Məhkəmə qərarları › İş №2-1(120)-133/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-133/2021

04.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-133/2021 04.03.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi ilə, İddiaçı cavabdeh İmişli rayon qeydiyyat şöbəsinə qarşı «İmişli rayon qeydiyyat şöbəsi tərəfindən aparılmış xx xxxxxx 2006-cı il tarixli 1134 saylı doğum akt qeydinin ləğv edilməsi» tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh İmişli rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı Əliyev Rövşən Babək oğlu barəsində İmişli rayon qeydiyyat şöbəsi tərəfindən aparılmış xx xxxxxx 2006-cı il tarixli 1134 saylı ilkin doğum akt qeydinin ləğv edilməsi vəzifəsinin cavabdeh İmişli rayon qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İşin hallarını və mübahisənin vəziyyətini, iddianın mümkünlük məsələsini müzakirə etmək üçün hazırlıq icraatı çərçivəsində tərəflər məhkəməyə dəvət olunmuşlar. İddiaçının nümayəndəsi xx xxxxxx 2021-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edib, iddiaçı və cavabdeh olduğu kimi saxlanılmaqla, iddia tələbinə isə Əliyev Babək Rövşən oğlu barəsində İmişli rayon qeydiyyat şöbəsi tərəfindən aparılmış xx xxxxxx 2006-cı il tarixli, 1134 saylı doğum akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2-1(120)-133/2021 saylı qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş və Əliyev Rövşən Səfər oğlu üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində iddiadan imtina etdiyini qeyd edərək, məhkəməyə təqdim etdiyi bütün sənədlərin əslinin ona geri qaytarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının iddiadan imtinaya dair ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq, hesab edir ki, icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinin tələbinə görə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Məhkəmə qeyd edir ki, iddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi-hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki işlərin başlanması məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə, onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanunvericilik iddiaçının iddiadan imtina etməsini icraata xitam verilməsi əsası kimi nəzərdə tutmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı iddiadan imtina etdiyindən, İddiaçı cavabdeh İmişli rayon qeydiyyat şöbəsinə qarşı «İmişli rayon qeydiyyat şöbəsi tərəfindən aparılmış xx xxxxxx 2006-cı il tarixli 1134 saylı doğum akt qeydinin ləğv edilməsi» tələbinə dair işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.4-cü maddəsinə görə iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 49, 50, 55 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh İmişli rayon qeydiyyat şöbəsinə qarşı «İmişli rayon qeydiyyat şöbəsi tərəfindən aparılmış xx xxxxxx 2006-cı il tarixli 1134 saylı doğum akt qeydinin ləğv edilməsi» tələbinə dair işin icraatına xitam verilsin. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar