Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1336/2022 02.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı « yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 02 dekabr 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmağını, xx.xx.1978-ci ildən xx.xx.1979cu ilə kimi X4 İdarəsində 1 nömrəli avtokolonda 2-ci dərəcəli avtoçilingər peşəsində, xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilə kimi lıəmin idarədə 3-cü dərəcəli avtoçilingər peşəsində, xx.xx.1979-cu ildəıı İ5.09.1980-ci ilə kimi X7 İdarəsində 3-cü dərəcəli avtoçilingər peşəsində, xx.xx.1980-ci ildən xx.xx.1981-ci ilə kimi həmin idarədə anbardar öhdəliklərinin ona həvalə olunması yolıı ilə, xx.xx.1981-ci ildən xx.xx.1983-ci ilə kimi “Muradxanlıneft” NQÇİ-nin Xüsusi texnika və nəqliyyat sexində 3-cü dərəcəli çilingər peşəsində, xx.xx.1983-cti ildən xx.xx.1983-cü ilə kimi həmin idarədə 4-cü dərəcəli çilingər peşəsində, xx.xx.1983-cü ildən xx.xx.1988-ci ilə kimi həmin idarədə avtomobil təmiri üzrə 4-cü dərəcəli çilingər peşəsində, xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilə kimi həmin idarədə anbar müdirinin öhdəliklərinin ona həvalə olunması yolu ilə işləməyini staj kimi müəyyən edərək, hərbi xidmətdə olduğu illərin və əmək kitabçasına əsasən işlədiyi illərin sığorta stajı kimi müəyyən edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “hərbi xidmət illəri və işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, yaşa görə əmək pensiyası təyin olunmasından ötrü Dövlət Sosial Müdafiə Fondunun 10 saylı regional ərazi filialına müraciət eimiş və müraciəti araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondıınıın Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmişdir. “Əmək Pensiyaları haqqında” Qanunun 30.1-ci maddəsində göstərilir ki, əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Məmmədov tərəfindən ona ünvanlanmış **********3 saylı 31 yanvar 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensivası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəli orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərlilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə əsasən Qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi döviət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qeyd olunan maddələrin tələblərinə uyğun olaraq təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixinə kimi hərbi xidmət dövrü, eyni zamanda əmək kitabçasında qeyd edilən digər dövrlər nəzərə alınmaqla sığorta stajı 7 il 3 ay 6 gün təşkil etməklə tələh olunan müddətdən (25 ildən) azdır. Əlavə olaraq bildirilmişdir ki, təqdim etdiyi əmək kitabçasının sıırətində qeyd edilmiş xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək İmişli MTT bazasındakı fəaliyyət dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Qeyd edilən dövrlər öz təsdiqini taparsa sığorta stajı 17 il 11 ay 19 gün təşkil edəcək ki, qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Həmçinin məktubda bildirilmişdir ki, xx.xx.2021-ci il tarixli arxiv arayışında qeyd olunan xx.xx.1978-ci il tarixdən xx.xx.1988-ci il tarixədək əmək fəaliyyəti əmək kitabçasında öz əksini tapmadığına görə həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bu səbəbdən də ona yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Bildirir ki, o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsi tərəfindən verilmiş 06 sentyabr 2021-ci il 1297 saylı arayışa əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuş, “SOCAR“ın Baş ofısinin Mərkəzi Arxivinin 15 noyabr 2021-ci il tarixli arayışına əsasən isə xx.xx.1978-ci ildən xx.xx.1988-ci ilədək əvvəlcə X4 İdarəsində, sonra köçürülmə yolu ilə X8 İdarəsində, daha sonra isə köçürülmə yolu ilə “Muradxanlıneft" NQÇİ-nin Xüsusi texnika və nəqliyyat sexində müxtəlif peşələrdə işləmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etməsi qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun tələblərini pozur. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müidafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarında “Əmək peıısiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əınək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalııız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutulmamışdır. Həmin Qaydalarda “Əmək pensiyaları haqqında" Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üiçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü təsbit edilmişdir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən Qanunvericiliklə müəyyən edimiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və miiddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək miiqaviləsi əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin. vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndində göstərilir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı qeyd etdiyi hərəkətlərlə onun konstitusion hüququnu pozur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən məhkəmə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Döviəl Sosial Müdafiə Fondununı Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı üzərinə ona yaşa görə pensiya təyin edilməsindən ötrü qərar qəbul edilməsi öhdəliyi qoya bilər. “Əmək pensiyaları haqqında” Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Məcburetmə haqqında iddianın verilməsi ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruridir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixdə Fonda müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun müraciətə cavab olaraq iddiaçıya ünvanladığı imtina məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin təqdim etdiyi xx.xx.2021-ci il tarixli arayışa əsasən, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək olan hərbi xidmət dövrü də daxil olmaqla və əmək kitabçasında qeyd edilən digər dövrlər nəzərə alınmaqla İddiaçı sığorta stajı 7 il 3 ay 6 gün təşkil edir. Əlavə olaraq bildirilib ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunan xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək İmişli MTT bazasındakı fəaliyyət dövrlərinin araşdırılma zərurəti yaranmışdır. Qeyd edilən dövrlər öz təsdiqini taparsa, İddiaçı sığorta stajı 17 il 11 ay 19 gün təşkil edəcək və bu da qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 7 il 3 ay 6 gün sığorta stajına uyğun olaraq 5525,01 manat təşkil edir və bu da qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır. Bu da öz növbəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildirilib ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.1ci yarımbəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqularının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə X1 Sisteminin Pensiya altsisteminə daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Yarımbəndin tələblərinə uyğun olaraq bildirilib ki, təqdim olunan xx.xx.2021-ci il tarixli arxiv arayışında qeyd olunan xx.xx.1978-ci il tarixdən xx.xx.1988-ci il tarixədək İddiaçı əmək fəaliyyəti əmək kitabçasında öz əksini tapmadığına görə həmin dövrləri sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildirirlər ki, xx.xx.2021-ci il tarixdən yaşa görə 130 manat məbləğində sosial müavinət təyin edilmiş və xx.xx.2022-ci il tarixdən aylıq 180 manat (“Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 20 dekabr 2021-ci il tarixli Fərmana əsasən) olmaqla sosial müavinət ödənişi davam etdirilir. “Əmək perısiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı yaşa görə əmək pensiyası hüququ 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdə yaranmışdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: - fərdi hesabın sıporta hissəsində qevdə alınmıs pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta staiından asılı olmayaraq; - azı 25 il sığorta stajı olduqda. Lakin iddiaçının sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərti ödəmir. İddiaçının mübahisələndirilməyən sığorta stajı xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək olan dövr təşkil edir. İddiaçının mübahisələndirilən sığorta stajı xx.xx.1978-ci il tarixdən xx.xx.1988-ci il tarixədək işlədiyini iddia etdiyi dövr, xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək İmişli MTT bazasındakı işlədiyi dövr təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusu hesab edilir. Qanunun 31.2-ci maddəsinə əsasən, əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsı belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1988-ci il tarixədək işlədiyini iddia etdiyi, xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək İmişli MTT bazasındakı işlədiyi dövrün onun sığorta stajına daxil edilməsi qanunamüvafiq hesab edilmir, bu səbəbdən də onun yaşa görə əmək pensiyası hüququ yaranmır. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan xx.xx.2012-ci il tarixdə İmişli Rayon Polis şöbəsi tərəfindən verilmiş AZE seriyalı 09571974 nömrəli notarial qaydada təsdiq olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə İmişli rayonunun Bəcrəvan kəndində anadan olmuş və İmişli şəhəri, Qaradonlu küçəsi, ev 38 ünvanında yaşayır. İş materiallarında olan 1956-cı il tarixdə doğulmuş İddiaçı məxsus 28 noyabr 1988ci il tarixdə tərtib və notarial qaydada təsdiq olunmuş İT-İ ******* nömrəli əmək kitabçasına əsasən, o, xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək İmişli Təmir Tikinti İdarəsində 1 il 11 ay, xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək İmişli “İstehsalçı” kooperativində 11 ay 5 gün, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək “Qazmaçı” kiçik müəssisəsində 2 il 9 ay 7 gün, xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək İmişli rayon Maddi X10 (xx.xx.1999-cu il tatixdən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir) 10 il 8 ay 11 gün işləmiş və bu müddət ərzində 16 il 3 ay 23 gün iş stajı toplamışdır. İş materiallarında olan İddiaçı iş stajı barədə “SOKAR”-ın Baş ofisi Mərkəzi Arxivinin 15 noyabr 2021-ci il tarixli **********80020123X00323 saylı arayışına əsasən o, xx.xx.1978-ci il tarixdə xx.xx.1978-ci il tarixli 49/k nömrəli əmrlə X4 İdarəsinin 1 nömrəli avtokolonuna 2-ci dərəcəli avtoçilingər peşəsinə işə qəbul olunmuş, xx.xx.1979-cu ildə xx.xx.1979-cu il tarixli 233/k nömrəli əmrlə 3-cü dərəcəli avtoçilingər peşəsinə keçirilmiş, xx.xx.1979-cu ildən xx.xx.1979-cu il tarixli 176-1/k nömrəli əmrlə köçürülmə yolu ilə X8 İdarəsinə 3-cü dərəcəli avtoçilingər peşəsinə işə qəbul edilmiş, xx.xx.1980-ci ildən xx.xx.1980-ci il tarixli 128/k nömrəli əmrlə anbardarın öhdəlikləri ona həvalə olunmuş, xx.xx.1981-ci ildən xx.xx.1981-ci il tarixli 68/k nömrəli əmrlə X8 İdarəsindən köçürülmə yolu ilə “Muradxanlı” Neft-Qaz Çıxarma İdarəsinin Xüsusi texnika və nəqliyyat sexinə 3-cü dərəcəli çilingər peşəsinə işə qəbul edilmiş və anbardarın öhdəlikləri ona həvalə olunmuş, xx.xx.1983-cı ildə 17 nömrəli əmrlə 4-cü dərəcəli çilingər peşəsinə keçirilmiş, xx.xx.1983cü ildən 439 nömrəli əmrlə avtomobil təmiri üzrə 4-cü dərəcəli çilingər peşəsinə keçirilmiş, xx.xx.1988-ci ildə xx.xx.1988-ci il tarixli 55/k nömrəli əmrlə anbardar müdirinin öhdəlikləri ona həvalə olunmuş, xx.xx.1988-ci il tarixdə xx.xx.1988-ci il tarixli 175/k nömrəli əmrlə işdən azad olunmuş, bu müddət ərzində 10 il 3 ay 4 gün iş stajı toplamışdır. İş materiallarında olan“SOKAR”-ın Baş ofisi Mərkəzi Arxivinin cavabdeh təşkilata ünvanladığı 16 iyun 2022-ci il tarixli, **********30020123X00048 nömrəli məktubuna əlavə edilmiş İddiaçı 10 il 3 ay 4 gün iş stajı barədə “SOKAR”-ın Baş ofisi Mərkəzi Arxivinin 15 noyabr 2021-ci il tarixli, **********80020123X00323 saylı arayışının hazırlanmasına əsas olmuş kadr sənədlərinin, 1979-1988-ci illər üzrə əmrlərinin, əmək haqqı arayışının və həmin arayışa əsas olan əmək haqqı cədvəllərindən çıxarışların təsdiq olunmuş surətlərindən görünür ki, iddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx.1988-ci il tarixədək X4 İdarəsində, X8 İdarəsində və “Muradxanlı” Neft-Qaz Çıxarma İdarəsində işləməsi ciddi mühasibat sənədləri ilə tam təsdiq olunur. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İmişli rayon şöbəsinin xx.xx.2021-ci il tarixli 1297 nömrəli arayışına əsasən İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək 2 il 25 gün hərbi xidmətdə olmuşdur. Məhkəməyə təqdim edilən 28 noyabr 1988-ci il tarixdə tərtib və notarial qaydada təsdiq olunmuş İT-İ ******* nömrəli əmək kitabçasına, “SOKAR”-ın Baş ofisi Mərkəzi Arxivinin 15 noyabr 2021-ci il tarixli, **********80020123X00323 saylı arayışına və həmin arayışı təsdiq edən mühasibat sənədlərinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İmişli rayon şöbəsinin xx.xx.2021-ci il tarixli, 1297 nömrəli arayışına əsasən iş illəri 26 il 6 ay 27 gün, hərbi xidmət illəri 2 il 25 gün olmaqla, İddiaçı xx.xx.2006cı il tarixə ümumi sığorta stajının 28 il 07 ay 22 gün təşkil etdiyi müəyyən olunur. İş materiallarında olan İmişli Rayon Dövlət Arxivinin 21 oktyabr 2022-ci il tarixli 180 nömrəli aayışına əsasən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş İmişli rayon X2 və bu bazanın əsasında yaradılmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sənədləri mühafizəsi və saxlanılması üçün İmişli Rayon Dövlət Arxivinə təhvil verilməmişdir. İş materiallarında olan Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********629800 nömrəli məktubunda bildirilir ki, İmişli rayon X2 bazasında yaradılmış "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.1998-ci il tarixdə dövlət qeydiyyatına, xx.xx.2003-cü il tarixdə vergi uçotuna alınmış, xx.xx.2011-ci ildə ləğv edilmiş və Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. İş materiallarında olan Dövlət Statistika Komitəsinin 26 oktyabr 2022-ci il tarixli, 01/3-4194 nömrəli məktubunda bildirilir ki, İmişli rayon X5 (sonradan "xxxx" Açıq Səhmdar Cəmiyyəti) 17 iyun 1996-cı il tarixdən 12 sentyabr 2011-ci il tarixədək Azərbaycan Respublikasının statistik vahidlərin dövlət reyestrində qeydiyyatda olmuşdur. İş materiallarında olan “yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” cavabdeh təşkilatın iddiaçıya ünvanladığı 31 yanvar 2022-ci il tarixli **********3 nömrəli məktubundan görünür ki, İddiaçı ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun 10 saylı regional ərazi filialına müraciət etmiş, müraciəti və ona əlavə etdiyi sənədlər araşdırılması üçün Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmiş, lakin müraciəti təmin olunmamış, ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmiş, buna səbəb olaraq hərbi xidmət illəri də nəzərə alınmaqla 28 noyabr 1988-ci il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasına əsasən sığorta stajının tələb olunan 25 il əvəzinə 7 il 3 ay 6 gün təşkil etdiyi, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının (7 il 3 ay 6 gün sığorta stajına uyğun olaraq 5525,01 manat, tələb olunan pensiya kapitalı 28800 manat) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi, həmçinin, xx.xx.1978-ci il tarixdən xx.xx.1988-ci il tarixədək əmək fəaliyyətinin əmək kitabçasında öz əksini tapmadığı, eləcə də xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək İmişli rayon X3 və onun bazasında yaradılmış "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki fəaliyyət dövrünün araşdırılması zərurətinin olduğu qeyd olunmuşdur. Məhkəmə İddiaçı yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilməsi üçün cavabdeh təşkilatın gətirdiyi dəlillri əsassız hesab edir. Belə ki, iddiaçıya məxsus 28 noyabr 1988-ci il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək İmişli Təmir Tikinti İdarəsində işlədiyi 1 il 11 ay, xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək İmişli “İstehsalçı” kooperativində işlədiyi 11 ay 5 gün, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək “Qazmaçı” kiçik müəssisəsində işlədiyi 2 il 9 ay 7 gün, xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək İmişli rayon Maddi X10 (sonradan "xxxx" Açıq Səhmdar Cəmiyyəti) işlədiyi 10 il 8 ay 11 gün olmaqla, bu müddət ərzindəki ümumilikdə 16 il 3 ay 23 gün iş stajı həmin müəssisələrin müvafiq əmr və möhürləri ilə təsdiq olunmuşdur. Həmçinin, İddiaçı 10 il 3 ay 4 gün iş stajı barədə “SOKAR”-ın Baş ofisi Mərkəzi Arxivinin 15 noyabr 2021-ci il tarixli, **********80020123X00323 saylı arayışının hazırlanmasına əsas olmuş və məhkəməyə təqdim edilmiş kadr sənədlərinin, 1979-1988ci illər üzrə əmrlərinin, əmək haqqı arayışının və həmin arayışa əsas olan əmək haqqı cədvəllərindən çıxarışların təsdiq olunmuş surətlərinə əsasən iddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx.1988-ci il tarixədək X4 İdarəsində, X8 İdarəsində və “Muradxanlı” Neft-Qaz Çıxarma İdarəsində işləməsi ciddi mühasibat sənədləri ilə tam təsdiq olunmuşdur. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş İmişli rayon X2 və bu bazanın əsasında yaradılmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sənədləri mühafizəsi və saxlanılması üçün İmişli Rayon Dövlət Arxivinə təhvil verilməməsinin, xx.xx.1978-ci il tarixdən xx.xx.1988-ci il tarixədək X4 İdarəsində, X8 İdarəsində və “Muradxanlı” Neft-Qaz Çıxarma İdarəsində əmək fəaliyyətinin əmək kitabçasında öz əksini tapmamasının məsuliyyətinin iddiaçının üzərinə qoyulması isə qanunvericiliyin tələblərinə ziddir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illər onun adına olan əmək kitabçası və “SOKAR”ın təqdim etdiyi sənədlərlə öz təsdiqini tapdığından, cavabdeh inzibati orqan tərəfindən bunun əksi sübuta yetirilmədiyindən, həmin sənədlərdə qeyd olunanlar məlumatlar mötəbər hesab olunur. Bununla bağlı Ali Məhkəmənin qərarlarında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sənədlərinin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə tərkibi həmçinin qeyd etmişdir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən isə məhkəmə tərkibi qeyd edir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. İmişli rayon X2 və bu bazanın əsasında yaradılmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sənədləri mühafizəsi və saxlanılması üçün İmişli Rayon Dövlət Arxivinə təhvil verilməməsinin, xx.xx.1978-ci il tarixdən xx.xx.1988-ci il tarixədək X4 İdarəsində, X8 İdarəsində və “Muradxanlı” Neft-Qaz Çıxarma İdarəsində əmək fəaliyyətinin əmək kitabçasında öz əksini tapmamasının iddiaçının təqsirindən baş verməməsini və iddiaçının buna görə məsuliyyət daşımamasını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin imtina dəlilləri qanunsuz, iddiaçının tələbi isə əsaslı olduğundan iddia tələbi təmin edilməli, iddiaçının tələbi üzrə cavabdeh inzibati orqanın üzərinə öhdəlik qoyulmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd olunduğu kimi, xx.xx.1956-cı ildə doğulmuş və xx.xx.2021-ci il tarixdə 65 yaşı tamam olmuş İddiaçı əmək kitabçasına, hərbi biletinə, habelə yuxarıda sadalanan və mötəbər sübut kimi qəbul edilən sənədlərə əsasən ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum 25 il sığorta stajını toplamış və onun yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı hərbi xidmət illəri və işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı hərbi xidmət illəri və işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1336/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1336/2022
02.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver