Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1350/2024 10.06.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “Xalq Deputatları X2 ilə bağladığı 1992-ci il qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Xalq Deputatları X2 ilə bağladığı 1992-ci il qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Yardımlı rayon İcra Hakimiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və “Yüksəliş” kəndli fermer təsərrüfatı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yardımlı Rayon İcra Hakimiyyətinin Başçısı ilə xx.xx.2009-cu il tarixdə Yardımlı Rayonunun Əliabad ərazisində 2 hektar torpaq sahəsi 3 illik icarə müqaviləsi ilə onun istifadəsinə verilmişdir. Həmin müqavilənin müddəti xx.xx.2012-ci il tarixdə bitsədə, Yardımlı Rayon İcra Hakimiyyəti Başçısına müqavilənin müddətinin artırılması ilə bağlı rəsmi məktubla müraciət etmiş, İcra Hakimiyyəti tərəfindən ona rəsmi qaydada cavab verilərək bildirilmişdir ki, qeyd edilən sahədə onun əkin aparmağına və istifadə etməyinə heç bir maneçilik yoxdur. Bundan əlavə müqavilənin şərtlərinə uyğun olaraq qeyd edilən müqaviləyə tərəflərin razılığı ilə hər hansısa bir dəyişiklik edilməyibsə, həmin müqavilənin qüvvədə olma müddəti bir başa daha 3 il müddətinə uzadılmış hesab edilir. Buna baxmayaraq dəfələrlə Yardımlı Rayon İcra Hakimiyyətinin Başçısına o cümlədən digər səlahiyyətli adiyyəti vəzifəli şəxslərə müqavilə müddətinin uzadılması ilə bağlı rəsmi müraciətlər göndərmişdir. Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən ona verilən xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli məktublarında birmənalı şəkildə həmin torpaq sahəsindən tam istifadə hüququnun olduğu göstərilmişdir. Yardımlı Rayon Mişkireyn kəndində yaşayan Ağayev Aydın qanunsuz olaraq onun istifadəsində olan torpaq sahəsinin qanunsuz yolla qızı X5 adına X9 1992-ci ildə mənbəyi bilinməyən, saxtakarlıqla təzahür edilən qərar əsasında Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Katastrı və Reyestri Publik hüquqi şəxs 8 saylı Cəlilabad İdarəsi tərəfindən 2021-ci il yanvar ayında verilmiş çıxarış almışdır. Belə ki, 2021-ci il, 2022-ci ilin yay aylarında taxıl əkmiş həmin ərazidə mal qaranın otarılması üçün istifadə etmiş, lakin 2022-ci ilin oktyabr ayının əvvələrində Ağayev Aydın qanunsuz olaraq hüquqi əsaslarla onun istifadəsində olan torpaq sahəsini qanunsuz olaraq qızı X5 adına özəlləşdirmişdir. Onun bu hərəkətlərindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Dövlət Təhlükəsizlik Xidmətinə, Dövlət Sərhəd Xidmətinə, Yardımlı Rayon İcra Hakimiyyətinin Başçısına müraciət etmiş, hazırda müvafiq araşdırmalar aparılır. Yardımlı Rayon İcra Hakimiyyətinin başçısının şəxsi qəbulunda olmuş, rəsmi ərizə ilə ona müraciət etmişdir. Ona həmin ərazi onun istifadəmdə olduğu bildirilmişdir. Yardımlı Rayon İcra Hakimiyyəti və digər yerli adiyyəti orqanlar tərəfindən X5 həmin ərazini mülkiyyətinə qəbul etməsi üçün heç bir rəsmi sənəd verilməmişdir və ona tövsiyə olundu ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Katastrı və Reyestri Publik hüquqi şəxsə müraciət etmiş, cavabdeh tərəfindən ona verilən xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilir ki, Azərbaycan Respublikası Torpqaq Məcəlləsinin 103-cü maddəsinə müvafiq olaraq adiyyəti üzrə müvafiq İcra Hakimiyyəti orqanına Bələdiyəyə və ya məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. Torpaq hal-hazırda qanuni əsaslarla onun istifadəsindədir, iyul ayında Aydın Ağayev həmin sahədə əkdiyi və biçilmiş vəziyyətdə olan 2 ton taxılını oğurlayıb aparmışdır. Bu cavab məktubundan sonra bir daha İcra Hakimiyyətinə müraciət etmiş, onlar əvvəlki tarixli, yəni xx.xx.2022-ci il tarixdə 1068/2 saylı məktubunun məzmununa uyğun olaraq həmin ərazidə Yardımlı Rayon İcra Hakimiyyəti tərəfindən istifadə edib əkin əkməyinə heç bir məhdudiyyətin olmadığı qeyd edilmişdir. Bundan başqa X10 etdiyi müraciətlərin bir qismi baxılmaq üçün Yardımlı Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Həmin müraciətlərədə eyni məzmunlu yəni onun istifadəsində olduğu barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Qanunvericiliyinin tələblərinə əsasən tərəflər arasında bağlanmış müqavilələr tərəflərin razılığı əsasında dəyişdirilə, əlavələr edilə və ya ləğv oluna bilər. Onunla Yardımlı Rayon İcra Hakimiyyəti Başçısı arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilə hüquqi qüvvəsini itirməmiş, həmin müqavilə ilə bağlı hər hansısa bir ləğv, dəyişdirilmə və xitam proseduru olmamışdır. Bu baxımdan həmin müqavilə qüvvədədir. Aydın Ağayev müxtəlif vasitələrlə saxta sənəd əldə etməklə onun istifadəsində olan torpağı qanunsuz olaraq qızının adına özəlləşdirmişdir. X9 1992-ci ildə saxtakarlıqla və qanunsuz yolla əldə edilmiş qərar və buna əsasən 2020-ci ilin yanvar ayında X5 adına verilmiş çıxarış ləğv edilməli və torpaq onun istifadəsində qalmalıdır. Hal-hazırda həmin torpaqdan istifadə edir. Həmin ərazidən 14 ildir ki, qanuna müvafiq surətdə istifadə edir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin etiraz ərizəsində qeyd edilmişdir ki, İddiaçı müraciətinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən 22 avqust 2023-ci il tarixdə **********24 saylı məktubla bildirilmişdir ki, 8 saylı Cəlilabad Ərazi İdarəsi daşınmaz əmlak üzərində yaranmış mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirən orqan olduğu üçün torpaq sahəsi üzərində yaranmış mübahisənin həlli tərəfimizdən mümkün olmamışdır. Ərizədə qeyd edilən torpaq mübahisəsinin həli ilə bağlı aidiyyəti üzrə Yardımlı rayon İcra Hakimiyyətinə və Məhkəməyə müraciət etməyiniz məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakmiyyəti orqanları, bələdiyyələr və Məhkəmələr tərəfindən həll edilir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsini rəhbər tutaraq İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia tələbinin təmin edilməməsini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin, üçüncü şəxslər Yardımlı rayon İcra Hakimiyyətinin və “Yüksəliş” kəndli fermer təsərrüfatının nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin, üçüncü şəxslər Yardımlı rayon İcra Hakimiyyətinin və “Yüksəliş” kəndli fermer təsərrüfatının nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmənin iclasında iştirak edən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X14 iddianı qəbul etmədiyini və əsassız olduğunu bildirərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan Yardımlı rayon X11 Heyətinin xx.xx.1992-ci il tarixli, 36 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, “Yüksəliş” fermer kəndli təsərrüfatının xx.xx.1992-ci il tarixli təsis yığıncağının qərarı nəzərə alınsın, “Yüksəliş” fermer kəndli təsərrüfatı yaradılsın, onun nizamnaməsi təsdiq edilsin və qeydə alınsın. Torpaq Komissiyasına tapşırılsın ki, “Əliabad” adlı xüsusi torpaq fondundan 50 (əlli) hektar sahənin “Yüksəliş” fermer kəndli təsərrüfatına verilməsi barədə torpaq mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı tərtib etsin. İş materiallarında olan Yardımlı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli, 41 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Mirimli kənd sakini İddiaçı Dövlət mülkiyyətinə məxsus olan “Əliabad” adlı sahədən 2,0 (iki) hektar torpaq sahəsi 3 (üç) il müddətinə icarəyə verilmişdir. İş materiallarında olan Yardımlı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli, 28 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Mirimli kənd sakini İddiaçı Dövlət mülkiyyətinə məxsus olan “Əliabad-Limar” adlı sahədən götürdüyü 2 (iki) hektar torpaq sahəsinin icarə müqaviləsi yenidən 1 (bir) il müddətinə artırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, “Yüksəliş” fermer kəndli təsərrüfatının adına 50 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına 50 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Yardımlı rayon İcra Hakimiyyəti başçısının aparatının Mirimli kənd sakini İddiaçı verilmiş xx.xx.2021-ci il tarixli, 632/3 nömrəli arayışının surətindən görünür ki, Yardımlı rayon İcra Hakimiyyətinin 01 noyabr 2013-ci ii tarixli 90 nömrəli sərəncamı ilə dövlət mülkiyyətinə aid “Əliabad-Limar” adlı sahədən heyvandarlıq məqsədilə 2 (iki) hektar torpaq sahəsi l (bir) il müddətinə icarəyə verilmiş, 2014-cü ildə torpaq sahəsinin icarə müddəti bitmişdir. İddiaçı Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək torpaq sahəsinin icarə müddətinin artırılmasını xahiş etmişdir. Vətəndaşın müraciəti nəzərə alınmış, bununla bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə torpağın icarə müddətinin artırılması üçün rəy verilməsinə görə müraciət olunmuşdur. İddiaçı faktiki olaraq torpaq sahəsindən istifadə edir. İş materiallarında olan Yardımlı rayon İcra Hakimiyyəti başçısının aparatının Mirimli kənd sakini İddiaçı verilmiş xx.xx.2022-ci il tarixli, 1068/2 nömrəli arayışından görünür ki, ona əkinçilik məqsədilə dövlət sərhəd zolağı daxilində 16-cı sərhəd zastavası ərazisində dövlət mülkiyyətinə aid 2 hektar torpaq sahəsi icarəyə verilmiş, hal-hazırda icarə müqaviləsinin müddəti bitmişdir. İcarə müddətinin artırılması məqsədilə Yardımlı rayor İcra Hakimiyyəti tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilmiş nəzərdə tutulmuş torpaq sahəsinin yerində koordinatları işlənilmişdir. Qeyd olunar torpaq sahəsindən vətəndaş hazıradək istifadə etmişdir. Hal-hazırda sənədləşmə işləri aparılır. Vətəndaşa qeyd edilən torpaq sahəsində şum və səpin işi aparmağına Yardımlı RİH tərəfindən etiraz edilmir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-02/2-Q-0068-8/2023 nömrəli məktubundan görünür ki, müraciət məktubunda qeyd etdiyi məsələ torpaq mübahisəsi hesab edildiyindən, yaranmış torpaq mübahisəsinin həlli ilə əlaqədar Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə müvafiq olaraq, aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanına, bələdiyyəyə və ya məhkəməyə müraciət etmək hüququ vardır. Bundan əvvəl daxil olmuş eyni məzmunlu müraciətinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********46 nömrəli məktubla cavab verilmişdir. İş materiallarında olan Yardımlı rayon İcra Hakimiyyəti başçısının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-81/280/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Yardımlı rayonu Mirimli kənd sakini İddiaçı Yardımlı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il 41 nömrəli sərəncamına əsasən Dövlət mülkiyyətinə məxsus 16-cı sərhəd zastavası ərazisindən heyvandarlıq məqsədilə 2 hektar torpaq sahəsi 3 il müddətinə verilmişdir. Yardımlı RİH başçısının 01 noyabr 2013-cü il tarixli 90 nömrəli sərəncamına əsasən həmin torpaq sahəsinin icarə müqaviləsinin müddəti 1 il müdddətinə artırılmışdır. 04 fevral 2015-ci il tarixli 28 nömrəli sərəncama əsasən qeyd olunan torpaq sahəsinin icarə müqaviləsinin müddəti yenidən 1 il müddətinə artırılmışdır. Bildiririk ki, Yardımlı rayonu Mişkireyn kənd sakini X15 və qızı X7 Dövlət mülkiyyətinə aid 16-cı sərhəd zastavası ərazisində istifadə etdiyi 50 hektar torpaq sahəsinə dair Yardımlı rayon İcra Hakimiyyətində heç bir sənəd yoxdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Qeyd edilən normaların tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı X1 Rayon Aqrar İslahat Komisiyasının 30 iyun 2005-ci il tarixli, 04 saylı qərarını mübahisələndirir və iddia ərizəsində cavabdeh qismində Biləsuvar rayon İcra Hakimiyyətini qeyd edərək Biləsuvar rayon İcra Hakimiyyətinə qarşı “Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 30 iyun 2005-ci il tarixli, 04 saylı qərarı ilə 0,41 hektar torpaq sahəsi X3 mülkiyyətinə verilməsi hissəsinin ləğv edilməsini xahiş edir. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmənin qənaətinə görə iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı ilə onların hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. İddiaçı mübahisələndirdiyi torpaq Yardımlı rayon X11 Heyətinin xx.xx.1992-ci il tarixli, 36 nömrəli qərarı ilə “Yüksəliş” fermer kəndli təsərrüfatına verilmişdir. Həmin torpaq sahəsinin iddiaçıya verilməsini təsdiq edən əsaslı sübut məhkəməyə təqdim edə bilməmişdir. Yardımlı Rayon Mişkireyn kəndində yaşayan Ağayev Aydın qanunsuz olaraq iddiaçının istifadəsində olan torpaq sahəsinin qanunsuz yolla qızı X5 adına saxta yolla əldə edildiyini bildirmişdir. Bu istiqamətdə məhkəmə araşdırma aparmış və məhkəmə sorğularına cavab olaraq Yardımlı rayon X11 Heyətinin xx.xx.1992-ci il tarixli, 36 nömrəli qərarı ilə “Yüksəliş” fermer kəndli təsərrüfatının xx.xx.1992-ci il tarixli təsis yığıncağının qərarı nəzərə alınaraq “Yüksəliş” fermer kəndli təsərrüfatı yaradılmış, “Əliabad” adlı xüsusi torpaq fondundan 50 (əlli) hektar sahənin “Yüksəliş” fermer kəndli təsərrüfatına verilməsi barədə torpaq mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı tərtib edilmişdir. Başqa sözlə, məhkəmə hesab edir ki, iddiaçı qeyd etdiyi əsasları, eləcə də inzibati orqanın yanlış qərarlar qəbul etdiyini, yanlış inzibati icraat apardığını məhkəmə iclasında sübut edə bilməmişdir. Əksinə olaraq inzibati orqanlar tərəfindən yuxarıda qeyd edilən qərarların əsaslılığını təsdiq edən sənədlər məhkəməyə təqdim edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, sorğu cavablarına əsasən Yardımlı rayonu Mirimli kənd sakini İddiaçı Yardımlı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il 41 nömrəli sərəncamına əsasən Dövlət mülkiyyətinə məxsus 16-cı sərhəd zastavası ərazisindən heyvandarlıq məqsədilə 2 hektar torpaq sahəsi 3 il müddətinə verildiyi, Yardımlı RİH başçısının 01 noyabr 2013-cü il tarixli 90 nömrəli sərəncamına əsasən həmin torpaq sahəsinin icarə müqaviləsinin müddəti 1 il müdddətinə artırıldığı, 04 fevral 2015-ci il tarixli 28 nömrəli sərəncama əsasən qeyd olunan torpaq sahəsinin icarə müqaviləsinin müddəti yenidən 1 il müddətinə artırıldığı müəyyən edilir. Daha sonra iddiaçı tərəfindən Yardımlı rayon İcra Hakimiyyətinə müddətin artırılması barədə müraciətinin olmadığı müəyyən edilir və iddiaçı tərəfindən müddətin uzadılması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilə bilmir. Belə olan halda məhkəmə iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququnun olmadığı qənaətinə gəlir. Digər bir hal tələbin və cavabdehin düzgün müəyyən edilməməsi ilə bağlıdır. Belə ki, İddia ərizəsində Yardımlı rayon Xalq Deputatları X2 ilə bağladığı 1992-ci il qərarının ləğv edilməsini xahiş etmiş və cavabdeh olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsini göstərmişdir. Məhkəmə tərəfindən iddiaçıya 14 noyabr 2023-cü il tarixli, 2-1(120)-4089/2023 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(120)-1350/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, 2-1(120)-1350/2024 nömrəli hüquqi yardım məktubları ünvanlanmış, lakin iddiaçı hüquqi yadım məktublarına münasibət bildirməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi və müraciət etdiyi cavabdeh inzibati orqan düzgün müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş sənədlər görünür ki, Yardımlı rayon X9 xx.xx.1992-ci il tarixli, 36 nömrəli qərarı “Yüksəliş” kəndli fermer təsərrüfatının adına verilmişdir. Yardımlı rayon X17 tərəfindən X8 münasibətdə hər hansısa bir qərarın qəbul edildiyi müəyyən edilmir. Eləcə də, cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi qeyd edilsə də, X9 hüquqi varisi olmadığından, həmin tələb hazırki cavabdehə qarşı yönələ bilməzdi. Cavabdeh müvafiq İcra hakimiyyəti olmalı idi. Hüquqi yardım məktubuna əsasən İddiaçının tələbini düzgün müəyyən edərək Yardımlı rayon İcra Hakimiyyətinə müraciət etməsi və tələbindən imtina olunaağı təqdirdə müvafiq sənədləri məhkəməyə təqdim etməsi üçün kifayət qədər müddət verilsə də, iddiaçı tərəfindən hər hansısa bir tədbir görülməmiş və məhkəməyə sənədlər təqdim edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, mübahisə predmet olan Yardımlı rayon X11 Heyətinin xx.xx.1992-ci il tarixli, 36 nömrəli qərarı iddiaçı tərəfindən qanunvericilikdə qeyd edilən müddətlə bağlı şərtlər pozulmaqla 2023-cü ilin avqust ayında (məhkəməyə daxil olduğu vaxt), yəni uzun müddətdən sonra mübahisələndirmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi iddiaçı Yardımlı rayon X11 Heyətinin xx.xx.1992-ci il tarixli, 36 nömrəli qərarı mübahisləndirmək üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürdüyündən onların iddiası mümkün sayılmamalıdır. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2020-ci il tarixli 2-1 (102)-1103/20 nömrəli, xx.xx.2020-ci il tarixli 2-1(102)-1577/2020 nömrəli və xx.xx.2020-ci il tarixli 2-1 (102)-1225/2020 nömrəli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işlərdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Həmçinin məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 3 nömrəli bülletenində (11 -ci səhvənin sonuncu abzası) öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Həmin bülletendə qeyd olunmuşdur ki: “İnzibati orqanların 1 yanvar 2011 -ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi qərardan uzun müddətdir məlumatlı olmuşdur. Belə ki, iş materiallarına əsasən mübahisələndirilən Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 30 iyun 2005-ci il tarixli, 04 saylı qərarına əsasən torpaq sahəsi X3 istifadəsində olmuşdur. İş materiallarına əlavə edilən tərəflər arasında 2019-cu ildən başlayan məhkəmə çəkişmələri də iddiaçının uzun müddətdir mübahisələndirdiyi qərardan məlumatlı olduğunu deməyə əsas verir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisə üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 14 noyabr 2023-cü il tarixli, 2-1(120)-4089/2023 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(120)-1350/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, 2- 1(120)-1350/2024 nömrəli hüquqi yardım məktubları ünvanlanaraq, qanunvericiliyin müddətlə bağlı tələbləri izah olunmuş, iddiaçının diqqətinə çatdırmaq üçün onunla müzakirə aparmış, cavabdeh inzibati orqanın iddiaçının hansı subyektiv hüquqlarının pozulduğunu təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin iddiaçı subyektiv hüquqlarının pozulduğunu təsdiq edən sübutları təqdim etməmişdir. İddiaçıya məhkəmə prosesləri zamanıda qanunvericiliyin tələbləri izah olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “Xalq Deputatları X2 ilə bağladığı 1992-ci il qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1350/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1350/2024
10.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver