Məhkəmə qərarları › İş №2-1(120)-1334/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1334/2024

28.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1334/2024 28.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Masallı rayon Polis şöbəsinə qarşı “xx.xx.2023-cü il tarixli, 3-13- 97/Ə(ş/h) 75/2023 saylı əmrin ləğv edilməsi və xx.xx.2023-cü il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Masallı rayon Polis şöbəsinin PPXB-nin polis nəfəri vəzifəsinə bərpa edilməyinin bir vəzifə olaraq cavabdehin üzərinə qoyulması barədə” tələbinə dair iddiası üzrə inzibati işə 28 noyabr 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 Təsviri hissə: İddiaçı cavabdeh Masallı rayon Polis şöbəsinə qarşı “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Masallı rayon Polis şöbəsinin rəisi Azay Ağayev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 3-13-97/Ə(ş/h) 75/2023 saylı əmrinin ləğv edilməsi və xx.xx.2023-cü il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Masallı rayon Polis şöbəsinin PPXB-nin polis nəfəri vəzifəsinə bərpa edilməyinin bir vəzifə olaraq cavabdehin üzərinə qoyulması barədə” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehlərə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1995-ci il tarixdə anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra ordu sıralarında xidmət etməyə getmiş və vətən qarşısında borcunu yerinə yetirərək xidmətini başa vurub qayıtmışdır. xx.xx.2016-ci il tarixdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Masallı Rayon Polis Şöbəsində polis nəfəri kimi işləyir. Xidmət etdiyi vaxtlarda Azərbaycan Respublikasının Qanunlarına riayət etmiş və rəhbərliyin qanun çərçivəsində verdiyi bütün göstərişlərini layiqincə yerinə yetirmişdir. Lakin bütün bunlara baxmayaraq “Azərbaycan Respublikası X26nda xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən, guya “X26 əməkdaşlarının adına ləkə gətirən hərəkətlər etdiyinə görə” xx.xx.2023-cü il tarixli əmrlə X26ndan xidmətdən xaric edilmişdir. Qeyd edir ki, işdən azad olunmağı barədə göstərilən səbəb yalan və böhtandır. O, Azərbaycan polisinin adına ləkə gətirəcək heç bir hərəkət etməmişdir. Xahiş edir ki, göstərilən səbəblər köklü şəkildə araşdırılsın. Onun təmiz adı bərpa olunsun. İşdən azad olunması barədə əmri aldıqdan sonra qanuna müvafiq olaraq ilk öncə Mediasiya şurasına müraciət etmişdir. Hazırda da məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən, iddiasının təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və cavabdeh Masallı şəhər Polis şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən, məhkəmə İddiaçı və cavabdeh Masallı şəhər Polis şöbəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə iddiaçını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; Masallı Rayon Polis Şöbəsinin 20 iyun 2023-cü il əmrindən görünür ki, Masallı RPŞnin PPXB-nin polis nəfəri Polis serjantı İddiaçı Masallı Rayon Polis Şöbəsinin 20 iyun 2023-cü il əmri ilə «Azərbaycan Respublikasının X26nda xidmət keçmə haqqında Əsasnamə»yə müvafiq olaraq 135-ci maddənin 9-cu bəndinə əsasən( X26 əməkdaşının adına ləkə gətirən hərəkətlər etdiyiniə görə),X26nda xidmətdən xaric edilmişdir. RPŞ-nin TQ-nin kiçik inspektorunun xx.xx.2023-cü il tarixli raportunda qeyd edilmişdir ki, aparılmış xidməti təhqiqat nəticəsində şöbənin PPXB-nin polis nəfəri, polis serjantı İddiaçı xx.xx.2023-cü il tarixdə saat 23:05-də xidmətdən sonra istirahətdə olduğu vaxt Masallı rayon ərazisində olan “Lanur” şadlıq sarayında toy məclisində iştirakı zamanı əmisi oğlu X1 olduğundan onunla mübahisə etdiyi üçün vuraraq özündən uzaqlaşdırmaq istədiyini, digər tanımadığı şəxslər tərəfindən aralarında yaranan dava-dalaşın dayandırılmasından sonra oradan uzaqlaşdığı və araşdırma zamanı qeyri səmimilik göstərməklə xidmətdə və xidmətdən kənar vaxtlarda X26nın əməkdaşı adını uca tutmalı, etik normalara ciddi əməl etməli başqalarının hüquq qaydasını pozmaqdan çəkindirməli, insan və vətəndaş hüquqlarını müdafiə etməli olduğu halda qeyd olunanlara riayət edilmədiyindən müəyyən hərəkətlərinə ictimai təsir və müvafiq intizam tədbirlərinin tətbiq edilməsi məsələsinə baxılması üçün şöbənin sıravi və kiçik rəis heyətinin yığıncağında müzakirəyə çıxarılmış və DİO-da xidmətdən xaric olunması barədə qərar qəbul edilmişdir. Odur ki, PPXB-nin polis nəfəri, polis serjantı İddiaçı barəsində araşdırma materialının şöbənin sıravi və kiçik rəis heyətinin yığıncağının qərarının icra edilməsindən ötrü aidiyyəti üzrə göstəriş verməyinizi Sizdən xahiş edirəm. Masallı rayon şöbəsinin Siravi və kiçik rəis heyətinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, polis serjantı İddiaçı xidmətdə və xidmətdən kənar vaxtda nalayiq hərəkətlərə yol verdiyi üçün xidmətdən xaric olunmuşdur. Masallı RPŞ-nin TB-nin materialların istintaq aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Masallı rayonu Qədirli kəndində qeydiyyatda olan və yaşayan X8 X3 döyülməsi faktı ilə bağlı Masallı RPŞ-də toplanmış material araşdırmanın davam etdirilməsindən ötrü aidiyyatı üzrə Masallı rayon Prokurorkuğuna göndərilmişdir. Masallı rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, DİN-nin Baş Mühafizə İdarəsinin Masallı Rayonalarası Mühafizə bölməsində polis nəfəri, polis serjantı vəzifəsində işləyən Masallı rayonu Qədirli kənd sakini X9 xx.xx.2023-cü il tarixdə Masallı RPŞ-nə ərizə ilə müraciət edərək 03.06..2023-cü il tarixdə istirahətdə olduğu zaman Masallı şəhəri ərazisində yerləşən ”Lanur” şadlıq sarayında toy şənliyində olarkən əmisi oğlu və həmkəndlisi Masallı RPŞ-nin PPXB-də polis nəfəri, polis serjantı vəzifəsində işləyən İddiaçı tərəfindən döyülərək xəsarət almasını göstərmişdir. Müraciət üzrə Masallı RPŞ-nin Təhqiqat bölməsində araşdırma aparılır. İlkin araşdırma zamanı İddiaçı izahatında göstərmişdir ki, baş vermiş hadisə zamanı spirtli içkinin təsiri altında olmuşdur. Eyni zamanda xx.xx.1980-ci il təvəllüdlü, Masallı rayonu Qədirli kəndində qeydiyyatda olan və yaşayan X18 xx.xx.2023-cü il tarixdə Masallı RPŞ-yə ərizə ilə müraciət edərək əmisi oğlu Masallı Rayonalarası Mühafizə bölməsində polis nəfəri, polis serjantı vəzifəsində işləyən X9 tərəfindən xx.xx.2023-cü il tarixdə Masallı rayonu Qədirli kəndində döyülərək xəsarət almasını göstərmişdir. Bundan başqa Masallı RPŞ-nin PPXBdə polis nəfəri, polis serjantı vəzifəsində işləyən İddiaçı anası X4 xx.xx.2023-cü il tarixdə Masallı RPŞ-yə ərizə ilə müraciət edərək göstərmişdir ki, qaynı oğlu Masallı RPŞ-nin PPXB-də polis nəfəri, polis serjantı vəzifəsində işləyən X11 tərəfindən döyülərək yüngül dərəcəli bədən xəsarəti almasını göstərmişdir. Daxil olmuş müraciət üzrə toplanmış xx.xx.2023-cü il tarixdə Masallı rayon Prokurorluğuna göndərilmişdir. Toplanmış material rayon prokurorluğunda araşdırılmış araşdırma zamanı X10 Zeynalov tərəfindən döyülməsi faktı təsdiqini tapmadığından xx.xx.2023-cü il tarixdə toplanmış material üzrə Azərbaycan Respublikasının CPM-nin 39.1.1 maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Buna baxmayaraq X4 müxtəlif instansiyalara əsassız olaraq dəfələrlə şikayətlər etmişdir. Bundan başqa X18 xx.xx.2023-cü il tarixdə Masallı RPŞ-nə ərizə ilə müraciət edərək əmisi X6 onu qızı Təranə Zeynalovanı döyməsini göstərsə də, aparılmış araşdırma zamanı sonuncunun döyülməsi faktı təsdiqini tapmadığından material üzrə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının CPM-nin 39.1.1 maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş və tərəflər arasında profilaktik söhbətlərin aparılması üçün qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir. X2 xx.xx.2023-cü il tarixdə DİN-in 102 xdmətinə zəng edərək X8 onun paybəlli torpaq sahəsinə girib öldürürlər deməsi barədə verdiyi məlumat əsasında araşdırma aparılmış, araşdırma zamanı fakt təsdiqini tapmadığından xx.xx.2023-cü il tarixdə toplanmış material üzrə Azərbaycan Respublikasının CPM-nin 39.1.1 maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Göstərilənlərlə bağlı tərəflər dəfələrlə RPŞ-nin rəhbərliyi tərəfindən qəbul edilərək onlarla izahedici söhbətlərin aparılmasına baxmayaraq polisin adına və nüfuzuna xələl gətirən hərəkətlər etməyə davam etmişlər. Təhqiqat bölməsində aparılan araşdırma üzrə Masallı RPŞ-nin PPXB-də polis nəfəri, polis serjantı vəzifəsində işləyən İddiaçı baş vermiş hadisə zamanı etik davranış qaydalarını pozub-pozmaması barədə yazılmış raport əsasında RPŞ-inn rəis köməkçisi tərəfindən xidməti araşdırma aparılır. Masallı RPŞ-nin rəisinin ŞHİÜ koməkçisinin xx.xx.2023-cü il tarixli rəyində qeyd edilmişdir ki, fakt üzrə xidməti yoxlama bitmiş hesab edilsin. Şöbənin PPXB-nün polis nəfəri, polis serjantı İddiaçı xx.xx.2023-cü il tarixdə saat 23:05-də xidmətdən sonra istirahətdə olduğu vaxt Masallı rayon ərazisində olan “Lanur” şadlıq sarayında toy məclisində iştirakı zamanı əmisi oğlu X1 olduğundan onunla mübahisə etdiyi üçün vuraraq özündən uzaqlaşdırmaq istədiyini, digər tanımadığı şəxslər tərəfindən aralarında yaranan dava-dalaşın dayandırılmasından sonra oradan uzaqlaşdığı və araşdırma zamanı qeyri səmimilik göstərməklə xidmətdə və xidmətdən kənar vaxtlarda X26nın əməkdaşı adını uca tutmalı, etik normalara ciddi əməl etməli başqalarının hüquq qaydasını pozmaqdan çəkindirməli, insan və vətəndaş hüquqlarının müdafiə etməli olduğu halda qeyd olunanlara riayət edilmədiyi müəyyən olunmuşdur. Bununla da DİN-in 330 nömrəli xx.xx.2009-cu il tarixli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası DİO-da İntizam Nizamnaməsi”nin, həmçinin DİN-in 130 nömrəli xx.xx.2005-ci il tarixli əmri ilə təsdiq edilmiş “DİO X7 Kodeksi”nin maddəslərinin tələblərinin pozduğuna görə şöbənin PPXB-nün polis nəfəri, polis serjantı İddiaçı hərəkətlərinə ictimai təsir və müvafiq intizam tədbirlərinin tətbiq edilməsi məsələsinə baxılması üçün şöbənin sıravi və kiçik rəis heyətinin yığıncağında müzakirəyə çıxarılması məqsədəmüvafiqdir. Əməkdaşının izahatını yazarkən qeyri səmimilik göstərməsi barədə xx.xx.2023-cü il tarixli protokolda qeyd edilmişdir ki, Masallı RPŞ-nin rəisinin ŞHİÜ köməkçisi, polis kapitanı X13 tərtib edirəm bu protokolu xx.xx.2023-cü il tarixli 3-13-97/1-23903/2023 nömrəli materialın icrası ilə əlaqədar Masallı RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı İddiaçı icraatımda olan materialla əlaqədar izahat verən vaxt xx.xx.2023-cü il tarixdə Lanur şadlıq sarayında keçirilən toy şənliyində spirtli içki qəbul etdiyini şifahi olaraq etiraf etsə də izahatında qeyd etməkdən imtina edərək qeyri səmimilik göstərdi. Bundan başqa, RPŞ-nin XÜ rəis müavini polis mayoru Elşən Talıbov , PPXB-nin komandiri polis baş leytenantı İsrahil Mirzəyevlə birlikdə PPXB-nin polis nəfəri polis serjantı İddiaçı şöbə rəhbərliyi tərəfindən qəbul edilərkən xx.xx.2023-cü il tarixdə Lanur şadlıq sarayında keçirilən toy şənliyində spirtli içki qəbul etdiyini şifahi olaraq etiraf etmişdir. xx.xx.2023-cü il tarixli iddiaçı barəsində tərtib edilmiş xasiyyətnamədə qeyd edilmişdir ki, Polis serjantı İddiaçı 2017-ci ildən X26nda, elə həmin vaxtdan da Masallı rayon polis şöbəsinin post patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. Masallı RPŞ-də xidmət etdiyi müddətdə özünü yaxşı cəhətdən göstərməyə çalışsa da buna nail ola bilməmişdir. Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirməyi bacarmır. Öz xidmət sahəsinin işini nizamlayan əmr və göstərişlərilərdən gündəlik xidməti fəaliyyətində onlardan düzgün istifadə etməyə səy göstərmir. Peşə və fiziki hazırlığı təlimlərində fəallıq göstərmir, işinin öhtəsindən gəlmir, xidməti fəaliyyətində qanunçuluğa ciddi riayət etmir. Rayonda ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizə və keçirilən kütləvi tədbirlərdə yaxından iştirak etsədə, xidməti işini şöbənin digər xidmət sahəsi əməkdaşları ilə əlaqəli qurmağı bacarmır. Xasiyyətcə çılğındır, vətəndaşlarla münasibətdə, davranışlarına nəzarət edə bilmir. Tutulan iradlardan nəticə çıxartmayaraq DİN-in X27nin tələblərin pozaraq xidmətdə və xidmətdən xidmətdən kənar vaxtlarda cəmiyyətdə polisin nüfuzuna ciddi xələl gətirən hərəkətlərə yol verir. X16 izahatında qeyd edilmişdir ki, mənə verilən suallara cavab olaraq bildirirəm ki, 2007-ci ildən DİO-da, 2019-cu ildən isə tutduğum vəzifədə xidmət edirəm. Bildirirəm ki, DİN-nin Baş Mühafizə rəisinin Masallı Rayonalarası Mühafizə bölməsində polis nəfəri, polis serjantı vəzifəsində işləyən X9 xx.xx.2023-cü il tarixdə Masallı RPŞ-yə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixdə Masallı şəhəri ərazisində yerləşən Lanur şadlıq sarayında toy şənliyində olarkən əmisi oğlu Masallı RPŞ-nin PPXB-də polis nəfəri, polis serjantı vəzifəsində işləyən İddiaçı tərəfindən döyülərək xəsarət alması barədə müraciət etmiş və araşdırılması Təhqiqat bölməsinin təhqiqatçısı polis mayoru Zaur Zeynalova həvalə edilmişdir, əsasında Masallı RPŞ-nin təhqiqat bölməsində araşdırma aparılır. X3 izahatı alınmış və müvafiq olaraq məhkəmə tibbi ekspertizası müayinəsinə təqdim edilmişdir, daxil olmuş müraciət üzrə əsasında araşdırma davam etdirilir. xx.xx.2023-cü il tarixdə X3 müraciət etdikdən sonra bu barədə RPŞ-nin rəisinə raportla məruzə etmişəm. Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi "Məhkəmə-Tibbi Ekspertiza və X15" X25 xx.xx.2023-cü il tarixli, 506 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 1990-ci il təvəllüdlü vət. X3 məhkəmə tibbi müayinəsinə əsasən,hadisə haqqındakı ilk məlumatı nəzərə alaraq və verilən suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlirəm: Vət. X5 yuxarı dodağın haşiyəsində, sağ və sol dirsək nahiyəsində sıyrıq, başın təpə və ənsə nahiyəsinin qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir,yumruqla vurulma nəticəsində əmələ gələ bilərdi,törənmə müddəti qərarda qeyd olunan 03 iyun 2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Masallı rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında qeyd edilmişdir ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış 131-C-23 saylı materialda Masallı Rayonlarası Mühafizə Şöbəsinin polis nəfəri X17 və Masallı RPŞ-nin PPXT-nın polis nəfəri İddiaçı əməllərini cinayət tərkibi olmadığından həmin xüsusat üzrə material üzrə cinayət işi başlanması rəi edilsin. X9 və İddiaçı əməlim Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olasa da qarşıiu şəkildə barışdıqlarına görə həmin məcəlləsinin 39.1 və 53.1.9-cu maddələrinə əsası onların barəsində inzibati xəta haqqında iş üzrə icaat başlanmasın. X9 və İddiaçı yuxarıda qeyd olunan hərəkətləri ilə "X26 X7 Kodeksi"inin tələblərinin pozulubpozulmamasının araşdırılması və nəticəsindən asılı olaraq tədt görülməsi üçün Masallı Rayonlararası Mühafizə Şöbəsinə və Masallı RPŞ-nə məktub göndərilsin. Qəbul edilmiş qərarın surəti maraqlı tərəflərə göndərilməklə, qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, prokurora, yuxarı prokuror və ya məhkəməyə şikayət etmək hüququnun olması onlara izah edilsin. Qəbul edilmiş qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həya keçirən Masallı rayon prokuroruna təqdim edilsin. Material saxlanılması üçün rayon prokurorluğunun arxivinə verilsin. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: «Polis haqqında» AR Qanununun 1-ci maddəsinə görə polis – Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır, polis əməkdaşı – polis orqanlarında müəyyən vəzifə tutan və bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur. Həmin Qanunun 13-cü maddəsinə görə səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş davranış qaydalarına riayət etmək polis əməkdaşının ümumi vəzifələrindən biridir. Həmin Qanunun 33-cü maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə, polis əməkdaşı intizam məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikasının 19 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının X26nda xidmət keçmə haqqında» Əsasnamənin 108-ci maddəsinə görə X26nda xidməti intizam – əməkdaşlar tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və bilavasitə rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir. Əsasnamənin 114-cü maddəsinə görə xidməti intizam qaydalarını pozmağa görə X26nın əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: məzəmmət, töhmət, şiddətli töhmət, xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq, tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə, xüsusi rütbənin bir pillə aşağı salınması, xidmətdən xaric edilmə. Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən X26nın əməkdaşı X26 əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə xidmətdən xaric edilə bilər. Azərbaycan Respublikası Daxili İşlər nazirinin xx.xx.2005-ci il tarixli 130 №-li əmri ilə təsdiq edilmiş X26 X7 Kodeksinin 22-ci maddəsində də göstərilir ki, davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, X26 əməkdaşının adına xələl gətirən ləyaqətsiz hərəkət kimi qiymətləndirilir və «Azərbaycan Respublikası X26nın intizam nizamnaməsi»ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən, buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 8 aprel 2005-ci il tarixli 130 nömrəli əmri ilə təsdiq edlmiş «X26 X7 Kodeksi»nin müddəalarında DİO əməkdaşları ilə bağlı aşağıdakı tələblər nəzərdə tutulmuşdur: - (maddə 1) Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır; - (maddə 2) Anda, xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir. Daim yadda saxlamalıdır ki, hətta bir əməkdaşın Andını pozması, xidməti borcunu yerinə yetirməməsi və nalayiq hərəkətə yol verməsi, bir çox əməkdaşın fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə sala bilər; - (maddə 6-1) Xidməti vəzifələrin icrası ilə bir araya sığmayan və polis əməkdaşı adına xələl gətirə biləcək, habelə xidmət keçdiyi və başqa dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir; - (maddə 13) İcrasının mümkün olmayacağını qabaqcadan bildiyi (və ya bilməli olduğu) öhdəlikləri (borc pul, kirayə və s.), üzərinə götürməməlidir. Üzərinə götürdüyü öhdəlikləri müəyyənləşdirilmiş şərtlərə uyğun icra etməlidir; - (maddə 14) İş qrafikinə və zərurət yarandıqda tətbiq olunan xüsusi xidmət rejiminə ciddi riayət etməli, xidmət yerinə vaxtında gəlib vaxtında getməli, üzürsüz səbəbdən xidmətdən yayınma hallarına yol verməməli, fövqəladə hallar istisna olmaqla, birbaşa rəislərin icazəsi olmadan xidmət yerini tərk etməməlidir. Birbaşa rəislərinin ilk çağırışı ilə, eləcə də, təbii fəlakətlər, geniş miqyaslı texnogen qəzalar, yanğınlar, iğtişaşlar və sair fövqəladə hadisələr baş verdikdə çağırışsız xidmət yerinə gəlməlidir. Xidmətdə olarkən vaxtını xidməti vəzifələrindən kənar işlərə sərf etməməlidir. - (maddə 17) Müxtəlif məsələlərlə bağlı keçirilən xidməti təhqiqat və ya yoxlama zamanı verilən sualları tam və səmimi cavablandırmalı, obyektivliyin təmin edilməsinə köməklik göstərməlidir; - (maddə 21) Xidmətdə və həyatda təvazökar olmalı, vəzifə üzrə irəli çəkilməsi, mükafatlandırılması, imtiyazların əldə edilməsi üçün müəyyən olunmuş qaydalara zidd yollar axtarmamalı, kənar vasitəçilərin bu məsələyə müdaxiləsini qətiyyətlə rədd etməlidir; - (maddə 22) Davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, X26 əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və "Azərbaycan Respublikası X26nın intizam nizamnaməsi"ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması X26 əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. X26 əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən, buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir. Göründüyü kimi, qanunverici X26nda xidmət keçmənin qayda və şərtlərini, təsbit olunan normaları, xidməti intizam qaydalarını pozan əməkdaşlara tətbiq edilən intizam tənbehlərinin dairəsini konkret müəyyənləşdirmiş, həmin sıraya daxil olan “xidmətdən xaric edilmə” tədbirinn tətbiqini isə, başqa hallarla yanaşı onun X26 əməkdaşı adına ləkə gətirən hərəkətə yol verməsi ilə şərtləndirir. Bundan başqa, qanunvericilik müəyyən olunmuş davranış qaydalarına riayət edilməsini polis əməkdaşının ümumi vəzifəsi kimi də nəzərdə tutur. Hansı ki, bu davranış qaydalarına qanunvericiliyə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etmək, bu işdə digər şəxslərə nümunə olmaq, xidməti təhqiqat zamanı səmimilik göstərmək, asayişi qorumaq, xidmət zamanı və xidmətdən kənar vatda da polis əməkdaşı adına ləkə gətirməmək, polis adını uca tutmaq da daxildir. Hazırkı işin hallarına görə isə, mübahisələndirilən inzibati akt, yəni iddiaçının X26ndan xaric edilməsi barədə 20 iyun 2023-cü il tarixli, 3-13-97/Ə(ş/h)75/2023 nömrəli əmr cavabdeh inzibati orqan AR Daxili İşlər Nazirliyi Masallı rayon Polis Şöbəsi tərəfindən iddiaçının hərəkətlərini “X26 əməkdaşı adına ləkə gətirən” qismində qiymətləndirməklə qəbul etmişdir. Məhkəmə müəyyən edir ki, əmrin verilməsi üçün əsas olan sənədlərdə iddiaçı PPXB-nin polis nəfəri, polis serjantı İddiaçı xx.xx.2023-cü il tarixdə saat 23:05-də Masallı rayon ərazisində yerləşən “Lanur” şadlıq sarayında toy məclisində iştirakı zamanı əmisi oğlu X9 ilə aralarında yaranmış mübahisə nəticəsində onu vurduğu, aralarında dava-dalaşın yarandığı və iddiaçının şifahi izahatı zamanı içkili olduğunu bildirsə də yazılı izahatında həmin faktı yazmaqdan imtina edərək qeyri-səmimilik göstərdiyi öz təsdiqini tapmışdır. Məhkəmə mövcud qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək, eyni zamanda işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının hərəkətlərində polis əməkdaşının adına və nüfuzuna xələl gətirən hərəkətlərin yol verilməsi halı müəyyən edildiyi üçün xidmətdən xaric edilməsinə dair qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 3-13-97/Ə(ş/h) 75/2023 nömrəli əmr qanuna zidd sayıla bilməz, iddiaçının əmrin ləğv edilməsi tələbi əsassızdır. “Məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbi də birinci tələbdən asılı olduğundan, əsaslı sayılmamalıdır. Polis əməkdaşı nəinki xidmət zamanı, həmçinin xidmətdən kənar vaxtda belə polis nəfərinin adına ləkə gətirən hərəkət etməməlidir, və statusunu daim uca tutmalıdır. Respublikada asayişin qorunmasına polis əməkdaşları nəzarət edir. Bu xidməti borcunu nəzərə alaraq iddiaçının özünün asayişi pozması, dava-dalaş salması onun vəizfəsi və tutduğu mövqe ilə bir araya sığan hərəkət hesab edilə bilməz. Və cavabdeh inzibati orqanın gəldiyi nəticə, yəni İddiaçı xidmətdən xaric olunması onun güddüyü qanuni məqsədə mütənasib olmuşdur, iddiaçının hər hansı qanunla müəyyən edilmiş hüquqlarının pozulması ilə nəticələnməmişdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1512/2021 saylı, 2-1(102)-2172/2021 saylı, 2- 1(102)-327/2022 saylı, 2-1(102)-374/2022 saylı qərarlarında da yuxarıda qeyd edilən mövqedən çıxış etmiş və qeyd etmişdir ki, iddiaçı hüquq mühafizə əməkdaşına xas şəxsi keyfiyyətə malik olmamış, xidməti borcuna sədaqət göstərməmiş, X26 X7 kodeksinin tələblərinə sözsüz əməl edəcəyi barədə üzərinə götürdüyü öhdəliyi və xidməti borcunu yerinə yetirməmiş, fəaliyyətini ictimai maraqlara uyğun, habelə cəmiyyətdə polis əməkdaşına olan etimadın artırılması məqsədləri üzərində qurmamış, xidmətin əsas meyarı kimi intizamlılıq göstərməmiş, bununla da xidməti intizamı və etik davranış qaydalarını mütəmadi olaraq pozmuş, nəticədə X26nda xidmətdən xaric edilmişdir. Qeyd olunanların məcmusunda məhkəmə belə qənaətə gəlir ki, qulluq dövründə İddiaçı yuxarıda qeyd olunan hərəkətlərini cavabdeh inzibati orqan AR Daxili İşlər Nazirliyi Masallı rayon Polis şöbəsi haqlı olaraq X26nın əməkdaşının adına ləkə gətirən hal qismində qiymətəndirmişdir. Cavabdeh AR Daxili İşlər Nazirliyi Masallı rayon Polis şöbəsinin apardığı inzibati icraat üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 3-13-97/Ə(ş/h) 75/2023 əmri əlverişsiz inzibati akt kimi «İnzibati icraat haqqında» AR Qanununun 17-ci maddəsi baxımından da mütənasibdir. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 58.7-ci maddəsinə əsasən əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə toplanmış, şifahi məhkəmə iclasında tədqiq edilmiş və proses iştirakçılarının öz mülahizələrini bildirdikləri sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Masallı rayon Polis şöbəsinə qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Masallı rayon Polis şöbəsinin rəisi Azay Ağayev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 3-13-97/Ə(ş/h) 75/2023 saylı əmrinin ləğv edilməsi və xx.xx.2023-cü il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Masallı rayon Polis şöbəsinin PPXB-nin polis nəfəri vəzifəsinə bərpa edilməyinin bir vəzifə olaraq cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. İş materiallarından görünür ki, iş üzrə hər hansı prosessual xərc mövcud deyildir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı cavabdeh Masallı rayon Polis şöbəsinə qarşı “xx.xx.2023-cü il tarixli, 3-13- 97/Ə(ş/h) 75/2023 saylı əmrin ləğv edilməsi və xx.xx.2023-cü il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Masallı rayon Polis şöbəsinin PPXB-nin polis nəfəri vəzifəsinə bərpa edilməyinin bir vəzifə olaraq cavabdehin üzərinə qoyulması barədə” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar