Məhkəmə qərarları › İş №2-1(120)-1354/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1354/2025

20.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1354/2025 20.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçıların nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı “İddiaçı3 barəsində xx.xx.1971-ci ildə Ağcabədi rayonu, Sarıcalı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 56 № li doğum haqqında akt qeydində doğum tarixinin xx.xx.1970-ci ildən xx.xx.1969-cu ilə, doğum yerinin Ağcabədi rayonu, Qaravəlli kəndindən Bərdə şəhərinə, İddiaçı1 barəsində xx.xx.1971-ci ildə Ağcabədi rayonu qeydiyyat şöbəsində tərtib edilmiş 183 № li doğum haqqında akt qeydində doğum tarixinin xx.xx.1968-ci ildən xx.xx.1967-ci ilə, İddiaçı2 barəsində xx.xx.1971-ci ildə Ağcabədi rayonu Qeydiyyat şöbəsində tərtib edilmiş 184 №-li doğum haqqında akt qeydində doğum tarixinin xx.xx.1969-cu ildən xx.xx.1968-ci ilə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı3 barəsində xx.xx.1971-ci ildə Ağcabədi rayonu, Sarıcalı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 56 № li doğum haqqında akt qeydində doğum tarixinin xx.xx.1970-ci ildən xx.xx.1969-cu ilə, doğum yerinin Ağcabədi rayonu, Qaravəlli kəndindən Bərdə şəhərinə, İddiaçı1 barəsində xx.xx.1971-ci ildə Ağcabədi rayonu qeydiyyat şöbəsində tərtib edilmiş 183 № li doğum haqqında akt qeydində doğum tarixinin xx.xx.1968-ci ildən xx.xx.1967-ci ilə, İddiaçı2 barəsində xx.xx.1971-ci ildə Ağcabədi rayonu Qeydiyyat şöbəsində tərtib edilmiş 184 №-li doğum haqqında akt qeydində doğum tarixinin xx.xx.1969-cu ildən xx.xx.1968-ci ilə düzəliş edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim olunmamışdır. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, iddiaçılar ailədə 4 uşaq olmuşlar və onlar ev şəraitində, yəni xəstəxanadan kənar şəraitdə doğulmuşlar. Onlardan İddiaçı1 xx.xx.1967-ci ildə doğulmasına baxmayaraq onun doğum tarixi xx.xx.1968-ci il, doğum yeri isə Ağcabədi rayonu, Sarıcalı kəndi olaraq qeyd edilmiş və bu barədə Cavabdehndə doğum haqqında akt qeydləri kitabında xx.xx.1971-ci il tarixdə 183 № ilə qeydiyyat aparılmışdır. Digər İddiaçı2 xx.xx.1968-ci ildə doğulmağına baxmayaraq onun doğum tarixi xx.xx.1969-cu il, doğum yeri isə Ağcabədi rayonu, Sarıcalı kəndi olaraq qeyd edilmiş və bu barədə Cavabdehndə doğum haqqında akt qeydləri kitabında xx.xx.1971-ci il tarixdə 184 № ilə qeydiyyat aparılmışdır. İddiaçılardan İddiaçı3 isə xx.xx.1969-cu ildə Bərdə şəhərində doğulmasına baxmayaraq onun barəsində tərtib edilmiş 56 №-li doğum haqqında akt qeydi xx.xx.1971-ci ildə Ağcabədi rayonu Sarıcalı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş və doğum tarixi xx.xx.1970-ci il kimi qeyd edilmişdir. İddiaçıların qardaşı X3 xx.xx.1971-ci ildə Ağcabədi rayonu, Qaravəlli kəndində doğulmuşdur. Bu barədə doğum haqqında 146 №-li akt qeydi xx.xx.1971-ci ildə Ağcabədi rayonu Sarıcalı kəndi inzibatiərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmişdir. Qeyd edilən yalnışlığın aradan qaldırılması üçün iddiaçılar tərəfindən Cavabdehnə müraciət olunmuş, lakin cavabdeh inzibati orqan müraciətlərin rayon qeydiyyat şöbəsində icra olunmasının mümkün olmadığını bildirmiş və məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33 və 45-46-cı maddələrini rəhbər tutaraq, məhkəmədən İddiaçı3 barəsində xx.xx.1971-ci ildə Ağcabədi rayonu Sarıcalı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 56 №-li doğum haqqında akt qeydində doğum tarixinin xx.xx.1970-ci ildən xx.xx.1969-cu ilə, doğum yerinin Ağcabədi rayonu, Qaravəlli kəndindən Bərdə şəhərinə, İddiaçı1 barəsində xx.xx.1971-ci ildə Ağcabədi rayonu Qeydiyyat Şöbəsində tərtib edilmiş 183 №-li doğum haqqında akt qeydində doğum tarixinin xx.xx.1968-ci ildən xx.xx.1967-ci ilə, İddiaçı2 barəsində xx.xx.1971-ci ildə Ağcabədi rayonu Qeydiyyat Şöbəsində tərtib edilmiş 184 №-li doğum haqqında akt qeydində doğum tarixinin xx.xx.1969-cu ildən xx.xx.1968-ci ilə düzəliş edilməsi öhdəliyinin cavabdeh Ağcabədi rayon Qeydiyat Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Şifahi məhkəmə iclasında iddiaçıların nümayəndəsi-vəkili Nümayəndə izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edir və iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bununla belə cavabdeh ərizə ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan xx.xx.1971-ci il tarixli, 183 nömrəli doğum qeydlərin bərpa aktından görünür ki, İddiaçı1 xx.xx.1968-ci il tarixdə Ağcabədi rayonu, Sarıcalı kəndində anadan olmuşdur. İş materiallarında olan xx.xx.1971-ci il tarixli, 184 nömrəli doğum qeydlərin bərpa aktından görünür ki, İddiaçı2 xx.xx.1969-cu il tarixdə Ağcabədi rayonu, Sarıcalı kəndində anadan olmuşdur. İş materiallarında olan xx.xx.1971-ci il tarixli, 56 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X5 xx.xx.1970-ci il tarixdə Ağcabədi rayonu, Qaravəlli kəndində anadan olmuşdur. İş materiallarında olan xx.xx.1971-ci il tarixli, 56 nömrəli doğum haqqında akt qeydindan görünür ki, X5 xx.xx.1970-ci il tarixdə Ağcabədi rayonu, Qaravəlli kəndində anadan olmuşdur. İş materiallarında olan xx.xx.1971-ci il tarixli, 146 nömrəli doğum haqqında akt qeydindan görünür ki, X3 xx.xx.1971-ci il tarixdə Ağcabədi rayonu, Qaravəlli kəndində anadan olmuşdur. İş materiallarında olan xx.xx.1971-ci il tarixli, 181 nömrəli doğum haqqında akt qeydindan görünür ki, X6 xx.xx.1965-ci il tarixdə Ağcabədi rayonu, Qaravəlli kəndində anadan olmuşdur. İş materiallarında olan xx.xx.1971-ci il tarixli, 182 nömrəli doğum haqqında akt qeydindan görünür ki, X1 xx.xx.1966-cı il tarixdə Ağcabədi rayonu, Qaravəlli kəndində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh İddiaçı1 ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-M-536/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdehnə daxil olmuş xx.xx.2024-cü il tarixli ərizənizə baxılmışdır. Bildiririk ki, xx.xx.1971-ci il tarixdə Cavabdehndə X2 barəsində tərtib edilmiş 183 saylı doğum haqqında bərpa akt qeydində uşaq qrafasında doğum tarixi “xx.xx.1968”, təqdim etdiyiniz ərizədə isə doğum tarixi “xx.xx.1967” göstərmisiniz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarınının 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydində səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi ərazinin qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. İzah edirik ki, kifayət qədər əsaslar olmadığı üçün xx.xx.1971-ci il tarixdə Cavabdehndə X2 barəsində tərtib edilmiş 183 saylı doğum haqqında bərpa akt qeydində uşaq qrafasında doğum tarixi “xx.xx.1968”dən xx.xx.1967-yə düzəliş edilməsi rayon qeydiyyat şöbəsində mümkün deyildir. Məsələ ilə bağlı məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh İddiaçı2 ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-M-537/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdehnə daxil olmuş xx.xx.2024-cü il tarixli ərizənizə baxılmışdır. Bildiririk ki, xx.xx.1971-ci il tarixdə Cavabdehndə İddiaçı2 barəsində tərtib edilmiş 184 saylı doğum haqqında bərpa akt qeydində uşaq qrafasında doğum tarixi “xx.xx.1969”, təqdim etdiyiniz ərizədə isə doğum tarixi “xx.xx.1968” göstərmisiniz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını”nın 1 -ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydində səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi ərazinin qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. İzah edirik ki, kifayət qədər əsaslar olmadığı üçün xx.xx.1971-ci il tarixdə Cavabdehndə İddiaçı2 barəsində tərtib edilmiş 184 saylı doğum haqqında bərpa akt qeydində uşaq qrafasında doğum tarixi “xx.xx.1969”dan “xx.xx.1968”ə düzəliş.edilməsi rayon qeydiyyat şöbəsində mümkün deyildir. Məsələ ilə bağlı məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh İddiaçı2 ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-M-535/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdehnə daxil olmuş xx.xx.2024-cü il tarixli ərizənizə baxılmışdır. Bildiririk ki, xx.xx.1971-ci il tarixdə Ağcabədi rayonu, Sarıcalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində İddiaçı3 barəsində tərtib edilmiş 56 saylı doğum haqqında akt qeydində uşaq qrafasında doğum tarixi “xx.xx.1970”, doğum yeri “Ağcabədi rayonu, Qaravəlli kəndi”, təqdim etdiyiniz ərizədə isə doğum tarixi “xx.xx.1969”, doğum yeri “Bərdə şəhəri” göstərmisiniz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları”nın 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydində səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi ərazinin qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. İzah edirik ki, kifayət qədər əsaslar olmadığı üçün xx.xx.1971-ci il tarixdə Ağcabədi rayonu, Sarıcalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində İddiaçı3 barəsində tərtib edilmiş 56 saylı doğum haqqında akt qeydində uşaq qrafasında doğum tarixi “xx.xx.1970”dən “xx.xx.1969”a, doğum yeri “Ağcabədi rayonu, Qaravəlli kəndi”dən “Bərdə şəhəri”nə düzəliş edilməsi rayon qeydiyyat şöbəsində mümkün deyildir. Məhkəmə mübahisəyə qiymət verilməsi ilə bağlı qanunvericiliyin aşağıdakı müddəalarını diqqətə çəkir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar»ın preambulasında göstərilmişdir ki, bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. X7 13-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. X7 14-cü bəndinə görə itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Məhkəmənin qənaətinə görə iddiaçıların tələbi onların ata adının və ata və ana soyadlarının düzgün olmaması ilə bağlı olduğuna görə, ilk növbədə onların ata adının və ata və ana soyadlarının vətəndaşlıq vəziyyəti aktları qeydində necə yazılması müəyyən olunmalıdır. İşdə olan sübutlar əsasında müəyyən olunur ki, iddiaçılar İddiaçı1, İddiaçı2 İddiaçı3 Cavabdehnə qarşı “İddiaçı3 barəsində xx.xx.1971-ci ildə Ağcabədi rayonu, Sarıcalı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 56 № li doğum haqqında akt qeydində doğum tarixinin xx.xx.1970-ci ildən xx.xx.1969-cu ilə, doğum yerinin Ağcabədi rayonu, Qaravəlli kəndindən Bərdə şəhərinə, İddiaçı1 barəsində xx.xx.1971-ci ildə Ağcabədi rayonu qeydiyyat şöbəsində tərtib edilmiş 183 № li doğum haqqında akt qeydində doğum tarixinin xx.xx.1968-ci ildən xx.xx.1967-ci ilə, İddiaçı2 barəsində xx.xx.1971-ci ildə Ağcabədi rayonu Qeydiyyat şöbəsində tərtib edilmiş 184 №-li doğum haqqında akt qeydində doğum tarixinin xx.xx.1969-cu ildən xx.xx.1968-ci ilə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edirlər. Məhkəmənin qənaətinə görə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 doğum akt qeydlərindəki doğum tarixlərinin və doğum yerlərinin düzgün göstərilməməsi ilə bağlı heç bir sübutu nə inzibati icraatda, nə də hazırkı məhkəmə icraatında təqdim etmədiklərindən, Cavabdeh imtinası qanuna zidd sayılmamalı, eləcə də iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Bundan başqa uzun illər ərzində iddiaçılar doğum akt qeydinə etimad göstərərk ondan istifadə etmişlır və bu barədə məlumatlı olmuşdurlar. Odur ki, iddia tələbi əsaslı sayıla bilməz. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəzticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 İddiaçı3 Cavabdehnə qarşı “İddiaçı3 barəsində xx.xx.1971-ci ildə Ağcabədi rayonu, Sarıcalı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 56 № li doğum haqqında akt qeydində doğum tarixinin xx.xx.1970-ci ildən xx.xx.1969-cu ilə, doğum yerinin Ağcabədi rayonu, Qaravəlli kəndindən Bərdə şəhərinə, İddiaçı1 barəsində xx.xx.1971-ci ildə Ağcabədi rayonu qeydiyyat şöbəsində tərtib edilmiş 183 № li doğum haqqında akt qeydində doğum tarixinin xx.xx.1968-ci ildən xx.xx.1967-ci ilə, İddiaçı2 barəsində xx.xx.1971-ci ildə Ağcabədi rayonu Qeydiyyat şöbəsində tərtib edilmiş 184 №-li doğum haqqında akt qeydində doğum tarixinin xx.xx.1969-cu ildən xx.xx.1968-ci ilə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14-cü, 23.1-ci, 32-ci, 33-cü, 52-ci, 58.7-ci, 62-ci, 68-69-cu, 73-cü, 75-ci, 78-ci, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı “İddiaçı3 barəsində xx.xx.1971-ci ildə Ağcabədi rayonu, Sarıcalı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 56 № li doğum haqqında akt qeydində doğum tarixinin xx.xx.1970-ci ildən xx.xx.1969-cu ilə, doğum yerinin Ağcabədi rayonu, Qaravəlli kəndindən Bərdə şəhərinə, İddiaçı1 barəsində xx.xx.1971-ci ildə Ağcabədi rayonu qeydiyyat şöbəsində tərtib edilmiş 183 № li doğum haqqında akt qeydində doğum tarixinin xx.xx.1968-ci ildən xx.xx.1967-ci ilə, İddiaçı2 barəsində xx.xx.1971-ci ildə Ağcabədi rayonu Qeydiyyat şöbəsində tərtib edilmiş 184 №-li doğum haqqında akt qeydində doğum tarixinin xx.xx.1969-cu ildən xx.xx.1968-ci ilə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar