Məhkəmə qərarları › İş №2-1(120)-1322/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1322/2020

11.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1322/2020 11.11.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı (ünvan 1 mənzil 24 ünvanda yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Salyan rayon filialına qarşı «sosial sığorta stajı müəyyən edilərək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx xxx 1979-cu il tarixdə Salyan rayonu, Kürqaraqaşlı kəndində doğulmuşdur. ünvan 1 mənzil 24 ünvanda qeydiyyatdadır. İddiaçıya xx.xx.1998-ci il tarixdə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən ikinci dərəcəli əlillik qrupu təyin edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının müayinə aktında əlilliyin səbəbi «uşaqlıqdan» qeyd edilmişdir. İddiaçı xx.xx.1998-ci il tarixdən hal-hazıradək hər ay əlilliyə görə sosial müavinət alır. İddiaçının X4 Sabir oğlu xx xxxxx 1983-cü il tarixdə vəfat etmişdir. İddiaçı 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün Cavabdehnə atası mərhum İddiaçı əmək stajına dair sənədləri təqdim edərək, ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2020-ci il tarixli **********0 saylı məktubunda iddiaçının əlilliyinin Tibbi-Sosial Ekspert Komissiyasının qərarına əsasən xx.xx.1998-ci il tarixdən, yəni 18 yaşından sonra müəyyən olunduğunu və təqdim etdiyi xx.xx.2020-ci il tarixli 264 nömrəli arxiv arayışına əsasən vəfat etmiş ailə başçısı Məmmədov İbrahim Sabir oğlunun 1971-1972, 1974-1982-ci illərdə Salyan rayonu Kürqaraqaşlı kənd «Oktyabr» kolxozunda işləməsi faktının əmək kitabçasında qeyd edilmədiyini əsas gətirərək, ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X4 Sabir oğlunun 1971-1972, 1974-1982-ci illərdə Salyan rayonu Kürqaraqaşlı kənd «Oktyabr» kolxozunda işlədiyi dövrün sığorta stajı hesab edilərək, ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1979-cu il təvəllüdlüdür. X4 Sabir oğlu xx xxxxx 1983-cü ildə vəfat etmişdir. Mərhum atası istehsalatın müxtəlif sahələrində çalışmışdır. O, İİ qrup əlildir. O, ailə başçısını itirməyə görə ərizə ilə Cavabdehnə müraciət etmişdir. Həmin şöbənin xx.xx.2020-ci il tarixli cavab məktubunda «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə əsasən arxiv arayışında qeyd edilmiş mərhum X4 Sabir oğlunun 1971-1972, 1974-1982-ci illərdə Salyan rayonu Kürqaraqaşlı kənd «Oktyabr» kolxozunda işləməsi əmək kitabçasında qeyd edilmədiyi üçün ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Qeyd edilmiş faktiki və hüquqi əsaslara görə o, məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Salyan rayon filialına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmiş, lakin cavabdeh iddia ərizəsinə münasibət bildirməmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Salyan rayon filialına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin, doğum haqqında şəhadətnamənin Tibbi-Sosial Ekspert Komissiyasının arayışının və Məmmədov İbrahim Sabir oğlunun ölüm haqqında şəhadətnaməsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin arayışının və Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının arxiv arayışının təsdiq olunmuş surətlərini, əlilliyə görə sosial müavinət alması barədə Cavabdeh arayışını, Məmmədov İbrahim Sabir oğlunun doğumu haqqında Salyan rayon qeydiyyat şöbəsinin arayışını və cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da, qismən əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X2 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Salyan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Salyan rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin xx xxxx 2020-ci il tarixli Fərmanına əsasən bu Fərmanın 1– 3-cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir. İddia mahiyyəti üzrə qismən uğurludur, yəni qismən əsaslıdır. İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququna malikdir. Bеlə ki, iddiaçı xx xxx 1979-cu il tarixdə doğulmuşdur. Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən iddiaçıya xx xxxx 1998ci il tarixdə ikinci dərəcəli əlillik qrupu təyin edilmiş və Tibbi-Sosial Ekspert Komissiyasının müayinə aktında əlilliyin səbəbi «uşaqlıqdan» qeyd edilmişdir. İddiaçının X4 Sabir oğlu xx xxxxxx 1952-ci il tarixdə doğulmuş və xx xxxxx 1983-cü il tarixdə vəfat etmişdir. X3 Sabir oğlunun hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla öhdəsində olan İddiaçı 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil kimi ailə başçısını itirməyə əmək pensiyası hüququ yaranmışdır. X3 Sabir oğlunun 1971-1972, 1974-1982-ci illərdə Salyan rayonu «Oktyabr» kolxozunda işləməsi Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının xx xxxx 2020-ci il tarixli 264 nömrəli arxiv arayışı ilə təsdiq olunur. Lakin Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının xx xxxx 2020-ci il tarixli 264 nömrəli arxiv arayışından görünür ki, X3 Sabir oğlunun 1971-ci ildə faktiki əmək günü 128 gün, 1972-ci ildə faktiki əmək günü 8 gün, 1974-cü ildə faktiki adam günü 179 gün, 1975-ci ildə faktiki adam günü 302 gün, 1976-cı ildə faktiki adam günü 277 gün, 1977-ci ildə faktiki adam günü 285 gün, 1978-ci ildə faktiki adam günü 277 gün, 1979-cu ildə faktiki adam günü 282 gün, 1980-ci ildə faktiki adam günü 272 gün, 1981-ci ildə faktiki adam günü 265 gün və 1982-ci ildə faktiki adam günü 308 gün olmuşdur. «SSRİ-də vətəndaşların pensiya təminatı haqqında» 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). Məhkəmə hesab edir ki, iddiaçının mərhum X4 Sabir oğlunun 1971-1972, 1974- 1982-ci illərdə işləməsinə dair təqdim etdiyi arayışdakı məlumatlar X3 Sabir oğlunun işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə qeyd edir ki, X3 Sabir oğlunun kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən «Vətəndaşların pensiya təminatı» haqqında Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının xx xxxx 2020-ci il tarixli 264 nömrəli arxiv arayışının məlumatları nəzərə alındıqda müəyyən edilir ki, Salyan rayonu «Oktyabr» kolxozu üzrə minimum adam günü norması kişilər üçün 220 adam günü müəyyən olunmuşdur. Buna qarşılıq X3 Sabir oğlu tərəfindən minimum əmək iştirakı norması 1975-1982-ci illərə münasibətdə yerinə yetirildiyindən həmin illər ona tam əmək stajı kimi, yəni 8 il hesablanmalıdır. 1971-1972 və 1974-cü illərə münasibətdə X3 Sabir oğlu minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də həmin illər ona tam əmək stajı kimi hesablana bilməz. Həmin illər iş stajına yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. X3 Sabir oğlunun həmin illərdə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir - (128+8+179) × 12 = 3780/220≈17,18 ay (≈1 il 5 ay). Beləliklə, hərbi xidmətdə olduğu müddət nəzərə alındıqda X3 Sabir oğlunun 5 ildən artıq sığorta stajının olduğu müəyyən olunur ki, bu da iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Belə olan halda məhkəmə bu qənaətə gəlir ki, X3 Sabir oğlunun 1971-1972, 1974-1982-ci illərdə Salyan rayonu «Oktyabr» kolxozunda işləməsi barədə Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının xx xxxx 2020-ci il tarixli 264 nömrəli arxiv arayışında göstərilən iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində iddia təmin edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 14.1.1.2-ci bəndinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxsin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 14.1.1.2-ci bəndində vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) 18 yaşına çatanadək sağlamlıq imkanları məhdud olmuş 18 yaşından yuxarı əlil ailə üzvünün ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun olduğu nəzərdə tutulmuşdur. Məhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən iddiaçının əlilliyinin Tibbi-Sosial Ekspert Komissiyasının qərarına əsasən xx.xx.1998-ci il tarixdən, yəni 18 yaşından sonra müəyyən olunduğunu əsas gətirməsinə münasibət bildirərək, qeyd edir ki, Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən iddiaçıya 18 yaşından sonra əlillik təyin edilsə də, Tibbi-Sosial Ekspert Komissiyasının müayinə aktında iddiaçının əlilliyinin səbəbinin «uşaqlıqdan» qeyd edilməsi onun 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdud olduğunu müəyyən edir. Çünki həmin müayinə aktında əlilliyinin səbəbi «uşaqlıqdan» qeyd edilmişdir ki, bu da onun 18 yaşından əvvəl sağlamlıq imkanlarının məhdud olmasını təsdiq edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinin tələbinə görə fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə normanı tətbiq etməyə borcludur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Həmçinin məhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən X3 Sabir oğlunun Salyan rayonu «Oktyabr» kolxozunda işləməsinin onun əmək kitabçasında qeyd olunmamasını da əsas gətirməsinə münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının xx xxxx 2020-ci il tarixli 264 nömrəli arxiv arayışını X3 Sabir oğlunun sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, X3 Sabir oğlunun 1971-1972, 1974-1982-ci illərdə Salyan rayonu «Oktyabr» kolxozunda işləməsi barədə Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının xx xxxx 2020-ci il tarixli 264 nömrəli arxiv arayışında göstərilən iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Salyan rayon filialının üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının da qoşulduğu, X1 Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş «Əlillərin hüquqları haqqında» Konvensiyanın 4-cü maddəsinin 1-ci hissəsinə əsasən iştirakçı dövlətlər əlillik əlamətinə görə hər hansı ayrıseçkiliyə yol vermədən bütün əlillərin bütün insan hüquqlarını və əsas azadlıqlarını tam həyata keçirməsini təmin və təşviq etməyi öhdələrinə götürürlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

1. İddia qismən təmin edilsin. X3 Sabir oğlunun 1971-1972, 1974-1982-ci illərdə Salyan rayonu «Oktyabr» kolxozunda işləməsi barədə Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının xx xxxx 2020-ci il tarixli 264 nömrəli arxiv arayışında göstərilən iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Salyan rayon filialının üzərinə qoyulsun.

2. İddia qalan hissədə təmin edilməsin.

3. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.

4. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar