Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1328/2023 01.06.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 0N iyun 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan N T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.N-cü ildən xx.xx.N6-cı illədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Sillahlı Qüvvələrin 820, N və N saylı hərbi hissələrdə əsgər kimi qülluq keçdiyinə görə ona müharibə vetranı adı, müharibə veteranı vəsiqəsi verilməklə, müharibə veteranı kimi həmın dövrdən hazırkı dövrə qədər olan müddətlərə görə verilən təqaüdün verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.N-cü il tarixdən xx.xx.N6-cı il tarixlərdə Müdafiə Nazirliyinin 820 (N), N və yenidən N hərbi hissələrində hərbi xidmət keçməklə və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə hərbi xidmət keçmişdir. Hərbi xidmət dövrü xx.xx.N-cu ildən xx.xx.N6-cı ilə kimi dövrləri əhatə edib. O, N-cu ilin aprel ayından N6-cı ilin fevral ayına qədər Azərbaycan Respublikası Müdafiə Nazurkliyinin N saylı hərbi hissəsində Beyləqan-Xocəvənd ərazisində həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra döyüş bölgələrində (Füzuli, Horadiz, Qızılqaya və Ağdam rayonu uğrunda döyüşlərdə iştirak etmişdir) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməyinə baxmayaraq ona müharibə vetranı adı, vəsiqəsi və təqaüdü verilməmişdir. Buna görə Azərbaycan Respublıkası Səfərbərlik və Hərbi Xidmətə Çağığış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, N90 №-li məktubuna görə Müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdində yaradılmış “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya” tərəfındən verilir. Ona görə bir neçə dəfə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək ona müharibə veteranı adı verilməsini xahış etmişdir. Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.202N-ci il tarixli, 4/2-2538 saylı məktubuna görə İddiaçı xx.xx.N-cu il tarixdən xx.xx.N6-cı il tarixədək Müdafiə Nazirliyinin 820(N), N və yenidən N hərbi hissələrində hərbi xidmət keçmişdir. Həmin məktubda onun xx.xx.N6-cı il tarixdə 46 əmrlə fərari kimi şəxsi heyətin siyahısından silinməsi qeyd olunsada bunu nəticəsi barədə heç bir məlumat yoxdur. Müdafiə Nazırliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsıqələrinin verilməsi üzrə komissiyanın katibi Elbrus Mehdixanovun imzası ilə daxil olmuş xx.xx.2022-ci il tarixli, 4/3-866N №-li məktuba uyğun olaraq İddiaçı döyüşlərdə iştirakını təsdiq edən sənədlərin (adına ola hərbi biletin birinci səhifəsinin notarial qaydada təsdıq olunmuş qalan səhifələrinin surəti, şəxsiyyət vəsiqəsinin surəti, hərbi xidməti haqqında arxiv arayışının surəti və s. sənədlər) hansı hərbi hissədə nə vaxt xidmət etməsi qeyd edilməklə ətraflı ərizəsinə əlavə olunaraq Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya göndərilməsi bildirilmişdir. Bunlar icra olunsa da Müdafıə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinın verilməsı üzrə komissiyanın katibi Elbrus Mehdixanovun xx.xx.2022-ci il tarixli, 4/3-NN296 məktubu ilə Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.202N-ci il tarixli, 4/2-2538 №-li arayışına əsasən xx.xx.N4-cü il tarixdən sonrakı dövrdə hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunduğu bildirilmişdir. Elbrus Mehdixanovun istinad etdiyi həmin arayışdan görünür ki, guya onun N №-li hərbi hissə komandirinin xx.xx.N6-cı il tarxli, N №-li əmrinə əsasən hərbi hissəni özbaşına tərk etmiş hərbi qulluqçuların hərbi hissənin şəxsi heyəti siyahısından və bütün növ təminatlardan çıxarılması barədə məlumat vardır. Bu onu göstərmiş olur ki, o, göstərilən müddətdə həmin hərbi hissədə xidmətdə olmuşdur. Həmin istinad edilən arayışda qeyd olunumuşdur ki, onun N №-li hərbi hissənin N-N6-cı il tarixli əsgər heyətınə X9 Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinə daxil olmamışdır. Göstərilən cavab məktibunun bu bəndidə qeyri müəyyən olmaqla məktubun digər bəndlərinə ziddir. Qeyd olunan məktubda onun 820 (N) №-li hərbi hissə komandirinin N may N-cu il tarixli, N04 №-li əmrində (əsas: səh, -7, §N, sıra 2N; qeyd: əmrdə “Şahmar”, atasının adı “Mirəbdul” yazılmışdır) X2 qazan təminatına daxil edilməsi barədə məlumat vardır. (adı və atasının adının təhrif olunaraq yazılmasında əsgərin nə gunahı olmuşdur?) Daha sonra həmin məktubun sonrakı abzasında N №-li hərbi hissə komandirinin N may N-cü il tarixli, NN9 №-li əmrində (əsas: səh.N5, §7, sıra 2N, qeyd: əmrdə adı “Şahmar” yazılmışdır) XN zenit divizionunda şəxsi heyətin siyahısına daxil edilərək əsgəri təminata qoyulması barədə məlumat vardır. Buradan aşağıdakı suallar yaranır: N. Görəsən həmin şəxsin əsgər heyətinə X9 Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinə daxil olmaması nə dərəcədə inandırıcıdır? 2. Belədirsə onda onun adına olmuş həmin pul vəsaitini kimlər almışlar? Digər bir hal isə ərızədə göstərilən və əlavə olunmuş hərbi biletin 5 səhifəsindəki qeydiyyatdan da görünür ki, o, 20 07.N6-cı il tarıxinə qədər N saylı hərbi hissədə xidmət etmişdir. Görəsən bu faktlar niyə dəqiq araşdırılmamışdır? Bunlardan hansıları həqiqətdir? Azərbaycan Respublikası hərbi prokurorluğuna edilmiş sorğuya alınmış xx.xx.2022-ci il tarixli, HP xx/xx-3869 saylı məktuba görə onun xx.xx.N-cü il tarixdən xx.xx.N6-cı il tarixə kimi N və N nömrəli hərbi hissələrdə xidmət etməyilə bağlı barəsində Respublika Hərbi Prokurorluğunda cinayət işinin və ya təqsirləndirici materialların olmasına dair məlumat aşkar edilməmişdir. Lənkəran Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli, HPN9/5NN nömrəli məktubuna görə onun barəsində Lənkəran hərbi prokurorluğunda heç bir cinayət işi istintaq olunmamış və təqsirləndirici material olmamışdır. Göründüyü kimi, Azərbaycan Respublikası Müdafiə Nazırliyi ona müharibə veteranı adı verilməsindən imtına etməsi məsələsinı əsaslandırmamışdır. Hesab edir ki, cavabdeh təşkilatın ona müharibə veteranı adı verilməsindən imtina etməsi qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddia ərizəsi aşağıdakı səbəblərə görə təmin oluna bilməz. Belə ki, iddiaçı iddia ərizəsində Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyasının məktubunu mübahisələndirmişdır. İmtina məktubunda qeyd olunmuşdur ki, arxiv arayışına əsasən xx.xx.N4-cü il tarixdən sonra xidmət etməsi və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığından, ona “Müharibə veteranı” adının və vəsıqəsinin verilməsindən ımtına olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabınetının 22 09.N5-ci il tarixli, 2N6 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən “N988-ci il fevralın N-dən N4-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin hərbi qulluqçulara N4-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamıyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafıə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublıkasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xususi Dövlət Muhafızə Xidməti və hərbi idaretmə orqanları tərəfindən verilmış arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. “Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxıs olunması) da şərtdir. Buna görə Azərbaycan Respublikası Nazırlər Kabinetinin xx.xx.N5-ci il tarixli, 2N6 №-li qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə “Qeyd” hissəsi əlavə olunmuşdur. Ona əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsı ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublıkasının ərazı bütovlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmış və ya barələrındə cinayət təqibi bəraətverıcı əsaslar olmadan xitam verilmış və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharıbə veteranı” adı verilə bilməz. Azərbaycan Respublikası Milli Məclisin xx.xx.N7-ci il tarixli, 383-İ QR Qərarın 9-cu bəndinə əsasən: “... Qərarın qüvvəyə mindiyi gunədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xıdmət muddətınə hesablanmamalıdır.” Həmin Qərarda göstərilmişdir ki, ... törətdikləri cinayətlərə dair təhqiqat və istintaq edilən bütün işlərin və məhkəmələr tərəfındən baxılmamış işlərin icraatına xıtam verilsin, materiallar üzrə isə cinayət işlərinin başlanması rədd edilsin. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyinin xx.xx.2022-ci il tarixli, 4/3-NN296 nömrəli məktubundan görünür ki, iddiaçının Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya daxil olmuş ərizəsinə baxılmışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.202N-ci il tarixli 4/2-2538 nömrəli arayışına əsasən xx.xx.N4-cü il tarixdən sonrakı dövrdə hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuş, məhkəməyə müraciət etməsinin məqsədə uyğun olduğu bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-8327 nömrəli Arxiv Arayışından görünür ki, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: kitab: xx.xx.Nxx.xx.N7; səh.-60, sıra-75) xx.xx.N-cü il tarixdə Lənkəran RHK-dan çağırılmış, N975-ci il təvəllüdlü İddiaçı komandirin xx.xx.N-cü il tarixli, N04 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi və xx.xx.N6-cı il tarixli, N №-li əmrilə fərari kimi şəxsi heyətin siyahısından silinməsi barədə məlumat vardır. 820 (N) №-li hərbi hissə komandirinin N may N-cü il tarixli, N04 №-li əmrində (əsas: səh.-7, §N, sıra-2N; əmrdə adı “Şahmar”, atasının adı “Mirəbdül” yazılmışdır) kursant X3 qazan təminatına daxil edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N may N-cü il tarixli, NN9 №-li əmrində (əsas: səh.-N5, §7, sıra-2N; əmrdə adı “Şahmar” yazılmışdır) XN zenit divizionunda şəxsi heyətin siyahısına daxil edilərək, əsgəri təminata qoyulması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N iyun N-cü il tarixli, N45 №-li əmrində (əsas: səh.-N3, §N3, sıra-26; əmrdə atasının adı “Mirəbdül”, hərbi rütbəsi “çavuş” yazılmışdır) çavuş İddiaçı Mirəbdül oğlunun Zenit divizionunun şəxsi heyətinin siyahısından çıxarılaraq, N №-li hərbi hissənin sərəncamına göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N iyun N-cü il tarixli, N28 №-li əmrində (əsas: sıra-N) şəxsi heyətin siyahısında İddiaçı adı qeyd edilmişdir. Tank əlehinə divizionun əsgəri, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N iyun N-cü il tarixli, N44 №-li əmrilə (əsas: §N, sıra-N5) Ağcabədi rayonuna cəbhə xəttinə ezam olunmuşdur. N №-li hərbi hissə komandirinin N iyul N-cü il tarixli, N48 №-li əmrində (əsas: səh.-96, §7, sıra-8; qeyd: əmrdə atasının adı “Mirməmməd” yazılmışdır) sıravi İddiaçı Mirməmməd oğlunun Ağcabədi rayonundan döyüş zonasından geri qayıtmış hesab edilmişdir. Tank əlehinə divizionun əsgəri, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N iyul N-cü il tarixli, N54 №-li əmrilə (əsas: sıra-7) “hesab nömrəsi” vəzifəsinə təyin olunmuşdur. Tank əlehinə divizionun əsgəri, sıravi İddiaçı Mirabdullla oğlu N №-li hərbi hissə komandirinin 3N avqust N-cü il tarixli, 20N №-li əmrilə (əsas: §3; qeyd: əmrdə atasının adı “Mirabdulla” yazılmışdır) Ağcabədi rayonu döyüş zonasına ezam olunmuşdur. Sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N oktyabr N-cü il tarixli, 23N №-li əmrilə (əsas: §5) Ağcabədi rayonu döyüş zonasından qayıtmış hesab edilərək, bütün növ təminatlarla təmin olunmuşdur. Ağcabədi rayonu döyüş zonasına göndərildiyi üçün sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N4 oktyabr N-cü il tarixli, 239 №-li əmrilə (əsas: səh.-N56, §N, sıra-4) bütün növ təminatlardan çıxarılmışdır. Sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N noyabr N-cü il tarixli, 262 №-li əmrilə (əsas: §2, sıra-N) Ağcabədi rayonu döyüş zonasından qayıtmış hesab edilərək, qazan təminatına qoyulmuşdur. Sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N dekabr N-cü il tarixli, 307 №-li əmrilə (əsas: §5, sıra-2) Ağcabədi rayonu döyüş zonasından qayıtmış hesab edilərək. qazan təminatına qoyulmuşdur. Sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N aprel N-cü il tarixli, 8N №-li əmrilə (əsas: səh.-39, §N, sıra-8) 3 MAT-a keçirilməklə qazan təminatına qoyulması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N6-cı il tarixli, N №-li əmrində (əsas: §N4;) hərbi hissəni özbaşına tərk etmiş hərbi qulluqçuların hissənin şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılması barədə məlumat vardır. Əmrə əlavə olunmuş Adlı siyahıda (əsas: qeyd: adlı siyahıda soyadı “Məmədor”, atasının adı “Mirabulla” yazılmışdır) xx.xx.N-cü il tarixdə Lənkəran RHK-dan çağırılmış, N975-ci il təvəllüdlü X4 adı qeyd edilmişdir. Qeyd edirik ki, N №-li hərbi hissənin may-dekabr N4-cü il tarixli nizami hissə üzrə əmrlərində və 86N №-li hərbi hissə komandirinin aprel N-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. NN0 №-li hərbi hissədən Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinə daxil olmuş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N (908) №-li hərbi hissənin xx.xx.N2-ci il tarixdən xx.xx.N2-ci il tarixədək və xx.xx.N-cü il tarixdən xx.xx.N4-cü il tarixədək, 86N №-li hərbi hissənin xx.xx.N2-ci il tarixdən xx.xx.N-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmuş, N №-li hərbi hissənin döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnfomasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 0N2-N985-N222 nömrəli arayışından görünür ki, xx.xx.N975-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası ərazisində cinayət təqibi və ya məhkumluğu barədə DİN-in müvafiq uçotunda məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli, HP xx/xx-3869 nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı xx.xx.N-cü il tarixdən xx.xx.N6-cı il tarixə kimi N və N nömrəli hərbi hissələrdə xidmət etməyilə bağlı barəsində Respublika Hərbi Prokurorluğunda cinayət işinin və ya və təqsirləndirici materialın olmasına dair məlumat aşkar edilməmişdir. İş materiallarında olan Lənkəran Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli, HP N9/5NN nömrəli məktubundn görünür ki, İddiaçı barəsində Lənkəran hərbi prokurorluğunda heç bir cinayət işi istintaq olunmamış və təqsirləndirici material olmamışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin N-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci maddəsinə görə NN-ci il oktyabrın 9-dan N4-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N4-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N8 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N4-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyinin xx.xx.2022-ci il tarixli, 4/3-NN296 nömrəli nömrəli məktubu ilə Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.202N-ci il tarixli 4/2-2538 nömrəli arayışına əsasən xx.xx.N4-cü il tarixdən sonrakı dövrdə hərbi xidməti və qanuni əsaslarla ehtıyata buraxılmağı barədə məlumat olmadığına görə iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-8327 nömrəli Arxiv Arayışından görünür ki, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında xx.xx.N-cü il tarixdə Lənkəran RHK-dan çağırılmış, N975-ci il təvəllüdlü İddiaçı komandirin xx.xx.N-cü il tarixli, N04 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi və xx.xx.N6-cı il tarixli, N №-li əmrilə fərari kimi şəxsi heyətin siyahısından silinməsi barədə məlumat vardır. 820 (N) №-li hərbi hissə komandirinin N may N-cü il tarixli, N04 №-li əmrində kursant X3 qazan təminatına daxil edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N may N-cü il tarixli, NN9 №-li XN zenit divizionunda şəxsi heyətin siyahısına daxil edilərək, əsgəri təminata qoyulması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N iyun N-cü il tarixli, N45 №-li əmrində çavuş İddiaçı Mirəbdül oğlunun Zenit divizionunun şəxsi heyətinin siyahısından çıxarılaraq, N №-li hərbi hissənin sərəncamına göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N iyun N-cü il tarixli, N28 №-li əmrində şəxsi heyətin siyahısında İddiaçı adı qeyd edilmişdir. Tank əlehinə divizionun əsgəri, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N iyun N-cü il tarixli, N44 №-li əmrilə Ağcabədi rayonuna cəbhə xəttinə ezam olunmuşdur. N №-li hərbi hissə komandirinin N iyul N-cü il tarixli, N48 №-li əmrində sıravi İddiaçı Mirməmməd oğlunun Ağcabədi rayonundan döyüş zonasından geri qayıtmış hesab edilmişdir. Tank əlehinə divizionun əsgəri, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N iyul N-cü il tarixli, N54 №-li əmrilə “hesab nömrəsi” vəzifəsinə təyin olunmuşdur. Tank əlehinə divizionun əsgəri, sıravi İddiaçı Mirabdullla oğlu N №-li hərbi hissə komandirinin 3N avqust N-cü il tarixli, 20N №-li əmrilə Ağcabədi rayonu döyüş zonasına ezam olunmuşdur. Sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N oktyabr N-cü il tarixli, 23N №-li əmrilə Ağcabədi rayonu döyüş zonasından qayıtmış hesab edilərək, bütün növ təminatlarla təmin olunmuşdur. Ağcabədi rayonu döyüş zonasına göndərildiyi üçün sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N4 oktyabr N-cü il tarixli, 239 №-li əmrilə bütün növ təminatlardan çıxarılmışdır. Sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N noyabr N-cü il tarixli, 262 №-li əmrilə Ağcabədi rayonu döyüş zonasından qayıtmış hesab edilərək, qazan təminatına qoyulmuşdur. Sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N dekabr N-cü il tarixli, 307 №-li əmrilə Ağcabədi rayonu döyüş zonasından qayıtmış hesab edilərək qazan təminatına qoyulmuşdur. Sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N aprel N-cü il tarixli, 8N №-li əmrilə 3 MAT-a keçirilməklə qazan təminatına qoyulması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N6-cı il tarixli, N №-li əmrində hərbi hissəni özbaşına tərk etmiş hərbi qulluqçuların hissənin şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılması barədə məlumat vardır. Əmrə əlavə olunmuş Adlı siyahıda xx.xx.N-cü il tarixdə Lənkəran RHK-dan çağırılmış, N975-ci il təvəllüdlü X4 adı qeyd edilmişdir. Bundan başqa məhkəmə iclasında iddiaçının xx.xx.N4-cü il tarixdən sonrakı dövrdə hansı hərbi hissənin tərkibində xidmət edib-etməməsi ilə bağlı məhkəmənin suallarına cavab olaraq iddiaçı xx.xx.N4-cü il tarixdən sonrakı dövrdə də N №-li hərbi hissənin tərkibində xidmət etdiyini, heç bir vaxt hərbi hissəni özbaşına tərk etmədiyini, xx.xx.N6-cı il tarixdə isə hərbi xidmətdən tərxis edildiyini bildirmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqanın təqdim etdiyi məlumatlarla iddiaçının təqdim etdiyi məlumatlar arasında ziddiyyətlər vardır. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun NN-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 6N-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi, inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in N4.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.N-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.N-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.N-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.N-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: - (maddə 73.3.N) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; - (maddə 73.3.2) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; - (maddə 73.3.3) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Göstərilənlərə əsasən və İPM-in 4.N-ci, 23.N-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79-cu, 8N-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1328/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1328/2023
01.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver