Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1333/2025 27.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı Maraqlı şəxs və qeyriləri üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə “Daşınmaz əmlakın Dövlət reyestrində 1 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində qeydiyyata alınmış **********24-10301 reyestr nömrəli çıxarışın 0,33 hektar torpaq sahəsinə aid hissədə ləğv edilməsi, mülkiyyət hüquqları JN-016 A, KOD 80101004 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulması” tələbinə dаir GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağızadə Aygün Bahadır qızının katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil, Üçüncü şəxs Maraqlı şəxs iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Daşınmaz əmlakın Dövlət reyestrində 1 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində qeydiyyata alınmış **********24-10301 reyestr nömrəli çıxarışın 0,33 hektar torpaq sahəsinə aid hissədə ləğv edilməsi, mülkiyyət hüquqları JN-016 A, KOD 80101004 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulması” tələbinə dаir iddiаsı üzrə işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bахаrаq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “çıxarışın etibarsız hesab edilməklə ləğv edilməsi, mülkiyyət hüququnun vahid daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-4087/2024 nömrəli, 29 oktyabr 2024-cü il tarixli qərardadına əsasən Maraqlı şəxs iş üzrə zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək, iddia tələbi üzrə iddiaçı və cavabdehin olduğu kimi saxlanılmasını, iddia tələbinə “Daşınmaz əmlakın Dövlət reyestrində 1 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində qeydiyyata alınmış **********24-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi, mülkiyyətçilər göstərilməklə dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1333/2025 nömrəli, 28 yanvar 2025-ci il tarixli qərardadına əsasən iddia tələbi üzrə iddiaçı və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə “Daşınmaz əmlakın Dövlət reyestrində 1 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində qeydiyyata alınmış **********24-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi, mülkiyyətçilər göstərilməklə dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1333/2025 nömrəli, 12 may 2025-ci il tarixli qərardadına əsasən X21 və X8 iş üzrə zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində tanınması qərara alınmışdır. Daha sonra iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək, iddia tələbi üzrə iddiaçı və cavabdehin olduğu kimi saxlanılmasını, iddia tələbinə “Daşınmaz əmlakın Dövlət reyestrində 1 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində qeydiyyata alınmış **********24-10301 reyestr nömrəli çıxarışın 0,33 hektar torpaq sahəsinin ləğv edilməsi, JN-016 A, KOD 80101004 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulması” kimi baxılmasın xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1333/2025 nömrəli, 27 oktyabr 2025-ci il tarixli qərardadına əsasən iddia tələbi üzrə iddiaçı və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə “Daşınmaz əmlakın Dövlət reyestrində 1 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində qeydiyyata alınmış **********24-10301 reyestr nömrəli çıxarışın 0,33 hektar torpaq sahəsinə aid hissədə ləğv edilməsi, mülkiyyət hüquqları JN- 016 A, KOD 80101004 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçının əsaslandırması: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, dövlət hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verir. Bütün fiziki və hüquqi şəxslər qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Fiziki və hüquqi şəxslərin pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqlarının müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmədikdə, belə hüquq və azadlıqlar məhkəmələr tərəfindən müdafiə və təmin edilir. İddiaçı bildirmişdir ki, Astara şəhəri, A.Məmmədov küçəsində yerləşən, 0,36 hektar torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında yeddi nəfər (İddiaçı də olmaqla) mülkiyyətçiyə məxsusdur. Bu barədə Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. X1 07 aprel 2005-ci il tarixdə, anaları X25 12 aprel 2012-ci il tarixdə, bacıları X16 isə 29 noyabr 2020-ci il tarixdə vəfat etmişdir. Maraqlı şəxs ilə paylı mülkiyyətin bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilməmişlər. Sonradan iddiaçıya məlum olmuşdur ki, Astara şəhəri, A.Məmmədov küçəsində yerləşən 136,3 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evinə aid olan çıxarışda (daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli kitabının 51 nömrəli vərəqəsində qeydiyyata alınmış) səhvən 0,33 hektar torpaq sahəsi də göstərilmişdir. Ona görə də iddiaçının mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur. Bununla bağlı o, cavabdeh təşkilata müraciət etmiş, cavabdeh fərdi yaşayış evinin qeydiyyatı aparılan zaman texniki səhvə yol verildiyini bildirmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibəti (etiraz): Hazırki iş üzrə İddiaçı tərəfindən ona çatan payış müəyyən olunması barədə 10 saylı Lənkəran Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə müraciət olunmuşdur. Daşınmaz Əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə ki, 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin qanuniliyi və əsaslığı baxımından tam araşdırılması və müvafiq ekspertizanın təyin olunması ilə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişlər. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Maraqlı şəxs iddia ərizəsinə etiraz edərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi və digər üçüncü şəxslər X21 və X17 məhkəmə iclasına gəlməmişlər və gəlməmələri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və digər üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, cavabdeh inzibati orqan kimi təsnif olunmuşlar. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Öhdəliyin icrası haqqında ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə isə inzibati məhkəmə icraatı qaydasında baxılır”. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nörməli Qərarının 17-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. ... Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Astara rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddia mümkün iddiadır. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-Ə-0089/8/2023 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 0.36 ha torpaq sahəsinə Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 13 saylı qərarı ilə onun və ailə üzvlərinin adına JN-016A nömrəli Şəhadətnamə işlənilmişdir. Sözügedən fərdi yaşayış evinin qeydiyyatı aparılan zaman texniki səhv nəticəsində torpaq sahəsi yalnız atası X4 adına verilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirirlər ki, halhazırki mülkiyyətçi ilə aralarında olan mübahisə səbəbindən buraxılmış texniki səhvin Ərazi İdarəsi tərəfindən düzəlişi mümkün olmamışdır, odur ki, qeyd olunan məsələ ilə bağlı məhkəməyə müraciət etməlidir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışının surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 136.3 kv/m torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində 20/24 hissə Maraqlı şəxs, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə 1/24 hissə İddiaçı adına qeydə alınmışdır. Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-016A nömrəli, (KOD ********) seriyalı Şəhadətnamənin surətindən görünür ki, X12 və ailə üzvləri X14, X9, İddiaçı, X15, Maraqlı şəxs, X8 Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli, 18 saylı qərarı ilə verilmiş 0,36 hektar həyətyanı sahə mülkiyyətinə verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışının surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 136.3 kv/m torpaq sahəsi ********* qeydiyyat nömrəsi ilə xx.xx.2008-ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində 1/24 hissə X9, ********* qeydiyyat nömrəsi ilə xx.xx.2008-ci il tarixdə 1/24 hissə İddiaçı, Əbülfət Babakişi oğlunun, ********* qeydiyyat nömrəsi ilə xx.xx.2008-ci il tarixdə 1/24 hissə İddiaçı, X15, ********* qeydiyyat nömrəsi ilə xx.xx.2008-ci il tarixdə 1/24 hissə X8, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə 20/24 hissə Maraqlı şəxs adına qeydə alınmışdır. Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında 06 noyabr 2007-ci il tarixli Şəhadətnamənin surətindən görünür ki, Astara rayon dövlət notariat kontoru tərəfindən 04 noyabr 2004-cü ildə təsdiq edilən və reyestrdə 2-V-1-61 nömrə ilə qeyd olunan vəsiyyətnaməyə əsasən 05 aprel 2005-ci ildə vəfat etmiş X5 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi Astara şəhəri, S.Vurğun küçəsi 25 saylı evdə yaşayan oğlu Maraqlı şəxsdur. Vəsiyyətnamə verilən miras əmlak – Azərbaycan Respublikası DƏDRX-nin Lənkəran şəhər Ərazi İdarəsi tərəfindən 1 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində xx.xx.2006-cı ildə qeydiyyata alınan, reyestr **********24-10301, qeydiyyat nömrəsi– 220601786 olan, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH-0001091 saylı Çıxarışa və 13 oktyabr 2007-ci il tarixli 839 saylı arayışa əsasən mərhuma məxsus olmuş, Astara şəhəri, S.Vurğun küçəsində mülkiyyətində olan 0.33 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 79.1 kv.metr yaşayış, 60.2 kv.metr köməkçi sahədən ibarət 25 saylı fərdi yaşayış evinin məcburi pay paydan əlavə çatan hissəsindən ibarətdir. Reyestrdə 2-V-01-147 nömrə ilə qeyd edilib. Astara rayon Məhkəməsinin 2-170/2006 nömrəli, 10 iyul 2006-cı il tarixli Qətnaməsinə əsasən ərizəçi Maraqlı şəxs ərizəsi təmin edilərək, Astara şəhəri, S.Vurğun küçəsi 25-də yerləşən 1971-ci ildə tikilmiş 114,23 kv.metr yaşayış sahəsi olan otaq və eyvandan ibarət evin mərhum X4 mülkiyyət hüququ üzrə daşınmaz əmlakına sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi qət edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli Çıxarışının surətindən görünür ki, X3 şəhəri, Səməd Vurğun küçəsində mülkiyyətində olan 0.33 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 79.1 kv.m yaşayış, 60.2 kv.m köməkçi sahədən ibarət 25 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində qeydiyyata alınmışdır. Reyestr nömrəsi – **********24- 10301; qeydiyyat nömrəsi – 220601786; qeydiiyat tarixi – xx.xx.2006-cı il. Ər – arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən 06 noyabr 2007-ci il tarixli Şəhadətnamənin surətindən görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 32-ci maddəsinə əsasən 05 aprel 2005-ci ildə vəfat etmiş X2 qalmış Astara şəhəri, S.Vurğun küçəsi 25-də yaşayan arvadı – X18 nikah müddətində əldə etdikləri ümumi birgə əmlakının ½ hissəsində mülkiyyət hüququ vardır. X19 mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlak – Azərbaycan Respublikası DƏDRXnin Lənkəran şəhər Ərazi İdarəsi tərəfindən 1 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində xx.xx.2006-cı ildə qeydiyyata alınan, reyestr **********24-10301, qeydiyyat nömrəsi – ********* olan, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH-0001091 saylı Çıxarışa və 13 oktyabr 2007-ci il tarixli 839 saylı arayışa əsasən mərhuma məxsus olmuş, Astara şəhəri, S.Vurğun küçəsində mülkiyyətində olan 0.33 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 79.1 kv.metr yaşayış, 60.2 kv.metr köməkçi sahədən ibarət 25 saylı fərdi yaşayış evinin ikidə bir hissəsindən ibarətdir. Qanun üzrə vərəsəlik hüququ haqqında 06 noyabr 2007-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən təsdiq edilmişdir ki, 05 aprel 2005-ci ildə vəfat etmiş X6 vərəsələri: ünvan 1 evdə yaşayan arvadı X25, və həmin evdə yaşayan övladları: Maraqlı şəxs, İddiaçı, X21,X17 və X16 miras əmlakdan 1/24 hissələrdə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak – Azərbaycan Respublikası DƏDRX-nin Lənkəran şəhər Ərazi İdarəsi tərəfindən 1 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində xx.xx.2006-cı ildə qeydiyyata alınan, reyestr **********24-10301, qeydiyyat nömrəsi – ********* olan, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH-0001091 saylı Çıxarışa və 13 oktyabr 2007-ci il tarixli 839 saylı arayışa əsasən mərhuma məxsus olmuş, Astara şəhəri, S.Vurğun küçəsində mülkiyyətində olan 0.33 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 79.1 kv.metr yaşayış, 60.2 kv.metr köməkçi sahədən ibarət 25 saylı fərdi yaşayış evinin məcburi pay paydan əlavə çatan hissəsindən ibarətdir. Göstərilən miras əmlakın qalan hissəsinə vəsiyyət üzrə vərəsəlik hüququ haqqında və mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Reyestrdə - 2-v-01-148 nömrə ilə qeyd edilib. 15 yanvar 2009-cu il tarixli Müqavilənin surətindən görünür ki, X25 Azərbaycan Respublikası DƏDRX-nin Lənkəran şəhər Ərazi İdarəsi tərəfindən 1 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində qeydiyyata alınan xx.xx.2008-ci il tarixli, qeydiyat nömrəsi 220801432, reyestr nömrəsi **********24-10301, Seriya MH-0003705 nömrəli Çıxarışa 30 aprel 2008-ci ildə verilmiş 22/4/830 saylı arayışına əsasən ona məxsus olan Astara şəhəri, S.Vurğun küçəsində mülkiyyətində olan 0.33 torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 79.1 kv.m yaşayış, 60.2 kv.m köməkçi sahədən ibarət 25 nömrəli fərdi yaşayış evinin ona məxsus 13/24 hissəsini oğlu Maraqlı şəxs bağışlamışdır. X16 1/24 hissə, X17 1/24 hissə, İddiaçı 1/24, X21 1/24 hissələrdə payları özlərində saxlamışlar. Bağışlanan yaşayış evi girov qoyulmamış və həbs altında deyildir. Onun barəsində məhkəmə mübahisəsi yoxdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-2652/2024 nömrəli məktubudan görünür ki, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 136.3 kv.m olan **********24-10301 reyestr nömrəli fərdi yaşayış evinin aid bütün hüquqmüəyyənedici və hüquqverici sənədin arxiv nüsxəsinin təsdiq olunmuş kserosurəti təqdim edilmişdir. Astara rayonu, Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 18 nömrəli qərarı və həmin qərarın verilməsinə əsas olmuş hər-hansı bir sənəd Ərazi İdarəsinin arxivində aşkarlanmamışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli Çıxarışının surətindən görünür ki, X3 şəhəri, Səməd Vurğun küçəsində mülkiyyətində olan 0.33 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 79.1 kv.m yaşayış, 60.2 kv.m köməkçi sahədən ibarət 25 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X15 1/24 hissə, Maraqlı şəxs 7/24 hissə, X9 1/24 hissə, X8 1/24 hissə, İddiaçı 1/24 hissə, X18 13/24 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-60/2-2098/2024 nömrəli məktubundan görünür ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin arxivində mövcud olan DBF siyahıdan və "xxxx" MMC –nin arxivində saxlanılan Astara şəhəri üzrə hətyətyanı torpaq sahəsinə dair subyektlərin siyahılarından (əlyazma və elektron) X10 və onun ailə üzvlərinin adları qeyd edilmiş hissədən, eləcə də Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 18 saylı Qərarından çıxarışların təsdiq olunmuş surəti təqdim edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin fərdi yaşayış evinin Texniki Pasportunun surətindən görünür ki, ünvan 3 ünvana texniki pasport verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli Arayışından görünür ki, Maraqlı şəxs adına aşağıdakı daşınmaz əmlaklar qeydiyyata alınmışdır. Fərdi ev, ünvan 3, paylı mülkiyyət, ********** qeydiyyat nömrəli, xx.xx.2019 tarixli. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli Arayışından görünür ki, Maraqlı şəxs adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2024 tarixli ********** qeydiyyat nömrəli müraciətinə əsasən aşağıdakı daşınmaz əmlaklar qeydiyyata alınmışdır. Fərdi yaşayış evi, Astara şəhəri, A.İ.Məmmədov küçəsi 9, paylı mülkiyyət, ********* qeydiyyat nömrəli, xx.xx.2008-ci il tarixli. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən 839 nömrəli, xx.xx.2006-cı il tarixli Arayışın surətindən görünür ki, X7 Astara şəhəri, Səməd Vurğun küçəsində yerləşən 25 nömrəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Qeydiyyat nömrəsi 220601786, tarixi xx.xx.2006, reyestr kitabı 1, səhifə 51. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası:
24. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır.
26. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının,siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər.
72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsində Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi qeyd edilmişdir. 67.1-ci maddəsinə əsasən Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cümaddəsinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər.
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, - 6 - daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda.
Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir.
«Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır.
"Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir.
«İnzibati iсraat haqqında» AR Qanununun: 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-ci maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-ci maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 46.1-ci maddəsinə əsasən inzibati icraatda iştirak edən şəxslər işin bütün faktiki hallarının müəyyən edilməsinə kömək etməyə, iş üçün əhəmiyyət kəsb edən və onlara məlum olan faktlar barədə məlumat verməyə, özlərində olan zəruri sübutları təqdim etməyə borcludurlar. 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
MƏHKƏMƏNİN MÖVQEYİ
Məhkəmə proses iştirakçılaının izahatlarını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən və tərəflərin verdiyi izahatlardan müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışının surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 136.3 kv/m torpaq sahəsi ********* qeydiyyat nömrəsi ilə xx.xx.2008-ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində 1/24 hissə X9, ********* qeydiyyat nömrəsi ilə xx.xx.2008-ci il tarixdə 1/24 hissə İddiaçı, Əbülfət Babakişi oğlunun, ********* qeydiyyat nömrəsi ilə xx.xx.2008-ci il tarixdə 1/24 hissə İddiaçı, X15, ********* qeydiyyat nömrəsi ilə xx.xx.2008-ci il tarixdə 1/24 hissə X8, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə 20/24 hissə Maraqlı şəxs adına qeydə alınmışdır. İddiaçı hüquqi marağı Daşınmaz əmlakın Dövlət reyestrində 1 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində qeydiyyata alınmış **********24-10301 reyestr nömrəli çıxarışın torpağa aid olan hissədə, yəni 0,33 hektar torpaq sahəsinin ləğv edilməsi, JN-016 A, KOD 80101004 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsidir. İş materialları ilə müəyyən edilir ki, Astara şəhəri, A.Məmmədov küçəsində yerləşən, 0,36 hektar torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında yeddi nəfər (İddiaçı də olmaqla) mülkiyyətçiyə məxsusdur. Bu barədə Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. X1 07 aprel 2005-ci il tarixdə, anaları X25 12 aprel 2012-ci il tarixdə, bacıları X16 isə 29 noyabr 2020-ci il tarixdə vəfat etmişdir. Maraqlı şəxs ilə paylı mülkiyyətin bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilməmişlər. Sonradan iddiaçıya məlum olmuşdur ki, Astara şəhəri, A.Məmmədov küçəsində yerləşən 136,3 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evinə aid olan çıxarışda (daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli kitabının 51 nömrəli vərəqəsində qeydiyyata alınmış) səhvən 0,33 hektar torpaq sahəsi də göstərilmişdir. Məhkəmə qeyd edir ki, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında 06 noyabr 2007-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, Astara rayon dövlət notariat kontoru tərəfindən 04 noyabr 2004-cü ildə təsdiq edilən və reyestrdə 2-V-1-61 nömrə ilə qeyd olunan vəsiyyətnaməyə əsasən 05 aprel 2005-ci ildə vəfat etmiş X5 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi Astara şəhəri, S.Vurğun küçəsi 25 saylı evdə yaşayan oğlu Maraqlı şəxsdur. Vəsiyyətnamə verilən miras əmlak – Azərbaycan Respublikası DƏDRXnin Lənkəran şəhər Ərazi İdarəsi tərəfindən 1 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində xx.xx.2006-cı ildə qeydiyyata alınan, reyestr **********24-10301, qeydiyyat nömrəsi – ********* olan, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH-0001091 saylı Çıxarışa və 13 oktyabr 2007-ci il tarixli 839 saylı arayışa əsasən mərhuma məxsus olmuş, Astara şəhəri, S.Vurğun küçəsində mülkiyyətində olan 0.33 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 79.1 kv.metr yaşayış, 60.2 kv.metr köməkçi sahədən ibarət 25 saylı fərdi yaşayış evinin məcburi pay paydan əlavə çatan hissəsindən ibarət olmuşdur. Lakin cavabdeh inzibati orqan vərəsəlik hüququ haqqında 06 noyabr 2007-ci il tarixli şəhadətnamə qeydə alınmalı hüququlardan kənara çıxaraq 1 mərtəbəli, 3 otaqlı, 79.1 kv.metr yaşayış, 60.2 kv.metr köməkçi sahədən ibarət 25 saylı fərdi yaşayış evinin məcburi paydan əlavə çatan hissəsində qeydiyyat aparmalı olduğu təqdirdə 0,33 ha torpaq sahəsinədə mənzilə uğun paylara bölməklə qeydiyyat aparmışdır. Baxmayaraq ki, vərəsəlik hüququ haqqında 06 noyabr 2007-ci il tarixli şəhadətnamədə müəyyən edilmişdir ki, mərhuma məxsus olmuş, Astara şəhəri, S.Vurğun küçəsində mülkiyyətində olan 0.33 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 79.1 kv.metr yaşayış, 60.2 kv.metr köməkçi sahədən ibarət 25 saylı fərdi yaşayış evinin məcburi pay paydan əlavə çatan hissəsindən ibarətdir. Yəni 0,33 ha torpaq sahəsi ümumilkdə (mərhuma məxsus hissə itisna olamaqla) miras kütləyə daxil olmamışdır. Torpağın mülkiyyətə verilməsinə dair JN-016A nömrəli, (KOD ********) seriyalı Şəhadətnamənin surətindən görünür ki, X12 və ailə üzvləri X14, X9, İddiaçı, X15, Maraqlı şəxs, X8 Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli, 18 saylı qərarı ilə verilmiş 0,36 hektar həyətyanı sahə mülkiyyətinə verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli Çıxarışının surətindən görünür ki, cavabdeh inzibati orqan Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 13 saylı qərarı ilə mərhumun və ailə üzvlərinin adına JN-016A nömrəli Şəhadətnaməni nəzərə almadan fərdi yaşayış evi ilə barabər 0,33 ha torpaq sahəsinidə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X3 şəhəri, Səməd Vurğun küçəsində mülkiyyətində olan 0.33 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 79.1 kv.m yaşayış, 60.2 kv.m köməkçi sahədən ibarət 25 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X15 1/24 hissə, Maraqlı şəxs 7/24 hissə, X9 1/24 hissə, X8 1/24 hissə, İddiaçı 1/24 hissə, X18 13/24 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə yuxarıda qeyd edilənlərdən çıxış edərək hesab edir ki, Daşınmaz əmlakın Dövlət reyestrində 1 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində qeydiyyata alınmış **********24-10301 reyestr nömrəli çıxarışın torpağa aid olan hissədə, yəni 0,33 hektar torpaq sahəsi ləğv edilməlidir. Cavabdeh inzibati orqan imtinasında və etirazında qeyd edir ki, sözügedən fərdi yaşayış evinin qeydiyyatı aparılan zaman texniki səhv nəticəsində torpaq sahəsi yalnız atası X4 adına verilmişdir. Hal-hazırki mülkiyyətçi ilə aralarında olan mübahisə səbəbindən buraxılmış texniki səhvin Ərazi İdarəsi tərəfindən düzəlişi mümkün olmamışdır, odur ki, qeyd olunan məsələ ilə bağlı məhkəməyə müraciət etməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə baxılarkən işin bütün hallarını araşdırılmamışdır. Başqa sözlə, cavabdeh inzibati orqan tərəfindən "İnzibati icraat haqqında" Qanunun yuxarıda qeyd edilən müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparılmamışdır. Bununla da, “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş qanunçuluq və mötəbərlik prinsipinin iddiaçıya münasibətdə pozulmasına gətirib çıxarmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Bununla yanaşı müəyyən edilmişdir ki, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 13 saylı qərarı əsasında verilmiş JN-016A nömrəli Şəhadətnamədə torpaq sahəsi ölçüsü 0,36 ha qeyd edilsədə iddiaçı faktiki vəziyyətdə torpaq sahəsinin 0,33 ha olması ilə razılaşmış həmin hissəyə dair hər hansı mübahisə olmadığını qeyd etmişdir. Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində qeydiyyata alınmış **********24-10301 reyestr nömrəli çıxarışın 0,33 hektar torpaq sahəsinə aid hissədə ləğv edilməsi, mülkiyyət hüquqları JN- 016 A, KOD 80101004 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş üzrə prosessual xərc yoxdur.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddiaçı iddia tələbi təmin edilsin. “Daşınmaz əmlakın Dövlət reyestrində 1 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində qeydiyyata alınmış **********24-10301 reyestr nömrəli çıxarışın 0,33 hektar torpaq sahəsi hissində ləğv edilsin, mülkiyyət hüquqları JN-016 A, KOD 80101004 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Sədrlik edən Şahəli Musayev