 nömrə ilə qeyd edilmişdir. Yardımlı rayon Məhkəməsinin 2(038)-395/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh X15, Yardımlı rayon Yaşıllaşdırma İdarəsinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddianın qismən təmin edilməsi, cavabdeh Yardımlı rayon Yaşıllaşdırmma İdarəsindən maddi ziyana görə 380 manat, mənəvi ziyana görə 5000 manat məbləğində pul alınaraq İddiaçı Suldüz qızına ödənilməsi, iddia ərizəsinin X15 münasibətdə təmin edilməməsi qət edilmişdir. Yardımlı rayon Məhkəməsinin 1(038)-18/2022 nömrəli, 22 dekabr 2022-ci il tarixli Hökmün surətindən görünür ki, X26 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən X19 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidməti Lənkəran-Astara regional şöbəsinin 25 iyun 2023-cü il tarixli, 3-17-5/2-1- 23816/3/2023 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının bundan əvvəl eyni tələblə bağlı X25 Xidmətinin ünvanına daxil olmuş müraciətinəbaxılmış və Xidmətin xx.xx.2023-cü il tarixli, 3-17-5/2-S-15085/2023 nömrəli məktubu ilə ona rəsmi cavab verilmişdir. Bir daha qeyd edilmişdir ki, Yardımlı rayon Yaşıllaşdırma İdarəsinin işçisi X5 xx.xx.2022-ci il tarixdə ölümü ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatı X25 Xidmətinin müvafiq əmri ilə yaradılmış komissiya tərəfindən təhqiq edilmişdir. Təhqiqat komissiyası tərəfindən bədbəxt hadisənin istehsalatla əlaqəli olması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları"na uyğun olaraq İZ formalı aktla rəsmiləşdirilməsi və Yardımlı rayon Yaşılaşdırma idarəsində uçota alinması barədə təhqiqat aktı tərtib edilmişdir. Həmin Qaydaların 2.6-cı bəndinə uyğun olaraq İZ formalı aktın tərtib edilməsi və bir nüsxəsinin zərərçəkənin ailə üzvlərinə verilməsi ilə bağlı X25 Xidməti tərəfindən Yardımlı rayon Yaşıllaşdırma İdarəsinin rəhbərliyinə rəsmi məktub ünvanlanmış, lakin məktuba cavab verilməmişdir. İstehsalatda baş vermiş bədbəxt hadisənin təhqiqatı yekunlaşdıqdan sonra müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə tərəfimizdən Yardımlı rayon Yaşıllaşdırma İdarəsinin müdiri X23 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. Təhqiqatın gedişində məlum olmuşdur ki, Yardımlı rayon Yaşıllaşdırma İdarəsi ilə "xxxx" Sığorta Şirkəti ASC arasında icbari sığorta müqaviləsi bağlansa da, S.Sultanov istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta edilməmişdir. Bildirilmişdir ki, istesalat qəzası nəticəsində xəsarət almış işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin himayəsində olmuş şəxslərə (faydalanan şəxslərə) sığorta ödənişlərinin verilməsi "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən sığorta etdirmək vəzifəsi daşıyan sığortalı həmin vəzifəni yerinə yetirmədikdə və ya icbari sığorta müqaviləsini qanunvericiliklə nəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda, sığorta hadisəsinin baş verdiyi halda bu Qanuna uyğun olaraq xeyrinə sığorta müqaviləsi bağlanmalı şəxslər qarşısında azı bu Qanunla müəyyən edilmiş sığorta təminatı həcmində öhdəlik daşıyır. İddiaçının, baş vermiş bədbəxt hadisə nəticəsində həyat yoldaşı X5 vəfat etməsi ilə əlaqədar zərərin ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən verilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidməti Lənkəran-Astara regional şöbəsinin 28 mart 2024-cü il tarixli, 3-17-5/2- 17035/2024 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının Yardımlı rayon Yaşıllaşdırma İdarəsinin işçisi X5 xx.xx.2022-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində vəfat etməsi ilə bağlı X25 Xidmətinin Təhqiqat Komissiyası tərəfindən İZ formalı aktın tərtib edilməsi ilə əlaqədar müvafiq qərarın qəbul edilib-edilməməsi, edilmişdirsə həmin qərar və qərarın qəbul edilməsinə əsas olan sənədlərin, o cümlədən həmin hadisə ilə əladədar işəgötürənlə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq hər hansı bir tədbirin görülüb-görülməməsi barədə məlumat və sənədlərin təsdiq edilmiş surətlərinin təqdim edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidmətinin Lənkəran-Astara regional şöbəsinə daxil olmuş müraciətinizə baxılmışdır. Yardımlı rayon Yaşıllaşdırma İdarəsinin işçisi X5 xx.xx.2022-ci il tarixdə ölümü ilə nəticələnmiş bədbəxt hadisə X25 Xidmətinin xx.xx.2022-ci il tarixli **********8 nömrəli əmri ilə yaradılmış komissiya tərəfindən təhqiq edilmişdir. Təhqiqat komissiyası tərəfindən bədbəxt hadisənin istehsalatla əlaqəli olması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəti Qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları"na (bundan sonra-Qaydalar) uyğun olaraq İZ formalı aktla rəsmiləşdirilməsi və Yardımlı rayon Yaşıllaşdırma idarəsində uçota alınması barədə təhqiqat aktı tərtib edilmişdir. Lakin Yardımlı rayon Yaşılaşdırma idarəsinin işəgötürəni tərəfindən İZ formalı akt tərtib edilməmişdir. X25 Xidməti Yardımlı rayon Yaşıllaşdırma İdarəsinin rəhbərliyinə xx.xx.2023-cü il tarixli 3-17-5/2-3284/2023 nömrəli məktubla müraciət edərək, məktub alındıqdan sonra bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada X5 xx.xx.2022-cü il tarixdə ölümü ilə nəticələnmiş bədbəxt hadisənin İZ aktına rəsmiləşdirilməsi, bir nüsxəsinin mütləq zərərçəkənin ailə üzvlərinə və X25 Xidmətinə təqdim edilməsi xahiş olunmuş və nəzərinə çatdırılmışdır ki, işəgötürən tərəfindən bədbəxt hadisə ilə bağlı aparılan araşdırma barədə müvafiq aktın tərtib edilməsindən boyun qaçırılması halı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanın əlamətlərinin yaranmasına səbəb olur. Lakin Yardımlı rayon Yaşıllaşdırma İdarəsinin rəhbərliyi qanunvericiliyin tələblərini pozaraq məktuba cavab verməmiş və İZ formalı akt tərtib etməmişdir. Təhqiqat aktı başa çatdıqdan sonra Yardımlı rayon Yaşıllaşdırma İdarəsinin X2 tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq aktın tərtib edilməməsi halı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsində nəzərdə tutulmuş xətaya səbəb olmuşdur. Bu halın X11 vəzifə funksiyalarına aid olduğundan inzibati məsuliyyətə cəlb olnması məqsədi ilə barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixili MN1496242 nömrəli İnzibati xəta haqqında protokola əsasən O, xx.xx.2023-cü il tarixli MN1292136 nömrəli inzibati tənbeh vermə haqqında Qərarla 2000(iki min) manat məbləğində inzibati cərimə olunmuşdur. Yardımlı rayon Yaşıllaşdırma İdarəsinin fəhləsi X5 xx.xx.2022-ci il tarixdə saat 12:00, 13:00 radələrində ölümü ilə nəticələnməş bədbəxt hadisənin Təhqiqat Aktının surətindən görünür ki, Bədbəxt hadisənin səbəbləri: 4.1.Yardımlı rayon Yaşıllaşdırma İdarəsinin rəhbərliyi tərəfindən təsdiq edilmiş “Sahə (növbə) rəisinin təlimatı”nın “Əmək funksiyası” bölməsinin 5-ci abzasının (təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini təmin edir) tələblərinə əməl edilməməsi; 4.2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 215-ci (Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri) maddəsinin 8-ci hissəsinin (işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğini) tələblərinə əməl edilməməsi. 4.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 104-cü maddəsinin birinci və ikinci bəndlərinin tələlərinə əməl edilməməsi. Əməyin mühafizəsi üzrə qanunvericilik üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxslər haqqında komissiyanın rəyi: Komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.1-ci bəndinə əsasən Yardımlı rayon Yaşıllaşdırma İdarəsinin sahə rəisi X16 cavabdehliyini, 4.2-ci və 4.3-cü bəndinə əsasən Yardımlı rayon Yaşıllaşdırma İdarəsinin müdiri X11 cavabdehliyini müəyyən etmişdir. X5 ölümü ilə nəticələnmiş bədbəxt hadisə istehsalatla əlaqəlidir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na uyğun olaraq İZ formalı aktla rəsmiləşdirilməli və Yardımlı rayon Yaşıllaşdırma İdarəsində uçota alınmalıdır. İZ formalı aktın bir nüsxəsinin zərərçəkənin ailə üzvlərinə verilməsi Yardımlı rayon Yaşıllaşdırma İdarəsinin rəhbərliyi tərəfindən təmin edilsin. Komissiya üzvləri zərərçəkənin ailə üzvləri ilə görüşmüş və onlara sosial təminat hüquqlarını qanunvericilikdə nəzərdə tutulmuş qaydada izah etmişdir. İnzibati xəta haqqında MN seriyalı, ******* nömrəli, 05 aprel 2023-cü il tarixli İnzibati xəta haqqında Protokolun surətindən görünür ki, X25 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin baş əmək müfəttişi X1 rayon Yaşıllaşdırma İdarəsinin rəisi X11 barəsində inzibati xəta haqqında protokol tərtib edilərək müəyyən edildi: İşəgötürən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozaraq bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra qanunvericiliklə müəyyən edilmiş qaydada akt tərtib edilmişdir.X4 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. MN seriyalı, ******* nömrəli, 14 aprel 2023-cü il tarixli qərarın surətindən müəyyən olunur ki, X20 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 2000 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası Yardımlı RİH-ti Başçısının Yardımlı şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsinin xx.xx.2023-cü il tarixli, 5-81-1/2-545-2023 nömrəli arayışın surətindən müəyyən olunur ki, İddiaçı ailə tərkibi: oğlu X24 xx.xx.2005-ci il təvəllüdlü (tələbə), X21 xx.xx.2007-ci il təvəllüdlü (məktəbli), X14 xx.xx.2013-cü il təvəllüdlü (məktəbli) ibarətdir. Azərbaycan Respublikasının Prokurorluğu Yardımlı rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli, 2-2/1-001435/2024 nömrəli məktubundan görünür ki, Yardımlı rayon Yaşıllaşdırma İdarəsində gözətçi vəzifəsində işləmiş X5 xx.xx.2022-ci il tarixdə İstehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində ölməsi faktına görə həmin tarixdə Yardımlı rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə cinayət işi başlanılmış, iş üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxəılması üçün Yardımlı rayon məhkəməsinə göndərilmişdir. Yardımlı rayon İcra Hakimiyyəti Yardımlı rayon Yaşıllaşdırma İdarəsinin xx.xx.2023cü il tarixli, 09 nömrəli İddia ərizəsinə qarşı etirazdan görünür ki, İddiaçı Yardımlı rayon Yaşıllaşdırma İdarəsinə qarşı “mərhum əri X5 xx.xx.2022-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində ölməsi barədə İZ formalı aktın tərtib olunması və qeydiyyata alınaraq rəsmiləşdirməklə bir nüsxənin iddiaçıya verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiasını qəbul etmir və hesab edir ki, iddia tələbi idarəyə qarşı tam əsassız irəli sürülmüşdür və rədd edilməlidir. Belə ki, X5 baş vermiş hadisə nəticəsində vəfat etməsi barədə Cinayət işinə Yardımlı rayon Məhkəməsində baxılmış və həmin cinayət işi üzrə Yardımlı rayon Yaşıllaşdırma İdarəsinin sahə rəisi X26 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində ittihamedici hökm çıxarılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-203163/2024 nömrəli məktubunun surətindən görünür ki, vətəndaş İddiaçı Mərkəzi Filiala hər hansı bir müraciəti daxil olmamışdır. Bu səbəbdən də məktubda qeyd edilən məsələlərə tərəflərindən mübasibət bildirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-S-168845/2024 nömrəli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan (bundan sonra Fond) və Fondun 2 saylı Lənkəran-Astara regional filialından daxil olmuş müraciətlərinizə və onlara əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. "Azərbaycan Respublikasında 1995- 1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı"na və "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na uyğun olaraq özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş İşçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi Qaydaları"nın 5.1-ci, 5.2-ci və 5.3-cü yarımbəndlərinə uyğun olaraq özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrində, eləcə də idarəetməyə verilən dövlət müəssisələrində istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsi onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 1 oktyabr 2003-cü il tarixindən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanmış müqavilə qüvvəyə minənədək olan dövr üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya "DOST" mərkəzləri tərəfindən həyata keçirilir. Həmin Qaydaların 5.6-cı bəndinə əsasən dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən, eləcə də onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdən sonra istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilir. Sözügedən Qaydalar dövlət müəssisələrinin "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur. İddiaçının müraciəti ilə əlaqədar olaraq bildirilmişdir ki, mərhum X13 istehsalat qəzası nəticəsində xx.xx.2022-ci il tarixində (İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi xx.xx.2010-cu il tarixindən sonra) vəfat etdiyi üçün ona aylıq ödənc əvəzinə aylıq müavinatın təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. “İnzibati icraat haqqına” Azərbaycan Respublikası Qanununun 72.1 və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. Sosial müavinətinin təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 239 nömrəli, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, İddiaçı 18 yaşadək uşağa qulluq üçün xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək 50 manat sosial müavinət təyin olunmuşdur. Azərbaycan Respublikası Yardımlı rayon İcra Hakimiyyətinin 15 aprel 2025-ci il tarixli, 5-81/2-187/2025 nömrəli məktubun surətindən görünür ki, Yardımlı rayon Yaşıllaşdırma idarəsi RİH Başçısının 25 dekabr 2024-cü il tarixli 117 nömrəli sərəncamı ilə ləğv edilərək, Yardımlı rayon İşıqlandırma Xidmətinin tərkibinə birləşdirilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1126.1. Həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür. Maddə 1126.2. Həyata və ya sağlamlığa vurulmuş zərər üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin ləğv olunduğu halda müvafiq ödənişlər zərərçəkənə verilmək üçün qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara uyğun kapitallaşdırılmalıdır. Qanunvericiliklə ödənişlərin kapitallaşdırıla bildiyi başqa hallar da müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları” İ.Ümumi müddəalar Bu Qaydalar “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin (bundan sonra - dövlət müəssisələri) istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının əvəzinə aylıq müavinətin verilməsi qaydasını tənzimləyir. İİ. Qaydaların tətbiq dairəsi 2.1. Bu Qaydalar dövlət müəssisələrinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərlə aylıq ödənc üzrə borclarına şamil olunur. V. Müavinətin verilməsi müddəti və qaydası 5.1. Aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003 cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. 5.2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyəminmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. 5.3. Bu Qaydaların 5.2-ci bəndində göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya “DOST” mərkəzləri tərəfindən həyata keçirilir. 5.4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aylıq müavinətin ödənilməsi barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə rüblük hesabat təqdim edir. 5.5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatdığı tarixdə və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdə, aylıq müavinətin ödənişinin dayandırılması məqsədi ilə bir həftə müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə yazılı bildiriş göndərir. 5.6. Dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən, eləcə də onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdən sonra istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi Qaydaları, şərtləri və məbləği” 1.1. İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir. 1.2. Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. 1.3. Aşağıdakı sənədlər olduqda, təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir: istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı); 3.2. Zərərçəkənlərə və yaxud zərərə görə aylıq ödənc almaq hüququna malik olan şəxslərə ödənclər aşağıdakı vaxtdan verilir: zərər çəkmiş işçilərə - istehsalatda əmək xəsarəti nəticəsində əvvəlki peşə əmək qabiliyyətini itirdiyi gündən verilir. 3.10. Zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun üquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir. 3.11. Zərər dəyməsində təqsirkar olan müəssisənin ləğv olunduğu halda qanunvericiliklə müəyyənləşdirilmiş qaydada zərərçəkənə zərərin əvəzi ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il oktyabr tarixli, 242 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydası:

1. Bu Qayda Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nın İİ bölməsində göstərilən şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətlərin təyin edilməsi və ödənilməsi qaydasını müəyyən edir.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyə minmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu siyahıları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına (bundan sonra - Qurum) və ya “DOST” mərkəzlərinə (bundan sonra - Mərkəz) göndərir. Qurumlar və ya Mərkəzlər yalnız həmin siyahıda qeyd olunan müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinət təyin edirlər.

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatdığı tarixdə və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdə, aylıq müavinətin ödənişinin dayandırılması məqsədi ilə bir həftə müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yazılı bildiriş göndərir. Həmin bildirişlə dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixi və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyə minməsi barədə təqdim olunan məlumatda belə müəssisələrin adlı siyahısı göstərilməlidir. Qurumlar bu bildirişi əsas götürməklə, həmin bildirişdə göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödəncin verilməsini dayandırırlar. Həmin müəssisələr üzrə istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş və bu səbəbdən həlak olmuş işçilərin sayt Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2003-cü il 27 sentyabr tarixinədək ödənilən ödənclərin verilməsi barədə siyahıya və müvafiq Qurum, Maliyyə İdarəsi (şöbəsi) və təqsirkar müəssisənin vəzifəli şəxsləri tərəfindən yaradılmış birgə komissiyanın rəyinə əsasən nəzərə alınır.

8. Aylıq müavinət müraciət edilmə vaxtından asılı olmayaraq, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları"nın 5.1 -ci bəndi ilə müəyyən olunan tarixdən müəssisənin özəlləşdirilməsi başa çatanadək, yaxud idarə etmək hüququna dair bağlanmış müqavilə qüvvəyə minən tarixədək təyin edilir.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır

Məhkəmənin mövqeyi.

Məhkəmə hesab edir ki, cavadehin imtinası qanuni və əsaslıdır. İş materiallarından görünür ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı xx.xx.2022-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisəyə görə ödənc əvəzinə müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçının mərhum həyat yoldaşı X3 Rayon Yaşıllaşdırma İdarəsində gözətçi işləmiş, xx.xx.2022-ci ildə xidməti vəzifəsini icra edərkən istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində, yəni elektrik cərəyanının vurması nəticəsində vəfat etmişdir. Məkəmə qeyd edir ki, mərhum X13 istehsalat qəzası nəticəsində xx.xx.2022-ci il tarixində (İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi xx.xx.2010-cu il tarixindən sonra) vəfat etdiyi üçün ona aylıq ödənc əvəzinə aylıq müavinatın təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nı hazırkı iş üzrə normativ əsas kimi qəbul edən məhkəmə bildirir ki, cavabdehin iddia olunan dövlət büdcəsi vəsaiti hesabına aylıq müavinətləri ödəmək öhdəliyi dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövrü əhatə edir. İş materialları ilə müəyyən edilir ki, Yardımlı rayon Yaşıllaşdırma idarəsi Yardımlı rayon İcra Hakimiyyətinin Başçısının 25 dekabr 2024-cü il tarixli 117 nömrəli sərəncamı ilə ləğv edilmişdir. Məhkəmə qeyd edir ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının oxşar işlər üzrə əvvəllər qəbul etdiyi qərarlarındakı hüquqi mövqeyə əsasən müavinətin ödəyən hüquqi şəxslər dövlət reyestrindən çıxarılaraq ləğv olunduğu halda müavinət cavabdeh tərəfindən həyata keçirilir. Lakin Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nın tələbinə əsasən cavabdehi müavinət öhdəliyi olmadığından yeni yanaşma (hüquqi mövqe) tətbiq edilməlidir. Hazırkı vəziyyətdə istehsalat qəzasının baş verdiyi qurum özəlləşdirildiyindən, daha sonra isə hüquqi şəxs kimi ləğv edildiyindən cavabdehin iddiaçı qarşısında tələb olunan aylıq müavinəti ödəmək öhdəliyi yoxdur. Belə olan halda məhkəməsi cavabdehin qeyd edilən tələblə bağlı öhdəlik daşıyan tərəf olması barədə gəldiyi qənaət maddi hüquq normalarının düzgün olmayan tətbiq kimi qiymətləndirilir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(102)-1692/2025 nömrəli Qərarında hazırki hüquqi mövqe öz əksini tapmışdır. Bütün qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisəyə görə ödənc əvəzinə müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur.

NƏTİCƏVİ HİSSƏ

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisəyə görə ödənc əvəzinə müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Apelyasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim: Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar