Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1336/2024 01.02.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Sabirabad rayon İcra Hakimiyyəti başçısının Güdəcühür kənd icra nümayəndəliyi tərəfindən xx.xx.2023-cü ildə tərtib edilmiş 19 saylı doğum haqqında akt qeydində doğum haqqında akt qeydinin uşaq haqqında məlumat bəndində uşağın soyadı hissəsində “Vəliyev” soyadını düzəliş edərək “Eldarlı” soyadı kimi qeydiyyatın aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “Sabirabad rayon İcra Hakimiyyəti başçısının Güdəcühür kənd icra nümayəndəliyi tərəfindən xx.xx.2023-cü ildə tərtib edilmiş 19 saylı doğum haqqında akt qeydində doğum haqqında akt qeydinin uşaq haqqında məlumat bəndində uşağın soyadı hissəsində “Vəliyev” soyadını düzəliş edərək “Eldarlı” soyadı kimi qeydiyyatın aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2023-cü ilin ortalarında mobil notariat tətbiqindən istifadə edərkən elektron məlumatlarda soyadı “Vəliyev” kimi qeyd edilmişdir, halbuki ki, onun soyadı “Eldarlı”dır. Bu məlumatın doğruluğu ilə bağlı araşdırma aparılması üçün “Sabirabad Asan Xidmət Mərkəzinə” müraciət etmiş, həmin Xidmət tərəfindən verilən arayışdan sonra məlum olmuşdur ki, Sabirabad rayonunun Güdəcühür KİN tərəfindən tərtib edilmiş 2003-cü ilin iyun ayının 08 günündə 19 nömrəli doğum haqqında akt qeydində onun soyadı “Vəliyev” kimi qeyd edilmişdir. Həmin yanlışlıqların aradan qaldırılması üçün Cavabdehnə rəsmi qaydada ərizə ilə müraciət edərək doğum haqqında akt qeydində soyadının “Vəliyev”-dən “Eldarlı”-ya düzəliş edilməsini xahiş etmişmişdir. Cavabdeh rəisi Elnur Ağayev tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli, 3-16-05/08-xx-xx/2023 saylı rəyindən görünür ki, araşdırma aparılmış, onun “Eldarlı” (Vəliyev) Elgün Bəydabə oğlunun adına Sabirabad RİHB-nin Güdəcühür KİN-yi tərəfindən xx.xx.2003-ci ildə tərtib edilmiş 19 saylı doğum haqqında akt qeydinə baxış keçirilmiş, doğum haqqında akt qeydinin uşaq haqqında məlumat bəndində uşağın soyadının “Vəliyev”, adının “Elgün”, ata adının “Bəydabə”, doğum tarixinin xx.xx.2003-ci il, doğum yerinin Sabirabad rayonunun Axtaçı kəndi, ata haqqında məlumat bəndində atanın soyadının “Vəliyev”, adının “Bəydabə”, ata adının “Eldar”, doğum tarixinin 26 yanvar 1967-ci il, anası haqqında məlumat bəndində anasının soyadının “Vəliyeva”, adının “Tünzalə”, ata adının “Qismət”, doğum tarixinin xx.xx.1978-ci il yazılması müəyyən edilmişdir. Həmin rəyə əsasən İddiaçı Sabirabad RİHB-nın Güdəcühür KİN-yi tərəfindən xx.xx.2003-cü ildə tərtib edilmiş 19 saylı doğum haqqında akt qeydinin uşaq haqqında məlumat bəndində uşağın soyadının “Vəliyev”- dən “Eldarlı”-ya düzəlişin edilməsi barədə vəsatətimin təminindən imtina edilmişdir. Bundan başqa məktubda qeyd edilən məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Cavabdeh şəöbə tərəfindən xx.xx.2003-cü ildə tərtib edilmiş 19 saylı doğum haqqında akt qeydinin uşaq haqqında məlumat bəndində uşağın soyadının “Vəliyev”-dən “Eldarlı’-ya düzəlişin edilməsi barədə vəsatətindən əsassız və qanunsuz olaraq imtina edilmişdir. Sabirabad RİHB-nın Güdəcühür KİN-yi tərəfindən xx.xx.2023-ci il tarixdə tərtib edilmiş 19 nömrəli, AZ-1 seriyalı 320296 seriyalı doğum haqqında şəhadətnamədə soyadı “Eldarlı” kimi qeyd edilmiş və həmin şəhadətnamənin əsasında verilmiş Azərbaycan Respublikası AA ******* seriyalı şəxsiyyət vəsiqəsındə yazılmışdır. Orta məktəbdə təhsil alarkən soyadı “Eldarlı” kimi qeydiyyatı aparılmışdır. Hər bir müəllim və şagirdlər onun soy adını “Eldarlı” Elgün kimi müraciət etmişdirlər, həmçinin məktəbdə aparılan rəsmi sənədlərdə (jurnallarda, gündəliklərdə, qeydiyyat kitablarında) soyadı “Eldarlı” kimi qeydiyyatı aparılmışdır. Bundan əlavə hərbi qeydiyyatla bağlı onun soyadı “Eldarlı” kimi qeydiyyat aparılmışdır və hərbi xidmət edərək, SX seriyalı ******* nömrəli Hərbi bilet verilmişdir. Həmin hərbi biletdədə soyadı qarafasında “Eldarlı” yazılmışdır. İşin faktiki hallarından görünür ki, bügünə kimi onun adına tərtib edilmiş bütün rəsmi sənədlərdə soyadı “Eldarlı” kimi qeyd edilmişdir. Bundan başqa onu tanıyan yaxın qohumlar, qonşular, tanışlar soyadının “Eldarlı” kimi olmasını bilirlər. İddia tələbinin təmin edilməsi və Sabirabad RİHB-nın Güdəcühür KİN-yi tərəfindən xx.xx.2003-ci ildə tərtib edilmiş 19 saylı doğum haqqında akt qeydində doğum haqqında akt qeydinin uşaq haqqında məlumat bəndində uşağın soyadı hissəsində “Vəliyev” soyadını düzəliş edərk “Eldarlı” soyadı kimi qeydiyyatın aparılması öhdəliyini cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı X3 gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan AZ-İ 320296 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdə anadan olmuşdur (doğulmuşdur) valideynləri qrafasında atası X7, anası X5 göstərilmişdir. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.2018-ci il tarixli, 154741 nömrəli Attestatın surətindən görünür ki, İddiaçı 2018-ci il tarixdə Sabirabad rayonu Güdəcühür kənd tam orta məktəbini bitirmişdir. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.2019-cu il tarixli, İQ 186262 nömrəli ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surətindən görünür ki, xx.xx.2003-cü il təvəllüdlü İddiaçı xx.xx.2019-cu ildə tibbi komissiyanı keçmiş və hərbi xidmətə yararlıdır. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.2021-ci il tarixli, SX ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı hərbi qulluq keçmişdir. İş materiallarında olan AA ******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsi almışdır. İş materiallarında olan Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3165/6-469/2023 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2003-cü il tarixli, 89 nömrəli doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçının məlumatları X2 qeyd edilmiş, xx.xx.2003-cü il tarixdə Sabirabad rayonunun Axtaçı kəndində anadan olmuş, atası X7, anası X1 qeyd edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq bildirilir ki, hazırki işin məhkəmə aidiyyəti müəyyən edilərkən 2 ərizə növü fərqləndirilməlidir. Birincisi, qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə; ikincisi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqan tərəfindən qeydə düzəliş edilməsindən imtina olması ilə bağlı maraqlı şəxslə həmin orqan arasında olan mübahisə üzrə ərizə. birinci, ərizəyə ümumi məhkəmədə, ikinci ərizəyə isə inzibati məhkəmədə baxılmalıdır. Bu barədə izah “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 9.1-ci bəndində də verilib. Hazırki ərizə 2-ci növ ərizəyə aiddir, çünki iddiaçı ilə qeydiyyat orqanı arasında mübahisə yaranmışdır. 1-ci növə aid olan ərizə o zaman verilir ki, belə mübahisə olmasın. İddia ərizəsindən də görünür ki, iddiaçı qeydin düzgün olmamasının müəyyən edilməsini deyil, qeydə düzəliş edilməsi öhdəliyinin qeydiyyat orqanının üzərinə qoyulmasını tələb edib. Bu baxımdan, hazırkı mübahisə inzibati mübahisə hesab edilir. Bundan başqa nəzərə alınmalıdır ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də bu növ iddialara baxılmasının inzibati məhkəmələr tərəfindən həyata keçirildiyini nəzərdə tutur. (Bax: Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-360/2022 saylı, xx.xx.2022-ci il tarixli) İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə iddiaçı tərəfi dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi doğum haqqında akt qeydində düzəlişlərin edilməsidir ki, bu zaman məhkəmə, doğum haqqında akt qeydində səhvələrə yol verilib-verilməməsini müəyyən etməli və bu istiqamətdə qiymətləndirməni aşağıdaki qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.5.Fiziki şəxsin doğularkən aldığı ad, habelə soyadınıı dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.3.Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır.
189. Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın 6.1ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Qaydaların 6.2-ci bəndinə görə adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Həmin Qaydaların 6.3-cü bəndinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24 – 6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların 6.5-ci bəndinə görə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, hazırda iddiaçının tələbi doğum haqqında akt qeydində doğum haqqında akt qeydinin uşaq haqqında məlumat bəndində uşağın soyadı hissəsində “Vəliyev” soyadını düzəliş edərək “Eldarlı” soyadı kimi qeydiyyatın aparılmasını istəyir. Həmçinin nəzərə alınmalıdır ki, iş materiallarında olan AZ-İ 320296 nömrəli doğum haqqında şəhadətnamənin surətindən, xx.xx.2018-ci il tarixli, 154741 nömrəli Attestatın surətindən, İlkin Hərbi Qeydiyyata alınma haqqında xx.xx.2019-cu il tarixli, İQ 186262 nömrəli vəsiqəsinin surətindən, iddiaçıya məxsus xx.xx.2021-ci il tarixli, SX ******* nömrəli hərbi biletin surətindən, AA ******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçının adı, soyadı və ata adı İddiaçı kimi qeyd edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iddiaçı (xx.xx.2003-cü il təvəllüdlü) istər soyadının “Vəliyev”dən “Eldarlı”ya dəyişdirilməsini, istərsə də sənədlərindəki uyğunsuzluğa həmin formada düzəliş edilməsini tələb etməkdə haqlıdır. Odur ki, Cavabdeh imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Sabirabad rayon İcra Hakimiyyəti başçısının Güdəcühür kənd icra nümayəndəliyi tərəfindən xx.xx.2023-cü ildə tərtib edilmiş 19 saylı doğum haqqında akt qeydində doğum haqqında akt qeydinin uşaq haqqında məlumat bəndində uşağın soyadı hissəsində “Vəliyev” soyadını düzəliş edərək “Eldarlı” soyadı kimi qeydiyyatın aparılması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı Sabirabad rayon İcra Hakimiyyəti başçısının Güdəcühür kənd icra nümayəndəliyi tərəfindən xx.xx.2023-cü ildə tərtib edilmiş 19 saylı doğum haqqında akt qeydində doğum haqqında akt qeydinin uşaq haqqında məlumat bəndində uşağın soyadı hissəsində “Vəliyev” soyadını düzəliş edərək “Eldarlı” soyadı kimi qeydiyyatın aparılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər.
Hakim: Hilal Nəcəfov