Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-134/2023 15.12.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı “İddiaçı məxsus həyətyanı torpağın mülkiyyətə verilməsinə dair ona verilmiş JN-754A nömrəli, (KOD ********) Şəhadətnamənin verilməsinə hüquqi əsas olmuş Astara rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 04 saylı qərarı ilə təsdiq edilmiş arxiv və baza məlumatlarında həmin şəhadətnaməyə aid olan DBF (siyahı) və DWG (xəritə) məlumatlarında yol verilmiş yanlışlıqların aradan qaldırılması, həmin siyahının X16, X9, X10, X23, X24 münasibətdə etibarsız sayılması, JN-745A nömrəli, (KOD ********) şəhadətnamədə qeyd olunmuş sahəsi 0.20 hektardan ibarət olan həyətyanı torpaq sahəsi üzərində İddiaçı tam mülkiyyət hüququnun tanınması, həmin hüququn Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reystrindən yeganə tam hüquqlu mülkiyyətçi kimi iddiaçının göstərildiyi müvafiq çıxarışın ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı ərazi idarəsinə qarşı “ünvan 1ində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsi üzərində onun tam mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və yeganə tam hüquqlu mülkiyyətçi kimi çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “ünvan 1i ünvanda yerləşən JN-745A nömrəli, KOD 80106018, sahəsi 0.20 hektardan ibarət olan həyətyanı torpaq sahəsi üzərində İddiaçı, iddiaçının ailə üzvləri: oğlu X11 və qızı X12 mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyesterində qeydiyyata alınması və Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyesterindən müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmənin 02 noyabr 2022-ci il tarixli qərardadı ilə X31, X37, X31, X37, X38 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb olunmuşdurlar. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “JN-745A nömrəli , KOD 80106018 şəhadətnaməyə əsasən, İddiaçı, oğlu X17 və qızı X18 aid olan hissədə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Sonradan iddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini dəqiqləşdirərək “İddiaçı məxsus həyətyanı torpağın mülkiyyətə verilməsinə dair ona verilmiş JN-754A nömrəli, (KOD ********) Şəhadətnamənin verilməsinə hüquqi əsas olmuş Astara rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 04 saylı qərarı ilə təsdiq edilmiş arxiv və baza məlumatlarında həmin şəhadətnaməyə aid olan DBF (siyahı) və DWG (xəritə) məlumatlarında yol verilmiş yanlışlıqların aradan qaldırılması, həmin siyahının X16, X9, X10, X23, X24 münasibətdə etibarsız sayılması, JN-745A nömrəli, (KOD ********) şəhadətnamədə qeyd olunmuş sahəsi 0.20 hektardan ibarət olan həyətyanı torpaq sahəsi üzərində İddiaçı tam mülkiyyət hüququnun tanınması, həmin hüququn Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reystrindən yeganə tam hüquqlu mülkiyyətçi kimi iddiaçının göstərildiyi müvafiq çıxarışın ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi davam etdirilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi və X32 və X25 üçüncü şəxs qismində məhkəmə icraatında cəlb edilməsi qəbul edilmişdir. İddiaçı iddia ərizəsi onunla əsaslandırmışdır ki, keçən əsrin 50-ci illərin ortalarından ünvan 1i ünvanında özünə məxsus, sahəsi 0.20 hektardan ibarət olan həyətyanı torpaq sahəsində tikilmiş fərdi yaşayış evində yaşayır. Bundan əlavə, Astara rayon Dövlət Arxivi tərəfindən ona verilmiş 24 dekabr 2019-cu il tarixli, 231 saylı arxiv arayışına əsasən, Astara rayonun Pensər kənd izibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin 1986-1989-cu illərin təsərrüfatbaşına kitablarına əsasən 05 saylı kitabın 314 nömrəli hesabında onun təsərrüfatının xüsusi mülkiyyətində 1960-cı ildə tikilmiş fərdi yaşayış evi və 0.19 hektar həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Astara rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 04 saylı qərarına əsasən rayon ərazisində torpaq islahatı aparılsa və vətəndaşlara məxsus həyətyanı torpaq sahələrinin onların mülkiyyətinə verilməsinə dair onlara şəhadətnamələr verilsə də uzun illər belə bir şəhadətnamə verilməmişdir. 25 dekabr 2019-cu il tarixdə onun müraciətinə əsasən AR İN yanında ƏMDX-nin yanında DƏDRXnin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən təsdiqlənərək ona təqdim olunmuş ünvan 1i ünvanında yerləşən və yuxarıda qeyd olunmuş arxiv arayışına əsasən ona məxsus JN-745A nömrəli, KOD 80106018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə ondan əlavə X13, X2, X5, X19 və X20 adlan mülkiyyətçi kimi göstərilmişdir. Siyahıda adları mülkiyyətçi kimi qeyd olunmuş X32 onun oğlu, X26 isə qızıdır. X27 (səhv yazılmışdır - əslində X28r) onun keçmiş gəlini, X37 və X38 isə oğul nəvələridir. 01 yanvar 1969-cu ildə anadan olmuş oğlu X33 xx.xx.1997ci il tarixdə əslən Astara rayonun Kakalos kəndindən olan X31 ilə rəsmi nikaha girərək evlənmişlər. Həmin nikahdan xx.xx.1997-ci il təvəllüdlü X37 və xx.xx.2000-ci il təvəllüdlü X38 adlı uşaqları doğulmuşdur. X3 xx.xx.1997-ci il tarixdə X39 ilə rəsmi ailə qurandan sonra Astara rayonun Kakalos kənd İnzibati Ərazi Dairəsinin Qamışovka kəndinə köçmüş və orada 2003-cü ilin iyul ayında həyat yoldaşı X31 yerli bələdiyyədən fərdi yaşayış evi tikmək üçün 0.06 ha həyətyanı torpaq sahəsi almış orada fərdi yaşayış evi tikərək ailəliklə orada yaşamışlar. Hal-hazırda da keçmiş gəlini X45 (Zabit) qızı uşaqları-X29 və X35 ilə birlikdə oğlu X32 ilə birgə nikah dövründə 2003-cü ildə Astara rayonun Qamışovka kəndində əldə etdiyi torpaq sahəsində 2003-cü ildə tikilmiş və özünə məxsus 2 otaqlı evində yaşayırlar və həmin ünvanda da pasport qeydiyyatındadırlar. 2015-ci ildə Astara Rayon Məhkəməsinin 14 oktyabr 2015-ci il tarixli, 2(018)- 909/2015 saylı qətnaməsi ilə oğlu X32 ilə X31 arasında olan nikah rəsmi olaraq məhkəmə qaydasında pozulmuş, məhkəmə qərarına əsasən, tərəflərin birgə nikahdan xx.xx.1997-ci il tarixdə doğulmuş X29 və xx.xx.2000-ci il tarixdə doğulmuş X1 Aytəkin Zabit qızının himayəsində saxlanılması qətt edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən də birgə nikah dövründə 2003-cü ilin iyul ayında yerli bələdiyyədən fərdi yaşayış evinin tikintisi üçün alınmış 0.06 ha həyətyanı torpaq sahəsinin tərəflər arasında bərabər bölünməsi barədə 04 may 2017-ci il tarixli, 2(106)-773/2017 saylı qətnamə qəbul edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icra olunmuşdur. Tərəflərə həmin torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını təsdiq edən çıxarışlar da verilmişdir. Hal-hazırda yuxarıda qeyd olunan mübahisəli torpaq sahəsində yerləşən və ona məxsus olan mənzildə Pensər kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 766 saylı arayışa əsasən özü, 0ğlum X33 və X4 daimi qeydiyyatdadırlar. xx.xx.2018-ci il təvəllüdlü X4 oğlunun X15 ilə ikinci nikahından doğulmuşdur. Uşağın anası X15 ağciyər xərçəngi səbəbindən 22 avqust 2021-ci il tarixdə dünyasını dəyişmişdir. Qüvvədə olan mülki qanunvericiliyin tələblərinə əsasən, övladlar valideynlərin birinci dərəcəli vərəsələridirlər və mülkiyyəti əldə etmiş valideynlər sağ ola-ola, əgər ortada bağışlanma və ya alqı-satqı haqqında notarial qaydada bağlanmış müqavilə yoxdursa, vərəsələr valideynlərin əldə etdiyi mülkiyyətin mülkiyyətçisinə çevrilə bilməzlər. Digər tərəfdən də qüvvədə olan mülki qanunvericiliyimiz nikaha girən xanıma (gəlinə) və bu nikahdan doğulacaq uşaqlarına qayınananm (qayınatanın) illər öncə əldə etdiyi əmlakına şərik çıxaraq mülkiyyətçi olmaq hüququ vermir. Çünki, nikaha girənlərin əmlakının qanuni rejimi Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənir. Bundan əlavə, keçmiş gəlini Yaqubova (Əliyeva) Aytəkin Mürşüd (Zabit) qızının və uşaqları Yaqubov (Murtazalı) Dövran Mürşüd oğlunun və Yaqubova (Murtazalı) Xanım Mürşüd qızının adlarının həyətyanı torpağın xüsusi mülkiyyətə verilməsinə dair ona verilmiş JN-745A nömrəli, KOD 80106018 olan “Şəhadətnamə”də mülkiyyətçi kimi qeyd olunması, bir mülkiyyətçi kimi onun birinci dərəcəli vərəsələri olaraq oğlu X13 və qızı Yaqubova (Ağayeva) Valiyə Murtuz qızının vərəsəliklə bağlı mülkiyyət hüquqları kobudcasına pozmuşdur. Belə ki, bu fakt ondan sonra oğlu X16 və qızı Yaqubova (Ağayeva) Valiyə Murtuz qızına çatacaq miras paylarının həcminin azalması ilə nəticələnəcəkdir. Ona məxsus, ünvan 3i ünvanında yerləşən JN-745A nömrəli KOD 80106018, sahəsi 0.20 hektar olan həyətyanı torpağın mülkiyyətə verilməsinə dair təqdim olunmuş şəhadətnamənin verilməsinə hüquqi əsas olaraq Astara rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 04 saylı qərarı göstərilmişdir. Astara rayon Dövlət Arxivi tərəfindən ona verilmiş 24 dekabr 2019-cu il tarixli, 231 saylı arxiv arayışına əsasən mülkiyyət hüquqları ilə tam olaraq ona məxsus olan JN-745A nömrəli, KOD 80106018 olan, sahəsi 0.20 hektardan ibarət həyətyanı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə ondan başqa yuxanda adlan qeyd olunmuş şəxslərin adlarının mülkiyyətçi kimi qeyd olunmasının hüquqi əsaslanın öyrənmək məqsədilə Astara rayon X43 rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 04 saylı qəranın təsdiq olunmuş surətini əldə etmişdir. Həmin qərarda vətəndaşlara veriləcək şəhadətnamələrdə kimlərin adlarının mülkiyyətçi kimi qeyd olunması və o cümlədən, verilmiş JN- 745A nömrəli KOD 80106018, sahəsi 0.20 hektardan ibarət olan həyətyanı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə adları mülkiyyətçi kimi qeyd olunmuş şəxlər barədə heç bir məlumat yoxdur. Ümumi bir qərardır verilmişdir. Astara rayon Dövlət Arxivi tərəfindən verilmiş 24 dekabr 2019-cu il tarixli, 231 saylı arxiv arayışına əsasən mülkiyyət hüquqları ilə tam olaraq ona məxsus olan JN-745A nömrəli, KOD 80106018, sahəsi 0.20 hektardan ibarət həyətyanı torpağ sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamədə yuxarıda qeyd olunmuş 5 nəfərin adlarının mülkiyyətçi kimi göstərilməsi (qeyd olunması) qeyri-qanunidir və heç bir hüquqi əsası yoxdur. Çünki yuxarıda adlan qeyd olunmuş şəxslərin adlarının JN-745A nömrəli, KOD 80106018, sahəsi 0.20 hektardan ibarət olan həyətyanı torpağ sahəsinin mülkiyyətə verilməsinə dair ona verilmiş şəhadətnamədə mülkiyyətçi kimi göstərilməsinin hüquqi əsaslan məlum deyildir. Torpaq islahatı keçirilənə qədər inzibati işdə olan sübutlara əsasən, ünvan 1i ünvanında yerləşən JN-745A nömrəli, KOD 80106018, sahəsi 0.20 hektardan ibarət həyətyanı torpaq sahəsi onun ifadəsində olmuşdur. Bu fakt Astara rayon Dövlət Arxivi tərəfindən verilmiş 24 dekabr 2019-cu il tarixli, 231 saylı arxiv arayışı ilə də təsdiqlənir. Həmin arayışa görə Astara rayonun Pensər kənd İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndəliyinin 1986-1989-cu illərin təsərrüfatbaşına kitablarına əsasən 05 saylı kitabın 314 №-li şəxsi hesabında onun təsərrüfatının xüsusi mülkiyyətində 1960-cı ildə tikilmiş fərdi yaşayış evi və 0.19 hektar həyətyanı torpaq sahəsi olduğu təsdiq (sübut) olunur. Yuxarıda göstərilənlərə əsasən, 06 avqust 2021-ci il tarixdə poçt rabitəsi vasitəsi ilə cavabdeh Azərbaycvan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ərizə ilə müraciət edərək verilmiş JN-745A nömrəli, KOD 80106018 olan, sahəsi 0.20 hektardan ibarət həyətyanı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə ondan başqa 5 nəfərin adlarının mülkiyyətçi kimi qeyd olunmasının heç bir hüquqi əsası olmadığını, qeyd olunan şəhadətnamənin verilməsinə hüquqi əsas olmuş Astara rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 04 saylı qərarında da ümumiyyətlə heç bir adın olmadığını, ümumi bir qərar olduğunu qeyd edərək hüquq müəyyənedici sənəd olan Astara rayon Dövlət Arxivi tərəfindən verilmiş 24 dekabr 2019-cu il tarixli, 231 saylı arxiv arayışına əsasən, ünvan 1i ünvanında mülkiyyət hüquqları ilə tam olaraq ona məxsus olan və Astara rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 04 saylı qərarı ilə mülkiyyətə verilmiş JN-745A nömrəli, KOD 80106018 olan, sahəsi 0.20 hektardan ibarət həyətyanı torpağ sahəsi üzərində onun tam mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını və onun tam hüquqlu yeganə mülkiyyətçi kimi göstərildiyini çıxarışın ona verilməsini xahiş etmiş, Poçt rabitəsi tərəfindən təqdim olunmuş TT021147987AZ ştrix kodlu xəbərnaməyə əsasən onun məktubu (müraciəti) 10 avqust 2021-ci il tarixdə rəsmi olaraq cavabdehə təqdim olunmuşdur. Onun müraciətinin cavabdehə rəsmi təqdim edilməsindən 34 gün vaxt keçməsinə baxmayaraq bu günə qədər cavabdeh onun müraciətini cavablandırmamış və hərəkətsizlik nümayiş etdirmişdir. Baxmayaraq ki, 2 dəfə: xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə 10 saylı Lənkəran Ərazi İdarəsinə gedib xx.xx.2021-ci il tarixli müraciətinə rəsmi cavab verilməsini xahiş etmişdir. Lakin bu günə qədər cavabdeh DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən onun xx.xx.2021-ci il tarixli müraciətinə rəsmi cavab verilməmişdir. Bununla da cavavbdeh onun hüquqlarını geniş mənada kobudcasına pozmuşdur. Yuxarıda göstərilmiş faktiki hallan diqqətlə araşdırmalı və Astara rayon Dövlət Arxivi tərəfindən verilmiş 24 dekabr 2019-cu il tarixli, 231 saylı arxiv arayışına əsasən, ünvan 3i ünvanında tam olaraq mülkiyyət hüquqlan ilə mənə məxsus JN-745A nömrəli, KOD 80106018, sahəsi 0.20 hektardan ibarət olan həyətyanı torpaq sahəsi üzərində onun tam mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən yeganə tam hüquqlu mülkiyyətçi kimi onun göstərildiyi çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycvan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul etməlidir. onun 79 yaşı var və şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Bu səbəbdən də 10 sentyabr 2020-ci il tarixli, 7E-2084 reyestr nömrəli Etibarnamə ilə səlahiyyətlərini Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X60 küçəsi döngə 3, ev 5a ünvanında yaşayan qızı Ağayeva (Yaqubova) Valiyə Murtuz qızına etibar etmiş və onun məhkəmədə etibarnamə üzrə nümayəndə qismində çıxış edəcəkdir. Cavabdeh imtinanı onunla əsaslandırır ki, ünvan 1i ərazisində yerləşən hazırki iş üzrə İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi 0.20 ha torpaq sahəsinə dair Astara rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə verilmiş JN-745A nömrəli şəhadətnaməyə müvafiq dəyişiklik edilməklə, mülkiyyətçilərdən sayılan X27, X37, X20, X13 və X2 adlarının mülkiyyətçilər sırasından çıxarılmaqla həmin hüquqmüəyyənedici sənədlə tam mülkiyyət hüququ üzrə iddiaçının adına müvafiq “Çıxarış”ın verilməsi öhdəliyinin üzərimizə qoyulması barədə iddia tələbinə Ərazi İdarəsinin rəsmi münasibətinin (etirazının) bildirilməsi ilə əlaqədar tərəfimizdən sözü gedən daşınmaz əmlaka dair arxiv və baza məlumatları araşdırıldı. Araşdırılma nəticəsində məlum oldu ki, sözü gedən ünvanda yerləşən hazırki iş üzrə iddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair Astara rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə verilmiş JN- 745A nömrəli şəhadətnamə (surəti əlavə olunur) barədə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin DƏDRX-nə təqdim etdiyi DBF (siyahı) və DWG (xəritə) məlumatlarında (surəti əlavə olunur) müvafiq məlumatlar mövcuddur. Bu baxımdan, iddia ərizəsində qeyd olunanlar tərəfimizdən araşdırıldı və məlum oldu ki, ünvan 3i ərazisində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinə dair Astara rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə JN-745A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında 0.20 ha torpaq sahəsi ümumilikdə altı nəfərin mülkiyyətinə verilmişdir. Belə ki, hazırki iş üzrə iddiaçının adlarını mülkiyyətçilər sırasından çıxarılması xahiş edilən şəxslərin barəsində həqiqətən sözü gedən şəhadətnamədə və DBF (siyahı) məlumatlarında müvafiq qeydiyyat aparılmışdır. Bu baxımdan, sərəncamda qeyd edilən “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dən digər mülkiyyətçilərin bütövlükdə adlarının çıxarılması məsələsinə münasibətdə isə bildiririk ki, qeyd olunan məsələ (JN-745A nömrəli şəhadətnamədən iddiaçıdan başqa bütün mülkiyyətçilərin adlarının çıxarılmasına münasibətdə) Ərazi İdarəsinin səlahiyyətləri çərçivəsində deyildir. Şəhadətnamənin ləğv edilməsi, dəyişdirilməsi, yaxud barələrində qeyd olunan şəxslərin adlarının həmin şəhadətnamədən çıxarılmasına münasibətdə isə bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın döviət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İndiki halda mübahisələndirilən torpaq sahəsinə dair ümumilikdə iddiaçının və barələrində qeyd olunan şəxslərin (X27, X37 və X20, X13 və X21) adına tərtib olunmuş JN-745A nömrəli şəhadətnamədən sonuncu şəxslərin adlarının çıxarılmasına dair müvafiq məhkəmə qərarı qəbul edilməlidir. Sərəncamın icrası olaraq həmin şəhadətnaməyə dəyişiklik edilməsi, iddia ərizəsində barələrində qeyd olunan şəxslərin (X27, X37 və X20, X13 və X21) adlarının mülkiyyətçilər sırasından tamamilə çıxarılması məsələsinə münasibətdə bildiririk ki, bununla əlaqədar hazırki iddia tələbinin qanuniliyi və əsaslılığı baxımından müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxırlar. İddiaçının nümayəndəsi Nümayəndə şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı ərazi idarəsinin nümayəndəsi və üçüncü şəxslər X31, X37, X31, X37, X38, X32 və X25 məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət idarəsinin nümayəndəsinin və üçüncü şəxslər X31, X37, X31, X37, X38, X32 və X6 iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır, ona görə də təmin oluna bilməz. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan JN-745A KOD 80106018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 nömrəli qərarına əsasən 0,20 hektar həyətyanı torpaq sahəsi İddiaçı, onun ailə üzvləri X13, X6, X5, X22 və X20 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Astara rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 231 nömrəli arxiv arayışından görünür ki, Astara rayonunun Pensər kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin 1986-1989-cu illərin təsərrüfatbaşına kitablarına əsasən 05 saylı kitabın 314 nömrəli şəxsi hesabında İddiaçı təsərrüfatının xüsusi mülkiyyətində 1986-cı ilə tikilmiş fərdi yaşayış evi və 0.19 hektar həyətyanı torpaq sahəsi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Astara rayon İcra Hakimiyyəti başçısının Pensər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 443 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən ünvan 1ində yaşayır və uşaqları oğlu X32, X25 vardır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli, **********89 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 1i ərazisində yerləşən, Astara rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı əsasında JN-745A nömrəli “Şəhadətnamə” ilə fərdi yaşayış evinin tikilməsindən ötrü onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.20 ha həyətyanı torpaq sahəsinə dair həmin hüquqmüəyyənedici sənədin mülkiyyətçilərdən sayılan X32, X27, X37, X38 və X7 münasibətdə qismən ləğv edilməsi barədə Ərazi İdarəsinə daxil olmuş ********** qeydiyyat nömrəli, 2021-ci il 10 avqust tarixli ərizəyə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar bildiririk ki, Xidmətin 10 saylı Lənkəran Ərazi İdarəsi xidmət orqanı olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququ və digər əşya hüquqlarının əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması (yüklənməsi) və onlara xitam verilməsinin dövlət qeydiyyatını Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2004-cü il tarixli, 113 nömrəli fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirən dövlət orqanıdır. Ərizədə qeyd olunanlara münasibətdə həmin əmlaka dair arxiv və baza məlumatları araşdırıldı və məlum oldu ki, sözü gedən hüquqmüəyyənedici sənəd barədə mövcud DBF (siyahı) və DWG (xəritə) məlumatlarında aidiyyəti hissədə qeydiyyat aparılmışdır. Bu baxımdan bildiririk ki, ərizədə qoyulan məsələnin (JN-745A nömrəli “Şəhadətnamə” ilə fərdi yaşayış evinin tikilməsindən ötrü onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.20 ha həyətyanı torpaq sahəsinə dair həmin hüquqmüəyyənedici sənəd üzrə mülkiyyətçilərdən sayılan (X32, X27, X37, X38 və X2 adlarının mülkiyyətçilər sırasından çıxarılmasına münasibətdə) həlli Ərazi İdarəsinin səlahiyyətləri çərçivəsində deyildir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona məxsus əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Odur ki, gələcəkdə sözü gedən “Şəhadətnamə” üzrə barəsində qeyd edilən şəxslərin adlarının mülkiyyətçilər sırasından çıxarılması proseduruna həmin şəxslərin notarial qaydada təsdiqlənmiş onlara məxsus payların özgəninkiləşdirilməsi barədə notarial təsdiqiənmiş müqavilə, habelə hüquqi əhəmiyyətli faktın tanınmasına dair qanuni qüvvəsini almış məhkəmə qərarı təqdim olunduğu təqdirdə tərəfimizdən baxıla bilər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, **********14 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 1i ərazisində yerləşən, Astara rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı əsasında JN-745A nömrəli “Şəhadətnamə” ilə fərdi yaşayış evinin tikilməsindən ötrü ona və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.20 ha həyətyanı torpaq sahəsinə dair həmin hüquqmüəyyənedici sənəd üzrə onun tam mülkiyyət hüquqlarını qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən yeganə mülkiyyətçi kimi adına müvafiq “Çıxarış”ın verilməsi barədə Ərazi İdarəsinə daxil olmuş ********** qeydiyyat nömrəli, 2022-ci il 23 may tarixli ərizəyə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsində baxılmışdır. Hazırki ərizədə qeyd olunan eyni məsələ ilə bağlı (JN-745A nömrəli “Şəhadətnamə” ilə fərdi yaşayış evinin tikilməsindən ötrü onun və ailə üzvlərinizin mülkiyyətinə verilmiş 0.20 ha həyətyanı torpaq sahəsinə dair həmin hüquqmüəyyənedici sənəd üzrə tam mülkiyyət hüquqları qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən yeganə mülkiyyətçi kimi adına müvafiq “Çıxarış”ın verilməsinə münasibətdə) tərəfindən Ərazi idarəsinə 10 avqust 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə müraciət olunmuş və aidiyyəti hissədə cavablandırılmışdır. Bununla əlaqədar Xidmətin 10 saylı Lənkəran Ərazi İdarəsi xidmət orqanı olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququ və digər əşya hüquqlarının əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması (yüklənməsi) və onlara xitam erilməsinin dövlət qeydiyyatını Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2004-cü il tarixli, 113 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri aqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirən dövlət orqanıdır. Həmçinin, 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər fsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası canununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair - hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Hazırki ərizədə qeyd olunanlara münasibətdə həmin əmlaka dair arxiv və baza məlumatları araşdırıldı və məlum oldu ki, sözü gedən hüquqmüəyyənedici sənəd barədə mövcud DBF (siyahı) və DWG (xəritə) məlumatlarında aidiyyəti hissədə qeydiyyat aparılmışdır. ünvan 3i ərazisində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinə dair Astara rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə JN-745A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə ümumbirgə mülkiyyət hüququ üzrə altı nəfərdən ibarət ailə üzvlərinin adları qeyd olunmuşdur. Bu baxımdan ərizədə qoyulan məsələnin (JN-745A nömrəli Şəhadətnamə ilə fərdi yaşayış evinin tikilməsindən ötrü onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.20 ha həyətyanı torpaq sahəsi üzərində tam mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən yeganə mülkiyyətçi kimi adına müvafiq “Çıxarış”ın verilməsinə münasibətdə) həlli Ərazi dərəsinin səlahiyyətləri çərçivəsində deyildir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona məxsus əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haaqında” Azərbaycan Respublikası Qanununun 2.4. maddəsinə əsasən hüquqların döviət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Odur ki, gələcəkdə sözü gedən “Şəhadətnamə” üzrə barəsində qeyd edilən şəxslərin adlarının mülkiyyətçilər sırasından çıxarılması proseduruna həmin şəxslərin notarial qaydada təsdiqlənmiş onlara məxsus payların özgəninkiləşdirilməsi barədə alqı-satqı, yaxud bağışlanma müqaviləsi, habelə inzibati icraat qaydasında baxılan iş üzrə qanuni qüvvəsini almış məhkəmə qərarı təqdim olunduğu təqdirdə baxılacaqdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Astara rayon Qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 657-05/13 nömrəli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış İddiaçı, X2, X8, X30, X20 doğumları haqqında akt qeydləri aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-Y-00038/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 1i ərazisində yerləşən, Astara rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı əsasında JN-745A nömrəli “Şəhadətnamə” ilə fərdi yaşayış evinin tikintisindən ötrü onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.20 ha həyətyanı torpaq sahəsinə dair Ərazi İdarəsində mövcud olan DBF (siyahı) məlumatlarında barəsində qeyd olunan digər mülkiyyətçilərə münasibətdə yerləşdirilmiş məlumatlarlarda yol verilmiş yanlışlıqların aradan qaldırılması, habelə həmin hüquqmüəyyənedici sənəd üzrə tam mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən yeganə mülkiyyətçi kimi adına müvafiq “Çıxarış”ın verilməsi barədə Ərazi İdarəsinə daxil olmuş ********** qeydiyyat nömrəli, 2023-cü il 02 avqust tarixli ərizəyə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsində baxılmışdır. Xidmətin 10 saylı Lənkəran Ərazi İdarəsi xidmət orqanı olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququ və digər əşya hüquqlarının əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması (yüklənməsi) və onlara xitam verilməsinin dövlət qeydiyyatını Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2004-cü haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirən dövlət orqanıdır. Həmçinin, 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Hazırki ərizədə qeyd olunanlara münasibətdə həmin əmlaka dair arxiv və baza məlumatları təkrarən araşdırıldı və məlum oldu ki, sözü gedən hüquqmüəyyənedici sənəd barədə mövcud DBF (siyahı) və DWG (xəritə) məlumatlarında aidiyyəti hissədə qeydiyyat aparılmışdır. ünvan 3i ərazisində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinə dair Astara rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə JN- 745A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə ümumbirgə mülkiyyət hüququ üzrə altı nəfərdən ibarət ailə üzvlərinin adları qeyd olunmuşdur. Bu baxımdan bildiririk ki, ərizədə qoyulan məsələnin (JN-745A nömrəli “Şəhadətnamə” ilə fərdi yaşayış evinin tikintisindən ötrü ailə üzvlərinin ümumbirgə mülkiyyətinə verilmiş 0.20 ha həyətyanı torpaq sahəsinə dair Ərazi İdarəsində mövcud olan DBF (siyahı) məlumatlarında əlavə barəsində qeyd olunan digər mülkiyyətçilərə münasibətdə yerləşdirilmiş məlumatlarlarda yol verilmiş yanlışlıqların aradan qaldırılması, habelə mübahisələndirilən torpaq sahəsi üzərində tam mülkiyyət hüquqları qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən yeganə mülkiyyətçi kimi adına müvafiq “Çıxarış”ın verilməsinə münasibətdə) həlli Ərazi İdarəsinin səlahiyyətləri çərçivəsində deyildir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona məxsus əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4. maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Odur ki, gələcəkdə sözü gedən “Şəhadətnamə” ilə onun və ailə üzvlərinin ümumbirgə mülkiyyətinə verilmiş 0.20 ha həyətyanı torpaq sahəsinə dair Ərazi İdarəsində mövcud olan DBF (siyahı) məlumatlarında əlavə barəsində qeyd olunan digər mülkiyyətçilərə münasibətdə yerləşdirilmiş məlumatlarlarda yol verilmiş yanlışlıqların aradan qaldırılması, habelə mübahisələndirilən torpaq sahəsi üzərində tam mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən yeganə mülkiyyətçi kimi adına müvafiq “Çıxarış”ın verilməsinə münasibətdə iş üzrə qanuni qüvvəsini almış məhkəmə qərarı təqdim olunduğu təqdirdə baxılacaqdır. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstrilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında əsasnaməyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatnın idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, JN-745A KOD 80106018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 nömrəli qərarına əsasən 0,20 hektar həyətyanı torpaq sahəsi İddiaçı, onun ailə üzvləri X13, X6, X5, X22 və X20 mülkiyyətinə verilmişdir. Astara rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 231 nömrəli arxiv arayışından görünür ki, Astara rayonunun Pensər kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin 1986- 1989-cu illərin təsərrüfatbaşına kitablarına əsasən 05 saylı kitabın 314 nömrəli şəxsi hesabında İddiaçı təsərrüfatının xüsusi mülkiyyətində 1986-cı ilə tikilmiş fərdi yaşayış evi və 0.19 hektar həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-Y-00038/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, JN-745A nömrəli “Şəhadətnamə” ilə fərdi yaşayış evinin tikintisindən ötrü ailə üzvlərinin ümumbirgə mülkiyyətinə verilmiş 0.20 ha həyətyanı torpaq sahəsinə dair Ərazi İdarəsində mövcud olan DBF (siyahı) məlumatlarında əlavə barəsində qeyd olunan digər mülkiyyətçilərə münasibətdə yerləşdirilmiş məlumatlarlarda yol verilmiş yanlışlıqların aradan qaldırılması, habelə mübahisələndirilən torpaq sahəsi üzərində tam mülkiyyət hüquqları qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən yeganə mülkiyyətçi kimi adına müvafiq “Çıxarış”ın verilməsinə münasibətdə) həlli Ərazi İdarəsinin səlahiyyətləri çərçivəsində deyildir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində qeyd olunur ki, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Göründüyü kimi, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparmış, islahat yekunlaşdığından qeyd edilən komissiyaların fəaliyyəti başa çatmış və islahat komissiyalarının hüquqi varisi müəyyən edilməmişdir. Azərbaycan Respublikasında torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununa görə torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsinin, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsinin, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarının təmin edilməsidir. Torpaq islahatı keçirilən zaman sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq sovxozun və ya kolxozun özəlləşdirilən torpaqlarından vətəndaşlara torpaq payı almaq hüququ verilmiş, bundan sonra kolxoz və sovxozlar ləğv edilərək torpaq sahələri üzərində yeni mülkiyyət növləri formalaşmışdır. Nəticədə, Azərbaycan Respublikasının torpaqları dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid olmaqla 3 kateqoriyaya bölünmüşdür. Beləliklə, iddiaçının tələbi üzrə cavab verməli olan dövlət qurumu (aqrar islahat komissiyası) artıq mövcud deyildir, həmin qurum 1996-cı ildən təsis edilərək fəaliyyətə başlamış və 2005-ci ilədək (10 il ərzində) aqrar islahatın, o cümlədən torpaq islahatının aparılmasını, bununla bağlı məsələlərin həllini həyata keçirmiş, öz missiyasını sona çatdırması ilə əlaqədar 2005-ci ildə mövcudluğuna xitam verilmişdir. İş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mübahisəli torpaq sahəsi və verilən qərarın qismən ləğvi ilə bağlı Şirvan İnzibai Məhkəməsinə müraciət olunmuş, yekun olaraq məhkəmənin 18 may 2021-ci il tarixli, 2-1(120)-655/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamış, Şirvan Apellyasiya Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2-1(106)-394/2021 saylı qərardadına əsasən iddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməmiş və Şirvan İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. İddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. «İnzibati icraat haqqında» Qanunun 64-cü maddəsinin müddəalarına görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır:
1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt;
2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt;
3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt;
4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt;
5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt;
6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Normaların məzmunundan göründüyü kimi qanunverici inzibati aktın etibarsızlığını və qanunsuzluğunu biri-birindən fərqləndirir. Belə ki, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Qanunsuz əlverişsiz (maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt) isə, əksinə, hüquqi nəticələr yaradır və qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər hansı biri mövcud olduqda inzibati orqan öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Əks təqdirdə, həmin aktın etibarsızlığına dair «müəyyən etmə və tanınma haqqında» iddia ilə məhkəməyə müraciət oluna bilər. Belə iddia isə, yalnız o halda əsaslı sayıla bilər ki, «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olsun. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Göründüyü kimi, torpaq sahəsinin qeyd edilən şəxslərə verilməsi ilə bağlı qəbul olunan qərar hal-hazırda qüvvədəri, belə olan halda cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya dəfələrlə hüquqi yardım məktubları ünvanlanaraq, qanunvericiliyin tələbləri izah olunmuş, iddiaçının diqqətinə çatdırmaq üçün, eləcə də edilən hüquqi yardımlara iddiaçı tərəfindən verilən yazılı və şifahi izahatları ilə bağlı onunla müzakirə aparılmışdır. Lakin iddiaçı qeyd edilən hallarla bağlı izahların ona aydın olduğunu və son tələb dəqiqləşdirilməsi barədə ərizəyə uyğun qərar verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin olunmasından imtina etməsi qanuni olmuşdur. Ona görə də iddia təmin edilməməlidir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı “İddiaçı məxsus həyətyanı torpağın mülkiyyətə verilməsinə dair ona verilmiş JN-754A nömrəli, (KOD ********) Şəhadətnamənin verilməsinə hüquqi əsas olmuş Astara rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 04 saylı qərarı ilə təsdiq edilmiş arxiv və baza məlumatlarında həmin şəhadətnaməyə aid olan DBF (siyahı) və DWG (xəritə) məlumatlarında yol verilmiş yanlışlıqların aradan qaldırılması, həmin siyahının X16, X9, X10, X23, X24 münasibətdə etibarsız sayılması, JN-745A nömrəli, (KOD ********) şəhadətnamədə qeyd olunmuş sahəsi 0.20 hektardan ibarət olan həyətyanı torpaq sahəsi üzərində İddiaçı tam mülkiyyət hüququnun tanınması, həmin hüququn Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reystrindən yeganə tam hüquqlu mülkiyyətçi kimi iddiaçının göstərildiyi müvafiq çıxarışın ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim: Hilal Nəcəfov