Məhkəmə qərarları › İş №2-1(120)-1324/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1324/2024

22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1324/2024 22.02.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10725/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, N3-cü ildə Lənkəran rayon hərbi komissarlığından hərbi xidmətə çağırılmışdır. Əvvəl N saylı hərbi hissədə, daha sonra N may N3-cü ildən N saylı hərbi hissədə, N aprel N4-cü il tarixdən N saylı hərbi hissədə xidmət etmişdir. N4-cü ildə N saylı hərbi hissədən N saylı hərbi hissəyə (hərbi hospitala) müalicəyə göndərilmiş və N7-ci ilədək orada müalicədə olunmuşdur. "Müharibə veteranı" adı və vəsiqəsinin alınması məqsədilə X5 Komandanlığına, Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya yazılı müraciətlər etmişdir, bütün zəruri sənədləri təqdim etmişdir. Nəticə olaraq bu günə qədər ona “Müharibə veteranı” adı və vəsiqəsi verilməyib. Etdiyi sonuncu müraciətə 01,05.2023cü il tarixli cavab məktubunda mərkəzi arxivin xx.xx.2023-cu il tarixli 4/2-446 nömrəli arayışına əsasən bildirilmişdir ki, Lənkəran RHK-nın çağırışçısı olaraq N N-li hərbi hissədə xidmətə başlamışdır, daha sonra N N-li hərbi hissəyə xidmətini davam etdirmək üçün köçürülmüşdür, döyüş bölgəsini tərk etdiyi üçün N N-li hərbi hissə komandirinin N aprel N4-cü il tarixli əmri ilə hərbi hissənin qazan təminatından çıxarılmışdır, hərbi hissə komandirinin N iyul N4-cü il tarixli əmrinə əsasən hərbi hospitala müalicəyə göndərilmişdir. Arayışda o da qeyd edilib ki, N N-li hərbi hissə komandirinin xx.xx.N3-xx.xx.N3-cü il tarixli nizami hissə üzrə əmrlər kitablarında, N N-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və N N-li hərbi hissə komandirinin iyun-dekabr N4-cü il tarixli nizami hissə üzrə əmrlərdə və şəxsi heyətin əlifba qeydiyyat kitablarında xidməti barədə məlumat aşkar edilməmişdir.X3 arayışında qeyd edilənlərə əsasən belə nəticəyə gəlmək olur ki, N may N3-cü ildə N N-li hərbi hissədən gələrək N N-li hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmə, N aprel N4-cü ildə N N-li hərbi hissədən N N-li hərbi hissəyə xidmətini davam etdirmək üçün keçirilmə, N aprel N4-cü ildə döyüş bölgəsini tərk etmə və N aydan sonra N N-li hərbi hissədən N iyul N4-cü ildə hərbi hospitala müalicəyə gömdərilmə barədə bütün qeydlər vardır, nizami hissə üzrə əmrlər hərbi hissə komandiri tərəfindən verilmişdir. Lakin N3-cü ilin may-sentyabr və N4-cü ilin iyun-dekabr ayları üzrə barəsində qeydiyyat sənədlərində məlumat aşkar edilməmişdir.Hesab edir ki, arayışda bir qədər biri-birinə zidd olan məlumatlar əks etdirilmişdir. Belə ki, bir tərəfdən xidmətdə olmağı faktı təsdiq edilir, xidməti yerdəyişmələr əks olunur, digər tərəfdən isə müəyyən bir zaman kəsiyində barəsində məlumatlar aşkar edilmir. Xidmət yerini özbaşına tərk etməyim faktı da təsdiq olumur. Necə olur ki, xx.xx.N4-cü il tarixdə hərbi hissəni özbaşına tərk edir və N aydan sonra xx.xx.N4-cü ildə müalicəyə hərbi hospitala göndərilir? Onu da əlavə edir ki, etdiyi müraciətə cavab olaraq Azərbaycan Respublikası hərbi prokurorluğunun xx.xx.2021-ci il tarixli HP12/271 N-li məktubunda qeyd edilmişdir ki, xx.xx.N3-cü il tarixdən xx.xx.N7-ci il tarixinə kimi 705, 743, 704 və 9N (hərbi hospital) N-li hərbi hissələrdə xidmət etdiyi müddətlərdə barəsində hər hansı bir cinayət işi və ya təqsirləndirici materialın olması müəyyən edilməmişdir. Hərbi biletindəki qeydlərdən və sənədlərdən, həmçinin Müdafiə Nazirliyinin təqdim etdiyi arayışdan da açıq aşkar görünür ki, o, N3-cü ildən etibarən müxtəlif hərbi hissələrdə döyüş bölgəsində xidmətdə olmuşdur, hərbi hissəni özbaşına tərk etmə halına yol verməmişdir və buna görə də “Müharibə veteranı” adı və vəsiqəsini almağa layiqdir. Lakin naməlum səbəblərə görə bu iş yubadılır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İPM-nin 45-47-ci maddələrinin rəhbər tutaraq, məhkəmədən “Müharibə veteranı” adı və vəsiqəsinin ona verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə olunmasını xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz məktubu təqdim etmişdir. Məktubda bildirilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə baxılır. İddiaçının tələbinin mahiyyəti iddiaçıya “Müharibə veteram” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarət olmuşdur. Hesab edir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci ilin fevralın 1-dən N4-cü ilin mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində-Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla) keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan(Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığınının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı təsdiq edən başqa sənədlər əsasında verilir.Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətinin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə qeyd edilməsidir.Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır.Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir. - Şəxsin xidmət keçməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. - Bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfumuna AR Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteram” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır.İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, iddiaçı N aprel N4-cü il tarixdə N nömrəli hərbi hissəni özbaşına tərk etmiş, həmin tarixdən sonra iddiaçının xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat mövcud deyildir. Həmçinin, N nömrəli hərbi hissə komandirinin Mərkəzi Arxivdə olan xx.xx.N3xx.xx.N3-cü il tarixli nizami hissə üzrə əmrlərində, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və N nömrəli hərbi hissə komandirinin iyun-dekabr N4-cü il tarixli nizami hissə üzrə əmrlərində, şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Bu səbəbdən də Müdafiə Nazirliyinin Aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya 22 fevral 2023-cü il tarixli qərarı ilə əsaslı olaraq iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Yuxarıda qeyd olunanları nəzərə alaraq və AR İPM-nin 38, 48.2-ci maddələrini rəhbər tutaraq, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçı və cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 20N-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 20N-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lənkəran rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Lənkəran rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İşdə olan AZE0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.N74-cü il tarixdə anadan olmuş və Lənkəran rayonu, Tükəvilə kəndində qeydiyyatdadır. - İşdə olan НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, xx.xx.N74-cü il təvəllüdlü İddiaçı N3-cü ildən N7-cü ilə kimi hərbi xidmət keçmişdir. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 4/3-4036 nömrəli məktubunda qeyd edilmişdir ki, "Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndəriləı sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrimi verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbə qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin 31,03.2023-cı il tarixli 4/2-446 nömrəli arayışına və təqdim olunmuş sənədlərə əsasən döyüş əməliyyatlaı aparılan dövrdə xx.xx.N4-cü ildə N nömrəli hərbi hissəni özbaşına tərk etdiyinə, həmi tarixdən sonrakı xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 216 № li Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. - İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-43-42/2-94/24 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.N74-cü il təvəllüdlü mərhum İddiaçı xx.xx.N3-cü il tarixdə keçmiş Lənkəran Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağrılmış, N nömrəli hərbi hissəyə təhvil verilmişdir. May N3-cü il tarixdən sentyabr N5-ci il tarixədək N saylı hərbi hissədə, sentyabr N5-ci il tarixdən xx.xx.N7-ci il tarixədək N nömrəli hərbi hissədə hərbi xidmət keçmişdir. xx.xx.N7-ci il tarixdə MO-nun xx.xx.N7-ci il tarixli 3 nömrəli əmrinə əsasən Silahlı Qüvvələrdən ehtiyata buraxılıb. İddiaçı döyüş əməliyyat iştirakı və hərbi xidmət dövründə yaralanması dair Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsində heç bir məlumat yoxdur. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 2844 nömrəli məktubunda göstərilmişdir ki, N №-li hərbi hissədən gəlmiş, Lənkəran RHK-nın çağırışçısı, N74-cü il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli 103 №-li əmrilə (əsas: §-2, sıra-41, səh-3, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) hərbi hissənin tərkibinə və bütün növ təminatlara daxil edilmişdir.N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli 122 №-li əmrində (əsas: §- 2, sıra-3, səh-20, əmrdə soyadı “Feyziyev” yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) Azərbaycan Respublikası Hərbi Komissarlığının xx.xx.N3-cü il tarixli siyahısına əsasən, N №-li hərbi hissənin şəxsi heyətinin siyahısına salınaraq bütün növ əsgəri təminatlarla təmin olunan gənc əsgərlərin siyahısında X1 adı qeyd olunmuşdur.N №-li hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 75 №-li əmrilə (əsas: §-6, sıra-12, səh-34, əmrdə vəzifəsi göstərilməmişdir) 3-cü MAT-ın qazan təminatına qoyulmuşdur. Döyüş bölgəsini özbaşına tərk etdiyinə görə, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 82 №-li əmrilə (əsas: §-16, sıra-1, əmraə vəzifəsi göstərilməmişdir) xx.xx.N4-cü il tarixdən 3-cü MAT-ın qazan təminatından çıxarılmışdır.N №-li hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 134 №-li əmrilə (əsas: §-N, sıra-6, səh-12, əmrdə əsas kimi “3-cü MAT komandirinin raportu” göstərilmişdir, vəzifəsi yazılmamışdır) sıravi İddiaçı hərbi hospitala müalicəyə göndərilərək 3-cü MAT-un qazan təminatından çıxarılmışdır. N №-li hərbi hissə komandirinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan xx.xx.N3-xx.xx.N3-cü il tarixli nizami hissə üzrə əmrlərində, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və N №-li hərbi hissə komandirinin N3-N4-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri və N №-li hərbi hissə komandirinin xx.xx.N3 - dekabr N3-cü il, N4-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda 704(743) №-li hərbi hissənin xx.xx.N2-ci il tarixdən xx.xx.N2-ci il tarixədək, xx.xx.N3-cü il tarixdən xx.xx.N4-cü il tarixədək, N №-li hərbi hissənin xx.xx.N3-cü il tarixdən xx.xx.N4-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır. - İşdə olan Azərbaycan Respublikasının Prokurorluğu Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-3-120/2- 014981/2023 nömrəli məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş ilə bağlı İddiaçı barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işi və ya təqsirləndirici materialın olub-olmamasına dair xx.xx.2023-cü il tarixli məktubu xx.xx.2023cü il tarixdə Respublika Hərbi Prokurorluğuna daxil olmuşdur. Həmin məktubun qoşma hissəsində İddiaçı iddia ərizəsinin və digər sənədlərin surətinin sorğuya əlavə edildiyi göstərilmişdir. Lakin, zərf açılarkən həmin sənədlərin zərfdə olmaması müəyyən edilmiş və bu barədə tərəfimizdən akt tərtib edilmişdir. Yuxarıda qeyd olunan sorğuda İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində nə vaxt və hansı hərbi hissələrdə xidmət etməsi barədə heç bir məlumat qeyd olunmadığından və Qarabağ müharibəsində iştirak etmiş şəxslər barəsində Respublika Hərbi Prokurorluğunda vahid mərkəzləşdirilmiş məlumat bazası mövcud olmadığından məktubla bağlı ərazi hərbi prokurorluqlarından müvafiq məlumatları alıb cavabın verilməsi mümkün deyildir. Təkrar sorğuda İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində nə vaxt, harada və hansı hərbi hissələrdə xidmət etməsi barədə ətraflı məlumatların göstərildiyi və bunu təsdiq edən sənədlərin (Müdafiə Nazirliyinin arxiv arayışı, hərbi biletində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti barədə zəruri qeydlər varsa həmin hərbi biletin kserosurəti, iddia ərizəsinin surəti və s.) müraciətə əlavə edildiyi halda qısa müddət ərzində sorğuya cavabın verilməsi təmin ediləcəkdir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. (maddə 3). Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti,Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) tərəfindən verilir (maddə 7). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin 1-ci bəndinə əsasən N1-ci il oktyabrın 9-dan N4-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may N4-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.). Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Məhkəmə müəyyən etdi ki, iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar inzibati orqana müraciət etmiş, lakin İddiaçı xx.xx.N4-cü ildə N nömrəli hərbi hissəni özbaşına tərk etdiyinə, həmin tarixdən sonrakı xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığına görə müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq müharibə veteranı adının verilməsini istisna edən hallardan biri də, məhz hərbi xidmətdən qanuni əsaslarla tərxis olunmasına dair sübutların (əmrin), həmçinin hərbi qulluqçunun hərbi hissədə xidməti barədə əmrlərin hərbi biletlə bir yerdə təqdim edilməməsidir. İş materiallarından göründüyü kimi İddiaçı hərbi xidmətdən qanuni əsaslarla təxris olunması, həmçinin xidməti barədə məlumat aşkar olunmamış, həmçinin o, hərbi hissəsini öbaşına tərk etmişdir. Belə ki, İddiaçı Döyüş bölgəsini özbaşına tərk etdiyinə görə, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 82 №-li əmrilə (əsas: §-16, sıra-1, əmraə vəzifəsi göstərilməmişdir) xx.xx.N4-cü il tarixdən 3-cü MAT-ın qazan təminatından çıxarılmışdır. N №-li hərbi hissə komandirinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan xx.xx.N3-xx.xx.N3-cü il tarixli nizami hissə üzrə əmrlərində, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və N №-li hərbi hissə komandirinin N3-N4-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri və N №-li hərbi hissə komandirinin xx.xx.N3 dekabr N3-cü il, N4-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda 704(743) №-li hərbi hissənin xx.xx.N2-ci il tarixdən xx.xx.N2-ci il tarixədək, xx.xx.N3-cü il tarixdən xx.xx.N4-cü il tarixədək, N №-li hərbi hissənin xx.xx.N3-cü il tarixdən xx.xx.N4-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Prezidentinin «Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında» 20 sentyabr N7-ci il tarixli 634 nömrəli Fərmanına əsasən ehtiyata buraxılmamışdır, onun bu Fərmandan əvvəl hərbi xidmətini başa vurmasının qanuniliyi iş materialları ilə təsdiqini tapmır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan məhz qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya müharibə veteranı adının verilməsindən imtina etmişdir. Bəhs olunanlara əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə N.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə N.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabadehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4-cü, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, H.Z.Tağıyev, 10) verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar