Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-133/2022 27.07.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı «xx.xx.2021-ci il tarixli, **********876100 nömrəli və xx.xx.2021-ci il tarixli, **********459800 nömrəli qərarların ləğv edilməsi, həmin qərarlar əsasında hesablanmış vergi məbləğinin silinməsi» tələbinə dair işə 27 iyul 2022-ci il tarixdə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı «Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********560109 nömrəli qərar”ının qanunsuz hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-133/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən iş üzrə xx.xx.2022-ci il tarixli, 9/1448 nömrəli ekspert rəyi verilərək, inzibati iş xx.xx.2022-ci il tarixdə məhkəməyə geri qaytarılmışdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, fərdi sahibkar qismində vergi ödəyicisi olaraq, xx.xx.2019-cu il tarixdə ********** saylı VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) üzrə qeydiyyatdan keçərək vergi ödəyicisi kimi uçota alınmış, xx.xx.2019-cu il tarixdən isə əlavə dəyər vergisi məqsədləri üçün könüllü qeydiyyata alınmışam. Sahibkarlıqla məşğul olduğum əsas fəaliyyət növü “neft məhsullarının pərakəndə satışı” fəaliyyətidir. xx.xx.2019-cu il tarixdə ünvan 1 ünvanında yerləşən “Yanacaq doldurma məntəqəsi” adlı (təsərrüfat subyektinin (obyektinin) kodla-**********-68001) təsərrüfat subyekti (obyekti) vergi orqanında qeydiyyata alınmışdır. "xxxx" QSC ilə xx.xx.2019-cu il tarixdə 01/762 nömrəli Alqı-satqı Müqaviləsi bağlanmışdır. Həmin Müqaviləyə əsasən "xxxx" QSC Satıcı, iddiaçı isə Alıcı qismində olmaqla, aralarında neft məhsullarının, daha dəqiq desək avtobenzin və dizel yanacağının alqı-satqısı razılaşdırılmışdır. “LUKOYL- AZƏRBAYCAN" QSC ilə arasında xx.xx.2019-cu il tarixdə, 190122 nömrəli digər müqavilə olan Kommersiya subkonsessiyası (Subfrançayzinq) Müqaviləsi də bağlanılmışdır ki, bu Müqaviləyə əsasən də "xxxx" QSC Subfrançayz verən, iddiaçı isə Subfrançayz alan qismində olmaqla aralarında avtobenzin və dizel yanacağı növləri olan neft məhsullarının alqı-satqısı razılaşdırılmışdır. Fərdi sahibkar olaraq onunla "xxxx" QSC arasında xx.xx.2019-cu il tarixdə bağlanılmış 01/762 nömrəli müqavilənin 3.1-ci bəndinə əsasən və "xxxx" QSC ilə aralarında xx.xx.2019-cu il tarixdə bağlanmış 190122 nömrəli müqavilənin 3.1.13-cü bəndinə əsasən Alıcı qismində onun tərəfindən neft məhsullarının öz nəqliyyat vasitələri və vəsaitləri hesabına daşınması ilə bağlı şərtlər qoyulmuş, habelə müqavilələrin əlavəsində Aİ-92 avtomobil benzinin 1 (bir) tonunun qiyməti (ƏDV ilə birlikdə) 1 052,80 manat, 1 (bir) ton üçün yol vergisi 26,20 manat, dizel yanacağının isə 1 (bir) tonunun qiyməti (ƏDV ilə birlikdə) 590,20 manat, 1 (bir) ton üçün yol vergisi 23,80 manat müəyyən edilmişdir. Belə ki, xx.xx.2019-cu il tarixli, 01/762 nömrəli müqavilənin 3.1-ci bəndində təsbit edilir: 3.1. “Alıcı” müəyyən olunmuş miqdarda neft məhsullarını “Satıcı”nın Azərbaycan Respublikasının ərazisində yerləşən hər hansı bir X9 öz nəqliyyat vasitələri hesabına daşıyır. xx.xx.2019-cu il tarixli, 190122 nömrəli müqavilənin 3.1.13-cü bəndinə əsasən isə Subfrançayz alan neft məhsullarının daşınmasını öz nəqliyyat vasitələri ilə həyata keçirir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən kameral vergi yoxlaması zamanı 2019cu il üçün gəlir vergisinin bəyannaməsində hesablama metodu tətbiq edilməklə tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamədə 99807,0 manat nəqliyyat xərclərinin əks etdirildiyi müəyyən edilmiş və qeyd olunan hal, yanlış olaraq, vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Habelə, Dövlət Vergi Xidmətinə, 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən kameral vergi yoxlaması zamanı 2020-ci il üçün gəlir vergisinin bəyannaməsində hesablama metodu tətbiq edilməklə tərəfimdən təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamədə isə əks etdirilmiş 130743,00 manat məbləğində nəqliyyat xərclərini yanlış olaraq, vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Daha sonra, yəni xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə tərəfimdən 2019-cu il üçün hesablama metodu tətbiq edilməklə dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin və 2020-ci il üçün hesablama metodu tətbiq edilməklə dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin təqdim olunmasına baxmayaraq, əlavə olaraq qanunsuz hesablanmış yanlışlı artıq vergilərə dair yuxarıda qeyd olunan uyğunsuzluq vergi orqanı tərəfindən aradan qaldırılmamışdır. Qeyd edilənlər ilə əlaqədar vergi ödəyicisi olaraq mənə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2020-ci il tarxili **********023300 nömrəli və xx.xx.2020-ci il tarixli **********981900 nömrəli məktublar göndərilmiş, tərəfimdən məktublara cavab olaraq əsaslı izahat, təsdiqedici sənədlər təqdim edilməsinə baxmayaraq, gəlir vergisi bəyannaməsi üzrə 2019-cu il üçün 19 961,40 manat kameral vergi yoxlaması ilə əsassız artıq vergi hesablaması aparılmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020ci il tarixli **********038000 nömrəli Qərar qəbul olunaraq vergi ödəyicisinə, yəni ona göndərilmişdir. Daha sonra, yəni xx.xx.2021-ci il tarixdə tərəfindən 2019-cu il üçün dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin təqdim edilməsinə baxmayaraq, vergi orqanı tərəfindən əvvəlki hesablamalar ləğv edilərək dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi üzrə 2019-cu il üçün 19 295,25 manat artıq və əsassız vergi hesablaması aparılmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********876100 nömrəli qanunsuz Qərar qəbul olunaraq ona göndərilmişdir. Vergi orqanı səhv mülahizələr nəticəsində əsassız, iqtisadi cəhətdən əsaslandırmayaraq Vergi Məcəlləsinə zidd olaraq yanlış vergilər hesablamışdır. 2020-ci il üzrə də tərəfimdən əsaslı izahat, təsdiqedici sənədlər təqdim edilməsinə baxmayaraq, gəlir vergisi bəyannaməsi üzrə 2020-cu il üçün 26 198,94 manat kameral vergi yoxlaması ilə əsassız artıq vergi hesablaması aparılmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********459800 nömrəli qanunsuz Qərar qəbul olunaraq ona göndərilmişdir. xx.xx.2021-ci il tarixli **********876100 nömrəli qanunsuz Qərara dair tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə müvafiq olaraq, xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2021-ci il tarixli **********980100 nömrəli) və xx.xx.2021-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2021-ci il tarixli **********157000 nömrəli) inzibati şikayət qaydasında İnzibati Orqana (vergi orqanının yuxarı təşkilatına) müraciətləri olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü və 52.3- cü maddələrinə əsasən inzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə inzibati şikayətin icra müddəti uzadılmış və bu barədə xx.xx.2021-ci il tarixli **********466800 nömrəli və xx.xx.2021-ci il tarixli 21 **********7700 nömrəli məktublarla məlumat verilmişdir. İnzibati araşdırma zamanı vergi orqanı tərəfindən Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixli 2 nömrəli Qərarının 2.5-ci bəndinə əsasən təchizat tariflərinə neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclərin daxil edildiyi bildirilmişdir. İddiaçı isə öz növbəsində dəfələrlə həm 2019-cu ildə alınmış neft məhsullarının daşınması ilə əlaqədar 99 807,00 məbləğində nəqliyyat xərclərinin, həm də 2020-ci ildə alınmış neft məhsullarının daşınması ilə əlaqədar 130 743,00 məbləğində nəqliyyat xərclərinin tərəfindən faktiki çəkildiyini və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən gəlirdən çıxılan xərclərə aid edildiyini bildirmişdir. Etibarnamə əsasında səlahiyyətli nümayəndəsi Nazim Şükürov və özünün iştirakı ilə xx.xx.2021-ci il tarixdə İnternet “ZOOM” proqramı vasitəsilə inzibati şikayəti araşdıran vergi orqanının nümayəndəsi ilə videokonfrans formatında inzibati şikayətə dair növbəti araşdırma keçirilmiş və xx.xx.2021ci il tarixli aktla rəsmiləşdirilmişdir. Şikayəti üzrə işin faktiki halları, gətirilmiş dəlililər və toplanmış materiallar (sənədlər) nəzərə alınmamaqla, habelə qanunvericiliyin müddəaları kobudcasına pozulmaqla belə nəticəyə gəlinmişdir ki, xx.xx.2021-ci il tarixli **********876100 nömrəli qanunsuz Qərara dair vergi ödəyicisi olaraq onun inzibati şikayəti təmin edilməməlidir. 2019-cu ilin xərclərinin mübahisə edilən strukturu ilə bağlı məhkəmənin nəzərinizə çatdırmaq istərdim ki, tərəfimdən xx.xx.2021-ci il tarixdə təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin 1226.4 sətrində satılmış yanacağın 2 589 393,93 manat məbləğində dəyəri (Malın dəyəri) və 1233.1 sətrində yanacağın daşınması ilə bağlı 99807,00 manat məbləğində “Rezident üzrə nəqliyyat xərcləri” əks edilmişdir. xx.xx.2021-ci il tarixdə təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin 1226.4 sətrində satılmış yanacağın 3 704 006,60 manat məbləğində dəyəri (Malın dəyəri) və 1233.1 sətrində yanacağın daşınması ilə bağlı 130743,00 manat məbləğində “Rezident üzrə nəqliyyat xərcləri” əks edilmişdir. Göründüyü kimi, vergi orqanının təsdiq etdiyi bəyannamələrin doldurulması təlimatına uyğun olaraq xərclərin strukturu kimi malın dəyəri 1226.4 sətrdə, nəqliyyat xərci isə 1233.1 sətrdə əks edilməlidir ki, onların da tərəfindən müvafiq xərclər aidiyyatı sətrdə göstərilmişdir. Vergi orqanının da araşdırması zamanı, uçot-baza məlumatlarına əsasən 2019-cu il ərzində tərəfindən X1 (VÖEN: **********) 40 007,00 manat dəyərində və X5 (VÖEN: **********) 59 800,00 manat dəyərində olmaqla, ümumilikdə 99 807,00 manat dəyərində elektron qaimələrin əldə edildiyi və tərəfimdən inzibati araşdırmaya təqdim edilmiş daşıma xidmətləri üzrə müqavilələrə əsasən qeyd olunan elektron qaimələrin neft məhsullarının daşınması ilə əlaqədar olaraq əldə olunduğu müəyyən edilmişdir. Fərdi sahibkar kimi yuxarıda qeyd olunan şəxslərdən əldə olunmuş elektron qaimələrin malın adı hissəsində “Bakı- Sabirabad” və “yanacaq daşınması, reyslər” qeydlərinin aparıldığı müəyyən edilmişdir. Habelə, vergi orqanının uçot-baza məlumatlarına əsasən 2020-ci il ərzində də tərəfimdən X1 (VÖEN: **********) 130743,00 manat dəyərində elektron qaimələrin əldə edildiyi və tərəfindən inzibati araşdırmaya təqdim edilmiş daşıma xidmətləri üzrə müqaviləyə əsasən qeyd olunan elektron qaimələrin neft məhsullarının daşınması ilə əlaqədar olaraq əldə olunduğu müəyyən edilir. Belə ki, daşıma xidmətlərinə dair X10 ilə aralarında xx.xx.2019cu il tarixli, 05/19 saylı, X6 ilə xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli Müqavilələr bağlanmışdır. Həmin şəxslər tərəfindən sifarişinə əsasən 2019-2020-ci illər ərzində məhz yanacaq-neft məhsullarının daşınması həyata keçirilmişdir. Bütün əməliyyatlar qaydalara uyğun olaraq vergi sistemi üzərindən və vergi uçotu sənədləri ilə də rəsmiləşdirilmişdir. Ödənişlər bank köçürməsi vasitəsi ilə internet bankinq ilə həyata keçirilib. Vergi orqanına şəxsi hesab vərəqədə yazılış tarixi xx.xx.2021-ci il olan qeydiyyatla 2019-cu ilin dəqiqləşdirilmiş FSGV Bəyannaməsi və yazılış tarixi xx.xx.2021-ci il olan qeydiyyatla 2020-ci ilin dəqiqləşdirilmiş FSGV Bəyannaməsi təqdim edilmişdir. Vergi orqanı tərəfindən təqdim edilmiş Bəyannaməyə kameral hesablama edilərək əsassız vergilər hesablanmışdır və vergi orqanında olan şəxsi hesab vərəqələrinə işlənilmişdir. Təhlilləri nəticəsində müəyyən edilmişdir ki, vergi orqanı tərəfindən 2019-cu və 2020-ci il üzrə müqavilələrlə, qaimələrlə, bank ödənişi ilə təsdiqlənmiş nəqliyyat xərcləri əsassız olaraq nəzərə alınmamışdır. Hər iki halda vergi orqanı tərəfindən vergitutma səhv müəyyənləşdirilərək nəqliyyat xərclərinə münasibətdə tətbiq edilmişdir. Nəticədə onlara 2019-cu və 2020-ci illərin gəlir vergisi üzrə artıq, iqtisadi cəhətdən əsaslandırmadan, yanlışlı, nəqliyyat-daşıma xərcləri nəzərə alınmayaraq, 2019-cu il üzrə 19 295,25 (on doqquz min iki yüz doxsan beş, 25) manat məbləğində və 2020-ci il üzrə isə 26 198,94 (iyirmi altı min bir yüz doxsan səkkiz,94) manat məbləğində kameral yoxlama ilə vergilər hesablanmışdır. Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən Məcəllənin X fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Tarif (qiymət) Şurasının Qərarları ilə tənzimlənən məsələlər vergitutma və vergi nəzarəti məsələlərini əhatə etmir. X13 yalnız qiymət-tarif məsələlərini tənzimləyir. Vergilərin hesablanması Vergi Məcəlləsi əsasında həyata kerçirilməlidir və hazırki vəziyyətlə bağlı məsələlər, yəni hansı xərclərin gəlirdən çıxılan xərclərə aid edilib-edilməməsi də aydın olaraq Vergi Məcəlləsində müəyyən edilmişdir. Vergi orqanının 108-ci maddənin tətbiqi ilə bağlı çoxlu sayda məhkəmə praktikası mövcuddur. Azərbaycan Respublikası adından bu məsələrlə bağlı artıq məhkəmə qərarları da qəbul edilib. Biznesində reallıqla və sənədlərlə təsdiqlənən, mahiyyəti üzrə də gəlirin əldə edilməsi ilə bağlı olan faktiki-zəruri xərclərimizi 2019 və 2020-ci illər üzrə FSGV Bəyannamələrində əks etdirmişdir. Şəffaf fəaliyyət göstərir. Vergiləri tam və vaxtında ödəyir. Çalışır ki, nümunəvi vergi ödəyicisi olsun. Vergi orqanı tərəfindən kameral yoxlama ilə qanunsuz olaraq 2019-cu il üzrə artıq hesablanmış 19295,25 manat verginin və 2020-ci il üzrə 26198,94 manat verginin, ümumilikdə 45 494,19 (qırx beş min dörd yüz doxsan dörd, 19) manat vergi məbləğinin şəxsi hesab vərəqələrində azaldılmasını istəyir. Bir daha vurğulamaq istərdi ki, tərəfindən inzibati araşdırmaya təqdim edilmiş "xxxx" QSC ilə aralarında xx.xx.2019-cu il tarixdə bağlanılmış 01/762 nömrəli müqavilənin 3.1-ci bəndinə əsasən və "xxxx" QSC ilə aralarında xx.xx.2019-cu il tarixdə bağlanmış 190122 nömrəli müqavilənin 3.1.13-cü bəndinə əsasən alıcı kimi neft məhsullarının öz nəqliyyat vasitələri və vəsaitləri hesabına daşınması ilə bağlı üzərinə qarşı tərəfdən (hansı ki, həmin qarşı tərəflər bazarda təbii inhisarçı və hökmran mövqe tutan bir təşkilatdır və müqavilə şərtlərini diktə edən bir mövqedədirlər) şərtlər qoyulmuş, habelə müqavilələrin əlavəsində Aİ-92 avtomobil benzinin 1 (bir) tonunun qiymətinin (ƏDV ilə birlikdə) 1 052,80 manat, 1 (bir) ton üçün yol vergisinin 26,20 manat, dizel yanacağının isə 1 (bir) tonunun qiymətinin (ƏDV ilə birlikdə) 590,20 manat, 1 (bir) ton üçün yol vergisinin 23,80 manat göstərilmişdir. xx.xx.2003-cü il tarixli “Tənzimlənən qiymətlər haqqında” Azərtbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən təsərrüfat subyektlərinin məhsullarının (mallarının, işlərinin, xidmətlərinin) qiymətləri tənzimlənən qiymətlərin tənzimlənməsinə dair qərarları yerinə yetirməyə borcludurlar. Həmin Qanunun 9.1-ci və 9.3-cü maddələrinə əsasən hüquqi şəxslər və onların rəhbərləri müvafiq məhsullara (mallara, işlərə, xidmətlərə) tənzimlənən qiymətlərin düzgün tətbiq olunmasına və qiymətləri tənzimlənən məhsullara (mallara, işlərə, xidmətlərə) sərbəst qiymətlərin tətbiq edilməsinə görə məsuliyyət daşıyırlar. Göründüyü kimi, qanun yalnız məhsulun qiyməti barədə tənzimləməni və məsuliyyəti nəzərdə tutur. Real vəziyyətdə onun neft məhsullarını satan təşkilatlara müqavilə şərtlərini dəyişdirməyə müdaxilə edə biləcəyi bir durum və səlahiyyəti yoxdur. Belə ki, bu məhsulları satan, onların bazarda, müqavilə ilə təsbit edilməklə, rəsmi şəkildə faktiki satış qiymətini formalaşdıran, qiyməti və şərtləri diktə edən tərəf məhz "xxxx" QSC və və "xxxx" QSC-dir. Kobud formada desək, ya bu şərtlərə tabe olub xərclərə məruz qalmaqla razılaşmalısan, ya da sahibkarlıq fəaliyyətinə son verməlisən. Dəhşətlisi isə burasındadır ki, qanunların, qərarların tələbləri pozulmaqla onun artıq xərclərə məruz qalması yetərli deyilmiş kimi, bir tərəfdən də Vergi orqanı bu real xərclərini vergi qanunvericiliyinə zidd olaraq xərc hesab etmir və ona artıq vergi hesablayır. Bu halda sahibkarlığa dəstək, əlverişli biznes mühitini hiss etmir. İnvestisiya qoymuş, yüksək standartlara cavab verən YDM qurmuş, regionda iş yeri açmış, öz riski hesabına biznes təşkil etmişdir. Sabirabada başqa formada yanacağı gətirə bilmir. Yanacağın YDM-ə daşınması biznesinin vacib hissəsidir. Bu nəqliyyat xərcləri (daşıma xərcləri) gəlirinin əldə edilməsi ilə bağlı zəruri xərclərdir. Vergi Məcəlləsinin 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. 36.2-ci maddəsinə əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Həmin Məcəlləyə əsasən vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Fəaliyyət göstərdiyi dövrdə dövlət büdcəsinə böyük məbləğdə vəsait ödəmişdir. Sahibkarlığı həyata keçirdiyi zaman şəffaf və qanunauyğun fəaliyyət göstərmişdir. Vergidən yayınmaq məqsədi də heç vaxt olmamışdır. 2019-cu ilin gəliri üzrə 5 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********876100 nömrəli Qərarının ləğv edilməsi və kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə verilmiş xx.xx.2021-ci tarixli və xx.xx.2021-ci il tarixli inzibati şikayətlər İnzibati şikayətlərə baxılması baş idarəsində baxılaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən İnzibati şikayətin təmin edilməməsi haqqında **********620300 saylı, 14 aprel 2021-ci il tarixli qərar qəbul edilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddia ərizəsinin təmin olunması barədə qərar qəbul olunması məhkəmədən xahiş olunmuşdur. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirib, təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X11 iddia tələbini qəbul etmədiyini bildirib, iddia ərizəsinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamədən görünür ki, İddiaçı ********** nömrəli VÖEN ilə vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. İş materiallarında olan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 26 fevral 2021-ci il tarixli, **********876100 nömrəli qərarı ilə İddiaçı 2019-cu il üzrə vergi orqanı tərəfindən aparılan kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı kimi 22.793,04 manat hesablanmışdır. İş materiallarında olan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 05 may 2021-ci il tarixli, **********459800 nömrəli qərarı ilə İddiaçı 2020-ci il üzrə vergi orqanı tərəfindən aparılan kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı kimi 32.536,73 manat hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli, **********944600 nömrəli etirazında qeyd edilmişdir ki; İddiaçı (VÖEN: **********) cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək idarə tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********876100 nömrəli və xx.xx.2021-ci il tarixli **********459800 nömrəli qərarların ləğv edilməsi və artıq hesablanmış 45494,19 manat vergi məbləğinin şəxsi hesab vərəqəsindən silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İdarə aşağıda qeyd olunan səbəblərə görə iddia tələbi ilə razılaşmır və onu əsassız hesab edir. Belə ki, İddiaçı tərəfindən təqdim edilmiş 2019-cu ilin gəlir vergi bəyannaməsində kənarlaşma aşkar edilmiş və ona xx.xx.2020-ci il tarixli **********981900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilərək əsaslandırılmış yazılı izahat və ya zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim olunması tələb olunmuşdur. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş izahat məktubları əsasız sayılmış, təsdiqedici sənədlər təqdim edilmədiyi əsas götürülərək 2019-cu ilin gəlir vergisi üçün 19295,25 manat dövlət büdcəsindən yayındırılmış vəsait kimi qiymətləndirilmişdir. Bununla əlaqədar vergi ödəyicisinə xx.xx.2021-ci il tarixdə **********876100 saylı vergilərin hesablanması barədə Qərar göndərilmişdir. Həmçinin İddiaçı tərəfindən təqdim edilmiş 2020-ci ilin gəlir vergi bəyannaməsində kənarlaşma aşkar edilmiş xx.xx.2021-ci il tarixli **********580100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilərək əsaslandırılmış yazılı izahat və ya zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim olunması tələb olunmuşdur. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş izahat məktubları əsasız sayılmış, təsdiqedici sənədlər təqdim edilmədiyi əsas götürülərək 2020-ci il üçün gəlir vergisi bəyannaməsi üzrə 26198,94 manat dövlət büdcəsindən yayındırılmış vəsait kimi qiymətləndirilmiş və vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********459800 saylı vergilərin hesablanması barədə Qərar göndərilmişdir. Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Azərbaycan Respublikasının Konstitusiyasının 73.1-ci maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Odur ki, İddiaçı iddia tələbi tam əsassızdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunması xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 aprel 2022-ci il tarixli, 9/1448 saylı ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd olunmuşdur: 2019-2020-ci illər üzrə daşınma xərclərinin nəzərə alınıb-alınmamasına məhkəmə tərəfindən qiymət verildikdən sonra hesablama aparıla bilər. Belə ki, yuxarıda qeyd edilən xx.xx.2021-ci il tarixli “İnzibati şikayətin təmin edilməməsi haqqında” Qərarda, xx.xx.2021-ci il tarixli "xxxx" SOCAR PETROLEUM QSCnin məktubunda, iş materiallarında olan iddia ərizəsində və s. sənədlərdə bir-birindən fərqli qayda nəzərdə tutulan ayrı-ayrı aktlara istinad edilərək hesablamaların aparılmalı olması qeyd edilmişdir. Yəni fərqli qaydada nəzərdə tutulan aktlara istinad edilərək hesablamalar aparılmışdır. Bu səbəbdən də yuxarıda göstərilən, ayrı-ayrı hesablanma nəzərdə tutulan aktların hansının qəbul edilməsinə məhkəmə tərəfindən qiymət verilməlidir. İş materiallarında olan 31 iyul 2019-cu il tarixli, 01/762 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı "xxxx" QSC ilə xx.xx.2019-cu il tarixdə 01/762 nömrəli Alqı-satqı Müqaviləsi bağlamış və həmin Müqaviləyə əsasən "xxxx" QSC Satıcı, iddiaçı isə Alıcı qismində olmaqla, aralarında neft məhsullarının, avtobenzin və dizel yanacağının alqı-satqısı razılaşdırılmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən alıcı müəyyən olunmuş miqdarda neft məhsullarını satıcının Azərbaycan Respublikasının ərazisində yerləşən hər hansı bir X9 öz nəqliyyat vasitələri və vəsaitləri hesabına daşıyır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 190122 nömrəli kommersiya subkonsessiyası (subfrançayzinq) müqaviləsindən görünür ki, “LUKOYL-AZƏRBAYCAN" QSC ilə iddiaçı arasında xx.xx.2019-cu il tarixdə, 190122 nömrəli digər müqavilə olan Kommersiya subkonsessiyası (Subfrançayzinq) Müqaviləsi bağlanılmışdır ki, bu Müqaviləyə əsasən də "xxxx" QSC Subfrançayz verən, iddiaçı isə Subfrançayz alan qismində olmaqla aralarında avtobenzin və dizel yanacağı növləri olan neft məhsullarının alqı-satqısı razılaşdırılmışdır. Müqavilənin 3.1.13-cü bəndinə əsasən Subfrançayz alan (iddiaçı) neft məhsullarının daşınmasını öz nəqliyyat vasitələri həyata keçirir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 05/19 saylı “Neft məhsullarının daşınması barədə” xidmət müqaviləsindən görünür ki, sifarişçi İddiaçı ilə icraçı X10 (VÖEN **********) arasında neft məhsullarının Bakı-Sabirabad reysi üzrə daşınması ilə bağlı müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən hər bir reys üçün sifarişçi icraçıya 650 (altı yüz əlli) manat xidmət haqqı ödəyir. İş materiallarında olan: X7 (VÖEN **********) adına qeyd olunan Seriya XOY № 002901 nömrəli, xx.xx.2019-cu il tarixli mədaxil qəbzində İddiaçı tərəfindən yanacaq daşıma xidmətinə görə 14950 manat ödənildiyi qeyd edilmişdir. X7 (VÖEN **********) adına qeyd olunan Seriya XOY № 002902 nömrəli, xx.xx.2019-cu il tarixli mədaxil qəbzində İddiaçı tərəfindən yanacaq daşıma xidmətinə görə 14950 manat ödənildiyi qeyd edilmişdir. X7 (VÖEN **********) adına qeyd olunan Seriya XOY № 002903 nömrəli, xx.xx.2019-cu il tarixli mədaxil qəbzində İddiaçı tərəfindən yanacaq daşıma xidmətinə görə 14950 manat ödənildiyi qeyd edilmişdir. X7 (VÖEN **********) adına qeyd olunan Seriya XOY № 002904 nömrəli, xx.xx.2019-cu il tarixli mədaxil qəbzində İddiaçı tərəfindən yanacaq daşıma xidmətinə görə 14950 manat ödənildiyi qeyd edilmişdir. İş materiallarında olan xidmət göstərilməsinə dair, X6 ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli xidmət müqaviləsindən görünür ki, sifarişçi İddiaçı ilə icraçı X6 (VÖEN **********) arasında neft məhsullarının Bakı-Sabirabad reysi üzrə daşınması ilə bağlı müqavilə bağlanmışdır. Müqavilənin 2.3-cü bəndinə əsasən hər bir reys üçün sifarişçi icraçıya 650 (altı yüz əlli) manat xidmət haqqı ödəyir. İş materiallarında olan xidmət göstərilməsinə dair X6 ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli xidmət müqaviləsindən görünür ki, sifarişçi İddiaçı ilə icraçı X6 (VÖEN **********) arasında neft məhsullarının Bakı-Sabirabad reysi üzrə daşınması ilə bağlı müqavilə bağlanmışdır. Müqavilənin 2.3-cü bəndinə əsasən hər bir reys üçün sifarişçi icraçıya 657 (altı yüz əlli yeddi) manat xidmət haqqı ödəyir. İş materiallarında olan: 04/19 nörməli xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı bank köçürmə yolu ilə X2 hesabına 6500 manat ödəniş etmişdir. 06/19 nörməli xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı bank köçürmə yolu ilə X2 hesabına 9855 manat ödəniş etmişdir. 07/19 nörməli xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı bank köçürmə yolu ilə X2 hesabına 11.169 manat ödəniş etmişdir. 08/19 nörməli xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı bank köçürmə yolu ilə X2 hesabına 12.483 manat ödəniş etmişdir. İş materiallarında olan "xxxx" QSC-nin məhkəməyə göndərdiyi XO-xx-xx-0398-2021 nömrəli arayışında qeyd edilmişdir: “Sizin iş üçün zəruri hesab etdiyiniz "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış olan 31 iyul 2019-cu il tarixli, 01/762 nömrəli alqı-satqı müqaviləsi üzrə satılan neft məhsullarının daşınmasının kimin vəsaiti hesabına həyata keçirilməsi barədə məlumat verilməsi üçün SOCAR-a ünvanlandırdığınız xx.xx.2021-ci il tarixli, 2-1(120)-1107/2021 nömrəli sorğu məktubunuz aidiyyəti üzrə qanunamüvafiq qaydada araşdırılması və nəticəsi barədə məlumatın Məhkəməyə verilməsi üçün SOCARdan SOCAR**********30490089X00054 nömrəli məktuba qoşma ilə "xxxx" QSC-yə (daxil olma xx-xx-00467) xx.xx.2021-ci il tarixdə daxil olduqdan sonra baxılmışdır. Bildiririk ki, neft məhsullarının alqı-satqısına dair İddiaçı ilə bağlanmış müqavilə üzrə neft məhsullarının satışı Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” xx.xx.2015-ci il tarixli 2 nömrəli Qərarının 1-ci bəndi ilə təsdiq edilmiş “Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri” əsasında həyata keçirilmişdir. Bununla yanaşı İddiaçı ilə "xxxx" QSC arasında bağlanmış neft məhsullarının alqı-satqısına dair müqavilələrinin yuxarıda istinad etdiyimiz həmin qərarın 2.5-ci bəndində qeyd edilən “topdansatış tariflərinə təchizat tarifləri müəyyənləşdirilmiş neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclər daxil edilmişdir” şərti ilə ziddiyyət təşkil edən 3.1-ci bəndi (Alıcı müəyyən olunmuş miqdarda neft məhsullarını Satıcının Azərbaycan Respublikasının ərazisində yerləşən hər hansı bir X9 öz nəqliyyat vasitələri və vəsaitləri hesabına daşıyır) hazırda qüvvədə olan Neft məhsullarının qiymətlərinin respublika daxilində tənzimlənməsi ilə bağlı Azərbaycan Respublikası Baş Nazirinin imzası ilə təsdiq edilmiş “Neft məhsullarının qiymətlərinin respublika daxilində tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 noyabr 2004-cü il tarixli, 165 nömrəli Qərarı ilə təsdiq edilmiş “Neft məhsullarının şirkətdaxili, topdan və pərakəndə satış qiymətləri, aksiz vergiləri və təchizat xərcləri”nin “Neft məhsullarının yeni qiymətlərinin tətbiqi ilə bağlı şərtlər” bəndinin 6-cı abzasının “pərakəndə satış qiymətlərinə neft məhsullarının respublika ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması və satılması ilə bağlı olan bütün xərclər daxildir” şərti ilə eynilik təşkil edir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun normativ hüquqi aktlar və onların hüquqi qüvvəsini müəyyən edən 2.8-ci maddəsinin tələblərinə görə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı tətbiq edilir. Yuxarıda qeyd edilənlərə əlavə olaraq zəruri hesab etdiyimizdən məlumat üçün onu da diqqətinizə çatdırırıq ki, “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005-ci tarixli 341 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə” və “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının tərkibi təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının xx.xx.2007-ci il tarixdə “Neft məhsullarının qiymətlərinin respublika daxilində tənzimlənməsi barədə” qəbul etdiyi 1 nömrəli Qərarında “pərakəndə satış qiymətlərinə neft məhsullarının respublika ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması və satılması ilə bağlı olan bütün xərclər daxildir” şərti olmuşdur və bu şərt qüvvədə olan və istinad etdiyimiz Azərbaycan Respublikası Baş Nazirinin imzası ilə təsdiq edilmiş “Neft məhsullarının qiymətlərinin respublika daxilində tənzimlənməsi barədə” 1 noyabr 2004-cü il tarixli, 165 nömrəli qərarın “pərakəndə satış qiymətlərinə neft məhsullarının respublika ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması və satılması ilə bağlı olan bütün xərclər daxildir” şərti ilə eynilik təşkil etmişdir. “Topdansatış tariflərinə təchizat tarifləri müəyyənləşdirilmiş neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclər daxil edilmişdir” şərti Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən ilk dəfə “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” 2 dekabr 2013-cü il tarixdə qəbul edilmiş 14 nömrəli Qərarın 2.5-ci bəndində göstərilmişdir. Lakin həmin qərarda “pərakəndə satış qiymətlərinə neft məhsullarının respublika ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması və satılması ilə bağlı olan bütün xərclər daxildir” şərtinin “topdansatış tariflərinə təchizat tarifləri müəyyənləşdirilmiş neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclər daxildir” şərti ilə əvəz edilməsinin səbəbi açıqlanmamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2005-ci il tarixli, 247 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları” nın tələblərinə uyğun əsaslandırılmamışdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun normayaratma fəaliyyətinin əsas prinsiplərini müəyyən edən 8-ci maddəsinin məzmununa görə normayaratma fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin 1-ci hissəsində göstərilən prinsiplərlə yanaşı aşağı dövlət orqanlarının aktlarının yuxarı dövlət orqanlarının aktlarına uyğunluğu və normativ hüquqi aktların ziddiyyətsizliyi prinsipləri əsasında həyata keçirilməlidir. Həmin qanunun 12.1.1 və 12.1.2ci maddələrinin tələblərinə görə normativ hüquqi aktların kolliziyası normativ hüquqi aktın ləğv edilməsi, normativ hüquqi aktda dəyişikliklər edilməsi üsulları ilə aradan qaldırılır. Eyni qanunun 12.2-ci maddəsinin tələblərinə görə normativ hüquqi aktların kolliziyasına yol verməmək məqsədi ilə yeni normativ hüquqi aktın qəbul olunması ilə əlaqədar ləğv edilməli, dəyişikliklər edilməli olan normativ hüquqi aktların (onların struktur elementlərinin) siyahısı həmin normativ hüquqi aktın yekun müddəalarında və ya əlavəsində əks etdirilməlidir. Yuxarıda sadalananlardan aydın olur ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” xx.xx.2015-ci il tarixli 2 nömrəli Qərarının 2.5-ci bəndinin şərtləri qanunsuz və əsassız olmaqla hüquqi qüvvəyə malik deyildir. Ona görə də "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış olan 31 iyul 2019-cu il tarixli, 01/762 nömrəli alqı-satqı müqaviləsi üzrə neft məhsullarının alıcının qəbul məntəqəsinə daşınması onun öz vəsaiti hesabına həyata keçirilmişdir. Bununla yanaşı məlumat üçün diqqətinizə onu da çatdırırıq ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” xx.xx.2015-ci il tarixli 2 nömrəli Qərarının 2.5-ci bəndinin tələblərindən irəli gələn ziddiyyətlərin aradan qaldırılması üçün "xxxx" QSC tərəfindən qanunvericiliklə müəyyən edilən qaydada müvafiq hərəkətlər edilməkdədir. Məhkəmə araşdırması zamanı işin faktiki hallarından və iş materiallarında olan sənədlərdən, o cümlədən tərəflərin verdiyi izahatlardan müəyyən olunur ki, iddiaçı ********** nömrəli VÖEN ilə vergi ödəyicisi kimi qeydiyyatdan keçərək, əsas fəaliyyəti neft məhsullarının pərakəndə satışı ilə məşğul olmaq olmuşdur. Cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı barəsində kameral qaydada xx.xx.2021-ci il tarixli, **********876100 nömrəli və xx.xx.2021-ci il tarixli, **********459800 nömrəli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar qəbul edilmişdir. Cavabdeh inzibati orqan qərarını belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” xx.xx.2015-ci il tarixli 2 nömrəli Qərarının 2.5-ci bəndinə əsasən neft məhsullarının topdansatış qiymətlərinə həmin məhsulların ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınma ilə bağlı bütün xərclər daxil edildiyindən, iddiaçı tərəfindən alınmış neft məhsullarının satış yerinə qədər daşınması ilə bağlı çəkmiş olduğu xərcləri (xərc sənədlərini) nəzərə alınmamalıdır. İddiaçı aldığı neft məhsullarını satış yerinə qədər öz vəsaiti hesabına daşıdığını və buna dair xərc sənədlərinin olduğunu və xx.xx.2021-ci il tarixli, **********876100 nömrəli və xx.xx.2021-ci il tarixli, **********459800 nömrəli qərarlar ilə razı olmadığını və həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə müəyyən edilmiş işin faktiki hallarına, iddiaçının dəlillərinə və cavabdehin etirazının əsaslarına aşağıdakı hüquq normaları baxımından qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, bu Məcəllənin əsasında və ya onun icrası məqsədi ilə qəbul edilmiş normativ hüquqi aktlar bu Məcəllənin müddəalarına zidd olmamalıdır. Həmin Məcəllənin 3.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən, vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.5-ci maddəsinə əsasən bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Həmin Məcəllənin 37.6-cı maddəsinə əsasən kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” xx.xx.2015-ci il tarixli, 2 nömrəli Qərarının 2.5-ci bəndinə əsasən topdansatış tariflərinə təchizat tarifləri müəyyənləşdirilmiş neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclər daxil edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" 27 noyabr 2003-cü il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” xx.xx.2015-ci il tarixli 2 nömrəli Qərarının 2.5-ci bəndinə əsaslanaraq iddiaçı tərəfindən alınmış neft məhsullarının satış yerinə qədər daşınması ilə bağlı çəkmiş olduğu xərcləri (xərc sənədlərini) nəzərə alınmamasında haqlı olmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın daşınma xərclərinin əlavə xərc olaraq vergi bəyannaməsinə əlavə edilməsinin qanunsuz olmasına dair dəlilləri aşağıda qeyd olunanlara əsasən qanuni sayıla bilməz. Belə ki, iş materiallarında olan 31 iyul 2019-cu il tarixli, 01/762 nömrəli “Alqı-satqı müqaviləsi”ndən görünür ki, satıcı "xxxx" QSC ilə alıcı İddiaçı arasında neft məhsullarının alğı-satqısı ilə bağlı müqavilə bağlanmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən alıcı müəyyən olunmuş miqdarda neft məhsullarını satıcının Azərbaycan Respublikasının ərazisində yerləşən hər hansı bir X9 öz nəqliyyat vasitələri və vəsaitləri hesabına daşıyır. Həmçinin iş materiallarında olan xx.xx.2019-cu il tarixli, 190122 nömrəli kommersiya subkonsessiyası (subfrançayzinq) müqaviləsindən görünür ki, “LUKOYL-AZƏRBAYCAN" QSC ilə iddiaçı arasında xx.xx.2019-cu il tarixdə, 190122 nömrəli Kommersiya subkonsessiyası (Subfrançayzinq) Müqaviləsi bağlanılmışdır ki, bu Müqaviləyə əsasən də "xxxx" QSC Subfrançayz verən, iddiaçı isə Subfrançayz alan qismində olmaqla aralarında avtobenzin və dizel yanacağı növləri olan neft məhsullarının alqı-satqısı razılaşdırılmışdır. Müqavilənin 3.1.13-cü bəndinə əsasən Subfrançayz alan (iddiaçı) neft məhsullarının daşınmasını öz nəqliyyat vasitələri həyata keçirir. İş materiallarında olan xidmət göstərilməsinə dair xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli müqavilələrdən, ödəniş tapşırığından, elektron qaimələrdən və qəbzlərdən görünür ki, X10 ilə aralarında xx.xx.2019-cu il tarixli, 05/19 saylı, X6 ilə xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli Müqavilələr bağlanmışdır. Həmin şəxslər tərəfindən iddiaçının sifarişinə əsasən məhz yanacaq-neft məhsullarının daşınması həyata keçirilmişdir. Bütün əməliyyatlar qaydalara uyğun olaraq vergi sistemi üzərindən və vergi uçotu sənədləri ilə də rəsmiləşdirilmişdir. Ödənişlər bank köçürməsi yolu ilə və kassa mədaxil qəbzi vasitəsi ilə həyata keçirilmişdir. Göründüyü kimi işin mübahisəsiz halı ondan ibarətdir ki, 31 iyul 2019-cu il tarixli, 01/762 nömrəli “Alğı-satqı müqaviləsi”nə əsasən satıcı "xxxx" QSC ilə alıcı İddiaçı arasında və xx.xx.2019-cu il tarixli, 190122 nömrəli Kommersiya subkonsessiyası (Subfrançayzinq) Müqaviləsinə əsasən “LUKOYL-AZƏRBAYCAN" QSC ilə İddiaçı arasında arasında neft məhsullarının alğı-satqısı ilə bağlı müqavilələr bağlanmış və həmin müqavilələrin şərtlərinə əsasən alıcı (iddiaçı) müəyyən olunmuş miqdarda neft məhsullarını satıcının Azərbaycan Respublikasının ərazisində yerləşən hər hansı bir X9 öz nəqliyyat vasitələri və vəsaitləri hesabına daşıdığı müəyyən olunmuşdur. İddiaçı aldığı neft məhsulların daşınması ilə bağlı fərdi sahibkar X10 və X6 ilə xidmət müqavilələri bağlamışdır. Həmçinin məhkəmə tərəfindən 31 iyul 2019-cu il tarixli, 01/762 nömrəli “Alğısatqı müqaviləsi”nə əsasən daşınmanın həyata keçirilməsi ilə bağlı xərclərin kim tərəfindən çəkilməsi, daşıma xərclərinin hansı qaydada tənzimlənməsi ilə bağlı verilmiş sorğuya "xxxx" QSC-nin XO-xx-xx-0398-2021 nömrəli cavab məktubundan görünür ki, "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış olan 31 iyul 2019-cu il tarixli, 01/762 nömrəli alqı-satqı müqaviləsi üzrə neft məhsullarının alıcının qəbul məntəqəsinə daşınması onun (iddiaçının) öz vəsaiti hesabına həyata keçirilmişdir” şərti qeyd edilmişdir. Odur ki, daşınma xərclərinin əlavə xərc olaraq vergi bəyannaməsinə əlavə edilməsi əsassız hesab oluna bilməz. Digər tərəfdən cavabdeh sözügedən xərclərin nəqliyyat xərci kimi bəyannaməyə əlavə edilməsini Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” xx.xx.2015-ci il tarixli, 2 nömrəli Qərarının 2.5-ci bəndinə uyğun hesab etmir. Bununla bağlı məhkəmə qeyd edir ki, artıq yuxarıda göstərildiyi kimi "xxxx" QSC ilə alıcı İddiaçı və “LUKOYL-AZƏRBAYCAN" QSC ilə İddiaçı arasında arasında bağlanmış alğı-satqı müqavilələrinin şərtlərinə əsasən alıcı müəyyən olunmuş miqdarda neft məhsullarını satıcının Azərbaycan Respublikasının ərazisində yerləşən hər hansı bir X9 öz nəqliyyat vasitələri və vəsaitləri hesabına daşımağı öhdəsinə götürmüşdür. Burada qeyd olunmalıdır ki, iddiaçı neft məhsulunun topdansatışı ilə yox, pərakəndə satışı ilə məşğul olur və onun tərəfindən çəkilən nəqliyyat xərcləri, məhsulun pərakəndə qiymətinə əlavə olunmur və neft məhsulu Tarif Şurasının müəyyən etdiyi qiymətə uyğun olaraq satılır. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli müqavilələrdən, ödəniş tapşırığından, elektron qaimələrdən və qəbzlərdən görünür ki, X10 ilə iddiaçı arasında xx.xx.2019-cu il tarixli, 05/19 saylı, X6 ilə iddaçı arasında xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli “Neft məhsullarının daşınması barədə” xidmət müqavilələri bağlanmış, alınmış neft məhsullarının daşınması X10 və X6 tərəfindən həyata keçirilmiş və həmin xidmətə görə sifarişçi İddiaçı tərəfindən icraçı X10 oğluna və X4 ödəniş tapşırığı və mədaxil qəbzləri ilə ödənişlər edilmişdir. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” xx.xx.2015-ci il tarixli, 2 nömrəli qərarının 2.5-ci bəndinə əsasən ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının topdansatış tariflərinə təchizat tarifləri müəyyənləşdirilmiş neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclər daxil edilmişdir. İddiaçı tərəfindən daşıma xərclərinin çəkilməsi təqdim edilmiş mədaxil qəbzləri və ödəniş tapşırığı ilə öz təsdiqini tapmışdır. Məhkəmə təqdim edilmiş qəbzləri, ödəniş tapşırığını mötəbər sübut kimi qəbul edir. Bu təqdirdə sözügedən qərarla müəyyənləşdirilən xüsusatlara istinadən iddiaçıya mənfəət vergisinin hesablanması qanunsuz və əsassız olmuşdur. Bununla yanaşı, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının çəkdiyi nəqliyyat (daşınma) xərcləri Vergi Məcəlləsinin 109-cu maddəsində nəzərdə tutulan gəlirdən çıxılmayan xərclərin siyahısında nəzərdə tutulmamışdır. Belə ki, Vergi Məcəlləsinin 109.1-ci maddəsinə əsasən, əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclərin və bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq kapital xarakterli digər xərclərin gəlirdən çıxılmasına yol verilmir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclərin gəlirdən çıxılmasına yol verilmir. Həmin Məcəllənin 109.3-cü maddəsinə əsasən, əyləncə və yemək xərclərinin (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicəprofilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla), habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmir. Həmin Məcəllənin 109.4-cü maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakteri daşıyan vergi ödəyicisinin xərcləri bu cür fəaliyyət çərçivəsində çəkilirsə, müvafiq olaraq əyləncə və sosial xərclər gəlirdən çıxılır. Həmin Məcəllənin 109.5.-ci maddəsinə əsasən, əmək haqqı kartlarının alınmasına çəkilən xərclər istisna olmaqla, fiziki şəxsin fərdi istehlakla və ya əmək haqqının alınması ilə bağlı olan xərcləri gəlirdən çıxılmır. Həmin Məcəllənin 109.6-cı maddəsinə əsasən, ehtiyat fondlarına ayırma məbləğləri yalnız bu Məcəllənin 111-ci və 112-ci maddələrinə müvafiq surətdə gəlirdən çıxılır. Həmin Məcəllənin 109.7-ci maddəsinə əsasən, faktiki ezamiyyə xərclərinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi normadan artıq olan hissəsi gəlirdən çıxılmır. Həmin Məcəllənin 109.8-ci maddəsinə əsasən, nəzarət-kassa aparatının çeki və ya qəbz (bu Məcəllənin 16.1.11-6.1-ci – 16.1.11-6.3-cü maddələrində nəzərdə tutulan şəxslər tərəfindən verilən qəbz və ya digər ciddi hesabat blankları istisna olmaqla) malların (işlərin, xidmətlərin) alınması ilə bağlı çəkilən xərcləri təsdiq edən sənəd hesab olunmur. Həmin Məcəllənin 109.9-cu maddəsinə əsasən, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, vergi orqanı tərəfindən yekun qərar qəbul edilən zaman təqdim edilmiş mötəbər sübutlar əsassız olaraq nəzərə alınmayaraq iddiaçı vergi məsuliyyətinə cəlb edilmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 61.4-cü maddəsinə əsasən, inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Cavabdeh inzibati orqan tərəfindən bütün əhəmiyyət daşıyan hallar, habelə vergi ödəyicisi üçün əlverişli hallar araşdırılmamış, aydın olmayan hallar isə vergi ödəyicisinin xeyrinə şərh edilməmişdir. Cavabdeh orqan yekun qərarı qəbul edərkən işin həqiqi hallarını hərtərəfli araşdırmamış və düzgün olmayan nəticəyə gəlmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********876100 nömrəli və xx.xx.2021-ci il tarixli, **********459800 nömrəli qərarlar yuxarıda qeyd edilən hüquq normalarının tələblərinə zidd olmaqla yanaşı, iddiaçı üçün qanunsuz əlverişsiz inzibati aktdır. Bu baxımdan məhkəmə hesab edir ki, həmin qərarlar (inizbati aktlar) ləğv edilməlidir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.10-cu maddəsinə əsasən, vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 15.1.3-cü maddəsində vergi qanunları ilə müəyyən edilmiş hallarda və qaydada vergi güzəştlərindən istifadə etmək, 15.1.7-ci maddəsində vergi orqanlarından və onların vəzifəli şəxslərindən vergi ödəyicisinə münasibətdə vergilər haqqında qanunvericiliyə riayət olunmasını tələb etmək vergi ödəyicisinin hüquqları kimi təsbit olunmuşdur. Həmin Məcəllənin 24.0.2-ci maddəsinə görə vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək vergi orqanlarının vəzifəsidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir.Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 54.0.1 və 54.0.2-ci maddələrinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusu hadisəsi olmadıqda, vergi qanunvericliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsiri olmadıqda, şəxsin məsuliyyətə cəlb olunması istisna edilir. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Həmin Məcəllənin 64-cü maddəsində göstərilir ki, vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra– Azərbaycan Respublikasının İPM) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 2.0.11-ci maddəsinə görə, əlverişsiz (yükləyici) inzibati akt-maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Azərbaycan Respublikasının İPM-nin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən inzibati icraatın başlanması üçün əsaslardan biri də fiziki və ya hüquqi şəxsin inzibati orqana ünvanlanmış ərizəsidir. İnzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmçinin, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməlidir. İnzibati orqan yazılı inzibati aktı yazılı şəkildə əsaslandırılmalı və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. (Qeyd edilən Qanunun 28.1, 21.2, 24.1, 45.1, 52.1, 61.1-ci mad.) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Azərbaycan Respublikasının İPM-nin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikasının İPM-nin 14.1-cü maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qanunvericiliyin qeyd edilən tələblərinə əsasən inzibati orqan inzibati aktın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsini daşıyır. Lakin, cavabdeh tərəf şifahi məhkəmə baxışında qeyd edilən hallarla bağlı sübutetmə vəzifəsini həyata keçirə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, xx.xx.2021-ci il tarixli, **********876100 nömrəli və xx.xx.2021-ci il tarixli, **********459800 nömrəli qərarları ləğv edilməli və həmin qərarlar əsasında hesablanmış vergi məbləği silinməlidir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tətqiqatın dəyəri 200 (iki yüz) manatdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən prosessual xərclər cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsindən tutulmalıdır. İş üzrə digər prosessual xərclər yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin “xx.xx.2021-ci il tarixli, **********876100 nömrəli və xx.xx.2021-ci il tarixli, **********459800 nömrəli qərarları ləğv edilsin və həmin qərarlar əsasında hesablanmış vergi məbləği silinsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə 200 (iki yüz) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-133/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-133/2022
27.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver