Məhkəmə qərarları › İş №2-1(120)-1339/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1339/2023

16.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1339/2023 16.11.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X5, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4sosial ekspert komissiyasının **********1 nömrəli, xx.xx.2022-ci il tarixli qərarın ona məxsus olması hissəsində səbəbli əlaqənin dəyişdirilərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik kimi göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci dərəcəli əlilliyin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Sabirabad rayon Mərkəzi Xəstəxanası üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının **********1 nömrəli, xx.xx.2022-ci il tarixli qərarın ona məxsus olması hissəsində səbəbli əlaqənin dəyişdirilərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik kimi göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli qərarına əsasən onun döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü il tarixdə aldığı travmanın hərbi travma olduğu və Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığını qeyd edilmişdir. Ona təkrarən xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik verilmişdir. TSEK diaqnozu olaraq isə “Fəqərəarası diskin dəqiqləşdirilməmiş zədələnməsi, sağ qalça darağının qapalı bitişmiş sınığı, aşağı ətrafların monoplegiyası, sol pəncənin parezi diaqnozu qoyulmuşdur. 2017-ci ildən bu günə qədər onun səhhətində heç bir irəliləyiş olmamışdır. xx.xx.2022-ci il tarixdə yenidən cavabdeh orqan tərəfindən aparılmış qiymətləndirmə nəticəsində ona ümumi xəstəliklə bağlı üçüncü dərəcəli əlillik verilmişdir. TSEK diaqnozundə isə demək olar ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik dərəcəsi verildiyi zaman qoyulan diaqnoz qoyulmuşdur. Göründüyü kimi səhhətində heç bir müsbətə doğru dəyişiklik olmadığı halda cavabdeh orqan tərəfindən onun əlillik dərəcəsi düzgün qiymətləndirilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Ona səhhəti ilə əlaqədar Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik dərəcəsinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, icraatınızda olan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbinə dair iş üzrə bildiririk ki, iddiaçının əlillik vəziyyətinə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2010-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X3: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G70-G73 - Əzələlərin və sinirəzələ sinapsının xəstəlikləri => G71 - Əzələlərin birincili zədələnməsi => G71.0 - Əzələ distrofiyası; Diaqnozun mətni: Onurğanın bel oma nahiyəsinin osteoxondrozu L1-S1 f/a diskin yırtığına görə c/ə s/vəz. sol pəncənin parezi L5- S1 f/a disk yırtığının çıxarılmasından s/vəz. Y/çətinləşməsi; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Onurğanın bel oma nahiyəsinin osteoxondrozu L1-S1 f/a diskin yırtığına görə c/ə s/vəz. sol pəncənin parezi L5-S1 f/a disk yırtığının çıxarılmasından s/vəz. Y/ç...” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X3: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G70-G73 - Əzələlərin və sinir-əzələ sinapsının xəstəlikləri => G71 - Əzələlərin birincili zədələnməsi => G71.0 - Əzələ distrofiyası; Diaqnozun mətni: Onurğanın bel oma nahiyəsinin osteoxondrozu L1-S1 f/a diskin yırtığına görə c/ə s/vəz. sol pəncənin parezi L5- S1 f/a disk yırtığının çıxarılmasından s/vəz. Y/çətinləşməsi; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Onurğanın bel oma nahiyəsinin osteoxondrozu L1-S1 f/a diskin yırtığına görə c/ə s/vəz. sol pəncənin parezi L5-S1 f/a disk yırtığının çıxarılmasından s/vəz. Y/ç....” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X3: Xİİİ Sinif - Sümükəzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94 - Osteopatiyalar və xondropatiyalar => M86- M90 - Digər osteopatiyalar => M86 - Osteomielit => M86.0 - Kəskin he...; Diaqnozun mətni: Onurğanın bel-oma nah-nn osteoxondrozu . L5-S1 f/a diskin yırtığına görə c/ə s/vəz. Sol pəncənin parezi L5-S1 f/a disk yırtığının çıxarılmasından sonrakı hal. y/çətinləşməsi; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Onurğanın bel-oma nah-nn osteoxondrozu . L5-S1 f/a diskin yırtığına görə c/ə s/vəz. Sol pəncənin parezi L5-S1 f/a disk yırtığının çıxarılmasından sonrakı hal. ...” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X3: Xİİİ Sinif - Sümükəzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr...; Diaqnozun mətni: Fəqərəarası diskin dəqiqləşdirilməmiş zədələnməsi.Sağ qalça darağının qapalı bitişmiş sınığı.Aşağı ətrafların monoplegiyası.Sol pəncənin parezi; Meyar: 2.2. İkinci dərəcə əlillik =>2.2.11. Onurğa beyninin xəstəliyi və ya travması nəticəsində aşağı ətrafların nəzərə çarpan parezi və ya çanaq orqanları funksiyalarının pozulması hallan” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X3: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr...; Diaqnozun mətni: Fəqərəarası diskin dəqiqləşdirilməmiş zədələnməsi.Sağ qalça darağının qapalı bitişmiş sınığı.Aşağı ətrafların monoplegiyası.Sol pəncənin parezi.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.11. Onurğa beyninin xəstəliyi və ya travması nəticəsində aşağı ətrafların nəzərə çarpan parezi və ya çanaq orqanları funksiyalarının pozulması hallan” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X3: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99 - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M95 - Birləşdirici toxumanın və sümük-ə...; Diaqnozun mətni: Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, L5-S1 fəqərəarası disk yırtığına görə L5 fəqərəsinin hissəvi hemilaminektomiyası, L5-S1 fəqərəarası disk yırtığının xaric edilməsindən sonrakı vəziyyət. Aşağı ətrafların monoplegiyası, Sol pəncənin parezi.; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.5.13. əlin və ya pəncənin iflici (G83.0-G83.3);” səbəbi ilə müddətsiz İİİ dərəcə əlillik verilmişdir. Göründüyü kimi, Sabirabad rayon sakini xx.xx.1973-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında xx.xx.2022-ci il tarixdə əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Fləkim Komissiyası tərəfindən xx.xx.2009-cu il tarixli 1412 nömrəli Qərar verilmişdir. Fləmin qərarda “Saq çanaq, bud-çanaq oynağı nahivvəsinin əzilmiş sıyrılmış varası. Sap qalça darağının qapalı sınığı. Sap bud-çanaq nahiyyəsi və xavalıpın dərialtı hematoması. Can acı ın sağ varımhissəsirıin əziyi” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı hərbi travmanın əlillik təyinatına əsas verən qalıq əlamətləri aşkarlanmamışdır. Sağ aşağı ətrafda hərəkətlər sərbəst, əzələ gücü və tonusu dəyişiksiz müəyyən edilmişdir. Eyni zamanda paravertebral nöqtələr ağrılı, Lassek və Neri simptomları müsbət, radikulopatiya əlamətləri izlənilmiş, sol aşağı ətrafda reflekslər enmiş, D>S, soldan distal əzələlərin hipotrofiyası və yerişin paretik olması qeyd olunmuşdur. Anamnestik məlumatlarda, 1997ci il və 2013-cü il tarixlərdə “Laminoektomivä' əməliyyatı aparılmışdır.Təqdim olunmuş, xx.xx.2021-ci il tarixli EMG müayinəsinin nəticəsi “Sol tərəfli L5-S1 sinir köklərinin xronik zədələnməsi ilə uyqundur” kimi müəyyənləşdirilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.13 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasf'nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi- sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasf’nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarf’na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin və Sabirabad rayon Mərkəzi Xəstəxanasının nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmənin keçmiş iclaslarında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. X7-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilmiş (bax 3cü bənd), şikayətə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən baxılmışdır. (bax 4-cü bənd). İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. İddiaçının əlilliyi hazırda mübahisə predmeti deyildir. Mübahisə əlilliyin səbəb əlaqəsi ilə bağlıdır. İddiaçının əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsi barədə qərar qəbul edilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin tələblərinə görə şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbihəkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir. TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir (4.1, 4.3, 4.16-cı bəndlər). “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə görə göndərişlər “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə hərbi həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. İddiaçının əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsi barədə tarixdə qərar (göndəriş) verilməsinə baxmayaraq Əsasnamənin yuxarıda bəhs edilən tələbləri pozulmuş, düzgün olmayaraq əlilliyin səbəbinin dəyişdirilməsindən imtina edilmişdir. “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın tələbinə görə şəxsə hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas vermiş olduqda hərbi xidmətlə əlaqədar əlillik müəyyən edilir. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının **********1 nömrəli, xx.xx.2022-ci il tarixli qərarın ona məxsus olması hissəsində səbəbli əlaqənin dəyişdirilməsinə yönəlmişdir. Bu baxımdan iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti, iddia qaldırmaq səlahiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtinə (iddia qaldırmaq müddətinə-İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) də cavab verməlidir. Məhkəmənin qənaəti ondan ibarətdir ki, araşdırma nəticəsində qərarın iddiaçıya təqdim edilmədiyi, cavabdehin məhkəmə sorğusuna ünvanlandığı cavab məktubunda da qeyd etdiyi kimi yekun nəticə barədə sms vasitəsilə məlumat verildiyi, məlumatda müddətsiz üçüncü dərəcə əlilliyin təyin edildiyi və iddiaçı tərəfindən yekun nəticə kimi göstərilən üçüncü dərəcə əlilliyin mübahisələndirilmədiyidir. İddiaçı tərəfindən səbəbli əlaqənin dəyişdirilməsi barədə hissə mübahisələndirilir ki, həmin qərarın yalnız məhkəmə araşdırması nəticəsində əldə edildiyi müəyyən edilmişdir. Qərarın iddiaçıya təqdim edilməsi barədə də cavabdeh inzibati orqan tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Hazırkı iddia tələbində iddianın ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar: Müdafiə Nazirliyi Hərbi-Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli, 1412 nömrəli Qərarına əsasən, Sabirabad RHK tərəfdən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətədaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Mingəçevir şəhər mərkəziəstəxanasında müayinə və müalicə olunduğu travına - diaqnoz: «Sağ çanaq, bud-çanaq oynağı nahiyyəsinin əzilmiş sıyrılmış yarası. Sağ qalça darağının qapalı sınığı. Sağ bud-çanaq nahiyyəsi və xayalığın dərialtı hema-toması» və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Sabirabad rayonu mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu travmanın nəticəsi-diaqnoz: «Çanağın sağ yarımhissəsinin əziyi» (Sabirabad RHK-nın xx.xx.2009-cu il tarixli, 4/488 nömrəli göndərişi, xx.xx.2009-cu il tarixli, 4/201 nömrəli arayışı, Mingəçevir şəhər mərkəzi xəstəxanasından verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, Sabirabad rayonu mərkəzi xəstəxanasından verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Tibbi Sosial Ekspert komissiyası tərəfindən xx.xx.2010-cu il tarixdə ilkin müayinədən keçmiş, iddiaçıya ilkin əlillik xx.xx.2011-ci il tarixədək müəyyən olunmuşdur; əlillik qrupu: 2-ci qrup; əlilliyin səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik. Tibbi Sosial Ekspert komissiyası tərəfindən xx.xx.2014-cü il tarixdə müayinədən keçmiş, iddiaçıya əlillik xx.xx.2015-ci il tarixədək müəyyən olunmuşdur; əlillik qrupu: 2-ci qrup; əlilliyin səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik. Tibbi Sosial Ekspert komissiyası tərəfindən xx.xx.2015-ci il tarixdə müayinədən keçmiş, iddiaçıya əlillik xx.xx.2016-cı il tarixədək müəyyən olunmuşdur; əlillik qrupu: 2-ci qrup; əlilliyin səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik. Tibbi Sosial Ekspert komissiyası tərəfindən xx.xx.2016-cı il tarixdə müayinədən keçmiş, iddiaçıya əlillik xx.xx.2017-ci il tarixədək müəyyən olunmuşdur; əlillik qrupu: 2-ci qrup; əlilliyin səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən xx.xx.2017-ci il tarixdə təkrar müayinədən keçmiş, iddiaçıya ilkin əlillik xx.xx.2022-ci il tarixədək müəyyən olunmuşdur; əlillik qrupu: 2-ci qrup; əlilliyin səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında xx.xx.2022-ci il tarixdə təkrar müayinədək keçmiş, iddiaçıya əlillik səbəbi: ümumi xəstəlikdən müddətsiz müəyyən olunmuşdur; əlillik qrupu: 3-cü dərəcəli əlillik. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubunda qeyd edilmişdir ki, əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə göndəriş daxil olmuşdur. Bununla əlaqədar ona lazımi məlumatlar Agentliyin aidiyyəti şöbəsinə təqdim edilmişdir. Müraciətini nəzərə alaraq əllik vəziyyətini obyektiv qiymətləndirilməsi məqsədilə növbəlilik əsasında Agentliyə əyani müayinəyə dəvət ediləcəkdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və X6 X2 Zaur Məhərrəm oğluna ünvanladığı xx.xx.2021-ci il tarixli, **********7 nömrəli məktubunda qeyd edilmişdir ki, 1994-cü il tarixindən ikinci dərəcə Azərbaycan Respublikası ərazi bütovlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən əlil olmuşdur.xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinədək əlilliyi olan şəxslər üçün X8 reabilitasiya kursunu keçmişdir. Göndəriş 33 №-li TSEK tərəfindən verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının **********1 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Sabirabad rayon sakini xx.xx.1973-cü il təvəllüdlü İddiaçı əlillik vəziyyətini qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2009-cu il tarixli, 1412 nömrəli qərar verilmişdir. Həmin qərarda “Sağ çanaq, bud-çanaqoynağı nahiyyəsinin əzilmiş sıyrılmış yarası. Sağ qalça darağının qapalı sınığı. Sağ bud-çanaq nahiyyəsi və xayalığın dərialtı hematoması. Çanağın sağ yarımhissəsinin əziyi” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı hərbi travmanın əlillik təyinatına əsas verən qalıq əlamətləri aşkarlanmamışdır. Sağ aşağı ətrafda hərəkətlər sərbəst, əzələ gücü və tonusu dəyişiksiz müəyyən edilmişdir. Eyni zamanda paravertebral nöqtələr ağrılı, Lassek və neri simptomları müsbət, radikulopatiya əlamətləri izlənilmiş, sol aşağı ətrafda reflekslər enmiş, D>S, soldan distal əzələlərin hipotrofiyası və yerişin paretik olması qeyd olunmuşdur. Anamnestik məlumatlarda, 1997-ci il və 2013-cü il tarixlərdə “Laminoektomiva” əməliyyatı aparılmışdır.Təqdim olunmuş, xx.xx.2021-ci il tarixli EMG müayinəsinin nəticəsi “Sol tərəfli L5-S1 sinir köklərinin xronik zədələnməsi ilə uyqundur” kimi müəyyənləşdirilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.13 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2010-cu ildə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə ilkin təyin edilmiş ikinci dərəcə əlillik “Əllik” altsistemi tərəfindən xx.xx.2017-ci il tarixində beş il müddətinə (xx.xx.2022-ci ilədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Sonrakı dövrdə Sabirabad Rayon Mərkəzi Xəstəxanası tərəfindən rəsmiləşdirilmiş 0311003AAWRC nömrəli göndəriş əsasında İddiaçı xx.xx.2022-ci ildə Agentlikdə komissiyada əyani müayinə olunmuşdur. Təqdim edilən tibb sənədlər, Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı və əyani müayinənin nəticəsində İddiaçı MHHK-nın qərarlarında qeyd edilən travmanın əlilliyin təyininə əsas verən ağırlaşması aşkar edilməmişdir. Lakin müayinə zamanı hərbi xidmətlə səbəb əlaqəsi müəyyən edilməmiş yanaşı gedən xəstəliklər müəyyən edildiyindən İddiaçı xx.xx.2022-ci ildən "ümumi xəstəlik” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik təyini barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-412-1218/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Sabirabad rayon sakini İddiaçı əlillik vəziyyəti barədə xx.xx.2022 -ci il tarixli 2-1(122)- 3089/2022 nömrəli sorğunuza Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra- Agentlik) baxılmışdır. Müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2010-cu ildə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə ilkin təyin edilmiş ikinci dərəcə əlillik “Əllik” altsistemi tərəfindən xx.xx.2017-ci il tarixində beş il müddətinə (07.01,2022-ci ilədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Sonrakı dövrdə Sabirabad Rayon Mərkəzi Xəstəxanası tərəfindən rəsmiləşdirilmiş 0311003AAWRC nömrəli göndəriş əsasında İddiaçı xx.xx.2022-ci ildə Agentlikdə komissiyada əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər, Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı və əyani müayinənin nəticəsində İddiaçı MHHK-nın qərarlarında qeyd edilən diaqnozun əlilliyin təyininə əsas verən ağırlaşmaları aşkar edilməmişdir. Lakin müayinə zamanı hərbi xidmətlə səbəb əlaqəsi müəyyən edilməmiş yanaşı xəstəliklərin əlilliyin təyininə əsas verən ağırlaşması müəyyən edildiyindən İddiaçı 08.01,2022-ci ildən “ümumi xəstəlik” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik təyini barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Sabirabad rayon Mərkəzi Xəstəxanası” X12 məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 87 nömrəli məktubunda ünvan 2 ünvanda yaşayan İddiaçı xx.xx.1999-cu il tarixdən “Sağ çanaq, bud çanaq oynağının əzilmiş-sıyrılmış yarası, sağ qalça darağının qapalı sınığı” diaqnozu ilə Sabirabad RMX-nın Poliklinika şöbəsində dispanser qeydiyyatdadır. İddiaçı xx.xx.2022-ci il tarixdə Sabirabad RMX-nın Poliklinika şöbəsinin Həkim Məsləhət Komissiyasından keçdikdən sonra əlilliyin qiymətləndirilməsindən ötrü onlayn sistemi ilə TSEK-na göndərilmişdir. xx.xx.2022-ci il tarixdə TSEK-sı tərəfindən imtina cavabı göndərilmişdir. İddiaçı adına açılmış X9 sürəti, Forma 88, imtina cavabı məktuba əlavə olaraq göndərilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertlər qarşısında - iddiaçı xx.xx.1973-cü ildə ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı (ş/v AZE 0*******) canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə və digər tibb müəssisəsinin verdiyi sənədlərdə; iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi “Sabirabad rayon Mərkəzi Xəstəxanası” X14 tərəfindən tərtib edilmiş göndərişlərlə göndərilmiş № 088 saylı arayışlarda şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmışdırmı və iddiaçıda göndərişdə qeyd olunmuş xəstəliklər müəyyən olunurmu? - cavabdehin həmin göndəriş əsasında əlilliyin təyini (üçüncü dərəcə əlillik, ümumi xəstəlik) tibbi cəhətdən əsaslanlaşdırılmış və iddiaçının real tibbi sağlamlıq vəziyyətini əks etdirirmi? - aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırmı? iddiaçıya ikinci əlillik dərəcəsi təyin edilərkən onda olan xəstəliklər hazırda müşahidə olunurmu? - iddiaçıda həmin xəstəlik mövcuddursa xəstəliyin müalicə alınmaqla reabilitasiyası mümkündürmü? - iddiaçıya əvvəllər təyin edilən ikinci dərəcə əlilliklə halhazırki tibbi sağlamlıq vəziyyətində dəyişiklik varmı? - Aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət varmı? məzmununda suallar qoyulmuşdur. Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X10” X12 verdikləri 22 may 2023-cü il tarixli, T 285/2023 saylı rəydə göstərilmişdir ki, 1973-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1-3.İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adma müvafiq tibb müəssisələrində tərtib edilmiş göndərişdə qeyd edilmiş “Diaqnozun mətni: Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. L5.Sı fəqərəarası disk yırtığına görə L5 fəqərəsinin hissəvi hemilaminektomiyası. L5.Sı fəqərəarası disk yırtığının xaric edilməsindən sonrakı vəziyyət. Aşağı ətrafların monoplegiyası, sol pəncənin parezi” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumenta] müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Şəxsin TSEK-də müayinələri zamanı ekspertlər tərəfindən əmək qabiliyyətinin itirilməsi 0% olmuşdır. Hazırda da o, yuxarıda qeyd edilən xəstəliklərdən əziyyət çəkir. İddiaçı əlilliyin təyini zamanı Forma 088 göndərişlərində qeyd edilən diaqnozda X3 üzrə Xİİİ Sinif- Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri əsas xəstəlik kimi göstərilmişdir. xx.xx.2017-ci il tarixdə sonuncu dəfə ikinci dərəcə əlillik təyin edilərkən onda olan xəstəliklər hazırda da müşahidə olunur. 5,7. Diaqnozda olan xəstəliklər tam reablitasiya olunmurlar və hazırda onlarla əlaqədar onun əlavə bərpa müalicəsinə ehtiyacı yoxdur, xəstəliklər kəskinləşdikdə müvafiq ixtisas sahəsinin həkimləri tərəfindən müalicəyə cəlb edilə bilərlər. Əsaslandırıcı hissə və məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Etimad hüququnun qorunması Konstitusiyadan və X13 Konvensiyasından irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə (Dövlətin ali məqsədi) əsasən: İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Həmin Konstitusiyasının həmin maddəsinin 2-ci bəndinə əsasən Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. X13 Konvensiyasının 1-ci maddəsinə (İnsan hüquqlarına hörmət olunması öhdəliyi) əsasən Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın 2 bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər. Etimad hüququnun qorunması dövlətə münasibətdə pozitiv öhdəliklər yaradır və buna uyğun qaydada davranma tələb edir. Belə ki, dövlət bu hüququn reallaşdırılması üçün müvafiq işlək mexanizmlər yaratmalı; dövlət orqanları öz fəaliyyətlərində hüquq və azadlıqların səmərəli həyata keçirilməsini təmin edəcək qaydada davranmalıdırlar. Konstitusiya və AİHK ilə müəyyən edilən hüquqlar xəyali və nəzəri hüquq deyil, odur ki, dövlət tərəfindən təqdim edilən mexanizmlər səmərəsizdirsə, həmin hüquq və azadlıqların təmin edilməsi kimi qiymətləndirilə bilməz. Etimad hüququnun qorunmasının əsasları “İnzibati icraat haqqında” qanunun 2.0.8, 13, 67-69-cu maddələrində əksini tapmışdır. Həmin Qanunun 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam kimi anlayış verilmişdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən etimad hüququnun qorunması prinsipinin mahiyyətini, nəzəri əsaslarını, 67-69-cu maddələr isə praktik tətbiqi zamanı təzahürünü müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2. maddəsinə əsasən Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş və 5 fevral 2016-cı il tarixədək qüvvədə olan (“Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il № 36 Qərarı ilə qüvvədən düşmüşdür) “Tibbi-sosial ekspert komissiyaları haqqında əsasnamə”nin 5.2-ci bəndinə əsasən, əmək qabiliyyətinin itirilməsi 25 faizindən yuxarı təyin olunduğu hallarda, onun müddəti əlillik dərəcəsinin müddətinə uyğun olaraq müəyyənləşdirilir. Əmək qabiliyyətinin itirilmə faizi 25dək təyin olunduğu hallarda onun müddəti, sağlamlığın pozulmasının xarakteri və bərpa tədbirlərinin səmərəliliyindən asılı olaraq bir il müəyyənləşdirilir. Orqanizmin müəyyən funksiyasının itirilməsi ilə müşayiət olunan anatomik qüsurlar zamanı və ona bərabər tutulan hallarda əmək qabiliyyətinin itirilməsi faizi müddətsiz təyin edilir. Məhkəmə müəyyən edir ki, iddiaçıya ilkin əlillik xx.xx.2010-cu ildə təyin olunmuş, illər üzrə (hər il olmaqla) təkrar müayinədən keçmiş, sonuncu dəfə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında xx.xx.2022-ci il tarixdə təkrar müayinədək keçmiş, iddiaçıya əlillik səbəbi: ümumi xəstəlikdən müddətsiz müəyyən olunmuşdur; əlillik qrupu: 3-cü dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X10” X12 verdikləri 22 may 2023-cü il tarixli, T 285/2023 saylı rəydə göstərilmişdir ki, 1973-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1-3.İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adma müvafiq tibb müəssisələrində tərtib edilmiş göndərişdə qeyd edilmiş “Diaqnozun mətni: Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. L5.Sı fəqərəarası disk yırtığına görə L5 fəqərəsinin hissəvi hemilaminektomiyası. L5.Sı fəqərəarası disk yırtığının xaric edilməsindən sonrakı vəziyyət. Aşağı ətrafların monoplegiyası, sol pəncənin parezi” diaqnoz xəstənin anamnestik, kliniki, laboratorinstrumenta] müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Şəxsin TSEK-də müayinələri zamanı ekspertlər tərəfindən əmək qabiliyyətinin itirilməsi 0% olmuşdur. Hazırda da o, yuxarıda qeyd edilən xəstəliklərdən əziyyət çəkir. Məhkəmə qeyd edir ki, iddiaçı ona verilən üçüncü qrup əlilliyi mübahisələndirməmişdir. Yalnız mübahisə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının **********1 nömrəli, xx.xx.2022-ci il tarixli qərarın ona məxsus olması hissəsində səbəbli əlaqənin ümumi xəstəlik kimi qeyd edilməsi olmuşdur. Belə ki, iş materiallarına əsasən iddiaçının xx.xx.2010-cu il tarixdə ilkin müayinədən keçən zaman 1 illik müddətinə, xx.xx.2014-cü il tarixdə müayinədən keçən zaman 1 illik müddətinə, xx.xx.2015-ci il tarixdə müayinədən keçən zaman 1 illik müddətinə, xx.xx.2016-cı il tarixdə müayinədən keçən zaman 1 illik müddətinə, xx.xx.2017-ci il tarixdə təkrar müayinədən keçən zaman 5 illik müddətinə əlillik təyin edilmişdir ki, hər birində səbəbli əlaqə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik kimi qeyd edilmişdir. İş materiallarına, həmçinin ekspert rəyinə əsasən iddiaçının hal-hazırda da qeyd edilən xəstəliklərdən əziyyət çəkdiyi, xx.xx.2017-ci il tarixdə sonuncu dəfə ikinci dərəcə əlillik təyin edilərkən onda olan xəstəliklər hazırda da müşahidə edildiyi müəyyən olunur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının etimad hüququ qanunla qorunur, bu baxımdan iddiaçının iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Cavabdehin iddiaçıya dəfələrlə əlillik təyin edilən zaman qeyd edilən səbəbli əlaqənin heç bir əsas və sübut göstərilmədən dəyişdirələrək ümumi xəstəlik kimi qeyd edilməsi kimi hərəkətləri isə qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2022-ci il tarixli, 2-1(102)-700/2022 nömrəli, xx.xx.2022-ci il tarixli 2-1(102)-996/2022 nömrəli və xx.xx.2023-cü il tarixli 2-1(102)- 1095/2023 nömrəli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının **********1 nömrəli, xx.xx.2022-ci il tarixli qərarın ona məxsus olması hissəsində səbəbli əlaqənin dəyişdirilərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik kimi göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının **********1 nömrəli, xx.xx.2022-ci il tarixli qərarın ona məxsus olması hissəsində səbəbli əlaqənin dəyişdirilərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik kimi göstərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar