Məhkəmə qərarları › İş №2-1(120)-1329/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1329/2024

15.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1329/2024 15.01.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “onun 7 ay ödənilməmiş təqaüdünün birdəfəlik ödəniş qaydasında ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 15 yanvar 2024-cü il tarixdə, məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 7 ay ödənilməmiş təqaüdünün birdəfəlik ödəniş qaydasında ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 15 fevral 2011-ci il tarixdə Milli Onkologiya Mərkəzində cərrahi əməliyyat olunmuş, əməliyyat nəticəsində ağciyərin yuxarı payı tamamilə götürülərək sağlamlığı məhdudlaşmışdır. Bununla bağlı ona ikinci qrup əlillik təyin olunmuş, 15 fevral 2011-ci ildən 06 iyun 2021-ci ilə qədər təqaüd almışdır. Lakin 06 iyun 2021-ci il tarixindən onun təqaüdü dayandırılmışdır. Bu məsələ ilə bağlı müvafıq quruma müraciət etmiş, 04 yanvar 2022-ci il tarixindən təqaüdü bərpa olunmuşdur. 06 iyun 2021-ci ildən 04 yanvar 2022-ci ilə qədər 7 ayı əhatə edən dövr ərzində onun təqaüdü verilməmişdir. Bu məsələ ilə bağlı o, aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinə müraciət etmiş, həmin qurumdan ona 7 ay təqaüd pulunun ödənilməsindən imtina edilmişdir. Hüquqlarını müdafıə etmək məqsədi ilə aidiyyəti üzrə məhkəməyə müraicət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi məhkəməyə iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı iddia ərizəsində xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tanxədək ödənilməmiş əliiliyə görə pensiyanın hesablanıb ödənilməsi barədə cavabdehə müraciət etdiyini, lakin cavabdeh tərəfindən tələbinin təmin edilmədiyini iddia edir və ödənilrnəmiş pensiyasının hesablanıb odənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dovlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra “DTSERA”) xx.xx.2011-ci il tarixli qərarı ilə əlillik səbəbi - “Ümumi xəstəliklə əlaqədar” olmaqla müddətli İİ dərəcəli əlillik müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tarix ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Sözügedən Qanunun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” xx.xx.2018-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, əlillik-müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir. Sözügedən Qanunun 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti TSEK tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Sözügedən Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs “DTSERA” tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Sözügedən Qanunun 3.3-1-ci maddəsinin tələblərinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində, xx.xx.2021-ci il tarixindən sonra şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Sözügedən Əsasnamənin 4.26-cı bəndinə əsasən, əlilliyin təyinolunma tarixi “DTSERA” qərarının qəbul edildiyi tarixdən hesablanır. Məlumat üçün bildiririk ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən İddiaçı əlillik müddətinin xx.xx.2021-ci il tarixdə bitməsi ilə əlaqədar olaraq əlilliyə görə əmək pensiyasının ödənişi həmin tarixdən dayandırılmışdır. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Eyni zamanda bildiririk ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən əlilliyinin müddəti xx.xx.2022-ci il tarixindən əlilliyə görə əmək pensiyasının ödənişi 268,62 manat (Qanunun 29.1-ci maddəsi tətbiq edilməklə) məbləğdə olmaqla bərpa edilmişdir. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Ali Məhkəmənin analoji işlərə baxdığı zaman özünün formalaşdırdığı hüquqi mövqeyə əsasən, “Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. ”İddiaçı əlillik statusunu xx.xx.2022-ci il tarixdə qazanmışdır. İddiaçıya qeyd olunan tarixdə əlillik verildiyindən həmin tarixdən etibarən əlilliyə görə pensiya bərpa edilib ödənilir. İddiaçının əlillik müddətinin bitdiyi tarixdən 6 aydan çox (6 ay 28 gün) müddət keçdikdən sonra təkrar qiymətləndirilmə nəticəsində bərpa olunduğu üçün ötürülmüş müddət üzrə əmək pensiyasının ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Beləliklə, 6 aylıq müddət ötürüldüyündən sözügedən Qanunun 3.3-1-ci maddəsinin tələblərinə müvafiq olaraq mübahisələndirilən dövrün iddiaçıya ödənilməsi qanunun tələblərinə ziddir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materialları, o cümlədən İddiaçı adına tərtib olunmuş tibbi sənədlərlə müəyyən olunur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dovlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2011-ci il tarixli qərarı ilə iddiaçıya əlillik səbəbi “Ümumi xəstəliklə əlaqədar” olmaqla müddətli İİ dərəcəli əlillik müəyyən edilmiş, 33 nömrəli Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixdə aparılan təkrar müayinə nəticəsində “Səbəbi: “Ümumi xəstəlik”; Əmək zəmanəti: Ağır fiziki işlərdən azaddır; X1: İİ sinif – Bədxassəli yenitörəmələr => C00-C75 – Yenitörəmələr => C30-C39 – Tənəffüs və döş qəfəsi orqanlarının bədxassəli yenitörəmələri => C34 – Bronxların və ağ ciyərin bədxassəli yenitörəməsi => ... Diaqnozun mətni: Sağ ağ ciyərin CR-i.Pnevinon ektomiyadan, kimyəvi dərman müalicəsindən s/v Orta ağırlıqda şəkərli diabet. Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sağ ağ ciyərin CR-i.Pnevinon ektomiyadan, kimyəvi dərman müalicəsindən s/v Orta ağırlıqda şəkərli diabet ilə İddiaçı xx.xx.2021-ci il tarixədək daha 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən İddiaçı əlillik müddətinin xx.xx.2021-ci il tarixdə bitməsi ilə əlaqədar olaraq əlilliyə görə əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmış və mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən əlilliyinin müddəti xx.xx.2022-ci il tarixdən əlilliyə görə əmək pensiyasının ödənişi 268,62 manat (Qanunun 29.1-ci maddəsi tətbiq edilməklə) məbləğdə olmaqla bərpa edilmiş və iddiaçıya müddətsiz İİİ dərəcə əlillik təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaya qarşı etirazından, İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli 3-A-1/2-H-125023/2023 nömrəli məktubundan və “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli Qərarından görünür ki, iddiaçının əlilliyinin dayandırıldığı və bərpa edildiyi xx.xx.2021-ci il tarixdən xx.xx.2022ci il tarixədək olan dövr üzrə pensiyasının ödənilməsi barədə ərizəsinə baxılmış, həmin dövr üzrə aktiv əlilliyi olmadığından, yəni əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyi yenidən müəyyən edillmədiyindən müraciətinin təmin olunmasından imtina edilmişdir. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, İddiaçı əlillik müddətinin xx.xx.2021-ci il tarixdə bitməsi ilə əlaqədar olaraq ona əlilliyə görə əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmış, mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən əlilliyinin müddəti xx.xx.2022-ci il tarixdən, yəni 7 ay 2 gündən sonra (xx.xx.2021-xx.xx.2022) bərpa edilmiş və o, əlilliyinin dayandırıldığı və bərpa edildiyi 7 aylıq dövr üzrə pensiyasının ödənilməsini tələb edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir. Qeyd olunan Qanunun 3.1-ci maddəsinə əsasən, səxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti TSEK tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.3-1-ci maddəsinə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, səxs ötürülmüs müddət də daxil olmagla, əlilliyi olan səxs hesab edilir. Ali Məhkəmənin analoji işlərə baxdığı zaman özünün formalaşdırdığı hüquqi mövqeyə əsasən, “Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.” Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçının əlilliyi xx.xx.2021-ci il tarixdə bitdiyindən və təkrar əlillik təyinatı xx.xx.2022-ci il tarixdə, yəni 7 ay 2 gündən sonra aparıldığından, bununla da qanunla müəyyən edilmiş 6 aylıq müddət ötürüldüyündən iddiaçının tələbi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinin təsir dairəsinə düşmür və mübahisələndirilən dövr üzrə pensiyanın hesablanıb ona ödənilməsi qanunun tələblərinə ziddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «onun 7 ay ödənilməmiş təqaüdünün birdəfəlik ödəniş qaydasında ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 75-ci, 78-79-cu, 81-ci və 85ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «onun 7 ay ödənilməmiş təqaüdünün birdəfəlik ödəniş qaydasında ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar