Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1337/2024 09.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı Qəhraman qızının cavabdeh Füzuli rayon İcra Hakimiyyətinə qarşı “erməni hərbi təxribatı nəticəsində həlak olmuş xx.xx.1965-ci il doğum tarixli mərhum həyat yoldaşı X2 ölümü səbəbindən ona şəhid ailəsi statusunun verilməsi öhdəlyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı Qəhraman qızı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətnin Füzuli rayon şöbəsinə qarşı “erməni hərbi təxribatı nəticəsində həlak olmuş xx.xx.1965-ci il doğum tarixli mərhum həyat yoldaşı X2 ölümü səbəbindən ona şəhid ailəsi statusunun verilməsi öhdəlyinin cavabdehin üzərinə qoyulması” bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı Qəhraman qızının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1992-ci ildə erməni quldurlarının atdıqları mərmidən aldığı xəsarət nəticəsində mərhum həyat yoldaşı Füzuli rayon Aşağı Yağlıvənd kənd sakini X4 xəsarət almış və aldığı xəsarətlər nəticəsində vəfat etmişdir. Onun ölüm faktı xx.xx.1992-ci il tarixli İV-JQ-349452 nömrəli ölüm haqqında şəhadətnamə ilə təsdiqlənir. Ona (mülki) şəhid ailəsi statusunun verilməsinin qanunamüvafiq olmasını bilmədiyi üçün, bu hüququndan uzun illərdi istifadə etməmişdir. Ona yaxın qohumlarından biri bu barədə məlumat verdikdən sonra 2023-cü ilin iyul ayında Füzuli Rayon İcra Hakimiyyətinə müraciət edərək ona şəhid ailəsi statusunun verilməsinin təmin edilməsini xahiş etmişdir. Müraciətinə cavab olaraq Füzuli Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubu ilə ona şəhid ailəsi statusunun verilməsindən imtina edilmişdir. Aşağıdakılara əsasən hesab edir ki, Füzuli Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli imtinası əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiqlənmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” Şəhid və şəhid ailəsi statusunun verilməs haqqında 4.1-ci bəndində qeyd edilir ki, “Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur.” Ərizəyə əlavə edilmiş xx.xx.1992-ci il tarixli İV-JQ-349452 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, mərhum həyat yoldaşı X4 aldığı mərmi zərbələrindən vəfat etmişdir. Yuxarıda göstərilənlərə əsasən Erməni hərbi təxribatı nəticəsində həlak olmuş, xx.xx.1965-ci il doğum tarixli mərhum həyat yoldaşı X2 ölümü səbəbindən cavabdeh Füzuli Rayon İcra Hakimiyyətinin üzərinə ona şəhid ailəsi statusunun verilməsi öhdəliyin qoyulmasına dair qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. İddiaçı Qəhraman qızına və cavabdeh Füzuli rayon İcra Hakimiyyətinə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdirlər. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Füzuli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Füzuli rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Qəhraman qızı xx.xx.1967-ci il tarixdə Füzuli rayonu, Yağlıvənd kəndində anadan olmuşdur. İşdə olan İV-JQ 385877 nömrəli nigahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X4 ilə İddiaçı Qəhraman qızı xx.xx.1987-ci il tarixdə nikaha daxil olmuşdur. İşdə olan xx.xx.1992-ci il tarixli, İV-JQ 349452 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.1992-ci il tarixdə mərmi partlaması nəticəsində yaralanmış və vəfat etmişdir. İş materiallarında olan Füzuli rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-43-5/2-5-18-055/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, mərhum həyat yoldaşınız X2 mərmi partlaması nəticəsində ölümünə görə sizə (mülki) şəhid ailəsi statusunun verilməsilə əlaqədar Füzuli Rayon İcra Hakimiyyəti başçısına ünvanladığınız müraciətinizə Füzuli Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsində baxılmışdır. Bildirirəm ki, mərhum həyat yoldaşınız X2 öldüyü tarixdə, yəni 1992-ci ildə Füzuli rayon Aşağı Yağlıvənd və ona qonşu olan kəndlərdə döyüş əməliyyatları olmamışdır. Eyni zamanda mərhum Tərxan Səfixanovun ölümünə səbəb olan mərmi partlayışının hansı şəraitdə və hansı səbəbdən baş verməsinə dair də hər hansı təsdiqləyici fakt əldə olunmadığı üçün sizə şəhid ailəsi satusu verilməsi mümkün olmamışdır. Əlavə olaraq bildirirəm ki, sizin tələbinizlə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnuz var. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 03 sentyabr 1993-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq olunmuş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”na əsasən, Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar şəhid hesab edilirlər (bənd 1.2.4). Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir (bənd 4.1). Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1-ci bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən verilir (bənd 4.2). “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 nömrəli, xx.xx.1999-cu il tarixli 35 nömrəli və xx.xx.2003-cü il tarixli 73 nömrəli Qərarlarına müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən digər hadisələrdə həlak olan, itkin düşən və ölmüş hesab edilən şəxslər, o cümlədən atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olmuş və Azərbaycan Respublikasının dövlət sərhədlərinin mühafizəsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008- ci il tarixli “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” Qərarında göstərilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının 1.2.6-cı bəndinin “o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili orqanlarda xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşən şəxslər” müddəası təcrübədə qeyrimüəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsi tətbiq edilməlidir. Həmin Qərarda qeyd olunmuşdur ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasını suvverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göndərilən şəxslərin həlak olması və Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması əsasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Məhkəmə qeyd olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə hesab edir ki, 01 iyun 1992-ci ildə Füzuli rayon Aşağı Yağlıvənd kəndinə erməni işğalçılarının atdığı mərmi nəticəsində X2 həlak olması ilə Azərbaycan Respublikası azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında birbaşa səbəbli əlaqə mövcuddur. Belə olan halda “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında Azərbaycan Respublikası xx.xx.1993-cü il tarixli qanunun 1-ci maddəsinin tələbləri baxımından İddiaçı Qəhraman qızının “şəhid” adından məhrum edilməsi qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğranda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailə üzvləri hesab edilir: ər-arvad, valideyin, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyyə olunanlar, texniki peşə, orta ixtisas məktəblərində və ali təhsil məktəbllərində təhsil alanlar isə bu məktəbləri bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək, qanunla onları saxlamalı şəxs yoxdursa, babalar və nənələr. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli, 493 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 yanvar 2007-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilən “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydalarının 4.1-ci bəndinə görə hərbi qulluqçulara “şəhid” və “şəhid ailəsi” statusu qeydiyyatda olduqları hərbi komissarlıqlar tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydalarının 1.2.4-cü maddəsinə əsasən, Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı ( (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş şəxslər şəhid hesab edilirlər. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli Qərarında göstərilmişdir ki, “Nazirlər Kabineti 15 yanvar 1994-cü il tarixdə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının şəhid adının verilməsi mexanizmini tənzimləyən 4.1-ci bəndinə müvafiq olaraq, şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Həmin bəndə görə, şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara qediyyatda olduqları hərbi komissarlıqlar, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanuna və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1-ci bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə əhalinin sosial müdafiə mərkəzləri tərəfindən verilir (4.2-ci bənd). Həmçinin, vurğulanmalıdır ki, qeyd olunan məsələ ilə bağlı səlahiyyətli orqanların qəbul etdiyi aktlarla razılaşmayan maraqlı şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüquqları vardır. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsində şəhid adının verilməsinin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqələndirilməsi şəhid adına layiq görülmənin mümkün olduğu hadisələrin geniş dairəsini əhatə edir. Eyni zamanda Qaydaların qeyd olunan müddəalarının təhlili göstərir ki, Nazirlər Kabineti şəhid anlayışını həmin Qanunda olduğu kimi təkrarlayaraq, konkret hadisələrdə həlak olmuş və ya itikin düşmüş şəxslərin şəhid hesab olunduğunu müəyyən etmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilir ki, X4 barəsində tərtib edilmiş xx.xx.1992-ci il tarixli, İV-JQ 349452 nömrəli ölüm haqqında şəhadətnamədə X4 xx.xx.1992-ci il tarixdə mərmi partlaması nəticəsində yaralanmış və vəfat etmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, X2 Füzuli rayonunun kəndlərindən əhalini maşın ilə çıxarması, mina partlaması nəticəsində ölməsi 29 oktyabr 2024-cü il tarixdə məhkəmə iclasında dindirilmiş və şifahi məhkəmə iclasında ifadəsi elan olunaraq digər sübutlarla birgə tədqiq olunmuş X1nun və X6 ifadəsi ilə də təsdiq olunur. X1 ifadəsində X2 əmisi oğlu olduğunu, eyni kənddə yaşadığını, mülki şəxs kimi döyüşlərdə iştirak etdiyini, 1993-ci ildə kolxozun maşınları ilə Füzuli rayonunun yuxarı kəndlərinə əhalini çıxarmağa yolladıqlarını, o cümlədən həmin ərazilərdə Tərxanıda göndərdiklərini, həmin ərazidən maşınlarla adam və yükləri gətirəndə mərmi partlaması nəticəsində Tərxanın vəfat etdiyini, onun nəşini atasının gətirdiyini bildirmişdir. X1 ifadəsində X4 ilə eyni sinifdə oxuduğunu, eyni kənddə yaşadığını, Tərxanın sürücü işlədiyini, 1993-ci ilin may ayında kənd camahatını yuxarı kəndlərə aparanda mərmi partlaması nəticəsində vəfat etdiyini, Füzuli rayonu, Ağı Vağlıvənd kəndində dəfndə olduğunu, 1988-ci ildən etibarən Füzuli rayonunun kəndlərində güllə səsinin eşidildiyini, 1993-ci ilin may ayında Tərxanın vəfat etdiyini, 1993-ci ildə əhalini çıxarmağa getdiyini, “Qaz 21053” sürdüyünü bildirmişdir. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, İnzibati icraat haqqında” Qanunun: 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətini natamam araşdırmış, X2 başqa səbəbdən vəfat etməsini hər hansı sübuta əsaslanmadan, əlavə araşdırmalar aparmadan və şahidləri dindirərək onların ifadələrini almadan ərizənin təmin olunmasından imtina etmişdir. İş materialları ilə müəyyən olunur ki, X2 barəsində Füzuli rayon Qeydiyyat şöbəsinin tərtib etdiyi xx.xx.1992-cü il tarixli ölüm haqqında akt qeydi ilə sübuta yetirilir ki, 24 may 1992-ci il tarixdə Füzuli rayonuna erməni işğalçıları tərəfindən mərmi atılmış və nəticədə Füzuli rayon, Aşağı Yağlıvənd kənd sakini 1966-cı il təvəllüdlü X4 bədənin müxtəlif yerlərindən aldığı xəsarətlər nəticəsində faciəli şəkildə həlak olmuş və ayon, Füzuli rayon, Aşağı Yağlıvənd kənd qəbristanlığında dəfn edilmişdir. Cavabdeh inzibati orqan tərəfində aparılmış inzibati icraat zamanı və həmçinin məhkəmə icratı zamanı bu halları təkzib edən hər hansı əsas müəyyən edilməmişdir. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Füzuli rayon İcra Hakimiyyətinin üzərinə mərhum X2 xx.xx.1992-ci ildə Füzuli rayonuna erməni işğalçılarının atdığı mərmidən həlak olmasını nəzərə alıb ona “mülki şəhid” statusunun verilməsi tələbinə dair İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Füzuli rayon İcra Hakimiyyətinin üzərinə mərhum X2 xx.xx.1992-ci ildə erməni işğalçılarının atdığı mərmidən həlak olmasını nəzərə alıb ona “mülki şəhid” statusunun verilməsi tələbinə dair İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan (iddiaçı istisna olmaqla) şikayət verilə bilməz. Hakim Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-1337/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1337/2024
09.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver