Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-135/2025 21.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi X3, Üçüncü şəxs “X7 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4, Üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində istifadə hüququnun dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına 21 may 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2002-ci ildən istifadəsində olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında X7 və X10 rayonu ərazisində yerləşən 19 ha torpaq sahəsinə texniki pasportun tərtib edilməsi, dövlət reyestrindən çıxarışın verilməsi və adına mülkiyyət hüququnun tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “2002-ci ildən istifadəsində olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında X7 və X10 rayonu ərazisində yerləşən 19 ha torpaq sahəsinə dair istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə məhkəmənin xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2025-ci il tarixli qərardadları ilə “X7 və Emal Birliyi” MMC, Beyləqan Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət edərək, istifadəsində olan Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyi yanında X7 və X10 rayonu ərazisində yerləşən 19 ha torpaq sahəsinə texniki pasportun tərtib edilməsi, dövlət reyestrindən çıxarışın verilməsi və adına mülkiyyət hüququ tanınmasını xahiş etmişdir. O, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastn və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə rəsmi qaydada müraciət edərkən xahiş etmişdir ki, 2002-ci ildən istifadəsində olan Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyi yanında X7 və X10 rayonu ərazisində yerləşən 19 ha torpaq sahəsinə onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına və torpaq sahəsinin onun adına dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarış verilsin. Lakin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi bahanə gətirərək xx.xx.2022-ci il tarixdə ona imtina edərək bildirmişdir ki, ərizənizə tərəfimizdən baxılmışdır. Müraciəti ilə əlaqədar olaraq ona bildirilmişdir ki, sizin Beyləqan rayonu ərazisində yerləşən torpaq sahəsi üzərində icarə hüququnuzun qeydiyyata alınması barədə müraciətinizə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesti publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, sözügedən torpaq sahəsinin icarəyə verilməsi barədə qüvvədə olan icarə müqaviləsi, torpaq sahəsinin DTXK tərəfındən təsdiq edilmiş yer quruluşu sxemi və müvafıq rəy əlavə edilmədiyindən icarə hüququnuzun qeydiyyatı mümkün olmamışdır. Bundan əlavə ərizəyə əlavə edilmiş icarə müqavilələrinin icarə müddəti bitmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2ci maddələrinin tələblərinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatm dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla qeydiyyatı aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Qeyd olunanları nəzərə alaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsi müraciətinizdə göstərilən məsələyə hər hansısa köməklik etmək səlahiyyətinə malik olmadığından məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Hesab edir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin imtinası əsassızdır, imtina cavabında qeyd edilən məlumatlar həqiqəti əks etdirmir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlannın əmələ gəlməsi və başqasına keçməsi müvafıq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanmda Daşınmaz Əmlakm Dövlət Reyestri Xidmətinin yeni Əsasnaməsinin 3.0.6-cı bəndinə əsasən hüquqları dövlət qeydiyyatına almaq, 3.0.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədilə dövlət reyestrindən çıxarış vermək, 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə daxildir (Həmin Əsasnamənin 5.1-ci bəndinə əsasən Xidmətin tərkibinə onun apparatı və tabeliyində olan yerli qurumlar daxildir). Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi imtina etdiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşmmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafıq icra hakimiyyəti orqanı tərəfındən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin apanlması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlannm dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdınlmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfındən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci mddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvaflq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafıəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktm qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfındən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafıq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinin tələblərinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikasımn MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlanı qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafıəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-nin 8.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu səbəbdən də, hesab edir ki, iddiaçı olaraq o iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər olaraq onların arasında hüquqi mübahisə mövcud olmuş, iddiaçı olaraq onun hüquqları və qanunla qorunan maraqları cavabdeh olan inzibati orqan tərəfındən kobud şəkildə pozulmuşdır. Bu səbəbdən də, hesab edir ki, iddiaçı olaraq onun tələblə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl bu iddia tələbinin predmeti ilə bağlı cavabdeh olan inzibati orqana müraciət etdiyindən, cavabdeh olan inzibati orqan isə imtinaedici cavabı və hərəkətsizliyi mövcud olduğundan, tərəflər arasında hüquqi mübahisə olduğundan hazırkı iddia tələbi mümkün sayılmalıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, sözügedən torpaq sahəsinə aid torpaq sahəsinin icarəyə verilməsi barədə qüvvədə olan icarə müqaviləsi, torpaq sahəsinin DTXK tərəfindən təsdiq edilmiş yer quruluşu sxemi və müavfiq rəy əlavə edilmədiyindən icarə hüququnun qeydiyyatı mümkün olmamışdır. Bundan əlavə olaraq bildiririk ki, icarə müqavilələrinin icarə müddəti bitmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılaraq hüquqların dövlət qeydiyyatı aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar göstərilmişdir. Həmin Qanunun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə və hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi iddiaya qarşı etiraza əlavə təqdim etmişdir. Etiraza əlavədə qeyd olunmuşdur ki, sözügedən torpaq sahəsinə aid torpaq sahəsinin icarəyə verilməsi barədə qüvvədə olan icarə müqaviləsi, torpaq sahəsinin DTXK tərəfindən təsdiq edilmiş yer quruluşu sxemi və müavfiq rəy əlavə edilmədiyindən icarə hüququnun qeydiyyatının mümkün olmadığı bildirilmişdir. Həmçinin bildirilmişdir ki, icarə müqavilələrinin müddəti bitmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/542 nömrəli ekspert rəyindən göründüyü kimi, Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 05 sentyabr 2002-ci il tarixli, 39 saylı sərəncamına əsasən, İddiaçı uzunmüddətli müvəqqəti istifadəsinə ayrılmış 19,0 hektar torpaq sahəsinə aid ilkin torpaqayırma sənədləri, eləcə də yerquruluşu planı mövcud olmadığına görə qeyd olunan ərazinin sənədlər əsasında koordinatlarını təyin etmək mümkün olmamışdır. Həmçinin İddiaçı iddia etdiyi 19,0 hektar mübahisəli torpaq sahəsinin faktiki koordinatları Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında X7 və Emal Birliyi tərəfindən təqdim edilmiş “Daşınmaz dövlət əmlakının qeydiyyat vərəqəsi” əsasında Birliyin istifadəsində olan torpaq sahəsi kimi dövlət əmlakının Registrində qeydə alınmış Beyləqan şəhərinin ətrafı ərazisində yerləşən 25000000 kv.m (2500.0 ha) torpaq sahəsinin hüdudları daxilində olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********66 olan çıxarışa əsasən 23.30 ha torpaq sahəsinin koordinatları ilə üstüstə düşdüyü qeyd edilmiş, araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı iddia etdiyi 19,0 hektar torpaq sahəsinin yerləşdiyi ərazi hazırda X5 Uçotu və İnformasiya Sistemində dövlət mülkiyyətində olmaqla, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid əkin sahəsi kimi qeyd edilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, sözügedən torpaq sahəsinə aid torpaq sahəsinin icarəyə verilməsi barədə qüvvədə olan icarə müqaviləsi, torpaq sahəsinin DTXK tərəfindən təsdiq edilmiş yer quruluşu sxemi və müvafiq rəy əlavə edilmədiyindən icarə hüququnun qeydiyyatının mümkün olmadığı bildirilmişdir. Həmçinin bildirilmişdir ki, icarə müqavilələrin icarə müddəti bitmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/542 nömrəli ekspert rəyindən göründüyü kimi Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 05 sentyabr 2002-ci il tarixli, 39 saylı sərəncamına əsasən, İddiaçı uzunmüddətli müvəqqəti istifadəsinə ayrılmış 19,0 hektar torpaq sahəsinə aid ilkin torpaqayırma sənədləri, eləcə də yerquruluşu planı mövcud olmadığına görə qeyd olunan ərazinin sənədlər əsasında koordinatlarını təyin etmək mümkün olmamışdır. Həmçinin İddiaçı iddia etdiyi 19,0 hektar mübahisəli torpaq sahəsinin faktiki koordinatları Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında X7 və Emal Birliyi tərəfindən təqdim edilmiş “Daşınmaz dövlət əmlakının qeydiyyat vərəqəsi” əsasında Birliyin istifadəsində olan torpaq sahəsi kimi dövlət əmlakının Registrində qeydə alınmış Beyləqan şəhərinin ətrafı ərazisində yerləşən 25000000 kv.m (2500.0 ha) torpaq sahəsinin hüdudları daxilində olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********66 olan çıxarışa əsasən 23.30 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşdüyü qeyd edilmiş araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı iddia etdiyi 19,0 hektar torpaq sahəsinin yerləşdiyi ərazi hazırda X5 Uçotu və İnformasiya Sistemində dövlət mülkiyyətində olmaqla, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid əkin sahəsi kimi qeyd edilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı, cavabdehin nümayəndəsi X8, üçüncü şəxslərin nümayəndələri X9 və X6 gəlmiş, digər üçüncü şəxsin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə digər üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddianın mümkün sayılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddianın mümkün sayılıb-sayılmaması məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X9 iddianın mümkün sayılıb-sayılmaması məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X6 iddianın mümkün sayılıb-sayılmaması məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, iddianın mümkünlüyünə dair şərtləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İlk növbədə qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Nəzərə almaq lazımdır ki, inzibati məhkəməyə iddia ilə müraciət hüququ inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən mübahisənin yarandığı hüquq münasibətinin xarakteri ilə bağlı və bunun üzərindən hüquq mübahisəsinin xarakterindən irəli gələn məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. Başqa sözlə, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə ilkin olaraq iddiaçının subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulub-pozulmadığı aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9- cu bənd)” Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə, işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İş materiallarında olan Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 05 sentyabr 2002-ci il tarixli, 39 saylı Sərancamından Çıxarışdan görünür ki, Beyləqan şəhər sakini İddiaçı uzunmüddətli müvəqqəti istifadəsinə “Dostluq” qoyunçuluq üzrə Dövlət damazlıq kənd təsərrüfatı istehsalı müəssisəsinin əkinə yararsız torpağından kənd təsərrüfatı məhsulları istehsal etmək üçün 19,0 hektar torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Beyləqan rayon Aqrar İslahat Komissiyasının 12 avqust 2002-ci il tarixli, 123 saylı İclas protokolundan Çıxarışdan görünür ki, “Dostluq” qoyunçuluq üzrə Dövlət damazlıq kənd təsərrüfatı istehsalı müəssisəsinin istifadəsində qoyunçuluğun inkişaf etdirilməsi məqsədi ilə 6179,2 hektar olmaqla 967,0 hektar əkin, 4404,1 hektar örüş, 340 hektar dinc, 128.1 hektar suvarma kanalı və arxlar, 136,4 hektar kollektor-drem şəbəkəsi, 51,0 hektar dərə və qobular, 50.3 hektar yollar, 102.3 hektar torpaq sahələrinin saxlanılması məqsədəmüvafiq hesab edilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 12 avqust 2002-ci il tarixli, 123 saylı qərarı və “Torpaqdan daimi istifadə hüququna dair” JN-0682 nömrəli Dövlt Aktına əsasən Beyləqan şəhəri ərazisində 19,64 ha torpaq sahəsi üzərində “X7 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində 198 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırki iş üzrə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 05 sentyabr 2002-ci il tarixli, 39 saylı Sərancamına əsasən İddiaçı uzunmüddətli müvəqqəti istifadəsinə “Dostluq” qoyunçuluq üzrə Dövlət damazlıq kənd təsərrüfatı istehsalı müəssisəsinin əkinə yararsız torpağından kənd təsərrüfatı məhsulları istehsal etmək üçün ayrılmış 19,0 hektar torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilsin. - Mübahisəli torpaq sahəsinin faktiki koordinatları Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında X7 və Emal Birliyi tərəfındən təqdim edilmiş “Daşınmaz dövlət əmlakının qeydiyyat vərəqəsi’’ əsasında Birliyin istifadəsində olan torpaq sahəsi kimi dövlət əmlakının Registrində qeydə alınmış Beyləqan rayonu, Sarısu ərazisində yerləşən 36792000 kv.m, Beyləqan rayonu, Şəhər ətrafı ərazisində yerləşən 25000000 kv.m torpaq sahələri, eləcə də digər üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. - Mübahisəli torpaq sahəsi ayrılan zaman, eləcə də hazırda hansı növ kateqoriyada (kənd təsərrüfatı torpaqları və s.) olması müəyyən edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 11 fevral 2025-ci il tarixli, 10/542 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir: - Birinci, ikinci və üçüncü suallar üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-45/2- 8508/2024 nömrəli mütəxəssis rəyində göstərilənlərə əsasən aşağıdakılar müəyyən edilmişdir: - Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 05 sentyabr 2002-ci il tarixli, 39 saylı sərancamına əsasən, “Dostluq” qoyunçuluq üzrə Dövlət damazlıq kənd təsərrüfatı istehsalı müəssisəsinin əkinə yararsız torpağından kənd təsərrüfatı məhsulları istehsal etmək üçün İddiaçı uzunmüddətli müvəqqəti istifadəsinə ayrılmış 19,0 hektar torpaq sahəsinin naturada və sənəd üzrə yerinin koordinatlarını müəyyən etmək üçün araşdırma aparılmışdır. Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 05 sentyabr 2002-ci il tarixli, 39 saylı sərancamına əsasən İddiaçı uzunmüddətli müvəqqəti istifadəsinə ayrılmış 19,0 hektar torpaq sahəsinə aid ilkin torpaqayırma sənədləri, eləcə də yerquruluşu planı mövcud olmadığına görə qeyd olunan ərazinin sənədlər əsasında koordinatlarını təyin etmək mümkün olmamışdır. Ona görə də ölçmə işləri aparılan zamanı İddiaçı iddia etdiyi 19,0 hektar torpaq sahəsinin hüdudlarının koordinatları müəyyən edilmişdir. İddiaçı iddia etdiyi 19,0 hektar mübahisəli torpaq sahəsinin faktiki koordinatları Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında X7 və Emal Birliyi tərəfindən təqdim edilmiş “Daşınmaz dövlət əmlakının qeydiyyat vərəqəsi” əsasında Birliyin istifadəsində olan torpaq sahəsi kimi dövlət əmlakının Registrində qeydə alınmış Beyləqan şəhərinin ətrafı ərazisində yerləşən 25000000 kv.m (2500.0 ha) torpaq sahəsinin hüdudları daxilində olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********66 olan çıxarışa əsasən, 23.30 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 05 sentyabr 2002-ci il tarixli, 39 saylı sərancamına əsasən İddiaçı uzunmüddətli müvəqqəti istifadəsinə ayrılmış 19,0 hektar torpaq sahəsinin hüdudları müəyyən edilmədiyinə görə qeyd olunan torpaq sahəsinin ayrılan zamanı, eləcə də hazırda hansı kateqoriyaya aid olmasını müəyyən etmək mümkün olmamışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı iddia etdiyi 19,0 hektar torpaq sahəsinin yerləşdiyi ərazi hazırda X5 uçotu və İnformasiya Sistemində dövlət mülkiyyətində olmaqla, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid əkin sahəsi kimi qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı iş materialında olan sənədlərdən, tərəflərin verdiyi izahatlardan müəyyən edilmişdir ki, iddiaçının ərizəsi nəzərə alınaraq Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 05 sentyabr 2002-ci il tarixli, 39 saylı sərancamı ilə onun uzunmüddətli müvəqqəti istifadəsinə “Dostluq” qoyunçuluq üzrə Dövlət damazlıq kənd təsərrüfatı istehsalı müəssisəsinin əkinə yararsız torpağından kənd təsərrüfatı məhsulları istehsal etmək üçün 19,0 hektar torpaq sahəsi ayrılmışdır. Lakin aparılan araşdırma zamanı qeyd olunan torpaq sahəsinə aid ilkin torpaqayırma sənədləri, eləcə də yerquruluşu planı mövcud olmadığına görə qeyd olunan ərazinin sənədlər əsasında koordinatlarını təyin etmək mümkün olmamışdır. Ona görə də ölçmə işləri aparılan zamanı iddiaçının iddia etdiyi 19,0 hektar torpaq sahəsinin hüdudlarının koordinatları müəyyən edilmiş və iddiaçının iddia etdiyi 19,0 hektar mübahisəli torpaq sahəsinin faktiki koordinatları Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında X7 və Emal Birliyi tərəfindən təqdim edilmiş “Daşınmaz dövlət əmlakının qeydiyyat vərəqəsi” əsasında Birliyin istifadəsində olan torpaq sahəsi kimi dövlət əmlakının Registrində qeydə alınmış Beyləqan şəhərinin ətrafı ərazisində yerləşən 25000000 kv.m (2500.0 ha) torpaq sahəsinin hüdudları daxilində olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********66 olan çıxarışa əsasən, 23.30 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Eyni zamanda iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 fevral 2025-ci il tarixli, 10/542 nömrəli ekspert rəyinə əsasən Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 05 sentyabr 2002-ci il tarixli, 39 saylı sərancamına əsasən, “Dostluq” qoyunçuluq üzrə Dövlət damazlıq kənd təsərrüfatı istehsalı müəssisəsinin əkinə yararsız torpağından kənd təsərrüfatı məhsulları istehsal etmək üçün İddiaçı uzunmüddətli müvəqqəti istifadəsinə ayrılmış 19,0 hektar torpaq sahəsinin naturada və sənəd üzrə yerinin koordinatlarını müəyyən etmək üçün araşdırma aparılmışdır. Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 05 sentyabr 2002-ci il tarixli, 39 saylı sərancamına əsasən İddiaçı uzunmüddətli müvəqqəti istifadəsinə ayrılmış 19,0 hektartorpaq sahəsinə aid ilkin torpaqayırma sənədləri, eləcə də yerquruluşu planı mövcud olmadığına görə qeyd olunan ərazinin sənədlər əsasında koordinatlarını təyin etmək mümkün olmamışdır. Ona görə də ölçmə işləri aparılan zamanı İddiaçı iddia etdiyi 19,0 hektar torpaq sahəsinin hüdudlarının koordinatları müəyyən edilmişdir. İddiaçı iddia etdiyi 19,0 hektar mübahisəli torpaq sahəsinin faktiki koordinatları Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında X7 və Emal Birliyi tərəfindən təqdim edilmiş “Daşınmaz dövlət əmlakının qeydiyyat vərəqəsi” əsasında Birliyin istifadəsində olan torpaq sahəsi kimi dövlət əmlakının Registrində qeydə alınmış Beyləqan şəhərinin ətrafı ərazisində yerləşən 25000000 kv.m (2500.0 ha) torpaq sahəsinin hüdudları daxilində olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********66 olan çıxarışa əsasən, 23.30 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 05 sentyabr 2002-ci il tarixli, 39 saylı sərancamına əsasən İddiaçı uzunmüddətli müvəqqəti istifadəsinə ayrılmış 19,0 hektar torpaq sahəsinin hüdudları müəyyən edilmədiyinə görə qeyd olunan torpaq sahəsinin ayrılan zamanı, eləcə də hazırda hansı kateqoriyaya aid olmasını müəyyən etmək mümkün olmamışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı iddia etdiyi 19,0 hektar torpaq sahəsinin yerləşdiyi ərazi hazırda X5 uçotu və İnformasiya Sistemində dövlət mülkiyyətində olmaqla, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid əkin sahəsi kimi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının müvəqqəti istifadə hüququnun qeydə almaq istədiyi torpaq sahəsi həm faktiki, həm də sənəd üzrə üçüncü şəxsin istifadə hüququ qeydə alımış olan torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən olunur. Başqa sözlə, iddiaçının müvəqqəti istifadə hüququnun qeydə almaq istədiyi torpaq sahəsi üzərində artıq digər şəxsin hüquqları qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə iddiaçıya hüquqi yardım edərək izah etmişdir ki, iddiaçı Rayon İcra Hakimiyyəti başçısının 05 sentyabr 2002-ci il tarixli, 39 saylı Sərancamına əsaslanaraq torpaq sahəsi üzərində müvəqqəti istifadə hüququnu qeydə almaq üçün ilk öncə həmin torpaq sahəsi üzərində üçüncü şəxsin adına əvvəllər aparılmış qeydiyyatın ləğv edilməsini və ya iddia olunan torpaq sahəsi üzərində üçüncü şəxsin adına işlənmiş kordinatların dəyişdirilməsini inzibati orqandan tələb etməlidir. Məhz buna nail olduqdan sonra Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 05 sentyabr 2002-ci il tarixli, 39 saylı sərancamı ilə ona ayrılmış sözügedən torpaq sahəsi üzərində müvəqqəti istifadə hüququnu qeydə alınmasını tələb edə bilər. Məhkəmə onu da qeyd edir ki, iddiaçıya torpaq sahəsinin ayrılması ilə bağlı Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 05 sentyabr 2002-ci il tarixli, 39 saylı sərancamı ləğv edilməmiş, qüvvədədir və mövcud qanunvericiliyə əsasən hüquqmüəyyənedici sənəd hesab olunur. Yəni, həmin sənədə əsaslanaraq iddiaçı torpaq sahəsi üzərində müvəqqəti istifadə hüququnu qeydə almaq hüququ vardır. Lakin, yuxarıda qeyd edilən səbəblərə görə hazırda həmin hüququ qeydə almaq mümkün deyildir. Buna görə də iddia mümkün sayılmamalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının nəticələrinə dair 100 manat məbləğində məhkəmə xərci mövcuddur ki, bu xərc iddianın araşdırılması nəticəsində yaranmışdır. İddia mümkün iddia olmadığından məhkəmə hesab edir ki, 100,0 (bir yüz) manat ekspertiza xərci iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində istifadə hüququnun dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Ekspertiza tədqiqatının dəyəri olan 100,0 (bir yüz) manat pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ********** X2, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-135/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-135/2025
21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver