Məhkəmə qərarları › İş №2-1(120)-1342/2020

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1342/2020

11.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-1342/2020 11.11.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa оğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi ilə, İddiaçı cavabdeh Salyan rayonu Kərimbəyli bələdiyyəsinə qarşı «xx xxxxxx 2017-ci il tarixli, 02 saylı iclas qərarının ləğv edilməsi» tələbinə dair iddia ərizəsi üzrə işə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Salyan rayonu Kərimbəyli bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Salyan rayonu, Kərimbəyli bələdiyyəsinin xx xxxxxx 2017-ci il tarixli, 02 saylı iclas qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin surətləri Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən cavabdehə təqdim olunmuş və sonuncudan iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunmuş, həmçinin tərəflər işin halları və mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün ilk dəfə xx xxxxxx 2020-ci il tarixə, saat 16:00-а məhkəməyə dəvət olunmuşlar. Göstərilən vaxtda məhkəmənin hazırlıq icraatı ilə bağlı iclasına gəlmədiklərindən işin halları və mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün tərəflər təkrarən xx xxxxxx 2020-ci il tarixə, saat 15:00-a məhkəməyə dəvət olunmuşlar. Buna baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi təkrarən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən «Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir». Məhkəmə belə hesab edir ki, iddia geri götürülmüş sayılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair xx xxxxx 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsi göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apelyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80, 83 və 85-ci maddələrinə əsasən məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Salyan rayonu Kərimbəyli bələdiyyəsinə qarşı «xx xxxxxx 2017-ci il tarixli, 02 saylı iclas qərarının ləğv edilməsi» tələbi ilə bağlı inzibati mübahisə üzrə iddia geri götürülmüş sayılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (оn) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar