Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1354/2020 05.11.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair iddiası üzrə inzibati işə xx xxxxxx 2020-ci il tarixdə məhkəmənin binasında (ünvan: Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, N0) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx N967-ci ildə Salyan rayonunun Xalac kəndində anadan olmuşdur. xx xxxxxxx N986-cı il tarixdən mart N987-ci il tarixədək keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Xəstəliyi ilə bağlı Ordu sıralarından vaxtından əvvəl tərxis olunmuşdur. Məlum Qarabağ hadisələri ilə əlaqədar xx xxxx N3-cü ildə digər vətənpərvər şəxslər kimi o, da Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı müharibədə iştirak etmək üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsi (keçmiş Salyan rayon Hərbi Komissarlığı) vasitəsi ilə keçirilən səfərbərliklə könüllü olaraq yeni yaranan Milli Ordu birləşmələrinin tərkibinə yazılmışdır. xx xxxx N3-cü il tarixdən N3-cü ilin oktyabr ayının sonlarına kimi N saylı hərbi hissənin tərkibində Dağlıq Qarabağın müxtəlif bölgələrində ermənilərə qarşı gedən döyüşlərdə iştirak etmişdir. N3-cü ilin oktyabr ayının sonlarında komandanlığın əmri ilə Azərbaycan Respublikasının Milli Ordu sıralarından qayıtmışdır. Onun xx xxxx N3-cü ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsi tərəfindən (keçmiş Salyan rayon Hərbi Komissarlığı) səfərbərlik yolu ilə hərbi xidmətə çağırılmağı həmin şöbə tərəfindən verilmiş arayışla tam təsdiq olunmasına baxmayaraq hərbi biletində səfərbərlik yolu ilə könüllü olaraq Qarabağ bölgəsində gedən döyüşlərdə iştirak etməyi barədə qeyd aparılmamışdır. Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak etdiyi dövrdə cinayət məsuliyyətinə cəlb olunmamış, barəsində hər hansı təqsirləndirici material olmamışdır və bununla bağlı barəsində əfv və ya amnistiya aktı tərib edilməmişdir. Həmin vaxtdan halhazıra qədər o, “Müharibə veteranı” adını və vəsiqəsini ala bilmir. Belə ki, ona “Müharibə veteranı” adı verilməsi xahişi ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinə (keçmiş Salyan rayon Hərbi Komissarlığına) müraciət etmişdir. Həmin orqan müraciətini araşdırmış, onun N3-cü ilin oktyabr ayında Azərbaycan Respublikası Silahlı Qüvvələrindən tərxis olunmağı barədə şöbədə məlumat olmadığı ona bildirilmişdir və bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əlaqə saxladığı vaxt ona tələb olunan sənədlərlə aidiyyəti üzrə Müdafiə Nazirliyinin nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya müraciət etməli olduğu bildirilmişdir. O, əldə etdiyi tələb olunan sənədlərlə ona Qarabağ müharibəsi veteranı və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən Veteran adının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyasına müraciət etmişdir. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx xxxx 2020-ci il tarixli, N/B-8960 saylı məktubu ilə ona bildirilmişdir ki, nazirliyin Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli 9/2-6626 saylı arayışına əsasən Komissiya döyüş əməliyyatları aparılan zaman N saylı hərbi hissədə xidmətdə olan zaman hərbi hissəni xx.xx.N4-cü ildə özbaşına tərk etdiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli, 2N6 saylı Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. O, N3-cü ilin oktyabr ayının axırlarında Respublika Prezidentinin müvafiq göstərişi ilə səfərbərlik yolu ilə könüllü ordu sıralarına çağırılmış şəxslər kimi ordudan tərxis olunmuşdur. Bu barədə ona hərbi hissə komandirinin imzası və möhürü ilə təsdiq olunmuş arayış verilmişdir və o, həmin arayışı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinə (keçmiş Salyan rayon Hərbi Komissarlığına) təqdim etmişdir. O, hərbi hissəni özbaşına tərk etməmişdir. Əgər o, hərbi hissəni özbaşına tərk etmiş olsaydı, onda təbii ki, barəsində cinayət işi başlanardı. O, xx xxxx N3-cü il tarixdən N3-cü ilin oktyabr ayının sonlarına kimi N saylı hərbi hissənin tərkibində Dağlıq Qarabağın müxtəlif bölgələrində gedən döyüşlərdə iştirak etmişdir. Onun göstərilən tarixlərdə Qarabağın azadlığı uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etməyi ərizəsinə əlavə etdiyi sənədlərlə, şahid qismində məhkəməyə dəvət edəcəyi, onunla birgə döyuşlərdə iştirak etmiş müharibə veteranı adı almış digər döyüş yoldaşlarının ifadələri ilə və digər sübutlarla təsdiq oluna bilər. Onunla birlikdə Qarabağ döyüşlərində iştirak etmiş bir neçə nəfərə “Müharibə veteranı” adı verilməsinə baxmayaraq, onun həmin məsələsi cavabdeh orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin günahı ucbatından bu günədək öz həllini tapmamışdır. Cavabdeh orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qanunsuz hərəkətləri nəticəsində Azərbaycan Respublikasının qanunları ilə müharibə veteranlarına verilmiş addan və imtiyazlardan məhrum olunmaqla, yəni hüquqları pozulmaqla bu gün də öz qanuni hüquqlarını həyata keçirə bilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli, 2N6 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən ona “Müharibə veteranı” adı verilməlidir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, cavabdeh orqanın imtinasının qanunsuz hesab edilməsi, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçının iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin N-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N4-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Müdafiə nazirinin xx.xx.N8-ci il tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin Silahlı Qüvvələrində tətbiq edilməsi qaydalarına dair Təlimatın N.6-cı bəndindən görünür ki, “Müharibə veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərdə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat mütləq təqdim edilməlidir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin N-ci bəndinə olunmuş qeydində göstərilib ki, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı” adı verilə bilməz. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx xxxx 2020-ci il tarixli, 9/2-6626 nömrəli arayışına əsasən xx xxx N4-cü il tarixdə hərbi hissəni özbaşına tərk etdiyinə görə inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəmiş, cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi heyət baş idarəsinin xx.xx.2020-ci il tarixli, N/B-8960 nömrəli məktubundan görünür ki, iddiaçının Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya daxil olmuş ərizəsinə baxılmışdır, Mərkəzi Arxivin xx.xx.2020-ci il tarixli, 9/2-6626 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan zaman N nömrəli hərbi hissədə xidmətdə olan zaman hərbi hissəni xx.xx.N4-cü il tarixdə özbaşına tərk etdiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsinin məqsədəuyğun olmadığı, məhkəməyə müraciət etməsinin məqsədə uyğun olduğu bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Salyan Rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli, 384 nömrəli arayışından görünür ki, N967-ci il təvəllüdlü İddiaçı xx.xx.N3-cü il tarixdə keçmiş Salyan rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliklə hərbi xidmətə çağırılmışdır. Əsas: Səfərbərliklə çağırılanların 35 saylı qeydiyyat kitabı sıra sayı 60. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər idarəsi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli, 9/2-6626 nömrəli Arxiv Arayışından görünür ki, Azərbaycan Respublikası Hərbi Komissarlığından göndərilmiş İddiaçı N nömrəli hərbi hissə komandirinin xx xxxx N3-cü il tarixli, N87 nömrəli əmri ilə (əsas: §-29, sıra-22, səh- 96) hərbi hissənin şəxsi heyət siyahılarına daxil edilərək, bütün növ təminatlarla təmin olunmuşdur. Hərbi hissəni özbaşına tərk etdiyi üçün İddiaçı N nömrəli hərbi hissə komandirinin xx xxx N4-cü il tarixli, N23 nömrəli əmri ilə (əsas: §-N, səh-44) hərbi hissənin şəxsi heyət siyahılarından çıxarılaraq, hərbi bileti Respublika Hərbi Komissarlığına göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər idarəsi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli, 9/2-83N3 nömrəli Arxiv Arayışından görünür ki, Respublika Hərbi Komissarlığından çağırılmış, hərbi mükəlləfiyyətli İddiaçı N nömrəli hərbi hissə komandirinin xx xxxx N3-cü il tarixli, N87 nömrəli əmri ilə (əsas: §-29, sıra-22,) 4-cü MAT-un şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Hərbi hissəni özbaşına tərk etdiyi üçün İddiaçı Silahlı Qüvvələrin Baş Qərargah rəsinin xx.xx.N4-cü il tarixli müvafiq Direktivinə əsasən N nömrəli hərbi hissə komandirinin xx xxx N4-cü il tarixli, N23 nömrəli əmri ilə (əsas: §-N, səh-44) şəxsi heyətin siyahısından çıxarılaraq, hərbi bileti Respublika Hərbi Komissarlığına göndərilmişdir. N nömrəli hərbi hissədən Mərkəzi Arxivə daxil olmuş, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda, N nömrəli hərbi hissənin xx.xx.N2-ci ildən xx.xx.N4-cü ilədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Salyan Rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli, 404 nömrəli məktubundan görünür ki, N967-ci il təvəllüdlü İddiaçı keçmiş SSRİ Silahlı Qüvvələrində xx.xx.N986-cı il tarixdən xx.xx.N987-ci il tarixədək həqiqi hərbi xidmət keçmiş və xəstəliklə ehtiyata buraxılmışdır. xx.xx.N3-cü il tarixdə Salyan rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliklə hərbi xidmətə çağırılmışdır. Döyüşlərdə iştirakı, səfərbərlikdən qayıtması və yaralanması barədə məlumat aşkar olunmamışdır. İddiaçı cinayət məsuliyyətinə cəlb olunması barədə SHXÇDX-nin Salyan rayon şöbəsinə məlumat daxil olmamışdır. İş materiallarında olan Salyan rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli, N82- 22657-N222 nömrəli məktubundan görünür ki, xx.xx.N967-ci il tarixdə Salyan rayonu Xalac kəndində anadan olmuş və həmin ünvanda yaşayan İddiaçı barəsində DİN-in müvafiq uçotlarına əsasən məhkum olmağı barədə məlumat yoxdur və Salyan rayon PŞdə hər hansı təqsirləndirici material qeydə alınmamışdır. İddiaçıya məxsus HЗ ******* nömrəli hərbi biletdə onun N nömrəli hərbi hissə komandirinin xx xxxx N3-cü il tarixli, N87 nömrəli əmri ilə həmin tarixdən hərbi hissəyə daxil olması, fərarilik etdiyinə görə N nömrəli hərbi hissə komandirinin xx xxx N4-cü il tarixli, N23 nömrəli əmri ilə hərbi hissənin şəxsi heyət siyahısından çıxarılması qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun N-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir (maddə N.N). Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur (maddə N.2). Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun N5.N-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 24.N-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in N4.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.N-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.N-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. xx xxxxxx NN-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsinə qeyd edilir ki, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Məhkəmə araşdırması zamanı iddiaçının qanuni əsasla hərbi hissədən ehtiyata buraxılması təsdiq edilməmişdir. Belə ki, «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinə görə digər kateqoriya şəxslərlə yanaşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adı və vəsiqəsi öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik və Ədliyyə nazirlikləri, Xüsusi Dövlət Mühafizə Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin N-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda müharibə veteranı adı N988-ci il fevralın N-dən NN-ci il oktyabrın 9-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər, Goranboy (keçmiş Şaumyankənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonları ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə - daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, yerli icra hakimiyyəti tərəfindən verilmiş hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. «Veteranlar haqqında» AR Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» AR Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006cı il tarixli 396 nömrəli Fərmanının N.3-cü bəndi ilə AR Nazirlər Kabinetinə tapşırılmışdır ki, bir ay müddətində «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «XN şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər müharibə veteranı sayılırlar, o şərtlə ki, həmin şəxslər döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsin, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş olsun, barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxs olmasın. Bundan başqa, müdafiə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda müharibə veteranı adının verilməsi üçün əsas hesab edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, iddiaçı xx.xx.N986-cı il tarixdən xx.xx.N987-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmiş və xəstəliklə ehtiyata buraxılmışdır. xx.xx.N3-cü il tarixdə Salyan rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliklə əlaqədar hərbi xidmətə çağırılmışdır. O, N nömrəli hərbi hissə komandirinin xx xxxx N3-cü il tarixli, N87 nömrəli əmri ilə həmin tarixdən şəxsi heyətin siyahısına daxil edilmiş, fərarilik etdiyinə görə N nömrəli hərbi hissə komandirinin xx xxx N4-cü il tarixli, N23 nömrəli əmri ilə hərbi hissənin şəxsi heyət siyahısından çıxarılmışdır. Eyni zamanda iddiaçı hərbi hissəni özbaşına tərk etmədiyini, yəni, N3-cü ilin oktyabr ayının sonlarında komandanlığın əmri ilə Azərbaycan Respublikasının Milli Ordu sıralarından qayıtdığını iddia etsə də məhkəmə araşdırması zamanı iddiaçının hərbi bileti və Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər idarəsi X2 müəyyən edilmişdir ki, iddiaçı N nömrəli hərbi hissəni özbaşına tərk etmişdir. Bu hal isə “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeydinə əsasən iddiaçıya veteran statusunun verilməsini istisna edir. Beləliklə şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması məhkəmə araşdırması zamanı təsdiqini tapmadığından o, qanunvericiliyin tələbi baxımından Müharibə Veteranı deyildir. Bu səbədən də iddia tələbini əsassız, cavabdehin imtina dəlillərini əsaslı sayan məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməldiir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.N-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.N-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.N-ci, 23.N-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 8N-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1354/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1354/2020
05.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver