Məhkəmə qərarları › İş №2-1(120)-1352/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1352/2020

30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1352/2020 30.09.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iştirakı ilə, İddiaçı Kavı oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyinin tabeliyində Dövlət X9 publik hüquqi şəxsin Cəlilabad rayon filialına qarşı «təhsil aldığı müddətin sosial sığorta stajı kimi müəyyən edilərək əməkpensiyasınınyenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Kavı oğlu xx xxxxxx 1954-cü il tarixdə Cəlilabad rayonu, Novoqolovka kəndində anadan olmuşdur. xx.xx.1976-xx.xx.1980-ci illərdə Azərbaycan Dövlət X1 təhsil almışdır. xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyası alır. İddiaçıya yaşa görə əmək pensiyası təyin edilərkən xx.xx.1976-xx.xx.1980-ci illərdə Azərbaycan Dövlət X1 təhsil aldığı müddət sosial sığorta stajı kimi nəzərə alınmamışdır. İddiaçı xx.xx.1976-xx.xx.1980ci illərdə Azərbaycan Dövlət X1 təhsil aldığı illər nəzərə alınmaqla təyin edilmiş əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh Dövlət X7 Cəlilabad rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh xx xxxxxx 2017-ci il tarixli xx/xx-4295 saylı məktubla iddiaçının təhsil illərinin sosial sığorta stajı kimi nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanmasından imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1976-xx.xx.1980-ci illərdə Azərbaycan Dövlət X1 təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı Kavı oğluna və cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyinin tabeliyində Dövlət X9 publik hüquqi şəxsin Cəlilabad rayon filialına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, yaşayış yerindən arayışını, pensiya alması barədə arayışı, diplomunun notarial qaydada təsdiq olunmuş surətini, cavabdehin imtina məktubunu əlavə etmiş, cavabdeh isə iddiaya yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Həmin materialların məzmununa və məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının xx.xx.2020-ci il tarixli, 409/R-04 saylı məktubunun məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X5 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Cəlilabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Cəlilabad rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. Belə ki, iddiaçı hal-hazırda yaşa görə əmək pensiyası alır. İddiaçının xx.xx.1976-xx.xx.1980-ci illərdə Azərbaycan Dövlət X1 təhsil alması ona məxsus xx.xx.1980-ci il tarixli №279551 nömrəli diplomla təsdiq olunur. İş materiallarında olan Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının xx.xx.2020-ci il tarixli, 409/R-04 saylı məktubundan görünür ki, İddiaçı Kavı oğlu xx xxxxxx 1976-cı il tarixli 1706/86-C nömrəli əmrlə (§2) Azərbaycan Dövlət X3 pedaqoji fakültəsinin əyani təhsil üzrə 1-ci kursuna daxil olmuşdur. Dövlət İmtahanını müvəffəqiyyətlə vermiş İddiaçı diplom verilməsi haqqında xx xxxx 1980-ci il tarixində 0617 saylı əmr verilmişdir. Həmin ildə ona EB № 279551 saylı (qeydiyyat №030) diplom verilmişdir. CavabdehAzərbaycan Respublikası Əmək və X6 Nazirliyinin tabeliyində Dövlət X9 publik hüquqi şəxsin Cəlilabad rayon filialınınxx xxxxxxxx 2020-ci il tarixli **********8 nömrəli münasibət (etiraz) məktubunda qeyd edilir ki, Cəlilabad rayonu, M.Hüseyn küçəsi ev № 5, mənzil 03-də yaşayan, xx.xx.1954-cü il təvəllüdlü İddiaçı Kavı oğlu xx.xx.2017-ci il tarixdən şöbədən yaşa görə əmək pensiyası alır, vətəndaş xx.xx.1970-ci il tarixdən əmək fəaliyyətinə başlamış xx.xx.1976-cı il tarixdən işdən çıxıb xx.xx.1980-ci il tarixdən hal hazıra kimi Cəlilabad rayon Gənclər və İdman idarəsində müəllim işləyir. Pensiya hesablanarkən İddiaçı Kavı oğlunun Azərbaycan Dövlət X4 xx.xx.1976-cı ildən xx.xx.1980-ci illərdə aldığı təhsil illəri nəzərə alınmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsində təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmadığından vətəndaşın iddia ərizəsinin rədd edilməsini xahiş edirik. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçı xx.xx.1976-xx.xx.1980-ci illərdə təhsil aldığından məhkəmə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul olunanadək vətəndaşların pensiya təminatı ilə bağlı qüvvədə olan maddi hüquq normalarını da nəzərdən keçirməyi məqsədəmüvafiq hesab edir. Belə ki, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “d” bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, dokturanturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda vətəndaşların ali təhsil müddətlərinin onların iş stajına daxil edilməsi nəzərdə tutulmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinin tələbinə görə fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. İddiaçı xx.xx.1976-xx.xx.1980-ci illərdə Azərbaycan Dövlət X1 təhsil almış və bu barədə ona məxsus diplomda müvafiq qeydlər aparılmışdır. Cavabdeh inzibati orqan isə hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununda təhsil müddətinin sosial sığorta stajına daxil edilmədiyini əsas gətirərək, iddiaçının tələbindən imtina etmişdir. Halbuki, cavabdeh inzibati orqanın hazırda qüvvədə olan qanuna əsaslanması iddiaçının vəziyyətini ağırlaşdırdığından qanunun geriyə qüvvəsi şamil oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğun olaraq normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, qanunlar Konstitusiyaya zidd olmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. Başqa normativ aktların qüvvəsi geriyə şamil olunmur. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Qeyd olunanlardan da göründüyü kimi, cavabdeh inzibati orqan iddiaçının hüquqlarına müdaxilə edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Odur ki, iddiaçı xx.xx.1976-xx.xx.1980-ci illərdə Azərbaycan Dövlət X1 təhsil aldığı illər nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə xx.xx.1980-ci il tarixli № 279551 nömrəli diplomu iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Kavı oğlunun xx.xx.1976-xx.xx.1980-ci illərdə Azərbaycan Dövlət X1 təhsil aldığı illər sosial sığorta stajı kimi nəzərə alınaraq təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyinin tabeliyində Dövlət X9 publik hüquqi şəxsin Cəlilabad rayon filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Kavı oğlunun xx.xx.1976-xx.xx.1980-ci illərdə Azərbaycan Dövlət X1 (Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında) təhsil aldığı illər sosial sığorta stajı kimi nəzərə alınaraq təyin edilmiş yaşa görə əmək pensiyasının xx.xx.2017-ci il tarixindən yenidən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyinin tabeliyində Dövlət X9 publik hüquqi şəxsin Cəlilabad rayon filialının üzərinə qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar