Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1328/2025 29.01.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2rşı Lənkəran rayonu Göyşaban Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması,buna dair müvafiq çıxarışın verilməsi tələbinə dair GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Səfərova Ülkər Calal qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2rşı Lənkəran rayon Göyşaban Bələdiyyəsi inzibati məhkəmə icraatına üçünücü şəxs qismində cəlb olunmaqla mülkiyyət hüqunun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, buna dair müvafiq çıxarışın verilməsi tələbinə dair inzibati işə 29 yanvar 2026-cı il tarixdə, məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 10 saylı Lənkəran Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayon Göyşaban Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 02 nömrəli qərarı ilə ona satılmış 48,0 kv.m torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən tikdiyi 6,0x8,0=48,0 kv.m., ölçüdə avtotəmir emalatxanasının dövlət qeydiyyatına alınaraq bu barədə adına müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2001-ci il tarixdə avtotəmir üçün emalatxana tikilməsi məqsədi ilə torpaq sahəsini ayrılması üçün Lənkəran rayonu Göyşaban Bələdiyyəsinə müraciət etmişdir. Lənkəran rayonu Göyşaban Bələdiyyəsinin 24 fevral 2001-ci tarixli 02 saylı qərarı ilə ona 6x8= 48 kv.m ha torpaq sahəsi ayrımışdır. Həmin torpağın alqı-satqısı ilə bağlı 14 may 2001-ci il tarixdə Göyşaban bələdiyyəsinin hesabına (**********0) 65 saylı qəbzlə 144 000 manat pul köçürmüşdür.Ona görə də Göyşaban Bələdiyyəsi vətəndaşlara ayrılacaq torpaq sahəsinin ölçülərini dəqiqləşdirmiş və yerqurluşu planından çıxarış tərtib edərək təsdiq etmişdir. Bununla əlaqədar həmin ərazidə ayrılmış torpaq sahəsinin cizgisi hazırlanıb təsdiq edilmiş və həmin cizgidə torpaq sahələrinin döngə nöqtələri və nöqtələr arasında olan məsafə qeyd edilmişdir. Lənkəran rayonu Göyşaban Bələdiyyəsinin 02 saylı 24 fevral 2001-cü tarixli qərarı ilə Lənkəran rayonu Göyşaban kəndində 6x8= 48 kv.m ha torpaq sahəsi avtotəmir emalatxana tikmək üçün alqı-satqı qaydasında onun mülkiyyətinə verilmişdir. Torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2001-ci il tarixli akt tərtib edilmiş və həmin akt onunla Göyşaban bələdiyyəsinin sədri tərəfindən imzalanaraq təsdiq edilmişdir. Sözü gedən torpaq sahəsində avtotəmir üçün emalatxana tikilməsi və qeydə alınması məqsədi ilə Lənkəran Şəhər İcra Hakimiyyətinə xx.xx.2011-ci il tarixdə müraciət etmişdir. Lənkəran Şəhər İcra Hakimiyyətinin Başçısınınxx.xx.2011-ci il tarixli 74 saylı “Tikilinin qeydə alınması barəsində” Sərəncam layihəsində göstərilmişdir ki; Ürgə kənd sakini İddiaçı Göyşaban bələdiyyəsinin 24 fevral 2001-ci il tarixli, 02 saylı qərarına əsasən Göyşaban kəndində mülkiyyətində olan torpaq sahəsində tikdiyi 6.0x8.0=48.0 kvm ölçüdə avtotəmir emalatxanası onun adına qeydə alınsın. Şəhər İcra hakimiyyəti başçısı aparatının memarlıq və tikinti şöbəsi qeydə alınmış obyektin layihəsini təsdiq etsin. Vətəndaş mülkiyyət hüququna dair sənədin hazırlanması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran şəhəri ərazi idarəsinə müraciət etsin. Qeyd olunan sənədləri cavabdeh inzibati orqana təqdim edərək, hüquqlarının qeydə alınmasını xahiş etsə də, cavabdeh inzibati orqan tərəfindən imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Lənkəran rayon Göyşaban Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur və İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur.Eyni zamanda məhkəmənin 2-1(120)-1328/2025 saylı, xx.xx.2026-cı il tarixli qərardadı ilə əsl olmayan cavabdeh DƏDKR publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastr Reyestr publik hüquqi şəxsi ilə əvəz olunmuşdur. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan DƏDKR 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş 3-21-3-43/2-2231/2024 saylı xx.xx.2024 saylı iddia ərizəsinə dair etirazda göstərilmişdir ki, sənədlərin qanunamüvafiqliyi araşdırılarkən məlum olmuşdur ki, həmin qeyri-yaşayış binasının yerləşdiyi 48.0 kv.m torpaq sahəsi Ərazi İdarəsinin istifadəsində olan yeni elektron uçot xəritə məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsində yerləşir. Ərazi İdarəsi tərəfindən “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na uyğun olaraq daşınmaz əmlakların mülkiyyət hüquqlarının dövlət qeydiyyatı yalnız yeni elektron uçot xəritə məlumatlarına uyğun olaraq qeydiyyata alınır.Müraciətdə qeyd olunan qeyri-yaşayış binasına dair iddiaçı tərəfindən tikintiyə icazə və tikinti obyektinin istismarına icazə sənədi təqdim olunmamışdır. Bu səbəblərdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq hazırki iş üzrə İddiaçı xx.xx.2024-cü il tarixli, **********60 qeydiyyat nömrəli imtina bildirişi ünvanlanmışdır.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə ki, 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23- cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Üçüncü şəxs Lənkəran rayon Göyşaban Bələdiyyəsinin iddia tələbinə dair yazılı münasibəti məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının (şifahi məhkəmə baxışı) yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh və üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A № 115544 seriyalı, 1838 uçot nömrəli, xx.xx.2008-ci il tarixli torpaq sahəsinin plan və ölçüsündən müəyyən olunur ki, İddiaçı Göyşaban bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 02 saylı qərarı ilə sex tikintisi üçün 48 kv.m torpaq sahəsi ayrılmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib olunmuş layihədən müəyyən olunur ki, Lənkəran İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 74 saylı sərəncamı ilə 6,0x8,0= 48,0 kv.m ölçüdə Ürgə kənd sakini İddiaçı Göyşaban kəndində tikdiyi avtotəmir emalatxanasının layihəsi Lənkəran şəhərinin baş memarı tərəfindən razılşadırılmış, Lənkəran şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindən təsdiq olunmuşdur. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan DƏDKRnin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş 3-21-3-43/2-1660/2024 saylı, xx.xx.2024-cü il tarixli “Mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında” bildirişdə qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDKR 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə əlaqədar olaraq bildirilir ki, Lənkəran rayonu, Göyşaban kəndi ərazisində yerləşən, Göyşaban bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 02 saylı qərarı əsasında sex tikintisi üçün ona ayrılmış 48.0 kv.m torpaq sahəsinin üzərində inşa edilmiş qeyri-yaşayış binasının vahid daşınmaz əmlak obyekti olaraq mülkiyyət hüquqlarının qeydiyyata alınması proseduru əlaqədar təqdim etdiyi hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır.Sənədlərin qanunamüvafiqliyi araşdırılarkən məlum olmuşdur ki, həmin qeyri-yaşayış binasının yerləşdiyi 48.0 kv.m torpaq sahəsi Ərazi İdarəsinin istifadəsində oian elektron xəritə məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşir. Tərəfindən sözügedən qeyri-yaşayış binasına dair tikintiyə icazə və tikinti obyektinin istismarına icazə sənədi təqdim olunmamışdır.Bu səbəblərdən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. Məhkəmənin müvafiq sorğularına əsasən: Lənkəran rayon Göyşaban Bələdiyəsinin 133 №-li, xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim olunmuş: Dövlət Torpaq Komitəsinin Lənkəran şəhər Torpaq şöbəsi tərəfindən Göyşaban Bələdiyyəsinə ünvanlanmış 176 №-li, xx.xx.2001-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Ürgə kənd sakini İddiaçı avtomobillərə texniki xidmət “Sexi”nin tikintisinə torpaq sahəsinin satılması məsələsinə baxılmışdır. Satılması müəyyənləşdirilmiş torpaq sahəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olduğunu nəzərə alıb, torpaqların alqısatqı qaydasına əsasən normativ qiyməti ilə pulu əvvəlcədən bələdiyyə hesabına köçürülməklə İddiaçı 6x8=48 kv.m ölçüdə torpaq sahəsinin “Sex” tikintisi üçün ayrılmasına rayon torpaq şöbəsi qanunamüvafiq hesab edir. Lənkəran rayon Göyşaban Bələdiyyəsinin 24.012.2001-ci il tarixli, 02 №-li iclas protokolunun surətindən ( arxiv çıxarışı) müəyyən olunur ki, Ürgə kənd sakini İddiaçı tərəfindən daxil olmuş ərizənin müzakirəsinə əsasən Ürgə kənd sakini İddiaçı ərizəsini və Torpaq Qanunvericiliyini əldə rəhbər tutaraq bələdiyyənin ümumi sahəsində 8x6=48 kv.m ölçüdə torpaq sahəsi sex tikməkdən ötrü alqı-satqı qaydası ilə verilməsi; Vətəndaş İddiaçı tərəfindən torpağın dəyəri bələdiyyənin hesabına ödənildikdən sonra alqı-satqı aktı tərtib edilib torpaq sahəsinin ona təhkim edilməsi qərara alınmışdır. Torpağın alqı-satqısına dair xx.xx.2001-ci il tarixli 74 №-li aktın surətindən müəyyən olunur ki, Lənkəran rayonu, Ürgə kəndində yaşayan İddiaçı müraciətinə əsasən Göyşaban Bələdiyyəsi tərəfindən bələdiyyə ərazisində 6x8=48 kv.m., torpaq sahəsinin satılması barədə xx.xx.2001-ci il tarixdə 02 nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən Bələdiyyənin hesabına 144 000 manat ödəniş edilmişdir. 65 №-li ödəniş qəbzinin surətindən müəyyən olunur ki,İddiaçı tərəfindən xx.xx.2001-ci il tarixdə Lənkəran rayon Göyşaban Bələdiyyəsinin hesabına torpaq alqı-satqısı üçün 144 000 ( bir yüz qırx dörd min) manat pul köçürülmüşdür. Lənkəran rayon Torpq şöbəsi, Göyşaban Bələdiyyəsi tərəfindən Ürgə kənd sakini İddiaçı Göyşaban Bələdiyyə ərazisində alqı-satqı qaydası ilə Sex tikintisi üçün ayrılmış torpaq sahəsinin sxemi tərtib və təsdiq olunmuşdur. DƏDKR 10 saylı Lənkəran Ərazi İdarəsinin 3-21-3-43/2-2223/2024 saylı xx.xx.2024cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, sənədlərin qanunamüvafıqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, həmin qeyri-yaşayış binasının yerləşdiyi 48.0 kv.m torpaq sahəsi Ərazi İdarəsinin istifadəsində olan yeni elektron uçot xəritə məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsində yerləşir. Ərazi İdarəsi tərəfindən “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na uyğun olaraq daşınmaz əmlakların mülkiyyət hüquqlarının dövlət qeydiyyatı yalnız yeni elektron uçot xəritə məlumatlarına uyğun olaraq qeydiyyata alınır.Müraciətdə qeyd olunan qeyri-yaşayış binasına dair iddiaçı tərəfindən tikintiyə icazə və tikinti obyektinin istismarına icazə sənədi təqdim olunmamışdır.Bu səbəblərdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq hazırki iş üzrə İddiaçı tərəflərindən 11 06.2024-cü il tarixli, **********60 qeydiyyat nömrəli imtina bildirişi ünvanlanmışdır. Məktuba əlavə olunmuş Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023cü il tarixli müayinə (baxış) aktında (surətində) qeyd olunmuşdur ki, hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsinin ölçüsü 0,0048 ha, faktiki sahə 0,0048 ha, torpaq sahəsi şimaldan qonşu, şərqdə-Liman -Lənkəran yolu, qərbdən açıq-torpaq sahəsi, cənub-açıq torpaq sahəsi. Torpaq sahəsində 6x8=48 kv.m ölçüdə qeyri yaşayış binası vardır. Əraziyə baxış keçirildi, müayinə zamanı uyğunsuzluq aşkar olunmadı, ayrılan torpaq sahəsi DWGdə kənarda, yeni uçot xəritəsində örüş kimi qeyd olunmuş torpaq sahəsidir. Torpaq sahəsindən kommunikasiya xətləri keçmir. Faktiki torpaq sahəsi plan və ölçüdə göstərilən koordinatlarda yerləşir. X1 Filialının 3-48-DA-7F-11-181/2024 saylı xx.xx.2024-cü il tarixli və 3-48-DA-7F-11- 182/2024 saylı xx.xx.2024-cü il tarixli cavab məktubları ilə məhkəməyə təqdim olunmuş: 3-48-DA-7F-11-181-2/2024 saylı xx.xx.2024-cü il tarixli arxiv arayışında qeyd olunmuşdur ki, X1 Filialında saxlanılan Lənkəran rayon Göyşaban bələdiyyəsinin 2001-ci ilə aid sənədlərinə baxılmışdır. Həmin sənədlər içərisində İddiaçı ayrılmış torpaq sahəsinə aid- vəsait ödənilməsi barədə qəbz, torpaqların alqı-satqısına dair akt, ayrılmış torpaq sahəsini sxemi (ksero surətləri), Lənkəran şəhər Dövlət Torpaq Komitəsinin xx.xx.2001-ci il tarixli 476 №-li məktubunun əsli mövcuddur. Baş memar ( əvəzləyicisi M.Əhmədova) tərəfindən Lənkəran şəhər İcra Hakimiyyəti Başçısına ünvanlanmış arayışda ( surətində) qeyd olunmuşdur ki, Ürgə kənd sakini İddiaçı Göyşaban bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 02 saylı qərarına əsasən Göyşaban kəndində mülkiyyətində olan torpaq sahəsində tikdiyi 6,0 x8,0= 48,0 kv.m ölçüdə avtotəmir emalatxanası onun adına qeydə alınması məqsədəmüvafiqdir. Rəyin bildirilməsi xahiş olunmuşdur. Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 74 №-li sərəncamından çıxarışdan ( arxiv çıxarışı) müəyyən olunur ki, Ürgə kənd sakini İddiaçı Göyşaban Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 02 saylı qərarına əsasən Göyşaban kəndində mülkiyyətində olan torpaq sahəsində tikdiyi 6x8=48,0 kv.m ölçüdə avtotəmir emalatxanası onun adına qeydə alınması, Şəhər İcra Hakimiyyəti başçısı aparatının və tikinti şöbəsi qeydə alınmış obyektin layihəsini təsdiq etməsi, vətəndaş mülkiyyət hüququna dair sənədin hazırlanması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran şəhər ərazi idarəsinə müraciət etməsi qərara alınmışdır. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/7585/2024 saylı, xx.xx.2025-ci il tarixli məktubu ilə təqdim olunmuş 10/7585 №-li ekspert rəyində aşağıdakılar qeyd olunmuşdur: Qərardadın 1-ci sualı üzrə: DƏDKR publik hüquqi şəxxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-43/2-650/2025 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu, Göyşaban bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 02 saylı iclas protokolundan çıxarışa əsasən İddiaçı Göyşaban bələdiyyəsinin ərazisindən ayrılmış 48 kv.m (8x6) torpaq sahəsində yerləşən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 74 saylı sərəncamı ilə layihəsi təsdiqlənən Göyşaban kəndində tikilmiş avtotəmir emalatxanasının (qeyri-yaşayış sahəsinin) faktiki vəziyyətdə mövcud olması müəyyən olunmuşdur. Qərardadın ikinci sualı üzərə: DƏDKR publik hüquqi şəxxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-43/2-650/2025 saylı mütəxəssis rəyinə və baxış zamanı əldə olunan məlumatlara əsasən, həmin qeyri-yaşayış sahəsinin ilkin hüquqmüəyyənedici sənədlərə əsasən bir mərtəbəli olması müəyyən olunmuşdur. Tikilinin faktiki vəziyyətdə texniki parametrlərinin Lənkəran şəhərinin baş memarı tərəfindən imza və möhürlə razılaşdırılmış Layihəyə uyğun olduğu müəyyən edilmişdir. Qərardadın üçüncü sualı üzrə: DƏDKR publik hüquqi şəxxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-43/2-650/2025 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu, Göyşaban kəndində 48 kv.m (8x6) torpaq sahəsində yerləşən Lənkəran şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 74 saylı sərəncamı ilə layihəsi təsdiqlənən 48 kv.m (8x6) qeyri-yaşayış sahəsinin faktiki ilə aidiyyəti sənədlər arasında uyğunsuzluğun mövcud olmaması müəyyən olunmuşdur. Qərardadın dördüncü sualı üzrə:DƏDKR publik hüquqi şəxxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-43/2-650/2025 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu, Göyşaban Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 02 saylı iclas protokolundan çıxarışa əsasən İddiaçı Göyşaban bələdiyyəsinin ərazisindən ayrılmış 48 kv.m (8x6) torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Qərardadın beşinci sualı üzrə:DƏDKR publik hüquqi şəxxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-43/2-650/2025 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu, Göyşaban Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 02 saylı iclas protokolundan çıxarışa əsasən İddiaçı Göyşaban bələdiyyəsinin ərazisindən ayrılmış 48 kv.m (8x6) torpaq sahəsinin 2001-ci ildə və hazırda hüquqi statusunun bələdiyyə mülkiyyətinə, hüquqi rejiminin (kateqoriyasının) kənd təsərrüfatı təyinatlı torpaqlara, uqodiyasının örüş (qamışlı) torpaq sahəsinə aid olması müəyyən edilmişdir. Qərardadın altıncı sualı üzrə:DƏDKR publik hüquqi şəxxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-43/2-650/2025 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu, Göyşaban Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 02 saylı iclas protokolundan çıxarışa əsasən İddiaçı Göyşaban bələdiyyəsinin ərazisindən ayrılmış 48 kv.m (8x6) torpaq sahəsinin faktiki koordinatları ilə həmin torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsi tərəfindən tərtib olunmuş **********0058 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatları arasında müəyyən qədər uyğunsuzluğun mövcud olması müəyyən olunmuşdur (mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). Qərardadın yeddinci sualı üzrə:DƏDKR publik hüquqi şəxxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-43/2-650/2025 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu, Göyşaban Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 02 saylı iclas protokolundan çıxarışa əsasən İddiaçı Göyşaban bələdiyyəsinin ərazisindən ayrılmış 48 kv.m (8x6) torpaq sahəsinin faktiki olaraq İddiaçı istifadəsində olması və təyinatı üzrə istifadə edilməsi məüyyən olunmuşdur. Qərardadın səkkizinci sualı üzrə:DƏDKR publik hüquqi şəxxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-43/2-650/2025 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayonu, Göyşaban Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 02 saylı iclas protokolundan çıxarışa əsasən İddiaçı Göyşaban bələdiyyəsinin ərazisindən ayrılmış 48 kv.m (8x6) torpaq sahəsinin koordinatlarının mövcud baza məlumatlarına əsasən araşdırma zamanı üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: ... Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi. ... Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ 1. Torpaq üzərində bələdiyyə mülkiyyəti "Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. ... Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) ... Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. .... Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. .... Maddə 7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; (çıxarılmışdır) 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə: Bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı: Müəyyən edilsin ki: "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyəminənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair:... 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çoxolan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı ... 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Hazırkı işin hallarına əsasən ilk öncə qeyd edilməlidir ki, İddiaçı hüquqi marağı Lənkəran rayon Göyşaban Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 02 nömrəli qərarı ilə ona satılmış 48,0 kv.m torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən tikdiyi 6,0x8,0=48,0 kv.m., ölçüdə avtotəmir emalatxanasının üzərində xüsusi mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh inzibati orqanın imtinasından və iddiaya münasibətdə təqdim olunmuş yazılı etirazdan görünür ki, cavabdeh iddiaçının tələbinin təmin olunmaması üçün aşağıda qeyd olunan əsaslara istinad etmişdir: 1) Torpaq sahəsinin kənt təsərrüfatı təyinatlı torpaq sahəsi olması, 2) Qeyri-yaşayış binasına dair tikintiyə icazə və tikinti obyektinin istismarına icazə sənədinin təqdim olunmaması. Məhkəmə ilk öncə cavabdehin imtina əsası kimi göstərdiyi birinci hala münasibətdə qeyd edir ki,Kürdəmir rayonu Karrar kəndi ərazisində yerləşən 48 kv.m ha torpaq sahəsi Göyşaban bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 02 saylı iclas qərarı əsasında iddiaçıya satılmışdır və həmin vaxtdan da, qeyd olunan torpaq sahəsi onun faktiki istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan torpaq sahəsinin satılması barədə qərar, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsinin müvafiq rəyi, torpaqların alqısatqısına dair akt, o cümlədən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə də təsdiq edilir. Mübahisəli torpaq sahəsi iddiaçıya Göyşaban bələdiyyəsinin xx.xx.2001-ci il tarixli qərarına və xx.xx.2001-ci il tarixli torpaqların alqı-satqısına dair akta əsasən satılmış və həmin torpaq sahəsinin iddiaçıya satılmasına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsinin rəyi ilə etiraz edilməmişdir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır. Həmçinin nəzərə almaq lazımdır ki, iddiaçının üzərində hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli dövlət orqanının qərarı əsasında ayrılmışdır və həmin qərar hazırda qüvvədir. İddiaçı ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, qeyd olunan torpaq sahəsində abadlaşdırma işləri aparmış, həmin sahəyə qulluq etmişdir. Əlavə olaraq qeyd olunmalıdır ki, torpaq sahəsinin ayrıldığı və iddiaçının istifadəsində olduğu müddətdə həmin qərar hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran rayon şöbəsinin xx.xx.2001-ci il tarixli rəyində torpaq sahəsinin “Sex” tikintisi məqsədi üçün uyğun olmaqla, həmin məqsəd üçün satılmasının məqsədəmüvafiq olduğu qeyd edilmişdir. Bu rəy torpaq sahəsi ayrılan zaman səlahiyyətli orqan tərəfindən verilmişdir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin rəy verilən zaman qüvvədə olan redaksiyasına əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanın əvvəlki redaksiyasına əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanları” səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Yuxarıda da qeyd edildiyi kimi hazırkı iş üzrə torpağın təyinatı və satılmağa uyğunluğu ilə bağlı rəy həmin dövr üçün səlahiyyətli orqan olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu Lənkəran rayon şöbəsi tərəfindən verilmişdir. İşdə olan sənədlərlə təsdiq olunur ki, torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyə qərarı ilə yanaşı torpaqların alqı-satqısına dair akt, torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması, kənd təsərrüfatına az yararlı olmaqla satılmasının qanunamüvafiqliyi barədə rayon torpaq şöbəsinin rəyi, habelə rayon torpaq şöbəsinin təsdiq etdiyi yer quruluşu planı mövcud olmuşdur. Odur ki, 2001-cı ildə torpaq sahəsinin satılmasının qanunamüvafiqliyi barədə səlahiyyətli dövlət orqanı tərəfindən verilən sənədlər mötəbər hesab olunduğundan, hazırda həmin torpaq sahəsinin örüş sahəsi olması barədə cavabdeh inzibati orqanın imtinası əsaslı hesab edilə bilməz. Məhkəmə əlavə olaraq bildirir ki, fərmanda sadəcə olaraq torpaq sahə ilə bağlı rəy verən orqanların adı dəyişdirilmişdir. Həmin fərmanda, eləcə də başqa bir normativ hüquqi aktda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları tərəfindən verilmiş rəylərin etibarsızlığı və ləğv edilməli olması ilə bağlı müddəa mövcud deyildir. Odur ki, iddiaçının mübahisə edilən torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edilməsi üçün zəruri sənədlərə (torpaqların alqı-satqısına dair akt, mübahisəli torpaq sahəsinin yerləşdiyi yerə uyğun yerquruluşu haqqında plan, həmçinin torpaq sahəsinin satılmağa uyğunluğu barədə səlahiyyətli orqanın rəyi) malikdir. Məhkəmə cavabdehin imtina əsası kimi göstərdiyi ikinci hala münasibətdə qeyd edir ki,Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 74 №-li sərəncamı ilə Ürgə kənd sakini İddiaçı Göyşaban Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 02 saylı qərarına əsasən Göyşaban kəndində mülkiyyətində olan torpaq sahəsində tikdiyi 6x8=48,0 kv.m ölçüdə avtotəmir emalatxanası onun adına qeydə alınması, Şəhər İcra Hakimiyyəti başçısı aparatının və tikinti şöbəsi qeydə alınmış obyektin layihəsini təsdiq etməsi, vətəndaş mülkiyyət hüququna dair sənədin hazırlanması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran şəhər ərazi idarəsinə müraciət etməsi qərara alınmışdır. Göründüyü kimi iddiaçının üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi və torpaq sahəsinin üzərində inşa edilmiş qeyriyaşayış sahəsi səlahiyyətli orqanın – bələdiyyənin qərarı əsasında torpaq sahəsi ayrılmışdır və üzərində inşa edilmiş qeyri-yaşayış sahəsinin iddiaçının adına qeydə alınmasına dair səlahiyyətli inzibati orqanın sərəncamı vardır. Həmin qərar və sərəncam hazırda qüvvədədir. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək torpaq sahəsinin dəyərini ödəmiş, həmin sənədin məzmununa uyğun davranmış, bununla da, iddiaçının inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır. Yəni, iddiaçı təxminən 25 ilə yaxındır ki, qüvvədə olan qərar əsasında torpaq sahəsinə və torpaq sahəsinin üzərindəki qeyri-yaşayış sahəsinə faktiki sahiblik etdiyindən onun həmin torpaq sahəsi və qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınacağına dair etimadı mövcud olmuşdur. Bundan əlavə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər (qonşu torpaq sahəsinə dair müvafiq sənədlər və digər) əsasında sözügedən torpaq sahəsinin ətrafında olan qonşu torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması halları müəyyən edilmişdir. Bu halda, məhkəmə hesab edir ki, eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, eyni vəziyyətdə olan iddiaçı barəsində fərqli yanaşmanın yaranmasına səbəb olur ki, bu hal isə hamının qanun və məhkəmə qarşısında bərabər olmasına dair konstitusion norma və prinsipin mahiyyətinə ziddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1. -dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 - hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 - hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 - daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 - daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 - bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 8.0.9-cu maddələrinə əsasən torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Bu baxımdan torpaq sahəsinə və torpaq sahəsinin üzərindəki qeyri-yaşayış sahəsinə iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İPM-nin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində pul İddiaçı alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Lənkəran rayon Göyşaban Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 02 nömrəli qərarı ilə satılmış 48,0 kv.m torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 48 kv.m ölçüdə qeyri-yaşayış sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində pul İddiaçı alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşidə Quliyeva
Məhkəmə qərarları › İş №2-1(120)-1328/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1328/2025
29.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver