Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-1324/2022 25.11.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.1969-cu ildə doğulmuş qardaşı X3 adının Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanının icrası olaraq Azərbaycan Respublikası Ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısına daxil edilməsi və bu siyahının Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına 25 noyabr 2022-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qardaşı X4 şəhid statusu və ona şəhid ailəsi statusunun verilməsi ilə bağlı arayışın verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin hazırlıq icraatı mərhələsində İddiaçı məhkəməyə ərizələr təqdim edərək, iş üzrə Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsi ilə əvəz olunmasını, iddia tələbinin dəyişdirilərək “xx.xx.1969-cu ildə doğulmuş qardaşı X3 adının Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanının icrası olaraq Azərbaycan Respublikası Ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısına daxil edilməsi və bu siyahının Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsi ilə əvəz olunmuş, həmçinin iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, İddiaçı məhkəməyə ərizə təqdim edərək, iş üzrə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin Cavabdeh ilə əvəz olunmasını, iddia tələbinin dəyişdirilərək “xx.xx.1969-cu ildə doğulmuş qardaşı X3 adının Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanının icrası olaraq Azərbaycan Respublikası Ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısına daxil edilməsi və bu siyahının Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsi Cavabdeh ilə əvəz olunmuş, həmçinin iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, mərhum qardaşı X5 01 may 1969-cu il tarixdə Lerik rayonunun Buludlu kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ordu sıralarına yollanmış, hərbi xidməti başa vurduqdan sonra Bakı 2 saylı Tibb Kollecinə daxil olmuş və təhsil almağa başlamışdır. Bundan sonra Birinci Qarabağ müharibəsində iştirakla əlaqədar könüllü olaraq müharibə zonasına getmiş, Şuşa şəhərinin müdafiəsi ilə bağlı könüllü olaraq orada iştirak etmişdir. “Daşaltı” əməliyyatında o, xx.xx.1992-ci il tarixdə qəlpə yarasından həlak olmuşdur. Qeyd olunur ki, onun müharibədə iştirakı ilə bağlı kifayət qədər rəsmi məlumat mövcuddur. Belə ki, oxuduğu məktəb hal-hazırda onun adınadır. Eyni zamanda 2 saylı Tibb Kollecində hər il onun adına tədbirlər təşkil olunur və digər qəhrəman şəhidlərimizlə birlikdə onun adı da yad edilir. Onun şəxsi əşyaları Lerik rayon Diyarşunaslıq və Tarix muzeylərində saxlanılır. Lakin, onun vərəsəsi kimi 11 min manat məbləğdə ödənişin ödənilməsi ilə bağlı müraciət edərkən və bununla bağlı məhkəmə prosesləri gedişində onlara məlum olmuşdur ki, qardaşları hər nə qədər döyüşlərdə həlak olsa da ona rəsmi qaydada şəhid statusu verilməmişdir. Şəhid statusunun verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin aidiyyəti yerli qurumuna müraciət etsələr də, müvafiq araşdırma nəticəsində müəyyən edildi ki, qardaşı hərbi qulluqçu olmadığından müharibəyə könüllü olaraq tibb nümayəndəsi kimi qatıldığından ona şəhid statusunun verilməsi ilə bağlı inzibati icraat yerli icra hakimiyyəti orqanı tərəfindən aparılmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 4.1-ci bəndinə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri zabit və gizir heyəti olmayan digər hərbi qulluqçulara şəhid statusunun verilməsi ilə bağlı səlahiyyətli orqan qismində çıxış edir, qardaşı könüllü olaraq müharibədə iştirak etdiyindən ona mülki vətəndaş kimi şəhidlik statusunun verilməsində səlahiyyətli orqan yerli icra hakimiyyəti orqanı çıxış etməlidir. Qeyd olunan səbəbdən də tərəfindən qardaşına şəhid statusu və ona şəhid ailəsi statusunun verilməsi ilə bağlı yerli icra hakimiyyəti orqanına müraciət edilmiş, lakin cavabdeh tərəfindən müraciətin təminindən imtina edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli imtina əsasından görünür ki, Cavabdeh yuxarıda adıçəkilən Qaydaların 4.1-ci bəndinə istinad edərək ölüm haqqında şəhadətnamə, hərbi hissə haqqında arayış, məhkəmə qətnaməsi əsasında şəxsin şəhid hesab edilə bilindiyini qeyd edərək, şəhid hesab edilmənin onun səlahiyyətlərindən kənar olduğunu bildirmişdir. İmtinadan görünür ki, cavabdeh mərhumun Yasamal rayonunda qeydiyyatda olması, Bakıda təhsil alması və hadisədən uzun müddət keçməsi, zəruri sənədlərin toplanılmasının çətinliyinə istinad edərək belə bir həssas məsələdə onun müraciətini təmin etməmişdir. İlk olaraq cavabdehin müraciətinə aidiyyəti üzrə baxmalı olması ilə bağlı qeyd etmək istərdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 4.1-ci bəndi konkret olaraq müəyyən etmişdir ki, şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətlərə baxılmasında səlahiyyətli orqanlar qismində Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və X1 Xidməti, X2 Dövlət Agentliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları çıxış edir. Adıçəkilən bənddən də görünür ki, şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X2 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və X1 Xidməti, X2 Dövlət Agentliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Göründüyü kimi Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və X1 Xidməti, X2 Dövlət Agentliyi özündə xidmət etmiş şəxslərlə bağlı şəhidlik statusunun verilməsində səlahiyyətlidir. Digər hərbi qulluqçularla bağlı səlahiyyət bölgüsü isə hərbi qulluqçunun zabit, gizir və ya digər hərbi qulluqçu olmasından asılı edilmişdir. Əgər şəxs zabit və ya gizirdisə bu zaman səlahiyyətli orqan qismində Müdafiə Nazirliyi çıxış edəcəkdir. Digər hərbi qulluqçuların şəhid olması ilə bağlı isə səlahiyyətli orqan qismində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri çıxış edir. Lakin qardaşının vəziyyətində olduğu kimi hərbi qulluqçu olmamış, ya könüllü olaraq müharibədə iştirak etmiş və ya başqa formada mülki vətəndaş kimi həlak olmuş mülki vətəndaşlara münasibətdə də müraciətlərə baxılması və müvafiq arayışın verilməsi ilə bağlı səlahiyyət yerli icra hakimiyyəti orqanına verilmişdir. Onun qardaşı müvəqqəti Bakıda yaşasa da Lerik rayon sakini mülki vətəndaş olduğundan onun şəhid olması səbəbindən şəhidlik statusunun və ona şəhid ailəsi statusunun verilməsi ilə bağlı səlahiyyətli orqan, məhz yerli icra hakimiyyəti orqanı çıxış etməlidir. Göründüyü kimi inzibati orqan kimi Cavabdeh müraciətinə dair inzibati araşdırma aparmaq əvəzinə əsassız imtina dəlilləri irəli sürmüşdür. Hesab edir ki, imtina aşağıda qeyd olunan səbəblərdən qanunsuz və əsassızdır. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 1. Şəhid və şəhid ailəsi anlayışı-Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Maddə 2. Şəhid və şəhid ailəsi statusu verilməsinin qaydası- Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Maddə 3. Şəhidin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin hüquqları qəbirüstü abidələrin, xatirə komplekslərinin yaradılması; şəhid adlarının küçələrə, meydanlara, müəssisələrə, təşkilatlara, idarələrə, məktəblərə, mədəni-maarif ocaqlarına verilməsi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli, 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın: 1.1. Şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X2 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 4.1. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X2 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və X1 Xidməti, X2 Dövlət Agentliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Müdafiə Nazirliyinin zabit və gizir heyətinə münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi, habelə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən digər hərbi qulluqçulara (əsgər, matros və çavuş heyəti) münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi məqsədilə maraqlı şəxs “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə də müraciət edə bilər. Göründüyü kimi qanunvericiliyin tələblərinə uyğun olaraq mülki vətəndaş, könüllü və ya hərbi qulluqçu olmasından asılı olmayaraq şəxs Azərbaycan Respublikasmın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən və vəfatı müvafiq sənədlərdən biri kimi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq edilən şəxs şəhid hesab edilir və müvafiq səlahiyyətli orqan, indiki vəziyyətdə isə yerli icra hakimiyyəti orqanı bununla bağlı arayışı təqdim etməlidir. Lakin cavabdeh yuxarıda qeyd olunan qanunvericilik normalarının heç birinə əhəmiyyət vermədən müraciətlərinin təminindən əsassız olaraq imtina etmişdir. Cavabdeh hər nə qədər qardaşının vəfat etməsi ilə bağlı sənədlərin əldə edilməsinin çətinliyini qeyd etsə də, ilk olaraq qeyd edilməlidir ki, sənədin əldə edilməsinin çətin və asan olması inzibati icraat haqqında qanunvericiliyin tələblərinə əsasən inzibati araşdırmanın aparılması ilə bağlı inzibati orqan üzərində qoyulmuş öhdəliklərin azaldılması anlamına gəlmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Göründüyü kimi, cavabdeh araşdırmanın aparılması ilə bağlı inzibati icraatla bağlı qanunvericilikdə onun üzərinə qoyulmuş öhdəliklərin yerinə yetirilməli olmasına əhəmiyyət verməmiş, heç bir araşdırma, sənəd tələb edilmədən imtina cavabı vermişdir. Halbuki, onun təqdim etdiyi sənədlər tədqiq ediləcəyi təqdirdə cavabdeh müəyyən edəcəkdir ki, qardaşının şəhid hesab edilməsi üçün bütün sənədlər tərəfindən onsuz da təqdim edilmişdir. Belə ki, iş materiallarına əlavə etdiyi 06 aprel 2021-ci il tarixli məhkəmə qətnaməsindən də görünür ki, Qarabağ müharibəsi zamanı qardaşı “Daşaltı” döyüşlərində həlak olmuş, o, isə onun vərəsəsi qismində tanınmışdır. Eyni zamanda qardaşının ölüm haqqında şəhadətnaməsindən də görünür ki, o, 23 yaşında olarkən 1992-ci il tarixdə Şuşa şəhərində xidmət edərkən mərmi qəlpəsinin baş nahiyyəsinə dəyməsi nəticəsində həlak olmuşdur. Eyni zamanda Tibbi Kollec tərəfindən verilmiş arayışda da mərhum qardaşının Şuşa şəhərində həlak olduğu və tələbələr sırasından bu səbəbdən də xaric edildiyi qeyd edilmişdir. Eləcə də yerli icra hakimiyyəti orqanının sərəncamı ilə də qardaşının şəhid olması, bununla əlaqədar olaraq da oxuduğu məktəbin onun adına adlandırılması qeyd edilmişdir. Bundan əlavə, təqdim etdiyi digər materiallarda Lerik rayonundan ilk şəhidlər olan qardaşı və Aslan Nadirovun əziz xatirəsi ilə əlaqədar tədbirlərin keçirilməsi ilə bağlı, eyni zamanda Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən Kollec qarşısında qardaşının abidəsi önündə həyata keçirilmiş tədbirlər barədə də məlumatlar qeyd edilmişdir. Eyni zamanda Xidmətin Yasamal Rayon İdarəsi tərəfindən təqdim edilən məktubda mərhum qardaşının xx.xx.1992-ci il tarixdə həlak olması barədə əlifba qeydiyyat kitabında ölüm haqqında şəhadətnaməyə əsasən qeydiyyatının aparıldığı müəyyən edilmişdir. Həmçinin Cavabdeh başçısının 25 yanvar 2022-ci il tarixli məktubunda da mərhum qardaşının döyüşlərdə iştirak etməsi zamanı həlak olduğu, bununla bağlı kənd icra nümayəndəliyində ölüm haqqında şəhadətnamə verildiyi, həmçinin onun adının məktəbə verildiyi bir daha təsdiq edilmişdir. Qeyd olunur ki, qardaşına aid şəxsi əşyalar Lerik rayon “Tarix və Diyarşunaslıq Muzeyi”ndə saxlanılmaqdadır. Eyni zamanda qardaşının qəbri üzərində mərmər lövhədə abidə də quraşdırılmışdır. Göründüyü kimi, kifayət qədər sənəd və məlumatlarla, ən əsası isə ölüm haqqında şəhadətnamə əsasında qardaşının Şuşa şəhərində baş nahiyyəsindən aldığı mərmi qəlpəsi nəticəsində qəhrəmancasına şəhid olması sübut olunsa da, yerli icra hakimiyyəti orqanı heç bir əsaslı səbəb göstərmədən onun şəhid statusu əldə etməsi və onun şəhid ailəsi hesab edilməyi barədə inzibati icraat aparmamışdır. Göründüyü kimi Lerik rayon sakini olmuş qardaşı barəsində müvafiq arayışın verilməsi ilə bağlı Cavabdeh hərəkətsizliyindən məhkəmə müraciət edilməsi zərurəti yaranmışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını nəzərdən keçirərək mübahisənin ərazi aidiyyəti məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı işin aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 8.1.3-cü maddəsinə görə inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 8.1.3-1-ci maddəsinə görə Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnamənin təsdiqi ilə əlaqədar hərəkəti və ya hərəkətsizliyi, yaxud onu təsdiq etməkdən imtina etməsi ilə bağlı iddialara həmin gəminin qeydiyyat limanınınyerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 8.1.4-cü maddəsinin tələblərinə görə digər (maddə 8.1.1-8.1.3-1-də nəzərdə tutulan hallardan başqa) hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İnzibati işin materiallarından müəyyən edilmişdir ki, iş üzrə İddiaçı doğulduğu yer ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Bu isə onu deməyə əsas verir ki, iddiaçının tələbi İPM-də nəzərdə tutulan müstəsna aidiyyətlə bağlı tələblərə aid olmamaqla 8.1.2-ci maddədə nəzərdə tutulan aidiyyət qaydasının təsir dairəsinə düşür. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 8-ci, 23.1-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdehnə qarşı “xx.xx.1969-cu ildə doğulmuş qardaşı X3 adının Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanının icrası olaraq Azərbaycan Respublikası Ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısına daxil edilməsi və bu siyahının Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1324/2022
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1324/2022
25.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver