Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1327/2025 13.11.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı1 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdeh orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər idarəsi tərəfindən İddiaçı1 MMC barəsində qəbul edilmiş 26 fevral 2024-cü il tarixli, Vergilərin sosial sığorta və işszlik sığortası haqlarının hesablanması barədə **********970300 nömrəli qərarının, 06 mart 2024-cü il tarixli, Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********624700 nömrəli qərarının və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin 29 avqust 2024-cü il tarixli, Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə 29 avqust 2024-cü il tarixli, 3-21-2-3/2-98019/2024 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağızadə Aygün Bahadır qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı1 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdeh orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər idarəsi tərəfindən İddiaçı1 MMC barəsində qəbul edilmiş 26 fevral 2024-cü il tarixli, Vergilərin sosial sığorta və işszlik sığortası haqlarının hesablanması barədə **********970300 nömrəli qərarın, 06 mart 2024-cü il tarixli, Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********624700 nömrəli qərarın və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin 29 avqust 2024-cü il tarixli, Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə 29 avqust 2024-cü il tarixli, 3-21-2-3/2- 98019/2024 nömrəli qərarın ləğv edilməsi” tələbi ilə bağlı iddiası üzrə işə Şirvan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri Hissə İşin halları: İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “vergilərin sosisal sığorta və işsizlik haqlarının hesablanması barədə 26 fevral 2024-cü il tarixli, **********970300 nömrəli və 06 mart 2024-cü il tarixli, **********624700 nömrəli qərarların ləğv edilməsi” tələbi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “vergilərin sosisal sığorta və işsizlik haqlarının hesablanması barədə 26 fevral 2024-cü il tarixli, **********970300 nömrəli və 06 mart 2024-cü il tarixli, **********624700 nömrəli qərarların ləğv edilməsi” tələbi barədə iddia ərizəsi üzrə iddiaçı və cavabdehin olduğu kimi saxlanılmasını, iddia tələbinə “cavabdeh orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər idarəsi tərəfindən İddiaçı1 MMC barəsində qəbul edilmiş 26 fevral 2024-cü il tarixli, Vergilərin sosial sığorta və işszlik sığortası haqlarının hesablanması barədə **********970300 nömrəli qərarın, 06 mart 2024-cü il tarixli, Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********624700 nömrəli qərarın və 29 avqust 2024-cü il tarixli, Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə 29 avqust 2024-cü il tarixli, 3-21-2-3/2-98019/2024 nömrəli qərarın ləğv edilməsi” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-4076/2024 nömrəli, 15 noyabr 2024-cü il tarixli qərardadına əsasən iddiaçı və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə “Cavabdeh orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər idarəsi tərəfindən İddiaçı1 MMC barəsində qəbul edilmiş 26 fevral 2024-cü il tarixli, Vergilərin sosial sığorta və işszlik sığortası haqlarının hesablanması barədə **********970300 nömrəli qərarın, 06 mart 2024-cü il tarixli, Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********624700 nömrəli qərarın və 29 avqust 2024-cü il tarixli, Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə 29 avqust 2024-cü il tarixli, 3-21-2-3/2-98019/2024 nömrəli qərarın ləğv edilməsi” kimi baxılmasının davam etdirilməsi qərara alınmışdır. Daha sonra iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək, iddia ərizəsi üzrə iddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər idarəsi və iddia tələbinin olduğu kimi saxlanılmasını, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1327/2025 nömrəli, 23 oktyabr 2025-ci il tarixli qərardadına əsasən iddia ərizəsi üzrə iddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər idarəsi və iddia tələbinin olduğu kimi saxlanılması, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh qismində cəlb edilməsi qərara alınmışdır. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC barəsində cavabdeh orqan tərəfindən 26 fevral 2024-cü il tarixli, Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********970300 nömrəli qərar qəbul edilmişdir. Həmin qərara əsasən 2023-cü ilin avqust ayı ərzində tərəflərindən 18 faiz dərəcə ilə ƏDV tətbiq edilən təqdim edilmiş elektron qaimə-fakturaların dəyəri (ƏDV-siz) (65258.28 manat) ilə onlayn kassa aparatı ilə müəyyən edilmiş 18 faiz dərəcə ilə vergiyə cəlb edilən dövriyyənin (ƏDV-siz) (379157.17 manat) cəmi məbləği 444415.45 manat olmasına baxmayaraq həmin hesabat dövrü üzrə təqdim edilmiş bəyannamənin 301.1-ci sətrinin təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan) sütunundakı 132843.28 manat ilə bəyannamənin 2 nömrəli Əlavəsinin "Cari hesabat dövründə satılmış mallara görə ticarət əlavəsi" sütunundakı məbləğ 0.00 manat, cəmi 132843.28 manat göstərildiyindən 311572.17 manat kənarlaşma yarandığı qeyd edilmişdir. Nəticədə həmin qərara əsasən "xxxx" MMC barəsində 50361.88 (əlli min üç yüz altmış bir manat, səksən səkkiz qəpik) manat məbləğində əlavə olaraq əsassız vergi borcu hesablanmışdır. Həmçinin iddiaçı "FƏDƏK-AZƏRBAYCAN” MMC barəsində cavabdeh orqan tərəfindən 06 mart 2024-cü il tarixli, Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********624700 nömrəli qərar qəbul edilmişdir. Həmin qərara əsasən 2023-cü ilin sentyabr ayı ərzində tərəflərindən 18 faiz dərəcə ilə ƏDV tətbiq edilən təqdim edilmiş elektron qaimə-fakturaların dəyəri (ƏDV-siz) (18730.80 manat) ilə onlayn kassa aparatı ilə müəyyən edilmiş 18 faiz dərəcə ilə vergiyə cəlb edilən dövriyyənin (ƏDV-siz) (365468.39 manat) cəmi məbləği 384199.19 manat olmasına baxmayaraq həmin hesabat dövrü üzrə təqdim edilmiş bəyannamənin 301.1-ci sətrinin təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan) sütunundakı 66724.10 manat ilə bəyannamənin 2 nömrəli əlavəsinin "Cari hesabat dövründə satılmış mallara görə ticarət əlavəsi" sütunundakı məbləğ 0.00 manat, cəmi 66724.10 manat göstərildiyindən 317475.09 manat kənarlaşma yarandığı qeyd edilmişdir. Nəticədə həmin qərara əsasən "xxxx" MMC barəsində 57709.49 (əlli yeddi min yeddi yüz doqquz manat, qırx doqquz qəpik) manat məbləğində əlavə olaraq əsassız vergi borcu hesablanmışdır. Qeyd edilir ki, cəmiyyətə məxsus bank hesablarından kassa aparatı vasitəsilə nəğd və ya nəğdsız qaydada daxil olmaqla və postterminal vasitəsilə daxil edilib rüblük Cəmiyyətə məxsus WİZARPOS markalı, zavod nömrəsi WP22401Q63201681, NMQ nömrəsi ********** olan nəzarət kassa aparatı vasitəsilə 2023-cü ilin iyul, avqust və sentyabr ayları ərzində nəğdsiz qaydada daxil edilən (xüsusəndə gecə saatlarında) şişirdilmiş məbləğlərin Cəmiyyətə məxsus bank hesablarında öz əksini tapmaması aşkar olunmuşdur. Daha sonra sözügeden Kassaya xidmət göstərən STXM ilə əlaqə saxlayaraq həmin kassada cari il üzrə əməliyyatların reyestri əldə edilmişdir. Onların təqdim etdikləri reyestrdə 2023-cü ilin iyul və avqust ayları üzrə məlumatlar öz əksini tapmamışdır. Bu məsələ ilə bağlı STXM-in nümayəndəsi açıqlamasında bütün satışların onlara məxsus informasiya sistemində saxlanıldığını, lakin, internet əlaqəsi olmadığı təqdirdə həmin məlumatların birbaşa vergi xidmətinin bazasına inteqrasiya olunduğunu və vergi xidmətinin bazasında hal-hazırda mövcud olmasını bildirmişdir. Eləcə də STXM tərəfindən təqdim olunmuş kassa üzrə satış reyestrində müəyyən olunan şübhəli məbləğlərin kassaya vurulma vaxtları qeyd edilmişdir. Marketdə olan görüntü kameraları vasitəsilə xx.xx.2022-ci ildə tarixində qeydə alınmış həmin vaxt kassada xidmət göstərən "Kassir" vəzifəsində çalışan Hacıqabul rayonu, Pirsaat qəsəbə sakini X5 olduğu müəyyən edilmişdir (araşdırmaya reyestr məlumatları və video görüntülərin təqdim edilməsi təmin ediləcəkdir). Belə ki, video görüntüdə X1 arxasında oturaraq kassaya vurduğu qəbzlərin əlində olan mobil telefonundan bir bank proqramı vasitəsilə “ƏDV geri al” portalına daxil etdikdən sonra həmin qəbzləri əzərək zibil qutusuna atması açıq-aşkar görünməkdədir. Nəticədə də vergi orqanı tərəfindən "xxxx" MMC barəsində qanunsuz və əsassız olaraq 26 fevral 2024-cü il tarixli, Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********970300 nömrəli və 06 mart 2024-cü il tarixli, Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********624700 nömrəli qərarlar qəbul edilmişdir. Bu səbəbdən də, 26 fevral 2024-cü il tarixli, Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********970300 nömrəli və 06 mart 2024-cü il tarixli, Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********624700 nömrəli qərarların ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin iddia tələbinə dair yazılı münasibəti (etiraz): Cavabdeh aşağıda qeyd olunan səbəblərə görə iddia tələbi ilə razılaşmır və onu əsassız hesab edir. Vergi ödəyicisi İddiaçı1 (VÖEN: **********) uçot-baza məlumatlarına əsasən xx.xx.2019-cü il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, əsas fəaliyyət növünün “istirahət və əyləncə parklarının fəaliyyəti” olduğu müəyyən edilmişdir. 2023-cü il Avqust ƏDV bəyannaməsi: Kameral vergi yoxlaması zamanı vergi ödəyicisi İddiaçı1 (VÖEN: **********) tərəfindən xx.xx.2024-cü il tarixdə 2023-cü ilin avqust ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində “2023-cü ilin Avqust ayı ərzində tərəflərindən 18 faiz dərəcə ilə ƏDV tətbiq edilən təqdim edilmiş elektron qaimə-fakturaların dəyəri (ƏDV-siz) (65258,28 manat) ilə onlayn kassa aparatı ilə müəyyən edilmiş 18 faiz dərəcə ilə vergiyə cəlb edilən dövriyyənin (ƏDV siz) (379157,17 manat) cəmi məbləği 444415,45 manat olmasına baxmayaraq həmin hesabat dövrü üzrə təqdim edilmiş bəyannamənin 301.1-ci sətrinin "Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)" sütunundakı 132843,28 manat ilə bəyannamənin 2 nömrəli əlavəsinin “Cari hesabat dövründə satılmış mallara görə ticarət əlavəsi” sütunundakı məbləğ 0.00 manat, cəmi 132843,28 manat göstərildiyindən 311572,17 manat kənarlaşma yaranmışdır. Təqdim edilmiş bəyannamənin 301-ci ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) sütununda göstərilmiş 0.00 manat məbləğ, hesabat dövrü ərzində ƏDV depozit hesabına 9330,94 manat məbləğində mədaxilin olması nəticəsində müəyyən edilmiş 51838,56 manat daxil olmuş məbləği (ƏDV DH-na daxil olmuş 9330,94 manat ƏDV/0,18) ilə bəyannamənin ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin (307.1-ci) hesabat dövrü (ay) üzrə yaranan və xx.xx.2020-ci il tarixə olan debitor borclar sətrinin (307-1.1-ci) hesabat dövrü (ay) ərzində silinən debitor borc məbləğlərinin cəminin fərqi olan 51838,56 manat məbləğdən 51838,56 manat az göstərilmiş və uyğunsuzluq müəyyən edilmişdir. Aparılmış araşdırma zamanı vergi ödəyicisinin 2023-cü il avqust ayı üzrə NKA dövriyyəsinin 379157,17 (ƏDV-siz) manat və bank hesabına təqdim edilmiş elektron qaimə fakturalar üzrə digər ödəyicilərdən mədaxil olunan vəsaitin 20053,99 (ƏDV-siz) manat olduğunu nəzərə alaraq vergi tutulan əməliyyatların cəminin 399211,16 manat müəyyən edildiyindən daxilolma üzrə 279788,2 (399211,16-119422,96) manat kənarlaşma yaranmışdır. Kənarlaşma ilə bağlı vergi ödəyicisinə xx.xx.2024-cü il tarixdə **********456400 nömrəli “********** - Əlavə dəyər vergisi - Avqust 2023 Elektron kameral üçün uyğunsuzluq məktubu” göndərilmiş, təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi vergi orqanına təqdim edilmədiyinidən kənarlaşmalar kameral vergi yoxlaması zamanı aradan qaldırılmış və vergi ödəyicisinə 50361,8 (279788,2 *18%) manat əlavə vergi məbləği hesablanmaqla xx.xx.2024-cü il tarixli **********970300 nömrəli “**********-ƏDV Avqust 2023 Elektron kameral hesablama barədə Qərar” göndərilmişdir. 2023-cü il Sentyabr ƏDV bəyannaməsi: Kameral vergi yoxlaması zamanı vergi ödəyicisi İddiaçı1 (VÖEN: **********) tərəfindən xx.xx.2024-cü il tarixdə 2023-cü ilin sentyabr ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində 2023-cü ilin Sentyabr ayı ərzində tərəflərindən 18 faiz dərəcə ilə ƏDV tətbiq edilən təqdim edilmiş elektron qaimə-fakturaların dəyəri (ƏDV-siz) (18730,80 manat) ilə onlayn kassa aparatı ilə müəyyən edilmiş 18 faiz dərəcə ilə vergiyə cəlb edilən dövriyyənin (ƏDV-siz) (365468,39 manat) cəmi məbləği 384199,19 manat olmasına baxmayaraq həmin hesabat dövrü üzrə təqdim edilmiş bəyannamənin 301.1-ci sətrinin "Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)" sütunundakı 66724,10 manat ilə bəyannamənin 2 nömrəli Əlavəsinin “Cari hesabat dövründə satılmış mallara görə ticarət əlavəsi” sütunundakı məbləğ 0.00 manat, cəmi 66724,10 manat göstərildiyindən 317475,09 manat kənarlaşma yaranmış və uyğunsuzluq müəyyən edilmişdir. Aparılmış araşdırma zamanı vergi ödəyicisinin 2023-cü il sentyabr ayı üzrə NKA dövriyyəsinin 365468,39 (ƏDV-siz) manat və bank hesabına təqdim edilmiş elektron qaimə fakturalar üzrə digər ödəyicilərdən mədaxil olunan vəsaitin 13940,0 (ƏDV-siz) manat olduğunu nəzərə alaraq vergi tutulan əməliyyatların cəminin 379444,50 manat olduğu müəyyən edildiyindən daxilolma üzrə 317175,09 (379444,50- 62269,41) manat kənarlaşma yaranmışdır. Kənarlaşma ilə bağlı vergi ödəyicisinə xx.xx.2024-cü il tarixdə **********623900 nömrəli “********** - Əlavə dəyər vergisi - Sentyabr 2023 Elektron kameral üçün uyğunsuzluq məktubu” göndərilmiş, təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi vergi orqanına təqdim edilmədiyinidən kənarlaşmalar kameral vergi yoxlaması zamanı aradan qaldırılmış və vergi ödəyicisinə 57091,5 (317175,09 *18%) manat əlavə vergi məbləği hesablanmaqla xx.xx.2024-cü il tarixli **********624700 nömrəli “**********-ƏDV Sentyabr 2023 Elektron kameral hesablama barədə Qərar” göndərilmişdir. Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72- ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil oldugu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil oldugu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.21-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləsdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 153.1. Əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Azərbaycan Respublikasının Konstitusiyasının 73.1-ci maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı1 iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X8 təqdim olunmuş etiraza uyğun izahat verərək, iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edimiş, Fədək- Azərbaycan” MMC (nümayənəndəsi) elektron kabinet vasitəsi ilə ərizə təqdim edərək nümayəndəsinin ştirakı olamdan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi üzürlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Cavabdeh tərəfindən təqdim olunan 26 fevral 2024-cü il tarixli, Vergilərin sosial sığorta və işszlik sığortası haqlarının hesablanması barədə **********970300 nömrəli qərarı xx.xx.2025-ci il tarixdə, 06 mart 2024-cü il tarixli, Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********624700 nömrəli qərarı xx.xx.2025-ci il tarixdə elektron qaydada iddiaçının elektron kabinetinə göndərilmiş və həmin tarixdə iddiaçı tərəfindən oxunmuşdur. Cavabdeh inzibati orqan vəsatət təqdim edərək iddia müddətinin ötürülüdüyünə görə iddia tələbinin mümükünsüz sayılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə “Atlas Ekspres” surətli poçt xidməti vasitəsi ilə iddia ərizəsini Şirvan İnzibati Məhkəməsinə ünvanlamış, xx.xx.2024-cü il tarixdə Poçt Şöbəsi tərəfindən qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə Şirvan Poçt şösbəsinə mübadilə edilmiş və xx.xx.2024-cü il tarixdə poçtalyon vasitəsi ilə Şirvan İnzibati Məhkəməsini daxil olmuşdur. İddiaçı tərəfindən verilmiş iddia ərizəsi xx.xx.2024-cü il tarixdə “Atlas Ekspres” surətli poçt xidmətinə təqdim edildiyi üçün 30 (otuz) günlük müddət ötürülməmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş, 29 avqust 2024-cü il tarixli, 3-21-2-3/2-98019/2024 nömrəli qərar isə iddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra qəbul edilmişdir. VM-in 49.4-cü maddəsinə əsasən vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. VM-in 70.2-3-cü maddəsinə əsasən Bu Məcəllənin 70.2-1.2-ci və 70.2-1.3-cü maddələrində nəzərdə tutulmuş qayda vergi ödəyicisinin (onun səlahiyyətli nümayəndəsinin) inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Məhkəmə hesab edir ki, mübahisələndirmə haqqında iddia bu iddia növü üçün qanunla nəzərdə tutulmuş müddətdə verilmişdir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Hacıqabul rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Faktiki hallar və sübutlar: Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 26 fevral 2024-cü il tarixli, **********970300 nömrəli, Qərarının surətindən görünür ki, 2023-cü ilin avqust ayı ərzində tərəflərindən 18 faiz dərəcə ilə ƏDV tətbiq edilən təqdim edilmiş elektron qaimə-fakturaların dəyəri (ƏDV-siz) (65258.28 manat) ilə onlayn kassa aparatı ilə müəyyən edilmiş 18 faiz dərəcə ilə vergiyə cəlb edilən dövriyyənin (ƏDV-siz) (379157.17 manat) cəmi məbləği 444415.45 manat olmasına baxmayaraq həmin hesabat dövrü üzrə təqdim edilmiş bəyannamənin 301.1-ci sətrinin Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan) sütunundakı 132843.28 manat ilə bəyannamənin 2 nömrəli Əlavəsinin "Cari hesabat dövründə satılmış mallara görə ticarət əlavəsi" sütunundakı məbləğ 0.00 manat, cəmi 132843.28 manat göstərildiyindən 311572.17 manat kənarlaşma yarandığı qeyd edilmişdir. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 06 mart 2024-cü il tarixli, **********624700 nömrəli, Qərarının surətindən görünür ki, 2023-cü ilin sentyabr ayı ərzində tərəflərindən 18 faiz dərəcə ilə ƏDV tətbiq edilən təqdim edilmiş elektron qaimə-fakturaların dəyəri (ƏDV-siz) (18730.80 manat) ilə onlayn kassa aparatı ilə müəyyən edilmiş 18 faiz dərəcə ilə vergiyə cəlb edilən dövriyyənin (ƏDV-siz) (365468.39 manat) cəmi məbləği 384199.19 manat olmasına baxmayaraq həmin hesabat dövrü üzrə təqdim edilmiş bəyannamənin 301.1-ci sətrinin təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan) sütunundakı 66724.10 manat ilə bəyannamənin 2 nömrəli Əlavəsinin "Cari hesabat dövründə satılmış mallara görə ticarət əlavəsi" sütunundakı məbləğ 0.00 manat, cəmi 66724.10 manat göstərildiyindən 317475.09 manat kənarlaşma yarandığı qeyd edilmişdir. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 29 avqust 2024-cü il tarixli, 3-21-2-3/2-98019/2024 Qərarının surətindən görünür ki, tərəflərindən əvvəlki il üzrə təqdim olunmuş “Mənfəət vergisinin bəyannaməsi”nin və ya təqdim olunmuş sonuncu “Sadələşdirilmiş verginin bəyannaməsi”nin 1 nömrəli Əlavəsinin (Hüqyuqi şəxslər üçün) 1-ci (Cəmi aktivlər) sətrinin “Hesabat dövrü sonuna” sütununda əks etdirilmiş 95757.60 manat məbləğ+cari il üzrə təqdim etdikləri bəyannamənin 1 nömrəli Əlavəsinin eyni sətrinin “Dövr ərzində daxil olmuşdur” sütununda əks etdirilmiş 0 məbləğ –“Təqdim edilmiş, silinmiş və ləğv edilmişdir” sütununda əks etdirilmiş 0 manat məbləğlərin fərqi ilə “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş 0.00 manat məbləğ arasında 95757.60 manat məbləğində fərq müəyyən edildiyindən kənarlaşma aşkar edilmişdir. Təqdim edilən “Mənfəət vergisinin bəyannaməsi”nin 200.1-ci (Malların təqdim edilməsindən gəlir) və 200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) sətrlərində göstərilmiş cəmi 100000.00 manat gəlir məbləği hesabat dövrü ərzində tərəflərindən idxal edilmiş və e-qaimə əsasında alınmış mallar (işlər, xidmətlər) barədə vergi orqanının məlumat bazasında olan məbləğdən 903932.64 manat az əks etdirilmişdir. Tərəflərindən hesablama metodu ilə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin 200.1-ci (Malların təqdim edilməsindən gəlir), 200.2-ci ( İşılərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir), 201-ci (Amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir), 202-ci (Amortizasiya olunmayan aktivlərin təqdim edilməsindən gəlir) və 203-cü (Əmlakın icarəyə verilməsindən gəlir) sətirlərində göstərilmiş cəmi 100000.00 manat gəlir məbləği hesabat dövrü ərzində online kassa aparatı ilə müəyyən edilən (1302923.91 manat), tərəflərindən ixrac edilmiş (0.00 manat) və təqdim edilmiş elektron qaimə-faktura əsasında satılmış mallar (işlər, xidmətlər) (396369.53 manat) barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan cəmi 1699293.44 manat məbləğdən 1599293.44 manat az əks etdirilmişdir. Hacıqabul rayon Məhkəməsinin 1(071)-49/2025 nömrəli, xx.xx.2025-ci il tarixli Hökmünə əsasən X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. X4 yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyəti qoyulmuş, onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunmuşdur. Cinayət işi üzrə zərərçəkmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Hacıqabul rayonu üzrə Maliyyə Şöbəsinin nümayəndəsi tərəfindən verilmiş mülki iddia təmin edilmiş, cinayət işi üzrə vurulmuş maddi ziyana görə 5503 manat 26 qəpik pul X3 tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq: Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyası: 73.1-ci maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.9-ci maddəsinə əsasən vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 24.0.2-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən, pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektronqaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; 13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektronqaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Məcəllənin 58.13-cü maddəsinə əsasən bu Məcəlləyə əsasən elektron qaiməfaktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən, Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. Maliyyə sanksiyası-vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə, vergi agentlərinə və banklara tətbiq edilən pulla ifadə edilmiş tənbeh növüdür. Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada vergi orqanları tərəfindən və ya məhkəmə tərəfindən alınır. Həmin Məcəllənin 71.1-ci maddəsinə əsasən, vergi ödəyicisi olan hər hansı şəxs: 70.1.1. həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən; 70.1.2. həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb.ola bilən; 70.1.3. həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. Həmin Məcəllənin 71.2-ci maddəsinə müvafiq olaraq vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. Həmin Məcəllənin 130.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Həmin Məcəllənin 130.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 27 noyabr 2003-cü il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. MƏHKƏMƏNİN MÖVQEYİ Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, cavabdeh orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər idarəsi tərəfindən 26 fevral 2024-cü il tarixli, Vergilərin sosial sığorta və işszlik sığortası haqlarının hesablanması barədə **********970300 nömrəli qərar, 06 mart 2024-cü il tarixli, Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********624700 nömrəli qərar və 29 avqust 2024-cü il tarixli, Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə 29 avqust 2024-cü il tarixli, 3-21-2-3/2-98019/2024 nömrəli qərar əsasında İddiaçı1 MMC barəsində qərar qəbul edilmişdir. Belə ki, cavabdeh inzibati orqan etirazının dəlilərində qeyd edir ki, Vergi ödəyicisi İddiaçı1 (VÖEN: **********) uçot-baza məlumatlarına əsasən xx.xx.2019-cü il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, əsas fəaliyyət növünün “istirahət və əyləncə parklarının fəaliyyəti” olduğu müəyyən edilmişdir. 2023-cü il Avqust ƏDV bəyannaməsi: Kameral vergi yoxlaması zamanı vergi ödəyicisi İddiaçı1 (VÖEN: **********) tərəfindən xx.xx.2024-cü il tarixdə 2023-cü ilin avqust ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində “2023-cü ilin Avqust ayı ərzində tərəflərindən 18 faiz dərəcə ilə ƏDV tətbiq edilən təqdim edilmiş elektron qaimə-fakturaların dəyəri (ƏDV-siz) (65258,28 manat) ilə onlayn kassa aparatı ilə müəyyən edilmiş 18 faiz dərəcə ilə vergiyə cəlb edilən dövriyyənin (ƏDVsiz) (379157,17 manat) cəmi məbləği 444415,45 manat olmasına baxmayaraq həmin hesabat dövrü üzrə təqdim edilmiş bəyannamənin 301.1-ci sətrinin "Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)" sütunundakı 132843,28 manat ilə bəyannamənin 2 nömrəli əlavəsinin “Cari hesabat dövründə satılmış mallara görə ticarət əlavəsi” sütunundakı məbləğ 0.00 manat, cəmi 132843,28 manat göstərildiyindən 311572,17 manat kənarlaşma yaranmışdır. Təqdim edilmiş bəyannamənin 301-ci ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) sütununda göstərilmiş 0.00 manat məbləğ, hesabat dövrü ərzində ƏDV depozit hesabına 9330,94 manat məbləğində mədaxilin olması nəticəsində müəyyən edilmiş 51838,56 manat daxil olmuş məbləği (ƏDV DH-na daxil olmuş 9330,94 manat ƏDV/0,18) ilə bəyannamənin ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin (307.1-ci) hesabat dövrü (ay) üzrə yaranan və xx.xx.2020-ci il tarixə olan debitor borclar sətrinin (307-1.1-ci) hesabat dövrü (ay) ərzində silinən debitor borc məbləğlərinin cəminin fərqi olan 51838,56 manat məbləğdən 51838,56 manat az göstərilmiş və uyğunsuzluq müəyyən edilmişdir. Aparılmış araşdırma zamanı vergi ödəyicisinin 2023-cü il avqust ayı üzrə NKA dövriyyəsinin 379157,17 (ƏDV-siz) manat və bank hesabına təqdim edilmiş elektron qaimə fakturalar üzrə digər ödəyicilərdən mədaxil olunan vəsaitin 20053,99 (ƏDV-siz) manat olduğunu nəzərə alaraq vergi tutulan əməliyyatların cəminin 399211,16 manat müəyyən edildiyindən daxilolma üzrə 279788,2 (399211,16-119422,96) manat kənarlaşma yaranmışdır. Kənarlaşma ilə bağlı vergi ödəyicisinə xx.xx.2024-cü il tarixdə **********456400 nömrəli “********** - Əlavə dəyər vergisi - Avqust 2023 Elektron kameral üçün uyğunsuzluq məktubu” göndərilmiş, təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi vergi orqanına təqdim edilmədiyinidən kənarlaşmalar kameral vergi yoxlaması zamanı aradan qaldırılmış və vergi ödəyicisinə 50361,8 (279788,2 *18%) manat əlavə vergi məbləği hesablanmaqla xx.xx.2024-cü il tarixli **********970300 nömrəli “**********-ƏDV Avqust 2023 Elektron kameral hesablama barədə Qərar” göndərilmişdir. 2023-cü il Sentyabr ƏDV bəyannaməsi: Kameral vergi yoxlaması zamanı vergi ödəyicisi İddiaçı1 (VÖEN: **********) tərəfindən xx.xx.2024-cü il tarixdə 2023-cü ilin sentyabr ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində 2023-cü ilin Sentyabr ayı ərzində tərəflərindən 18 faiz dərəcə ilə ƏDV tətbiq edilən təqdim edilmiş elektron qaimə-fakturaların dəyəri (ƏDV-siz) (18730,80 manat) ilə onlayn kassa aparatı ilə müəyyən edilmiş 18 faiz dərəcə ilə vergiyə cəlb edilən dövriyyənin (ƏDV-siz) (365468,39 manat) cəmi məbləği 384199,19 manat olmasına baxmayaraq həmin hesabat dövrü üzrə təqdim edilmiş bəyannamənin 301.1-ci sətrinin "Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)" sütunundakı 66724,10 manat ilə bəyannamənin 2 nömrəli Əlavəsinin “Cari hesabat dövründə satılmış mallara görə ticarət əlavəsi” sütunundakı məbləğ 0.00 manat, cəmi 66724,10 manat göstərildiyindən 317475,09 manat kənarlaşma yaranmış və uyğunsuzluq müəyyən edilmişdir. Aparılmış araşdırma zamanı vergi ödəyicisinin 2023-cü il sentyabr ayı üzrə NKA dövriyyəsinin 365468,39 (ƏDV-siz) manat və bank hesabına təqdim edilmiş elektron qaimə fakturalar üzrə digər ödəyicilərdən mədaxil olunan vəsaitin 13940,0 (ƏDV-siz) manat olduğunu nəzərə alaraq vergi tutulan əməliyyatların cəminin 379444,50 manat olduğu müəyyən edildiyindən daxilolma üzrə 317175,09 (379444,50- 62269,41) manat kənarlaşma yaranmışdır. Kənarlaşma ilə bağlı vergi ödəyicisinə xx.xx.2024-cü il tarixdə **********623900 nömrəli “********** - Əlavə dəyər vergisi - Sentyabr 2023 Elektron kameral üçün uyğunsuzluq məktubu” göndərilmiş, təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi vergi orqanına təqdim edilmədiyinidən kənarlaşmalar kameral vergi yoxlaması zamanı aradan qaldırılmış və vergi ödəyicisinə 57091,5 (317175,09 *18%) manat əlavə vergi məbləği hesablanmaqla xx.xx.2024-cü il tarixli **********624700 nömrəli “**********-ƏDV Sentyabr 2023 Elektron kameral hesablama barədə Qərar” göndərilmişdir. Bundan başqa, satışların bütün il ərzində aparılmasına baxmayaraq cavabdeh inzibati orqan ƏDV üzrə hesablamaları hər ilin sonuncu aylarına tətbiq etməklə Vergi Məcəlləsinin 12-ci, 166-cı, 174-cü, 178-ci maddələrinin imperativ tələblərini pozmuşdur. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın iddiaçının maliyyə sankisiyasına məruz qalmasına dair qərarlarında İddiaçı1 MMC-nin təqsiri sübuta yetirilməmişdir. Hacıqabul rayon Məhkəməsinin 1(071)-49/2025 nömrəli, xx.xx.2025-ci il tarixli Hökmü ilə müəyyən edilir ki, İddiaçı1 MMC ilə əmək münasibətlərində olmuş X5, özgənin xeyli miqdarda əmlakını etibardan sui- istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək niyyəti ilə İddiaçı1 MMC-yə məxsus Hacıqabul rayonu Pirsaat qəsəbəsində yerləşən marketdə kassir vəzifəsində işlədiyi müddət ərzində öz qulluq mövqeyindən istifadə və MMC-nin rəhbərliyinin ona olan etibarından sui-istifadə edərək real kommersiya əməliyyatları həyata keçirmədən, yəni satışı həyata keçirilməyən satış çeklərini vəzifə səlahiyyətlərinin həyata keçirilməsi məqsədilə onun istifadəsinə verilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Elektron İnformasiya sisteminə qoşulmuş yeni nəsil vergi ödəyicisinin qeydiyyatında olan nəzarət- kassa aparatı vasitəsilə formalaşdırıb istehlakçı tərəfindən ödənilmiş ƏDV-nin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olan ƏDV üzrə faktiki mədaxilin həmin məbləğ həddində azaldılması hesabına geri qaytarılmasının təmin edilməsi öhdəliyi üzərinə qoyulmuş Azərbaycan Respublikası Maliyyə Nazirliyini aldadaraq 2023-cü ilin fevral ayında 3697,68 manat dəyərində 169 kassa çeki formalaşdıraraq 28,13 manat, həmin ilin mart ayında 16663,62 manat dəyərində 720 kassa çeki formalaşdıraraq 306,43 manat, həmin ilin aprel ayında 20521,79 manat dəyərində 1082 kassa çeki formalaşdıraraq 456,46 manat, həmin ilin may ayında 20877,13 manat dəyərində 1299 kassa çeki formalaşdıraraq 421,46 manat, həmin ilin iyun ayında 19093,72 manat dəyərində 1108 kassa çeki formalaşdıraraq 409,07 manat, həmin ilin iyul ayında 32081,02 manat dəyərində 957 kassa çeki formalaşdıraraq 734,34 manat, həmin ilin avqust ayında 34568,07 manat dəyərində 256 kassa çeki formalaşdıraraq 840,25 manat, həmin ilin sentyabr ayında 88937,22 manat dəyərində 319 kassa çeki formalaşdıraraq 2254,35 manat və həmin ilin oktyabr ayında 2195,80 manat dəyərində 22 kassa çeki formalaşdıraraq 52,77 manat olmaqla, cəmi 5503,26 manat pul vəsaitinin "ƏDV geri al” sistemi vasitəsilə özünə məxsus 83KCU8C saylı FİN nömrəsi ilə olan hesaba köçürülməsini təmin etməklə zərərçəkmış şəxsə məxsus xeyli miqdar təşkil edən cəmi 5503,26 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə öz qulluq mövqeyindən istifadə edib etibardan suiistifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirməklə dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahid ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə xüsusi ilə vurğulayır ki, Hacıqabul rayon Məhkəməsinin 1(071)-49/2025 nömrəli, xx.xx.2025-ci il tarixli Hökmü hazır ki, inzibati mübahisə üzrə predusiyal əhəmiyyətə malikdir. Həmin cinayət işi üzrə cıxarılmış məhkəmə hökmündən göstərilən hallar sübuta yetirilmiş hesab edilir. İddiaçı1 MMC vergi ödəyicisi olaraq hər hansı vergi əməliyyatı həyata keçirmədiyi təqdirdə cavabdeh inzibati orqan tərəfindən 26 fevral 2024-cü il tarixli, Vergilərin sosial sığorta və işszlik sığortası haqlarının hesablanması barədə **********970300 nömrəli qərarı ilə 311572.17 manat kənarlaşma yarandığı, 06 mart 2024-cü il tarixli, Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********624700 nömrəli qərarı ilə 317475.09 manat kənarlaşma yarandığı qeyd edilmiş və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 29 avqust 2024-cü il tarixli, Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə 29 avqust 2024-cü il tarixli, 3-21-2-3/2- 98019/2024 nömrəli qərarı ilə elektron qaimə-faktura əsasında satılmış mallar (işlər, xidmətlər) (396369.53 manat) barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan cəmi 1699293.44 manat məbləğdən 1599293.44 manat az əks etdirilməsi qərara alınmışdır. İş materailları ilə müəyyən edilir ki, İddiaçı1 MMC real kommersiya əməliyyatları həyata keçirməmişdir. X2 həyata keçirilməyən satış çeklərini vəzifə səlahiyyətlərinin həyata keçirilməsi məqsədilə onun istifadəsinə verilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Elektron İnformasiya sisteminə qoşulmuş yeni nəsil vergi ödəyicisinin qeydiyyatında olan nəzarət- kassa aparatı vasitəsilə formalaşdırıb istehlakçı tərəfindən ödənilmiş ƏDV-nin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olan ƏDV üzrə faktiki mədaxilin həmin məbləğ həddində azaldılması hesabına geri qaytarılmasının təmin etmişdir. Belə olduğu təqdirdə İddiaçı1 MMC-nin həyata keçirilməyən vergi əməliyyatlarına görə vergi öhtəliyinin yaranması qanuna ziddir. Hacıqabul rayon Məhkəməsinin 1(071)-49/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmü ilə X3 vurulmuş maddi ziyana görə 5503 (beş min beş yüz sıfır üç) manat 26 (iyirmi altı) qəpik pul vəsaitinin X3 tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3- ci maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər idarəsi tərəfindən İddiaçı1 MMC barəsində qəbul edilmiş 26 fevral 2024-cü il tarixli, Vergilərin sosial sığorta və işszlik sığortası haqlarının hesablanması barədə **********970300 nömrəli qərarı, 06 mart 2024-cü il tarixli, Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********624700 nömrəli qərarı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 29 avqust 2024-cü il tarixli, Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə 29 avqust 2024-cü il tarixli, 3-21-2-3/2- 98019/2024 nömrəli qərarı qanunsuz olduğundan ləğv edilməlidir. İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-nin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-nin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edə bilər. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Məhkəmə həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İPM-nin 69.5-ci maddəsinin tələbinə görə məhkəmə qərarının nəticəvi hissəsində, həmçinin, prosessual xərclər də göstərilməlidir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Yenə həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər idarəsi tərəfindən İddiaçı1 MMC barəsində qəbul edilmiş 26 fevral 2024-cü il tarixli, Vergilərin sosial sığorta və işszlik sığortası haqlarının hesablanması barədə **********970300 nömrəli qərarı, 06 mart 2024-cü il tarixli, Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********624700 nömrəli qərarı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 29 avqust 2024-cü il tarixli, Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə 29 avqust 2024-cü il tarixli, 3-21-2-3/2-98019/2024 nömrəli qərarları ləğv edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim: Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-1327/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1327/2025
13.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver